Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2473/2024 19.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "pul tələbinə dair" iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "pul tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 18600 (on səkkiz min altı yüz) manat və ödənilmiş 145,8 (bir yüz qırx beş manat, səksən qəpik) manat dövlət rüsumunun alınıb iddiaçı X2 verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, müxtəlif vaxtlarda təsisçisi olduğu Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 51-də yerləşən “Dental HF” klinikaya Cavabdeh mühasib xidmətləri göstərmişdir, həmin vaxt cavabdehlə aralarında tanışlıq münasibəti yaranmışdır. Müxtəlif vaxtılarda o, İddiaçı 18600 (on səkkiz min altı yüz) manat pul alaraq maddi ziyan vurmuşdur. Belə ki, 2021-ci ilin dekabar ayında klinikaya aparat alamaq üçün 30.000 (otuz min) manatdan çox pul lazım olduğunu cavabdehə bildirmişdi, cavabdehdə öz növbəsində ona bildirmişdir ki, dövlətdən subsidiya almaq olar, bunun üçün 33 ayın icarə haqqının dövlətə ödəniləcəyini, bir həftədən sonra həmin pulun qaytarılacağını, sonra ona 30.000 manat subsidiya veriləcəyini bildirmişdir. Buna görə cavabdeh ondan 13.200 manat pul almışdır. Bundan əlavə olaraq cavabdeh bir illik maaşın, yəni 3000 manat dövlətə ödənilməsini bildirmişdir, bunun üçün 3.000 (üç min) manat ondan almışdır. Bütün qeyd edilənləri cavabdeh onu inadırmaq üçün Maliyyə Nazirliyinin xəzinədarlığına aid sənədləri ona göndərərək onu inandırmışdır. Lakin bir müddətdən sonra həmin pulları qaytarmadığı üçün aralarında mübahisə yarandı, həmin əməliyyatların icrası ilə bağlı Maliyyə Nazirliyinin xəzinədarlığı ilə maraqlandıqda ona bildirmişdirlər ki, belə bir əməliyyat olmamışdır. Ona məlum oldu ki, cavabdeh onu aldadaraq 16.300 manat pulu əsassız olaraq əldə etmişdir. Sonradan cavabdeh həmin puldan 1000 manat pulu qaytarmışdır. Qeyd edilən hallarala bağlı xx.xx.2022-ci il tarixində Bakı şəhəri, Nəsimi RPİ-yə şikayət ərizə ilə müraciət etmişdir. Həmin polis idarəsi tərəfindən araşdırma aparılmış və 27 iyun 2022-ci il tarixli Nəsimi RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı X3 icraatında olan HK- 1/483(RPİ) nömrəli materialı üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarda Cavabdeh ondan ümumilikdə 16.300 manat pulu aldığını, öz şəxsi ehtiyacları üçün sərf etdiyini etiraf etmişdir. Həmin pulun bir hissəsini qaytardığı üçün yerdə qalan 15.300 manat pulu qaytaracağını öhdəsinə götürmüşdür. Həmin borcdan cavabdeh tərəfindən 4800 (dörd min səkkiz yüz) manat ödəniş etmişdir, nəticədə 10500 (on min beş yüz) manat borclu qalmışdır. Cavabdeh əlavə olaraq ondan 2023-cü ilin noyabr aylarında 5800 (beş min səkkiz yüz) manat, 2023-cü ilin dekabr ayında isə 2300 (iki min üç yüz) manat karta ödənişlə bağlı borc almışdı. Həmin borcu cavabdeh ondan alarkən qısa müddət ərzində bütün borclarını ödəyəcəyini öhdəsinə götürmüşdür, həmin vaxt cavabdehin atası Mehrabov Valiko bu borc münasibətlərinə şahid olmuş, həmin vaxt xahiş etmişdirlər ki, onlara köməklik etsin. Yekun olaraq cavabdehin ona ümumilikdə 18600 (on səkkiz min altı yüz) manat borcu yaranmışdır. Cavavdeh üzərinə götürdüyü öhdəliyi vicdanla yerinə yetirmədiyi üçün ona dəfərlələ şifahi xəbərdarlıq etmişdir, hətta cavabdehin atası Valiko Mehrabovlada telefon vasitəsi ilə əlaqə saxlayaraq oğlunun borcunun ödənilməsini xahiş etmişdir. Amma buna baxmayaraq cavabdeh borcu ödəməkdən yayınmaq üçün müxtəlif bəhanələr göstərərək yaxın zamanda borcunu ödəyəcəyini bildirmişdir. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 18000 (on səkkiz min) manat və ödənilmiş 145,8 (bir yüz qırx beş manat, səksən qəpik) manat dövlət rüsumunun alınıb iddiaçı X2 verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq, 18.000 manat borcunun olduğunu etiraf etmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 27 iyun 2022-ci il tarixli qərar ilə, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, HK-1/483 nömrəli araşdırma materialı üzrə əməldə cinayət tərkibi olmadığından həmin xüsusat üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Həmin qərarın təsviri hissəsindən görünür ki, Cavabdeh borcunun olmasını etiraf etmişdir. Mülki işin materiallarına Cavabdeh səs yazıları olduğu CD-disklər əlavə edilmişdirlər. Mülki işin materiallarında olan ödəniş qəbzindən (№**********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 145.80 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5.4-cü maddəsinə əsasən qanunda başqa hal nəzərdə tutulmayıbsa, onlar məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər. Qeyd edilən Məcəllənin 14.3-cü maddəsinə əsasən məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Qeyd edilən Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsində göstərilmişdir ki, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Azərbaycan Respublikası MPM-in 191.3.-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsində göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə qeyd edir ki, cavabdeh iddia tələbi ilə razı olmuş və bu məhkəməyə ünvanladığı ərizədə qeyd edilmişdir. Beləliklə, məhkəmə cavabdehin iddia tələbini etiraf etdiyini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 18000 (on səkkiz min) manat məbləğində borc və ödənilmiş 145,8 (bir yüz qırx beş manat, səksən qəpik) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı X1 xeyrinə ödənilməlidir. Həmin Məcəllə 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 18000 (on səkkiz min) manat məbləğində borc və ödənilmiş 145,8 (bir yüz qırx beş manat, səksən qəpik) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı X1 xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-2473/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2473/2024
19.07.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver