Məhkəmə qərarları › İş №e-2(006)-2144/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2144/2024

17.05.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2144/2024 17.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı «əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı «əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin xx.xx.2024-cü il tarixli, 42/k nömrəli «işçinin əmək müqaviləsinə xitam verilməsi» haqqında əmrinin ləğv edilməsi, onun Cavabdeh ASC-də Əməliyyat İdarəsinin Kassa X4 menecer vəzifəsinə işə bərpa edilməsi, cavabdeh tərəfindən aylıq əmək haqqının 1.519 (bir min beş yüz on doqquz) manat olması nəzərə alınmaqla xx.xx.2024-cü il tarixindən iş üzrə məhkəmə aktı icra edilən günədək məcburi iş buraxmaya görə əmək haqqının ona birdəfəlik ödənilməsi, Cavabdeh ASC-dən 100 manat ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, İddiaçı 17 sentyabr 2013-cü il tarixdən Cavabdeh ASC-də Əməliyyat İdarəsinin Kassa X1 aparıcı mütəxəssisi və baş mütəxəssisi vəzifələrində çalışmışdır. 1 iyul 2022-ci il tarixdən əmək müqaviləsinə xitam verildiyi 19 yanvar 2024-cü il tarixədək həmin şöbədə menecer vəzifəsində çalışmışdır. Çalışdığı 10 ildən artıq işlədiyi dövr ərzində əmək fəaliyyətində heç bir nöqsana yol verməmiş, vəzifəsini layiqli yerinə yetirmiş, barəsində heç bir intizam və inzibati tədbir seçilməmişdir. Cavabdeh ASC tərəfindən 2023-cü ilin sentyabr ayında «10 ildən artıq qüsursuz fəaliyyətinə görə» təşəkkürnamə ilə təltif olunmuşdur. xx.xx.2024-cü il tarixdə Cavabdeh ASC-nın 42/K nömrəli əmri ilə İddiaçı əmək müqaviləsinə Cavabdeh ASC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən (İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə) əmək müqaviləsinə xitam verilmişdir. Xitama əsas kimi xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə keçirilmiş audit yoxlamasının nəticələri göstərilmişdir. Yuxarıda qeyd olunan audit yoxlaması əsasında bankın X7 xəzinədarlar tərəfindən aparılan əməliyyatlar zamanı fəaliyyətlərində bir sıra nöqsanlar aşkarlanmışdır. Həmin audit rəyinə əsasən nöqsanlar xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə baş vermişdir. Audit rəyində kamera görüntüləri əsasında 4 fərqli tarixdə xəzinədarlar tərəfindən yol verilmiş nöqsanlar aşkarlanmışdır. Bildirmək lazımdır ki, xx.xx.2023-xx.xx.2023, xx.xx.2023xx.xx.2023 tarixlərdə İddiaçı ümumiyyətlə işdə olmamış, həmin dövrdə məzuniyyətdə olmuşdur. xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə İddiaçı məzuniyyətdə olmuşdur. Filiallarda kassaların yoxlanılması barədə göstəriş KƏT Şöbəsinin müdiri tərəfindən verilir. xx.xx.2023-cü il tarixdə də Şöbə müdiri Dilarə Dövlətxanova məzuniyyətdə deyil, işdə olmuşdur. Məhz bu səbəbdən onun bu nöqsanlardan təqsirli bilinib işdən çıxarılması hesab edilir ki, əsassızdır. Bu fakt iddiaya əlavə olunan sənədlərdə də öz əksini tapır. Həmçinin həmin audit rəyində 2023-cü il ərzində iddiaçının çalışdığı KƏT Şöbəsi tərəfindən filiallarda kassa qovşaqlarında kvartal yoxlamalarının aparılmaması da nöqsan kimi qeyd olunmuşdur. İlkin olaraq qeyd edilmişdir ki, bu dövr ərzində KƏT Şöbəsinin əməkdaşları tərəfindən kamera görüntüləri ilə filialdakı kassalara nəzarət səlahiyyəti olmamışdır. Bu səbəbdən KƏT Şöbəsinin əməkdaşları tərəfindən yoxlamalar yalnızca filiallara gedərək birbaşa aparıla bilər. 2023-cü ilin yanvar, fevral, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr və dekabr aylarında KƏT Şöbəsinin müdiri Dilarə Dövlətxanova səhhəti ilə əlaqədar məzuniyyətdə olmuş və bu səbəbdən Baş X10 vəzifəsinin icrası Cavabdeh ASC-in İdarə Heyətinin əmri ilə İddiaçı həvalə edilmişdir. Məhz bu səbəbdən İddiaçı Baş X10 vəzifəsini icra etdiyi üçün filiallara yoxlamaya getmək fiziki mümkün olmamışdır və rəhbərlik bu haqda məlumatlı olmuşdur. Yuxarıda qeyd olunan yoxlamalar KƏT Şöbəsinin bütün əməkdaşları tərəfindən aparıla bilər. Bundan başqa İddiaçı öz izahatında qeyd etmişdir ki, mübadilə əməliyyatları reyestrinə vurulmuş əməliyyatların monitorinqini planlı kvartal yoxlamaları zamanı və qəfil filial yoxlamaları zamanı yoxlanılır və şöbə müdirinin səhhətində yaranmış problemlərlə əlaqədar 2023-cü il ərzində əksər müddətdə onu əvəz etmiş və xəzinə administratoru vəzifəsini yerinə yetirdiyi üçün filialları planlı və ya qəfil yoxlamaq imkanı olmamışdır. Həmçinin, heç bir kassirə USD (ABŞ dolları) və RUB (rus rublu) alışının sistemə vurulmaması ilə bağlı heç bir göstəriş verilməmiş, əksinə əməliyyatların vaxtlı-vaxtında vurulması, müştərilərə yerindəcə çek verib yola salınması bildirilmişdir. Yuxarıda qeyd olunan hallarda İddiaçı tərəfindən yoxlamaların keçirilməsi mümkünsüz olmuş, həmçinin nöqsanların olduğu tarixlərdə İddiaçı məzuniyyətdə olması və məzuniyyətdə olduğu dövrlərdə başqaları tərəfindən edilmiş pozuntular barədə məsuliyyət daşıması və işdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə çıxarılması hesab edilir ki, əsassızdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddiaçının izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh ASC tərəfindən məhkəməyə ünvanlanmış etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbi əsassız olduğundan aşağıdakılara əsasən rədd edilməldir. Belə ki, İddiaçı vəzifə funksiyalarını yerinə yetirməyərək əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Belə ki, Cavabdeh ASC-nin Daxili Audit Xidmətinin xx.xx.2023-cü il tarixli 17/2023 nömrəli «Valyuta mübadiləsi əməliyyatlarının ABS-ə vaxtında daxil edilməsinin yoxlanılması» ekspress yoxlamasının nəticələrinə dair Akt/Hesabata əsasən 2023-cü ildə ABS-də mübadilə əməliyyatları reyestrlərinin təhlili nəticəsində məzənnələrin artması müəyyən edildikdən dərhal sonra rublun alış məzənnəsinin artdığı günlərdə rublun alışı üzrə əməliyyatların qəsdən ABS-ə daxil edilməsi tendensiyası aşkar edilmişdir. Filialların və MXM-in (müştəri xidmətləri mərkəzi) videokamera görüntüləri, ABS-ə daxil edilən əməliyyatların habelə elektron növbə sistemindəki reyestrlərin təhlili nəticəsində aşağıdakı pozuntular aşkar edilmişdir: videoda faktiki olaraq ABS-ə daxil edilən və filiallar üzrə müştərilərin valyuta mübadiləsi əməliyyatları aparması halları qeydə alınmayıb; elektron növbə sistemindən əldə edilən məlumatlar da yoxlanılan tarixdə «valyuta mübadiləsi əməliyyatları» üzrə əməliyyatların aparılmadığını təsdiq edir; kassirlər tərəfindən nağd valyutanın, yəni ABŞ dollarının mübadilə əməliyyatları ABS-ə daxil edilmir/əks etdirilmir; DAX tərəfindən aparılan monitorinq zamanı, yoxlayanların mülahizəsinə görə üç sxemdən istifadə etməklə kassirlər tərəfindən mümkün dələduzluq xarakterli çoxsaylı hərəkətlərə yol verildiyi aşkar edilmişdir; Sxem 1 - Məzənnələrin artması müəyyən edildikdən sonra faktiki olaraq günün birinci yarısında həyata keçirilmiş Bankın rubl alışı əməliyyatlarının günü ikinci yarısı ABS-ə daxil edilməsi; Sxem 2 - Məzənnələrin artması müəyyən edildikdən sonra faktiki olaraq günün birinci yarısında Bankın rubl alışı üzrə həyata keçirilmiş əməliyyatlarının Bankın mövcud müştərilərinə rəsmiləşdirmək yolu ilə ABS-ə daxil edilməsi; Sxem 3 - Maklerləri/şəxsi vəsaitləri cəlb etməklə valyuta mübadiləsi əməliyyatlarının Bankın mövcud müştərilərinə rəsmiləşdirmək yolu ilə aparılması; Eyni zamanda DNS-in (X19) tələblərini pozaraq 2023-cü ildə KƏTŞM (və ya onu əvəz edən şəxs) tərəfindən kassa əməliyyatlarının düzgün aparılmasının rüblük yoxlamaları keçirilməmişdir (2.3). Bankın kassirlərinin dələduzluq hərəkətləri nəticəsində valyuta mübadiləsi əməliyyatları üzrə 2023-cü ildə əldə edilməyən gəlir 372 min manata çata bilər (5-ci bölmə). Bankın kassa işinin təşkili və nağd pul və digər qiymətlilərlə kassa əməliyyatlarının aparılma qaydasını tənzimləyən X19i (o cümlədən müntəzəm yoxlamalar üzrə) «Kassa işinin təşkili və nağd pul və digər qiymətlilərlə kassa əməliyyatlarının aparılması» Qaydalarıdır. Qaydaların 16.19-cu bəndinə əsasən, MXM/filiallarda rüblük plan yoxlamalarının (təftişlərin) aparılma dövriliyi kassa əməliyyatlarının sonrakı verifikasiyası qaydasını tənzimləyən daxili sənədə uyğun olaraq illik yoxlama planı ilə müəyyən edilir. Yoxlamanın nəticələrinə əsasən KƏTŞM (Kassa X1 əməkdaşı) yoxlama haqqında hesabatlar hazırlayır. Bundan əlavə, «Bankın əməliyyat fəaliyyətinin həyata keçirilməsinin və kassa işinin təşkilinin sonrakı verifikasiyası metodikası» (bundan sonra Metodika) ilə kassa fəaliyyətində Bankın daxili sənədlərinin tələblərinə, Azərbaycan Respublikasının Mərkəzi Bankının (bundan sonra AR MB) normativ aktlarına uyğunsuzluqların aşkar edilməsi məqsədilə aparılan sonrakı verifikasiya qaydası tənzimlənir. Metodikanın 4-cü bölməsinə uyğun olaraq, KƏTŞƏ (Kassa əməliyyatlarının təşkili Şöbəsi) rübdə ən azı 1 (bir) dəfə kassa əməliyyatlarının, kassa sənədlərinin (o cümlədən jurnallar və uçot kitablarının) rəsmiləşdirilməsinin, günün kassa sənədlərinin formalaşdırılması və saxlanması qaydasına və müddətlərinə riayət edilməsinin düzgünlüyünün, X19lərin tələblərinə riayət edilməsinin dövri yoxlamalarının aparılması məqsədilə Bankın MXM/filiallarına baş çəkir. Eyni zamanda, ƏFDİR (X8 İdarəsinin rəisi) və ƏİR (Əməliyyat idarəsinin rəisi) lazım bilərsə, yoxlama kassa otaqları nın daxilində quraşdırılmış müşahidə kameralarının qeydlərinə əsasən aparıla bilər. X13 2.3-cü bəndinə əsasən KƏTŞM (və ya onu əvəz edən şəxs) hesabatın 1-ci bölməsində göstərilən DNSnin tələblərini pozaraq 2023-cü il ərzində tərəfindən kassa əməliyyatları, kassa sənədlərinin rəsmiləşdirilməsinin düzgün aparılmasının AR MB-nin tələblərinə riayət olunmasının rüblük yoxlamaları aparmayıb. DAX-nın yoxlamalar haqqında hesabatın təqdim edilməsinə dair sorğusuna cavab olaraq tələb olunan sənədlər təqdim edilməmişdir. Göründüyü kimi, İddiaçı həm Qaydaların 16.19-cu bəndinə həm də Metodikanın 4-cü bölməsinə uyğun olaraq Müştəri Xidmətləri Mərkəzində/Filiallarda planlı və qəfil yoxlama aparmaq və həmin yoxlamanın nəticələrinə dair hesabatlar hazırlamalı olduğu halda bunu etməmiş və bu barədə rəhbərlərə məlumat verməmişdir. Yoxlamaların aparılmadığını görən kassirlər yaranmış nəzarətsizlikdən istifadə edərək Bankın kassasına daxil edilməli olan vəsaitləri müxtəlif sxemlər üzrə mənimsəmişlər. Bu hal bütün 2023-cü il ərzində davam etmiş və beləliklə də, nəticədə Banka maddi ziyan dəymişdir. Kassirlər tərəfindən törədilən bu qanunsuz əməlləri aşkar etmək və Bankı məruz qalacağı maddi ziyandan qorumaq birbaşa olaraq Kassa X1 məsul əməkdaşının birbaşa vəzifəsidir. Belə ki, Kassa X1 X6 3.1.4-cü bəndinə əsasən Bankın əməliyyat kassalarında kassa uçotunun düzgün aparılmasına nəzarət menecerin vəzifəsidir. Həmin Təlimatın 3.1.3.4, 3.1.6 və 3.1.12-ci bəndlərinə əsasən Bankın əməliyyat kassalarına mədaxil edilən nağd pul vəsaitlərinin yenidən hesablanması və ekspertizası, kassanın işində və öz fəaliyyətində mövcud olan nöqsanlar və onların aradan qaldırılması üçün görülən, tədbirlər barədə rəhbərliyə məlumat verilməsi, «CMS Web portal» sistemində aşağıdakı əməliyyatların həyata keçirilməsi: elanların dəyişdirilməsi / silinməsi funksiyaları, daşınan qiymətlilərin dəyişdirilməsi / silinməsi funksiyaları, tranzaksiyalarla əməliyyatların sifarişlərinin yaradılması / dəyişdirilməsi /silinməsi/ imzalanması funksiyaları, hesabatların formalaşdırılması menecerin vəzifəsidir. Bu Təlimatla İddiaçı tanış olmuş və imzalamışdır. Yol verilmiş nöqsanlar vəzifə öhdəliklərinin və əmək intizamının kobud surətdə pozulmasıdır. İddiaçı vəzifə səlahiyyətlərini tam yerinə yetirmədiyini ərizəsində etiraf etmişdir. İddia ərizəsinə əlavə edilmiş izahatdan da göründüyü kimi, izahatında İddiaçı bildirmişdir ki, «mübadilə əməliyyatları reyestrinə vurulmuş əməliyyatların monitorinqini planlı kvartal yoxlamaları zamanı və qəfil filial yoxlamaları zamanı yoxlayırlar. Şöbə müdirinin səhhətində yaranmış problemlərlə əlaqəli 2023-cü il ərzində əksər müddətdə onu əvəz etmiş və xəzinə administratoru vəzifəsini yerinə yetirdiyi üçün filialları qəfil və ya olanlı yoxlamaq imkanı olmamışdır.» İddiaçı yoxlama keçirtmək üçün vaxtının olmamasını bildirsə də, bununla bağlı Bankın rəhbərliyinə müraciət etməmişdir. Yoxlama keçirtmək üçün vaxtın azlığı və ya ümumiyyətlə olmaması vəzifə funksiyalarının həyata keçirilməsinə mane olmamalıdır. Yoxlama keçirtmək və müvafiq hesabatlar hazırlamaq yəni Bankın əməliyyat kassalarında kassa uçotunun düzgün aparılmasına nəzarət etmək menecer olaraq İddiaçı birbaşa vəzifəsidir. Digər tərəfdən onu da qeyd etmək lazımdır ki, yuxarıda qeyd edilən mənimsəmə halları təkcə Bankın filiallarında deyil, həm də MXM-in (müştəri xidmətləri mərkəzi) Baş ofis kassalarında da baş vermişdir. Audit hesabatından da göründüyü kimi MXM-in adları Audit hesabatında qeyd edilmiş kassirləri müxtəlif vaxtlarda valyuta mübadiləsi əməliyyatları ilə banka ziyan vurmuşlar. MXM-in kassaları ilə İddiaçı xidməti otağı arasında bir mərtəbə fərq vardır. Bəlkə də İddiaçı filiallara getməyə vaxtı olmayıb, bəs bir mərtəbə aşağı düşüb MXM-in kassalarını yoxlamağa və hesabat hazırlamağa nə mane olmuşdur? Bu onu deməyə əsas verir ki, İddiaçı onun üzərinə qoyulmuş vəzifəyə qarşı səhlənkar yanaşmışdır. Başqa bir məqam ondan ibarətdir ki, İddiaçı kimi 10 ildən artıq iş stajına malik təcrübəli əməkdaş Filiallara getmədən də Filiallarda kassa əməliyyatlarının bankdaxılı və Mərkəzi Bankın qoyduğu qaydalara uyğun aparılması barədə fikir formalaşdıra bilərdi. Bankın KƏTŞ-nin əməkdaşı kimi İddiaçı da xidməti otağında ona təhkim edilmiş kompüter avadanlığı olmuşdur. Həmin kompüterlə İddiaçı KƏTŞ-in meneceri olaraq ABS sistemi vasitəsilə Bankın bütün filiallarındakı kassaların həyata keçirtdiyi əməliyyatlara real vaxt rejimində nəzarət etmək imkanına malik olmuşdur. Lakin görünən odur ki, İddiaçı yaradılmış bu imkandan istifadə etməmişdir. Nəticədə isə Banka ziyan vurulması ilə müşahidə edilən hallar baş vermişdir. Beləliklə də, yuxarıda qeyd edilənlər onu deməyə əsas verir ki, İddiaçı vəzifə öhdəliklərinə əsasən əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilməsi barədə 19.01 2024-cü il tarixli, 42/K nömrəli əmr əsaslı və qanunidir. Cavabdehin nümayəndəsi X11 məhkəmə iclasında iddianı qəbul etməyərək iddiaya etirazın məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının, iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - İddiaçı məxsus ******* nömrəli əmək kitabçasından görünür ki, o, 1 iyul 2022-ci il tarixdən əmək müqaviləsinə xitam verildiyi 19 yanvar 2024-cü il tarixədək Cavabdeh ASCdə Əməliyyat İdarəsinin Kassa X2 Menecer vəzifəsində çalışmış və əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən (İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə) xitam verilmişdir; - Cavabdeh ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 42/K nömrəli əmrindən görünür ki, vəzifə təlimatının 3.1.4, 3.1.6, 3.1.12 və 5.1.1 hissəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməməsi ilə əlaqədar Bankın əməliyyat kassalarında pul vəsaitlərinin uçotunun düzgün aparılmasına nəzarət; kassanın fəaliyyətində və işində mövcud olan nöqsanlar, onların aradan qaldırılması üçün görülən tədbirlər barədə rəhbərliyə məlumat vermək; öz səlahiyyətləri daxilində Banka dəyən zərərin qarşısının alınması, müəyyən edilmiş qaydada şöbənin vəzifə və funksiyalarının yerinə yetirilməməsi (lazimi olaraq yerinə yetirilməməsi), habelə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin «b» bəndində nəzərdə tutulmuş vəzifə öhdəliklərinin yerinə yetirilməməsinə görə Əməliyyat departamentinin Kassa X1 meneceri vəzifəsində çalışmış İddiaçı əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən (İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə) xitam verilmiş, son iş günü xx.xx.2024-cü il tarixi hesab edilmiş və işçiyə xx.xx.2022-xx.xx.2023-cü iş il hesabından istifadə edilməmiş 7 (yeddi) təqvim günü məzuniyyətə pul əvəzi ödənilmişdir; Əmrin verilməsinə əsasən DAX-nin ekspress yoxlamasının nəticələri haqqında akt-hesabat, İddiaçı izahatı göstərilmişdir. - İddiaçı Cavabdeh ASC-nin rəhbərliyinə yazdığı 22.11.23-cü il tarixli izahatından görünür ki, mübadilə əməliyyatları reyestrinə vurulmuş əməliyyatların monitorinqini Planlı kvartal yoxlamaları zamanı və qəfil filial yoxlamaları zamanı yoxlayırlar. Şöbə müdirinin səhhətində yaranmış problemlərlə əlaqəli 2023-cü il ərzində əksər müddətdə onu əvəz etmiş və xəzinə administratoru vəzifəsini yerinə yetirdiyi üçün filialları planlı və ya qəfil yoxlama imkanı olmayıb. Onlarda hər filialda iki kassir işləyir və bəzən kassirlərdən biri məzuniyyətdə və ya səhhəti, ailə vəziyyəti ilə bağlı işdə olmadıqa filial bir kassirlə işləyir. Tək olduqları zaman iş yükünün çox olması ilə bağlı filiallar çox az hallarda müraciət ediblər, son il ərzində isə demək olar ki, bu cür müraciət olmayıb. Onun tərəfindən heç bir kassirə USD alışının sistemə vurulmaması ilə bağlı heç bir göstəriş verilməyib, əksinə onlar hər zaman kassirlərə demişlər ki, bu əməliyyatları vaxtlı-vaxtında vursunlar, müştərilərə yerindəcə çek verib yola salsınlar. RUB alışı ilə bağlı da eyni sözləri deyə bilər. Sonda bildirmək istəyir ki, işlədiyi 10 il ərzində işində nöqsana yol verməmişdir, və hər zaman işinə məsuliyyətlə yanaşmışdır. Bu cür halların baş verməməsi üçün gələcəkdə daha da diqqətlə işləyəcəkdir. - Valyuta mübadiləsi əməliyyatlarının ABS-ə vaxtında daxil edilməsinin yoxlanılmasının ekspress yoxlamasının nəticələrinə dair xx.xx.2023-cü il tarixli akt/hesabata əsasən müəyyən olunur ki, 2023-cü ildə ABS-də mübadilə əməliyyatları reyestrlərinin təhlili nəticəsində məzənnələrin artması müəyyən edildikdən dərhal sonra rublun alış məzənnəsinin artdığı günlərdə rublun alışı üzrə əməliyyatların qəsdən ABS-ə daxil edilməsi tendensiyası aşkar edilmişdir. Filialların və MXM-nin videokamera görüntüləri, ABS-ə daxil edilən əməliyyatların, habelə elektron növbə sistemindəki reyestrlərin təhlili nəticəsində bu pozuntular aşkar edilmişdir: videoda faktiki olaraq ABS-ə daxil edilən və filiallar üzrə müştərilərin valyuta mübadiləsi əməliyyatları aparması halları qeydə alınmayıb; elektron növbə sistemindən əldə edilən məlumatlar da yoxlanılan tarixdə «valyuta mübadiləsi əməliyyatları» üzrə əməliyyatların aparılmadığını təsdiq edir: kassirlər tərəfindən nağd valyutanın, yəni ABŞ dollarının mübadilə əməliyyatları ABS-ə daxil edilmir/əks etdirilmir. DAX tərəfindən aparılan monitorinq zamanı, yoxlayanların mülahizəsinə görə üç sxemdən istifadə etməklə kassirlər tərəfindən mümkün dələduzluq xarakterli çoxsaylı hərəkətlərə yol verildiyi aşkar edilmişdir (2.2): Sxem 1 – Məzənnələrin artması müəyyən ediləndən sonra faktiki olaraq günün birinci yarısında həyata keçirilmiş Bankın rubl alışı əməliyyatlarının ABS-ə daxil edilməsi; Sxem 2 – Məzənnələrin artması müəyyən edildikdən sonra faktiki olaraq günün birinci yarısında Bankın rubl alışı üzrə həyata keçirilmiş əməliyyatlarının Bankın mövcud müştərilərinə rəsmiləşdirmək yolu ilə ABS-ə daxil edilməsi; Sxem 3 – Maklerləri/şəxsi vəsaitləri cəlb etməklə valyuta mübadiləsi əməliyyatlarının Bankın mövcud müştərilərinə rəsmiləşdirmək yolu ilə aparılması; DNS-nin tələblərini pozaraq 2023-cü ildə KƏTŞM (və ya onu əvəz edən şəxs) tərəfindən kassa əməliyyatlarının düzgün aparılmasının rüblük yoxlamaları keçirilməmişdir (2.3). Filialların və MXM-nin videokamera görüntülərinin, ABS-ə daxil edilmiş əməliyyatların, habelə elektron növbə sistemindən reyestrlərinin qeydlərinin təhlili nəticəsində bu pozuntular aşkar edilib: 2.1. Elmlər filialında əməliyyat günü ərzində ən az sayda əməliyyat aparıldığı üçün 23 oktyabr 2023- cü il tarixdə 15:00-16:00 arası (rubl almaq üçün əməliyyatların ABS-ə daxil edilmə müddəti) sözügedən filialın videokamera görüntülərinə baxılıb. Aşağıda göstərilən müddətdə bu filialda rubl alışı əməliyyatları üçün ABS-dən qeydlər var. Video çəkilişlərə baxılarkən müəyyən edilmiş müddət ərzində aparılan əməliyyatların heç biri müəyyən edilməyib (mübadilə əməliyyatları aparmaq üçün kassaya yaxınlaşan müştərilər olmayıb). Elmlər filialında əməliyyat günü ərzində ən az sayda əməliyyat aparıldığı üçün xx.xx.2023-cü il tarixdə 15:00-16:00 arası (rubl alışı üzrə ABS-ə əməliyyatların daxil edilmə müddəti) adıgedən filialın videokamera görüntülərinə baxılıb. Aşağıda qeyd edilən müddətdə bu filialda rubl alışı əməliyyatları üzrə ABS-dən götürülmüş qeydlər verilib. Videokamera görüntülərinə baxılan zaman müəyyən edilmiş müddət ərzində hər hansı bir əməliyyatın aparılması müəyyən edilməyib (mübadilə əməliyyatları aparmaq üçün kassaya yaxınlaşan müştərilər olmayıb); - Əməliyyat İdarəsinin Kassa X1 menecerinin Vəzifə təlimatında onun vəzifələri 3.1- 3.1.15-ci bəndlərlə nəzərdə tutulmuşdur. Bu vəzifələrə həmçinin aşağıdakılar aiddir: 3.1.4-cü bəndə əsasən bankın əməliyyat kassalarında kassa uçotunun düzgün aparılmasına nəzarət; 3.1.6-cı bəndə əsasən kassanın işində və öz fəaliyyətində mövcud olan nöqsanlar və onların aradan qaldırılması üçün görülən tədbirlər barədə rəhbərliyə məlumat verilməsi; 3.1.11-ci bəndinə əsasən öz səlahiyyətləri və səriştəsi daxilində banka zərər vurulmasına yol verməmək kimi vəzifələri vardır. 3.1.12 « CMS Web portal» sistemində elanların dəyişdirilməsi /silinməsi funksiyaları, daşınan qiymətlərin dəyişdirilməsi /silinməsi funksiyaları, tranzaksiyalarla əməliyyatların sifarişlərin yaradılması /dəyişdirilməsi /siilinməsi/imzalanması funksiyaları, hesabların formalaşdırılması həyata keçirilməsi kimi əməliyyatların həyata keçirilməsi. Həmçinin vəzifə təlimatının 5.1.1-5.1.6-cı bəndlərində menecerin məsuliyyət daşıdığı əsaslar əks edilmişdir ki, 5.1.1 bəndində bu əsaslardan biri menecer bu vəzifə təlimatında nəzərdə tutulmuş xidməti vəzifələrin yerinə yetirilməməsidir (düzgün yerinə yetirilməməsi). - Cavabdeh ASC üzrə 301/k nömrəli xəstəlik ilə əlaqədar vəzifənin müvəqqəti həvalə edilməsi barədə xx.xx.2023-cü il tarixli əmrdən görünür ki, əmrə əsasən müəyyən olunur ki, əməliyyat departamentinin Əməliyyat idarəsinin Kassa X1 müdiri X5 işdə olmadığı müddət ərzində onun əmək funksiyasının icrası müvəqqəti olaraq Əməliyyat departamentinin Əməliyyat idarəsinin Kassa X1 meneceri İddiaçı həvalə edilmişdir; - Cavabdeh ASC üzrə 502/k nömrəli xx.xx.2023-cü il tarixli əmək məzuniyyətinin verilməsi barədə əmrdən görünür ki, Əməliyyat departamentinin Əməliyyat idarəsinin Kassa X1 meneceri İddiaçı xx.xx.2021-xx.xx.2022-ci iş ili hesabından 17 təqvim günü, xx.xx.2022-xx.xx.2023-cü iş ili hesabından 6 təqvim günü, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək əmək məzuniyyəti verilmişdir; - Cavabdeh ASC üzrə 751/k nömrəli xx.xx.2023-cü il tarixli əmək məzuniyyətinin verilməsi barədə əmrə əsasən müəyyən olunur ki, Əməliyyat departamentinin Əməliyyat idarəsinin Kassa X1 meneceri İddiaçı xx.xx.2022-xx.xx.2023-cü iş ili hesabından 21 (iyirmi bir) təqvim günü xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək əmək məzuniyyəti verilmişdir; - Cavabdeh ASC üzrə 724/k nömrəli xx.xx.2023-cü il tarixli əmək məzuniyyətinin verilməsi barədə əmrdən görünür ki, Əməliyyat idarəsinin Kassa X1 müdiri X3 xx.xx.2022xx.xx.2023-cü iş ili hesabından 7 təqvim günü, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək əmək məzuniyyəti verilmiş, Əməliyyat departamentinin Əməliyyat idarəsinin Kassa X1 müdiri X5 işdə olmadığı müddət ərzində onun əmək funksiyasının icrası müvəqqəti olaraq Əməliyyat departamentinin Əməliyyat idarəsinin Kassa X1 meneceri İddiaçı həvalə edilmişdir; - «Bank VTB (Azərbaycan)» Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin iclasının xx.xx.2024-cü il tarixli 01 saylı Protokolundan Çıxarışdan görünür ki, «Bank VTB (Azərbaycan)» ASC-nin aşağıdakı əməkdaşları Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud əmək vəzifələrini kobud şəkildə pozduqda) işdən azad edilmişdir: 1.1 «Bank VTB (Azərbaycan)» ASC-nin Əməliyyat idarəsinin Kassa əməliyyatlarının təşkili şöbəsinin meneceri Süleymanov Azər Abbas oğlu; «Bank VTB (Azərbaycan)» ASC-nin 3 saylı «Elmlər» filialının Kassa əməliyyatları şöbəsinin meneceri Yəhyayev Fərid Əliməmməd oğlu; «Bank VTB (Azərbaycan)» ASC-nin 1 saylı «Əcəmi» filialının Kassa əməliyyatları şöbəsinin baş mütəxəssisi Babayev Zaur Hüsaməddin oğlu; «Bank VTB (Azərbaycan)» ASC-nin Əməliyyat idarəsinin Kassa əməliyyatları şöbəsinin baş mütəxəssisi X15; «Bank VTB (Azərbaycan)» ASC-nin Əməliyyat idarəsinin Kassa əməliyyatları şöbəsinin aparıcı mütəxəssisi Məmmədov İlqar Aydın oğlu; 2.2. «Bank VTB (Azərbaycan)» ASC-nin aşağıdakı əməkdaşlarına töhmət şəklində intizam tənbehi verilmişdir: «Bank VTB (Azərbaycan)» ASC-nin Əməliyyat idarəsinin rəisi X14; «Bank VTB (Azərbaycan)» ASC-nin Əməliyyat idarəsinin Kassa əməliyyatlarının təşkili şöbəsinin rəisi Dövlətxanova Dilarə İskəndərovna; «Bank VTB (Azərbaycan)» ASC-nin Əməliyyat idarəsinin Kassa əməliyyatları şöbəsinin meneceri Əliyev Rəfayət İlham oğlu; «Bank VTB (Azərbaycan)» ASC-nin Əməliyyat idarəsinin Kassa əməliyyatları şöbəsinin meneceri Səlimov Azər Əlisahib oğlu; «Bank VTB (Azərbaycan)» ASC-nin 1 saylı «Əcəmi» filialının Kassa əməliyyatları şöbəsinin meneceri Hüseynov Tahir Fəxrəddin oğlu; «Bank VTB (Azərbaycan)» ASC-nin 2 saylı «Gənclik» filialının Kassa əməliyyatları şöbəsinin meneceri Mustafayev Ramil Əli oğlu; «Bank VTB (Azərbaycan)» ASC-nin Əməliyyat idarəsinin Kassa əməliyyatları şöbəsinin baş mütəxəssisi Məmmədov Vüqar Fikrət oğlu; «Bank VTB (Azərbaycan)» ASC-nin Əməliyyat idarəsinin Kassa əməliyyatları şöbəsinin baş mütəxəssisi Zöhrabov Rövşən Rafiq oğlu; «Bank VTB (Azərbaycan)» ASC-nin Əməliyyat idarəsinin Kassa əməliyyatları şöbəsinin baş mütəxəssisi Rəhimov Rafael Xanlar oğlu; 2.3. «Bank VTB (Azərbaycan)» ASC-nin Əməliyyat idarəsinin Kassa əməliyyatlarının təşkili şöbəsinin baş mütəxəssisi X12 yazılı xəbərdarlıq edilmişdir. - Bakı 18 saylı Mediasiya təşkilatının xx.xx.2024-cü il tarixli MŞB/18/2024-00192 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, iddiaçı 23 fevral 2024-cü il tarixə saat 11.00-a təyin olunmuş ilkin mediasiya sessiyasında iştirak etmiş, cavabdeh tərəfin nümayəndəsi isə İMS-də iştirak etməmişdir. 50 manat mediasiya xərci və 10 manat poçt xərci iddiaçı tərəfindən ödənilmişdir. İddiaçı onun tərəfindən KƏT Şöbəsinin əməkdaşları tərəfindən kamera görüntüləri ilə filialdakı kassalara nəzarət səlahiyyəti olmaması, 2023-cü ilin yanvar, fevral, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr və dekabr aylarında KƏT Şöbəsinin müdiri Dilarə Dövlətxanova səhhəti ilə əlaqədar məzuniyyətdə olması səbəbindən Baş X10 vəzifəsinin icrası Cavabdeh ASC-in İdarə Heyətinin əmri ilə ona həvalə edildiyindən, o, Baş X10 vəzifəsini icra etdiyi üçün filialları planlı və ya qəfil yoxlamaya görə filiallara yoxlamaya getmək və yoxlamaların keçirilməsinin mümkünsüz olmasını, həmçinin nöqsanların olduğu tarixlərdə özünün məzuniyyətdə olması və məzuniyyətdə olduğu dövrlərdə başqaları tərəfindən edilmiş pozuntular barədə məsuliyyət daşımalı olmasını göstərərək onun əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən (İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə) xitam verilməsinin əsassız olmasını iddia etmişdir. Cavabdeh tərəf isə İddiaçı vəzifə funksiyalarını yerinə yetirməyərək əmək vəzifələrini kobud şəkildə pozmaqla vəzifə təlimatlarına əməl etməməsi nəticəsində Banka ziyan vurulması ilə müşahidə edilən halların baş verməsini, onun işdən çıxarılmasına səbəb olmuş halları Cavabdeh ASC-nin Daxili Audit Xidmətinin xx.xx.2023-cü il tarixli 17/2023 nömrəli «Valyuta mübadiləsi əməliyyatlarının ABS-ə vaxtında daxil edilməsinin yoxlanılması» ekspress yoxlamasının nəticələrinə dair Akt/Hesabatla, X17 ilə təsdiq edilməsi ilə əsaslandırmışdır. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyanın 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ, İV, Vİ hissələri). Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. - 68-ci maddəsinin 1 və 2-ci bəndinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. - 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. - 76.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Məhkəmə qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə, qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etməkdən ibarətdir. İş materiallarından da görünür ki, iddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinə işçinin əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməsi əsası ilə xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. - 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. - 72-ci maddəsinin “e” bəndinə əsasən, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. - 186-cı madddənin 1-ci hissəsinə əsasən Əmək qanunvericiliyinə əsasən işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə, yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətnə cəlb edilir. - 186-cı maddəsinin 2-ci hissəsinin tələbinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək barədə intizam tənbehi verə bilər. Məhkəmə hesab edir ki, iddiaçının barəsində verilmiş əmək müqaviləsinin ləğvinə dair əmrin qanunsuz olmasına dair dəlilləri əsassızdır. Belə ki, müəyyən edilmişdir ki, İddiaçı vəzifələrini yerinə yetirməməsi işdə nöqsanlara səbəb olmuş, nəticədə audit yoxlaması əsasında bankın X7 xəzinədarlar tərəfindən aparılan əməliyyatlar zamanı fəaliyyətlərində bir sıra nöqsanlar aşkarlanmışdır. Həmin audit rəyinə əsasən nöqsanlar xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə baş vermişdir. Audit rəyində kamera görüntüləri əsasında 4 fərqli tarixdə xəzinədarlar tərəfindən yol verilmiş nöqsanlar aşkarlanmışdır. Audit rəyinə əsasən baş vermiş nöqsanların səbəbləri vəzifə səlahiyyətlərindən şəxsi mənfəət üçün sui-istifadə, tənzimləyicinin valyuta tənzimlənməsi qaydalarının tələblərinə əməl olunmasına formal münasibət, DNS-nin tələblərinin yerinə yetirilməsinə formal münasibət olaraq qeyd edilmişdir. İş materiallarından görünür ki, audit rəyində sadalananlar iddiaçının vəzifə təlimatının müvafiq bəndlərinə əsasən bu vəzifə təlimatında nəzərdə tutulmuş xidməti vəzifələrin yerinə yetirilməməsi (düzgün yerinə yetirilməməsi) üçün məsuliyyət daşıdığı bəndlərdir. İddiaçının intizam tənbehi almamışdan əvvəl verdiyi izahatın məzmunu da tərəfindən yol verilmiş nöqsanların etirafı kimi qiymətləndirilməlidir. Belə ki, o izahatında üzərinə düşən vəzifələrin hansı səbəblərdən tam, qismən və ya ümumiyyətlə yerinə yetirməməsinə izah versə də, məhkəmə hesab edir ki, bu faktiki onun vəzifə təlimatının mübahisələndirilən əmrdə göstərilən bəndləri üzrə üzərinə düşən vəzifələri yerinə yetirməməsinin təsdiqidir. Həmçinin məhkəmə iddiaçı tərəfin cavabdehin ona qarşı əsassız əmrin veilməsinin əsası kimi qərəzli münasibətin mövcudluğu ilə bağlı qeyd etməyi zəruri sayır ki, təqdim edilmiş sənədlərdən də aydın görünür ki, vəzifə öhdəliklərinə əsasən əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün bəzi əməkdaşlara münasibətdə iddiaçıdan əvvəl, yəni xx.xx.2024-cü ildə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi tətbiq edilmiş, bəzilərinə isə töhmət-intizam tənbehi verilmişdir. İddiaçı barədə əmrin verilməsindən sonra isə iddaçının müəyyən müddətlərlə əvəz etdiyi Əməliyyat idarəsinin Kassa əməliyyatlarının təşkili şöbəsinin müdiri Dövlətxanova Dilarə İskəndərovnaya da töhmət verilmiş, Əməliyyat departamentinin Əməliyyat idarəsinin Kassa əməliyyatların təşkili şöbəsinin baş mütəxəssisi X12 xəbərdarlıq edilmişdir. Göründüyü kimi, Valyuta mübadiləsi əməliyyatlarının ABS-ə vaxtında daxil edilməsinin yoxlanılmasının ekspress yoxlamasının nəticələrinə dair akt/hesabat və daxili auditin nəticələrinə əsasən müəyyən edilmiş pozuntuların ciddiliyi nəzərə alınaraq təkcə iddiaçının deyil, digər adları sadalanan şəxslər barəsində intizam tənbeh tədbiri görülmüşdür. Məhkəmə işəgötürənin Əmək Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalı olması ilə bağlı (Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-ci hissəsi) hesab edir ki, işəgötürən Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən iddiaçının törətdiyi xətanın xarakterini nəzərə almaqla inzibati tənbeh növlərindən biri olan «əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək» intizam tənbeh növünü verməsi kimi hüququndan haqlı olaraq istifadə etmişdir. Belə ki, işin araşdırılmış halları tam sübut olunmuşdur ki, iddiaçı onunla bağlanmış əmək müqaviləsinin şərtlərinə uyğun olaraq Əmək Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş əsas vəzifələrinin və bu əmək funksiyasının vaxtında, keyfiyyətlə yerinə yetirilməsinə əməl etməmiş, əmək vəzifələrinin kobud pozuntusuna yol vermişdir. İddiaçının barəsində verilmiş əmrin əsassız və qanunsuz verildiyi üçün ləğv edilməli olmasına dair tələbi ilə bağlı iddiaçının irəli sürdüyü dəlillərlə bağlı məhkəmə qeyd etməyi zəruri sayır ki, Azərbaycan Respublikası MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Başqa sözlə, hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Sübutları qiymətləndirən zaman məhkəmə «əsaslı şübhələr yaratmayan» sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər («Avşar Türkiyəyə qarşı» AİHM-nin qərarı №25657/94, § 282). Göstərilənlərə əsasən Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından məhkəmə bu nəticəyə gəlir ki, iddiaçı öz hüquqi mövqeyini sübut edə bilməmiş və əsassız və qanunsuz işdən azad edilməsinə dair əmrin verilməsinə dair hər hansı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda isə işin müəyyən edilmiş faktiki halları onu deməyə əsas verir ki, işəgötürən Əmək qanunvericiliyinə riayət etməklə, əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, cavabdeh qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi səbəbini qeyd etmiş, əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən iddiaçıya münasibətdə Azərbaycan Respublikası Əmək qanunvericiliyinin tələbləri pozulmamışdır. Həmçinin, məhkəmə cavabdeh tərəfindən intizam tənbehinin verilməsi ilə bağlı müddət ötürülməsinə dair dəlillərlə bağlı qeyd edir ki, intizam tənbehinin verilməsi Bankın Maliyyə fəaliyyətinin yoxlanılması və təftiş edilməsi ilə bağlı olduğundan Əmək qanunvericiliyinə əsasən bu halda tənbehin verilməsi müddətlərində də fərqlər vardır. Bu səbəbdən hazırkı mübahisə üzrə Əmək Məcəlləsinin 187.2-ci deyil, 187.3-cü maddəsi tətbiq edilməklə intizam tənbehinin tətbiqi müddətinin ötürülməsi barədə iddiaçı tərəfin arqumenti əsassız hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası ƏM-nin 187-ci maddəsinin 2-ci hissəsinə əsasən intizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən 1 ay keçənədək verilə bilər. Həmin Məcəllənin 187.3-cü maddəsinə əsasən intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyətəsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir. Göründüyü kimi, hazırki halda cavabdeh tərəfindən intizam tənbehinin verilməsi ilə bağlı müddət ötürülmədiyindən Əmək qanunvericiliyinin tələbləri də pozulmamışdır. İddiaçıdan izahat xx.xx.2023-cü il tarixdə alınmış, Audit yoxlaması barədə Akt\hesabat xx.xx.2023-cü il tarixdə yekunlaşmış, sözügedən Əmr isə xx.xx.2024-cü il tarixdə hazırlanmışdır. Başqa sözlə, cavabdeh intizam tənbehini tətbiq etmək üçün qarşıda 2 ilə yaxın müddəti olmuşdur. Məhkəmə qeyd edir ki, hətta müddətin axımını izahatın verildiyi xx.xx.2023-cü il tarixdən hesablansa belə yenə də müddət ötürülməmişdir. Beləliklə də, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin mübahisələndirilən əmrin ləğv edilməsinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığından tələb bu hissədə təmin edilə bilməz. Məhkəmə iddianın mübahisələndirilən əmrin ləğv edilməsi tələbinin təmin edilməməsi nəticəsinə gəldiyi üçün, digər tələblər, yəni, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsinin törəmə tələblər olduğu üçün prosessual qənaət prinsipi baxımından həmin hissələri də əsassız saydığından onlara ayrıca hüquqi qiymət verilməsinə zərurət görmür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı «əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı» tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Ödənilmiş 50 manat mediasiya xərci və 10 manat poçt-kargüzarlıq xərci iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı «əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı» tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Ödənilmiş 50 manat mediasiya xərci və 10 manat poçt-kargüzarlıq xərci iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar