Məhkəmə qərarları › İş №e-2(006)-2371/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-2371/2022

20.06.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-2371/2022 20.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı "işə bərpa" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı "işə bərpa" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə barışıq sazişini təqdim etməklə tərəflərin hazırkı mülki işi barışıq sazişini bağlamaqla yekunlaşdırmaq niyyətində olduqlarını və qarşılıqlı razılığa gələrək müəyyən şərtlərlə hazırkı barışıq sazişini imzaladıqlarını bildirmişdir. Təqdim olunan barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə "işə bərpa" tələbi ilə bağlı tərəflər arasında barışıq sazişinin imzalandığını, barışıq sazişinin şərtləri ilə razı olduğunu bildirmiş, iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Barışıq sazişindən görünür ki, tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər:

1. “Birinci tərəf (İddiaçı) bu Sazişin qüvvəyə minməsi ilə birlikdə ikinci tərəfə ("xxxx" QSC) qarşı əmək münasibətləri ilə bağlı hər hansı iddiasının, o cümlədən maddi və mənəvi ziyana dair hər hansı tələbinin olmamasını qəbul edir.”

2. “Birinci tərəf (İddiaçı) bu Sazişin qüvvəyə minməsi ilə birlikdə onun əmək kitabçasına müvafiq düzəlişlərin edilməsi məqsədilə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə uyğun tərtib edilmiş və imzalanmış işdən çıxmaya dair ərizə formasını 2(iki) iş günü müddətində ikinci tərəfə ("xxxx" QSC) təqdim edir.”

3. “Birinci tərəf (İddiaçı) ikinci tərəflə ("xxxx" QSC) əmək münasibətlərində olduğu müddət ərzində əmək funksiyalarının icrası zamanı və ya əmək fəaliyyəti ilə əlaqəli ona bəlli olan məlumatların (müştəri bazası, satış məlumatları və digər əlaqəli məlumatlar daxil olmaqla, lakin bununla məhdudlaşmayaraq) konfidensial olmasını və bu məlumatların açıqlanması halında qanunvericiliyə müvafiq olaraq məsuliyyət daşıyacağını qəbul edir.”

4. “Birinci tərəf (İddiaçı) bu Sazişin qüvvəyə minməsi və ikinci tərəfə ("xxxx" QSC) ərizəni verdiyi andan 5 iş günü müddətində əmək kitabçasına düzəliş edilməsini tələb edə bilər.”

5. “Birinci tərəf (İddiaçı) bu Sazişdə nəzərdə tutulan ikinci tərəfə ("xxxx" QSC) aid olan müddəaların həyata keçirilməsini tələb edə və ya əks halda qanunvericiliyə müvafiq olaraq aidiyyəti tədbirlər görə bilər.”

6. “İkinci tərəf ("xxxx" QSC) bu Sazişin qüvvəyə minməsi ilə birlikdə birinci tərəfin (İddiaçı) ərizəsi ona təqdim edildiyi andan 5 iş günü müddətində müvafiq əmək kitabçasındakı işdən çıxarılmanın əsası qismində çıxış edən qeydə düzəliş edir və AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndini həmin Məcəllənin 68-ci maddəsinin “a” bəndinə dəyişir.”

7. “Bu Sazişin qüvvəyə minməsi ilə birlikdə ikinci tərəf ("xxxx" QSC) birinci tərəfə (İddiaçı) aid əmək kitabçasına düzəlişdən sonra xitam verilmə əsasının dəyişilməsininin qeydiyyatına dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə məlumat verir və müvafiq mərkəzləşdirilmiş elektron informasiya sistemində həmin qeydiyyat üçün öz səlahiyyətləri daxilində zəruri tədbirlər görür.”

8. “İkinci tərəf ("xxxx" QSC) birinci tərəfdən (İddiaçı) müvafiq ərizənin verilməsini tələb edə və yalnız ərizə verildikdən sonra əmək kitabçasına və mərkəzləşdirilmiş elektron informasiya sisteminə məlumat verə bilər.”

9. “İkinci tərəf ("xxxx" QSC) bu Sazişdə nəzərdə tutulan birinci tərəfə (İddiaçı) aid olan müddəaların həyata keçirilməsini tələb edə və ya əks halda qanunvericiliyə müvafiq olaraq aidiyyəti tədbirlər görə bilər.”

10. “Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir.”

11. “Sazişin imzalanması tərəflər arasında mövcud olmuş əmək münasibətlərinin yaranması və ona xitam verilmə əsaslarının qanuna və hüquqa zidd olması anlamına gəlmir. Tərəflər razılaşırlar ki, hazırkı Sazişdəki heç bir müddəa hər hansı təqsir və ya digər hərəkət və ya hərəkətsizliyinin etirafı kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz.”

12. “Tərəflər qanunvericilikdə nəzərdə tutulan məcburedici hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz.”

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.3-cü və 52.4-cü maddələrinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə bu hərəkəti qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Mülki-Prosessual Məcəllənin 191-ci maddəsinə əsasən tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə oluna bilər. Hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1 və 262.4-cü maddələrinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı "işə bərpa" tələbinə dair mülki iş ilə əlaqədar bağlanmış və müvafiq şərtləri özündə əks etdirən xx.xx.2022-ci il tarixli barışıq sazişi qanuna zidd olmadığından və iş üzrə tərəflərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməli, mülki iş üzrə icraata xitam verilməli, tərəflərə Mülki-Prosessual Məcəllənin 262.4cü maddəsinin tələbləri izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

İddiaçı cavabdeh "xxxx" QSC arasında bağlanmış və aşağıdakı şərtləri özündə əks etdirən xx.xx.2022-ci il tarixli barışıq sazişi təsdiq edilsin:

1. “Birinci tərəf (İddiaçı) bu Sazişin qüvvəyə minməsi ilə birlikdə ikinci tərəfə ("xxxx" QSC) qarşı əmək münasibətləri ilə bağlı hər hansı iddiasının, o cümlədən maddi və mənəvi ziyana dair hər hansı tələbinin olmamasını qəbul edir.” məzmunlu barışıq sazişi təsdiq edilsin.

2. “Birinci tərəf (İddiaçı) bu Sazişin qüvvəyə minməsi ilə birlikdə onun əmək kitabçasına müvafiq düzəlişlərin edilməsi məqsədilə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə uyğun tərtib edilmiş və imzalanmış işdən çıxmaya dair ərizə formasını 2 (iki) iş günü müddətində ikinci tərəfə ("xxxx" QSC) təqdim edir.” məzmunlu barışıq sazişi təsdiq edilsin.

3. “Birinci tərəf (İddiaçı) ikinci tərəflə ("xxxx" QSC) əmək münasibətlərində olduğu müddət ərzində əmək funksiyalarının icrası zamanı və ya əmək fəaliyyəti ilə əlaqəli ona bəlli olan məlumatların (müştəri bazası, satış məlumatları və digər əlaqəli məlumatlar daxil olmaqla, lakin bununla məhdudlaşmayaraq) konfidensial olmasını və bu məlumatların açıqlanması halında qanunvericiliyə müvafiq olaraq məsuliyyət daşıyacağını qəbul edir.” məzmunlu barışıq sazişi təsdiq edilsin.

4. “Birinci tərəf (İddiaçı) bu Sazişin qüvvəyə minməsi və ikinci tərəfə ("xxxx" QSC) ərizəni verdiyi andan 5 iş günü müddətində əmək kitabçasına düzəliş edilməsini tələb edə bilər.” məzmunlu barışıq sazişi təsdiq edilsin.

5. “Birinci tərəf (İddiaçı) bu Sazişdə nəzərdə tutulan ikinci tərəfə ("xxxx" QSC) aid olan müddəaların həyata keçirilməsini tələb edə və ya əks halda qanunvericiliyə müvafiq olaraq aidiyyəti tədbirlər görə bilər.” məzmunlu barışıq sazişi təsdiq edilsin.

6. “İkinci tərəf ("xxxx" QSC) bu Sazişin qüvvəyə minməsi ilə birlikdə birinci tərəfin (İddiaçı) ərizəsi ona təqdim edildiyi andan 5 iş günü müddətində müvafiq əmək kitabçasındakı işdən çıxarılmanın əsası qismində çıxış edən qeydə düzəliş edir və AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndini həmin Məcəllənin 68-ci maddəsinin “a” bəndinə dəyişir.” məzmunlu barışıq sazişi təsdiq edilsin.

7. “Bu Sazişin qüvvəyə minməsi ilə birlikdə ikinci tərəf ("xxxx" QSC) birinci tərəfə (İddiaçı) aid əmək kitabçasına düzəlişdən sonra xitam verilmə əsasının dəyişilməsininin qeydiyyatına dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə məlumat verir və müvafiq mərkəzləşdirilmiş elektron informasiya sistemində həmin qeydiyyat üçün öz səlahiyyətləri daxilində zəruri tədbirlər görür.” məzmunlu barışıq sazişi təsdiq edilsin.

8. “İkinci tərəf ("xxxx" QSC) birinci tərəfdən (İddiaçı) müvafiq ərizənin verilməsini tələb edə və yalnız ərizə verildikdən sonra əmək kitabçasına və mərkəzləşdirilmiş elektron informasiya sisteminə məlumat verə bilər.” məzmunlu barışıq sazişi təsdiq edilsin.

9. “İkinci tərəf ("xxxx" QSC) bu Sazişdə nəzərdə tutulan birinci tərəfə (İddiaçı) aid olan müddəaların həyata keçirilməsini tələb edə və ya əks halda qanunvericiliyə müvafiq olaraq aidiyyəti tədbirlər görə bilər.” məzmunlu barışıq sazişi təsdiq edilsin.

10. “Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir.” məzmunlu barışıq sazişi təsdiq edilsin.

11. “Sazişin imzalanması tərəflər arasında mövcud olmuş əmək münasibətlərinin yaranması və ona xitam verilmə əsaslarının qanuna və hüquqa zidd olması anlamına gəlmir. Tərəflər razılaşırlar ki, hazırkı Sazişdəki heç bir müddəa hər hansı təqsir və ya digər hərəkət və ya hərəkətsizliyinin etirafı kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz.” məzmunlu barışıq sazişi təsdiq edilsin.

12. “Tərəflər qanunvericilikdə nəzərdə tutulan məcburedici hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz.” məzmunlu barışıq sazişi təsdiq edilsin.

İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı "işə bərpa" tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar