Məhkəmə qərarları › İş №e-2(006)-2263/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2263/2024

22.10.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2263/2024 22.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı, İddiaçıların nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçılar İddiaçı və qeyrilərinin cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı müqavilələrin qismən etibarsız hesab edilməsi və sairə tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Ağasabir qızının Bakı şəhəri, Nəsimi rayonu, Kərpiç küçəsi, ev 47/49-a köçürülməsi, həmin evin həyətyanı sahəsinin və faktiki mövcud olan bütün tikililərinin ½ hissəyə naturada bölünməklə istifadə qaydasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Kərpiç küçəsi, 47/49-da yerləşən ev mərhum valideyinlərinə məxsus olmuşdur. Valideyinlərinə məxsus həmin evdə xx xxxxxx 1958-ci ildə o, 08 avqust 1964-cü ildə isə qardaşı Cavabdeh1 dünyaya gəlmişlər. Onlardan başqa iki bacısı da onlarla birlikdə həmin evdə doğulmuş və böyümüşlər. Ümumiyyətlə ailədə üç bacı, bir qardaş olmuşlar. İki bacısı ailə qurduqdan sonra Bakı şəhərinin müxtəlif ünvanlarında ailələrinə məxsus evlərdə yaşayırlar. Valideyinlərindən atası-X6 - 2008-ci ilin aprelin 7-də, anası-X5-2007-ci ilin iyul ayının 23-də vəfat etmişlər. Onlar vəfat etdikdən sonra həmin evdə o, iki qızı və mərhum əri, həmin iş üzrə cavabdeh qardaşı Cavabdeh1, onun arvadı və üç uşağı yaşamış və yaşamaqdadır. Məhkəmənin diqqətinə çatdırmışdır ki, qızlarının Türkiyə vətəndaşları ilə ailə qurmaları səbəbəbindən ilin əksər hissəsini Türkiyədə yaşayırlar. Hər iki qızı ilin əksər hissəsini Türkiyə Respublikasında yaşamaları səbəbindən o, da ilin çox hissəsini Türkiyədə yaşamalı və işləmək məcburuyyətində qalmışdır. O, və hər iki qızının Türkiyədə yaşamasından sui-istifadə edən qardaşı Cavabdeh1 ailəsi ilə birlikdə doğulub böyüdüyü və hər iki qızı ilə yaşadığı evin həyətini, evin həyətində olan bütün tikililəri (otaqları) zəbt etmiş, ona və qızlarına məxsus evə və əmlaklara faktiki olaraq sahiblik etməyə başlamışlar. Bir neçə dəfə Türkiyədən vətənə qayıdıb daimi qeydiyyatda olduğu və yaşadığı evə getməyə cəhd etmiş, hər dəfə cavabdeh və onun ailə üzvlərinin ona faktiki olaraq yaratdıqları süni maneə nəticəsində həmin evin həyətinə girə bilməmişdir. Bütün cəhdləri nəticəsiz qalmışdır. Cavabdeh olan doğma qardaşının Cavabdeh1 ona qarşı yaranmış ögey və qeyri adekvat münasiəbətinin səbəbəni ayadınlaşdırdıqda ona məlum olmuşdur ki, həm qardaşı ilə birlikdə yaşadıqları atadan qalma ev, həm də qonşu əraziləri özəl tikinti şirkəti X45 MMC tərəfindən alınması və yerində hündür mərtəbəli binalar tikilməsi həyata keçirilməsi planlaşdırılmışdır. Bu barədə Cavabdeh1 tərəfindən həmin şirkətə bütün evə dair rəsmi layihə təqdim edilmiş və bu səbəbdən də onları xəbəri olmadan həmin evin əvəzinə şirkət tərəfindən verilməsi təklif olunan 2 ədəd iki otaqlı və iki ədəd 1 otaqlı mənzillərə sahib olmaq istəyir. Bakı şəhərində doğulmuş və böyümüş, əslən Bakılı olan və Bakı şəhərində evi olan bir şəxs kimi Türkiyədən qayıdarkən öz evinə gedə və həmin evdə gecələyə bilmir. Hər dəfə gələndə oteldə qalmaq məcburiyyətindədir. Doğma qardaşının varlanmaq niyyəti, ona çatası paya sahib olmaq istəyi və tamahı onun sahiblik və istifadə hüququ olan evdən faktiki məhrum etmişdir. Onun bu özbaşnalığı onun həmin evdə sahiblik və istifadə hüquqlarını pozmuş və tapdalamışdır. Hesab etmişdir ki, pozulmuş hüquqlarının bərpa olunması üçün onun Bakı şəhəri, Nəsimi rayonu, Kərpiç küçəsi, ev 47/49-a köçürülməsi, həmin həyət evinin və həmin evin həyətyanı sahəsinin ½ hissəyə naturada bölünməklə istifadə qaydasının müəyyən edilməsi haqqında qətnamə qəbul edilməlidir. Cavabdeh1 iddiaya etiraz təqdim etməklə iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı həm Azərbaycan Respublikasının, həm də Türkiyə Respublikasının vətəndaşıdır. Türkiyə Respublikasında da ikinci ailə həyatı qurmuşdur. Mübahisələndirilən ünvanda isə iddiaçı ailə qurduqdan sonra heç vaxt yaşamamış və özünün ər evinə köçmüşdür. İddiaçı iddia ərizəsində bildirir ki, qızlarının Türkiyədə ərə getməsi ilə bağlı orada yaşamaq məcburiyyətində qalmış və Bakıya qayıtdıqda isə guya onun tərəfindən evə buraxılmadığını bildirmişdir. İddiaçının Bakı şəhəri, Azadlıq prospektində xüsusi mülkiyyətində olan mənzili olmuşdur və həmin mənzildə yaşamışdır. Həmin mənzil 2021-ci ilin aprel ayında iddiaçı tərəfindən satılmışdır. İddiaçı guya mübahisəli evə mütəmadi gəldiyini bildirirsə, onda həmin həyət evinin hansı hissəsində yaşadığını, orada təsərrüfat apardığını göstərə bilməz. Çünki həmin evdə iddiaçıya məxsus hər hansı bir gündəlik istifadə olunan məişət predmeti belə mövcud deyildir. Nəzərə alınmalıdır ki, bu həyət evləri özbaşına tikilidir, şəxsi vəsaiti hesabına həmin tikililəri ərsəyə gətirmişdir. Sonradan İddiaçı vəsatətlə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC-nin cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavadeh X45 MMC-nin üzərinə qanunsuz olaraq sökərək məhv etdiyi Bakı şəhəri, Nəsimi rayonu, Kərpiç küçəsi, 47/49 saylı (52 saylı ərazi MKİS-nin qeydiyyat kartoçkasında ev 47/49, mənzil 1 kimi qeyd olunmuşdur) evin, evin həyətində sökdüyü qarajın və evin hasarını bərpa etmək vəzifəsinin qoyulması, cavadeh Cavabdeh1 üzərinə evdə olmuş yaşayış üçün zəruri olan, qanunsuz olaraq götürülmüş yataq və mətbəx əşyaları, yorğan və döşəklər və sairə məişətdə istifadə olunan əşyaların alınaraq geri qaytarılması haqqında qətnamə qəbul edilməsi, cavadehlər X45 MMC ilə Cavabdeh1 barələrində qanunsuz olaraq müqavilə bağlamaq adı altında ona və qızlarına məxsus Bakı şəhəri, Nəsimi rayonu, Kərpiç küçəsi, 47/49 saylı evi qəsdən sökdüklərinə və məhv etdiklərinə gorə Azərbaycan Respublikası CM-nin 186.2.1-ci maddəsi ilə cinayət işinin başlanılması, qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunmaları üçün xüsusi qərardad çıxarılmaqla aidiyyəti üzrə prokurorluq orqanına göndərilməsini xahiş etmişdir. X14 və X44 cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC-nin üzərinə qanunsuz olaraq sökərək məhv etdiyi Bakı şəhəri, Nəsimi rayonu, Kərpiç küçəsi 47/49 evin, evin həyətində sökdüyü qarajın və evin hasarının bərpa etmək vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini, cavabdehlər barəsində qanunsuz olaraq müqavilə bağlama adı altında hər iki iddiaçı olaraq onlara və analarına məxsus Bakı şəhəri, Nəsimi rayonu, Kərpiç küçəsi 47/49 saylı evi qəsdən sökdüklərinə və məhv etdiklərinə görə Azərbaycan Respublikası CM-nin 186.2.1-ci maddəsi ilə cinayət işinin başlanılması, qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunmaları üçün xüsusi qərardad çıxarılmaqla aidiyyəti üzrə prokurorluq orqanına göndərilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Kərpiç küçəsi, 47/49-da yerləşən ev anamın valiyenlərinə məxsus olmuşdur. Həmin evdə iddiaçılardan olan (əvvəlki adı: X9) X14 1992-ci ildə, (əvvəlki adı: X10) X44 isə 1988-ci ildə doğulmuşlar. Hər iki iddiçıların doğulduqları ev anaları İddiaçı Ağasabir qızının valideyinlərinə məxsus olmuşdur. Həmin evdə dayıları, həmin iş üzrə cavabdehlərdən biri Cavabdeh1 ailəsi ilə birlikdə, anları İddiaçı Ağasabir qızı iki qızları, yəni indiki iddiaçılarla birlikdə və mərhum əri ilə birlikdə yaşamışlar. İddiaçılar valideyinləri ilə birlikdə həmin evin aşağı otaqlarında, dayıları Əliyev Ağasabir isə evin yuxarı, yəni iknci mərtəbəsində ailəsi ilə yaşamışdır. Həmin evdə iddiaçıların anası İddiaçı Ağasabir qızı xx xxxxxx 1958-ci ildə, 08 avqust 1964-cü ildə isə Cavabdeh1 dünyaya gəlmişdir. İddaçıların babası X6 - 2008-ci ilin aprelin 7-də, nənələri -X5 isə-2007-ci ilin iyul ayının 23-də vəfat ediblər. Onlar vəfat etməmişdən əvvəl həm anası Həcər, həm də dayıları yəni cavabdeh İmaməli evlənmiş və hər ikiləri evləndikdən sonra həmin evin aşağı hissəsində anası, atası və iki bacı olaraq onlar evin yuxarı yəni ikinci mərtəbəsində isə Cavabdeh1, onun arvadı və üç uşağı yaşamışlar. Sonralar hər iki iddiaçı Türkiyə vətəndaşıları ilə evlənmələri səbəbindən ilin əksər hissəsini Türkiyədə yaşamış və bir müddət sonradan isə daimi yaşamağa başlamışdlar. Hər iki iddiaçı Türkiyə Respublikasında yaşamaları səbəbindən anaları İddiaçı Ağasabir qızı da ilin çox hissəsini Türkiyədə yaşamalı və işləmək məcburiyyətində qalmış, lakin sonradan daimi yaşamağa başlamışdır. İddiaçıların və analarının hər ikisinin Türkiyədə yaşamasından sui-istifadə edən Cavabdeh1 doğulub, böyüdükləri və hər ailə ilə birlikdə yaşadıqları evin həyətini, evin həyətində olan bütün tikililəri (otaqları) zəbt etmiş, onlara məxsus bütün evə və əmlaklara faktiki olaraq sahiblik etməyə başlamışlar. Bir neçə dəfə anaları Əliyeva X4 vətənə qayıdıb daimi qeydiyyatda olduqları doğulduqları, böyüdükləri evə getməyə cəhd etmiş, hər dəfə cavabdeh və onun ailə üzvlərinin faktiki olaraq yaratdıqları süni maneə nəticəsində anası evə girə bilməmişdir. Cavabdeh1 anasına qarşı yaranmış ögey və qeyri adekvat münasibətinin səbəbəni aydınlaşdırdıqda məlum olmuşdur ki, həm onların anaları ilə birlikdə yaşadıqları atadan qalma evləri, həm də qonşu əraziləri özəl tikinti şirkəti X45 MMC-ti tərəfindən alınması və yerində hündür mərtəbəli binaların tikilməsi planlaşdırılmışdır. Cavabdeh1 tərəfindən həmin şirkətə bütün evə dair rəsmi layihə təqdim edilmiş və bu səbəbdən də onların xəbəri olmadan həmin evin əvəzinə şirkət tərəfindən verilməsi təklif olunan 2 ədəd iki otaqlı və iki ədəd 1 otaqlı mənzillərə sahib olmaq istəmişdir. Anası İddiaçı Ağasabir qızı Bakı şəhərində doğulmuş və böyümüş, Bakı şəhərində evi olan bir şəxs kimi Türkiyədən qayıdarkən öz evinə gedə və həmin evdə gecələyə bilməmişdir. Anası son dəfə Bakı şəhərinə gədəndə oteldə qalmaq məcburiyyətində qalmışdır. Doğma dayıları Cavabdeh1 varlanmaq niyyəti, iddiaçılar olaraq onların hər ikisinə və analarına çatası paya sahib olmaq istəyi və tamahı onların sahiblik və istifadə hüququ olan evdən faktiki məhrum etmişdir. Onun bu özbaşnalığı onların həmin evdə sahiblik və istifadə hüquqlarını pozmuş və tapdalamışdır. Bu səbəbə görə də, anası İddiaçı Ağasabir qızı (sonuncu adı X39) pozulmuş hüquqlarının bərpa olunması üçün “Bakı şəhəri, Nəsimi rayonu, Kərpiç küçəsi, ev 47/49-a köçürülməsi, həmin həyət evinin və həmin evin həyətyanı sahəsinin ½ hissəyə naturada bölünməklə istifadə qaydasının müəyyən edilməsi haqqında” qətnamə qəbul edilməsi üçün Nəsimi Rayon Məhkəməsində qardaşı Cavabdeh1 qarşı iddia qaldırmışdır. Anası X39 iddia tələbi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edənədək, yəni xx.xx.2024-cü il tarixdə özəl tikinti şirkəti X45 MMC-yə gedərək rəsmi ərizə vermiş və həmin ərizədə rəsmi olaraq bildirmişdir ki, həmin ev atadan qalma ev olduğuna, həmin evdə Cavabdeh1 ilə onun və iki qızının, yəni onların daimi qeydiyyatda olduqları, yaşadıqları, həmin evdə sahiblik, istifadə və mülkiyyət hüquqlarının olmasını, məhkəmə qətnaməsi ilə həmin evdən sahiblik, istifadə və mülkiyyət hüquqlarından məhrum edilmələrini bildirmiş və xahiş etmişlər ki, İddiaçı Ağasabir qızının və onun iki qızının həmin ünvanda yaşayış və istifadə hüquqlarının olmasını nəzərə alıb, Azərbaycan Respublikası Konstitusiyasının tələbləri əsasında həmin ünvanın həm faktiki tikinti altı olan hissəsini, həm də faktiki olaraq istifadəsində olan torpaq sahəsinin ölçüsünü, həmin sahələrə görə ev mülkiyyətçiləri, istifadə və yaşayış hüquqları olan şəxslərin hər birinin rəsmi razılığını almaqla, həmin şəxslərin sayına uyğun olaraq veriləcək kompensasiyanın pul və ya natura (mənzil) formasında verilməsini razılaşdırmalarını və bu barədə planlaşdırılan işlərin rəsmiləşdirilməsini təmin etmələrini xahiş və tələb olunmuşdur. xx.xx.2024-cü il tarixdə özəl tikinti şirkəti X45 MMC-yə rəsmi məlumat verildikdən və həmin ərizəni rəsmi qaydada qeydiyyatdan keçirdikdən sonra yuxarıda göstərilən iddia tələbi ilə Nəsimi Rayon Məhkəməsinə iddia qaldırmış və həmin tələblə “evə köçürmə, evin naturada ½ hissəyə bölünməklə istifadə qaydasının müəyyən olunması” nı xahiş etmişdir. Həmin mülki iş məhkəmənin icraatında olduğu müddətdə, şirkətə qabaqcadan rəsmi məlumat verilməsinə baxmayaraq, sahiblik, istifadə və mülkiyyət hüquqları olan Bakı şəhəri, Nəsimi rayonu, Kərpiç küçəsində yerlşən 47/49 saylı (52 saylı ərazi MKİS-nin qeydiyyat kartoçkasında ev 47/49, mənzil 1 kimi qeyd olunmuşdur) evi 2024-ci ilin aprel ayının axırı və may ayının əvvəli özəl tikinti şirkəti X45 MMC tərəfindən sökülmüş, həmin ərazidə analarına və hər iki iddiaçı olaraq onlara məxsus əmlakı, yəni evləri, həyətin hasarını və digər yardımçı tikililəri, həmçinin həyətin qarşısında yerləşən anasının atasından qalma faktiki olaraq istifadələrində olan, ümumi sahəsi 30 kvadratdan artıq olan qarajı qəsdən məhv etmiş və onlara külli miqdarda maddi ziyan vurmuşdur. Tikinti şirkəti tərəfindən sökülən ev otaqlarının və yardımçı tikililərin sayı, Cavabdeh1 da ailəsi ilə yaşadığı otaqlarıda daxil olmaqla, ümumilikdə 12 otaqdan ibarət olmuşdur. Tikili altı olan sahə 152, 66 kvadrat metr, həyətin küçə tərəfdən olan hissəsində atadan qalmaq qarajın ümumi sahəsi 30 kv.metr, ümumi həyətin tikili altı olmayan torpaq sahəsi 30 kvadrat metr olmuşdur. Həmin tikili altı olan hissələrin onların və analarının faktiki istifadəsində olmuş hissəsində yerləşən yaşayış otaqları 8,0 kv.m; 26,5 kv.m; 14,4 kv.m; 6,12 kv.m; 14,0 kv.m və 9,0 kv.m olmaqla, cəmi 78,02 kvadrat, tikili altı olmayan sahə, ümumi istifadədə olan həyətdə yerləşən torpaq sahəsinin yarısı (30:2=15) 15 kv.m olan torpaq sahəsi və ümumi sahəsi 30 kv.metr olan qarajın ½ hissəsi, yəni 15 kv.mert olan hissəsi, ümumilikdə (8,0 + 26,5 + 14,4 + 6,12 + 14,0 + 9,0 = 78,02 kv.m + 15 kv.m (torpaq sahəsinin ½) + 15 kv.metr (qarajın ½) = 108,02 kvadrat metr təşkil edirdi. Bununla bağlı olaraq şirkətin rəhbəri kimi özünü təqdim edən Rövşən adlı şəxs bildirmişdir ki, sökülən evin (həyətin) kupçası (çıxarışı ) olmadığına görə həmin ünvanda yaşayan İmaməli adlı şəxslə müqavilə bağlayaraq həmin sökülən evin əvəzində ona gələcəkdə tikiləsi evdən 2 ədəd iki otaq, iki ədəd bir otaq verilməsi razılaşdırılmışdır. Şirkət rəhbərinin dediklərindən məlum olmuşdur ki, özəl tikinti şirkəti X45 MMC ilə Cavabdeh1 arasında qanunsuz olaraq aparılmış razılaşma əsasında, analarının və hər iki iddiaçı olaraq onların sahiblik, istifadə və mülkiyyət hüquqları olan evi onların razılıqları olmadan, məhkəmənin qətnaməsi olmadan onların iradəsinin əksinə sökmüş, şirkət rəhbəri Cavabdeh1 ilə gizli sövdələşmə edərək onlara məxsus şəxsi əmlakları olan evi qəsdən məhv etmiş, anasına və onların hər ikisinə külli miqadrda maddi və mənəvi ziyan vurmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə X14 və X40 cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı iddia tələbi üzrə mülki işin İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı iddia tələbinə dair mülki işlə bir icraatda birləşdirilməsi qərara alınmışdır. Daha sonra hər iki iddia üzrə iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 iddialar üzrə ümumi tələblə məhkəməyə müraciət edərək, cavabdeh X45 MMC və Cavabdeh1 arasında bağlanılmış xx.xx.2024-cü il tarixli №5/210 saylı; xx.xx.2024-cü il tarixli № 02/115 saylı; xx.xx.2024-cü il tarixli № 02/114 saylı və xx.xx.2024-cü il tarixli № 2/107 saylı müqavilələrinin qismən etibarsız hesab edilməsi və cavabdeh X45 MMC-nin üzərinə Bakı şəhəri, Nəsimi rayonu, Kərpiç küçəsində yerləşmiş 47/49 saylı evdə sahiblik və istifadə hüququ olan hər üç iddiaçının əvəzinə, iddiaçı X39 ilə 1 ədəd - 2 otaqlı və 1 ədəd 1 otaqlı mənzillər üçün həmin ərazidə sökülmüş digər evlərin sahibləri ilə bağlanılmış müqavilələrdə nəzərdə tutulmuş şərtlər əsasında müqavilə bağlamaq vəzifəsinin qoyulması haqqında qətnamə qəbul edilməsi, cavadehlər X45 MMC ilə Cavabdeh1 barələrində qanunsuz olaraq müqavilə bağlamaq adı altında ona və qızlarına məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Kərpiç küçəsi, 47/49 saylı evi qəsdən sökdüklərinə və məhv etdiklərinə görə Azərbaycan Respublikası CM-nin 308-ci və 186.2.1-ci maddəsi ilə cinayət işinin başalanılması, qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunmaları üçün xüsusi qərardad çıxarılmaqla aidiyyəti üzrə prokurorluq orqanına göndərilməsini xahiş etdi. Məhkəmədə İddiaçı və iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər və iddia ərizələrinin məzmununa uyğun izahat verdilər. Məhkəmədə Cavabdeh2 MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbini etiraf etməyərək onun təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, Cavabdeh2 MMC şirkəti evin faktiki sahəsini ölçmüş və ona uyğun mənzillər vermişdir. Mənzil faktiki yaşayan şəxslərə verilir. Məhkəmənin əvvəlki iclasında şahid qismində ifadə verimiş X11 bildirmişdir ki, o, 5-6 yaşlarında olarkən İddiaçı uşaqları ilə eyni həyətdə olmuşlar və məktəbə bir yerdə getmişlər. Həmin həyətdə İddiaçı anası, atası, uşaqları, Cavabdeh1, yoldaşı və uşaqları yaşayırdı. İddiaçı 2 övladı olmuşdur. Qönçə və Fizzə. Onları tanıdığı müddətdə Həcər xanım, anası, atası və 2 qızı həmin həyətdə qalmışdır. Bundan başqa Cavabdeh1, yoldaşı, 3 övladı-Nihad, Günay və Sabir həmin həyətdə qalmışlar. Daha sonra İmaməli bəyin yoldaşı Ziba xanım vəfat etmişdir. Həcər xanım və İmaməli bəyin bacıları Firəngiz, Mehparə xanım da var idi. Amma onlar həmin həyətdə qalmırdılar. Həcər xanımın 50 yaşdan yuxarı yaşı olar. Həcər xanım evləndikdən sonra bir müddət yoldaşı Əflatun ilə birlikdə başqa yerdə yaşayıb, maddi vəziyyətləri yaxşı olmadığından Həcər xanım ata evinə geri qayıtmışdır. Təxminən 1995-ci ildən bəri Həcər xanım artıq o həyətdə daimi yaşamışdır. Onda olan məlumata görə Həcər xanım bu zamanadək mütəmadi olaraq həmin həyətdə yaşayır. Əflatun bəy vəfat etdikdən sonra Həcər xanım işləmək üçün Türkiyə Respublikasına getmişdir. Uşaqları burada qalmışlar. Onlara Həcər xanımın anası və atası baxmışlar. O, 2009-cu ildə işlə əlaqədar olaraq Türkiyə Respublikasına getmişdir. Arada buraya gəlib-getmişdir. O, hər dəfə gələndə Həcər xanımın uşaqlarını həyətdə görmüşdür. Türkiyə Respublikasında 1 il yarım işlədikdən sonra geri qayıtmışdır. Həmin vaxt Həcər xanımın qızları orada yaşamışlar. Həcər xanımı da görmüşdür. Amma o daimi yaşamırdı. Türkiyə Respublikasına gedib-gəlirdi. Həmin həyətdə 1-ci mərtəbədə və 2-ci mərtəbədə ev var idi. İddiaçı həmin həyətdə evi var idi. Həyətə girdikdən sonra sağ tərəfə getdikdən 3 metr sonra solda pilləkən var idi. Həcər xanımın evi oradan başlayırdı. Ev mətbəx, zal və yataq otağından ibarət idi. Həmin evdə daha əvvəl Həcər xanımın anası və atası yaşayırdı. Qapı ilə üzbəüz pilləkən var idi, yuxarı qalxanda 2-ci mərtəbədə İmaməli bəyin evi var idi. Onun evi sadəcə ora idi. Ev 3 otaqdan ibarət idi. 2023-cü ilin oktyabr ayında tikinti şirkəti gəlib evi ölçməyə başladı. Onlara yeni inşa edilən binada ev verilmişdir. Onların həyətində də ancaq öz qohumları yaşayırdı. Nənəsi, babası, atası, əmisi və qardaşının evləri var idi. Onun istifadəsində olan atasına məxsus olan ev idi. Həyət onun nənəsinə məxsus olmuşdur. Atasına məxsus olan ev üçün onlara 2 mənzil verilmişdir. Atasına məxsus olan evdə 5 nəfər qeydiyyatdadır. 5 nəfərə də ayrılıqda ev verilməmişdir. Evləri sökülməmişdən öncə həmin həyətdə axırıncı dəfə İmaməli bəyi, övladlarını və Həcər xanımın qızı Qönçə xanım və övladını görmüşdür. Qönçə xanımı orada bir neçə dəfə görmüşdür. Mütəmadi şəkildə görməmişdir. Məhkəmənin əvvəlki iclasında şahid qismində ifadə verimiş X2 bildirmişdir ki, o, 1988-ci ildə həmin ünvana gəlin köçmüşdür. Qayınanası vasitəsilə Həcər xanımın evinə gedib-gəlmişlər. Onun pəncərəsi onların həyətinə baxmışdır. Həyətdə Həcər xanımın uşaqlarını da görmüşdür. Onun uşaqları da həmin həyətdə olmuşlar. Uşaqları böyüdükdən sonra eyni məktəbədə oxuyublar. Həcər xanım ilə yaxşı münasibətləri olmuşdur. Həcər xanımdan başqa həmin həyətdə onun qardaşı İmaməli bəy, yoldaşı və övladları da yaşamışdır. Həcər xanımın evi həyətə girdikdən sonra qapı ilə üzbəüz olmuşdur. Həcər xanımın 1988-ci ildə böyük qızı Fizzə, 1992-ci ildə 2-ci qızı Qönçə anadan olmuşdur. Onun qızı ilə Həcər xanımın 2-ci qızı eyni yaşdadırlar. Həcər xanım ailə qurduqdan sonra yoldaşının evinə getmişdir. Yoldaşı Əflatun bəylə bir neçə il orada yaşayıb, sonra ata evinə geri qayıtmışdır. Həcər xanımın kiçik qızı 2 yaşında olanda yoldaşı vəfat etmişdir. Həcər xanım həmin zaman o həyətdə yaşamışdır. Həcər xanım işləmək üçün Türkiyə Respublikasına getmiş, ancaq uşaqları burada qalmışdır. Onlara Həcər xanımın anası və atası baxmışdır. Həcər xanımın anası və atası vəfat etdikdən sonra uşaqlara İmaməli bəy baxmışdır. Həcər xanım Türkiyə Respublikasında olsa da tez-tez buraya gedib-gəlmişdir. Uşaqlar məktəbi bitirdikdən sonra Həcər xanım onları da Türkiyə Respublikasına aparmışdır. Amma yenə də sıx-sıx evinə gəlmişdir. Son zamanlar Həcər xanımın evində heç kim yaşamamışdır. Həyətdə İmaməli bəy və ailəsi yaşamışdır. İmaməli bəy həyətdə əlavə tikililər inşa etmişdir. Həcər xanımın evinin yanında 2 ədəd balaca otaq var olmuşdur. Həcər xanımın anası və atası orada qalmışlar. Çöl qapıdan girəndə üzbəüz sağ tərəfdə olan qapı Həcər xanımın evi olmuşdur. Onun yanında-küncdə 2 otaq olmuşdur, həmin otaqlar Həcər xanımın atasının və anasının olmuşdur. Biraz irəli getdikdən sonra pilləkən var olmuşdur. Pilləkəni qalxdıqdan sonra 2-ci mərtəbədə İmaməli bəyin evi var olmuşdur. Həcər xanım orada yaşamadığı müddətdə onun evindən kimin istifadə edibetmədiyi barədə məlumatı yoxdur. İlk öncə onların evi sökülmüşdür. Sökülən anda iddiaçının yaşdadığı evdə yəqinki İmaməli bəy yaşamışdır. Onların evi söküləndə evdə oğlu, qızı, yoldaşı və o yaşamışlar. Onların əvvəlki evlərini ölçmüşlər, ona uyğun olaraq oğluna və yoldaşına yeni mənzil vermişlər. Məhkəmənin əvvəlki iclasında şahid qismində ifadə verimiş X1 bildirmişdir ki, onlar 4 uşaq olmuşlar. 3 bacı və 1 qardaş. Hər biri o ünvanda anadan olmuş və böyümüşdür. Həcər də orada doğulmuşdur. Hal-hazırda İmaməliyə məxsus olan evdə əvvəl atası, anası və 4 övladı yaşamışdır. O, evləndikdən sonra həmin evdən köçmüşdür. Həcər də ailə qurduqdan sonra bir müddət yoldaşının evində qalmışdır. Atası bacısının evi olmadığına görə həmin həyətdə ona ev tikmişdir. Burada bir neçə il qaldıqdan sonra Həcər yoldaşı ilə birlikdə kirayə evə köçmüşlər. Həcərin yoldaşı vəfat etdikdən sonra yenidən həmin evə qayıtdılar. Daha sonra Həcər işləmək üçün Türkiyə Respublikasına getmişdir. Uşaqlar atası və anası ilə qalmışlar. Qardaşı həyətdə öz evində yaşamışdır. İmaməli ailəsi ilə birlikdə 2-ci mərtəbədə yaşamışdır. Həcər də onların evlərinin altında ev var idi, orada yaşamışdır. Uşaqlar böyüdükdən sonra Həcər onları da özü ilə birlikdə Türkiyə Respublikasına aparmışdır. Amma özü hər il Azərbaycan Respublikasına gəlmişdir. Anasının, atasının müalicəsinə kömək etmişdir. Həcərin evi ayrı idi. Bir böyük otağı 2 yerə bölmüşdülər. Balaca mətbəxi var idi. Ev nə qədər kv.m sahəsi olduğunu bilmir. Həcər də ailə qurduqdan sonra bir müddət yoldaşının evində qalmışdır. Həcər 5-6 aydan sonra yoldaşı ilə birlikdə ata evinə qayıtmışdır. Uşaqları bu evdə olmuşdur. Bir müddət burada qaldıqdan sonra kirayə evə köçmüşlər. 1 il orada yaşadıqdan sonra yoldaşı vəfat etmiş, yenidən ata evinə qayıtmışdır. 2006-cı ilə qədər Həcərin uşaqları o evdə yaşamışdır. Həcər isə 2000-ci ilədək bu evdə yaşamışdır. Ev sökülən zaman Həcərə məxsus olan evdə qardaşı İmaməli yaşamışdır. İmaməlinin öz evində uşaqları yaşamışdır. Qardaşı 2-ci dəfə ailə qurmuş və Həcərin evində yaşamağa başlamışdır. Həcərə məxsus olan ev atası və Həcərin yoldaşı Əflatun tərəfindən tikilmişdir. İmaməlinin evi 2-ci mərtəbədə yerləşmişdir. 1-ci mərtəbə zirzəmi kimi istifadə olunmuşdur. Atası və anası əvvəl 2-ci mərtəbədə İmaməli ilə yaşamışdır. Sonra Həcərin evi tikilmiş və o kirayə gedəndən sonra atası və anası Həcərin evində yaşamağa başlamışdır. Həcər Türkiyə Respublikasına getdikdən sonra isə Həcərin uşaqlarına baxırdılar. Həcərin başqa evi də olmuşdur. O, evdə yaşamamışdır. Kirayə vermişdir. Daha sonra pula ehtiyacı olduğu üçün həmin evi satmışdır. Həcərin evi böyük 1 otaq olmuşdur, pərdə ilə 2 otaq etmişdilər. Qabağında balaca bir mətbəx olmuşdur. İmaməlinin evi Həcərin evindən böyük idi. İmaməli aşağıda bir ev də tikmişdir. O ev ona məxsus olmuşdur. Bir dənə də balaca otaq olmuşdur, o ümumi istifadədə olmuşdur. Atası və anası vəfat etdikdə Həcər o evdə yaşamışdır. Həcər daima o evdə yaşamasa belə Türkiyə Respublikasından hər dəfə gələndə evin qaz, işıq pulunu özü ödəmişdir. İmaməli axırıncı 2 ildir ki, Həcərə məxsus evdə yaşamışdır. Həcər qardaşı olduğuna görə heçnə deyə bilməmişdir. İmaməlinin yaşadığı 2-ci mərtəbədə yerləşən evi atası tikmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, işdə iştirak edən şəxsin izahatını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Nəsimi rayon MKTB 52 saylı MKİS tərəfindən xx.xx.2023-cü il tarixdə İddiaçı verilmiş arayışın surətindən görünür ki, İddiaçı (1975-ci il tarixdən), onun qızları X10(1988), X9(1992), qardaşı Cavabdeh1(1985), onun oğulları X15(1993) və X16(2000) ünvan 2 ünvanda daimi qeydiyyatdadırlar. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə X19, X3, X17, X24, X18 və X12 tərəfindən tərtib edilmiş aktdan görünür ki, Cavabdeh1 məxsus olan ünvan 3 ünvanda formal qeydiyyatda olan İddiaçı Ağasabir qızı həmin ünvanda heç vaxt yaşamamış, ümumiyyətlə onlar qonşular olaraq onun həmin mənzildə heç vaxt yaşadığını görməmişlər. Onun həmin mənzilə qeydiyyatı tamamilə formal xarakter daşıyır. İş materiallarında olan Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında xx.xx.2024-cü il tarixli müqavilə №02/107-dən görünür ki, 1.1.1.“Əmlak mülkiyyətçisi" bu Müqaviləyə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı olmadığına görə 52 saylı MKİS tərəfindən verilmiş xx.xx.2024 tarixli 24 №-li arayışa əsasən olan Bakı şəhəri, Nəsimi rayonu, Kərpiç küç 49, mən 1 ünvanında yerləşən daxili perimetr üzrə sahəsi, sənədsiz və çıxarışsız tikinti sahələri, mövcud vəziyyətdə 72.05 kv.m mənzilini sökmək üçün “X45" MMC -yə təhvil verməyi öhdəsinə götürür. 1.1.2.“Tikinti şirkəti” "X45" MMC Bakı şəhəri, Nəsimi rayonu, Ş.Abdullayev küç, Bülbül prospekti arasında 382-ci məhəllə ünvanında yeni, çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada (Baş plan üzrə 5 bloklu) 2 blok, 12-ci mərtəbədə yerləşən, ümumi sahəsi 86.5 kv.m olan 2 (iki) otaqlı 107 saylı təmirsiz mənzili (mənzilin ümumi sahəsi dedikdə, təsdiq edilmiş layihədə, arakəsmələr, şaxtalar, texniki sahələr, oxdan-oxa daxili tikilən hörgülərin alt sahələri, pərdə altları, balkon sahəsi tam şəkildə daxil olmaqla başa düşülür) “Əmlak Mülkiyyətçi" sinə təhvil verməyi öhdəsinə götürür. 1.2.Tikinti şirkəti “Əmlak Mülkiyyətçisinə söküləcək mənzili boşadılması üçün 15 (on beş) gün əvvəl xəbərdarlıq edir. “Əmlak Mülkiyyətçisi söküləcək mənzilini təhvil verdikdən sonra həmin daşınmaz əmlakla bağlı ödəniləcək birdəfəlik kompensasiyanı (əgər kompensasiya ödənişi clarsa) bank hesabından götürəcək. Tikinti şirkəti tərəfindən verilən mənzil təmirsiz olduğu üçün Tikinti Şirkəti "Əmlak Mülkiyyətçisinə 18.000 manat bir dəfəlik kompensasiya ödəyir, ödəniləcək kompensasiyanı bank hesabından götürəcək. 1.3. Müvəqqəti yaşayış yerinin təmin olunması məqsədilə kompensasiya (aylıq kirayə haqqı) hər 3 aydan bir dəfə aylıq 500 manat ödənilir. İş materiallarında olan Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında xx.xx.2024-cü il tarixli müqavilə №02/114-dən görünür ki, 1.1.1. "Əmlak mülkiyyətçisi" bu Müqaviləyə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı olmadığına görə 52 saylı MKİS tərəfindən verilmiş xx.xx.2024 tarixli 24 №-li arayışa əsasən olan Bakı şəhəri, Nəsimi rayonu, Kərpiç küç 49, mən 1 ünvanında yerləşən daxili perimetr üzrə sahəsi, sənədsiz və çıxarışsız tikinti sahələri, mövcud vəziyyətdə 52.48 kv.m mənzilini sökmək üçün Cavabdeh2 MMC -yə təhvil verməyi öhdəsinə götürür. 1.1.2.“Tikinti şirkəti” "X45" MMC Bakı şəhəri, Nəsimi rayonu, Ş.Abdullayev küç, Bülbül prospekti arasında 382-ci məhəllə ünvanında yeni, çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada (Baş plan üzrə 5 bloklu) 2 blok, 14-cü mərtəbədə yerləşən, ümumi sahəsi 63.0 kv.m olan 1 (bir) otaqlı 114 saylı təmirli mənzili (mənzilin ümumi sahəsi dedikdə, təsdiq edilmiş layihədə, arakəsmələr, şaxtalar, texniki sahələr, oxdan-oxa daxili tikilən hörgülərin alt sahələri, pərdə altları, balkon sahəsi tam şəkildə daxil olmaqla başa düşülür) "Əmlak Mülkiyyətçi” sinə təhvil verməyi öhdəsinə götürür. 1.2. Tikinti şirkəti “Əmlak Mülkiyyətçisinə söküləcək mənzili boşadılması üçün 15 gün əvvəl xəbərdarlıq edir. “Əmlak Mülkiyyətçisi söküləcək mənzilini təhvil verdikdən sonra həmin daşınmaz əmlakla bağlı ödəniləcək birdəfəlik kompensasiyanı (əgər kompensasiya ödənişi olarsa) bank hesabından götürəcək. 1.3. Müvəqqəti yaşayış yerinin təmin olunması məqsədilə kompensasiya (aylıq kirayə haqqı) hər 3 aydan bir dəfə aylıq 500 manat ödənilir. İş materiallarında olan Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında xx.xx.2024-cü il tarixli müqavilə №02/115-dən görünür ki, 1.1.“Tərəflər" aşağıdakı göstərilən məzmunda üzərlərinə öhdəliklər götürürlər: 1.1.1. "Əmlak mülkiyyətçisi" bu Müqaviləyə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı olmadığına görə 52 saylı MKİS tərəfindən verilmiş xx.xx.2024 tarixli 24 №-li arayışa əsasən olan Bakı şəhəri, Nəsimi rayonu, Kərpiç küç 49. mən 1 ünvanında yerləşən daxili perimetr üzrə sahəsi, sənədsiz və çıxarışsız tikinti sahələri, mövcud vəziyyətdə 72.05 kv.m mənzilini sökmək üçün “X45" MMC -yə təhvil verməyi öhdəsinə götürür. 1.1.2. “Tikinti şirkəti” “X45" MMC Bakı şəhəri, Nəsimi rayonu, Ş.Abdullayev küç, Bülbül prospekti arasında 382-ci məhəllə ünvanında yeni, çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada (Baş plan üzrə 5 bloklu) 2 blok, 14-cü mərtəbədə yerləşən, ümumi sahəsi 86.5 kv.m olan 2 (iki) otaqlı 115 saylı təmirli mənzili (mənzilin ümumi sahəsi dedikdə, təsdiq edilmiş layihədə, arakəsmələr, şaxtalar, texniki sahələr, oxdan-oxa daxili tikilən hörgülərin alt sahələri, pərdə altları, balkon sahəsi tam şəkildə daxil olmaqla başa düşülür) “Əmlak Mülkiyyətçi" sinə təhvil verməyi öhdəsinə götürür. 1.2. Tikinti şirkəti “Əmlak Mülkiyyətçisi"nə söküləcək mənzili boşadılması üçün 15 (on beş) gün əvvəl xəbərdarlıq edir. "Əmlak Mülkiyyətçi"si söküləcək mənzilini təhvil verdikdən sonra həmin daşınmaz əmlakla bağlı ödəniləcək birdəfəlik kompensasiyanı (əgər kompensasiya ödənişi olarsa) bank hesabından götürəcək. 1.3.Müvəqqəti yaşayış yerinin təmin olunması məqsədilə kompensasiya (aylıq kirayə haqqı) hər 3 aydan bir dəfə aylıq 500 manat ödənilir. İş materiallarında olan Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında xx.xx.2024-cü il tarixli müqavilə №02/115-dən görünür ki, 1.1. “Tərəflər" aşağıdakı göstərilən məzmunda üzərlərinə öhdəliklər götürürlər: 1.1.1. "Əmlak mülkiyyətçisi" bu Müqaviləyə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı olmadığına görə 52 saylı MKİS tərəfindən verilmiş xx.xx.2024 tarixli 24 №-li arayışa əsasən olan Bakı şəhəri, Nəsimi rayonu, Kərpiç küç 49. mən 1 ünvanında yerləşən daxili perimetr üzrə sahəsi, sənədsiz və çıxarışsız tikinti sahələri, mövcud vəziyyətdə 72.05 kv.m mənzilini sökmək üçün “X45" MMC-yə təhvil verməyi öhdəsinə götürür. 1.1.2. “Tikinti şirkəti” “X45" MMC Bakı şəhəri, Nəsimi rayonu, Ş.Abdullayev küç, Bülbül prospekti arasında 382-ci məhəllə ünvanında yeni, çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada (Baş plan üzrə 5 bloklu) 2 blok, 14-cü mərtəbədə yerləşən, ümumi sahəsi 86.5 kv.m olan 2 (iki) otaqlı 115 saylı təmirli mənzili (mənzilin ümumi sahəsi dedikdə, təsdiq edilmiş layihədə, arakəsmələr, şaxtalar, texniki sahələr, oxdan-oxa daxili tikilən hörgülərin alt sahələri, pərdə altları, balkon sahəsi tam şəkildə daxil olmaqla başa düşülür) “Əmlak Mülkiyyətçi" sinə təhvil verməyi öhdəsinə götürür. 1.2. tikinti şirkəti “Əmlak Mülkiyyətçisi"nə söküləcək mənzili boşadılması üçün 15 gün əvvəl xəbərdarlıq edir. "Əmlak Mülkiyyətçi"si söküləcək mənzilini təhvil verdikdən sonra həmin daşınmaz əmlakla bağlı ödəniləcək birdəfəlik kompensasiyanı (əgər kompensasiya ödənişi olarsa) bank hesabından götürəcək.1.3.Müvəqqəti yaşayış yerinin təmin olunması məqsədilə kompensasiya (aylıq kirayə haqqı) hər 3 aydan bir dəfə aylıq 500 manat ödənilir. İş materiallarında olan Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında xx.xx.2024-cü il tarixli müqavilə №02/210-dan görünür ki, 1.1. “Tərəflər” aşağıdakı göstərilən məzmunda üzərlərinə öhdəliklər götürürlər: 1.1.1. “Əmlak mülkiyyətçisi" bu Müqaviləyə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı olmadığına görə 52 saylı MKİS tərəfindən verilmiş xx.xx.2024 tarixli 24 №-li arayışa əsasən olan Bakı şəhəri, Nəsimi rayonu, Kərpiç küç 49, mən 1 ünvanında yerləşən daxili perimetr üzrə sahəsi, sənədsiz və çıxarışsız tikinti sahələri, mövcud vəziyyətdə 47,89 kv.m mənzilini sökmək üçün 'X45" MMC -yə təhvil verməyi öhdəsinə götürür. 1.1.2. “Tikinti şirkəti” "X45” MMC Bakı şəhəri, Nəsimi rayonu, Ş.Abdullayev küç, Bülbül prospekti arasında 382-ci məhəllə ünvanında yeni, çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada (Baş plan üzrə 5 bloklu) 5 blok, 7-ci mərtəbədə yerləşən, ümumi sahəsi 57.5 kv.m olan 1 (bir) otaqlı 210 saylı təmirsiz mənzili (mənzilin ümumi sahəsi dedikdə, təsdiq edilmiş layihədə, arakəsmələr, şaxtalar, texniki sahələr, oxdan-oxa daxili tikilən hörgülərin alt sahələri, pərdə altları, balkon sahəsi tam şəkildə daxil olmaqla başa düşülür) “Əmlak Mülkiyyətçi” sinə təhvil verməyi öhdəsinə götürür.1.2. Tikinti şirkəti “Əmlak Mülkiyyətçisinə söküləcək mənzili boşadılması üçün 15 (on beş) gün əvvəl xəbərdarlıq edir. “Əmlak Mülkiyyətçisi söküləcək mənzilini təhvil verdikdən sonra həmin daşınmaz əmlakla bağlı ödəniləcək birdəfəlik kompensasiyanı (əgər kompensasiya ödənişi olarsa) bank hesabından götürəcək. 1.3.Müvəqqəti yaşayış yerinin təmin olunması məqsədilə kompensasiya (aylıq kirayə haqqı) ödənilmir. Cavabdehlər arasında bağlanmış müqavilələrin 2.1.11-ci bəndinə əsasən əmlak mülkiyyətçisi sökülən fərdi yaşayış evi və ona təhvil verilən mənzil ilə əlaqədar yarana bilən iddia və tələblərə cavabdehdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-ci il tarixli məktubda göstərilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Kərpic küçəsi, ev 47/49 ünvanında yerləşən daşınmaz əmlakın (1 saylı mənzil) qeydiyyatına əsas olmuş sənədlərin surətlərinin, İddiaçı və Cavabdeh1 Ağasafcir oğlunun adlarına daşınmaz əmlakın olub-olmaması haqqında məlumatların təqdim edilməsi ilə bağlı müraciətə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmış və bildirilir ki, ünvan 8i ilə bağlı məlumat aşkar edilməmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Kərpic küçəsi, 49 saylı fərdi yaşayış evi (bəzi arxiv əsaslarında 47/49 kimi qeyd olunmuşdur) xx.xx.2002-ci il tarixdə X7 adına ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Qeyd olunan şəxslərin adlarına hazırda Bakı şəhəri ərazisində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmə iddia tələbinin "xxxx" MMC və Cavabdeh1 arasında bağlanılmış xx.xx.2024-cü il tarixli №5/210 saylı; xx.xx.2024-cü il tarixli № 02/115 saylı; xx.xx.2024-cü il tarixli № 02/114 saylı və xx.xx.2024-cü il tarixli № 2/107 saylı müqavilələrinin qismən etibarsız hesab edilməsi” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 337-ci maddəsinə əsasən əqdlərin etibarsızlığı ilə əlaqədar göstərilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Tərəflərin həqiqi arzuları, niyyətləri ilə onların ifadə edilməsi arasında uyğunsuzluq əqdin etibarsız əqd hesab olunmasına gətirib çıxarır. Tərəfin iradəsi və iradə ifadəsinin arasında olan uyğunsuzluğu, iradə nöqsanlılığı anlayışından fərqləndirmək lazımdır. İradə nöqsanlılığının təzahür etdiyi hallarda iradə ifadəsi ilə iradə uyğun olsa da, tərəfin iradəsinin məzmunu onun həqiqi arzularını, niyyətlərini, məqsədlərini ifadə etmir. Aldatma, hədə, zorakılıq nəticəsində formalaşan əqdlər məhz iradə nöqsanlılığının təcəssümüdür. İradənin nöqsanlılığı da əqdin etibarsız sayılması üçün əsasdır. Bundan başqa, əqdin etibarlılığı üçün onun bağlanmasında iştirak edən şəxslərin səlahiyyətli olması, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Məhkəmə qeyd edir ki, iddiaçılar cavabdehlər arasında bağlanmış müqavilələrin etibarsız hesab edilməli olması dəlillərinin əsasında həmin ünvanda “onlara məxsus 2 ədəd iki otaqlı və iki ədəd 1 otaqlı mənzillər”in də Cavabdeh1 tərəfindən tikinti şirkətinə öz yaşayış sahəsi kimi təqdim etməsi olmuşdur. Məhkəmə gedişatı zamanı verilmiş sorğular əsnasında müəyyən edilmişdir ki, mübahisələndirilən ünvan-ünvan 8i ilə bağlı məlumat aşkar edilməmiş, ümumiyyətlə İddiaçı və Cavabdeh1 adlarına hazırda Bakı şəhəri ərazisində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Göründüyü kimi mənzilə dair heç bir hüquqmüəyyənedici sənədlər aşkar edilməmiş, "xxxx" MMC və Cavabdeh1 arasında bağlanılmış müqavilələr Cavabdeh1 ailəsi ilə birlikdə faktiki yaşadığı yaşayış sahəsinə aid edilməklə bağlanarkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Qanunun tələbindən göründüyü kimi əqd o zaman etibarsız hesab edilə bilər ki, Mülki Məcəllədə nəzərdə tutulmuş şərtləri pozmaqla bağlanmış olsun. Məhkəmə hesab edir ki, sözügedən iddianın heç bir hüquqi əsası mövcud olmamaqla yanaşı eyni zamanda iddiaçıların bu iddianın qaldırmasına subyektiv hüquqları da mövcud olmamışdır. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Yuxarıda sadalanan işin hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçılar hazırki iddianı irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilə bilməzlər. Çünki, o, mübahisəli yaşayış sahəsi üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmişlərdir. İddiaçılar yalnız həmin əmlaka dair hər hansı hüquqlarının mövcudluğunu sübut edə bildiyi halda hazırki iddia tələbi ilə çıxış edə bilərlər. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin, bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, yalnız bundan sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu müəyyən edildikdən sonra, həmin hüququn pozulmasının məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bu əsasla da iddiaçıların “cavabdeh GOLD STAR SİTY MMC-nin üzərinə Bakı şəhəri, Nəsimi rayonu, Kərpiç küçəsində yerləşmiş 47/49 saylı evdə sahiblik və istifadə hüququ olan hər üç iddiaçının əvəzinə, iddiaçı X39 ilə 1 ədəd - 2 otaqlı və 1 ədəd 1 otaqlı mənzillər üçün həmin ərazidə sökülmüş digər evlərin sahibləri ilə bağlanılmış müqavilələrdə nəzərdə tutulmuş şərtlər əsasında müqavilə bağlamaq vəzifəsinin qoyulması”na dair hissəsinin də heç bir hüquqi əsasının olmadığı müəyyən edilməklə məhkəmə qeyd edilən hissədə də iddianın rədd edilməsi qənaətinə gəlir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçılar İddiaçı xx.xx.2019-cu il tarixdən, X14 xx.xx.2020-ci il tarixdən və X44 xx.xx.2015-ci il tarixdən Türkiyə Respublikası vətəndaşları ilə nikaha girmişlər və onların daimi yaşayış yerləri həmin ölkədir. Bundan başqa müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2012-ci il tarixdən ünvan 9 ünvanda mülkiyyətində olmuş evi onun tərəfindən xx.xx.2021-ci il tarixdə satılmışdır. Məhkəmə qeyd edir ki, mübahisəli ünvana dair hüquqmüəyynəedici sənədlərin olduğu halda belə iddiaçıların sözügedən yaşayış sahəsinə olan istifadə hüquqlarına ehtiyaclarının aradan qalxdığı əsası (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) ilə (belə bir tələb olduğu halda) kompensasiya ödəmədən xitam verilməsi mümkün olacaq idi. Belə ki, iddiaçılar mübahisə predmeti olan evdən uzun müddət fasiləsiz olaraq istifadə etməməklə mübahisəli yaşayış sahəsinə dair hüquqlarını itirmiş olacaqlardır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddianın “cavadehlər X45 MMC ilə Cavabdeh1 barələrində qanunsuz olaraq müqavilə bağlamaq adı altında ona və qızlarına məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Kərpiç küçəsi, 47/49 saylı evi qəsdən sökdüklərinə və məhv etdiklərinə görə Azərbaycan Respublikası CM-nin 308-ci və 186.2.1-ci maddəsi ilə cinayət işinin başalanılması, qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunmaları üçün xüsusi qərardad çıxarılmaqla aidiyyəti üzrə prokurorluq orqanına göndərilməsi” hissəsinə münasibətdə məhkəmə hesab edir ki, bu hissə iddia tələbi kimi baxılmaqla qiymətləndirilə bilməz. Belə ki, Prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Yəni bu hal məhkəmənin səlahiyyətinə aid olmaqla qeyd edilən halların aşkara çıxması halında xüsusi qərardad çıxarılır. Beləliklə qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə xərcləri iddiaçıların özlərinə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı və qeyrilərinin cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı müqavilələrin qismən etibarsız hesab edilməsi və sairə tələbinə dair iddia təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıların özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar