Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2373/2024 28.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) X2, Cavabdeh3 ASC-nin nümayəndələri X15 və Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2nə, Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinə, X12, Cavabdeh5 Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh1nə qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdehlər Cavabdeh2nə, Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinə, X12, Cavabdeh5 Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh1nə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh3 ASC-dən birgə qaydada 942.800 manat ziyan, 170.608 manat illik 5 faiz olmaqla, cəmi 1.113.408 manatın alınaraq ona ödənilməsi, Cavabdeh1 MTK-nın Bakı şəhəri Nəsimi rayonu S.Salayev və A.Qurbanov küçələrinin kəsişməsindəki 364-cü məhəllədə inşa edilmiş çoxmənzilli yaşayış binasının 4-cü blokunun 2-ci mərtəbəsindəki 226 saylı mənzilin və Cavabdeh5 MMC-nin Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi 2520-2522-ci məhəllədə inşa edilmiş çoxmənzilli yaşayış binasında 7, 21, 87, 107 saylı mənzillərin onun hesabına cavabdeh X8 adına rəsmiləşdirmələrinin qanunsuz hesab edilməsi, dövlət rüsumunun cavabdehlərə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh3 ASC arasında bağlanmış 13 mart 2016-cı il tarixli 07/BV-ZM-0016 saylı zaminlik müqaviləsinə əsasən o, zamin olaraq Cavabdeh2 MMC-nin Cavabdeh3 ASC-yə olan borcunun ödənilməsinə təminat olaraq zamin kimi borcu ödəmək öhdəliyini üzərinə götürmüş, zaminlik müqaviləsi bağlandıqdan sonra 285.000 manat məbləğində pul ödəmişdir. Bundan əlavə 598 m2 sahəsi olan mənzillər isə ümumilikdə 657.800 manat dəyərində qiymətləndirilərək onun zərəri hesabına Cavabdeh3 ASC-nin təqdim etdiyi X8 adına rəsmiləşdirilib və sonuncu həmin mənzilləri satıb. O, pulları ödədikdən və mənzillər satıldıqdan sonra xx.xx.2020-ci il tarixdə xx.xx.2016-cı il tarixli 07/BV-ZM-0016 saylı zaminlik müqaviləsinə xitam verilmişdir. Lakin Cavabdeh2 MMC-nin əvəzinə ödədiyi 942.800 manat ona qaytarılmamış və buna görə o, ziyana düşmüşdür. Müqaviləyə xitam verildiyi vaxtdan bu günə kimi keçən 3 il 226 gün üçün cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh3 ASC ona ödədiyi 942.800 manatın illik 5 faizini – 170.608 manat ödəməlidirlər. Sonradan ona məlum olmuşdur ki, nə 285.000 manat məbləğində nağd pul və nə də mənzillərin satışından əldə olunan vəsait banka mədaxil edilməmişdir. O, cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh3 ASCdən ödədiyi 285.000 manat məbləğində pulu və 598 m2 sahəsi olan mənzillərin 657.800 manat dəyərini, ümumilikdə 942.800 manatı tələb etsə də, tələbi təmin edilməmişdir. O, pulları ödədikdən sonra Cavabdeh3 ASC Cavabdeh2 MMC-yə qarşı tələbini təsdiqləyən sənədləri ona təqdim etməmiş və həmin tələbi təmin edən hüquqları verməmişdir. Cavabdehlər "xxxx" MTK və Cavabdeh1 MTK mənzilləri cavabdeh Orxanın adına rəsmiləşdirsələr də, 657.800 manat dəyəri onun zərərinə hesablanmışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi (vəkili) X9 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iddiaçı ilə Cavabdeh3 ASC arasında bağlanmış 07/BV- ZM-0016 saylı 13 mart 2016-cı il tarixli zaminlik müqaviləsinə və həmin müqaviləyə əlavələrin icrası ilə əlaqədar “Tərəqqi-Tikinti" MTK-nın inşa etdiyi, iddiaçıya məxsus, Bakı şəhəri Nəsimi rayonu S.Salayev və A.Qurbanov küçələrinin kəsişməsindəki 364-cü məhəllədə inşa edilmiş çoxmənzilli yaşayış binasının 4-cü blokunun 2-ci mərtəbəsindəki 226 saylı mənzil İddiaçı və "xxxx" ASC-nin istəyinə uyğun olaraq X8 adına rəsmiləşdirilmiş hesab olunub sonra da xx.xx.2016-cı il tarixdə yenə də Cavabdeh3 ASC-nin istəyinə uyqun olaraq X17 adına rəsmiləşdirilməklə satılıb. Bu səbəblərdən iddia ərizəsinin Cavabdeh1 MTK-ya münasibətdə təmin olunmamasını, lakin digər hissələrdə iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh3 ASC-nin nümayəndəsi X21 məhkəmə iclasında iddia tələbini qəbul etmədi, iddiaya etirazda və iddia müddəti tətbiq edilməsi barədə ərizədə qeyd olunanlara əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddianın banka aid hissədə əsassız olduğundan və iddia müddəti ötürüldüyündən rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh3 ASC-nin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbini qəbul etmədi, iddiaya etirazda və iddia müddəti tətbiq edilməsi barədə ərizədə qeyd olunanlara əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddianın banka aid hissədə əsassız olduğundan və iddia müddəti ötürüldüyündən rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh3 ASC-nin nümayəndəsi Nümayəndə2 həmçinin iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, hazırki mülki iş üzrə iddia müddəti ötürüldüyündən iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh5 MMC məhkəməyə iddiaya etiraz məzmunlu ərizə (məlumat) göndərərək göstərmişdir ki, İddiaçı ilə Cavabdeh3 ASC arasında bağlanmış 07/BV-ZM- 0016 saylı 13 mart 2016-cı il tarixli zaminlik müqaviləsinə və həmin müqaviləyə əlavələrə əsasən "xxxx" MMC-nin inşa etdiyi, İddiaçı məxsus olmuş Bakı şəhəri Nizami rayonu Nəsimi küçəsi 2520-2522-ci məhəllədə inşa edilmiş çoxmənzilli yaşayış binasında 7, 21, 87, 107 saylı mənzillər onun və Cavabdeh3 ASC-nin istəyinə uyğun olaraq X8 adına rəsmiləşdirilmiş hesab olunub, sonra da Cavabdeh3 ASC-nin istəyinə uyğun olaraq - 21 saylı mənzil xx.xx.2016-cı ildə X6, 7 saylı mənzil xx.xx.2017-ci ildə X10, 107 saylı mənzil xx.xx.2017-ci ildə X13, 87 saylı mənzil xx.xx.2017-ci ildə X1. 21 saylı mənzil X8 ərizəsi, 7, 87 və 107 saylı mənzillər isə onun verdiyi etibarnamə əsasında Cavabdeh3 ASC-nin hüquqşünası işləmiş X3 imzaladığı ərizələr əsasında satılıb. Qeyd olunanların nəzərə alınmasını və iddia tələbinin "xxxx" MMC-yə aid hissədə təmin olunmamasını xahiş etmişlər. Cavabdeh1 MTK-nın nümayəndəsi (vəkili) Vəkil məhkəməyə yazılı izahat göndərərək qeyd etmişdir ki, iddiaçı ilə Cavabdeh3 ASC arasında bağlanmış 13 mart 2016-cı il tarixli 07/BV-ZM-0016 saylı zaminlik müqaviləsinə və həmin müqaviləyə əlavələrin icrası ilə əlaqədar Cavabdeh1 MTK-nın inşa etdiyi, iddiaçıya məxsus, Bakı şəhəri Nəsimi rayonu S.Salayev və A.Qurbanov küçələrinin kəsişməsindəki 364-cü məhəllədə inşa edilmiş çoxmənzilli yaşayış binasının 4-cü blokunun 2-ci mərtəbəsindəki 226 saylı mənzil İddiaçı və Cavabdeh3 ASC-nin istəyinə uyğun olaraq X8 adına rəsmiləşdirilmiş hesab olunub, sonra da xx.xx.2016-cı il tarixdə yenə də Cavabdeh3 ASCnin istəyinə uyğun olaraq X17 adına rəsmiləşdirilməklə satılıb. Göstərilənlərin nəzərə alınaraq, iddianın Cavabdeh1 MTK-ya münasibətdə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh2 MMC-nin, Cavabdeh5 MMCnin, Cavabdeh1 MTK-nın nümayəndələri və X18 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərabycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlər Cavabdeh2 MMC-nin, Cavabdeh5 MMC-nin, Cavabdeh1 MTK-nın nümayəndələrinin və X8 iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları: Cavabdeh3 ASC məhkəməyə iddiaya etiraz, eləcə də, iddia müddətinin tətbiq edilməsi barədə ərizə göndərərək göstərmişdir ki, Cavabdeh3 ASC-yə aid hissədə iddia ərizəsi əsassız olduğundan rədd edilməlidir. Cavabdeh3 ASC iddiaçıya, eyni zamanda Cavabdeh2 MMC-yə qarşı iddia tələbi irəli sürülməmişdir. Buna baxmayaraq İddiaçı hazırki iddia tələbi üzrə Cavabdeh3 ASC-ni cavabdeh olaraq göstərməsi, o cümlədən iddia tələbi üzrə onun hesablaması ilə ona dəymiş ziyan məbləğinin Cavabdeh3 ASC-dən tələb etməsi ümumiyyətlə heç bir hüquqi məntiqlə bir araya gəlmir. İddiaçı ödənişi həyata keçirdikdən sonra bank tərəfindən ona xəzinə mədaxili barədə qəbz verilmişdir. Lakin güman edirlər ki, iddiaçı həmin sənədləri itirmişdir və hal-hazırda həmin sənədləri təqdim edə bilmədiyindən əsassız olaraq aldadıldığını bildirir, halbuki iddiaçıya müvafiq arayışlar təqdim edilmişdir. Ödənişdən xeyli müddət keçdiyindən və borc ödənildiyindən hal-hazırda əməliyyat sənədlərini nə bankın sistemində, nə də kağız daşıyıcıda aşkar etmək mümkün olmamışdır. Bundan əlavə, hazırda bankın həmin öhdəlik üzrə hər hansı tələbi mövcud olmadığından tələbi təsdiq edən sənədləri (ödənişi təsdiq edən sənədlər, kassa məxaric orderləri, çek, qəbzlər və s.) də təqdim etmək öhdəliyi də mövcud ola bilməz. Bütün bunları nəzərə alaraq, bankın hazırki iş üzrə tələbin irəli sürüldüyü cavabdeh qismində çıxış etməsinin hüquqi əsası qalmır. Belə ki, Cavabdeh3 ASC (əvvəlki adı «X29» ASC) ilə Cavabdeh2 MMC arasında xx.xx.2011-ci il tarixli, 07/BV-QM-0011 saylı Qarantiya müqaviləsi bağlanaraq, cavabdehin öhdəliklərinə təminat verilib. Həmin öhdəlik üzrə Cavabdeh3 ASC qarşısında yaranmış faiz borcları Cavabdeh2 MMC tərəfindən vaxtında ödənilməmiş və nəticədə yaranmış qalıq borclarının ödənilməsi məqsədilə Cavabdeh2 MMC ilə bank arasında danışıqlar aparılmış, borcun ödənilməsi, öhdəliklərin icrasının təmini məqsədilə 2016-cı il tarixdə İddiaçı ilə Cavabdeh3 ASC arasında zaminlik müqaviləsi bağlanılmışdır. Daha sonra zamin İddiaçı tərəfindən Cavabdeh2 MMC-nin Cavabdeh3 ASC qarşısında yaranmış öhdəlikləri yerinə yetirilmiş və müvafiq qaydada icranı təsdiq edən sənədlər ödənişi həyata keçirən şəxslərə təqdim edilmişdir. Ödənilmiş vəsait borcun bağlanılmasına yönəldilmişdir və borcalanın əvəzinə ödənilmiş həmin vəsaitin iddiaçı tərəfindən bankdan geri tələb edilməsinin heç bir hüquqi əsası yoxdur. Belə ki, tərəflərin iradə azadlığı prinsipinə uyğun olaraq, zaminlik müqaviləsi imzalamaqla, zamin Cavabdeh2 MMC-nin Cavabdeh3 ASC qarşısındakı öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüş və daha sonra öhdəlik icra edilmədiyi üçün cavabdehlə birgə məsuliyyət daşıdığı əsas müqavilə üzrə qalıq borcu ödəmişdir. Zaminin iddia ərizəsində qeyd etdiyi ziyanı reqres qaydada xeyrinə ödənişi həyata keçirdiyi Cavabdeh2 MMC-dən tələb edə bilər və zaminin həyata keçirdiyi ödənişi ziyan adlandıraraq həmin vəsaitin bankdan geri qaytarılması tələbi əsassızdır. İddia ərizəsində banka dair qeyd edilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.2-ci maddəsinə əsasən, zamin öhdəliyi icra etdikdən sonra, kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Tələbin əsasını təsdiq edən sənədlər ödənişi həyata keçirən şəxslərə verilmişdir. Borclunun bank qarşısında mövcud olan öhdəliklərini icra edən şəxsin kimliyinin müəyyənləşdirilməsi və borcun hansı vasitələrlə geri qaytarılması barədə sübutetmə vəzifəsinin bankın üzərinə öhdəlik kimi qoyulması ağlabatanlıq prinsiplərinə, hüquqi məntiqə və tənzimetməyə uyğun hesab edilə bilməz, çünki ayrı-ayrı vaxtlarda qalıq borclar banka geri qaytarıldığı, öhdəlik yerinə yetirildiyi zaman bank tərəfindən ödənişi həyata keçirən şəxslərə lazımi qəbz, eləcə də ödənişi təsdiq edən bütün sənədlər təqdim edilmiş, müvafiq qaydada borc üzrə münasibətlərə xitam verilmişdir (həmçinin xx.xx.2016, xx.xx.2020, xx.xx.2020-ci il tarixli arayışlar iş materiallarına əlavə edilib). Göstərilənlərə əsasən hazırki iş üzrə Cavabdeh3 ASC-nin cavabdeh qismində cəlb edilməsinin hüquqi mahiyyəti olmadığından, hazırki iş üzrə tərəflərə və onların subyektiv hüquq və vəzifələrinə, Cavabdeh3 ASC-nin hazırki mülki iş üzrə cavabdehlikdən çıxarılması məsələsinə məhkəmə tərəfindən baxılmalıdır. İddia ərizəsində qeyd edilən mənzillərin isə Bankla ümumiyyətlə hər hansı əlaqəsi mövcud deyil və iddiaçı bu əlaqəni sübut edən hərhansı dəlilləri məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən həmin hissədə də iddia tələbi tamamilə əsassızdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsi üzrə Cavabdeh3 ASC-nin cavabdehlikdən çıxarılması və həmin hissədə iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdeh3 ASC məhkəməyə məlumat göndərərək göstərmişdir ki, Cavabdeh1 MTK və iddiaçının nümayəndəsi Ağaveys Şahverdi tərəfindən banka qarşı qabaqcadan birgə səylə, qərəzli olaraq, heç bir sənəddə bankın adı qeyd olunmayan, sənədlərdə adları qeyd edilmiş əmlak və şəxslərlə bankın əlaqəsi olmayan və məhz sonuncu baxış iclasına (xx.xx.2024-cü il tarixli) 2 gün qalmış, yəni xx.xx.2024-cü il tarixli vəsatət və bir neçə əsassız ərizələr, izahatlar təqdim etmişlər. Məhkəmə baxışında tərəflər onlara məlum olan sübutları təqdim edə bilməz. Yalnız sonuncu hazırlıq iclasında təqdim edilə bilər. Belə ki, təqdim edilmiş sənədlər yalnız məhkəmənin əsassız uzadılmasına gətirib çıxarır. İddiaçının öz iddiasına dair qərəzli, şübhəli mövqe ortaya qoyması, banka dair hissədə mövqeyini ayrılıqda tam əsaslandırmaması, habelə məhkəmənin bu vaxtadək işin tam, hərtərəfli, obyektiv baxılmasına mane olmaq, süni şəkildə məhkəmə prosesinin uzadılması məhkəmə tərəfindən nəzərə alınmasını, bu barədə ciddi tədbirlərin görülməsini və yekun qərarın qəbul edilməsini məqsədəmüvafiq hesab edirlər. Zamin borcalanın xeyrinə öhdəliyin icrasını həyata keçirdiyi halda onun yalnız reqres qaydada borcalandan tələbetmə hüququ yaranır. Belə olan halda iddiaçının digərlərindən deyil, məhz banka qarşı hər hansı tələbin irəli sürülməsi əsassız və qanunsuzdur. Belə ki, bank tərəfindən zaminə reqres qaydada tələbetmə hüququna əsas verən arayışlar və digər ödənişi təsdiq edən sənədlər ödənişin həyata keçirildiyi zaman qanunvericiliyə, bankdaxili qaydalara, habelə müştərinin tələbləri nəzərə alınmaqla, müvafiq qaydada təhvil verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu iş üzrə bankın qarşı tərəfdən hər hansı tələbi mövcud deyil, belə ki, prosessual qanunvericiliyin tələblərinə əsasən, hər bir tərəf irəli sürdüyü faktları və halları sübut etməyə borcludur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Belə ki, Mülki Prosessual Məcəllənin 174.5-ci maddəsinə əsasən, Məhkəmə, işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən, o cümlədən dəfələrlə açıq-aşkar əsassız vəsatət və ya şikayətlər verən işdə iştirak edən şəxsləri, onların nümayəndələrini və ya vəkillərini 500 manatadək cərimə edə bilər. Cərimənin məbləği məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir. Həmin Məcəllənin 78.1-1-ci maddəsinə əsasən, «Elektron məhkəmə» informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslər yazılı sübutları yalnız «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edirlər. Bununla belə bu qaydada təqdim olunmuş yazılı sübutun həqiqiliyi şübhə doğurarsa, məhkəmə həmin yazılı sübutun əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edə bilər. Banka qarşı tərəfin 5 % bəndi ilə cərimə hesablamasının isə heç bir hüquqi əsası yoxdur belə ki, bank öz hərəkət və hərəkətsizliyi ilə tərəfə ziyan vurmayıb. Baxış iclaslarının birində iddiaçının nümayəndəsi qeyd etmişdir ki, guya hazırki iş üzrə vurulmuş ziyanla iddia qaldırdığından iddia müddəti keçməyib. Lakin nümayəndə onu da unudub ki, hüquqlarını müdafiə etdiyi şəxs məhz zaminlik müqaviləsinə əsasən, yəni müqavilədən irəli gələn öhdəliyi icra etmişdir. Müqaviləyə isə 2020-ci il taixdə xitam verilib. 3 illik iddia müddəti bitib. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, məhkəmədən tərəflərindən verilmiş etiraz və iddia müddətinin tətbiqinə dair ərizəyə münasibət bildirilməsini, iddiaçının təqdim etdiyi vəsatət və ona edilmiş əlavələrin əsassız olduğundan, həmin sənədlərdə Cavabdeh3 adı qeyd edilməməsi, həmin şəxslərin və mənzillərin bankla əlaqəsi olmadığından rədd edilməsini, bir daha ümumiyyətlə, iddianın Cavabdeh3 ASC-yə dair hissədə iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 20 iyul 2010-cu il tarixli 82 saylı müqavilədən görünür ki, sifarişçi X18 ilə podratçı Cavabdeh1 MTK arasında Bakı şəhəri Nəsimi rayonu S.Salayev küçəsi 37A (S.Salayev və A.Qurbanov küçələrinin kəsişməsindəki 364-cü məhəllədə) 4-cü blok 2-ci mərtəbə 2 otaqlı 226 saylı mənzilin (tam sahəsi eyvan qarışıq 94,0 m2 olmaqla) tikintisinə dair razılaşdırılmış şərtlər daxilində müqavilə bağlanmışdır. Cavabdeh1 MTK-nın arayışından görünür ki, X18 Bakı şəhəri Nəsimi rayonu S.Salayev küçəsi 37A (S.Salayev və A.Qurbanov küçələrinin kəsişməsindəki 364-cü məhəllədə) yerləşən 4-cü blok 2-ci mərtəbə 2 otaqlı 226 saylı 94,0 m2-lik yaşayış sahəsinin tam dəyərini 94.000 manatı xx.xx.2010-cu il tarixdə kooperativə ödəmişdir və heç bir borcu yoxdur. Qarant "xxxx" ASC ilə prinsipal Cavabdeh2 MMC arasında 04 fevral 2011-ci il tarixdə bağlanmış 07/BV-QM-0011 saylı qarantiya müqaviləsindən görünür ki, prinsipal Cavabdeh2 MMC ilə benefisiar "xxxx" ASC arasında bağlanmış 02 fevral 2011-ci il tarixli 02/11 saylı müqavilənin şərtlərini təmin etmək üçün prinsipalın həmin müqavilənin şərtlərinə riayət etməsi, qarantın isə 04 fevral 2011-ci il tarixdən ona qarantiya verməsi (1.1); qarantın hazırki qarantiya üzrə məsuliyyət həddinin 4.000.000 manat təşkil etməsi və prinsipal tərəfindən müqaviləyə əsasən öhdəçiliyini yerinə yetirdikcə azalması (1.2); qarantiyanın, 02 fevral 2011-ci il tarixli 02/11 saylı müqavilə üzrə benefisiar tərəfindən prinsipala ayrılmış kredit məbləğinin 2.800.000 manat məbləğinin pripsipalın qarantın 1 saylı filialındakı müvafiq bank hesabına köçürüldükdən sonra qüvvəyə minməsi və 02 fevral 2012-ci il tarixə kimi qüvvədə olması, bu müddətin bitdikdən sonra qarantiyanın öz gücünü itirməsi barədə müqavilə bağlanmışdır. 15 dekabr 2015-ci il tarixli 110-B saylı müqavilədən görünür ki, X18 ilə "xxxx" MMC arasında Bakı şəhəri Nizami rayonu Nəsimi küçəsi 2520-2522-ci məhəllədə inşa ediləcək 2-B saylı yaşayış binasının 2-ci mərtəbəsində 7 saylı mənzilin alqı-satqısı barədə müqavilə bağlanmışdır. Cavabdeh4ov mənzilin dəyərini MMC-yə ödəməyi, MMC isə mənzili inşa edərək Cavabdeh4ova təhvil verməyi öhdəsinə götürmüşdür. Cavabdeh5 MMC-nin xx.xx.2015-ci il tarixli 110-B saylı arayışından görünür ki, X18 həmin tarixdə MMC-yə Bakı şəhəri Nizami rayonu Nəsimi küçəsi 2520-2522-ci məhəllədə yerləşən 2-B saylı binadakı 2-ci mərtəbədə 3 otaqlı 7 saylı 146 m2-lik yaşayış sahəsinin tam dəyərini, yəni 160.600 manatı ödəmişdir. 15 dekabr 2015-ci il tarixli 104-C saylı müqavilədən görünür ki, X18 ilə "xxxx" MMC arasında Bakı şəhəri Nizami rayonu Nəsimi küçəsi 2520-2522-ci məhəllədə inşa ediləcək 3-C saylı yaşayış binasının 4-cü mərtəbəsində 21 saylı mənzilin alqı-satqısı barədə müqavilə bağlanmışdır. Cavabdeh4ov mənzilin dəyərini MMC-yə ödəməyi, MMC isə mənzili inşa edərək Cavabdeh4ova təhvil verməyi öhdəsinə götürmüşdür. Cavabdeh5 MMC-nin xx.xx.2015-ci il tarixli 104-C saylı arayışından görünür ki, X18 həmin tarixdə MMC-yə Bakı şəhəri Nizami rayonu Nəsimi küçəsi 2520-2522-ci məhəllədə yerləşən 3-C saylı binadakı 4-cü mərtəbədə 3 otaqlı 21 saylı 146 m2-lik yaşayış sahəsinin tam dəyərini, yəni 160.600 manatı ödəmişdir. 15 dekabr 2015-ci il tarixli 111-E saylı müqavilədən görünür ki, X18 ilə "xxxx" MMC arasında Bakı şəhəri Nizami rayonu Nəsimi küçəsi 2520-2522-ci məhəllədə inşa ediləcək 4-E saylı yaşayış binasının 14-cü mərtəbəsində 87 saylı mənzilin alqı-satqısı barədə müqavilə bağlanmışdır. Cavabdeh4ov mənzilin dəyərini MMC-yə ödəməyi, MMC isə mənzili inşa edərək Cavabdeh4ova təhvil verməyi öhdəsinə götürmüşdür. Cavabdeh5 MMC-nin xx.xx.2015-ci il tarixli 111-E saylı arayışından görünür ki, X18 həmin tarixdə MMC-yə Bakı şəhəri Nizami rayonu Nəsimi küçəsi 2520-2522-ci məhəllədə yerləşən 4-E saylı binadakı 14-cü mərtəbədə 3 otaqlı 87 saylı 146 m2-lik yaşayış sahəsinin tam dəyərini, yəni 160.600 manatı ödəmişdir. 13 aprel 2016-cı il tarixli 113-B saylı müqavilədən görünür ki, X18 ilə "xxxx" MMC arasında Bakı şəhəri Nizami rayonu Nəsimi küçəsi 2520-2522-ci məhəllədə inşa ediləcək 2-B saylı yaşayış binasının 17-ci mərtəbəsində 107 saylı mənzilin alqı-satqısı barədə müqavilə bağlanmışdır. Cavabdeh4ov mənzilin dəyərini MMC-yə ödəməyi, MMC isə mənzili inşa edərək Cavabdeh4ova təhvil verməyi öhdəsinə götürmüşdür. Cavabdeh5 MMC-nin xx.xx.2016-cı il tarixli 113-B saylı arayışından görünür ki, X18 həmin tarixdə MMC-yə Bakı şəhəri Nizami rayonu Nəsimi küçəsi 2520-2522-ci məhəllədə yerləşən 2-B saylı binadakı 17-ci mərtəbədə 1 otaqlı 107 saylı 66 m2-lik yaşayış sahəsinin tam dəyərini, yəni 72.600 manatı ödəmişdir. 13 may 2016-cı il tarixli 07/BV-ZM-0016 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 MMC ilə «X29» ASC (hazırda Cavabdeh3 ASC) arasında bağlanmış 04 fevral 2011-ci il tarixli qarantiya müqaviləsindən irəli gələn öhdəliklərin icrası məqsədi ilə İddiaçı ilə «X29» ASC arasında zaminlik müqaviləsi bağlanmışdır. 13 may 2016-cı il tarixli zaminlik müqaviləsinə eyni tarixli 01 saylı Əlavədən görünür ki, zamin İddiaçı 02 fevral 2011-ci il tarixli QM-003/11 saylı qarantiya məktubu və 04 fevral 2011-ci il tarixli 07/BV-QM-0011 saylı qarantiya müqaviləsi və ona edilmiş əlavə və dəyişikliklərdən irəli gələn öhdəliyi aşağıdakı qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüş, qarant da həmin öhdəliyi ödəniş cədvəlinə (Əlavə 2) əsasən ödəməyi öhdəsinə götürmüşdür (1.1). Bu əlavə qarantı 04 fevral 2011-ci il tarixli 07/BV-QM-0011 saylı qarantiya və 13 may 2016-cı il tarixli 07/BV-ZM0016 saylı zaminlik müqaviləsi üzrə malik olduğu hüquqlardan məhrum etmir (1.2). Zaminin bu cədvəl üzrə öhdəliyi 2 ay ardıcıl icra etməməsi və ya lazımi qaydada icra etməməsi qaranta ondan borc məbləğini tam şəkildə ödəməyi tələb etmək hüququ verir (1.3). Bu əlavə imzalandığı andan qüvvəyə minir və zaminlik müqaviləsinin ayrılmaz tərkib hissəsidir (1.4). Müqavilənin digər bəndləri dəyişməz olaraq qalır (1.5). Bakı şəhəri 46 saylı notariat kontorunda təsdiq olunmuş 7E-12687 reyestr saylı etibarnamənin surətindən görünür ki, mülkiyyətçi X18 respublika ərazisində adına olan bütün yaşayış və qeyri-yaşayış sahələrini satmağı, alqı-satqı müqavilələrini və digər lazımi sənədləri imzalamağı və sair səlahiyyətləri xx.xx.2016-cı il tarixdən etibarən 1 il müddətinə X4 etibar etmişdir. X8 19 oktyabr 2016-cı il tarixdə Bakı şəhəri 46 saylı notariat kontorunda təsdiq olunmuş 7E-12686 reyestr saylı ərizəsindən görünür ki, o, Cavabdeh1 MTK-nın Bakı şəhəri Nəsimi rayonu S.Salayev və A.Qurbanov küçələrinin kəsişməsindəki 364-cü məhəllədə inşa etdiyi binanın 4-cü blok, 2-ci mərtəbəsindəki 2 otaqlı 94 m2 sahəsi olan 226 saylı mənzilinin özünə məxsus olduğunu, hazırda adına olan həmin mənzilin X17 adına rəsmiləşdirilməsinə heç bir etiraz etmədiyini, gələcəkdə həmin mənzillə bağlı həmin MTK-ya və digər şəxslərə qarşı heç bir tələbi və iddiasının olmayacağını bildirmişdir. X8 26 dekabr 2016-cı il tarixdə Bakı şəhəri 46 saylı notariat kontorunda təsdiq olunmuş 7E-15183 reyestr saylı ərizəsindən görünür ki, o, Cavabdeh5 MMC-nin Bakı şəhəri Nizami rayonu Nəsimi küçəsi 2520-2522-ci məhəllədə yerləşən 3C saylı binadakı 4cü mərtəbədə 3 otaqlı 146 m2 sahəsi olan 21 saylı mənzilinin özünə məxsus olduğunu, hazırda adına olan həmin mənzilin X5 adına rəsmiləşdirilməsinə heç bir etiraz etmədiyini, gələcəkdə həmin mənzillə bağlı Cavabdeh1 MTK-ya və digər şəxslərə qarşı heç bir tələbi və iddiasının olmayacağını bildirmişdir. X8 10 yanvar 2017-ci il tarixdə Bakı şəhəri 46 saylı notariat kontorunda təsdiq olunmuş 7E-155 reyestr saylı ərizəsindən görünür ki, o, Cavabdeh5 MMC-nin Bakı şəhəri Nizami rayonu Nəsimi küçəsi 2520-2522-ci məhəllədə yerləşən 2B saylı binadakı 2-ci mərtəbədə 3 otaqlı 146 m2 sahəsi olan 7 saylı mənzilinin özünə məxsus olduğunu, hazırda adına olan həmin mənzilin X7 adına rəsmiləşdirilməsinə heç bir etiraz etmədiyini, gələcəkdə həmin mənzillə bağlı Cavabdeh1 MTK-ya və digər şəxslərə qarşı heç bir tələbi və iddiasının olmayacağını bildirmişdir. X8 04 aprel 2017-ci il tarixdə Bakı şəhəri 46 saylı notariat kontorunda təsdiq olunmuş 7E-2167 reyestr saylı ərizəsindən görünür ki, o, Cavabdeh5 MMC-nin Bakı şəhəri Nizami rayonu Nəsimi küçəsi 2520-2522-ci məhəllədə inşa etdiyi 2B saylı binadakı 17-ci mərtəbədə 1 otaqlı 66 m2 sahəsi olan 107 saylı mənzilinin özünə məxsus olduğunu, hazırda adına olan həmin mənzilin X11 adına rəsmiləşdirilməsinə heç bir etiraz etmədiyini, gələcəkdə həmin mənzillə bağlı Cavabdeh5 MMC-yə və digər şəxslərə qarşı heç bir tələbi və iddiasının olmayacağını bildirmişdir. X8 02 iyun 2017-ci il tarixdə Bakı şəhəri 46 saylı notariat kontorunda təsdiq olunmuş 7E-4584 reyestr saylı ərizəsindən görünür ki, o, Cavabdeh5 MMC-nin Bakı şəhəri Nizami rayonu Nəsimi küçəsi 2520-2522-ci məhəllədə yerləşən 4E saylı binadakı 14-cü mərtəbədə 3 otaqlı 146 m2 sahəsi olan 87 saylı mənzilinin X14 adına rəsmiləşdirilməsinə heç bir etiraz etmədiyini, gələcəkdə həmin mənzillə bağlı "xxxx" MTK-ya, Cavabdeh5 MMC-yə və digər şəxslərə qarşı heç bir tələbi və iddiasının olmayacağını bildirmişdir. «X29» ASC-nin 18 oktyabr 2016-cı il tarixli 1568/x-16 saylı arayışında qeyd olunmuşdur ki, 04 fevral 2011-ci il tarixli qarantiya müqaviləsindən və ona edilmiş əlavə və dəyişikliklərdən irəli gələn borc öhdəliyi üzrə İddiaçı tərəfindən banka 100.000 manat vəsait ödənilmişdir. Cavabdeh3 ASC-nin 14 avqust 2020-ci il tarixli 0-2020-1942/BO saylı arayışında qeyd olunmuşdur ki, Cavabdeh2 MMC ilə Cavabdeh3 ASC (əvvəlki «X29» ASC) arasında bağlanmış 04 fevral 2011-ci il tarixli qarantiya müqaviləsindən irəli gələn öhdəliklərin icrası məqsədi ilə İddiaçı ilə bank arasında 13 may 2016-cı il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən zamin İddiaçı tərəfindən banka 155.000 manat pul ödənilmiş və zaminə məxsus 598 m2 yaşayış sahəsi olan mənzil X8 adına rəsmiləşdirilərək satılmışdır. Cavabdeh3 ASC tərəfindən İddiaçı ünvanlanmış 18 avqust 2020-ci il tarixli 0-2020- 1982/BO saylı məktubda qeyd olunmuşdur ki, Cavabdeh2 MMC ilə Cavabdeh3 ASC (əvvəlki «X29» ASC) arasında bağlanmış 04 fevral 2011-ci il tarixli qarantiya müqaviləsindən irəli gələn öhdəliklərin icrası məqsədi ilə İddiaçı ilə bank arasında 13 may 2016-cı il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən zamin İddiaçı tərəfindən banka 30.000 manat pul ödənilmişdir. İddiaçı ilə bank arasında bağlanmış 13 may 2016-cı il tarixli zaminlik müqaviləsinə xitam verilmişdir. Cavabdeh3 ASC-nin 26 avqust 2024-cü il tarixli 0-2024-2738/BO saylı məktubunda qeyd olunmuşdur ki, iddia ərizəsinə əlavə edilmiş və bank tərəfindən təqdim edilmiş arayışlardan da göründüyü kimi, xx.xx.2011-ci il tarixli qarantiya müqaviləsi üzrə İddiaçı tərəfindən icra edilmiş öhdəliyin həcmi 285.000 manat təşkil etmişdir. İddiaçı Cavabdeh2 MMC-yə ünvanladığı pretenziya məktubundan görünür ki, o, zaminlik müqaviləsi əsasında həmin MMC-nin 942.800 manat məbləğində borcunu «X29» ASC-yə pul və mənzil şəklində ödədiyini, həmin vəsait ödənildikdən sonra zaminlik müqaviləsinə xitam verildiyini bildirmiş və Cavabdeh2 MMC-nin əvəzinə banka ödədiyi 942.800 manat məbləğində pulun ona qaytarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh2 MMC-yə ünvanladığı ikinci pretenziya məktubundan görünür ki, o, Cavabdeh2 MMC-yə dəfələrlə müraciət etməsinə baxmayaraq MMC-nin hər dəfə müxtəlif bəhanələrlə ödəniş edilməsindən yayındığını bildirmiş, 942.800 manat məbləğində pul vəsaitinin ona ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə MMC-ni xəbərdar etmişdir. Ödəniş qəbzindən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 28 mart 2024-cü il tarixdə 1.350 manat dövlət rüsumu və 2 manat 03 qəpik komissiya məbləği ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 475.1-ci maddəsinə əsasən, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Göründüyü kimi, İddiaçı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 MMC-nin Cavabdeh3 ASC qarşısındakı borc öhdəliyini icra etmiş və 942.800 manat borc məbləğini nağd qaydada və özünə məxsus mənzillər hesabına ödəmişdir, bu səbəbdən, Cavabdeh2 MMC-yə qarşı tələb üzrə hüquqlar yuxarıda qeyd edilən həcmdə iddiaçıya keçmişdir. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçının zamin olduğu müqavilə üzrə 285.000 manat məbləğində pulu borclu Cavabdeh2 MMC-nin öhdəliklərinə əsasən kredit qarşısında icra etməsi işin mübahisəsiz halıdır. İddia tələbinin borclunun qalan borcunun iddiaçıya məxsus mənzillər hesabına ödənilməsi hissəsinin cavabdeh "xxxx" ASC tərəfindən etiraf edilməməsi ilə bağlı məhkəmə qeyd edir ki, hazırki araşdırma zamanı cavabdeh bunu qəbul etməsə də, cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubunda məhz zaminə məxsus 598 kv.m sahədən ibarət yaşayış sahəsi olan mənzillərin X8 adına rəsmiləşdirilərək satılması aydın şəkildə göstərilmişdir. Həmçinin həmin mənzillərin həqiqətən də mövcud olması, ümumi sahəsinin məhz 598 kv.m təşkil etməsi və dəyərlərinə görə hesablanmış məbləğin 933.400 manat olması iş materialları ilə tam təsdiq olunur və bunun əksini təsbit edəcək dəlillər və sübutlar təqdim edilməmişdir.Belə ki, mənzillərin dəyəri buna dair Mənzil Tikinti Kooperativləri tərəfindən verilmiş maliyyə arayışlarında müvafiq olaraq 94.000, 160.600, 160.600, 160.600 və 72.600 manat məbləğində göstərilmişdir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə Cavabdeh3 ASC iddiaçıya təqdim etdiyi müvafiq məktubunda mənzillərin ümumi sahəsinin göstərilərək X8 adına rəsmiləşdirilərək satılmasına dair qeyd edilməsi həmin mənzillərin satışından əldə edilən məbləğin məhz Cavabdeh2 MMC-nin öhdəliyinin icrasına yönəldiyini deməyə kifayət qədər əsas verir. Odur ki, mənzillərin dəyərini təşkil edən məbləğ də İddiaçı tərəfindən tam olaraq ödənilmiş 285.000 manat məbləği ilə birlikdə borcludan zaminin xeyrinə tutulmalıdır. Həmçinin iddia tələbinin gecikdirilmiş müddət üçün ödənilməli pul məbləği üçün qeyd edilməlidir ki, zaminə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktuba əsasən zamin tərəfindən borclunun öhdəliyi tam şəkildə icra edildiyi üçün zaminliyə xitam verilməsi göstərilmişdir. İddiaçı pulun ödənilməsi ilə bağlı Cavabdeh2 MMC-yə müraciət etsə də, uzun müddət ərzində ona qeyd olunan pul vəsaiti ödənilməmişdir. Mahiyyət etibarı ilə Cavabdeh2 MMC pul məbləğinin ödənilməsini gecikdirmişdir. Həmin müddətdən hazırki iddia tələbinin məhkəməyə təqdim edildiyi xx.xx.2024-cü il tarixədək olan müddət 3 il 221 gün (cəmi 1316 gün) təşkil edir.Beləliklə icra edilmiş öhdəliyin 285.000+648.400=933.400 manat olması nəzərə alınmaqla, illik 5 faizi təşkil edən məbləğ gecikdirilmiş günlərin sayına əsasən 168.316 manatdır. (933400:100x5=46670; 46670:365≈127,9; 127,9x1316≈168316). Odur ki, məhkəmə iddia tələbini zaminin əsas borclunun öhdəliyini icra etdiyi həcmdə və öhdəliyin icra olunduğu gündən məhkəməyə iddia tələbi ilə müraciət edilən günədək olan müddət üçün gecikdirilmiş faiz də əlavə edilməklə yalnız borcluya münasibətdə təmin edilməsini əsaslı hesab edir. Məhkəmə iddia tələbi üzrə cavabdeh qismində göstərilmiş digər şəxslərə münasibətdə hər hansı əsaslı hal müəyyən etmədiyindən, iddia tələbi Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinə, X12, Cavabdeh5 Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh1nə qarşı təmin edilə bilməz. Belə ki, iddiaçı yalnız Cavabdeh2 MMC-nin öhdəliyinə əsasən borcu ödəmişdir. Digər cavabdehlərin bu məsələdə hər hansı mülki məsuliyyəti müəyyən edilmir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçının zamin kimi ödədiyi 933.400 manat pul vəsaiti, həmin vəsaitin ödənişi gecikdirildiyi üçün illik 5 % olmaqla 168.316 manat, cəmi 1.101.716 manat pul vəsaiti və ödənilmiş 1.350 manat dövlət rüsumu Cavabdeh2 MMCdən İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilə bilməz. Cavabdeh3 ASC-nin məhkəməyə təqdim etdiyi iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən hazırki mülki iş üzrə iddia müddəti ötürülməmişdir. İddiaçı ona müvafiq sənədlər təqdim olunandan sonra Cavabdeh2 MMC-yə pretenziya qaydasında müraciət etmiş, mübahisənin məhkəmədən kənar qaydada həll edilməsinə nail olmağa çalışmış, daha sonra qanunla müəyyən edilmiş iddia müddəti ərzində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.Bu səbəbdən, iddia müddətinin tətbiq edilməsi barədə ərizə təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçının zamin kimi ödədiyi 933.400 (doqquz yüz otuz üç min dörd yüz) manat pul vəsaiti, həmin vəsaitin ödənişi gecikdirildiyi üçün illik 5 % olmaqla 168.316 (yüz altmış səkkiz min üç yüz on altı) manat, cəmi 1.101.716 (bir milyon yüz bir min yeddi yüz on altı) manat pul vəsaiti və ödənilmiş 1.350 (min üç yüz əlli) manat dövlət rüsumu Cavabdeh2 MMC-dən İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-2373/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2373/2024
28.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver