Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2409/2022 19.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi - X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «borcun alınması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı «borcun alınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12.939 manat 47 qəpik və 581 ABŞ dolları 32 sent borcun, həmçinin ödənilmiş 132 manat 66 qəpik dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında «Fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi» üzrə 13 fevral 2019-cu il tarixli ******************** saylı və 14 fevral 2019-cu il tarixli 101001944********** saylı müqavilələr bağlanmışdır. Müqavilələrə əsasən, bank, ödəniş kartının verilməsi ilə bağlı müvafiq bank xidmətləri göstərməyi, müştəri isə müqavilə üzrə nəzərdə tutulmuş hallarda komissiya haqlarını, habelə digər ödənişləri həyata keçirməyi öz öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə əsasən bank tərəfindən müvafiq kart cavabdehə təhvil verilmiş və onun istifadəsində olmuşdur. Cavabdeh məxsus ******************** kart hesabına xx.xx.2019-cu il tarixdə mədaxil əməliyyatları aparılarkən əməliyyatın həyata keçirilməsi üçün müvafiq bank tərəfindən əməliyyatın təsdiqinə («presentment») dair banka məlumat təqdim olunmamış, cavabdeh tərəfindən kart hesabı üzrə limitdən artıq vəsaitdən istifadə olunmuş və nəticədə cavabdehin banka 12.939,47 manat həcmində borcu yaranmışdır. Həmçinin, cavabdehə məxsus **********002565002 saylı kart hesabı üzrə xx.xx.2019-cu il tarixdə avtorizasiyasız silinmə əməliyyatı həyata keçirildiyindən cavabdehin banka 581 ABŞ dolları 32 sent həcmində borcu yaranmışdır. Müqavilənin 2.3-cü bəndinə müvafiq olaraq, limitdən artıq istifadə edilən məbləğ (overdraft) müştəri tərəfindən 1 ay ərzində banka ödənilməlidir. Müqavilələrin 2.7-ci bəndinə əsasən, müştəriyə ödənilmiş vəsait geri qaytarıldıqda, müştərinin hesabında kifayət qədər vəsait olmadığı halda, müştərinin ödəniş kartında borc məbləği yaradılır və bu məbləğ müştəri tərəfindən qeyd-şərtsiz ödənilməlidir. Borcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət olunmasına, bank tərəfindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehə göndərilmiş xx.xx.2022-ci il tarixli 05/08-878 saylı və xx.xx.2022-ci il tarixli 05/08-879 saylı pretenziya (xəbərdarlıq) məktubları da cavabsız qalmışdır. Hal-hazırda cavabdehin müqavilələrə əsasən İddiaçı ASC-yə olan borcu 12.939 manat 47 qəpik və 581 ABŞ dolları 32 sent təşkil edir ki, bu borcun da cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlər toplusundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında «Fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi» üzrə 13 fevral 2019-cu il tarixli ******************** saylı və 14 fevral 2019-cu il tarixli 101001944********** saylı müqavilələr bağlanmışdır. Müqavilələrə əsasən, bank, ödəniş kartının verilməsi ilə bağlı müvafiq bank xidmətləri göstərməyi, müştəri isə müqavilə üzrə nəzərdə tutulmuş hallarda komissiya haqlarını, habelə digər ödənişləri həyata keçirməyi öz öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə əsasən bank tərəfindən müvafiq kart cavabdehə təhvil verilmiş və onun istifadəsində olmuşdur. Cavabdeh məxsus ******************** kart hesabına xx.xx.2019-cu il tarixdə mədaxil əməliyyatları aparılarkən əməliyyatın həyata keçirilməsi üçün müvafiq bank tərəfindən əməliyyatın təsdiqinə («presentment») dair banka məlumat təqdim olunmamış, cavabdeh tərəfindən kart hesabı üzrə limitdən artıq vəsaitdən istifadə olunmuş və nəticədə cavabdehin banka 12.939,47 manat həcmində borcu yaranmışdır. Həmçinin, cavabdehə məxsus **********002565002 saylı kart hesabı üzrə xx.xx.2019-cu il tarixdə avtorizasiyasız silinmə əməliyyatı həyata keçirildiyindən cavabdehin banka 581 ABŞ dolları 32 sent həcmində borcu yaranmışdır. Müqavilənin 2.3-cü bəndinə müvafiq olaraq, limitdən artıq istifadə edilən məbləğ (overdraft) müştəri tərəfindən 1 ay ərzində banka ödənilməlidir. İş materiallarına əlavə olunmuş 08 iyun 2022-ci il tarixli 112093 saylı arayışdan görünür ki, İddiaçı ASC-nin müştərisi olan Cavabdeh məxsus debet kart hesabı üzrə xx.xx.2019-cu il tarixdə Darklace Ltd. Merchantında əməliyyat aparılarkən əməliyyatın həyata keçirilməsi üçün müvafiq bank tərəfindən əməliyyatın təsdiqinə («presentment») dair banka məlumat yanlış təqdim olunduğundan, vəsaitlər hesaba iki dəfə mədaxil olunmuş və qeyd olunan əməliyyatlar blokdan çıxarılaraq vəsait geri çəkilmişdir. Bununla əlaqədar olaraq banka 581 ABŞ dolları 32 sent həcmində ziyan dəymişdir. Həmçinin bildirilmişdir ki, əməliyyata nəzarət edən təşkilat (VİSA) tərəfindən verilmiş məlumata əsasən, qeyd edilən əməliyyatları icra edən bank artıq fəaliyyət göstərmir və bu səbəbdən həmin bankın adı bildirilməmişdir. Vəsaiti göndərən bankın məlumatları:
1. Merchant number: 500207343
2. Merchant name: Darklace Ltd.
3. Merchant location: Cyprus, Visa Direct.
4. Acquirer institution BİN: 404074 İş materiallarına əlavə olunmuş 08 iyun 2022-ci il tarixli 112081 saylı arayışdan görünür ki, İddiaçı ASC-nin müştərisi olan Cavabdeh məxsus debet kart hesabı üzrə xx.xx.2019-cu il tarixdə arayışda nömrələri qeyd olunan əməliyyat aparılarkən əməliyyatın həyata keçirilməsi üçün müvafiq bank tərəfindən əməliyyatın təsdiqinə («presentment») dair banka məlumat yanlış təqdim olunduğundan, vəsaitlər hesaba iki dəfə (13.131,94 manat) mədaxil olunmuş və qeyd olunan əməliyyatlar blokdan çıxarılaraq vəsait geri çəkilmişdir. Bununla əlaqədar olaraq banka 12.939,47 manat həcmində ziyan dəymişdir. Həmçinin bildirilmişdir ki, əməliyyata nəzarət edən təşkilat (VİSA) tərəfindən verilmiş məlumata əsasən, qeyd edilən əməliyyatları icra edən bank artıq fəaliyyət göstərmir və bu səbəbdən həmin bankın adı bildirilməmişdir. Vəsaiti göndərən bankın məlumatları:
1. Merchant number: 500207343
2. Merchant name: Darklace Ltd.
3. Merchant location: Cyprus, Visa Direct.
4. Acquirer institution BİN: 404074 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh yuxarıda qeyd olunan müqavilələr üzrə İddiaçı ASC-də açılmış kart hesabları üzrə borc məbləğləri yaratmış, həmin borc məbləğlərini banka qaytarmamış, digər sözlə ifadə etdikdə, banka ziyan vurulmuşdur. Xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu (vurulmuş zərəri) ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 132 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 12.939 manat 47 qəpik borc və 581 ABŞ dolları 32 sent borc ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla və ödənilmiş 132 manat dövlət rüsumu Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi təmin edilsin. 12.939 manat 47 qəpik borc və 581 ABŞ dolları 32 sent borc ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla və ödənilmiş 132 manat dövlət rüsumu Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Anar İbadzadə