Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2020/2022 31.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “müqavilə üzrə öhdəliklərin pozulması” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “müqavilə üzrə öhdəliklərin pozulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh üzərinə Bakı şəhərinin hüdudlarında yaşayış binasında bir otaqdan ibarət olan mənzili İddiaçı (Kərimovanın) yetkinlik yaşına çatmayan oğlu X2 adına rəsmiləşdirərək əldə etməsi və iddiaçı Rəhimli (Kərimova) Gülnar Bəhruz qızına təhvil verilməsi öhdəliyi qoyuıması və iddiaçı Rəhimli (Kərimova) Gülnar Bəhruz qızına təhvil verilməsi öhdəliyi qoyulması və ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Rəhimli (Kərimova) Gülnar Bəhruz qızına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Rəhimli (Kərimova) Gülnar Bəhruz qızı 01.07.2005-ci il tarixdə X5 ilə nikah bağlamış və həmin vaxtdan hazırda qeydiyyatda olduğu ünvan 1 ünvanına əmlakı ilə birlikdə köçərək orada yaşamışdır. Birgə nikahdan 4 övladı olmuşdur- 10.10.2006-cı nil təvəllüdlü X3, 26.05.2008-ci il təvəllüdlü X6, 17.06.2011-ci il təvəllüdlü X4 və 13.01.2015-ci il təvəllüdlü X7 anadan olmuşlar. Nəsimi Rayon Məhkəməsinin 01.03.2018-ci il tarixli qətnaməsilə iddiaçı ilə Tural Kərimov arasındakı nikah pozulmuş və uşaqların iddiaçı Gülnar Kərimovanın yanında saxlanılması qət edilmişdir. İddiaçı boşandıqdan sonra da uşaqları ilə birlikdə qeydiyyatda olduğu ünvanda yaşayış, lakin 2018-ci il avqust ayından sonra "xxxx" MMC tərəfindən pilot layihəsi çərçivəsində yaşadığı ev söküldüyündən məcburi olaraq kirayə mənzilə köçmüşdür. Qeydiyyatda olduğu evin mülkiyyətçisi keçmiş qayınanası Cavabdehdır. Bununla bağlı iddiaçı Rəhimli (Kərimova) Gülnar Bəhruz qızı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh və Nəsimi rayon İcra Hakimiyyətinə qarşı mənzil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və kirayə haqqının cavabdehdən tutulması barədə iddia tələbləri ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmiş və Abşeron Rayon Məhkəməsinin 12 iyun 2019-cu il tarixli, 2(012)-404/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, "xxxx" MMC-dən 15.08.2018-ci il tarixdən ünvan 2 ünvanda 25 nömrəli mənzilin yerləşdiyi yaşayış binası tikilib təhvil verilənədək hər ay 450 manat kirayə haqqı kimi pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 10 manat dövlət rüsumuna görə pulun alınıb Kərimova Gülnar Bəhruz qızına verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən apellyasiya şikayətləri verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsində işə baxıldığı zaman iddiaçı Rəhimli (Kərimova) Gülnar Bəhruz qızı ilə Cavabdeh arasında barışıq əldə olunmuşdur. Bu səbəbdən iddiaçı Rəhimli (Kərimova) Gülnar Bəhruz qızı ilə Cavabdeh arasında 05.02.2021-ci il tarixdə Barışıq sazişi imzalanmış və notarial qaydada təsdiq edilmişdir. Həmin sazişin şərtlərinə görə, Cavabdeh bir il ərzində Bakı şəhərin hüdudlarında bir otaqdan ibarət olan mənzili İddiaçı yetkinlik yaşına çatmayan oğlu X2 adına rəsmiləşdirərək əldə etməyi öhdəliyi götürmüşdür. Saziş bağlandıqdan sonra iddiaçı Rəhimli (Kərimova) Gülnar Bəhruz qızı Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan mülki iş üzrə iddia tələblərindən imtina etmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-282/2021 saylı, 11.02.2021-ci il tarixli qərardadı ilə 05 fevral 2021-ci il tarixli qərardadı ilə 05 fevral 2021-ci il tarixli barışıq sazişi təsdiq edilmişdir. Lakin, artıq bir il müddətin keçməsinə baxmayaraq Cavabdeh tərəfindən mənzil əldə edilməmişdir. Bu isə bağlanmış 05 fevral 2021-ci il tarixli barışıq sazişin şərtlərinin pozulmasıdır. Bununla bağlı iddiaçı tərəfindən pretenziya qaydasında cavabdehə məktub göndərilmiş və barışıq sazişinin şərtlərinin 10 gün müddətində yerinə yetirilmədiyi halda məhkəməyə müraciət ediləcəyi barədə bildirilmişdir. Cavabdeh məktubu aldıqdan sonra heç bir cavab verməmiş və bununla da müqavilə üzrə götürdüyü öhdəlikləri yerinə yetirməkdən imtina etmişdir. Bu səbəbdən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasının vaxı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə AR MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən 05.06.2008-ci il tarixdə verilmiş AZ-İİ № 099267 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X6 26 may 2008-ci ildə Bakı şəhərində anadan olmuş, atası X5, anası Kərimova Gülnar Bəhruz qızıdır. İş materiallarında olan Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən 17.10.2006-cı il tarixdə verilmiş AZ-İ № 848978 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X3 10 oktyabr 2006-cı ildə Bakı şəhərində anadan olmuş, atası X5, anası Kərimova Gülnar Bəhruz qızıdır. İş materiallarında olan Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən 18.01.2015-ci il tarixdə verilmiş AZ-İİİ № 459212 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X8 13 yanvar 2015-ci ildə Bakı şəhərində anadan olmuş, atası X5, anası Kərimova Gülnar Bəhruz qızıdır. İş materiallarında olan Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən 15.07.2011-ci il tarixdə verilmiş AZ-İİ № 717392 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X4 17 iyun 2011-ci ildə Bakı şəhərində anadan olmuş, atası X5, anası Kərimova Gülnar Bəhruz qızıdır. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 2(006)-600/2018 saylı, 12.06.2019-cu il tarixli qətnaməsi ilə Kərimova Gülnar Bəhruz qızı ilə X5 arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan anadan olmuş uşaqlar anaları Kərimova Gülnar Bəhruz qızının yanında saxlanılmışdır. İş materiallarında olan Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən 01.12.2020-ci il tarixdə verilmiş AZ-İ № 370472 saylı nikahın pozulması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X5 ilə Kərimova Gülnar Bəhruz qızı arasında olan nikaha 19.10.2018-ci il tarixdə nikaha xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 01.12.2020-ci ildə 287 № ilə qeyd edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-404/2019 saylı, 12.06.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Rəhimli (Kərimova) Gülnar Bəhruz qızının cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh və Nəsimi rayon İcra Hakimiyyətinə qarşı mənzil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və kirayə haqqının cavabdehdən tutulması barədə iddiası qismən təmin edilmiş, "xxxx" MMC-dən 15.08.2018-ci il tarixdən ünvan 2 ünvanda 25 nömrəli mənzilin yerləşdiyi yaşayış binası tikilib təhvil verilənədək hər ay 450 manat kirayə haqqı kimi pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 10 manat dövlət rüsumuna görə pulun alınıb Kərimova Gülnar Bəhruz qızına verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan 05.02.2021-ci il tarixli Barışıq sazişinə əsasən, bu barışıq sazişi Kərimova Gülnar Bəhruz qızı ilə Cavabdeh arasında aşağıdakı şərtlərlə bağlanılmışdır:
1. X1 və Kərimova gülnar Bəhruz qızının birgə nikahdan olan uşaqlarının yaşayış sahəsi ilə təmin edilməsini Cavabdeh öz öhdəsinə götürür;
2. Cavabdeh bir il ərzində Bakı şəhərində bir otaqdan ibarət olan mənzili yetkinlik yaşına çatmayan X2 adına rısmiləşdirərək əldə etməyi öz öhdələrinə götürürlər;
3. Kərimova Gülnar Bəhruz qızı öz iddia tələblərindən imtina edir və gələcəkdə daşınmaz və digər əmlaka dair heç bir tələblərin olmadığını bildirir;
4. Barışıq sazişinin tərəfləri mülki iş üzrə tələblərindən imtina edərək qeyd olunan mübahisə ilə bağlı gələcəkdə iddia tələblərinin olmadıqlarını bildirirlər;
5. Tərəflər arasında bağlanmış bu barışıq sazişinin şərtləri pozulduqda onların məhkəməyə müraciət etmək hüququ vardır;
6. Bu saziş üç nüsxədən ibarət tərtib və təsdiq edildi, onlardan biri notariat ofisində saxlanılır, digər nüsxələr isə tərəflərə verilir. Bu barışıq sazişi “ünvan 1 ünvanında yerləşən yaşayış binasının tikilib təhvil verilənədək hər ay üçün kirayə haqqının ödənilməsi” tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsində baxılan mülki işlərlə əlaqədar tərtib olunmuşdur. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-282/2021 saylı, 11.02.2021-ci il tarixli qərardadından görünür ki, Bu barışıq sazişi Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-282/2021 saylı, 11.02.2021-ci il tarixli qərardadı ilə təsdiq edilmişdir. İş materiallarında olan pretenziya məktubundan görünür ki, Cavabdeh barışıq sazişinin şərtlərini pozmuş və barışıq sazişi şərtlərinin 10 gün müddətində yerinə yetirilmədiyi halda məhkəməyə müraciət olunacağı barədə cavabdeh xəbərdar edilmişdir. Beləliklə, işin faktiki hallarından göründüyü kimi iddiaçı 01.07.2005-ci ildə ailə həyatı qurmuş, birgə nikahdan 4 övladı anadan olmuş, 01.03.2018-ci il tarixdə isə nikah pozulmuşdur. İddiaçı nikah pozulduqdan sonra övladları ilə birgə cavabdehin mülkiyyətində olan qeydiyyatda olduğu mənzil söküldüyü üçün kirayə evə köçmək məcburiyyətində qalmışdır. İddiaçı və cavabdeh arasında 05.02.2021-ci il tarixdə barışıq sazişi bağlanmış və həmin barışıq sazişi məhkəmə qərardadı ilə təsdiq edilmişdir. Lakin, barışıq sazişinin şərtləri hələ də cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Hazırda iddiaçı Bakı şəhəri ərazisində birotaqlı mənzilin yetkinlik yaşına çatmayan oğlu X2 adına rəsmiləşdirilərək əldə edilməsi və ona təhvil verilməsi öhdəliyinin cavabdehin üzrəinə qoyulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5.4-cü maddəsinə əsasən, qanunda başqa hal nəzərdə tutulmayıbsa, onlar məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, «məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 100 (yüz) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olaraq məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, Bakı şəhərinin hüdudlarında yaşayış binasında bir otaqdan ibarət olan mənzil iddiaçı Rəhimli (Kərimova) Gülnar Bəhruz qızının yetkinlik yaşına çatmayan oğlu X2 adına rəsmiləşdirilərək əldə etməsi, iddiaçı Rəhimli (Kərimova) Gülnar Bəhruz qızına təhvil verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalı və ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi:
İddia ərizəsi təmin edilsin. Bakı şəhərinin hüdudlarında yaşayış binasında bir otaqdan ibarət olan mənzil iddiaçı Rəhimli (Kərimova) Gülnar Bəhruz qızının yetkinlik yaşına çatmayan oğlu X2 adına rəsmiləşdirilərək əldə etməsi, iddiaçı Rəhimli (Kərimova) Gülnar Bəhruz qızına təhvil verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun və ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Natavan Tağıyeva