Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-199/2023 02.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-nın vəkili və Cavabdeh2 MTK-nın nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı X10 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mənzil Tikinti Kooperativinə qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mənzil Tikinti Kooperativinə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Qafur Rəşad küçəsində yerləşən 8 nömrəli evin 7 nömrəli mənzili xx.xx.1989-cu ıl tarixli 23 №-lı order əsasında X5 verilmişdir. Həmin orderdə həmçinin Sənəm Şəmilovamn ailə üzvləri - X6 (icarədarın əri), X10 (icarədarın oğlu) və iddiaçı X2 (icarədarın qızı) adı qeyd edilmişdir. Sonradan xx.xx.2000-ci il tarixdə mənzil üzərində Sənəm Şəmilovanın mülkiyyət hüququ Azərbaycan Respublikası Baş şəhər İcra Hakimiyyəti Başçısının X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsində qeydə alınmışdır. İddiaçının anası və mənzilin mülkiyyətçisi Sənəm Şəmilova xx.xx.2017-ci il tarixdə, iddiaçının atası Xeyrulla Əliyev isə xx.xx.2019-cu il tarixdə vəfat etmışdir. Bakı şəhəri, Nərimanov rayonu, Qafur Rəşad küçəsində yerləşən 8 №-li evin 7 nömrəli mənzilinin miras əmlak kimi qəbul edilməsi ilə bağlı iddiaçı ərizə ilə Notariat Kontoruna müraciət etmiş və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Daha sonra isə iddiaçının mənzilin 1/3 hissəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və bu barədə iddiaçının adına xx.xx.2022-ci il tarixdə Çıxarış verilmişdir. Göründüyü kimi, iddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Qafur Rəşad küçəsində yerləşən 8 №-lı evin 7 nömrəli mənzilin 1/3 hissəsinin mülkiyyətçisidir. İddiaçı həmçinin həmin ünvan üzrə pasport qeydiyyatındadır. Lakin buna baxmayaraq, cavabdehlər Cavabdeh2 MTK və onun təsisçisi olan digər Cavabdeh1, iddiaçının dövlət tərəfindən qorunmasına təminat verilən mülkiyyət hüququnu kobud şəkildə pozmuş, heç bir kompensasya (pul, mənzil və s.) təklif etmədən və vermədən iddiaçını mülkiyyətindən məhrum etmiş, iddiaçının paylı mülkiyyətində olan mənzili sökərək, tamamilə məhv etmişlər. Belə ki, Bakı şəhəri, Nərimanov rayonu, Qafur Rəşad küçəsində yerləşən 8 №-li evin 7 nömrəli mənzilinin yerləşdiyi ərazidə çoxmənzilli yaşayış binasının tikintisini həyata keçirmək niyyətim bildirmişdir. Bu məqsədlə həmin ərazidə yerləşən evlərin sökülməsi üçün evlərin mülkiyyətçiləri ilə danışıqlar aparılmışdır. İddiaçı ilə isə onun paylı mülkiyyətində olan mənzilin alqı-satqısı və ya mənzilin dəyərinin əvəzinin başqa yolla odənılməsi ilə bağlı MTK və ya MTK-nı təmsil edən şəxslər, o cümlədən Menman Yusifov tərəfindən hər hansı danışıqlar aparılmamışdır. Cavabdeh2 MTK-nın təsisçisi hazırkı iddia üzrə Cavabdeh1 iddiaçının qardaşı X10 ilə razılaşmış, sonuncuya 116.000 manat pul vermiş, əvəzində isə Bakı şəhəri, Nərimanov rayonu, Qafur Rəşad küçəsində yerləşən 8 №-li evin 7 nömrəli mənzilin satılmasına, sökülməsinə etirazının olmaması məzmunda ərizə almışlar. Göründüyü kimi, mənzilin paylı mülkiyyətçisi iddiaçı ola-ola, cavabdehlər mənzilin dəyərinin razılaşmasında, mənzilin sökülməsi məsələsində bütün qanunları həçə sayaraq, mülkiyyətçi olan iddiaçının hüquqlarını tapdalayaraq iddiaçının qardaşı ilə razılaşma əldə etmiş, 116.000 manatı sonuncuya ödəmişlər. Bununla da cavabdehlər iddiaçının mülkiyyətinə qəsd etmiş, bir mülkiyyətçi kimi iddiaçının məlumatı və razılığı olmadan mənzili özbaşına sökmüşlər. Halbuki tikinti işlərinin aparılması üçün Cavabdeh2 MTK-nın adına mvafiq icra hakimiyyətinin verdiyi sərəncamında tikinti işlərinin aparılması üçün ayrılmış ərazidə yerləşən mənzillərin, o cümlədən də iddiaçının paylı mülkiyyətində olan mənzilin sökülməsindən sonra yeni yaşayış binası tikilənədək, sökünlən mənzillərin mülkiyyətçilərinə lazımi maliyyə vəsaitinin ödənilməsi və ya həmin şəxslərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binalarında müvafiq mənzillərin ayrılması qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən həll edilməsi vəzifəsi MTK-nın üzərinə qoyulmuşdur. Lakin görünən odur ki, hüquqdan sui-istifadə edən Cavabdeh2 MTK və onun təsisçisi olan Cavabdeh1 öz vəsait xərcləyib, külli miqdarda pul qazanmaq eşqinə düşmüş, bu yolda ciddi qanunsuzluqlara yol verməkdən belə çəkinməmişlər. Cavabdeh2 MTK və onun təsisçisi Cavabdeh1 öz şəxsi və kommersiya maraqlarına nail olmaq üçün iddiaçının paylı mülkiyyətində olan mənzilini əlindən almış, həmin əmlakı tamamilə məhv etmişdir. Cavabdehlər Cavabdeh2 MTK və MTK-nın təsisçisi Cavabdeh1 qanunvericiliyin tələbləri baxımından hüquqazidd olan bu hərəkətləri nəticəsində məhv olunmuş əmlakının əvəzinin ödənilməsi ilə bağlı iddiaçı dəfələrlə cavabdehlərə müraciət etmiş, lakin bu müraciətlər müsbət qarşılanmamışdır. Cavabdeh1 hətta «məndən və MTK-dan pulu yalnız məhkəmədə ala bilərsən» sözləri ilə mübahisəni məhkəmədən kənar həll etməkdən imtina etmişdir. Bu səbəbdən də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehlər iddiaçı ilə mənzilin real bazar qiyməti qarşılıqlı razılaşdırılmadan, məhkəmə qərarı olmadan, alqı-satqı müqaviləsi bağlanmadan, hər hansı söküntü işlərinin aparılmasının təhlükəsizlik və tikinti normalarına əsasən qadağan olmasına, mənzildə iddiaçıya məxsus əşyalarının olmasına məhəl qoymadan, heç bir rəsmi sənədə istinad etmədən, iddiaçını xəbərdarlıq etmədən, özbaşınalıq edərək iddiaçının əmlakını qəsdən məhv edərək, zorla mənzili tam şəkildə sökməklə iddiaçıya külli miqdarda ziyan vurmuşlar. İddiaçının paylı mülkiyyətində olan yaşadığı mənzil qəzalı vəziyyətində olmayan, təmirli və yaşayış üçün tam yararlı yaşayış sahəsi olmuşdur. Mənzilin hazırki real bazar dəyəri 300.000 manat təşkil edir. Nəzərə alsalar ki, iddiaçı həmin mənzilin 1/3 hissəsinin mülkiyyətçisidir, deməli iddiaçıya mənzilin sökülməsi nəticəsində vurulmuş zərərin əvəzi olaraq ödənilməli olan vəsait 100.000 manat təşkil edir. Göstərilənlərə əsasən iddiaçının paylı mülkiyyətində olan və cavabdehlər Cavabdeh2 MTK və Cavabdeh1 tərəfindən özbaşına sökülmüş Bakı şəhəri, Nərimanov rayonu, Qafur Rəşad küçəsində yerləşən 8 nömrəli evin 7 nömrəli mənzilin iddiaçının payına uyğun olaraq dəyərini təşkil edən 100.000 manat məbləğində pulun hər iki cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili həmçinin izahatında göstərmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Qafur Rəşad küçəsində yerləşən 8 №-li evin 7 nömrəli mənzili xx.xx.1989-cu il tarixli 23 №-lı order əsasında X5 verilmişdir. Həmin orderdə həmçinin Sənəm Şəmilovanın ailə üzvləri - X6, X10 və hazırkı iş üzrə İddiaçı adı qeyd edilmişdir. Sonradan xx.xx.2000-ci il tarixdə mənzil üzərində Sənəm Şəmilovanın mülkiyyət hüququ qeydə alınmışdır. İddiaçının anası və mənzilin mülkiyyətçisi Sənəm Şəmilova xx.xx.2017-ci il tarixdə, iddiaçının atası Xeyrulla Əliyev isə xx.xx.2019-cu il tarixdə vəfat etmışdir. Bakı şəhəri, Nərimanov rayonu, Qafur Rəşad küçəsində yerləşən 8 №-li evin 7 nömrəli mənzilinin miras əmlak kimi qəbul edilməsi ilə bağlı iddiaçı ərizə ilə Notariat Kontoruna müraciət etmiş və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Daha sonra isə iddiaçının mənzilin 1/3 hissəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və bu barədə iddiaçının adına xx.xx.2022-ci il tarixdə Çıxarış verilmişdir. Göründüyü kimi, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Qafur Rəşad küçəsində yerləşən 8 №-li evin 7 nömrəli mənzilin 1/3 hissəsinin mülkiyyətçisidir. İddiaçı həmçinin həmin ünvan üzrə pasport qeydiyyatındadır. Lakin buna baxmayaraq, cavabdehlər Cavabdeh2 MTK və onun təsisçisi olan digər Cavabdeh1, iddiaçının dövlət tərəfindən qorunmasına təminat verilən mülkiyyət hüququnu kobud şəkildə pozmuş, heç bir kompensasya təklif etmədən və vermədən iddiaçını mülkiyyətindən məhrum etmiş, iddiaçının paylı mülkiyyətində olan mənzili sökərək, tamamilə məhv etmişlər. Belə ki, Bakı şəhəri, Nərimanov rayonu, Qafur Rəşad küçəsində yerləşən 8 №-li evin 7 nömrəli mənzilinin yerləşdiyi ərazidə çoxmənzilli yaşayış binasının tikintisini həyata keçirmək niyyətini bildirmişdir. Bu məqsədlə həmin ərazidə yerləşən evlərin sökülməsi üçün evlərin mülkiyyətçiləri ilə danışıqlar aparılmışdır. İddiaçı ilə isə onun paylı mülkiyyətində olan mənzilin alqı-satqısı və ya mənzilin dəyərinin əvəzinin başqa yolla odənılməsi ilə bağlı MTK və ya MTK-nı təmsil edən şəxslər, o cümlədən Cavabdeh1 tərəfindən hər hansı danışıqlar aparılmamışdır. Cavabdeh2 MTK-mn təsisçisi hazırkı iddia üzrə Cavabdeh1 iddiaçının qardaşı X10 ilə razılaşmış, sonuncuya 116.000 manat pul vermiş, əvəzində isə Bakı şəhəri, Nərimanov rayonu, Qafur Rəşad küçəsində yerləşən 8 №-li evin 7 nömrəli mənzilin satılmasına, sökülməsinə etirazının olmaması məzmunda ərizə almışdır. Göründüyü kimi, mənzilin paylı mülkiyyətçisi İddiaçı ola-ola, cavabdehlər mənzilin dəyərinin razılaşmasında, mənzilin sökülməsi məsələsində bütün qanunları həçə sayaraq, mülkiyyətçi olan iddiaçının hüquqlarını tapdalayaraq iddiaçının qardaşı ilə razılaşma əldə etmiş, 116.000 manatı sonuncuya ödəmişlər. Bununla da cavabdehlər iddiaçının mülkiyyətinə qəsd etmiş, bir mülkiyyətçi kimi iddiaçının məlumatı və razılığı olmadan mənzili özbaşına sökmüşlər. Əmlakının əvəzinin ödənilməsi ilə bağlı iddiaçı dəfələrlə cavabdehlərə müraciət etmiş, lakin bu müraciətlər müsbət qarşılanmamışdır. Nəticədə iddiaçıya külli miqdarda ziyan vurmuşlar. Əlavə olaraq qeyd edir ki, tərəflərdən müstəqil ekspert rəyi məhkəməyə təqdim edilmiş və orda sökülmüş mənzilin dəyəri 170.000 manat dəyərində müəyyənləşdirilmişdir. Hazırkı iş üzrə həmçinin məhkəmə tərəfindən ekspertiza təyin olumuş və iş materialları "xxxx" MMC-yə göndərilmişdir. Ancaq "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyi ilə razı deyillər. Belə ki, orada əmlakın dəyəri 90000 manat kimi qeyd olunmuşdur. Bu da düşünürlər ki, həmin əmlakın dəyərindən dəfələrlə azdır. Buna görə də məhkəmə yekun qərar verərkən həmin mənzilin yerləşdiyi ərazini onun təmirini və s. halları nəzərə alaraq tərəflərdən təqdim edilmiş müstəqil ekspert rəyini nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 4.Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etdi.
5. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, hazırkı tələb tam əsassızdır və burada subyektivlik də pozulmuşdur. Belə ki, hazırkı iş uzrə nümayəndəsi olduğu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mənzil Tikinti Kooperativi deyil, X10 cavabdeh qismində qoyulmalı idi. Belə ki, Cavabdeh2 MTK ilə X10 arasında razılıq əldə olunmuş və həmin razılaşmaya əsasən X10 xx.xx.2023-cü il tarixinədək ünvan 1 ünvanında yerləşən 7 saylı mənzili boşaldılması və buna qarşılıq MTK tərəfindən ona 116.000 AZN ödənilməsi nəzərdə tutulmuşdur. Həmçinin notarıal qaydada X10 tərəfindən imzalanmış ərizədə gələcəkdə baş verə biləcək bütün məsuliyyəti öz üzərinə götürməsi də qeyd olunmuşdur. Bunları iş materiallarına əlavə etdikləri ərizə də sübut edir. Bundan əlavə həmin mənzil MTK-ya verilərkən akt ilə həmin mənzildə X4 yalnız yaşadığı müəyyən olunmuşdur. Əlavə olaraq qeyd edir ki, həmin mənzili X10 özü sökmüş və qapı və pəncərələrini və həmin mənzildə olan bütun daşınar əmlakı özu ilə aparmışdır. Qeyd edilənlərdən görünür ki, cavabdeh onlar deyil, X10 olmalıdır. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs X10 məhkəmə iclasına gəlməmişdir və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmə, tərəflərin izahatlarını dinləyib və mülki işin materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
8. İş materiallarında olan doğum haqqınla şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, ata qrafasında X6, ana qrafasında X11 göstərilmişdir.
9. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqların Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2000-ci il tarixli, ÖM seriyalı 050207 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Qafur Rəşad küçəsində yerləşən 8 saylı evin, 2 otaqlı 7 saylı mənzili tam mülkiyyət hüququ üzrə X7 mülkiyyətində olmuşdur.
10. İş materiallarında olan ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X13 xx.xx.2017-ci il tarixdə vəfat etmiş, X6 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir.
11. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Qafur Rəşad küçəsində yerləşən 8 saylı evin, ümumi sahəsi 46,20 kv.m. olan 7 saylı mənzili paylı mülkiyyət hüququ üzrə 1/3 hissədə İddiaçı (xx.xx.2022-ci il tarixdən) və X7 (2/3 hissə açıq qalır) mülkiyyətindədir.
12. İş materiallarında olan 36 saylı MKİS tərəfindən verilmiş arayışın surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Q.Rəşad küçəsində yerləşən 8 saylı evin (ev sökülüb) 7 saylı mənzilində qeydiyyatdadır.
13. İş materiallarında olan X10 tərəfindən yazılmış xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, o, xx.xx.1981-ci ildə Ermənistan Respublikası Noyemberyan Ayrum rayonunda anadan olmuş, 1988-ci ildə ailəsi ilə birlikdə ünvan 2 ünvanında anası ilə birlikdə 2009-cu ildən həmin ünvanda tək yaşamışdır.
14. İş materiallarında olan Nərimanov RPİ-nin 18-ci PŞ-nin sahə inspektoru X8, ünvan 4 ünvanda yaşayan X3, Cavabdeh2 MTK-nın təsisçisi Cavabdeh1 tərəfindən tərtib edilmiş xx.xx.20220-ci il tarixli aktdan görünür ki, X10 hal-hazırda ünvan 5 ünvanda tək yaşayır.
15. İş materiallarında olan ünvan 6q edilmiş və X10 tərəfindən yazılmış xx.xx.2022ci il tarixli ərizəsindən görünür ki, onun qeydiyyatda olduğu ünvan 7 ünvanda yerləşən 7 saylı mənzilin satılmasına, sökülməsinə etirazı yoxdur və buna görə də o, Cavabdeh1 116.000 manat almış, xx.xx.2022-ci il tarixdən həmin mənzili tərk etməsi, bununla əlaqədar qeyd olunan ünvanda gələcəkdə verə biləcək bütün məsuliyyəti öhdəsinə götürmüşdür.
16. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın qiymətləndirilməsinə dair mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Q.Rəşad küçəsi, 8 saylı evin yerində Cavabdeh2 MTK tərəfindən inşa edilən yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında (46,20 kv.m.) mənzilin bazar dəyəri 90.000 manat təşkil etmişdir.
17. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən 18 saylı Vəkil Bürosunun vəkili Nümayəndə1 ünvanlanmış xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Qafur Rəşad küçəsi, 8 saylı evin 7 saylı mənzilinin və həmin küçədə və yaxın ərazilərdə oxşar, təmirli yaşayış sahəsi 46,2 kv.m. olan evlərin bazar dəyərinin müəyyən edilməsi ilə bağlı müraciətə "xxxx" MMC-nin qiymətləndiricisi tərəfindən baxılmışdır. Qiymətləndiricisi qarşısında qoyulmuş sorğunun cavablandırılması ilə bağlı qeyd olunan ərazidə analoji obyektlər üzrə daşınmaz əmlak bazarının monitorinqi aparılmış və təhlil olunmuşdur. Ərazi üzrə fəaliyyət göstərən rieltor qurumlarına, internet resurslarına və bu məzmunda nəşr edilən qəzet, jurnal və s.daşınmaz əmlak bazarındakı vəziyyəti xarakterizə edən operativ bazar məlumatlarına etibar doğuran açıq mənbələrdən alınan məlumatlara istinad olunaraq aparılmış monitorinqin nəticəsi qiymətləndirici tərəfindən təhlil edilərək aşağıdakı nəticəyə gəlinmişdir: Bakı şəhəri, Nərimanov rayonu, Qafur Rəşad küçəsi, 8 saylı evin 7 saylı mənzili söküldüyündən həmin küçədə və yaxın ərazilərdə oxşar, təmirli yaşayış sahəsi 46,2 kv.m. olan evlərin bazar qiyməti - 170.000 manat təşkil edir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
18. Beləliklə də məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri, Nərimanov rayonu, Qafur Rəşad küçəsində yerləşən 8 saylı evin 7 saylı mənzili paylı mülkiyyət hüququ əsasında İddiaçı (1/3 hissəsi) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınmışdır. Mübahisəli mənzildə yaşamış iddiaçının qardaşı X10 ilə Cavabdeh2 MTK arasında qarşılıqlı razılığa əsasən, Vüqar Babanlı MTK-dan 116.000 manat pul almış və notarial qaydada ərizə yazaraq mənzilin satılmasına və sökülməsinə etirazın olmaması, xx.xx.2022-ci il tarixdən mənzilin tərk etməsi, bununla əlaqədar həmin ünvanda baş verə biləcək bütün məsuliyyəti öhdəsinə götürməsi göstərmişdir. Hazırda iddiaçı cavabdehlərdən onun payına uyğun olaraq 100.000 manat məbləğində pul tutulmasını xahiş etmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
19. Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə müvafiq olaraq Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.
20. Hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət toxunulmazdır. Mülkiyyətin tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Konstitusiya mülkiyyət hüququnu təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına da zəmanət vermişdir. Məhz buna görə mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir.
21. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
22. Konstitusiya Məhkəməsi Plenumunun mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun S.Bayramovanın şikayəti üzrə 16 iyul 2012-ci il tarixli Qərarı).
23. Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki-hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur.
24. Eyni zamanda, belə müdafiə yalnız mülkiyyətçi ilə məhdudlaşmayaraq mülki dövriyyənin digər iştirakçılarının əmlakla bağlı qanuni əsaslarla mövcud hüquqlarının da (mübahisəli əmlakın sahibləri, istifadəçiləri) öz təsir dairəsilə əhatələndiyini ehtiva edir. (Konstitusiya Məhkəməsi Plenumunun K.Qəribovanın şikayəti üzrə 8 may 2008-ci il tarixli Qərarı).
25. Mülki Məcəllənin 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər.
26. Həmin Məcəllənin 222.2-ci maddəsində isə birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir.
27. Mülki Məcəllənin 222.3-cü maddəsinə əsasən birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin.
28. Məhkəməyə təqdim olunan iş materiallarından görünür ki, hazırki iddiaçının qardaşı X10 qeyd olunan mənzildə 2009-cu il tarixdən daim və tək yaşamış, söküntü işləri isə sonuncu ilə razılıq əsasında sökülərək mənzilin dəyəri tam olaraq ona ödənilmişdir. Əmlakın dəyərinin müəyyən edilməsi ilə bağlı isə məhkəmə tərəfindən qiymətləndirilmə həyata keçirilmiş və əmlakın dəyərinin cavabdeh şirkət tərəfindən bazar qiymətindən yuxarı qiymətləndirilərək Babanlı Vüqara ödənilməsi müəyyən edilmişdir.
29. Həmçinin iddiaçının iddiasında qeyd etmiş olduğu əmlakın 3/1 hissəsi olan 100.000 manatı yəni əmlakın ümumi dəyərin 300.000 manat olmasına dair heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bunun əksinə olaraq iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş qiymətləndirmə rəyində də əmlakın qeyd edilən (iddia edilən) qiymətdən kifayət qədər aşağı (170.000 manat) olmasını təsdiq edən əks sübutu təqdim etmişdir.
30. Belə olan halda məhkəmə bu qənaətə gəlir ki, cavabdehlərdən olan Cavabdeh2 MTK üzərinə düşən öhdəliyi tam icra etmiş və əmlakının tam dəyərini iddiaçının qardaşı Babanlı Vüqara ödəmişdir. Bu halda məhkəmə hesab edir ki, Babanlı Vüqar əmlakın tam dəyərini özünə götürməklə, əsassız varlanmışdır ki, yalnız bu halda iddiaçının Babanlı Vüqara qarşı pul tələbi iddiası hüququ yaranmışdır. Bu hüququn yaranma səbəbi isə X10 qeyd olunan mənzillə bağlı yarana biləcək bütün öhdəlikləri öz üzərinə götürməsi barədə xx.xx.2022-ci il tarixdə notarial qaydada vermiş olduğu ərizə olmuşdur.
31. Odur ki, İddiaçı cavabdehlər Cavabdeh2 MTK və Cavabdeh1 pul tələb etməsinə baxmayaraq, cavabdehlər iddiaçının qarşısında öhdəlik daşımırlar və onlar hazırki iş üzrə əsl cavabdehlər deyillər.
32. Məhkəmə iclasında iddiaçıya cavabdehlərin əsl cavabdeh X10 ilə əvəz olunmasını təklif edilsə də, iddiaçı tərəf buna razı olmamışdır.
33. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının hazırkı tələbi, tələbə cavab verməli olmayan tərəfə, yəni Cavabdeh2 MTK və Cavabdeh1 qarşı yönəldiyindən, onlar hazırkı iddia üzrə cavabdeh kimi subyektiv vəzifələr daşıya bilməzlər.
34. Məhkəmə qeyd edir ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnu həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsini mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır.
35. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
36. Bu konteksdə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi məhz ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə bilər və təmin oluna bilər. İddiaçının cavabdeh qismində göstərdiyi "xxxx" MMC isə məhkəmənin istinad etdiyi qanunvericilik normaları çərçivəsində hazırkı iddiaya cavab verməli olan subyekt olaraq qəbul edilə bilməz.
37. Bu səbəbdən məhkəmə hazırki iddia tələbi üzrə cavabdehlər Cavabdeh2 MTK və Cavabdeh1 cavabdehlik daşımamalarını nəzərə alaraq hesab edir ki, onlara qarşı irəli sürülmüş tələb əsaslı hesab edilə bilməz.
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinin dispozisiyasına əsasən məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq deyil, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur.
39. Eyni Məcəllənin 48-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir.
40. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.
41. İstinad olunan prosessual hüquq normasının dispozisiyasından göründüyü kimi, yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.
42. Qanunun mənasına görə cavabdeh bir qayda olaraq iddiaçının hüququnu pozan, yaxud onun hüququnu mübahisələndirən tərəf olur. İddia ərizəsini qəbul edərkən məhkəmə cavabdeh kimi göstərilən şəxsin iddia üzrə cavab verməli şəxs olub-olmamasını müəyyən etməlidir. Hazırki iş üzrə qeyd olunan halın düzgün müəyyən edilməməsi nəticəsində əsl olmayan tərəfin işdə iştirakı mübahisənin qanuni və əsaslı həllinə mane olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur.
43. Yuxarıda qeyd olunan halları araşdıraraq, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı X10 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mənzil Tikinti Kooperativinə qarşı «pul» tələbinə dair iddiası təmin edilməməli, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
44. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat cavabdeh İddiaçı tutulub "xxxx" MMC-nin (ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, bina 7, mənzil 194, VÖEN: **********, H/h: AZ13ACAB********************, "xxxx" QSC-nin Azadlıq filialı, M/H: AZ10NABZ**********000056944, Kod: 504788, Bankın VÖENi: **********, SWİFT: AİİBAZ2X, Bankın ünvanı: Bakı şəhəri, Tbilisi prospekti, 3, AZ1065) hesabına köçürülməlidir.
45. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
48. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır.
49. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı X10 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mənzil Tikinti Kooperativinə qarşı «pul» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat cavabdeh İddiaçı tutulub "xxxx" MMC-nin (ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, bina 7, mənzil 194, VÖEN: **********, H/h: AZ13ACAB********************, "xxxx" QSC-nin Azadlıq filialı, M/H: AZ10NABZ**********000056944, Kod: 504788, Bankın VÖENi: **********, SWİFT: AİİBAZ2X, Bankın ünvanı: Bakı şəhəri, Tbilisi prospekti, 3, AZ1065) hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov