Məhkəmə qərarları › İş №e-2(006)-2172/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2172/2022

25.07.2022 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2172/2022 25.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, ərizəçi İddiaçı, ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, ərizəçi İddiaçı Maraqlı şəxs qismində cəlb edilməklə “şəxsin ölmüş elan edilməsi”nə dair ərizəsi üzrə mülki işə 25 iyul 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi İddiaçı Nəsimi Rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə «şəxsin ölmüş elan edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-3767/2021 saylı qətnaməsi ilə xəbərsiz itkin düşmüş hesab edilmiş qardaşı xx.xx.1994-cü il təvəllüdlü X13 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qardaşı xx.xx.1994-cü il təvəllüdlü X22 2015-ci il avqust ayından sonra xəbərsiz olaraq itkin düşmüşdür. Fuad Hüseynov ilə ögey bacıqardaşdırlar. X10 qardaşı xx.xx.1994-cü il təvəllüdlü X13 rəsmi qaydada qəyyumu təyin edildiyi üçün onun naməlum şəraitdə xəbərsiz olaraq itkin düşməsi barədə 2015-ci il sentyabrda Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə ərizə ilə müraciət etmişdir. X10 qardaşının itkin düşməsi ilə bağlı etdiyi müraciətinin nəticəsi barədə Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinə və Binəqədi Rayon 5-ci Polis Bölməsində aparılmış araşdırma barədə məlumat əldə edə bilməsi üçün Binəqədi Rayon Polis İdarəsinə və Binəqədi Rayon 5-ci polis bölməsinə yenidən ərizə ilə müraciət etmişdir. X6 Polis Bölməsindən məlumat verilməyrək “Vəkil” sorğusu təqdim etməli olduğu bildirmişlər. Ona görə də o, Bakı şəhər 18 saylı Vəkil Bürosuna müraciət etmiş, Vəkil tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 1661 saylı “ Vəkil” sorğusuna qısa məzmunda cavab olaraq bildirilmişdir ki, vətəndaş X4 Binəqədi RPŞ-nin 5-ci PB-nə 2015-ci ildə müraciəti daxil olmuşdur. Həmin müraciət əsasında araşdırma aparılmışdır. Material PB-nin kargüzarlığının müvafiq qaydalarına əsasən məhv edilmişdir. Hal-hazırda vətəndaş X4 müraciəti əsasında heç bir araşdırma aparılmır. Binəqədi RPŞ-nin 5-ci PB-i əsaslandırılmış qaydada ona məlumat vermir. Dəfələrlə PB-nə müraciətləri nəticəsiz qalmışdır. Qardaşı xx.xx.1994-cü il təvəllüdlü X22 2015-ci il avqust ayından sonra xəbərsiz olaraq itkin düşməsi barədə ərizəni qardaşına qəyyum təyin olmuş X10 verdiyi üçün onun müraciətinə baxılmadı. Ona görə də məhkəmə qaydasında əlavə məlumatların alınmasını istədi. Qardaşı xx.xx.1994-cü il təvəllüdlü X22 2015-ci il avqust ayından sonra bir daha geri qayıtmamışdır. Onun 5 ildən artıq müddət ərzində harada olması barədə heç bir məlumat əldə edə bilmədikləri üçün məcbur qalaraq onun xəbərsiz itgin düşmüş hesab edilməsinə dair ərizə ilə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə müraciət etdi. Yuxarıda qeyd edilən məlumatları məhkəməyə təqdim etdikdən sonra Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, İş № 2(006)-3767/2021 saylı qətnaməsi ilə qardaşı xx.xx.1994-cü il təvəllüdlü X22 xəbərsiz itkin düşmüş hesab edilmişdir. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-3767/2021 saylı qətnaməsi 2021-ci ilin avqust ayından sonra qanuni qüvvəsini almışdır. Məhkəmə iclasında iştirak edən ərizəçi İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümyəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun bacısı olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi qardaşının itkin düşmüş hesab edilməsi faktının müəyyən edilməsindən asılıdır. Bakı şəhəri Nəsimi rayonu VVAQ şöbəsi tərəfindən xx.xx.1991-ci il tarixdə verilmiş İ- ЖГ seriyalı, 269835 nömrəli övladlığa götürmə haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1980-ci ildə anadan olmuş X2 Selvina Əbülfəz qızı tərəfindən övladlığa götürülmüşdür. Övladlığa götürmə haqqında akt qeydləri kitabında X1 dəyişdirilərək Hüseynova kimi qeyd edilmişdir. Bakı şəhəri Nəsimi rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1991-ci il tarixdə verilmiş XVİ-ЖГ seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.1980ci ildə Bakı şəhərində anadan olmuş, atası X14, anası X5r. Bakı şəhəri Nəsimi rayonu VVAQ şöbəsi tərəfindən xx.xx.1994-cü il tarixdə verilmiş XVİİİ-ЖГ seriyalı, 376387 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X22 xx.xx.1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, atası Hüseynov İlham, anası X5r. Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 121 saylı, xx.xx.2007-ci il tarixli sərəncamından görünür ki, Rayon İcra Hakimiyyətinə X10 müraciət edərək azyaşlı bacısı oğlu - xx.xx.1994-cü il təvəllüdlü X17 qəyyum təyin edilməsini xahiş etmişdir. X10 azyaşlı bacısı oğlu xx.xx.1994-cü il təvəllüdlü X17 qəyyum təyin edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 2ndə istifadədə olan 0.04 ha torpaq sahəsində yerləşən 119 nömrəli, 5 mərtəbəli binada 50.94 kv.m ümumi, 35.84 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 21 nömrəli mənzil paylı mülkiyyət hüququ üzrə X13 1/2 hissə, X11 1/2 hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində 529 nömrəli reyestr kitabının 48727 nömrəli vərəqində qeydiyyata alınmışdır. Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən Vəkil ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, vətəndaş X4 Binəqədi RPİ-nin 5-ci PB-nə 2015-ci ildə müraciəti daxil olmuşdur. Həmin müraciət əsasında təhqiqat araşdırması aparılmışdır. Material PB-nin kargüzarlığının müvafiq qaydalarına əsasən məhv edilmişdir. Hal-hazırda vət. X4 müraciəti əsasında heç bir araşdırma aparılmır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-3767/2021 saylı qətnaməsinə əsasən xx.xx.1994-cü il təvəllüdlü X22 xəbərsiz itkin düşmüş hesab edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X25 İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.1994-cü il təvəllüdlü X13 Azərbaycan Respublikası ərazisində cinayət təqibi, məhkumluğu və ya axtarışda olması barədə DİN-in müvafiq uçotlarında məlumat yoxdur. Bununla yanası qeyd edilib ki, Azərbaycan Respublikası Ali Məhkəməsi ilə razılaşdırılmaqla Daxili İşlər Nazirliyi Kollegiyasının 2019cu il 16 yanvar tarixli Q11-001-19 nömrəli qərarı ilə təsdiq edilmiş və Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyata alınmış «Cinayət törətməkdə şübhəli və ya təqsirləndirilən, məhkum olunmuş, habelə inzibati qaydada həbs edilmiş şəxslərin mərkəzləşdirilmiş fərdi uçotlarının təşkili və aparılmasına dair Təlimat»ın (www.eaanun.az) 8.6. bəndinə və 8.6.1. yarımbəndinə müvafiq olaraq şəxsin məhkumluğunun olub-olmaması barədə sorğu elektron rabitə kanalları və ya kağız daşıyıcıları vasitəsi ilə yoxlanılır. Tələbnamələr bu Təlimatla müəyyən olunmuş formada (9 nömrəli əlavə) tərtib edilir və hər bir yoxlanılan şəxsə dair avrıca tələbnamə doldurulur, onun sovadı, adı, ata adı adlıq halda, çap hərfləri ilə yazılır. Bu növ sorğuların icra prosesində operativliyi təmin etmək məqsədilə Daxili İşlər Nazirliyinin ərazi polis orqanlarında «Elektron tələbnamə» sorğu sistemi istismara verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İNTERPOL-un Milli Mərkəzi Bürosunun xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.1994- cü il təvəllüdlü X13 beynəlxalq axtarışda olması barədə İNTERPOL-un müvafiq bazasında məlumat yoxdur. Eyni zamanda, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində F.Hüseynovun Respublika ərazisində axtarışına dair məlumat qeydə alınmamışdır. Azərbaycan Respublikasının Dövlət Sərhəd xidməti Sərhəd Nəzarəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli İAMAS bazasındakı çıxarışdan görünür ki, X3 dəfə dövlət sərhədindən xx.xx.2015-ci il tarixdə çıxmışdır. Bakı şəhər İcra Hakimiyyəti Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı birliyinin 49 saylı Mənzil Kommunal İstismar sahəsinin 179 saylı, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, ünvan 2 ünvanında yerləşən 119 saylı evin 21 saylı mənzildə qeydiyyatda olmuş X22 2015-ci ildən bu ünvanda yaşamır. Bakı şəhər İcra Hakimiyyəti Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı birliyinin 102 saylı Mənzil Kommunal İstismar sahəsinin 312 saylı, xx.xx.2021-ci il tarixli arayışından görünür ki, ünvan 4 ünvanında yerləşən 34b saylı evin 20 saylı mənzildə X22 qeydiyyatsız yaşamışdır. Qonşuları verdiyi akta əsasən X22 2015-ci ilin avqust ayından qeyd olunan ünvanında görsənməmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, X22 onun bacısı oğludur və onunla birlikdə yaşamışdır. Bacısı öldükdən sonra ona o baxmışdır. xx.xx.2015-ci il tarixdə Fuad evdən getmiş, lakin sonradan geri qayıtmamışdır. Buna görə də onlar polis orqanlarına müraciət etmişlər. Araşdırma nəticəsiz yekunlaşmışdır. Fuad ilə heç kimin mübahisəsi olmamışdır, evdən getməsinin səbəbləri də bəlli deyil. Fuaddan nə zəng, nə bir xəbər yoxdur. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, ərizəçi onun qonşusudur. X7 biri olmuş və ətrafındakı insanlarla elə də çox ünsiyyətdə olmamışdır. 2015-ci ildən bəri onu görmür. Fuad əvvəllər xalası ilə birlikdə yaşamışdır. Beləliklə, mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından aydın olur ki, X22 xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini tərk etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-3767/2021 saylı qətnaməsinə əsasən xx.xx.1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş X22 xəbərsiz itkin düşmüş hesab edilmişdir. Bu qətnaməyə əsasən X22 xx.xx.2015-ci il tarixdən hazıradək həyatda olması barədə hər hansı məlumatın olmaması müəyyən edilmişdir. Hazırda ərizəçinin qeyd edilən hüquqi əhəmiyyətli faktın məhkəmədən kənar əldə etməsi qeyri-mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə görə, əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən, şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 312-ci, 313-cü və 315.2-ci maddələrinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. Şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. İş materiallarından göründüyü kimi, ərizəçinin qardaşı olan X13 itkin düşməsi faktı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən öz təsdiqini tapmışdır. Hazırda da X13 harada olması barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə baxışı zamanı araşdırılmış sübutlara əsasən məhkəmə hesab edir ki, ərizəçi İddiaçı qardaşı xx.xx.1994cü il il tarixdə Bakı şəhərində anadan olmuş X22 bu məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən ölmüş elan edilməlidir. Məhkəmə “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın və qanunvericiliyin tələblərini nəzərə alaraq həmçinin qeyd edir ki, şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1994-cü il təvəllüdlü Bakı şəhərində anadan olmuş X22 bu məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən ölmüş elan edilsin. Şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar