Məhkəmə qərarları › İş №e-2(006)-2093/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2093/2023

08.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2093/2023 08.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı "pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı "pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27 iyul 2022-ci il tarixli 07/XM/2022 saylı Podrat Müqaviləsinə uğun olaraq Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küç, 13A, M15, m1 ünvanında yerləşən, ümumi sahəsi 101 kv.m olan iki otaqlı mənzilin təmir işlərinə başlanılması səbəbilə İddiaçı tərəfindən "xxxx" İnşaat MMC-yə ödənilmiş 4500 (dörd min beş yüz) manat məbləğində pul vəsaitinin geri qaytarılması, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsində nəzərdə tutulmuş qaydada əsas borc məbləğinin gecikdirilmiş illik 5 faizi miqdarında, yəni 225 (iki yüz iyirmi) manat olmaqla cəmi 4725 manat və dövlət rüsumu olaraq ödənilmiş 68 manat pul vəsaitinin "X3" MMC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, KM1823 saylı, xx.xx.2022-ci il tarixli Satmaq Öhdəliyi ilə Kirayə Müqaviləsinə (İpoteka Müqaviləsi) əsasən, Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küç, 13A, M15, m1 ünvanında yerləşən, ümumi sahəsi 101 kv.m olan iki otaqlı mənzil "Kirayəyə verən" (Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu) tərəfindən müəyyən edilən qaydada "Kirayəçi"nin (İddiaçı) istifadəsinə verilmiş, kirayəçi isə bunun üçün kirayəyə verənə ödəmələri həyata keçirməyi öhdəsinə götürmüşdür. Alış qiyməti tam məbləğdə ödəndikdən sonra tərəflər arasında imzalanan təhvil təslim aktına əsasən yaşayış sahəsinə mülkiyyət hüququnun İddiaçı keçməsi razılaşdırılmışdır. İddiaçı ilə "X3" MMC-nin direktoru X1 arasında Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küç, 13A, M15, m1 ünvanında yerləşən, ümumi sahəsi 101 kv.m olan iki otaqlı mənzilin təmir işlərinin aparılması məqsədi ilə 27 iyul 2022-ci il tarixli 07/XM/2022 saylı Podrat Müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən "Podratçı" "Sifarişçi"nin tapşırığı ilə müqavilənin 1.2 bəndində göstərilən işlərin icrasını və işlərin nəticəsini, "Sifarişçi" yə tikinti, təmir norma və qaydalarının tələblərinə uyğun olaraq təhvil verməyi, "Sifarişçi" isə həmin işin nəticəsini qəbul etməyi və cəm məbləğin ödənilməsini öhdəsinə götürmüşdür. Qeyd olunan müqaviləyə uğun olaraq, M.Fidan tərəfindən "X3" MMC-yə ilkin ödəniş olaraq 4500 (dörd min beş yüz) manat ödəniş həyata keçirilmiş, lakin "X3" MMC öz üzərinə düşən öhdəliyin icrasından bugünədək yayınmışdır. Cavabdeh "X3" MMC-yə öhdəliyinin icrasının təmin olunması məqdəsi ilə xx.xx.2022-ci il tarixdə Xəbərdarlıq məktubu göndərilmiş, lakin ödəliyin icrası ilə bağlı heçbir addım atılmamışdır. Qeyd olunanları nəzərə alaraq, 27 iyul 2022-ci il tarixli 07/XM/2022 saylı Podrat Müqaviləsinə uğun olaraq Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küç, 13A, M15, m1 ünvanında yerləşən, ümumi sahəsi 101 kv.m olan iki otaqlı mənzilin təmir işlərinə başlanılması səbəbilə İddiaçı tərəfindən X3 MMC-yə ödənilmiş 4500 (dörd min beş yüz) manat məbləğində pul vəsaitinin geri qaytarılması əlavə olaraq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsində nəzərdə tutulmuş qaydada əsas borc məbləğinin gecikdirilmiş illik 5 faizi miqdarında, yəni 225 (iki yüz iyirmi) manat olmaqla cəmi 4725 manat və dövlət rüsumu olaraq ödənilmiş 68 manat pul vəsaitinin "X3" MMC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul olunması zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində qeyd edilən məzmunda izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında öz səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5ci maddəsinə əsasən, işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında podrat müqavilənin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. xx.xx.2022-ci il tarixli, KM1823 saylı “Satmaq öhdəliyi ilə kirayə” müqaviləsinə əsasən Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küç, 13A, M15, m1 ünvanında yerləşən, ümumi sahəsi 101 kv.m olan iki otaqlı mənzil "Kirayəyə verən" (Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu) tərəfindən müəyyən edilən qaydada "Kirayəçi"nin (İddiaçı) istifadəsinə verilmiş, kirayəçi isə bunun üçün kirayəyə verənə ödəmələri həyata keçirməyi öhdəsinə götürmüşdür. İddiaçı (Sifarişçi) ilə “X3" MMC (Podratçı) arasında bağlanmış 27 iyul 2022-ci il tarixli 07/XM/2022 saylı “Podrat Müqaviləsi”nə əsasən "Podratçı" Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küç, 13A, M15, m1 ünvanında yerləşən, ümumi sahəsi 101 kv.m olan iki otaqlı mənzil üzrə müqavilədə göstərilən təmir və abadlıq işlərin icrasını və işlərin nəticəsini, "Sifarişçi"-yə təhvil verməyi, "Sifarişçi" isə həmin işin nəticəsində "X3" MMC-yə ilkin ödəniş olaraq 4500 (dörd min beş yüz) manat ödəniş etməyi, yerdə qalan məbləği isə təmir işləri tam təhvil verildikdən sonra ödəniş etməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, “X3" MMC-nin hesabına 4.500 manat məbləğində pul köçürülmüşdür. İddiaçı tərəfindən cavabdeh "X3" MMC-yə ünavnlanmış pretenziya məktubuna əsasən cavabdehin öhdəliyinin icrasının təmin olunması tələb edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Ödəniş qəbzindən (№**********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 67 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, xx.xx.2022-ci il tarixdə İddiaçı (sifarişçi) ilə Cavabdeh MMC (podratçı) arasında podrat müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh iddiaçıya məxsus Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küç, 13A, M15, m1 ünvanında yerləşən ümumi sahəsi 101 kv.m olan iki otaqlı mənzilin tikinti və təmir işlərinin aparılması məqsədilə təmir və abadlıq işlərinin icrasını öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən həmin işlərə görə sifarişçi podratçıya 24.000 manat məbləğində pulun ödənilməsi, sifarişçi təmir işlərinin aparılması üçün podratçıya ilkin ödəniş olaraq 4.500 manat ödəniş etməsi, mənzilin təmiri təhvil alındıqdan sonra isə 4.500 manat ödəniş etməsi, qalan hissəsi isə 15.000 manat təmir işləri təhvil verildiyi tarixdən 36 ay müddətində hər ay 416 manat ödəniş etməsi razılaşdırılmışdır. İddiaçı tərəfindən müqaviləyə əsasən 4.500 manat pul ödənilmiş, lakin cavabdeh isən üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Hazırda iddiaçı "xxxx" İnşaat MMC-dən ödənilmiş 4500 manat məbləğində pul vəsaitinin və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsində nəzərdə tutulmuş qaydada əsas borc məbləğinin gecikdirilmiş illik 5 faizi miqdarında, yəni 225 manat olmaqla cəmi 4725 manat pulun tutulmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci madəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Bu Məcəllənin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Həmin Məcəllənin 753.1-ci maddəsinin tələblərinə görə sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən mülki hüquq münasibətlərində öhdəliklər bir şəxsin başqa şəxsin xeyrinə müəyyən hərəkətlər etməsindən, məsələn, pul ödəməsindən, əmlak verməsindən, iş görməsindən, xidmətlər göstərməsindən və ya müəyyən hərəkətdən çəkinməsindən əmələ gəlir. Podrat müqaviləsi üzrə öhdəlik borclunun kreditorun xeyrinə məhz iş görməsindən irəli gəlir. Bu xüsusiyyətinə görə podrat müqaviləsi digər müqavilələrdən fərqlənir. Belə ki, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Göründüyü kimi podrat müqaviləsi ikitərəfli, konsesual və əvəzli müqavilədir. Belə ki, müqavilədə iki tərəf: sifarişçi və podratçı iştirak edir. Müqavilədə mövcud olmayan bir məmulatın hazırlanması və ya mövcud bir məmulatın təmiri və yaxşılaşdırılması nəzərdə tutulur ki, bu işlərin görülməsi üçün müəyyən müddət tələb olunur. Hazır olmayan məmulatı sifarişçiyə vermək mümkün olmadığından tərəflər razılığa gəldiyi andan podrat müqaviləsi bağlanmış sayılır ki, bu da onun konsesual müqavilə xarakteri verir. Podrat müqaviləsinin predmeti konkret bir nəticənin əldə edilməsi üçün müəyyən işin görülməsidir. Aydındır ki, sifarişçiyə iş deyil, onun nəticəsi verilməlidir. Yəni podrat müqaviləsinə əsasən podratçı müqavilənin predmetini yaradır və onu sifarişçiyə təhvil verir. Belə ki, tərəflər arasında bağlanılmış podrat müqaviləsinin 2.1-ci bəndinə əsasən podratçı işlərin icrasını müqavilənin 3.2-ci bəndində göstərilən ödəniş həyata keçirildikdən sonra 3 gün ərzində başlamalı və başlama tarixindən 75 iş günü ərzində sifarişçinin yeni tələbləri olmadığı halda tam yerinə yetirilməlidir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında bağlanılmış podrat müqaviləsində nəzərdə tutulmuş işlərin başlanılması üçün sifarişçi tərəfindən podratçıya 4.500 manat məbləğində pul ödənilmişdir. Lakin podratçı müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Beləliklə, işin araşdırılan hallarından göründüyü kimi tərəflər arasında podrat müqaviləsi bağlanmış, lakin cavabdeh müqavilə ürə öhdəliklərini vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Odur ki, məhkəmə iddiaçının 4.500 manat məbləğində pul tələbi ilə bağlı qeyd edir ki, mülki işin araşdırılması zamanı cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirdiyi müəyyən edilmədiyindən məhkəmə iddianın bu hissədə təmin edilməsi qənaətinə gəlir. Məhkəmə iddianın “Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş faiz borcunun ödənilməsi” hissəsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Cavabdeh iddiaçının etdiyi xəbərdarlıqlara baxmayaraq pul məbləğinin ödəməsini gecikdirdiyindən, iddiaçı isə digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədiyindən, məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Belə ki, məhkəmə iddianı bu hissədə qismən təmin edərək hesab edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanmaqla (xx.xx.2022-ci il tarixli müqavilə üzrə: 4.500 x 5%=225:12 ay x (xx.xx.2022-xx.xx.2023) 5 ay) "X3" MMC-nin 93,75 manat məbləğində faiz borcu yaranmışdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsində dövlət rüsumu kimi 68 manat ödənildiyi qeyd edilsə də, iş materiallarında olan qəbzdən (№**********) görünür ki, iddianın verilməsi üçün 67 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 4.500 manat borc, borcun gecikdirildiyi vaxt üçün illik 5 % hesablanmaqla faiz borcu üzrə 93,75 manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 67 manat məbləğində pulun 65 manatı cəmi 4.658,75 (dörd min altı yüz əlli səkkiz manat, 0,75 qəpik) manat məbləğində pul Cavabdehndən alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd edilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki-Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 4.500 manat borc, borcun gecikdirildiyi vaxt üçün illik 5 % hesablanmaqla faiz borcu üzrə 93,75 manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 67 manat məbləğində pulun 65 manatı cəmi 4.658,75 (dörd min altı yüz əlli səkkiz manat, 0,75 qəpik) manat məbləğində pul Cavabdehndən alınaraq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Əfsanə Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar