Məhkəmə qərarları › İş №e-2(006)-2409/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2409/2024

10.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2409/2024 10.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü il tarixinə hesablanmış 3200 (üç min iki yüz) manat məbləğində əsas borcun, 960 (doqquz yüz altmış) manat cərimə məbləğinin, qətnamə icra olunan günə kimi hər ay 300 (üç yüz) manat məbləğində saxlama haqqının və ödənilmiş 61,6 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi, borc məbləğinin anbarda saxlanılan mallara yönəldilməsi, malların satışından əldə edilən pul vəsaiti borc məbləğini tam həcmdə ödəməzsə, qalıq borcun Cavabdeh tutulması, borc tam ödənildikdən sonra anbar sahəsinin tam boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Saxlayıcı” İddiaçı MMC ilə “Tapşıran” Cavabdeh arasında xx.xx.2022-ci il tarixli “Malların anbarda saxlama” müqaviləsi imzalanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən “Saxlayıcı” sifariş əsasında “Tapşıran”ın ona verdiyi daşınar əşyaları (malları) özünə məxsus anbarda saxlamağı, “Tapşıran” isə bunun müqabilində müqavilə ilə müəyyən edilmiş qaydada, müddətdə və məbləğdə (300 manat) saxlama haqqını ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, İddiaçı MMC bu günə qədər müqavilə və qanunvericilik üzrə öhdəliklərini tam, keyfiyyətli və vicdanlılığın tələb etdiyi tərzdə yerinə yetirmişdir. Buna baxmayaraq, cavabdeh tərəfindən saxlanc anbarına vaxtaşırı mallar daxil edilərək bu günədək anbarda saxlanılsa da, cavabdeh öhdəliklərini pozaraq saxlama haqqının ödənişindən yayınmışdır. Qoşmaya əlavə edilmiş fotoşəkillərdən də aşkar görünür ki, cavabdeh iddiaçının qanuni sahibliyində olan sahənin böyük bir hissəsini uzun müddətdir ki, saxlama haqqını ödəməməklə qanunsuz olaraq zəbt etmişdir və beləliklə, iddiaçıya maddi zərər vurmuşdur. xx.xx.2024cü il tarixli maliyyə arayışına əsasən cavabdehin saxlama haqqı üzrə bu günə olan qalıq borcu 3200 (üç min iki yüz) manat təşkil etməkdədir. Tərəflərindən Cavabdeh dəfələrlə saxlama haqqının ödənilməsinə dair şifahi və xx.xx.2024-cü il tarixində yazılı qaydada pretenziya məktubu ilə müraciətlər olunsa da, cavabdeh bu günə qədər saxlama haqlarını ödəməkdən müxtəlif bəhanələrlə boyun qaçırmaqdadır. Əlavə olaraq məhkəmənin nəzərinə çatdırır ki, xx.xx.2022-ci il tarixli müqavilənin 5.4-cü bəndinə əsasən “Tapşıran” saxlama haqqının gecikdirilməsinə görə “Saxlayıcı”ya hər gecikdirilmiş gün üçün aylıq saxlama haqqının 1%-i məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Bu əsasla gecikdirilmiş müddət üzrə cavabdehin ödəməli olduğu cərimə məbləği ümumilikdə 5.412 (beş min dörd yüz on iki) manat təşkil etsə də, tərəflərindən güzəşt faizi tətbiq edilərək əsas borc məbləğinin 30%-i həcmində, yəni cəmi 960 manat dəbbə pulu tələb edilməkdədir. Hesab edir ki, Cavabdeh qanunsuz hərəkətlərinin qarşısı alınmalı və şirkətlərinə vurulmuş maddi zərərin əvəzinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməlidir. Habelə diqqətə çatdırır ki, tərəflər arasında bağlanılmış xx.xx.2022-ci il tarixli müqavilənin 7.2-ci bəndində göstərilmişdir ki, danışıqlarla həll edilməyən məsələlər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq “Saxlayıcı”nın hüquqi ünvanının olduğu yerin məhkəmələri vasitəsi ilə həll olunacaq”. Odur ki, mübahisəyə iddiaçının “Saxlayıcı”-nın hüquqi ünvanının olduğu yerin məhkəməsində, yəni Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalıdır. Bundan əlavə tərəflər arasında bağlanmış saxlama müqaviləsinin “Tərəflərin ünvanları və rekvizitləri” bölməsində tapşıran Cavabdeh VÖEN-nin göstərilməməsi, eləcə də müqavilədə həmin müqavilənin Cavabdeh həyata keçirdiyi sahibkarlıq fəaliyyəti ilə əlaqədar bağlanmasına dəlalət edən hər hansı şərtin yer almaması, anbarda saxlanılan malların ev əşyaları olması, həmçinin Ali Məhkəmənin Plenumunun xx.xx.2020-ci il tarixli Qərarına əsasən qanunvericinin məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb etməsi şərhi işin ümumi məhkəmələr tərəfindən baxılmasını tələb edir. İddiaçı MMC Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü il tarixinə hesablanmış 3200 (üç min iki yüz) manat məbləğində əsas borcun, 960 (doqquz yüz altmış) manat cərimə məbləğinin, qətnamə icra olunan günə kimi hər ay 300 (üç yüz) manat məbləğində saxlama haqqının və ödənilmiş 61,6 manat məbləğində dövlət rüsumunun və 300 manat məbləğində vəkil xərcinin tutularaq İddiaçı MMC-yə ödənilməsi, borc məbləğinin anbarda saxlanılan mallara yönəldilməsi, malların satışından əldə edilən pul vəsaiti borc məbləğini tam həcmdə ödəməzsə, qalıq borcun Cavabdeh tutulması, borc tam ödənildikdən sonra anbar sahəsinin tam boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2024-cü il tarixinə hesablanmış 3200 (üç min iki yüz) manat məbləğində əsas borcun, 960 (doqquz yüz altmış) manat cərimə məbləğinin, qətnamə icra olunan günə kimi hər ay 300 (üç yüz) manat məbləğində saxlama haqqının və ödənilmiş 61,6 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi, borc məbləğinin anbarda saxlanılan mallara yönəldilməsi, malların satışından əldə edilən pul vəsaiti borc məbləğini tam həcmdə ödəməzsə, qalıq borcun Cavabdeh tutulması, borc tam ödənildikdən sonra anbar sahəsinin tam boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi barədə qaldırılmış iddia tələbi var. Qeyd edir ki, iş üzrə hüquq və qanuni mənafelərini AR Vəkillər Kollegiyasının üzvü vəkil Tural Çələbiyev müdafiə edəcəyindən iş üzrə çəkilmiş xərcləri artmışdır. Belə ki, xx.xx.2024-cü il tarixində tərəflərindən müvafiq vəkil bürosuna 300 manat ödəniş edilmişdir. Bu əsaslarla iddia tələbinin artırılması zərurəti yaranmışdır. Sonradan İddiaçı MMC yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü il tarixinə hesablanmış 4100 (dörd min bir yüz) manat məbləğində əsas borcun, 300 (üç yüz) manat cərimə məbləğinin və ödənilmiş 61,6 manat məbləğində dövlət rüsumunun və 300 manat məbləğində vəkil xərcinin tutularaq İddiaçı MMC-yə ödənilməsi, borc məbləğinin anbarda saxlanılan mallara yönəldilməsi, malların satışından əldə edilən pul vəsaiti borc məbləğini tam həcmdə ödəməzsə, qalıq borcun Cavabdeh tutulması, borc tam ödənildikdən sonra anbar sahəsinin tam boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi onunla əsaslandırılmışdır ki, iş üzrə mübahisənin predmeti olan saxlama haqqı dövri hesablanma üzrə hər ay artması əsası ilə ilkin maliyyə arayışı (mart ayı) üzrə artıq 3 ay (aprel, may, iyun) keçdiyindən və yeni aylar üzrə saxlama haqqı hesablandığından müvafiq olaraq 900 manat məbləğində iddia tələbinin artırılması və digər əsaslar üzrə iddia tələbinin dəqiqləşməsi zərurəti yaranmışdır. İddiaçının nümayəndəsi və vəkili X2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəyə növbəti məhkəmə iclasında münasibət bildirəcəyini məhkəmənin diqqətinə çatdırmışdır. Lakin Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, - İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci tarixli, 011 nömrəli malların anbarda saxlama müqaviləsindən görünür ki, bu Müqaviləyə əsasən, Saxlayıcı (anbar sahibi) sifariş əsasında Tapşıranın ona verdiyi daşınar əşyaları (bundan sonra “Mallar”ı) özünə məxsus anbarda saxlamağı, Tapşıran isə bunun müqabilində bu Müqavilə müəyyən olunmuş qayda və müddətdə saxlama haqqı ödəməyi öhdəsinə götürür. Tərəflər bu Müqavilə üzrə saxlanca verilmiş malları “Saxlayıcı”nın Bakı şəhəri, Yasamal rayonunda yerləşən ünvanda olan anbarında saxlamaq barədə razılığa gəlmişdirlər. Müqavilənin 5.1ci bəndinə əsasən, bu Müqaviləyə əsasən malların anbarda saxlama haqqı aylıq 300 manat məbləğində müəyyən edilir və öncədən ödənilir. Müqavilənin 5.4-cü bəndinə əsasən saxlama haqqının ödənilməsinin gecikdirildiyi hər gün üçün Tapşıran Saxlayıcıya aylıq saxlama haqqının 1%-i miqdarında cərimə hesablayır. Müqavilənin 5.5-ci maddəsinə əsasən, saxlama haqqının gecikdirildiyi gündən etibarən 3 (üç) ay ərzində Tapşıran saxlama haqqını və cərimə məbləğini ödəməzsə Saxlayıcı Tapşıranı yazılı qaydada xəbərdar etməklə yaranmış borc məbləğini saxlanc mallarına yönəltmək barədə müvalıq tədbirləri həyata keçirə bilər. - xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış 011 saylı, xx.xx.2022-ci il tarixli "Malların anbarda saxlama” Müqaviləsinə əsasən malların saxlanılması üçün İddiaçı MMC saxlanc anbarını Cavabdeh istifadəsinə vermişdir. Bu müddət ərzində Cavabdeh tərəfindən saxlama haqqı olaraq ümumilikdə 2500 (iki min beş yüz) manat məbləğində ödəniş edilmişdir. Müqavilənin 5.4cü bəndinə əsasən hər gecikdirilmiş gün üçün aylıq saxlama haqqının 1%-i həcmində cərimə hesablanır. Cavabdeh ödəniş üzrə xx.xx.2024-cü il tarlxinədək 327 gün gecikməsi müşahidə edilir. Cavabdeh İddiaçı MMC-yə xx.xx.2024-cü il tarixinə əsas borcu 3200 (üç min iki yüz) manat, cərimə borcu 5412 (beş min dörd yüz on iki) manat təşkil edir. - xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış 011 saylı, xx.xx.2022-ci il tarixli "Malların anbarda saxlama” Müqaviləsinə əsasən malların saxlanılması üçün İddiaçı MMC saxlanc anbarını Cavabdeh istifadəsinə vermişdir. Bu müddət ərzində Cavabdeh tərəfindən saxlama haqqı olaraq ümumilikdə 2400 (iki min dörd yüz) manat məbləğində ödəniş edilmişdir. Müqavilənin 5.4cü bəndinə əsasən hər gecikdirilmiş gün üçün aylıq saxlama haqqının 1%-i həcmində cərimə hesablanır. Cavabdeh ödəniş üzrə xx.xx.2024-cü il tarlxinədək 397 gün gecikməsi müşahidə edilir. Cavabdeh İddiaçı MMC-yə xx.xx.2024-cü il tarixinə əsas borcu 4100 (dörd min yüz) manat, cərimə borcu 7652 (yeddi min altı yüz əlli iki) manat təşkil edir. - İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubundan görünür ki, Cavabdeh 3 (üç) iş günü müddətində gecikmiş anbarda saxlama haqqı məbləği olaraq 2900 manat ödənilməsi xahiş edilmiş, ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 822-ci maddəsinə əsasən, saxlama müqaviləsinə görə bir şəxs (yük götürən, saxlayıcı) başqa şəxsin (yük verənin, tapşıranın) ona verdiyi daşınar əşyanı saxlamağı və müqavilənin qüvvəsi sona çatdıqda qaytarmağı öhdəsinə götürür. - 827-ci maddəsinə əsasən, anbar sahibi sənətkarlıq şəklində saxlama ilə məşğul olan və saxlama üzrə öz xidmətlərini açıq təklif edən saxlayıcıdır. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarında ayrı şərt qoyulmayıbsa, anbar sahibinin xidmətlərinə saxlama haqqında göstərişlər tətbiq edilir. - 830.1-ci maddəsinə əsasən, əgər müəyyən muzd (saxlama haqqı) şərtləşdirilməyibsə, anbar sahibinin anbarda saxlama üçün adi haqq almaq hüququ vardır. Əgər tapşıran malı tamamilə və ya qismən geri qəbul edərsə, saxlama haqqını hər bir halda ödəməlidir. Əgər saxlama müddəti üç aydan çoxdursa, anbarda saxlama haqqı müvafiq olaraq hər üç ayın sonunda ödənilir. - 830.3-cü maddəsinə əsasən, saxlama müqaviləsindən irəli gələn bütün tələblər üzrə anbar sahibi saxladığı mallara - tapşıranın mallarına komisyonçu kimi girov hüququna malikdir. Qeyd olunmalıdır ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Onun bağlanılmasının zəruri şərtləri qanunvericiliklə müəyyən edilmişdir və onlardan biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını özündə ehtiva edir. Tərəflər arasında hazırki mübahisənin yaranmasına əsas aralarında bağlanmış 07 avqust 2022-ci il tarixli malların anbarda saxlanması müqaviləsi olmuşdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında 07 avqust 2022-ci iİ tarixli malların anbarda saxlanması müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, saxlayıcı - iddiaçı sifariş əsasında cavabdehin ona verdiyi daşınar əşyaları özünə məxsus anbarda saxlamağı, cavabdeh isə bunun müqabilində bu müqavilə ilə müəyyən olunmuş qaydada və müddətdə aylıq 300 manat olmaqla saxlama haqqı ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öhdəliklərini yetirmiş, cavabdeh isə aylıq ödənişləri etməməklə müqavilə şərtlərini pozmuşdur, iddiaçı tərəfindən ödənişlərin edilməsi - saxlama haqqının ödənilməsi barədə cavabdehə pretenziya məktubu ünvanlanmışdır. Bununla belə, cavabdeh müqavilə şərtlərini icra etməmişdir. Bu səbəbdən iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin qənaətinə görə Cavabdeh müqavilə ilə götürdüyü öhdəliyi vaxtında icra etmədiyinə, müqavilənin şərtlərini pozduğuna görə onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Bununla da məhkəmə hesab edir ki, müqavilə şərtlərinin pozulmasında cavabdeh təqsirli olduğundan, malların saxlanmasına görə 4.100 manat məbləğdə vəsait cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Həmçinin iddia tələbindən görünür ki, cavabdehdən təkcə əsas borc deyil eyni zamanda cərimə borcu da tələb edilir. Məhkəmə iddia tələbinin 300 manat cərimənin ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Yuxarıda göstərilən maddi hüquq normalarının tələblərindən göründüyü kimi, qanunvericilik dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi). Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən keditor və borclunun iqtisadi vəziyyətlərini, kreditorun mənafelərini, xüsusilə də çəkdiyi zərərin miqdarını, borclunun təqsirini, öhdəliyin pozulmasının ağırlığını, müqavilənin növünü və müddətini nəzərə alır. Məhkəmə işin hallarını, tərəflər arasında bağlanmış müqavilənin şərtlərini, gecikdirilmiş gün sayını, bununla da iddiaçının zərər çəkdiyini, habelə maliyyə arayışına əsasən cərimə məbləğinin 7652 manat olmasına baxmayaraq, iddiaçı tərəfindən həmin məbləğdə deyil daha az, yəni cəmi 300 manat məbləğində tələb edildiyini nəzərə alıb, iddianın əsas borca dair hissəsində olduğu kimi, cərimə borcuna dair hissəsində də təmin edilməsini mümkün hesab edir. Məhkəmə onu da qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 5.5-ci maddəsinə əsasən, saxlama haqqının gecikdirildiyi gündən etibarən 3 (üç) ay ərzində Tapşıran saxlama haqqını və cərimə məbləğini ödəməzsə, saxlayıcı - iddiaçı tapşıranı cavabdehi yazılı qaydada xəbərdar etməklə yaranmış borc məbləğini saxlanc mallarına yönəltmək barədə müvafiq tədbirləri həyata keçirə bilər. İddiaçı tərəfindən bu barədə cavabdehə pretenziya məktubu göndərilmişdir. Müqavilənin göstərilən şərtinə əsasən, məhkəmə hesab edir ki, borc məbləği anbarda saxlanlan mallara yönəldilməli, malların satışından əldə edilən pul vəsaiti borc məbləğini tam həcmdə ödəməzsə, qalıq borc Cavabdeh tutulmalıdır. Ödəniş qəbzlərindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 61,6 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı, habelə hüquqi yardıma görə 300 manat məbləğində pul vəsaiti ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırki iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 61,6 manat dövlət rüsumu cavadehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Eyni zamanda, məhkəmə iddiaçı tərəfindən hüquqi xidmətə görə vəkilə ödənilmiş 300 manatın Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 4.100 manat əsas borc, 300 manat cərimə borcu olmaqla, cəmi 4.400 manat borc, ödənilmiş 61,6 manat dövlət rüsumu və hüquqi xidmətə görə vəkilə ödənilmiş 300 manat Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Borc məbləği anbarda saxlanılan mallara yönəldilməli və malların satışından əldə edilən pul vəsaiti borc məbləğini tam ödəməzsə, qalıq borc Cavabdeh ümumi qaydada tutulmalıdır. Borc tam ödənildikdən sonra anbar sahəsi tam boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 4.100 manat əsas borc, 300 manat cərimə borcu olmaqla, cəmi 4.400 manat borc, ödənilmiş 61,6 manat dövlət rüsumu və hüquqi xidmətə görə vəkilə ödənilmiş 300 manat Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. Borc məbləği anbarda saxlanılan mallara yönəldilsin və malların satışından əldə edilən pul vəsaiti borc məbləğini tam ödəməzsə, qalıq borc Cavabdeh ümumi qaydada tutulsun. Borc tam ödənildikdən sonra anbar sahəsi tam boşaldılaraq İddiaçı MMC-yə təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar