Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2284/2021 12.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adixan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı «əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının, hüquqi xidmət xərcinin və dövlət rüsumunun ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı «əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının, hüquqi xidmət xərcinin və dövlət rüsumunun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx xxx 2017-ci ildə əmək müqaviləsi bağlanmış və həmin müqavilə əsasında iddiaçı xx xxx 2017ci il tarixindən cavabdehin Sumqayıt fılialının direktoru vəzifəsinə təyin olunmuşdur. Həmin tarixdən xx.xx.2021-ci il tarixinə qədər 4 il həmin vəzifədə çalışmışdır. xx.xx.2021-ci il tarixində, əmək müqaviləsinə cavabdehin əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən qanuna zidd olaraq xitam verilmişdir. Həmin əmrin surətini və əmək kitabçasını dəfələrlə tələb etsə də, hələ də ona təhvil verilməmişdir. İddiaçı bu günə qədər əmək funksiyasını yüksək peşəkarlıqla yerinə yetirmiş, bir dəfə də olsun intizam tənbehi almamış, əksinə dəfələrlə həvəsləndirici təriflər, təşəkkürnamələr almışdır. Yəni əmək funksiyasını pozmadığı halda cavabdeh Əmək Məcəlləsinin tələblərini pozaraq qanunsuz olaraq iddiaçı, Əmək Məcəlləsinin 70/ç maddəsi ilə işdən azad etmiş, əmək kitabçasını ləkələmişdir. İddiaçı evlidir, 3 az yaşlı övladı var. Başqa heç bir qazanc yeri yoxdur. Övladlarından biri, xx.xx.2008-ci il təvəllüdlü Abuşova Zərəndam Gürşad qızı sağlamlıq imkanları məhdud uşaqdır. Yəni öhdəsində (himayəsində) sağlamlıq imkanları məhdud olan az yaşlı ailə üzvü var. Əmək Məcəlləmizin 79-cu maddəsinin 1-ci bəndinə görə, “İşəgötürən tərəfindən, öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya İ qrup əlil aib üzvü olan işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır”. Göründüyü kimi İşəgötürənin xx.xx.2021-ci il tarixli Əmri, Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci bəndinin tələbinə açıq aydın bir şəkildə ziddir. İddiaçı bu pozuntu səbəbilə işəgötürənə xx.xx.2021-ci il tarixində Ərizə ilə müraciət edərək xahiş etmişdir ki, xx.xx.2021-ci il tarixli Əmr, Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci bəndinin tələbini pozduğu üçün həmin Əmrə yenidən baxılaraq iddiaçının işə bərpa edilməsi haqqında qərar qəbul edilsin. Lakin İşəgötürən bu barədə heç bir müsbət addım atmamışdır. Bundan başqa xx.xx.2021-ci il tarixli Əmr, izahatı alınmadan verilmişdir ki, bu da mühüm Qanun pozuntusudur. Cavabdehin iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin "Ç" bəndinə əsasən işdən azad olunması barədəki xx.xx.2021-ci il tarixli Əmri, tamamilə qanuna ziddir. Göstərilənlərə əsasən cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2021-ci il tarixli Əmri ləğv edilərək İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt filialında direktor vəzifəsinə işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqının, 300 manat hüquqi xidmət xərcinin və 30 manat dövlət rüsumunun cavabdeh“xxxx” Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddiaya uyğun izahat verərək bildirdi ki, işdən çıxarılması tam qanunsuz idi, himayəsində sağlamlıq imkanı məhdud uşaq var və karantin rejimi nəzərə alınaraq işdən çıxarılması əsassızdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddiaçının dediklərinə və iddiaya uyğun izahat verərək iddia tələbini müdafiə etmiş və tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi məhkəməyə iddia ərizəsinə etirazi barədə ərizə təqdim etdi və iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçının himayəsində sağlamlıq imkanları məhdud uşağın olmasını iddiaçı rəsmi qaydada işəgötürənə bildirməmiş, yalnız işdən azad olunma barədə əmr verildikdən sonra bildirmişdir. Həmçinin tərəflərindən müvafiq yoxlama aparılmış, xx xxxxxx 2021-ci il tarixdə barəsində müvafiq akt tərtib edilmişdir. Onunla dəfərlərlə telefon əlaqəsi saxlanılmış, iş yerinə canlı müşahidəçi gedərək video görüntü əldə etməklə gün ərzində ümumiyyətlə iş yerində olmadığı müəyyən edilmişdir. Odur ki, cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, işin materiallarında olan iddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxx 2017-ci il tarixli 42 saylı Əmək müqaviləsindən görünür ki, cavabdeh tərəfindən iddiaçı, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt filialının direktoru vəzifəsinə işə qəbul edilmişdir. İşdə olan xx xxxxxx 2021-ci il tarixli AS-k-21/08 saylı Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Əmrdən görünür ki, iddiaçı ilə bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən (bu Məcəllənin 72ci maddəsinin "a" bəndində sadalanan hal) xx xxxxxx 2021-ci il tarixdə xitam verilmişdir. İşə əlavə olunmuş ******* saylı Əmək kitabçasının 10-11 saylı vərəqələrinin surətlərindən görünür ki, xx xxxxxx 2021-ci il tarixli AS-k-21/08 saylı əmrlə iddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə (72a) əsasən əmək vəzifələrinin kobud şəkildə pozulmasını nəzərə alıb xx xxxxxx 2021-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarına əlavə olunmuş xx xxxxxx 2020-ci il tarixli AS-K-20/236 saylı "Filial və nümayəndəliklərin fəaliyyətinin yoxlanılması ilə bağlı" Əmrdən görünür ki, xx xxxxxx 2021-ci il tarixdə Sumqayıt filialının əməkdaşlarının əmək müqavilələrinin şərtlərinə əməl etmə vəziyyətinin, həmçinin filiala təhkim edilmiş inventarların mövcudluğunun və sazlığının yoxlanılmasının həyata keçirilməsinə dair əmr verilmişdir. İşdə olan xx xxxxxx 2021-ci il tarixdə “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt filialında aparılmış yoxlamanın nəticələri barədə Aktdan müəyyən olunur ki, xx xxxxxx 2021-ci il tarixdə saat 09:30-da iş günü olmasına baxmayaraq filialın giriş qapısının bağlı olduğu, filial direktorunun və filialın digər əməkdaşlarının Cəmiyyətin hər hansı səlahiyyətli şəxsinə məlumat vermədən və hər hansı üzrlü səbəb olmadan işə gəlmədiyi, filial direktoru İddiaçı sərtləşdirilmiş karantin rejiminin tətbiq olunduğu xx xxxxxx 2020-xx xxxxxx 2021-ci il tarixləri arasında ona aid məlumatlar icaze.e-gov.az portalına daxil edildiyi, yəni işə gəlməli olduğu halda heç bir üzürlü səbəb olmadan yoxlamanın keçirildiyi xx xxxxxx 2021-ci il tarixdə iş vaxtı ərzində iş yerinə gəlməməsi müəyyən edilmişdir. İddiaçıla istifadəsində olan mobil nömrələrlə müxtəlif vaxtlarda və müddətlərdə telefon vasitəsi ilə əlaqə saxlanılaraq filialın iş vaxtı olduğundan iş yerinə gəlməsi, əmək funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməsi bildirilsə də, o, bundan hər hansı üzürlü səbəb olmadan imtina edərək boyun qaçırmış, işə gəlməyəcəyini bildirmiş və iş vaxtının sonuna qədər iş yerinə gəlməmişdir. İddiaçı xx xxxxxx 2021-ci il heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməmiş, əmək funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmişdir. Məhkəməyə təqdim edilmiş videogörüntü diskindən görünür ki, iddiaçı 06 yanvar tarixində iş yerində olmamış və iş yerinin qapısı bağlı olmuşdur. İş materiallarında olan Kürdəmir rayon Mərkəzi Xəstəxanasının xx xxxxxx 2021-ci il tarixli 52 saylı arayışından görünür ki, iddiaçının qızı, Abuşova X2 şəhər Poliklinika şöbəsində dispanser qeydiyyatındadır. Beləliklə, işin materiallarından da göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında xx xxx 2017-ci il tarixli 42 saylı Əmək müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt filialının direktoru vəzifəsinə işə qəbul edilmişdir. Cavabdehin xx xxxxxx 2020-ci il tarixli AS-K-20/236 saylı "Filial və nümayəndəliklərin fəaliyyətinin yoxlanılması ilə bağlı" Əmri ilə xx xxxxxx 2021-ci il tarixdə Sumqayıt filialının əməkdaşlarının əmək müqavilələrinin şərtlərinə əməl etmə vəziyyətinin, həmçinin filiala təhkim edilmiş inventarların mövcudluğunun və sazlığının yoxlanılmasının həyata keçirilməsi nəzərdə tutulmuşdur. xx xxxxxx 2021-ci il tarixdə xxxx” Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt filialında yoxlama həyata keçirilmiş, yoxlama zamanı saat 09:30-da iş günü olmasına baxmayaraq filialın giriş qapısının bağlı olduğu, filial direktorunun və filialın digər əməkdaşlarının Cəmiyyətin hər hansı səlahiyyətli şəxsinə məlumat vermədən və hər hansı üzrlü səbəb olmadan işə gəlmədiyi, filial direktoru İddiaçı sərtləşdirilmiş karantin rejiminin tətbiq olunduğu xx xxxxxx 2020-xx xxxxxx 2021-ci il tarixləri arasında ona aid məlumatlar icaze.e-gov.az portalına daxil edildiyi, yəni işə gəlməli olduğu halda heç bir üzürlü səbəb olmadan yoxlamanın keçirildiyi xx xxxxxx 2021-ci il tarixdə iş vaxtı ərzində iş yerinə gəlməməsi müəyyən edilmişdir. İddiaçıla istifadəsində olan mobil nömrələrlə müxtəlif vaxtlarda və müddətlərdə telefon vasitəsi ilə əlaqə saxlanılaraq filialın iş vaxtı olduğundan iş yerinə gəlməsi, əmək funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməsi bildirilsə də, o, bundan hər hansı üzürlü səbəb olmadan imtina edərək boyun qaçırmış, işə gəlməyəcəyini bildirmiş və iş vaxtının sonuna qədər iş yerinə gəlməmişdir. Bununla da İddiaçı xx xxxxxx 2021-ci il heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməmiş, əmək funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmişdir. Yoxlama komissiyası tərəfindən bu barədə akt tərtib edilmişdir. Cavabdehin xx xxxxxx 2021-ci il tarixli AS-k-21/08 saylı Əmri ilə iddiaçı ilə bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsinin "a" bəndində sadalanan hallara istinadən bu Məcəllənin 70-ci maddəsinin "ç" bəndinə əsasən xx xxxxxx 2021-ci il tarixdə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilər. Həmin Məcəllənin 72-ci maddəsinin "a" bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı, cavabdeh tərəfindən tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli aktda qeyd olunanları təkzib edən hər hansı bir sübut məhkəməyə təqdim etməmiş, eyni zamanda iddia ərizəsində aktda göstərilənlərin əksi əsaslandırılmamışdır. Əksinə cavabdeh tərəfindən iddiaçının işdən azad olunmasına dair əmrin verilməsinə əsas olan bütün subutlar məhkəməyə təqdim edilmiş, həmin sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçının xx xxxxxx 2021-ci il tarixdə iş günü olmasına baxmayaraq, iş gününün sonuna qədər işə gəlməmiş, hətta bu barədə ona xəbərdarlıq edilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb olmadan imtina etmiş, əmək funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmişdir. Bununla da iddiaçı tərəfindən əmək vəzifələri kobud şəkildə pozulmuşdur. Eyni zamanda, məhkəmə iddiaçının övladının sağlamlıq imkanlarının məhdud olması ilə bağlı gətirdiyi dəlilini məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallara əsasən əsassız hesab edir. Belə ki, məhkəmə tədqiqatı zamanı iddiaçı tərəfindən onun övladının sağlamlıq imkanlarının məhdud olması barədə cavabdehə məlumat verilməməsi, cavabdehin bu haldan məlumatının olmaması müəyyən edilmişdir. Habelə, iddiaçı tərəfindən həmin məlumatın cavabdehə verilməsi barədə də hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Həmçinin qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, məhkəmə tədqiqatı zamanı cavabdehin xx xxxxxx 2021-ci il tarixli AS-k-21/08 saylı əmrinin ləğv edilməsi üçün qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilmədiyindən iddia əmrin ləğv edilməsi və işə bərpa hissəsi təmin edilmədiyindən və sonraki tələb olan ödənilməmiş əmək haqqının və hüquqi yardımla bağlı 300 manat hüquqi yardım xərcinin ödənilməsi hissəsi də prosessual qənaət prinsipini nəzərə almaqla əmrin ləğv edilməsi, işə bərpa hissəində tələbi təmin edilmədiyindən iddia qalan hissədə də təmin oluna bilməz. Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə işin bütün hallarının məcmusuna, hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı «əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının, hüquqi xidmət xərcinin və dövlət rüsumunun ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməli, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı «əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının, hüquqi xidmət xərcinin və dövlət rüsumunun ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №e-2(006)-2284/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2284/2021
12.03.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver