Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2233/2023 11.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı, onun vəkil və nümayəndəsi Vəkil1, Cavabdeh MMC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı işə bərpa» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 yanvar 2023-cü il tarixli. 480/22 saylı əmrin ləğv edilməsi, İddiaçı cavabdeh "xxxx" MMC-yə Maliyyə Meneceri vəzifəsinə bərpa olunması, cavabdeh "xxxx" MMC-dən İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə minənədək məcburi iş buraxmağa görə əmək haqqı hesablanaraq tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə "xxxx" MMC arasında imzalanmış 480/22 saylı əmək müqaviləsinə əsasən işçi Həsənov X3 Meneceri vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi 24 yanvar 2022-ci il tarixdə bağlanılmaqla 24 yanvar 2023-cü il tarixədək bir il müddətinə qüvvədə olmuşdur. 30 yanvar 2023-cü il tarixdə 177/23 saylı əmrlə əmək müqaviləsinə AR ƏM-nİn 68.2-ci maddəsinin 2-ci hissəsinin b bəndi ilə xitam verilmişdir. Qeyd olunmalıdır ki, iddiaçı cavabdeh şirkətdə əsas iş yeri üzrə maliyyə meneceri vəzifəsində çalışmışdır. Həmin iş yeri və vəzifə daimi xarakterlidir. AR ƏM-nin 47-ci maddəsinin təsir dairəsinə düşmür. 24 yanvar 2022-ci il tarixli, 480/22 saylı əmək müqaviləsinin 11.5-ci bəndində tərəflər əmək müqaviləsinə xitam verilməsi hallarını müəyyən etmişdir. Müqavilədə qeyd olunan hallar sırasında əmək müqaviləsinin müddətinin bitməsi qeyd edilməmişdir. Halbuki, tərəflər ƏM-nin 75.1-ci maddəsinin tələblərinə müvafiq olaraq bu Məcəllədə nəzərdə tutulan hallardan fərqli olan əlavə halları öz aralarında müəyyən etmişdir ki, bu da müqavilədə öz əksini tapmışdır. Qanunvericiliyin tələbinə görə əmək müqaviləsinə ona xitam verilməsi barədə tərəflərin nəzərdə tutduqları hallar bu Məcəllənin 2-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş işçinin və işəgötürənin hüquqlarının təminatı prinsiplərinə zidd olmamalıdır. Odur ki, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı vəkil və nümayəndəsi Vəkil1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh MMC-nin vəkil və nümayəndəsi X4 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddia ərizəsi tam olaraq əsassızdır. Belə ki, İddiaçı əmrinin müddəti 24 yanvar 2023-cü il tarixdə bitmişdir və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müddəalarına uyğun olaraq bir həftə ərzində, yəni xx.xx.2023-cü il tarixdə müqavilənin bitməsi ilə əlaqədar İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Ona görə də məhkəmədən iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 480/22 saylı 24 yanvar 2022-ci ildə İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinin surətindən görünür ki, 3 ayı sınaq müddəti hesab edilməklə, 3060.00 (üç min altmış manat 00 qəpik) manat əmək haqqı ödənilməklə 24 yanvar 2022-ci il tarixdən 24 yanvar 2023-cü il tarixədək 12 ay müddətinə bağlanmış və maliyyə meneceri vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2022ci il tarixdə Cavabdeh MMC-yə maliyyə meneceri vəzifəsinə işə qəbul olunmuş və xx.xx.2023-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddənin 2-ci hissəsinin b) bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar xitam verilmişdir. İş materiallarında olan Mediasiya Şurasının xx.xx.2023-cü il tarixli ilkin mediasiyasından sonra prosessin davam etdirilə bilməməsi barədə arayışından görünür ki, əmək hüquqlarının pozulması tələbinə dair mübahisə üzrə 31 mart 2023-cü il tarixdə saat 15:00-15.30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında İddiaçı mediasiya sessiyasında iştirak etmiş, lakin Cavabdeh MMC-nin nümayəndəsi iştirak etməmişdir. Halbuki, onlar mediasiya sessiyasının vaxtı və yeri barədə öncədən məlumatlandırılmışlar. İddiaçı oglu ilkin mediasiya sessiyasında iştirak etmiş və 50 manat məbləğində mediasiya xidmətinin göstərilməsi ilə bağlı xərc ödənilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin İR 777/23 saylı xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmrində «Lenkaran Hotel & Resort Company MMC-nin Maliyyə menecerii İddiaçı «30» yanvar 2023-cü il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən tutduğu vəzifədən azad edilsin və onunla bağlanmış əmək müqaviləsi ləğv edilsin. İstifadə edilməmiş əmək məzuniyyətinə görə 30 (otuz) təqvim günü pul əvəzi ödənilməsi, işçinin son iş günü «30» yanvar 2023-cü il hesab edilməsi, bu Əmrin icrası ilə əlaqədar bütün zəruri hərəkətlərin yerinə yetirilməsi İnsan resursları və Maliyyə şöbələrinə həvalə olunması, bu Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram. Bu Əmr imzalandığı tarixdən qüvvəyə minir." Sözləri qeyd edilmiş və Cavabdeh MMC-nin direktoru X1 tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Məhkəmə zamanı və iş materiallarından müəyyən olunur ki, tərəflər arasında müddətli yəni 24 yanvar 2022-ci il tarixdən 24 yanvar 2023-cü il tarixədək 12 ay müddətinə əmək müqaviləsi bağlanmış və həmin müqavilənin müddəti 24 yanvar 2023-cü il tarixdə bitdikdən sonra bir həftə ərzində müddət ötürülmədən, yəni xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh MMC-nin İR 777/23 saylı əmr yazılmaqla və əmrdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddənin 2-ci hissəsinin b) bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar sözləri qeyd edilməklə qəbul edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi əsaslı olmadığından təmin oluna bilməz. Belə ki, Cavabdeh MMC-nin İR 777/23 saylı xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmrinin ləğv edilməsi üçün əsas yoxdur. İş materiallarından da göründüyü kimi tərəflər arasında əmək müqaviləsi müddətsiz deyil müddətli əmək müqaviləsidir. Odur ki, həmin əmr iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti başa çatdığından verildiyindən məhkəmə hesab edir ki, həmin əmr qanunsuz hesab oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, 30 yanvar 2023-cü il tarixli. 480/22 saylı əmrin ləğv edilməsi, İddiaçı cavabdeh "xxxx" MMC-yə Maliyyə Meneceri vəzifəsinə bərpa olunması, cavabdeh "xxxx" MMC-dən İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə minənədək məcburi iş buraxmağa görə əmək haqqı hesablanaraq tutulması barədə iddia ərizəsi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı işə bərpa» tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əfsanə Heydərova
Məhkəmə qərarları › İş №e-2(006)-2233/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2233/2023
11.08.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver