Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-199/2025 15.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X3 oğlunun katibliyi, İddiaçılar İddiaçı1, onun və digər iddiaçılar İddiaçı2 və İddiaçı3 vəkili-nümayəndəsi Vəkil, Cavabdeh MTK-nın vəkili Nümayəndə2 iştirakarı ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Səbail rayon İcra hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh MTK-ya qarşı “sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı1 Cavabdeh MTK-ya qarşı “sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və s.” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci ildə Cavabdeh MTK ilə İddiaçı1 arasında bağlanmış “yaşayış sahəsinə uyğun pay dəyərinin alqı-satqısı haqqında” 356 saylı müqavilənin şərtlərinə görə Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi 58,60,62, 62A ünvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 152.41 kv.metr olan 3 otaqlı mənzilə; xx.xx.2022-ci ildə Cavabdeh MTK ilə İddiaçı1 arasında bağlanmış “yaşayış sahəsinə uyğun pay dəyərinin alqı-satqısı haqqında” 355 saylı müqavilənin şərtlərinə görə Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi 58,60,62, 62A ünvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 178.07 kv.metr olan 4 otaqlı mənzilə dair çıxarış alınması üçün sənədlərin verilməsi öhdəliyinin Cavabdeh MKT-nın üzərinə qoyulmasına; ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya geri ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci ildə Cavabdeh MTK ilə İddiaçı1 arasında bağlanmış “yaşayış sahəsinə uyğun pay dəyərinin alqı-satqısı haqqında” 356 saylı müqavilənin şərtlərinə görə Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi 58,60,62, 62A ünvanında inşa edilən hündür mərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 152.41 kv.metr olan 3 otaqlı mənzil tam dəyəri ödənilməklə alınmışdır. xx.xx.2022-ci ildə Cavabdeh MTK ilə İddiaçı1 arasında bağlanmış “yaşayış sahəsinə uyğun pay dəyərinin alqı-satqısı haqqında” 355 saylı müqavilənin şərtlərinə görə Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi 58,60,62, 62A ünvanında inşa edilən hündür mərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 178.07 kv.metr olan 4 otaqlı mənzil tam dəyəri ödənilməklə alınmışdır. İddiaçının müqavilə üzrə əldə etdiyi hüquqların ilkin qeydiyyata alınması üçün mənzil tikinti kooperativinin müvafiq protokolundan çıxarış alınması zəruridir. Bununla əlaqədar olaraq xx.xx.2024-cü ildə rəsmi müraciət edilməsinə baxmayaraq, MTK tərəfindən edilmiş müraciətə münasibət bildirilməmişdir. Koopperativin tam dəyəri ödənilməklə maliyyə arayışı verildiyi mənzillərə dair protokoldan çıxarışın verilməsinə laqeyd yanaşması məhkəməyə müraciət etməyə zəmin yaradır.
3. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci ildə Cavabdeh MTK ilə İddiaçı1 arasında bağlanmış “yaşayış sahəsinə uyğun pay dəyərinin alqı-satqısı haqqında” 356 saylı müqavilənin şərtlərinə görə Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi 58, 60, 62, 62A ünvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 152.41 kv.metr olan 3 otaqlı mənzilə; xx.xx.2022-ci ildə Cavabdeh MTK ilə İddiaçı1 arasında bağlanmış “yaşayış sahəsinə uyğun pay dəyərinin alqı-satqısı haqqında” 355 saylı müqavilənin şərtlərinə görə Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi 58, 60, 62, 62A ünvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 178.07 kv.metr olan 4 otaqlı mənzilə; xx.xx.2022-ci ildə Cavabdeh MTK ilə İddiaçı3 arasında bağlanmış “yaşayış sahəsinə uyğun pay dəyərinin alqı-satqısı haqqında” 360 saylı müqavilənin şərtlərinə görə Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi 58, 60, 62, 62A ünvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 178,07 kv.metr olan 4 otaqlı mənzilə; xx.xx.2022-ci ildə Cavabdeh MTK ilə İddiaçı3 arasında bağlanmış “yaşayış sahəsinə uyğun pay dəyərinin alqı-satqısı haqqında” 361 saylı müqavilənin şərtlərinə görə Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi 58, 60, 62, 62A ünvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 152,41 kv.metr olan 3 otaqlı mənzilə; xx.xx.2022-ci ildə Cavabdeh MTK ilə İddiaçı3 arasında bağlanmış “yaşayış sahəsinə uyğun pay dəyərinin alqı-satqısı haqqında” 362 saylı müqavilənin şərtlərinə görə Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi 58, 60, 62, 62A ünvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 184,73 kv.metr olan 4 otaqlı mənzilə; xx.xx.2022-ci ildə Cavabdeh MTK ilə İddiaçı2 arasında bağlanmış “yaşayış sahəsinə uyğun pay dəyərinin alqı-satqısı haqqında” 357 saylı müqavilənin şərtlərinə görə Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi 58, 60, 62, 62A ünvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 152,41 kv.metr olan 3 otaqlı mənzilə; xx.xx.2022-ci ildə Cavabdeh MTK ilə İddiaçı2 arasında bağlanmış “yaşayış sahəsinə uyğun pay dəyərinin alqı-satqısı haqqında” 358 saylı müqavilənin şərtlərinə görə Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi 58, 60, 62, 62A ünvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 178,07 kv.metr olan 4 otaqlı mənzilə; xx.xx.2022-ci ildə Cavabdeh MTK ilə İddiaçı2 arasında bağlanmış “yaşayış sahəsinə uyğun pay dəyərinin alqı-satqısı haqqında” 359 saylı müqavilənin şərtlərinə görə Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi 58, 60, 62, 62A ünvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 184,73 kv.metr olan 4 otaqlı mənzilə dair çıxarış alınması üçün sənədlərin verilməsi öhdəliyinin Cavabdeh MKT-nın üzərinə qoyulmasına; ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya geri ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər.
4. Son olaraq iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 vəkili-nümayəndəsi Vəkil “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, xx.xx.2022-ci ildə Mahal Mənzil Tikinti Kooperativi ilə İddiaçı1 arasında bağlanmış “yaşayış sahəsinə uyğun pay dəyərinin alqı-satqısı haqqında” 356 saylı müqavilənin şərtlərinə görə Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi 58, 60, 62, 62A ünvanında inşa edilən hündür mərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 152.41 kv.metr olan 3 otaqlı mənzilə dair; xx.xx.2022-ci ildə Mahal Mənzil Tikinti Kooperativi ilə İddiaçı1 arasında bağlanmış “yaşayış sahəsinə uyğun pay dəyərinin alqı-satqısı haqqında” 355 saylı müqavilənin şərtlərinə görə Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi 58, 60, 62, 62A ünvanında inşa edilən hündür mərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 178.07 kv.metr olan 4 otaqlı mənzilə dair; xx.xx.2022-ci ildə Mahal Mənzil Tikinti Kooperativi ilə İddiaçı3 arasında bağlanmış “yaşayış sahəsinə uyğun pay dəyərinin alqı-satqısı haqqında” 360 saylı müqavilənin şərtlərinə görə Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi 58, 60, 62, 62A ünvanında inşa edilən hündür mərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 178.07 kv.metr olan 4 otaqlı mənzilə dair; xx.xx.2022-ci ildə Mahal Mənzil Tikinti Kooperativi ilə İddiaçı3 arasında bağlanmış “yaşayış sahəsinə uyğun pay dəyərinin alqı satqısı haqqında” 361 saylı müqavilənin şərtlərinə görə Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi 58,60,62, 62A ünvanında inşa edilən hündür mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 152.41 kv.metr olan3 otaqlı mənzilə dair; xx.xx.2022-ci ildə Mahal Mənzil Tikinti Kooperativi ilə İddiaçı3 arasında bağlanmış “yaşayış sahəsinə uyğun pay dəyərinin alqı-satqısı haqqında” 362 saylı müqavilənin şərtlərinə görə Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi 58, 60, 62, 62A ünvanında inşa edilən hündür mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 184.73 kv.metr olan 4 otaqlı mənzilə dair; xx.xx.2022-ci ildə Mahal Mənzil Tikinti Kooperativi ilə İddiaçı2 arasında bağlanmış “yaşayış sahəsinə uyğun pay dəyərinin alqı-satqısı haqqında” 357 saylı müqavilənin şərtlərinə görə Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi 58, 60, 62, 62A ünvanında inşa edilən hündür mərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 152.41 kv.metr olan 3 otaqlı mənzilə dair; xx.xx.2022-ci ildə Mahal Mənzil Tikinti Kooperativi ilə İddiaçı2 arasında bağlanmış “yaşayış sahəsinə uyğun pay dəyərinin alqı-satqısı haqqında” 358 saylı müqavilənin şərtlərinə görə Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi 58, 60, 62, 62A ünvanında inşa edilən hündür mərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 178.07 kv.metr olan 4 otaqlı mənzil dair; xx.xx.2022-ci ildə Mahal Mənzil Tikinti Kooperativi ilə İddiaçı2 arasında bağlanmış “yaşayış sahəsinə uyğun pay dəyərinin alqı-satqısı haqqında” 359 saylı müqavilənin şərtlərinə görə Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi 58, 60, 62, 62A ünvanında inşa edilən hündür mərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 184.73 kv.metr olan 4 otaqlı mənzil dair çıxarış alınması üçün müvafiq protokoldan çıxarışın verilməsi öhdəliyinin Cavabdeh Mənzil Tikinti Kooperativinin üzərinə qoyulmasına; ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçılara geri ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
a) Məhkəmə prosesi:
5. Məhkəmə iclasında İddiaçı1, onun və digər iddiaçılar İddiaçı2 və İddiaçı3 vəkilinümayəndəsi Vəkil iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdilər. Əlavə olaraq bildirdilər ki, iddia tələbləri məhz mənzillərə dair təminat qeydlərinin aparılması üçün protokollardan çıxarışların verilməsindən ibarətdir, fərqi yoxdur, mənzillərin olduğu bina tikilib, yoxsa tikilməyib. Onların cavabdehdən yeganə tələbi odur ki, mübahisə predmeti olan mənzillərin sənədlərini versinlər.
6. Məhkəmə iclasında Cavabdeh MTK-nın vəkili Nümayəndə2 iddianı qəbul etməyib, təmin edilməməsini məhkəmədən xahiş etdi.
7. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Səbail rayon İcra hakimiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır.
8. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iddia ərizəsini nəzərdən keçirib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) İş materialları:
9. Cavabdeh MTK ilə İddiaçı1 arasında bağlanmış yaşayış sahəsinə uyğun pay dəyərinin alqı-satqısı haqqında xx.xx.2022-ci il tarixli, 355 nömrəli müqavilədən görünür ki, İddiaçı1 Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının 118 saylı, xx.xx.2016-cı il tarixli sərəncamı əsasında Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi, 58, 60, 62, 62A ünvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 178,07 kv.metr (ümumi sahəyə mənzilin daxili divarları tam, çöl divarlarının isə 50 % hissəsi daxildir) təşkil edən 4 otaqdan ibarət mənzilin 623.245 (altı yüz iyirmi üç min iki yüz qırx beş) manat təşkil edən pay dəyərini MTK-ya tam ödəyir və həmin yaşayış sahəsinə mülkiyyət hüququnu əldə edir. Tərəflər tikinti və təmir işlərinin aparılması üçün nəzərdə tutulmuş müddəti, binanın özül işlərinə başlanmasından hesablanmaqla 36 ay olmasını qəbul edirlər.
10. Cavabdeh MTK tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 355 nömrəli maliyyə arayışından görünür ki, İddiaçı1 Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının 118 saylı, xx.xx.2016-cı il tarixli sərəncamı əsasında Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi, 58, 60, 62, 62A ünvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 178,07 kv.metr (ümumi sahəyə mənzilin daxili divarları tam, çöl divarlarının isə 50 % hissəsi daxildir) təşkil edən 4 otaqdan ibarət mənzilin 623.245 (altı yüz iyirmi üç min iki yüz qırx beş) manat təşkil edən pay dəyərini tam olaraq MTK-ya ödəmişdir, qalıq borcu yoxdur.
11. Cavabdeh MTK ilə İddiaçı1 arasında bağlanmış yaşayış sahəsinə uyğun pay dəyərinin alqı-satqısı haqqında xx.xx.2022-ci il tarixli, 356 nömrəli müqavilədən görünür ki, İddiaçı1 Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının 118 saylı, xx.xx.2016-cı il tarixli sərəncamı əsasında Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi, 58, 60, 62, 62A ünvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 152,41 kv.metr (ümumi sahəyə mənzilin daxili divarları tam, çöl divarlarının isə 50 % hissəsi daxildir) təşkil edən 3 otaqdan ibarət mənzilin 533.435 (beş yüz otuz üç min dörd yüz otuz beş) manat təşkil edən pay dəyərini MTK-ya tam ödəyir və həmin yaşayış sahəsinə mülkiyyət hüququnu əldə edir. Tərəflər tikinti və təmir işlərinin aparılması üçün nəzərdə tutulmuş müddəti, binanın özül işlərinə başlanmasından hesablanmaqla 36 ay olmasını qəbul edirlər.
12. Cavabdeh MTK tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 356 nömrəli maliyyə arayışından görünür ki, İddiaçı1 Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının 118 saylı, xx.xx.2016-cı il tarixli sərəncamı əsasında Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi, 58, 60, 62, 62A ünvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 152,41 kv.metr (ümumi sahəyə mənzilin daxili divarları tam, çöl divarlarının isə 50 % hissəsi daxildir) təşkil edən 3 otaqdan ibarət mənzilin 533.435 (beş yüz otuz üç min dörd yüz otuz beş) manat təşkil edən pay dəyərini tam olaraq MTK-ya ödəmişdir, qalıq borcu yoxdur.
13. Cavabdeh MTK ilə İddiaçı2 arasında bağlanmış yaşayış sahəsinə uyğun pay dəyərinin alqı-satqısı haqqında xx.xx.2022-ci il tarixli, 357 nömrəli müqavilədən görünür ki, İddiaçı2 Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının 118 saylı, xx.xx.2016-cı il tarixli sərəncamı əsasında Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi, 58, 60, 62, 62A ünvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 152,41 kv.metr (ümumi sahəyə mənzilin daxili divarları tam, çöl divarlarının isə 50 % hissəsi daxildir) təşkil edən 3 otaqdan ibarət mənzilin 533.435 (beş yüz otuz üç min dörd yüz otuz beş) manat təşkil edən pay dəyərini MTK-ya tam ödəyir və həmin yaşayış sahəsinə mülkiyyət hüququnu əldə edir. Tərəflər tikinti və təmir işlərinin aparılması üçün nəzərdə tutulmuş müddəti, binanın özül işlərinə başlanmasından hesablanmaqla 36 ay olmasını qəbul edirlər.
14. Cavabdeh MTK tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 357 nömrəli maliyyə arayışından görünür ki, İddiaçı2 Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının 118 saylı, xx.xx.2016-cı il tarixli sərəncamı əsasında Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi, 58, 60, 62, 62A ünvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 152,41 kv.metr (ümumi sahəyə mənzilin daxili divarları tam, çöl divarlarının isə 50 % hissəsi daxildir) təşkil edən 3 otaqdan ibarət mənzilin 533.435 (beş yüz otuz üç min dörd yüz otuz beş) manat təşkil edən pay dəyərini tam olaraq MTK-ya ödəmişdir, qalıq borcu yoxdur.
15. Cavabdeh MTK ilə İddiaçı2 arasında bağlanmış yaşayış sahəsinə uyğun pay dəyərinin alqı-satqısı haqqında xx.xx.2022-ci il tarixli, 358 nömrəli müqavilədən görünür ki, İddiaçı2 Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının 118 saylı, xx.xx.2016-cı il tarixli sərəncamı əsasında Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi, 58, 60, 62, 62A ünvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 178,07 kv.metr (ümumi sahəyə mənzilin daxili divarları tam, çöl divarlarının isə 50 % hissəsi daxildir) təşkil edən 4 otaqdan ibarət mənzilin 623.245 (altı yüz iyirmi üç min iki yüz qırx beş) manat təşkil edən pay dəyərini MTK-ya tam ödəyir və həmin yaşayış sahəsinə mülkiyyət hüququnu əldə edir. Tərəflər tikinti və təmir işlərinin aparılması üçün nəzərdə tutulmuş müddəti, binanın özül işlərinə başlanmasından hesablanmaqla 36 ay olmasını qəbul edirlər.
16. Cavabdeh MTK tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 358 nömrəli maliyyə arayışından görünür ki, İddiaçı2 Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının 118 saylı, xx.xx.2016-cı il tarixli sərəncamı əsasında Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi, 58, 60, 62, 62A ünvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 178,07 kv.metr (ümumi sahəyə mənzilin daxili divarları tam, çöl divarlarının isə 50 % hissəsi daxildir) təşkil edən 4 otaqdan ibarət mənzilin 623.245 (altı yüz iyirmi üç min iki yüz qırx beş) manat təşkil edən pay dəyərini tam olaraq MTK-ya ödəmişdir, qalıq borcu yoxdur.
17. Cavabdeh MTK ilə İddiaçı2 arasında bağlanmış yaşayış sahəsinə uyğun pay dəyərinin alqı-satqısı haqqında xx.xx.2022-ci il tarixli, 359 nömrəli müqavilədən görünür ki, İddiaçı2 Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının 118 saylı, xx.xx.2016-cı il tarixli sərəncamı əsasında Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi, 58, 60, 62, 62A ünvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 184,73 kv.metr (ümumi sahəyə mənzilin daxili divarları tam, çöl divarlarının isə 50 % hissəsi daxildir) təşkil edən 4 otaqdan ibarət mənzilin 646.555 (altı yüz qırx altı min beş yüz əlli beş) manat təşkil edən pay dəyərini MTK-ya tam ödəyir və həmin yaşayış sahəsinə mülkiyyət hüququnu əldə edir. Tərəflər tikinti və təmir işlərinin aparılması üçün nəzərdə tutulmuş müddəti, binanın özül işlərinə başlanmasından hesablanmaqla 36 ay olmasını qəbul edirlər.
18. Cavabdeh MTK tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 359 nömrəli maliyyə arayışından görünür ki, İddiaçı2 Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının 118 saylı, xx.xx.2016-cı il tarixli sərəncamı əsasında Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi, 58, 60, 62, 62A ünvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 184,73 kv.metr (ümumi sahəyə mənzilin daxili divarları tam, çöl divarlarının isə 50 % hissəsi daxildir) təşkil edən 4 otaqdan ibarət mənzilin 646.555 (altı yüz qırx altı min beş yüz əlli beş) manat təşkil edən pay dəyərini tam olaraq MTK-ya ödəmişdir, qalıq borcu yoxdur.
19. Cavabdeh MTK ilə İddiaçı3 arasında bağlanmış yaşayış sahəsinə uyğun pay dəyərinin alqı-satqısı haqqında xx.xx.2022-ci il tarixli, 360 nömrəli müqavilədən görünür ki, İddiaçı3 Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının 118 saylı, xx.xx.2016-cı il tarixli sərəncamı əsasında Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi, 58, 60, 62, 62A ünvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 178,07 kv.metr (ümumi sahəyə mənzilin daxili divarları tam, çöl divarlarının isə 50 % hissəsi daxildir) təşkil edən 4 otaqdan ibarət mənzilin 623.245 (altı yüz iyirmi üç min iki yüz qırx beş) manat təşkil edən pay dəyərini MTK-ya tam ödəyir və həmin yaşayış sahəsinə mülkiyyət hüququnu əldə edir. Tərəflər tikinti və təmir işlərinin aparılması üçün nəzərdə tutulmuş müddəti, binanın özül işlərinə başlanmasından hesablanmaqla 36 ay olmasını qəbul edirlər.
20. Cavabdeh MTK tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 360 nömrəli maliyyə arayışından görünür ki, İddiaçı3 Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının 118 saylı, xx.xx.2016-cı il tarixli sərəncamı əsasında Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi, 58, 60, 62, 62A ünvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 178,07 kv.metr (ümumi sahəyə mənzilin daxili divarları tam, çöl divarlarının isə 50 % hissəsi daxildir) təşkil edən 4 otaqdan ibarət mənzilin 623.245 (altı yüz iyirmi üç min iki yüz qırx beş) manat təşkil edən pay dəyərini tam olaraq MTK-ya ödəmişdir, qalıq borcu yoxdur.
21. Cavabdeh MTK ilə İddiaçı3 arasında bağlanmış yaşayış sahəsinə uyğun pay dəyərinin alqı-satqısı haqqında xx.xx.2022-ci il tarixli, 361 nömrəli müqavilədən görünür ki, İddiaçı3 Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının 118 saylı, xx.xx.2016-cı il tarixli sərəncamı əsasında Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi, 58, 60, 62, 62A ünvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 152,41 kv.metr (ümumi sahəyə mənzilin daxili divarları tam, çöl divarlarının isə 50 % hissəsi daxildir) təşkil edən 3 otaqdan ibarət mənzilin 533.435 (beş yüz otuz üç min dörd yüz otuz beş) manat təşkil edən pay dəyərini MTK-ya tam ödəyir və həmin yaşayış sahəsinə mülkiyyət hüququnu əldə edir. Tərəflər tikinti və təmir işlərinin aparılması üçün nəzərdə tutulmuş müddəti, binanın özül işlərinə başlanmasından hesablanmaqla 36 ay olmasını qəbul edirlər.
22. Cavabdeh MTK tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 361 nömrəli maliyyə arayışından görünür ki, İddiaçı3 Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının 118 saylı, xx.xx.2016-cı il tarixli sərəncamı əsasında Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi, 58, 60, 62, 62A ünvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 152,41 kv.metr (ümumi sahəyə mənzilin daxili divarları tam, çöl divarlarının isə 50 % hissəsi daxildir) təşkil edən 3 otaqdan ibarət mənzilin 533.435 (beş yüz otuz üç min dörd yüz otuz beş) manat təşkil edən pay dəyərini tam olaraq MTK-ya ödəmişdir, qalıq borcu yoxdur.
23. Cavabdeh MTK ilə İddiaçı3 arasında bağlanmış yaşayış sahəsinə uyğun pay dəyərinin alqı-satqısı haqqında xx.xx.2022-ci il tarixli, 362 nömrəli müqavilədən görünür ki, İddiaçı3 Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının 118 saylı, xx.xx.2016-cı il tarixli sərəncamı əsasında Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi, 58, 60, 62, 62A ünvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 184,73 kv.metr (ümumi sahəyə mənzilin daxili divarları tam, çöl divarlarının isə 50 % hissəsi daxildir) təşkil edən 4 otaqdan ibarət mənzilin 646.555 (altı yüz qırx altı min beş yüz əlli beş) manat təşkil edən pay dəyərini MTK-ya tam ödəyir və həmin yaşayış sahəsinə mülkiyyət hüququnu əldə edir. Tərəflər tikinti və təmir işlərinin aparılması üçün nəzərdə tutulmuş müddəti, binanın özül işlərinə başlanmasından hesablanmaqla 36 ay olmasını qəbul edirlər.
24. Cavabdeh MTK tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 362 nömrəli maliyyə arayışından görünür ki, İddiaçı3 Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının 118 saylı, xx.xx.2016-cı il tarixli sərəncamı əsasında Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi, 58, 60, 62, 62A ünvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 184,73 kv.metr (ümumi sahəyə mənzilin daxili divarları tam, çöl divarlarının isə 50 % hissəsi daxildir) təşkil edən 4 otaqdan ibarət mənzilin 646.555 (altı yüz qırx altı min beş yüz əlli beş) manat təşkil edən pay dəyərini tam olaraq MTK-ya ödəmişdir, qalıq borcu yoxdur.
25. İddiaçı1 tərəfindən Cavabdeh MTK-ya ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, dəyərini tam ödəyərək aldığı mənzillərə dair kooperativin protokolundan müvafiq çıxarışın verilməsinin təmin edilməsini xahiş etmişdir.
26. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” bölməsindən görünür ki, İddiaçı1 tərəfindən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
27. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi, 58, 60, 62, 62A ünvanında qeydiyyatdan keçmiş daşınmaz əmlaklar və həmin ünvanda evlərin sökülüb-sökülməməsi ilə bağlı məlumat aşkar edilməmişdir.
28. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi, 58, 60, 62, 62A ünvanında 2 ədəd bir bloklu çoxmərtəbəli yaşayış binası inşa edilmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən ərazinin hüdudları daxilində 57 və 59 saylı yaşayış binalarının məlumatı var. Yaxınlığından (3 metrdən) 325.0 mm-lik orta təzyiqli yeraltı qaz xətti keçir. “Google Earth” proqramının təsvirinə əsasən yeni çoxmərtəbəli yaşayış binaları tikilib.
29. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/7181 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi Bəybala Abbaszadənin tərtib etdiyi mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi, 58, 60, 62, 62A ünvanında 2 ədəd bir bloklu çoxmərtəbəli yaşayış binası inşa edilmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən ərazinin hüdudları daxilində 57 və 59 saylı yaşayış binalarının məlumatı var. Yaxınlığından (3 metrdən) 325.0 mm-lik orta təzyiqli yeraltı qaz xətti keçir. “Google Earth” proqramının təsvirinə əsasən yeni çoxmərtəbəli yaşayış binaları tikilib.
30. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir.
31. xx.xx.2025-ci il tarixli qəbzlərdən görünür ki, İddiaçı2 və İddiaçı3 tərəfindən iddia ərizələrinin verilməsinə görə hər biri tərəfindən 100 manat olmaqla, cəmi 200 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
32. Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Səbail rayon İcra Hakimiyyəti başçısının 118 saylı, xx.xx.2016-cı il tarixli sərəncamı əsasında yaşayış binasının tikintisi yekunlaşmış, lakin istismara icazə verilməmişdir.
33. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubu ilə məhkəməyə təqdim edilmiş 159 vərəqdən ibarət sənədlərdə göstərilən ünvan və sərəncam məlumatları hazırkı mübahisənin predmetinə aid olan ünvan və sərəncam məlumatlarından fərqlidir.
34. İş materiallarına, binaların eskiz layihəsi, Cavabdeh MTK-nın adına verilmiş sərəncamlar, MTK-nın nizamnaməsi də əlavə edilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
35. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilən faktiki və mübahisələndirilməyən hallarına görə, İddiaçı1 Cavabdeh MTK-ya başqa yerdə torpaq sahəsi almaq üçün vasitəçilik etmiş, həmçinin, həmin torpaq sahəsinin alınması üçün cavabdeh MTK-nın pulu çatmadığından, MTK-nın yerinə pul ödəməklə onun müqavilə üzrə öhdəliyini yerinə yetirmişdir. Cavabdeh MTK iddiaçıya olan borcunu vaxtında qaytara bilmədiyindən, MTK-nın təklifi əsasında iddiaçı və onun göstərdiyi şəxslər – digər iddiaçılar X1 və İddiaçı3 ilə MTK arasında 8 ədəd mənzillə bağlı “yaşayış sahəsinə uyğun pay dəyərinin alqı-satqısı haqqında” müqavilələr bağlanmış, həmin mənzillərə görə borcun olmaması barədə maliyyə arayışları iddiaçılara təqdim edilmişdir.
36. İddiaçı1 pulun əvəzinə verilən mənzillərə çıxarış alınması üçün ümumi yığıncağın protokollarından çıxarışların təqdim edilməsini cavabdehdən tələb etsə də, cavabdeh MTK mənzillərin olduğunu binanın hələ tikilmədiyini əsas gətirərək, iddiaçının tələb etdiyi sənədləri ona verməkdən boyun qaçırmışdır. Buna görə də iddiaçılar hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin 8 mənzilə dair ümumi yığıncağın protokollarından çıxarışlarının verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini tələb edirlər. Cavabdeh tərəf isə müqavilələrin və maliyyə arayışlarının etibarlı olduğunu qəbul etsələr də, bu müqavilələrin əslində İddiaçı1 alınan borcun geri qaytarılmasının təminatı kimi bağlandığını, əsl niyyətin mənzil alqı-satqısı olmadığını, belə ki, tərəflər arasındakı münasibətlərin borc və onun təminatı münasibətləri olduğunu, borcu geri qaytaran zaman iddiaçıların da müqavilələri MTK-ya geri qaytaracaqlarına dair tərəflər arasında şifahi razılıq olduğunu, borcun isə hələ qaytarılmadığını bildirmişdir. İddiaçı tərəf müqavilələrin təminat qismində bağlanması dəlilini qəbul etməyərək, borcun verilməsinin üstündən uzun müddət keçəndən sonra MTK-nın borcu qaytara bilmədiyinə görə, borcun əvəzinə mənzilləri güzəştli şərtlərlə onlara verdiyini iddia etmişdir. Buna görə də təkidlə ödədiyi pulu deyil, məhz etibarlılığı cavabdeh tərəfindən də etiraf edilən müqavilələrdə və maliyyə arayışlarında nəzərdə tutulan mənzillərə dair protokollardan çıxarışların onlara təqdim edilməsini tələb etdiyini qeyd etmişdir.
37. İş üzrə aparılmış məhkəmə araşdırması zamanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsindən əldə edilmiş mütəxəssis rəyində və onun əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspert rəyində Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi, 58, 60, 62, 62A ünvanında 2 ədəd bir bloklu çoxmərtəbəli yaşayış binası inşa edilməsi, vahid elektron kadastr baza məlumatlarına əsasən ərazinin hüdudları daxilində 57 və 59 saylı yaşayış binalarının məlumatı olması, “Google Earth” proqramının təsvirinə əsasən yeni çoxmərtəbəli yaşayış binaları tikilməsi qeyd edilmişdir.
38. Məhkəmə tərəfindən əraziyə keçirilən yerli baxış zamanı da iddiaçılara verilməsi nəzərdə tutulmuş mənzillərin yerləşdiyi binanın tikilmədiyi mübahisəsiz olaraq müəyyən edilmişdir. Lakin mübahisə predmeti olan mənzillərin göstəricilərinə uyğun gələn mənzillərə baxış keçirilmiş, həmin mənzillərin təmirsiz, giriş qapısız olmaları müəyyən edilmiş, cavabdeh MTK bu mənzillərin iddiaçı tərəfə nümunə kimi göstərilmiş ola biləcəyini, onlarla bağlanan müqavilələrdə göstərilən mənzillərin başqa mənzillər olduğunu və hələ tikilmədiyini, baxış zamanı tədqiq edilən mənzillərin artıq başqa şəxslərə aid olduğunu bildirmişdir. Məhkəmə sorğusu əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubu ilə məhkəməyə təqdim edilmiş 159 vərəqdən ibarət sənədlərdə göstərilən ünvan və sərəncam məlumatlarının hazırkı mübahisənin predmetinə aid olan ünvan və sərəncam məlumatlarından fərqli olması, yəni hazır olmaqla yanaşı, başqa şəxslərin mülkiyyətində olan mənzillərin, həqiqətən də, iddiaçılara verilmiş mənzillər olmadığı müəyyən edilmişdir.
c) Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq:
39. İşin bütün faktiki hallarını nəzərə alan məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
40. Belə ki, İddiaçı1 tərəfindən cavabdeh MTK-nın yerinə öhdəliyin icra edilərək MTK-nın ona borcunun yaranması, cavabdeh MTK-nın isə ona olan borcunu qaytara vaxtında qaytara bilmədiyinə görə, əvəzində İddiaçı1 və onun göstərdiyi şəxslər – digər iddiaçılar ilə güzəştli şərtlərlə mənzil alqı-satqısı müqaviləsi bağlaması hazırkı işin mübahisələndirilməyən halını təşkil edir. Cavabdeh bunun borc və təminat münasibətləri olduğunu bildirsə də, müqavilələrin və maliyyə arayışlarının etibarlılığını mübahisələndirmir. İddiaçı tərəf isə hazırda borc kimi verdiyi pulu deyil, məhz müqavilələrdə göstərilən mənzillərə dair sənədləri istədiyini bildirir. Cavabdeh borc aldığını iddia etdiyi pulu iddiaçı tərəfə qaytarmadığını da etiraf edir.
41. Məhkəmə qeyd edir ki, tərəflər müvafiq müqavilələrin etibarlılığı mübahisələndirməsələr də, əqdlərə əsaslanan iddialarda ilk öncə həmin əqdlərin etibarlı olub-olmamasına hüquqi qiymət verilməli olması barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun göstərişinə əsasən, hazırkı mübahisənin qanunauyğun həlli üçün ilk öncə istinad edilən müqavilələrin etibarlı olub-olmaması müəyyən edilməlidir. Çünki hər hansı əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Əqdin etibarlı olması üçün isə onun bağlanmasında lazımi subyektlərin – səlahiyyətli şəxslərin iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.
42. Beləliklə, hazırkı işdə olan müqavilələr araşdırılarkən müəyyən olunmuşdur ki, subyekt tərkibi, iradə ifadəsi, əqdin forma və məzmunu ilə bağlı tələblərə riayət edilmiş, müqavilə tərəfləri bu şərtlərin heç birini pozmamışdır. Belə ki, görünür ki, tərəflər arasında olan borc münasibətləri üzrə cavabdeh MTK-nın öhdəliyinə onun öz təklifi ilə bağlanmış alqı-satqı müqavilələri əsasında xitam verilərək, tərəflərin qarşılıqlı münasibətlərində novasiya halı baş vermişdir. Buna görə də məhkəmə iddia tələbinin əsasını təşkil edən müqavilələri etibarlı əqdlər kimi qiymətləndirir.
43. Bununla belə qeyd olunur ki, müqavilələrin borc və təminat münasibətləri zəminində bağlanması dəlilini irəli sürən cavabdeh bu dəlilini təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş, iddiaçı tərəf də bu dəlili qəbul etməmişdir. Lakin lap əgər onun bu dəlili öz təsdiqini tapsaydı da belə, nəzərə alınmalıdır ki, cavabdeh borcu hələ də qaytarmadıqlarını etiraf edir. Deməli, əgər iddia edilən kimi olmuşdursa da belə, şifahi razılığın şərtləri məhz elə cavabdehin özü tərəfindən pozulduğundan, iddiaçının təminat kimi göstərilən hazırkı mənzillərin sənədləri tələb etməyə də hüququ yaranmışdır.
44. Yuxarıda qeyd olunan bütün halları nəzərə alan məhkəmə hesab edir ki, iddiaçılar pay haqqının tam ödənilməsi mübahisəsiz olan mənzillərə dair sənədləri cavabdeh MTK-dan tələb etməkdə haqlı olmuşlar. Cavabdehin mənzillərin hazır olmaması və s. barədə gətirdiyi bütün dəlillər isə bu haqlı tələblərin təmin edilməməsi üçün tutarlı əsaslar hesab oluna bilməz, çünki qanunvericilikdə belə bir hal nəzərdə tutulmamış, əksinə pay haqqı tam ödənildikdə lazımi sənədlərin payçılara təqdim edilməli olması göstərilmişdir. Hətta məhkəmənin işin faktiki hallarına əsasən gəldiyi qənaətə görə, cavabdeh bu hərəkətsizliyi ilə hüquqdan sui-istifadə edir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, tələb olunan sənədlərin iddiaçılara təqdim edilməsi öhdəliyi cavabdeh MTK-ya həvalə edilməlidir.
d) Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə:
45. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə). Maddə 144-1.1. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə müvafiq olaraq tikintisinə icazə alınmış, lakin həmin Məcəlləyə uyğun olaraq istismarına icazə verilməmiş binalar tikintisi başa çatmayan binalar hesab edilir. Maddə 144-1.4. Bölünmə planına əsasən mülkiyyətindəki torpaq sahəsində yaranan paylara və tikintisi başa çatmayan binanın həmin paylara bağlı olan tərkib hissələrinə sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməli və tərkib hissələri əldə edən şəxslərin xeyrinə bu Məcəllənin 147-ci maddəsinə uyğun olaraq təminat qeydi aparılmalıdır. Maddə 144-1.5. Bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə digər müddəalarla yanaşı, tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində müvafiq tərkib hissələrin bağlı olduğu payların alqı-satqı şərtləri, təminat qeydinin aparılmasına dair torpaq sahəsi mülkiyyətçisinin və torpaq sahəsinə hüquq əldə etmək istəyən şəxsin bu Məcəllənin 178.8-ci maddəsində nəzərdə tutulan öhdəlikləri və 147.2-ci maddəsində nəzərdə tutulan razılıqları, habelə bu Məcəllənin 178.8-ci maddəsində nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsindən sonra torpaq sahəsində müvafiq paya və tərkib hissəyə mülkiyyət hüququnun xeyrinə təminat qeydi aparılmış şəxsə keçməsinə dair torpaq sahəsi mülkiyyətçisinin razılığı açıq-aydın ifadə edilməlidir. Maddə 178.8. Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. Maddə 337.1, 337.5. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 340. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Maddə 441.4. Əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 529.8. Tərəflərin razılaşması ilə öhdəliyə icra əvəzinə peşman haqqı verilməsi (pul ödənilməsi, əmlak verilməsi və i.a.) ilə xitam verilə bilər. Peşman haqqının miqdarını, habelə onun verilməsi müddətlərini və qaydasını tərəflər müəyyənləşdirirlər. Maddə 531.1. Öhdəliyə tərəflər arasında mövcud olmuş ilkin öhdəliyin eyni şəxslər arasında digər predmet və ya icra üsulu (novasiya) nəzərdə tutan başqa öhdəliklə əvəz edilməsi haqqında tərəflərin razılaşması ilə xitam verilir. Maddə 531.3. Əgər ayrı qayda nəzərdə tutulmayıbsa, novasiya ilkin öhdəliklə bağlı olan əlavə öhdəliklərə xitam verir. Maddə 560.1-560.2. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3. Qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi və digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadənin xüsusi növü kimi təsbit edilmişdir. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.
46. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 16. Yaşayış sahələri üzərində mülkiyyət və digər əşya hüquqları Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallarda və qaydada dövlət qeydiyyatına alınmalıdır. Maddə 112.1. Mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Maddə 113.1. Mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənziltikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Maddə 113.2. Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Maddə 113.3. Mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır.
47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarı: Arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.
48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin və 29-cu maddəsinin İ və İİ hissələrinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329, 340.2 və 661-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2025-ci il tarixli qərarı: Diqqətə alınmalı olan əsas məsələ odur ki, pərdələnən müqavilə tərəflərin həqiqi iradə ifadəsini əks etdirsə də, yalnız mülki qanunvericiliklə nəzərdə tutulmuş forma şərti də daxil olmaqla etibarlılıq tələblərinə cavab verdiyi təqdirdə, etibarlı əqd kimi arzu olunan hüquqi nəticələrə səbəb ola və həmin əqdə dair qaydalar müvafiq olaraq məhkəmə tərəfindən tətbiq edilə bilər. Bu baxımdan, müvafiq mübahisələr üzrə məhkəmə təcrübəsində daşınmaz əşyanın alğı-satqı müqaviləsi üzrə tərəflərin müqavilə bağlanarkən heç də müqavilə predmeti olan daşınmaz əşyanın qarşı tərəfin mülkiyyətinə keçirilməsi ilə bağlı hüquqi niyyətinin olmadığı, əslində bu müqavilənin onlar arasında mövcud olan gerçək borc münasibətlərinin təminatı məqsədilə bağlandığı müəyyən edildiyi halda, həmin təminat xarakterli müqaviləyə (pərdələnən müqaviləyə) ipoteka müqaviləsinin qaydalarının tətbiqi mülki qanunvericiliyin tələbləri ilə uzlaşmır. Belə ki, əşyanın yüklü hala gətirilməsi ilə bağlı əqd əşyaya sərəncam xarakterli olmaqla belə əqd Mülki Məcəllənin 144.1-ci maddəsinə əsasən notarial qaydada təsdiqlənməlidir. Həmin maddəyə görə, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 329.1-ci maddəsində təsbit edilmişdir ki, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdin forması ilə bağlı tələbə isə müqavilənin bütün mühüm şərtlərinin məhz qanunvericiliklə müəyyən edilmiş formada razılaşdırılması halında riayət edilmiş olur. Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılan şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin müqavilənin müraciətdə göstərildiyi kimi alğı-satqı predmeti olan əşyanın yenidən alınmasına yönələn alğı-satqı müqaviləsi olaraq qiymətləndirilməsi isə Mülki Məcəllənin qeyd edilən 405.1 və 659.2, 661-ci maddələrinin tələblərinə uyğun gəlmir. Sonuncu maddələr ilə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə münasibətdə satılmış əşyanın yenidən alınması (satın alınması) hüququnun etibarlı sayılması, belə müqavilənin notarial qaydada təsdiq edilməsi tələbinə riayət edilməsi ilə şərtləndirilmişdir. Göstərilənlərlə yanaşı o da nəzərə alınmalıdır ki, tərəflər aralarındakı borc münasibətlərini yalan əqd olaraq alğı-satqı müqaviləsi vasitəsilə təminat altına almış olduqları təqdirdə, sonradan borclu tərəfindən alğı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı tələbin irəli sürülməsi, bəzi hallarda hüquqlardan istifadə edilməsi zamanı vicdanlılığın qorunması prinsipinə zidd olmaqla kreditorların mənafelərinin, mülki dövriyyənin sabitliyinin pozulmasına gətirib çıxara bilər. Belə ki, azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində əmlak və qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrası böyük iqtisadi-sosial əhəmiyyətə malikdir. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi borc və ya kredit müqavilələri üzrə tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə yönəlməklə yanaşı, dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabilliyinə və inkişafına xidmət edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarı). Bu baxımdan, mülki hüququn əsas prinsiplərindən olan vicdanlılıq prinsipinin təmin edilməsi, hüquqdan sui-istifadənin qarşısının alınması məqsədi ilə bu kimi hallarda əqdin yalan əqd olaraq etibarsızlığı ilə bağlı iddiaların işin faktiki halları, tərəfin güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilib-keçirilmədiyi nəzərə alınmaqla rədd edilməsi istisna edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin, 29-cu maddəsinin İ və İİ hissələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin məzmununa və hüquqi təyinatına, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən müqavilə tərəflərinin istənilən üçüncü şəxsdə etibarlılığına dair yanlış təsəvvür yaratmaq niyyəti ilə bağladığı əqd yalan əqd olmaqla əhəmiyyətsizdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329 və 340.2-ci maddələrinin tələblərinə uyğun olaraq, yalan əqdə tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydaların tətbiq edilməsi, pərdələnən əqdin mülki qanunvericilikdə nəzərdə tutulmuş forma şərti də daxil olmaqla etibarlılıq tələblərinə cavab verməsi halında mümkün hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1, 659.2 və 661-ci maddələrinin mənasına görə, daşınmaz əmlakın alğı-satqı müqaviləsinin mühüm şərti kimi tərəflərin satılmış əşyanın yenidən alınması ilə bağlı razılaşması yalnız notarial qaydada təsdiq olunduğu halda etibarlıdır.
49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 106.3-106.4. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
50. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh MTK-nın üzərinə Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi, 58, 60, 62, 62A ünvanında Cavabdeh MTK tərəfindən inşa edilməsi nəzərdə tutulan hündürmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 152,41 kv.metr olan 3 otaqlı və həmin binanın 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 178,07 kv.metr olan 4 otaqlı mənzillərə dair ümumi yığıncağın protokolundan çıxarışların İddiaçı1 verilməsi; Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi, 58, 60, 62, 62A ünvanında Cavabdeh MTK tərəfindən inşa edilməsi nəzərdə tutulan hündürmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 178,07 kv.metr olan 4 otaqlı; həmin binanın 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 152,41 kv.metr olan 3 otaqlı və binanın 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 184,73 kv.metr olan 4 otaqlı mənzillərə dair ümumi yığıncağın protokolundan çıxarışların İddiaçı3 verilməsi; Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi, 58, 60, 62, 62A ünvanında Cavabdeh MTK tərəfindən inşa edilməsi nəzərdə tutulan hündürmərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 152,41 kv.metr olan 3 otaqlı; həmin binanın 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 178,07 kv.metr olan 4 otaqlı və binanın 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 184,73 kv.metr olan 4 otaqlı mənzillərə dair ümumi yığıncağın protokolundan çıxarışların İddiaçı2 verilməsi öhdəlikləri qoyulmalıdır.
51. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən, iş üzrə ödənilmiş 300 (üç yüz) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh MTK-dan alınaraq 100 (bir yüz) manat hissəsi İddiaçı1; 100 (bir yüz) manat hissəsi İddiaçı3 və qalan 100 (bir yüz) manat hissəsi isə İddiaçı2 verilməli, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 (əlli) manat məbləğində pul Cavabdeh MTK-dan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə qeyd edir ki, xərclərin bölüşdürülməsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bu barədə qərar qəbul edərkən məhkəmə tərəflərin tələbinin olub-olmamasından asılı deyil.
Nəticə:
52. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh MTK-nın üzərinə: - Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi, 58, 60, 62, 62A ünvanında Cavabdeh MTK tərəfindən inşa edilməsi nəzərdə tutulan hündürmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 152,41 kv.metr olan 3 otaqlı və həmin binanın 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 178,07 kv.metr olan 4 otaqlı mənzillərə dair ümumi yığıncağın protokolundan çıxarışların İddiaçı1 verilməsi; - Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi, 58, 60, 62, 62A ünvanında Cavabdeh MTK tərəfindən inşa edilməsi nəzərdə tutulan hündürmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 178,07 kv.metr olan 4 otaqlı; həmin binanın 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 152,41 kv.metr olan 3 otaqlı və binanın 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 184,73 kv.metr olan 4 otaqlı mənzillərə dair ümumi yığıncağın protokolundan çıxarışların İddiaçı3 verilməsi; - Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi, 58, 60, 62, 62A ünvanında Cavabdeh MTK tərəfindən inşa edilməsi nəzərdə tutulan hündürmərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 152,41 kv.metr olan 3 otaqlı; həmin binanın 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 178,07kv.metr olan 4 otaqlı və binanın 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 184,73 kv.metr olan 4 otaqlı mənzillərə dair ümumi yığıncağın protokolundan çıxarışların İddiaçı2 verilməsi öhdəlikləri qoyulsun. İş üzrə ödənilmiş 300 (üç yüz) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh MTKdan alınaraq 100 (bir yüz) manat hissəsi İddiaçı1; 100 (bir yüz) manat hissəsi İddiaçı3 və qalan 100 (bir yüz) manat hissəsi isə İddiaçı2 verilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 (əlli) manat məbləğində pul Cavabdeh MTK-dan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova