Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-224/2025 23.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh BOKT ASC-yə qarşı “əmək müqaviləsinin ləğv edilməsinə görə işçiyə son haqq-hesabın və ödəncin hesablanaraq ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh BOKT ASC-yə qarşı “əmək müqaviləsinin ləğv edilməsinə görə işçiyə son haqq-hesabın və ödəncin hesablanaraq ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh BOKT ASC tərəfindən məhkəməyə ərizə ünvanlaranaq, hazırki iş üzrə tərəflər arasında imzalanmış barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə təqdim edilmiş barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, İddiaçı ilə Cavabdeh BOKT ASC arasında aşağıdakı məzmunda barışıq sazişi bağlanmışdır:
1. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli Barışıq sazişində qeyd edilən qalıq son-haqq hesabın və razılaşdıırlmış ödənc məbləğinin iddiaçının bank hesabına köçürülməsinin texniki səbələrdən baş tutmaması səbəbindən həmin Barışıq sazişi ləğv edilir.
2. İddiaçı Cavabdeh BOKT ASC-yə qarşı “Əmək müqaviləsinin ləğv edilməsinə görə işçiyə son haqq-hesabın və ödəncin hesablanaraq ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin həcminin artırılmış formasında məhkəmədən 1.Əmək müqaviləsinin ləğv edilməsinə görə İddiaçı xx.xx.2017-xx.xx.2023-cü iş illərinə görə son haqq-hesab üçün hesablanmış 20.000 manatdan ödənilməyən 14.000 manat məbləğində kompensasiyanın; 2.Ödənilməsi gecikdirilmiş 14.000 manat kompensasiya məbləğinin iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı icra edilən günədək Azərbaycan Respublikasının Mərkəzi Bankının 29 mart 2024-cü il tarixdə müəyyən etdiyi 7,5 faiz bank uçot dərəcəsi ilə hesablanmaqla; İddiaçı son haqq-hesab üçün ödənilməyən 14.000 manatın iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı icra edilən günədək hər gecikdirilmiş gün üçün bir faizi məbləğində hesablanmaqla ödəncin Cavabdeh BOKT ASC-dən tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Hal-hazırda Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında 2(006)-224/2025 saylı mülki iş üzrə Tərəflər mübahisəni barışıq yolu ilə bitirmələri barədə razılığa gəlirlər.
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan 2(006)-224/2025 saylı mülki iş üzrə Cavabdeh BOKT ASC 2025-ci ilin oktyabr ayının sonuna qədər İddiaçı 8769.64 (səkkiz min yeddi yüz altmış doqquz manat 64 qəpik) manat məbləğində qalıq son haqq-hesab məbləğini və bu məbləğə görə hesablanmış 2089,5 (iki min səksən doqquz manat 50 qəpik) manat məbləğində vergi tutulmasını, eyni zamanda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən 11230.36 (on bir min iki yüz otuz manat 36 qəpik) manat məbləğində ödəncə və bu məbləğə görə hesablanmış 4777.2 (dörd min yeddi yüz yetmiş yeddi manat 20 qəpik) manat məbləğində vergi tutulmasını, cəmi 20000 manat məbləğində pul vəsaiti və 6866.7 (altı min səkkiz yüz altmış altı manat 70 qəpik) manat məbləğində vergi tutulmasını ödəməyi öhdəsinə götürür. Mediasiya, vəkil, məhkəmə və digər çəkilmiş xərclər İddiaçı aid edilir.
5. İddiaçı Cavabdeh BOKT ASC-nin 2025-ci ilin oktyabr ayının sonuna qədər 20000 (iyirmi min) manat məbləğində pulu ona ödəməsi şərti ilə Cavabdeh BOKT ASCyə qarşı Əmək müqaviləsinin ləğv edilməsinə görə İddiaçı xx.xx.2017-xx.xx.2023cü iş illərinə görə son haqq-hesab üçün hesanlanmış 20000 manatdan ödənilməyən 14000 manat kompensasiya məbləğinin iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı icra edilən günədək Azərbaycan Respublikasının Mərkəzi Bankının 29 mart 2024-cü il tarixdə müəyyən etdiyi 7,5 faiz bank uçot dərəcəsi ilə və İddiaçı son haqq-hesab üçün ödənilməyən 14000 manatın iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı icra edilən günədək hər gecikdirilmiş gün üçün bir faizi məbləğində hesablanmaqla ödəncin Cavabdeh BOKT ASC-dən tutularaq İddiaçı verilməsi tələbindən imtina etməyi öhdəsinə götürür.
6. Tərəflər təsdiq edirlər ki, hazırki barışıq sazişinin şərtləri pozulmadığı halda gələcəkdə bu mübahisə predmeti üzrə bir-birilərinə qarşı heç bir iddia və tələbləri olmayacaqdır.
7. Tərəflər razılaşmanın şərtlərini pozmağa, dəqiq, vaxtında icra etməməyə görə məsuliyyət daşıyırlar və şərtlərə əməl olunmadıqda bir tərəfin şərtlərin məcburi qaydada həyata keçirilməsini məhkəmədən tələb etmək hüququ vardır.
8. Bu Barışıq sazişi İddiaçı ilə Cavabdeh BOKT ASC arasında Azərbaycan dilində, 3 səhifədə və 3 nüsxədə tərib olunmaqla imzalanır, bir nüsxəsi məhkəmədə, digər nüsxələri isə tərəflərdə saxlanılır.
9. Azərbaycan Respublikası MPM-nin 261-262-ci maddələrində nəzərdə tutulan hüquqi nəticələr tərəflərə tam aydındır, onlar göstərilən şərtlərlə sazişin təsdiq edilməsini və iddiaçının iddiadan imtina etməsi ilə mülki işə xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş edirlər.
10. Tərəflər məhkəmə iclası zamanı yuxarıda qeyd edilənləri etiraf edəcəklərini öz öhdələrinə götürürlər.
11. Sazişin imzalanması eyni mübahisə predmetinə aid əvvəllər mövcud olan razılaşmalara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq, mübahisə predmeti ilə əlaqədar Tərəflər üçün yalnız Bu sazişin şərtləri etibarlı olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-ci maddəsinə əsasən, barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinin tələbinə görə, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinin tələbinə görə, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinin tələbinə görə, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbinə görə, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi qanunazidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq olunmalı və mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52, 191, 261, 262, 263-264, 267-269-ci maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİ:
İddiaçı ilə Cavabdeh BOKT ASC arasında aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilsin:
1. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli Barışıq sazişində qeyd edilən qalıq son-haqq hesabın və razılaşdıırlmış ödənc məbləğinin iddiaçının bank hesabına köçürülməsinin texniki səbələrdən baş tutmaması səbəbindən həmin Barışıq sazişi ləğv edilir.
2. İddiaçı Cavabdeh BOKT ASC-yə qarşı “Əmək müqaviləsinin ləğv edilməsinə görə işçiyə son haqq-hesabın və ödəncin hesablanaraq ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin həcminin artırılmış formasında məhkəmədən 1.Əmək müqaviləsinin ləğv edilməsinə görə İddiaçı xx.xx.2017-xx.xx.2023-cü iş illərinə görə son haqq-hesab üçün hesablanmış 20.000 manatdan ödənilməyən 14.000 manat məbləğində kompensasiyanın; 2.Ödənilməsi gecikdirilmiş 14.000 manat kompensasiya məbləğinin iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı icra edilən günədək Azərbaycan Respublikasının Mərkəzi Bankının 29 mart 2024-cü il tarixdə müəyyən etdiyi 7,5 faiz bank uçot dərəcəsi ilə hesablanmaqla; İddiaçı son haqq-hesab üçün ödənilməyən 14.000 manatın iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı icra edilən günədək hər gecikdirilmiş gün üçün bir faizi məbləğində hesablanmaqla ödəncin Cavabdeh BOKT ASC-dən tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Hal-hazırda Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında 2(006)-224/2025 saylı mülki iş üzrə Tərəflər mübahisəni barışıq yolu ilə bitirmələri barədə razılığa gəlirlər.
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan 2(006)-224/2025 saylı mülki iş üzrə Cavabdeh BOKT ASC 2025-ci ilin oktyabr ayının sonuna qədər İddiaçı 8769.64 (səkkiz min yeddi yüz altmış doqquz manat 64 qəpik) manat məbləğində qalıq son haqq-hesab məbləğini və bu məbləğə görə hesablanmış 2089,5 (iki min səksən doqquz manat 50 qəpik) manat məbləğində vergi tutulmasını, eyni zamanda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən 11230.36 (on bir min iki yüz otuz manat 36 qəpik) manat məbləğində ödəncə və bu məbləğə görə hesablanmış 4777.2 (dörd min yeddi yüz yetmiş yeddi manat 20 qəpik) manat məbləğində vergi tutulmasını, cəmi 20000 manat məbləğində pul vəsaiti və 6866.7 (altı min səkkiz yüz altmış altı manat 70 qəpik) manat məbləğində vergi tutulmasını ödəməyi öhdəsinə götürür. Mediasiya, vəkil, məhkəmə və digər çəkilmiş xərclər İddiaçı aid edilir.
5. İddiaçı Cavabdeh BOKT ASC-nin 2025-ci ilin oktyabr ayının sonuna qədər 20000 (iyirmi min) manat məbləğində pulu ona ödəməsi şərti ilə Cavabdeh BOKT ASCyə qarşı Əmək müqaviləsinin ləğv edilməsinə görə İddiaçı xx.xx.2017-xx.xx.2023cü iş illərinə görə son haqq-hesab üçün hesanlanmış 20000 manatdan ödənilməyən 14000 manat kompensasiya məbləğinin iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı icra edilən günədək Azərbaycan Respublikasının Mərkəzi Bankının 29 mart 2024-cü il tarixdə müəyyən etdiyi 7,5 faiz bank uçot dərəcəsi ilə və İddiaçı son haqq-hesab üçün ödənilməyən 14000 manatın iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı icra edilən günədək hər gecikdirilmiş gün üçün bir faizi məbləğində hesablanmaqla ödəncin Cavabdeh BOKT ASC-dən tutularaq İddiaçı verilməsi tələbindən imtina etməyi öhdəsinə götürür.
6. Tərəflər təsdiq edirlər ki, hazırki barışıq sazişinin şərtləri pozulmadığı halda gələcəkdə bu mübahisə predmeti üzrə bir-birilərinə qarşı heç bir iddia və tələbləri olmayacaqdır.
7. Tərəflər razılaşmanın şərtlərini pozmağa, dəqiq, vaxtında icra etməməyə görə məsuliyyət daşıyırlar və şərtlərə əməl olunmadıqda bir tərəfin şərtlərin məcburi qaydada həyata keçirilməsini məhkəmədən tələb etmək hüququ vardır.
8. Bu Barışıq sazişi İddiaçı ilə Cavabdeh BOKT ASC arasında Azərbaycan dilində, 3 səhifədə və 3 nüsxədə tərib olunmaqla imzalanır, bir nüsxəsi məhkəmədə, digər nüsxələri isə tərəflərdə saxlanılır.
9. Azərbaycan Respublikası MPM-nin 261-262-ci maddələrində nəzərdə tutulan hüquqi nəticələr tərəflərə tam aydındır, onlar göstərilən şərtlərlə sazişin təsdiq edilməsini və iddiaçının iddiadan imtina etməsi ilə mülki işə xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş edirlər.
10. Tərəflər məhkəmə iclası zamanı yuxarıda qeyd edilənləri etiraf edəcəklərini öz öhdələrinə götürürlər.
11. Sazişin imzalanması eyni mübahisə predmetinə aid əvvəllər mövcud olan razılaşmalara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq, mübahisə predmeti ilə əlaqədar Tərəflər üçün yalnız Bu sazişin şərtləri etibarlı olur. İddiaçı Cavabdeh BOKT ASC-yə qarşı “əmək müqaviləsinin ləğv edilməsinə görə işçiyə son haqq-hesabın və ödəncin hesablanaraq ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı e-2(006)-224/2025 saylı mülki işin icraatına xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmıış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ceyhun Tağıyev