Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-1987/2022 29.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclas katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, ərizəçi İddiaçı vəkil və nümayəndəsi Vəkil İlqar oğlunun iştirakı ilə, ərizəçi İddiaçı (1 saylı Bakı “ASAN xidmət» mərkəzinin qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı 1 saylı Bakı “ASAN xidmət» mərkəzinin qeydiyyat şöbəsini maraqlı şəxs qismində cəlb etməklə "doğum faktının müəyyən edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qızı X4 xx.xx.2019-cu il tarixdə İsveçdə doğulması faktının müəyyən edilməsi, ona doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydində soyadının “Hüseynova”, adının “Sara”, ata adının “Şöhrət”, doğum tarixinin “04 oktyabr 2019-cu il”, doğum yerinin “İsveç”, ata qrafasında “atası İddiaçı, milliyyəti azərbaycanlı”, ana qrafasında “anası X10, milliyyəti azərbaycanlı” kimi qeydiyyat aparılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsalandırılmışdır ki, 23 aprel 2019-cu il tarixdə İddiaçı və X2 nikaha daxil olmuşdur. Həmin nikahdan xx.xx.2019-cu il təvəllüdlü X6 adında övladları olmuşdur. Doğum faktı X15 tərəfindən verilmiş olan doğum barədə əhalinin reyestrindən çıxarışla təsdiqini tapmaqdadır. Bundan əlavə X5 AA0201701 saylı Azərbaycan Respublikasına Qayıdış şəhadətnaməsi verilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 06 fevral 2021-ci il tarixli ******* saylı X1 vətəndaşlığına tanınması haqqında qərarı ilə xx.xx.2019-cu il təvəllüdlü X11 Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti tanınmışdır. Bunun əsasında da X5 AA2539406 nömrəli Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsi verilmişdir. Lakin buna baxmayaraq, 1 saylı Bakı Maraqlı şəxsndə yerləşən Qeydiyyat Şöbəsinə müraciət edilmiş, qeyd edilən Şöbədə doğum akt qeydi mövcud olsa da doğum haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Bu isə Azərbaycan Respublikası vətəndaşı kimi hüquqlarının kobud pozuntusudur. Daha sonra ərizəçinin vəkil və nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsində texniki səhv olaraq uşağın ata adı “Şöhrət” kimi qeyd edilmişdir. Ərizə təmin edilərkən doğum haqqında şəhadətnamədə uşağın “X7” kimi qeyd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin vəkil və nümayəndəsi Vəkil yuxarıda qeyd edilən məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizəçi İddiaçı (1 saylı Bakı “ASAN xidmət» mərkəzinin qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) "doğum faktının qeyd edilməsi" tələbinə dair mülki iş üzrə icraata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin tələbinə uyğun olaraq xitam verilməlidir. xx.xx.2019-cu il tarixdə verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə İmanova Nərgiz nikaha daxil olmuşlar. X15 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli Əhali reyestrindən çıxarışdan görünür ki, şəxsi eyniləşdirmə nömrəsi 2019-xx-xx-4666 olan Hüseynova Sara xx.xx.2019cu il tarixdə qeydiyyatdan keçmiş, ana olaraq İmanova Nərgiz, ata olaraq İddiaçı göstərilmişdir. Azərbaycan Respublikasını Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında” xx.xx.2021-ci il tarixli, ******* nömrəli qərarın surətindən görünür ki, 04 oktyabr 2019-cu il təvəllüdlü X4 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması qərara alınmışdır. Azərbaycan Respublikasının İsveç Krallığındakı səfirliyi tərəfindən X4 adına tərtib edilmiş AA seriyalı ******* seriyalı Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsindən görünür ki, X4 Azərbaycan Respublikasına qayıtmasına xx.xx.2020ci il tarixdən xx.xx.2020-ci il tarixinə qədər icazə verilmişdir. AA seriyalı, ******* nömrəli Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.2019-cu il tarixdə doğulmuş və Azərbaycan Respublikasının vətəndaşıdır. 1 saylı Bakı Maraqlı şəxsndə qeydiyyat şöbəsinin İddiaçı ünvanlandığı xx.xx.2021-ci il tarixli məktubunun surətindən görünür ki, X4 doğumunun artıq X15 tərəfindən qeydə alındığı və bu barədə məlumatın xx.xx.2021-ci il tarixdə müraciətinə əsasən Əhalinin Dövlət Reyestrinə daxil olduğu aşkar edilmişdir. 1 saylı Bakı “ASAN” xidmət mərkəzinin xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanı ilə təsdiq edilmiş "ASAN xidmət" mərkəzlərinin fəaliyyətinin təşkili və xidmətlərin gösterilməsi Qaydalarfnm 2.1-ci bəndinə əsasən, "ASAN xidmət" mərkəzləri dövlət orqanlan tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edən qurumlardır. Həmin Fərmanın 5-ci və 6-cı hissəsinə əsasən, “ASAN xidmət" mərkəzlərində xidmətlər müvafiq dövlət orqanları, o cümlədən doğum haqqında şəhadətnamənin verilməsi Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci, 307.1-ci, 307.2.11-ci və 308-ci maddələrinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar hüquqi əhəmiyyəti olan faktlardan biridir. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı Qərarının 4.3-cü bənddə qeyd olunmuşdur ki, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. İş materiallarından göründüyü kimi xx.xx.2019-cu il təvəllüdlü X3 Krallığında anadan olmuş, doğumu X9 2019-xx-xx-4666 şəxsi eyniləşdirmə nömrəsi ilə xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. 1 saylı Bakı Maraqlı şəxsndə qeydiyyat şöbəsinin İddiaçı ünvanlandığı xx.xx.2021-ci il tarixli məktubuna əsasən, X4 doğumunun artıq X15 tərəfindən qeydə alındığı və bu barədə məlumatın xx.xx.2021-ci il tarixdə Əhalinin Dövlət Reyestrinə daxil olduğu aşkar edildiyi müəyyən edilmişdir. Bundan başqa AA seriyalı, ******* nömrəli Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinə əsasən X4 xx.xx.2019-cu il tarixdə doğulduğu və Azərbaycan Respublikasının vətəndaşı olduğu müəyyən edilmişdir. Göründüyü kimi hazırda hüquqi əhəmiyyəti olan faktın, yəni X4 xx.xx.2019-cu il tarixdə doğulması faktının məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərtlər mövcud deyildir. Belə ki, X4 xx.xx.2019-cu il tarixdə İsveç Krallığında doğulması, onun Azərbaycan Respublikasının vətəndaşı olması, İmanova Nərgizin onun anası, İddiaçı isə atası olması müəyyən edilməsi tələb edilməyən faktlardır. İddia ərizəsindən də müəyyən edildiyi kimi, ərizəçi doğum akt qeydinin mövcud olmasına istinad etməklə uşağın doğumunu qeydə almaqdan yox, doğum haqqında şəhadətnamə verməkdən imtina etməsinə dair vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanın hərəkətlərinin (hərəkətsizliyindən) qanunsuz olduğunu qeyd etmişdir. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Bu Məcəllənin 262.3-cü maddəsinin tələblərinə görə işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, ərizəçi İddiaçı (1 saylı Bakı “ASAN xidmət» mərkəzinin qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilməli, ərizəçiyə inzibati məhkəmə icraatı qaydasında iddia qaldırmaqla Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququna malik olduğu izah edilməlidir. Həmçinin ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261.0.1, 262, 263, 264, 267, 268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi İddiaçı (1 saylı Bakı “ASAN xidmət» mərkəzinin qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya həmçinin izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Ərizəçi tərəfindən dövlət rüsumu kimi ödənilmiş 100 manat ona geri qayatrılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-1987/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-1987/2022
29.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver