Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-211/2025 21.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ X16 oğlunun sədrliyi, X14 qızının katibliyi, İddiaçının vəkili-nümayəndəsi Vəkil1, Cavabdeh1 vəkili-nümayəndəsi Nümayəndə, digər Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı, Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla "mənzillərin ayrılması" tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzillərin ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il təvəllüdlü X6 adına olan ünvan 1 ünvanında olan mənzillə ünvan 2 ünvanında olan mənzillərin birbirindən təcrid edilərək ara divarlarının cavabdehlərin hesabına bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Ələkbərli X8 Əjdər Naiq oğlu ilə xx.xx.2009-cu il tarixdə nikaha daxil olmuş və 2021-ci il tarixdə nikahlarına xitam verilmişdir. Nikahın pozulması haqqında xx.xx.2021-ci il tarixli, 2(005)-2009/2021 saylı qətnaməyə əsasən birgə nikahdan olan xx.xx.2010-cu il təvəllüdlü Cavabdeh2 Əjdər qızı və xx.xx.2013-cü il təvəlüdlü X11 adlı övladları anaları X5 himayəsində saxlanılmışlar. X2 nəvəsi xx.xx.2013-cü il təvəllüdlü X9 ünvan 1 ünvanında olan mənzili hədiyyə etmişdir və hazırda həmin ev xx.xx.2013-cü il təvəllüdlü X6 adınadır. Cavabdehlər mənzilin qonşu mənzillə olan arakəsmə divarını sökmüş və mənzili qonşu mənzilə qatmışlar. Bu səbəbdən ünvan 1 ünvanında olan mənzildə mülkiyyət hüquqlarını həyata keçirmək və idarə etmək mümkünsüz olmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi 2(005)-2361/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməyə əsasən cavabdeh Məmmədhəsənova (Ələkbərli) Nərmin Azad qızının və himayəsində olan azyaşlı oğlu X6 Bakı şəhəri, Nərimanov rayonu, Abasqulu Ağa ünvan 3 ünvanında olan istifadə hüquqları itirilmiş hesab edilmişdir. Sonradan iddiaçının vəkili-nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 iş üzrə cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. a) Məhkəmə prosesi: Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil1 iddianı müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, ev 12 ünvanında yerləşən 42 nömrəli mənzilin sahibi xx.xx.2013-cü il təvəllüdlü Məmmədhəsənov Əli qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə anasının himayəsinə verildiyindən və hələ yetkinlik yaşına çatmadığından, anası onun himayəçisi kimi məhz elə onun mənafeyi naminə hazırkı iddia tələbini irəli sürmüşdür. Belə ki, mənzil texniki pasportda göstərildiyi vəziyyətə gətirilməlidir ki, o, istədiyi vaxt həmin mənzildə yaşaya və mənzildən rahatlıqla istifadə edə bilsin, çünki birləşdirilmiş mənzil hazırda babasının mülkiyyətində olsa da, gələcəkdə kimə veriləcəyi sual altındadır. Uşağın anası ilə birlikdə başqa bir mənzildə olan istifadə hüquqlarının itirilməsinə dair məhkəmə qətnaməsi də olduğundan, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Qeyd etdiklərinə əsasən, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 vəkili-nümayəndəsi Nümayəndə iddiaya etiraz edərək bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, ev 12 ünvanında yerləşən 42 nömrəli mənzilin sahibi xx.xx.2013-cü il təvəllüdlü Məmmədhəsənov Əlinin atası olduğundan və mənzil öz anası (uşağın nənəsi) tərəfindən uşağa bağışlanan zaman iddiaçı ilə birlikdə o da bağışlamanı qəbul etdiyindən, hazırkı iş üzrə cavabdeh kimi cəlb edilməsi düzgün deyildir, əgər iş üzrə tərəf olması zəruridirsə, deməli, o da iddiaçı olmalıdır. Həmçinin, Cavabdeh2 də yalnız mənzili bağışlayan şəxs olması nəzərə alındıqda, onun da cavabdeh olması məntiqli deyildir. Qonşu mənzilin sahibi olan Cavabdeh3 cavabdeh olması ağlabatan olsa da, mənzillərin təcrid edilməsi barədə tələb özü geniş olduğundan, təmin edilə bilməz. Belə ki, mənzillərin arakəsməsinin bərpa olunması tələbinin irəli sürülməsi daha düzgün olardı. Lakin yenə də bağışlama zamanı hazırkı vəziyyətdə olan mənzilin sonradan texniki pasportdakı vəziyyətə gətirilməsi barədə tələbin Cavabdeh3 münasibətdə təmin edilməsi də düzgün olmayacaq, çünki onun burada heç bir günahı olmamışdır. İddiaçının məhkəməyə müraciət etməzdən əvvəl Qəyyumluq və Himayəçilik Komissiyasının rəyini almalı olduğunu, iddiaçının və uşağın Fransada yaşadıqlarını bildirib, iddianın baxılmamış saxlanılmasını, iş üzrə icraata xitam verilməsini və ya iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 iddianı qəbul etməyərək bildirmişdir ki, özünün və nəvəsinin mülkiyyətində olan mənzillər qonşu mənzillərdir və həmin mənzillərin arasındakı divar oğlunun iddiaçı ilə nişan mərasimindən sonra, toyundan əvvəl götürülmüş, mənzillər birləşdirilmişdir. Bu işlərin təşəbbüskarı özü olmuş, işləri görmək üçün kooperativdən icazə də almışdır. Həmin vaxt iddiaçı özü də təmir işlərinin hansı formada aparılması ilə bağlı göstərişlər vermişdir. İddianın əsassız olduğunu bildirib, təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, digər Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) İş materialları: Daşınmaz əmlakın xx.xx.2018-ci il tarixli bağışlanması müqaviləsindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 12, mənzil 42 (yeni qaydalarla: ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 42,8 m2 olan mənzil tam hissədə Cavabdeh2 tərəfindən X9 hədiyyə verilmişdir. X1 əvəzinə Cavabdeh1 və X7 bağlamışlar. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2009/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, X7 ilə Cavabdeh1 arasında Ağdaş rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2009-cu ildə bağlanmış nikah qeydinin ləğv edilməsi, xx.xx.2010-cu il təvəllüdlü Cavabdeh2 Əjdər qızı və xx.xx.2013-cü il təvəllüdlü X6 anası X3 yanında saxlanılması, uşaqların saxlanması üçün Cavabdeh1 hər ay hər uşaq üçün 170 manat, cəmi 340 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X6 adına Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 12, mənzil 42 (yeni qaydalarla: ünvan 4 qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ünvan 5 ünvanı Ağstafa rayon DNK-nın 2- V-131 reyestr nömrəli, xx.xx.2007-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında Cavabdeh3 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, ev 12 ünvanında yerləşən 41 saylı mənzilə dair olan xx.xx.2018-ci il tarixli texniki pasportdakı sxemdə 41 saylı mənzilin sahəsi 2,9 kv.metr olan 2 saylı tikilisi ilə sahəsi 7,4 kv.metr olan 1 saylı tikilisinin bir divarının pilləkən qəfəsi ilə həmsərhəd olduğunu, sahəsi 7,4 kv.metr olan dəhlizdən mənzilə giriş-çıxış üçün mövcud olan qapı boşluğunun qarşısında yerləşən tikilinin pilləkən qəfəsi kimi göstərildiyini nəzərə alaraq, faktiki olaraq həmin pilləkən qəfəsində yaradılmış divar sökülməklə 41 və 42 saylı mənzillərin bir-birindən təcrid edilməsi, pilləkən qəfəsinin texniki pasportda göstərildiyi vəziyyətə gətirilməsinin mümkün olduğu müəyyən edilmişdir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: Beləliklə, məhkəmə müəyyən etdi ki, Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, ev 12 ünvanında yerləşən 41 nömrəli mənzil Cavabdeh3, həmin ünvanda yerləşən, 41 nömrəli mənzilə qonşu olan 42 nömrəli mənzil isə nəvəsi, yetkinlik yaşına çatmamış X6 mülkiyyətindədir. Belə ki, 42 nömrəli mənzili nənəsi – Cavabdeh2 (Cavabdeh3 arvadı) 2018-ci ildə Məmmədhəsənov Əliyə bağışlamış, bağışlama zamanı valideynləri İddiaçı və Cavabdeh1 uşağın adından hədiyyəni qəbul etmişlər. Hər iki mənzilin faktiki sahibinin 1992-ci ildən Cavabdeh3 olması, oğlu Əjdərlə gəlini Nərminin nişanından sonra, toyundan əvvəl olan müddətdə onun özü tərəfindən ara divarının götürülərək mənzillərin birləşdirilməsi faktı onun məhkəmə iclasında verdiyi izahatı ilə öz təsdiqini tapmışdır. Əjdərlə Nərminin evli olduqları müddət ərzində, o cümlədən bağışlama zamanı mənzillər texniki pasportlarından fərqli, faktiki olaraq birləşdirilmiş vəziyyətdə olmuşdur və hazırda da həmin vəziyyətdədir. Bundan sonra – 2021-ci ildə qəbul edilərək qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə Əjdərlə Nərminin nikahı pozulmuş, Məmmədhəsənov Əli anası İddiaçı himayəsinə verilmişdir. Hazırda anası onun qanuni nümayəndəsi qismində iddia irəli sürüb, qonşu mənzillərin bir-birindən təcrid edilərək ara divarlarının cavabdehlərin hesabına bərpa edilməsini xahiş edir. Məhkəmə araşdırmaları zamanı təyin edilmiş ekspertiza nəticəsində xx.xx.2025-ci il tarixli ekspert rəyi ilə mənzillərin bir-birindən təcrid olunaraq texniki pasportlarında göstərilən əvvəlki vəziyyətə gətirilməsinin mümkünlüyü müəyyən edilmişdir. c) Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbinin qismən təmin edilməsi üçün əsaslar mövcuddur. Belə ki, mübahisə predmeti olan qonşu mənzillərin Cavabdeh3 təşəbbüsü ilə birləşdirilməsi onun məhkəmə iclasında vermiş olduğu izahat ilə müəyyən edilərək işin mübahisəsiz halına çevrildiyindən və zəruri xüsusi biliyə malik ekspert tərəfindən mənzillərin bir-birindən təcrid olunaraq texniki pasportlarında göstərilən əvvəlki vəziyyətə gətirilməsinin mümkün olması faktı öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, iddia tələbi qonşu mənzilin sahibi olan Cavabdeh3 münasibətdə təmin edilməlidir. Məhkəmə cavabdehlərin dəlillərinə münasibətdə qeyd etməyi zəruri sayır ki, müvafiq Qəyyumluq və Himayəçilik Komissiyasının qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə anasının himayəsinə verilmiş yetkinlik yaşına çatmayan uşağın mənafeyi baxımından, xüsusən də iş üzrə faktiki hallar (valideynlərin özləri, habelə ana ilə qonşu mənzilin sahibi və istifadəçiləri olan nənə-baba arasındakı gərginlik olması aşkardır) nəzərə alındıqda bu tələbin təmin (və ya qismən təmin) edilməsinin əlverişsiz olması barədə rəy verməsi ağlabatan deyildir. Lap həmin qurum tərəfindən belə rəy verilsəydi də, cavabdeh tərəfin diqqətinə çatdırılır ki, həmin rəy məhkəmə üçün məcburi deyildir, sübut növlərindən biridir və onun mötəbərliyinin qiymətləndirilməsi məhkəmənin səlahiyyətinə aiddir. Buna görə də hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməyən və mübahisə ilə əlaqədar öz fikirlərini ifadə etməyən və ya yazılı rəyini məhkəməyə təqdim etməyən müvafiq Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsinin rəyi və ya fikirlərini almadan da iddia tələbinin qismən təmin edilməsini məhkəmə müstəqil olaraq yetkinlik yaşına çatmayan uşağın mənafeyinə uyğun sayır, çünki bu tələbin təmin edilməsi ilə yetkinlik yaşına çatmayan uşağın əmlakının azalması halı baş verməyəcəkdir. Əksinin müəyyən edilməsi işin faktiki hallarına tamamilə zidd və formal yanaşma hesab edilməlidir. Digər cavabdehlərə münasibətdə iddianın təmin edilməməsi ilə bağlı isə məhkəmə cavabdehlərin bu barədə dəlillərini əsaslı sayaraq hesab edir ki, mənzili nəvəsinə hazırda olduğu vəziyyətdə bağışlayan Cavabdeh2 və mənzili olduğu vəziyyətdə qəbul edən digər valideyn Cavabdeh1 münasibətdə iddianın təmin edilməsi üçün heç bir əsas müəyyən edilmir. Bir daha qeyd olunur ki, qonşu mənzilin sahibi Cavabdeh3dir və mənzilləri bu vəziyyətə o özü gətirmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2013-cü il təvəllüdlü X6 adına olan ünvan 7 ünvanında yerləşən 42 saylı mənzil ilə həmin ünvanda yerləşən 41 saylı mənzil ayrılaraq bir-birindən təcrid edilməli, mənzillərin təcrid edilməsi Cavabdeh3 hesabına aparılmaqla, ünvan 7 ünvanında yerləşən 41 və 42 saylı mənzillərin qapı boşluğunun qarşısındakı pilləkən qəfəsində tikilmiş divar sökülməklə, hər iki mənzilin texniki pasportuna uyğun giriş qapıları bərpa olunmaqla, 42 saylı mənzilin 41 saylı mənzil ilə və pilləkən qəfəsi ilə həmsərhəd olan divarları bərpa edilməklə və pilləkən qəfəsi ümumi istifadəyə yararlı vəziyyətə qaytarılmaqla həyata keçirilməli, iddia tələbi digər cavabdehlərə münasibətdə təmin edilməməlidir. Məhkəmə qeyd etməyi zəruri sayır ki, qətnamənin icra üsulunun və qaydasının göstərilməsi məhz icra mərhələsində yarana biləcək anlaşılmazlıqları aradan qaldırmaq üçün əhəmiyyətli olduğundan, iddia tələbindən kənara çıxma kimi qiymətləndirilməməlidir. d) Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 36.2. Qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsini almadan qəyyum qəyyumluqda və ya himayədə olanın əmlakının özgəninkiləşdirilməsinə, o cümlədən dəyişdirilməsinə və ya bağışlanmasına, bu əmlakın icarəyə, əvəzsiz istifadəyə verilməsinə və ya girov qoyulmasına dair əqdləri, qəyyumluqda və ya himayədə olana mənsub hüquqlardan imtinaya, onun əmlakının bölüşdürülməsinə və ya bu əmlakdan payların ayrılmasına səbəb olan əqdləri, habelə qəyyumluqda və ya himayədə olanın əmlakının azalmasına səbəb olan hər hansı digər əqdləri bağlaya bilməz, himayəçi isə onların bağlanmasına razılıq verə bilməz. Qəyyumluqda olanın əmlakının idarə edilməsi qaydası qanunvericiliklə müəyyənləşdirilir. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 27.5. Yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını aparmış şəxs, əgər bu vətəndaşların hüquqlarını və qanuni mənafelərini pozursa və ya onların həyat və ya sağlamlığına təhlükə yaradırsa, qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə 71. Ortaq divarlar şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş tələblərə və hər iki qonşunun tələbatlarına uyğun tikilməlidir. Tikinti obyektində bərpa işləri aparılarkən qonşular arasındakı razılığa, belə razılıq olmadığı təqdirdə isə tərəflərdən birinin ərizəsi ilə məhkəmənin qərarına əsasən mövcud ortaq divar layihəyə uyğun olaraq sökülə və yenidən bərpa edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 106.3-106.4. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli, 4 nömrəli Qərarı: 11.1-ci bənd. Məhkəmələrə izah edilsin ki, məhkəmə tərəfindən qətnamənin icra qaydası qanunun tələbindən və işin hallarından asılı olaraq müəyyən olunur. Əgər məhkəmə öz qətnaməsinin icrası üçün bu və ya digər qaydanı tətbiq etməyi məqsədəuyğun hesab edirsə və yaxud həmin qayda qanuna əsasən tətbiq edilməlidirsə, qətnamənin mətnində onun icra qaydası da müəyyənləşdirilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2013-cü il təvəllüdlü X6 adına olan ünvan 7 ünvanında yerləşən 42 saylı mənzil ilə həmin ünvanda yerləşən 41 saylı mənzil ayrılaraq bir-birindən təcrid edilməli, mənzillərin təcrid edilməsi Cavabdeh3 hesabına aparılmaqla, ünvan 7 ünvanında yerləşən 41 və 42 saylı mənzillərin qapı boşluğunun qarşısındakı pilləkən qəfəsində tikilmiş divar sökülməklə, hər iki mənzilin texniki pasportuna uyğun giriş qapıları bərpa olunmaqla, 42 saylı mənzilin 41 saylı mənzil ilə və pilləkən qəfəsi ilə həmsərhədd olan divarları bərpa edilməklə və pilləkən qəfəsi ümumi istifadəyə yararlı vəziyyətə qaytarılmaqla həyata keçirilməli, iddia tələbi digər cavabdehlərə münasibətdə təmin edilməməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi cavabdehlərdən birinə münasibətdə təmin edildiyindən, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 (bir yüz) manat məbləğində pul Cavabdeh3 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. xx.xx.2013-cü il təvəllüdlü X6 adına olan ünvan 7 ünvanında yerləşən 42 saylı mənzil ilə həmin ünvanda yerləşən 41 saylı mənzil ayrılaraq bir-birindən təcrid edilsin. Mənzillərin təcrid edilməsi Cavabdeh3 hesabına aparılmaqla, ünvan 7 ünvanında yerləşən 41 və 42 saylı mənzillərin qapı boşluğunun qarşısındakı pilləkən qəfəsində tikilmiş divar sökülməklə, hər iki mənzilin texniki pasportuna uyğun giriş qapıları bərpa olunmaqla, 42 saylı mənzilin 41 saylı mənzil ilə və pilləkən qəfəsi ilə həmsərhədd olan divarları bərpa edilməklə və pilləkən qəfəsi ümumi istifadəyə yararlı vəziyyətə qaytarılmaqla həyata keçirilsin. İddia tələbi digər cavabdehlərə münasibətdə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 (bir yüz) manat məbləğində pul Cavabdeh3 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. X17
Məhkəmə qərarları › İş №e-2(006)-211/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-211/2025
21.05.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver