Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2212/2025 29.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «hüquqi əhəmiyyətli doğumun qeyd edilməsi faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi 2 saylı Sumqayıt Regional «ASAN xidmət» mərkəzini maraqlı şəxs qismində qeyd etməklə, «hüquqi əhəmiyyətli doğumun qeyd edilməsi faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun 19 avqust 1968-ci il tarixdə Ermənistan SSR Krasnoselsk rayonu Əmirxeyir kəndində doğulması, atasının X5, anasının isə X10 olması barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, Ərizəçi Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, onun 19 avqust 1968-ci il tarixdə Ermənistan SSR Çəmbərək rayonu Əmirxeyir kəndində doğumunun qeyd edilməsi faktının müəyyən edilməsi, doğum haqqında şəhadətnamənin doğum tarixi qrafasında xx.xx.1968-ci il, doğum yeri qrafasında Ermənistan SSR Çəmbərək rayonu Əmirxeyir kəndi, milliyyəti qrafasında azərbaycanlı, ata qrafasında X5, ana qrafasında X10 qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 19 avqust 1968-ci il tarixdə Ermənistan SSR Krasnoselsk rayonu Əmirxeyir kəndində doğulmuşdur. X2, anası X7r. O, doğulduğu zaman valideynləri ona Krasnoselsk rayonunda doğum haqqında şəhadətnamə almışlar. O, həmin doğum haqqında şəhadətnamə ilə orta məktəbə getmişdir. Lakin naməlum səbəblərdən o, doğum haqqında şəhadətnamənin əslini itirmişdir. Doğum haqqında şəhadətnaməsinin surəti özündə var, lakin hər bir halda əsli lazımdır. Doğum haqqında şəhadətnamənin əsli özündə olmadığı üçün sənədlərin hazırlanmasında çətinliklərlə qarşılaşır. Bu isə ona bir sıra problemlər yaradır. Doğum haqqında şəhadətnamənin əslinin alınması üçün 2 saylı Sumqayıt Regional «ASAN xidmət» mərkəzi Qeydiyyat şöbəsinə müraciət etmişdir. Ona bildirilmişdir ki, doğum haqqında akt qeydi ilə əlaqədar Qeydiyyat şöbəsində heç bir məlumat yoxdur. Bunun üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Yuxarıda qeyd edilən faktı şahidlər X8 və X14 təsdiq edə bilərlər. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə maraqlı şəxs 2 saylı Sumqayıt Regional «ASAN xidmət» mərkəzi Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, şahid X9 ifadəsində bildirdi ki, o, Ərizəçi oğludur. Anası naməlum səbəblərdən doğum haqqında şəhadətnaməni itirmişdir və bu da bir sıra sənədlərin hazırlanmasında çətinliklər yaradır. Bununla bağlı, 2 saylı Sumqayıt Regional «ASAN xidmət» mərkəzi Qeydiyyat şöbəsinə müraciət etsələr də, doğum akt qeydi ilə bağlı məlumatın olmadığı bildirilmişdir. X6 ifadəsində bildirdi ki, o, ərizəçinin qayınının oğludur. X21 hal-hazırda Türkiyədə yaşayır, digər əmisi Eldar Namazov və bibisi Namazova Hüsniyyənin də doğum haqqında şəhadətnamələri yoxdur. X1 ifadəsində bildirmişdir ki, o, ərizəçinin bacısıdır. Ərizəçi naməlum səbəblərdən doğum haqqında şəhadətnaməsini itirmişdir. Ərizəçi 1968-ci il 19 avqust tarixində Ermənistan SSR, indiki Əmirxeyir kəndində dünyaya gəlmişdir. Ərizəçinin X2, anası isə X7r. X3 ifadəsində bildirmişdir ki, ərizəçi onun kiçik bacısıdır. Ərizəçi 1968-ci il 19 avqust tarixində Ermənistan SSR, indiki Əmirxeyir kəndində dünyaya gəlmişdir. Ərizəçinin X2, anası isə X7r. İş materiallarına əlavə olunmuş sənədlər toplusundan görünür ki, Ərizəçi Ermənistan SSR Çəmbərək rayonu Əmirxeyir kəndində doğulmuşdur. X2, anası X10 olan ərizəçinin adına doğum haqqında akt qeydi Ermənistan SSR Ermənistan SSR Çəmbərək rayonu Əmirxeyir kənd sovetliyi tərəfindən icra edilmiş, ona doğum haqqında şəhadətnamə təqdim olunmuş, illər sonra həmin doğum haqqında şəhadətnaməyə əsasən ərizəçinin adına digər sənədlər (şəxsiyyəti, nikahı və s. təsdiq edən sənədlər) verilmişdir. 1988-ci ildə baş vermiş olaylar, yəni azərbaycanlıların doğma dədə-baba yurdlarından (Qərbi Azərbaycandan) deportasiyası zamanı ərizəçi də digər həmin vəziyyətdə olan şəxslərin bir çoxu Azərbaycana pənah gətirmişlər. Bir çoxları həmin vaxt doğum haqqında və digər sənədləri yaşadıqları evlərdən götürə bilməmiş, bəziləri sənədləri ağır şəraitdə gəldikləri yolda itirmiş, digərləri isə Bakıda və digər şəhərlərdə, rayonlarda, kəndlərdə məskunlaşmışlar. Ərizəçi Azərbaycana pənah gətirərkən doğum haqqında şəhadətnaməsinin əsli özündə olsa da, sonradan həmin şəhadətnaməni naməlum şəraitdə itirmişdir. Təqdim olunmuş sənədlərdən görünür ki, Ərizəçi özündə olan sənədlərlə birlikdə ona yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün 2 saylı Sumqayıt Regional «ASAN xidmət» mərkəzi Qeydiyyat şöbəsinə müraciət etmişdir. 2 saylı Sumqayıt Regional «ASAN xidmət» mərkəzi Qeydiyyat şöbəsinin 31 yanvar 2025-ci il tarixli məktubundan görünür ki, Ərizəçi qanunvericiliyin tələbləri izah olunmuş, doğum akt qeydinin bərpa edilməsinin həmin şöbədə mümkün olmaması bildirilmiş və məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarına əlavə edilmiş 794434 saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışın surətindən görünür ki, Ərizəçi xx.xx.1968-ci il tarixdə Ermənistan Krasnoselskdə dünyaya gəlmiş və 18 iyun 2005-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş İ-CЛ seriyalı, 428307 saylı doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X11 25 mart 1974-cü il tarixdə Ermənistan SSR Krasnoselsk rayonunda dünyaya gəlmişdir. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2, 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, Ərizəçi 19 avqust 1968-ci il tarixdə Ermənistan SSR Çəmbərək rayonu Əmirxeyir kəndində doğumunun qeyd edilmə faktı müəyyən edilməli və doğum haqqında şəhadətnamənin doğum tarixi qrafasında “xx.xx.1968-ci il”, doğum yeri qrafasında “Ermənistan SSR Çəmbərək rayonu, Əmirxeyir kəndi”, milliyəti qrafasında “azərbaycanlı”, ata qrafasında “X5”, ana qrafasında “X10” qeyd olunmalıdır. Göründüyü kimi ərizəçi doğumunun qeyd edilməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi 19 avqust 1968-ci il tarixdə Ermənistan SSR Çəmbərək rayonu Əmirxeyir kəndində doğumunun qeyd edilmə faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamənin doğum tarixi qrafasında “xx.xx.1968-ci il”, doğum yeri qrafasında “Ermənistan SSR Çəmbərək rayonu (keçmiş Krasnoselsk) rayonu, Əmirxeyir kəndi”, milliyəti qrafasında “azərbaycanlı”, ata qrafasında “X5”, ana qrafasında “X10” qeyd olunsun. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-2212/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2212/2025
29.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver