Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2021/2025 03.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı «əsassız varlanma nəticəsində əldə edilmiş vəsaitin qaytarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı ASC Cavabdeh qarşı «əsassız varlanma nəticəsində əldə edilmiş vəsaitin qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsassız varlanmaya görə 177,72 ABŞ dolları məbləğində əsas borcun, 73,92 ABŞ dolları faiz borcunun, cəmi 251,64 ABŞ dolları məbləğində pul vəsaitinin, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış plastik kartların əldə edilməsi və istifadəsinə dair müqaviləyə əsasən 424448******4406 nömrəli Visa Classik kart verilmişdir. Cavabdeh tərəfindən müqavilə əsasında yaradılmış 424448******4406 saylı kart hesabına xx.xx.2017-ci il tarixindən yaranan texniki xəta səbəbindən onun qeyd olunan kart hesabında yetərli pul vəsaiti olmadığı halda banka məxsus 177,72 ABŞ dolları məbləğində pul vəsaitini istifadə etmişdir. Bank tərəfindən müvafiq düzəlişlər aparılaraq Cavabdeh tərəfindən istifadə edilmiş banka məxsus vəsaitin geri qaytarılması istiqamətində işlər görülmüş, lakin qeyd olunan vəsait cavabdeh tərəfindən nağdlaşdırıldığından həmin vəsaitin geri qaytarılması mümkün olmamışdır. Göstərilən pul vəsaitinin Cavabdeh tərəfindən istifadə olunması nəticəsində isə hal-hazırda onun banka 177,72 ABŞ dolları məbləğində əsas borc, 73,92 ABŞ dolları faiz borcu olmaqla, cəmi 251,64 ABŞ dolları məbləğində borcu yaranmışdır. İddiaçı ASC-nin plastik kartlarının əldə edilməsinə və istifadəsinə dair müqavilənin və Azərbaycan Respublikası mülki qanunverciliyinə əsasən yaranmış borcun ödənilməsi barədə yazılı və şıfahi müraciətləri cavabsız qalmışdır. Bu səbəbdən, kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Mülki Prosessual Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən MPM-in 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış plastik kartların əldə edilməsinə və istifadəsinə dair müqavilənin 2-ci bəndinə görə bu müqavilə bank tərəfindən buraxılan Respublika ərazisində və xaricdə istifadə edilə bilən plastik kartların verilməsi və onlardan istifadə edilməsi ilə bağlı bank və istifadəçi arasında hüquq münasibətlərin əmələ gəlməsini, onların hüquq və vəzifələrini, məsuliyyət dairəsini, plastik kartlardan istifadənin əsas şərtləri və qaydalarını, tərəflər arasında bu sahədə əmələ gələ bilən başqa münasibətləri müəyyən edir və tənzimləyir. 4-cü bəndinə görə ərizəçi tərəfindən həmin müqavilənin imzalanması bank qarşısında ona kartı vermək məcburiyyətini yaratmır. İstifadəçi kartlardan onların istifadə etmə müddəti ərzində Azərbaycan Respublikasının qanunlarına, ödəniş qaydalarına, bu müqavilənin şərtlərinə bankın müəyyən etdiyi və gələcəkdə edəcəyi qaydalara əsasən istifadə etməyi öhdəsinə götürür. İstifadəçi plastik kartla bağlı bütün məsələlərə aid məlumatları bank tərəfindən Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun surətdə müvafiq dövlət orqanlarına verilməsini əvvəlcədən qeyd-şərtsiz qəbul edir. Bank istifadəçini xəbərdar etmədən kartdan istifadə şərtlərinə dair bu müqaviləyə birtərəfli qaydada dəyişiklik etmək hüququna malikdir. Cavabdeh İddiaçı ASC-yə olan overdraft borcunun faizlərini və penyanın hesablanması haqında xx.xx.2024-cü il tarixli arayışa görə iddia qaldırılan günə əsas borcun məbləği 177,72 ABŞ dolları, faiz borcunun məbləği 73,92 ABŞ dolları olmaqla, cəmi 251,64 ABŞ dolları borcunun olduğu müəyyən edilir. İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixdə Cavabdeh ünvanladığı pretenziya məktubuna görə onun bank qarşısında ümumilikdə 251,64 ABŞ dolları overdraft borcunun yarandığı, bununla da öhdəliyini pozduğu bildirilmiş, 3 gün müddətində göstərilən məbləğdə borcu banka ödəməsi tələb edilmiş, əks halda borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Beləliklə işin məhkəmə tərəfindən araşdırılmış halları ilə müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış plastik kartların əldə edilməsinə və istifadəsinə dair müqavilə əsasında bank tərəfindən Cavabdeh plastik kart verilmiş, kartda yetərli vəsait olmadığı halda Cavabdeh ona məxsus kart hesabından, ona aid olmayan bankın vəsaitini əməliyyatlar apararaq istifadə etməsi nəticəsində da əsassız varlanmış, lakin bu günədək bank qarşısında öhdəliyini icra etməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və bank öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət etmək qərarına gəlmiş, Cavabdeh istifadə etdiyi məbləğlə yanaşı həmin məbləğin istifadəsinə görə hesablanmış faiz borcunu da tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəmə toplanmış sübutlar əsasında Cavabdeh hüquqi əsas olmadan əldə etdiyi, lakin geri ödəmədiyi 177,72 ABŞ dolları pul vəsaitinin, eləcə də həmin vəsaitdən istifadəyə görə hesablanmış 73,92 ABŞ dolları faiz məbləğinin ondan tutulub bankın xeyrinə ödənilməli olması qənaətinə gəlir. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 177,72 ABŞ dolları overdraft borcu, 73,92 ABŞ dolları faiz borcu olmaqla, cəmi 251,64 ABŞ dolları ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla və iddianın verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 30 manat məşləğində vəsait Cavabdeh alınaraq İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. 177,72 ABŞ dolları overdraft borcu, 73,92 ABŞ dolları faiz borcu olmaqla, cəmi 251,64 ABŞ dolları ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla və iddianın verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 30 manat məşləğində vəsait Cavabdeh alınaraq İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-2021/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2021/2025
03.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver