Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2050/2025 20.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X11 oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İrsad qızının iddiaçının mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu X10 küçəsi 8 nömrəli evin, 17 saylı mənzilin yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, X10 küçəsi 8 nömrəli evin 17 saylı mənzili Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş xx.xx.2000-ci il tarixli ******* saylı Qeydiyyat Vəsiqəsinə (köhnə çıxarış), Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən xüsusi mülkiyyət hüququ əsasında İddiaçı mülkiyyətindədir. İş üzrə üzrə cavabdehlər , yəni İddiaçı oğlu Cavabdeh1, gəlini Cavabdeh4 İrsad qızı, nəvələri Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 formal olaraq həmin mənzildə pasport qeydiyyatındadırlar. 2018-ci ildən Cavabdeh1 digər ailə üzvləri ilə birlikdə qeydiyyatda olduqları mənzildən özlərinə məxsus olan əşyaları ilə Sabunçu rayonu, Ramana qəsəbəsi, Ramana südçülük sovxozunda yeni inşa etdirdikləri həyət evinə köçüb, hazırkı vaxta kimi həmin evdə yaşayırlar. Lakin cavabdehlər qeydiyyatda olduqları mənzildən birdəfəlik köçmələrinə baxmaraq indiyə kimi qeydiyyatdan çıxmamışlar. Bu isə İddiaçı mülkiyyətində olan daşınmaz əmlaka hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmışdır. Cavabdeh1 digər ailə üzvləri ilə birlikdə qeydiyyatda olduqları evdən özlərinə məxsus olan əşyaları ilə Sabunçu rayonu, Ramana qəsəbəsi, Ramana südçülük sovxozunda yeni inşa etdirdikləri həyət evinə köçmələri, 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-16728/2024 nömrəli məktubu, "Azəriqaz" İstehsalat Birliyinin 14-2-2/2-4736/2024 saylı 23 avqust 2024-cü il tarixdli məktubu ilə, habelə iddia ərizəsinə əlavə edilmiş fotoşəkillərlə də təsdiq edilir. Belə ki, 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-16728/2024 ******* 16728 saylı arayışa əsasən Cavabdeh1 adına Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Ramana südçülük sovxozunda yerləşən 0.1 ha yaşayış məntəqələrinin torpaq sahəsi, Abşeron rayonu Məmmədli kəndində yerləşən 0.4 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İddiaçı şəxsi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu X10 küçəsi ev 8, 17 saylı mənzildə qeydiyyatda olan cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İrsad qızının yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları və ya yaşayış yerindən istifadə hüququna xitam verilməsi barədə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə müraciət etmişdir. Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi xx.xx.2024-cü il tarixli 51/2-11-8753 saylı məktubu ilə bildirmişdir ki, Azərbaycan Respublikasının "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat" haqqında Qanunun 9-cu maddəsinin tələblərinə əsasən, müraciətdə göstərilən şəxslərin ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qeydiyyatdan çıxarılma barədə qətnaməsi əsasında həyata keçirilir. İddiaçı mənzilində cavabdehlərin qeydiyyatda qalmaları onun həmin mənzillə bağlı sərəncam vermək və sair hərəkətlər etmək hüquqlarını məhdudlaşdırır. Ona görə də, İddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Vəkil sorğusu əsasında "Azəriqaz" İstehsalat Birliyinin verdiyi 14-2-2/2-4736/2024 saylı 23 avqust 2024cü il tarixli məktub ilə Cavabdeh1 ilə (abonent kodu **********02680) "Azəriqaz” İstehsalat Birliyi arasında bağlanmış "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə" 04/4090 saylı, xx.xx.2023-cü il tarixli müqavilənin və müqaviləyə əlavə edilən digər sənədlərin surətləri təqdim edilmişdir. Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Ramana südçülük sovxozu ərazisində yerləşən 0,1 ha torpaq sahəsində inşa etdiyi tikiliyə çəkilmiş işıq xətləri ilə əlaqədar "xxxx" ASC ilə bağlamış olduğu müqavilənin təsdiq olunmuş surətinin göndərilməsi ilə bağlı vəkil sorğusu ilə müraciət edilmişdir. “Azərişıq" ASC 13- 13/2-1/16-11377/2024 saylı xx.xx.2024-cü il tarixli məktubla bildirmişdir ki, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Ramana südçülük sovxozunda yerləşən 0,1 ha torpaq sahəsində inşa edilmiş tikilinin elektrik enerjisi ilə təchiz edilməsinə əsas olan sənədlərin təqdim edilməsi ilə bağlı 19 iyun 2024-cü il tarixli, 228 nömrəli müraciətinizə "xxxx" ASC-də aidiyyəti üzrə baxılmışdır. Qeyd olunan tikiliyə dair dəqiq ünvanın və abunə kodunun təqdim edilməməsi səbəbilə müraciətinizin araşdırılması mümkün olmamışdır. Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Ramana südçülük sovxozu ərazisində yerləşən 0,1 ha torpaq sahəsində inşa etdiyi tikiliyə çəkilmiş su xətləri ilə əlaqədar "xxxx" ASC ilə bağlamış olduğu müqavilənin təsdiq olunmuş surətinin göndərilməsi ilə bağlı tərəfimdən vəkil sorğusu ilə müraciət edilmişdir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Su Təchizatı Xidməti” X12 idarə heyəti xx.xx.2024-cü il tarixli 3-53-3/2-3969/2024 saylı məktubla bildirmişdir ki, “göndərmiş olduğunuz məktubda vəkil orderi təqdim edilmədən digər şəxsə dair məlumatlar tələb edilmişdir. Bu isə "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 13.1 bəndinə (Bu Qanunun 8.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, fərdi məlumatların üçüncü şəxslər tərəfindən mülkiyyətçiyə və ya operatora, eləcə də onlar tərəfindən fərdi məlumatların İstənilən üçüncü şəxsə verilməsinə yalnız subyektin yazılı razılığı ilə yol verilir) əsasən qadağan edilmişdir”. Odur ki, göstərilənlərə əsasən cavabdehlərin Bakı şəhəri Nəsimi rayonu X10 küçəsi 8 nömrəli evin, 17 saylı mənzilin yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilir.
3. İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəməyə iddia ərizəsinə dəqiqləşdirmə barədə ərizə təqdim edərək qeyd etmişdir ki, məhkəmə hazırlıq iclasları zamanı əldə edilmiş sübutlarla cavabdehlərin 2018-ci ildən qeydiyyatdan olduqları mənzildən özlərinə məxsus olan əşyaları ilə Sabunçu rayonu, Ramana qəsəbəsi, Ramana südçülük sovxozunda yeni inşa etdikləri həyət evinə köçüb, hazırkı vaxta kimi həmin evdə yaşadıqları təsdiq edilmişdir. Bundan əlavə onlardan Cavabdeh1, ailə başçısının Quba rayonu, Dəvədabanı yaşayış massivində də evi vardır. Bütün bunlar göstərir ki, 7 ilə yaxındır cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzillə heç bir əlaqələri yoxdur. Başqa ünvanlarda kifayət qədər böyük yaşayış sahələri olan evləri vardır. İddiaçının mülkiyyətində olan mənzilin yaşayış sahəsinə heç bir ehtiyacları yoxdur. Həmin mənzilin yaşayış sahəsində istifadə etmək hüququnu itirmişlər. Göstərilənlərə əsasən cavabdehlərin Bakı şəhəri Nəsimi rayonu X10 küçəsi 8 nömrəli evin, 17 saylı mənzilin yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilmələri barədə qətnamə qəbul edilməsini xahiş edir.
4. Cavabdeh4 Nəsimi Rayon Məhkəməsinə ərizə göndərərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Qeyd etmişdir ki, o, 1992-ci ildə Bakı şəhəri Nəsimi rayonu X10 küçəsi 8 nömrəli evin, 17 saylı mənzilinə gəlin köçmüşdür. Övladları həmin evdə doğulub boya-başa çatıb. Ora onların yaganə yaşayış evləri olub. Gəlin köçən zaman həmin evlər kotec evləri kimi siyahı əsasında Ermənistandan gələnlərə verilmişdir. Evin sənədləşməsi isə 2018ci ildən başlamışdır ki, onların heç bir icazəsi olmadan həmin ev özəlləşdirilmişdir. Hazırda Cavabdeh4 əmlakları iddia olunan mənzildədir. O, evlə əlaqəsini kəsməmişdir. Sadəcə olaraq bir müddət işi ilə əlaqədar və qızına qulluq etmək üçün Türkiyə Respublikasına getmişdir. İddiaçının yazdığı ərizə ağ yalandır. Sadəcə olaraq istifadə hüquqlarını itirmək üçün guya o, könüllü olaraq evdən çıxmışdır. Evdə olan əmlakların əksəriyyəti ona aiddir. Evə baxış keçirilsə, evdə olan pionino və digər əmlaklar onlara aiddir ki, kişi bu yaşda ondan istifadə edə bilməz. Hətta evi tam təmir etmiş, tikintiyə əlavələr etmişlər. a) Məhkəmə prosesi:
5. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdirlər.
7. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) İş materialları:
8. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, X10 küçəsi, b.8, m.17 ünvanında yerləşən mənzilə dair xx.xx.2018-ci il tarixli texniki pasportdan görünür ki, hüquq subyekti İddiaçıdur.
9. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin ÖM043528 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, X10 küçəsi, 8 saylı evin 17 saylı mənzili 40 kv.m yaşayış sahəsindən ibarət olmaqla İddiaçı adına xx.xx.2000-ci il tarixdə qeydiyyata alınmışdır.
10. Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* №-li xx.xx.2018-ci il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, X10 küçəsi, ev 8, mənzil 17 ünvanında yerləşən 66.8 kv.m. olan daşınmaz əmlak İddiaçı məxsusdur.
11. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri“ PHŞ-nin 1 saylı ünvan 4 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Cavabdeh1 adına Sabunçu rayonu, Ramana qəsəbəsi, Ramana südçülük sovxozu ərazisində 0.1 ha yaşayış məntəqələrinin torpaq sahəsi, Abşeron rayonu, Məmmədli kəndində 0.4 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydiyyatdan keçmişdir və mülkiyyətindədir. Sorğuda qeyd edilən digər şəxslərin adlarına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir.
12. Daxili İşlər Nazirliyi tərəfindən X1 verilmiş yayayış yeri üzrə qeydiyyat haqqında ******* №-li, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X2, İddiaçı, X3, Cavabdeh1, Cavabdeh5, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Nəsimi rayonu, X10 küçəsi, ev 8, mənzil 17 ünvanında yerləşən mənzildə qeydiyyatdadırlar.
13. Cavabdeh1 ilə “Azəriqaz” İB BRQSD-nin rəisi arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, onlar arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır.
14. “Azəriqaz” İB tərəfindən Nəsimi Rayon Məhkəməsinə göndərilmişxx.xx.2025-ci il tarixli “sorğuya cavab məktubu”ndan görünür ki, Cavabdeh1 adına Sabunçu rayonu, Ramanı qəsəbəsi, Şuşa şəhərciyi ünvanı üzrə **********02680 saylı və Quba rayonu, Dəvədabanı yaşayış massivi ünvanı üzrə **********00640 saylı abonent kodları mövcuddur.
15. Dövlət rüsumunun ödənilməsi barədə xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
16. Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* №-li xx.xx.2008-ci il tarixli çıxarışdan görünür ki, Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində 0.10 ha həyətyanı torpaq sahəsi Cavabdeh1 məxsusdur.
17. Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* №-li xx.xx.2012-ci il tarixli çıxarışdan görünür ki, Abşeron rayonu, Məmmədli kəndində 0.40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1 məxsusdur. Eyni zamanda Quba rayonu, Dəvədabanı yaşayış massivində adına qaz alqı-satqısı ilə bağlı abonent kodu mövcuddur.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
18. Beləliklə, iş materialları əsasında məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı Cavabdeh1 atası, digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 Cavabdeh1 uşaqlar, Cavabdeh4 isə Cavabdeh1 arvadıdır.
19. Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli sərəncamı ilə Bakı şəhəri Nəsimi rayonu X10 küçəsi 8 nömrəli evin, 17 saylı mənzili İddiaçı verilmişdir. İddiaçı həmin mənzilə 1993-cü ildə, X4 və X2 1996-cı ildə qeydiyyata alınmışlar. İddiaçı öz ailəsi ilə həmin mənzildə yaşamış 1992-ci ildə oğlu Həsənov Cavabdeh1 Yaqut İrsat qızı ilə nikaha daxil olmuş və Cavabdeh4 həmin mənzilə gəlin köçmüşdür. Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 həmin evdə doğulmuş, anaları Cavabdeh4 və ataları Cavabdeh1 ilə birlikdə həmin evdə qeydiyyatdadırlar. xx.xx.2000-ci il tarixdə həmin mənzil xüsusi mülkiyyət hüququ kimi İddiaçı adına qeydiyyata alınmışdır. 2018-ci ildə Cavabdeh1, onun yoldaşı Yaqut və uşaqları Nicat, Elsəid və Cahan Cavabdeh1 məxsus Ramana qəsəbəsi, Ramana südçülük sovxozu ərazisində yerləşən evə köçmüş və həmin tarixdən orada yaşayırlar.
20. Cavabdeh4 mübahisə predmeti olan mənzil ilə əlaqəsini tam kəsmədiyini, əşyalarının orada olduğunu və həmin mənzilin təmirinə xərc çəkdiklərini digər Cavabdeh1 isə həmin mənzildə yaşamadıqlarını və yaşamayacaqlarını, onun da orada payı olduğunu, heç bir təzminat tələbi olmadığını bildirmiş, mənzilin plana düşüb satıldığı təqdirdə, ona da kompensasiyadan pay düşməli olduğunu qeyd etmişdir. Digər Cavabdeh3 isə ailə qurduğu və Türkiyədə yaşadığı bildirilmişdir.
21. Məhkəmə araşdırmaları zamanı məlum olmuşdur ki, Cavabdeh1 mülkiyyyətində Ramana südçülük sovxozu ərazisində yerləşən torpaq sahəsindən başqa Abşeron rayonu, Məmmədli kəndində 0.4 ha kənd təsərrüfatı təyinatlı torpaq mövcuddur.
22. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Nəsimi rayonu X10 küçəsi 8 nömrəli evin, 17 saylı mənzili Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli və xx.xx.1999-cu il tarixli sərəncamları əsasında xx.xx.2000-ci ildə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydə alınmışdır və onun mülkiyyətindədir. Hazırda 2018-ci ilədək orada yaşamış oğlu Qasımın, gəlini Yaqutun və nəvələri Nicat, Elsəid və Cahanın həmin mənzildə yaşamadıqlarına görə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini, cavabdehlər isə iddianın rədd edilməsini xahiş edirlər.
c) Məhkəmənin mövqeyi:
23. Məhkəmə qeyd edir ki, iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qanunvericiliyin qüvvədə olan normalarının dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır.
24. Mübahisəli mənzilin xx.xx.2000-ci ildən dövlət reyestrində qeydiyyata alınmasına əsas Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli və xx.xx.1999-cu il tarixli sərəncamları olmuşdur. Məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə mənzilin mülkiyyətçisi olaraq tam subyektiv hüquqa malikdir.
25. Cavabdehlər, Cavabdeh3 istisna olmaqla digər cavabdehlərin 2018-ci ildən mübahisə predmeti olan mənzildən köçərək Ramana südçülük sovxozu ərazisində yaşadıqlarını inkar etmirlər. Digər Cavabdeh3 isə ailə quraraq Türkiyə Respublikasına köçmüşdür. Eyni zamanda, cavabdehlərin 2018-ci ilə qədər mübahisəli mənzildən istifadə hüquqlarının olması da iddiaçı tərəfindən mübahisələndirilmir. Belə ki, cavabdehlərin (Cavabdeh3 istisna olmaqla) həmin mənzildən istifadə hüququ xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən yaranmışdır. xx.xx.2001-ci il təvəllüdlü Cavabdeh3 münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən 14 yaşına çatana qədər Cavabdeh3 yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayıldığından, onun valideynləri - Cavabdeh4 və Cavabdeh1 yaşayış yerləri də mübahisəli mənzil olduğundan, həmçinin 14 yaşından sonra da həmin evdə yaşadıqları üçün onun da istifadə hüququ oradan köçənə qədər itirilmiş sayılmır. Hazırkı iş üzrə iddiaçının mənzil üzərində mülkiyyət hüququnun 2000-ci ildə qeydə alınması, cavabdehlərə münasibətdə heç nəyi dəyişmir. Belə ki, xx.xx.2009-ci il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin normaları cavabdehlərə həmin mənzildən istifadə ilə bağlı toxunulmaz mütləq hüquqlar bəxş etmir. Yəni, qanunvericiliyin normaları baxımından istifadə hüququnun itirilməsinə münasibətdə bu hüququn nə vaxtdan əmələ gəlməsinin əhəmiyyəti yoxdur. Cavabdeh4 mənzil ilə əlaqəsinin tam kəsilmədiyini, mənzildə əşyalarının olduğunu qeyd etsə də, bunlar sadəcə şifahi mülahizələrdən ibarət olmuşdur. Bundan başqa Cavabdeh4 həmin mənzildə əşyalarının olması isə onun o mənzildən istifadə hüququnun olduğuna dəlalət etmir. İstifadə hüququ anlayışı ilə əşyadan istifadə fərqli anlayışlar olmaqla fərqli məna kəsb edir. Mənzildən istifadə hüququ mülkiyyəti təşkil edən haqqlardan biri olduğu üçün onu müəyyən qədər məhdudlaşdırmaq imkanı tanıdığı halda, mənzildən istifadə (əşyadan istifadə) sadəcə mülkiyyətçinin razılığı halıdır. Yəni, əşya mülkiyyətçisinin həmin əşyadan başqasının istifadə etməsinə icazə verməsi onun mülkiyyət haqqına hər hansı bir məhdudiyyət gətirmir. Bununla yanaşı qeyd edilməlidir ki, əşyanın mülkiyyətçisi olan şəxsin başqasının qanunsuz sahibliyində olan əşyanın qaytarılmasını tələb etməsində hər hansı məhdudiyyət yoxdur.
26. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə cavabdehlərin hər birinin artıq uzun müddətdir ki, həmin mənzildə yaşamadıqları iş materialları və izahatlar ilə öz təsdiqini tapmışdır. O halda onların istifadə hüququ itirilməmiş hesab olunardı ki, onlar başqa ünvana köçməsinlər və mübahisəli mənzildə yaşasınlar. Qısa müddətə hansısa ölkəyə və ya başqa rayona, şəhərə getmək istifadə hüququnun itirilməsi anlamına gəlmir. Hazırkı mübahisədə cavabdehlərin qısa müddətlik Ramana qəsəbəsinə köçmələri ümumiyyətlə mübahisə mövzusu deyil. Artıq 7 ildir ki, mübahisə predmeti olan mənzili tərk etmişlər. Mülkiyyətçi ilə yaşayan cavabdehlər aralarındakı müxtəlif problemlərə görə həmin mənzili tərk etmiş və Cavabdeh1 mülkiyyətində olan Ramana qəsəbəsindəki mənzilə köçmüşdürlər. Məhkəmə iclasında mübahisəli mənzilə qayıtmayacaqları bildirilmişdir. Mənzildən istifadə hüququ o vaxt itirilmiş hesab olunur ki, şəxs harasa müvəqqəti deyil, daimi köçmək məqsədilə həmin mənzili tərk etsin. Hazırkı işin hallarından da təsdiqlənir ki, cavabdehlər daimi olaraq – 6 aydan uzun müddətə o mənzildən köçmüşlər.
27. Məhkəmə iclaslarında aydın olmuşdur ki, cavabdehlərin əsl niyyəti həmin evin plana düşəcəyi təqdirdə onlara da kompensasiyanın verilməsidir. Halbuki, hüquqdan suiistifadə ədalətsiz və qanunsuz olmaqla yolverilməzdir. Çünki, mülkiyyət hüququ hər bir halda istifadə hüququndan üstün olmaqla konstitusion hüquqdur. Mülki hüquqlar, o cümlədən mülkiyyət hüququ dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda yalnız qanunla məhdudlaşdırıla bilər.
28. Məkhəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, cavabdehlər 2018-ci ildən etibarən mübahisəli mənzildən köçdüklərinə görə həmin mənzildə qeydiyyatda olmaları formal xarakter daşıyır. Buna görə də cavabdehlərin qeyd olunan mənzildən istifadə hüquqları mülkiyyətçinin (iddiaçının) tələbi ilə itirilmiş hesab edilməlidir.
d) Tətbiq edilən hüquq və gəlinən nəticə:
29. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Maddə 29, İ-İİ hissələr. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; Maddə 60, İ hissə. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir; Maddə 71, İ-İİ hissələr. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir; Maddə 125, Vİİ hissə. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
30. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 6.1.4. Mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Maddə 6.3. Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. Maddə 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
31. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarı: 01 sentyabr 2000-ci il tarixdən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
32. xx.xx.1982-ci il tarixli (xx.xx.2009-cu il tarixədək qüvvədə olan) Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 53. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Maddə 60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Maddə 87. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Maddə 123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir.
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında 12 mart 1999-cu il tarixli qərarı: Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə uzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır.
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.2-217.4. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
36. Məhkəmə qeyd etməyi zəruri sayır ki, istifadə hüququ mülkiyyətçi ilə bu hüquqa malik şəxslər arasında davam edən, vaxtaşırı dəyişə və xitam verilə bilən münasibətlərlə bağlı olduğundan, həmişəlik və ya ehtiyat bir hüquq sayılmır. Yuxarıda da qeyd edildiyi kimi, cavabdehlər hazırda iddiaçıya məxsus mənzildə yaşamır, sadəcə formal olaraq qeydiyyatda saxlanılır. Onların həmin evdən istifadə hüququ itirildiyi halda, formal olaraq hələ də qeydiyyatda qalması isə iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Qanunda nəzərdə tutulmuş əsaslar yarandıqda istifadə hüququn aradan qalxması (xətm olması) və ya itirilməsinin mümkün olması da məhz mülkiyyətçinin üstün hüquqlarının olması ilə əlaqəlidir.
37. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X10 küçəsi, ev 8 ünvanında yerləşən 17 nömrəli mənzildən istifadə hüquqları itirilmiş hesab edilməlidir.
38. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən, iş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq İddiaçı verilməlidir.
Nəticə:
39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X10 küçəsi, ev 8 ünvanında yerləşən 17 nömrəli mənzildən istifadə hüquqları itirilmiş hesab edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova