Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2191/2023 20.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı Rəsulzadə Sabı̇ rə Sabı̇ r qızının cavabdeh Əmanətlərı̇ n Sığortalanması Fonduna qarşı "əmanət məbləğinin qaytarılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Rəsulzadə Sabı̇ rə Sabı̇ r qızı cavabdeh Əmanətlərı̇ n Sığortalanması Fonduna qarşı "əmanət məbləğinin qaytarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ilə QSC "xxxx" Kommersiya Bankı arasında bağlanmış “Premier” depozit müaviləsi əsasında iddiaçı banka 15000 dollar məbləğində əmanət qoymuşdur. Qoyduğu depozit məbləğinə dair faizlər ödənilmişdir. 2016-cı ildə "xxxx" QSC ləğv edilmiş və iddiaçıya verilməli olan depozit məbləği iddiaçıya ödənilməmişdir. Müqavilənin şərtlərinə əsasən iddiaçının qoyduğu depozit məbləği 30000 manat məbləğinə qədər sığortalanmışdır. Bununla bağlı iddiaçı Əmanətlərin Sığortalanması Fonduna dəfələrlə müraciət etsə də, cavabdeh iddiaçıya növbəlik əsasında ödənişlərin ediləcəyini bildirmişdir. Halbuki, iddiaçının əmanətləri sığortalanmışdır. Bu baxımdan iddiaçıya müqavilədə göstərilən məbləğ ödənilməlidir. Göstərilənlərə əsasən iddiaçı Rəsulzadə Sabı̇ rə Sabı̇ r qızı ilə QSC "xxxx" Kommersiya Bankı arasında bağlanmış 06 iyun 2012-ci il tarixli müqavilənin tələblərinə əsasən qorunan əmanət olan 25500 manat məbləğin cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək bildirmişdir ki, iddiaçı ilə QSC "xxxx" Kommersiya Bankı arasında bağlanmış “Premier” depozit müaviləsi əsasında iddiaçı banka 15000 dollar məbləğində əmanət qoymuşdur. Qoyduğu depozit məbləğinə dair faizlər ödənilmişdir. 2016-cı ildə "xxxx" QSC ləğv edilmiş və iddiaçıya verilməli olan depozit məbləği iddiaçıya ödənilməmişdir. Müqavilənin şərtlərinə əsasən iddiaçının qoyduğu depozit məbləği 30000 manat məbləğinə qədər sığortalanmışdır. Bununla bağlı iddiaçı Əmanətlərin Sığortalanması Fonduna dəfələrlə müraciət etsə də, cavabdeh iddiaçıya növbəlik əsasında ödənişlərin ediləcəyini bildirmişdir. Halbuki, iddiaçının əmanətləri sığortalanmışdır. Buna görə də, qeyd olunanlara əsasən iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək bildirmişdir ki, AR “Əmanətlərin Sığortalanması haqqında” qanunun 28.3 və 28.4-cü maddələrinin tələblərindən yola çıxaraq, həmin qanunun 28.3-cü maddəsinə əsasən kompensasiya haqqında bildirişin dərc olunduğu vaxtdan 1 il müddətində iddiaçının bununla bağlı müraciət etmək hüququ vardır. Həmin qanunun 28.4-cü maddəsinə əsasən bu hüquq 5 il müddətinə saxlanılır. Lakin sığorta hadisəsi baş verdiyi vaxtdan, yəni bankın ləğv olunduğu vaxtan 7 ilə yaxın bir müddət keçmiş və nəticədə bu hüquq itirilmişdir. Bundan əlavə qeyd edilən qanunun 8.1.20-ci maddəsinə əsasən Maliyyə Bazarlarına Nəzərət edən orqanı ilə razılaşdırılmaqla Himayəçilik Şurasının müəyən etdiyi fazilərdən yuxarı faizlə yerləşdirilmiş əmanətlər sığorta olunmayan əmanələrdir və onlara görə kompensasiya ödənilməsi nəzərdə tutulmur. İddiaçı məhkəməyə müraciət etməmişdən öncə pretenziya qaydasında Fonda müraciət etmişdir. Nəticədə onun müraciəti Əmanətlərin Sığortalanması Fondu tərəfindən qeydiyyata alınmışdır. Bundan başqa iddiaçı tərəfindən Fonda hər-hansı müraciət aşkar olunmamışdır. Odur ki, qeyd edilənlərə əsasən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir.
Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
6. Beləliklə işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, QSC "xxxx" KB ilə əmanətçi Rəsulzadə Sabı̇ rə Sabı̇ r qızı arasında xx.xx.2012-ci il tarixli, LD********** saylı “Premier” depozit müqaviləsi bağlanmış, iddiaçı (əmanətçi) əmanət məbləğini Banka illik 10% ödənilməsi şərti ilə yerləşdirmişdir. 2016-cı ilin mart ayından xarici valyutada qoyulan əmanətlərin faiz dərəcələri aşağı salınmış, iddiaçı bununla bağlı razılıq və etirazını bildirməmişdir. Buna görə də, sığorta hadisəsi baş verən zaman yeni müqavilə bağlanmadığı üçün qoyulmuş əmanət qorunmayan Əmanət hesab olunmuşdur.
b) Mülki işin materialları:
7. Mülki işin materiallarında olan QSC "xxxx" Kommersiya Bankı ilə əmanətçi Rəsulzadə Sabı̇ rə Sabı̇ r qızı arasında bağlanmış xx.xx.2012-ci il tarixli, LD********** saylı müddətli depozit müqaviləsindən görünür ki, Bank əmanətçidən daxil olmuş pul məbləğini (əmanəti) (cəmi 15.000 ABŞ dolları) qəbul edərək, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faiz ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, Bank həmin pulu əmanətçidən qəbul edərək, bu müqavilənin şərtlərinə uyğun qaydada əmanətçiyə faizlərin hesablanması, ödənilməsi və əmanətçinin tələbinə əsasən banka depozitə qoyulan pulun ona qaytarılmasını təmin edir. Müqavilənin müddəti 12 aydır. Bank əmanətçiyə illik 10 % ödəməyi öhdəsinə götürmüşdür.
8. Həmin müqavilənin 8.2-ci bəndinə əsasən fond sığorta hadisəsi baş verdikdə əmanətçiyə əmanətin məbləğinin 100 faizi, lakin 30.000 manatdan çox olmayaraq kompensasiya ödəyir.
9. Mülki işin materiallarında olan Əmanətlərin Sığortalanması Fondu tərəfindən X1 nümayəndəsi və vəkili Vəkil ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(81)-4498/2016 nömrəli qərarı ilə QSC "xxxx" KB müflis elan edilmiş və iflas proseduruna başlanılmış, eyni qərarla Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının xx.xx.2013-cü il tarixli qərarına əsasən xarici valyutada olan qorunan əmanətlərin illik faiz dərəcəsinin yuxarı həddi 3 faiz müəyyən edilmişdir. Nəzərinizə çatdırırıq ki,“Əmanətlərin Sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1.20-ci maddəsinə uyğun olaraq əmanətin cəlb edildiyi günə müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi lə qəbul edilmiş vəsaitlər qorunan əmanətlərə aid edilmədiyi üçün həmin vəsaitlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanmır və kompensasiya ödənişi nəzərdə tutulmur. İddiaçı kreditor tələbi “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 76.1-ci maddəsinə uyğun olaraq qeydə alınmış və ödənilməsi həmin Qanunun 82-ci maddəsində göstərilmiş növbəlilik qaydasında həyata keçiriləcəkdir. Hazırda ləğv prosesində olan QSC "xxxx" KB tərəfindən “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 82.1.2-ci maddəsinə uyğun olaraq Əmanətlərin Sığortalanması Fondunun reqres hüququ üzrə tələbləri ödənilməkdədir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944.1-ci maddəsinə əsasən bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür.
11. Həmin Məcəllənin 947.2-ci maddəsinə əsasən istənilən növ bank əmanəti müqaviləsinə görə bank əmanətçinin ilk tələbi ilə əmanəti məbləğinin ən azı dörddə bir hissəsini dərhal, qalan hissəsini isə ən geci beş bank günü müddətində verməlidir, amma qaytarmanın müqavilədə nəzərdə tutulmuş başqa şərtləri ilə hüquqi şəxslərin qoyduqları əmanətlər istisna təşkil edir.
12. «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununun 2.1.2 və 2.1.2.6-cı maddələrinə əsasən qorunan əmanət – sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir. Cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir.
13. Eyni Qanunun 2.1.3-cü maddəsinə əsasən sığortalanmış əmanət – qorunan əmanətçinin qorunan əmanətinin Fond tərəfindən kompensasiya ödənilən hissəsidir.
14. Həmin Qanunun 2.1.11-ci maddəsinə əsasən kompensasiya – sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir.
15. Göstərilən Qanunun 8.1.20-ci maddəsinə əsasən X4 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir.
16. «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununun 26.1-ci maddəsinə əsasən Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 (otuz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir.
17. «Əmanətlərin tam sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununun 4.1-ci maddəsinə əsasən qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə tam sığortalanır.
18. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən Fondun iştirakçı banklarında sığorta hadisəsi baş verdikdə tam sığortalanmış əmanət üzrə kompensasiya əmanətin 100 faizi həcmində «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsində nəzərdə tutulan şərt tətbiq edilmədən ödənilir.
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci və 7.2-ci maddələrinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər.
20. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.
21. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən əmanət yerləşdirilərkən siğortalı əmanət kimi bağlanmış əmanət müqaviləsinin qüvvədə olduğu ərəfədə bank (xx.xx.2016cı ildə) ləğv edilmişdir. İddiaçı tərəf cavabdehlə Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi ilə bağlı hər hansı rəsmi razılığa gəlməmiş və bununla bağlı (müqavilə) heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu isə onu deməyə əsas verir ki, sığorta hadisəsi baş verərkən artıq iddiaçı ilə cavabdeh arasında əmanət müqaviləsi sığortalı əmanət olmamışdır .
22. Göstərilənlərə əsasən, məhkəmə bu qənaətə gəlir ki, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı "əmanət məbləğinin qaytarılması" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
25. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
26. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
27. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
28. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
29. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı halda iddia tələbi təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
30. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Rəsulzadə Sabı̇ rə Sabı̇ r qızının cavabdeh Əmanətlərı̇ n Sığortalanması Fonduna qarşı "əmanət məbləğinin qaytarılması" tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov