Məhkəmə qərarları › İş №e-2(006)-2030/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2030/2022

19.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2030/2022 19.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı “reqress qaydada pulun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ASC-yə qarşı “reqress qaydada pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 5.535 manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə 85,35 (75,35+10=85,35) manat dövlət rüsumunun tutularaq ona ödənilməsi, Cavabdeh2 ASC tərəfindən xx.xx.2019-cu il tarixli, 060/0139933/000A nömrəli kredit müqaviləsi üzrə borcun tutulmasının Cavabdeh1 məxsus müvafiq bank hesabına yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə Cavabdeh1 ilə Cavabdeh2 ASC (Suraxanı rayon Filialı) arasında 48 ay müddətinə 10.400 (on min dörd yüz) AZN məbləğində xx.xx.2019-cu il tarixli, 060/0139933/000A nömrəli kredit müqaviləsi rəsmiləşdirilmişdir. Həmin kredit müqaviləsi üzrə İddiaçı əsas borclu üçün zamin olmuş, tərəflər arasında müvafiq zaminlik müqaviləsi bağlanılmışdır. Əvvəllər sözügedən kredit müqaviləsi üzrə borc cavabdeh-əsas borcu Cavabdeh1 əmək haqqının olduğu müvafiq bank hesabından tutularaq ödənilsə də, artıq uzun müddətdir ki, (xx.xx.2020-ci ildən bu günədək) kredit borcu üzrə tutma iddiaçının Cavabdeh2dakı əmək haqqı hesabına yönəldilir. Qeyd olunan xx.xx.2020-ci il tarixdən bu günədək iddiaçının əmək haqqı hesabından cavabdeh-əsas borcu Cavabdeh1 kredit borcu üzrə 5.535 (beş min beş yüz otuz beş) manat məbləğində tutulma aparılmışdır və bu prosess cavabdeh bank tərəfindən heç bir araşdırılma aparılmadan hələ də davam etməkdədir. Qeyd olunan bu hallar Cavabdeh2 ASC tərəfindən təqdim edilmiş ödəniş kartı üzrə Çıxarışda öz təsdiqini tapmaqdadır. Belə ki, ümumilikdə Cavabdeh2 ASC tərəfindən iddiaçıdan 5.535 (beş min beş yüz otuz beş) AZN pul tutulmuşdur. Hazırda ödənilən pulları iddiaçı haqlı olaraq Cavabdeh1 geri tələb edir. İddiaçı Cavabdeh2 ASC müraciət edərək əsas borclunun ödəmə qabiliyyətli olduğunu, habelə onun müvafiq olaraq əmək haqqı bank hesabının olduğunu bildirərək, kredit müqaviləsi üzrə ödənişlərin cavabdehin bank hesabına yönəldilməsini tələb etsə də, cavabdeh bank iddiaçıya mahiyyətə uyğun olmayan cavablar ünvanlamışdır. Cavabdeh bankın öhdəliyin icra edilməsi ilə bağlı əsas borcluya münasibətdə hərəkətsiz qalması və bütün öhdəliyin icrası aksepsiz-mübahisəsiz qaydada zaminin üzərinə qoyması qanunvericiliyin tələblərinə ziddir. Zaminlik institutu öhdəliyin icrasının təmini kimi əsas borcluya münasibətdə subsidiar məsuliyyət daşıyır, əgər müqavilədə nəzərdə tutulduğu halda birgə məsuliyyət daşıya bilər, amma heç bir halda təkcə məsuliyyət daşımır. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 6.772,54 manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə 85,35 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, sözügedən iş məhkəmədə icraatda olan zaman cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.2010-cu il tarixli, 060/0139933/000A nömrəli kredit müqaviləsi üzrə borcun tutulmasının iddiaçıya məxsus müvafiq bank hesabına yönəldilməsi davam etdiyindən, iddiaçıya əlavə zərər dəymişdir. Belə ki, Cavabdeh2 ASC tərəfindən verilmiş 279 saylı, 20 iyun 2022-cı ıl tarixli arayışa əsasən İddiaçı məxsus müvafiq əmək haqqı kart hesablarından zamin qismində çıxış etdiyi kredit müqaviləsi üzrə faiz borcu-93,12 manat, cərimə borcu - 224.1 manat, gecikən əsas borc - 3820.18 manat, gecikən faiz borcu - 2635.14 manat silinmişdir. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-2030/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ASC-yə qarşı “reqress qaydada pulun tutulması” tələbinə dair iddia ərizəsinin Cavabdeh2 ASC-yə münasibətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən baxılmamış saxlanılmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının nümayəndəsi və vəkili Vəkil yuxarıda qeyd olunan məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. Cavabdeh2 ASC ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, 060/0139933/000A saylı kredit müqaviləsinin surətindən görünür ki, bank borcalana 48 ay müddətinə illik 29,84% olmaqla 10.400 manat məbləğində kredit verməyi, borcalan isə həmin məbləği faizləri ilə birgə banka qayatarmağı öhdəsinə götürmüşdür. Cavabdeh2 ASC ilə İddiaçı arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, Z- 060/0139933/000A saylı zaminlik müqaviləsinin surətindən görünür ki, İddiaçı xx.xx.2019cu il tarixli, 060/0139933/000A saylı kredit müqaviləsi üzrə əsas və faiz borcları, dəbbə pulu, maliyyə sanksiyası, tələbin yönəldilməsi ilə bağlı bütün xərclər, borclananın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Banka dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Bank qarşısında borcalanla eyni şərtlər daxilində məsuliyyət daşıyır. Cavabdeh2 ASC tərəfindən X2 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, vətəndaş Səməndər Araz oğlu AUahquliyevin zaminliyi ilə Bankın Suraxanı rayon Filialı ilə X3 arasında 04 iyun 2019-cu il tarixdə 48 ay müddətinə 10.400 (on min dörd yüz) manat məbləğində kredit müqaviləsi rəsmiləşdirilmişdir. Kredit və zaminlik müqavilələrində tərəflərin hüquqları, öhdəlikləri, öhdəliklərin icra müddəti, öhdəliklərin icra qaydası razılaşdırılmışdır. Müqavilələrdə faiz tətbiqinin dayandırılması, kredit borcunun və ya onun bir hissəsinin bağışlanması nəzərdə tutulmamışdır. Zaminlik müqaviləsinə əsasən zamin kreditor qarşısında borcalanla eyni həcmdə məsuliyyət daşıyır, zaminliklə təmin edilmiş öhdəlik (borc), habelə kredit müqaviləsi üzrə hüquqlar hər hansı bir səbəbdən, o cümlədən vərəsəlik, hüquqi varislik qaydasında başqa şəxsə keçdikdə, borcalan vəfat etdikdə zaminlik qüvvədə qalır. Zaminlik müqaviləsinə əsasən gecikdirilmiş öhdəliklərin icrası vətəndaş İddiaçı kart hesabına yönəldilmişdir. Vətəndaşın müraciəti nəzərə alınaraq güzəşt imkanları araşdırılmış, vətəndaş İddiaçı zaminliyi ilə borcun 60 ay müddətə restrukturizasiyasına baxılması mümkün hesab edilmişdir. Təklifi qəbul etdiyi təqdirdə vətəndaş Cavabdeh1 Bankın istənilən filialına müraciət etməsi tövsiyə edilmişdir. Cavabdeh2 ASC-nin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.2019-cu il tarixində rəsmiləşdirilən 10.400 AZN məbləğində olan 060/0139933/000A saylı kredit müqaviləsinə zamin durmuşdur. X1, zamin qismində çıxış etdiyi 060/0139933/000A saylı kredit müqaviləsi üzrə əmək haqqı kart hesabından faiz borcu- 93,12 manat, cərimə borcu - 224.1 manat, gecikən əsas borc - 3820.18 manat, gecikən faiz borcu - 2635.14 manat silinmələr olmuşdur. Beləliklə, iş materiallarında olan sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh2 ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, Z-060/0139933/000A saylı zaminlik müqaviləsinə əsasən zamin İddiaçı borc alan tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədiyi təqdirdə kredit müqaviləsindən irəli gələn öhdəliyinin tam həcmdə icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh2 ASC-nin xx.xx.2022-ci il tarixli arayışına əsasən bu kredit müqaviləsi üzrə zamin İddiaçı əmək haqqı kart hesabından faiz borcu - 93,12 manat, cərimə borcu – 224,1 manat, gecikən əsas borc – 3.820,18 manat, gecikən faiz borcu – 2.635,14 manat silinmələr olduğu müəyyən edlmişdir. İddiaçının reqress qaydasında ödənilməsini xahiş etdiyi məbləğ 6.772,54 manat təşkil edir. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 475.1-ci maddəsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin maddənin tələblərinə görə öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. İş materiallarından göründüyü kimi, iddiaçı zamin kimi Cavabdeh1 Cavabdeh2 ASC qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliyini 6.772,54 manat məbləğində icra etmişdir. Zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıdığından və öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları zaminin kreditorun tələbini ödədiyi həcmdə keçdiyindən, iddiaçının müvafiq iddia tələbi irəli sürmək hüququ vardır və bu tələb təmin olunmalıdır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı tərəfindən qeyd olunan öhdəlik üzrə ödənilmiş 6.772,54 manat və dövlət rüsumu kimi ödənilmiş 85,35 (75,35+10) manat, cəmi 6.857,89 manat məbləğində pul Cavabdeh1 alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 6.772,54 manat və dövlət rüsumu kimi ödənilmiş 85,35 manat, cəmi 6.857,89 (altı min səkkiz yüz əlli yeddi manat, səksən doqquz qəpik) manat məbləğində pul Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar