Məhkəmə qərarları › İş №e-2(006)-2446/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2446/2025

14.05.2025 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2446/2025 14.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb «şəxsin ölmüş elan edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.Ərizəçi Maraqlı şəxs qismində cəlb «şəxsin ölmüş elan edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. 2.Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin qardaşı X6 14 aprel 1971-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatındadır. Valideyinləri rəhmətə gedəndən sonra Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küç., ev 3, 14 nömrəli mənzilin atasından qalmış miras əmlakla bağlı vərəsəlik məsələsini həll etmək üçün qardaşının ölüm haqqında şəhadətnaməsi tələb edilir. Ona görə də həmin şəhadətnamənin rəsmiləşdirilməsi zərurəti yaranmışdır. Qardaşı İ.Ş.Balasoltanov xx.xx.1992-ci il tarixində hərbi xidmətə hərbiağırış üzrə göndərilib. Birinci Qarabağ müharibəsinin döyüşlərində iştirak edib və həmin vaxtdan itkin düşüb. Onun sonrakı xidməti və hərbi xidmətdən qayıtması barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Nəsimi rayonu idarəsində heç bir məlumat yoxdur. 11 aprel 1994-cü tarixdə Ağdam rayonu uğrunda gedən döyüşlərdə itkin düşmüş şəxs kimi Əsir və itkin düşmüş, X3 əlaqədar Dövlət Komissiyasının qeydiyyatındadır. Müvafiq axtarış tədbirlərinə baxmayaraq, onun yeri müəyyən olunmamış, haqqında heç bir rəsmi məlumat əldə edilməmişdir. Göstərilənlərə əsasən 14 aprel 1971-ci il təvəllüdlü X1 ölmüş elan edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.Məhkəmə iclasında şahid qismində dindirilən X7 öz ifadəsində bildirmişdir ki, ərizəçi onun bacısıdır. 29 noyabr 1965-ci ildə Bakı şəhərində anadan olmuşdur. Əslən Qubadlıdır. Orta təhsillidir. Qardaşı 14 aprel 1971-ci il təvəllüdlü X4 1992-ci ildə hərbi xidmətə getmiş və birinci Qarabağ müharibəsinin döyüşlərində iştirak etmiş, 11 aprel 1994-cü ildə Ağdam rayonu uğrunda gedən döyüşlərdə itkin düşmüş və bu zamanadək ondan xəbər alınmamışdır. Qardaşı heç vaxt evlənməmiş və övladı olmamışdır. 5.Mülki iş üzrə maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağırılmış maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, 25 aprel 2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə baxış iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. 6.Məhkəmə ərizəçinin izahatını və şahidin ifadəsini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 7.Azərbaycan Respublikasının Əsir və İtkin Düşmüş, X3 Əlaqədar Dövlət Komissiyası tərəfindən verilən 05 fevral 2025-ci il tarixli Arayışdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan vətəndaş X2 qardaşı xx.xx.1971-ci il təvəllüdlü X5 11 aprel 1994-cü il tarixdə Ağdam rayonu uğrunda gedən döyüşlərdə itkin düşmüş şəxs kimi Əsir və itkin düşmüş, X3 əlaqədar Dövlət Komissiyasının qeydiyyatındadır. 8.Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon İdarəsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli, 38 nömrəli arayışdan görünür ki, 1971-ci il təvəllüdlü X4 xx.xx.1992-ci il tarixdə hərbi xidmətə göndərilib. Onun sonrakı xidməti və hərbi xidmətdən qayıtması barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon idarəsində heç bir məlumat yoxdur. 9.№134982 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1971-ci il tarixdə anadan olmuşdur. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 10.Beləliklə, məhkəmədə ərizəçinin izahatından, şahid ifadəsindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin qardaşı - xx.xx.1971-ci il təvəllüdlü X5 1992-ci il tarixdə hərbi xidmətə getmiş, 11 aprel 1994-cü il tarixdə Ağdam rayonu uğrunda gedən döyüşlərdə itkin düşmüş şəxs kimi Əsir və itkin düşmüş, X3 əlaqədar Dövlət Komissiyasında qeydiyyata düşmüşdür. Hazırki vaxtadək ondan heç bir xəbər əldə edilməmişdir. Hazırda ərizəçi qardaşının ölmüş elan edilməsini məhkəmədən tələb edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 11.Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxthadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.2-ci maddəsinə əsasən hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Məhkəmə şəxsin hərbi əməliyyatlarda həlak olduğunu güman etməyə əsas verən halları nəzərə alaraq, onu bu müddət bitməzdən əvvəl, lakin hərbi əməliyyatların qurtardığı gündən altı aydan tez olmayaraq ölmüş elan edə bilər. 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. 41.4-cü maddəsinə əsasən bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. 12.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 313-cü maddəsinə əsasən ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. 315.2-ci maddəsinə əsasən şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır. 13.Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ərizəçinin qardaşı X5 1992-ci ildən hərbi xidmətə getmiş, 11 aprel 1994-cü il tarixdə Ağdam rayonu uğrunda gedən döyüşlərdə itkin düşmüş şəxs kimi Əsir və itkin düşmüş, X3 əlaqədar Dövlət Komissiyasında qeydiyyata düşmüş, həmin tarixdən etibarən ondan heç bir xəbər alınmamışdır. Onun ölümü barədə sənəd olmadığından, bu faktla əlaqədar ərizəçi vərəsəliklə bağlı işlərini həyata keçirə bilmir. 14.Məhkəmə hesab edir ki, ərizəçinin şəxsin ölmüş elan edilməsi ilə bağlı tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci maddəsi özündə üç əsas tərkib ünsürünü ehtiva edir. Belə ki, şəxsin ölmüş elan edilməsi ilə bağlı normanın tərkib ünsürlərinə “şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmaması”, “şəxsin hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşməsi” və “şəxsdən altı ay ərzində xəbər çıxmaması” daxildir. 15.Məhkəmə qeyd edir ki, X1 1992-ci il tarixdə gedən hərbi əməliyyatlarla bağlı itkin düşməsi, ondan hazırki dövrə qədər hər hansı xəbər alınmaması şəxsin ölmüş elan edilməsi üçün kifayət qədər əsasların olmasına əsas verir. Belə ki, məhkəmə araşdırması zamanı sözügedən şəxsdən 1992-ci il tarixindən xəbər çıxmaması halı müəyyən edilmiş və bu da işin mübahisəsiz hallarındandır. X1 ölüm təhlükəsi qarşısında olmasını və onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən halları şərh etmişdir. 16.Beləliklə, məhkəmə hesab edir ki, ərizəçinin izahatı, şahid ifadəsi və işin digər mötəbər sübutları ilə hərbi əməliyyatlar zamanı X1 ölməsi sübuta yetirilmişdir. 17.Məhkəmə həmçinin şəxsin ölüm tarxinin müəyyən edilməsi ilə bağlı isə qeyd edir ki, mülki işin materiallarına əsasən 14 aprel 1971-ci il təvəllüdlü X5 11 aprel 1994-cü il tarixdə Ağdam rayonunda gedən döyüşlər zamanı itkin düşməsi müəyyən edildiyindən güman edilir ki, o həqiqətən həmin tarixdə də həlak olmuşdur. 18.Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır, bu səbəbdən 14 aprel 1971-ci il təvəllüdlü X1 ölmüş elan edilməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməli və şəxs ölmüş elan edilməlidir. Məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır. 19.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 14 aprel 1971-ci il təvəllüdlü X5 11 aprel 1994-cü il tarixdə ölmüş elan edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar