Məhkəmə qərarları › İş №e-2(006)-2493/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2493/2024

27.09.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2493/2024 27.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan X7 və Ortopediya X2rşı maddi və mənəvi zərərin ödənilməsi və sairə tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan X7 və Ortopediya X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Elmi-Tədqiqat Travmatologiya və X8 Hüquqi Şəxsi tərəfindən, onun əmək haqqının vaxtında verilməməsinə və davamlı olaraq qanunsuz hərəkətlərə yol verilməklə təzyiqə məruz qaldığı üçün dəymiş mənəvi zərərin əvəzi olaraq 12000 manat, maddi zərərin əvəzi olaraq 2158,4 manat, əmək haqqının vaxtında verilməməsinə görə ödənc olaraq 8685.6 manat, eyni zamanda hüquqlarının bərpası üçün çəkdiyi 1400 manat hüquqi yardıma görə, məhkəməyə müraciət xərcinin əvəzi olaraq 193 manat, ümumilikdə 24437 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2014-cü ildən Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda tibb bacısı vəzifəsində, 2018-ci ildən etibarən isə həmin yerdə ümumi heyətin Baş tibb bacısı vəzifəsində çalışmışdır. Çalışdığı müddət ərzində, xüsusilə də pandemiya, müharibə və müharibəsonrası dövrlərdə öz vəzifə öhdəliklərini vicdan və məsuliyyətlə yerinə yetirmişdir. Bunu TƏBİB-dən, cavabdehdən, xidmət göstərdiyi vətəndaşlardan aldığı təşəkkürnamələr və cavabdehin əvvəlki direktoru İlqar Qasımov tərəfindən verilmiş xasiyyətnamə də təsdiqləyir. 2022-ci ilin fevral ayında cavabdehin direktoru dəyişmiş və Əlviz Qasımov direktor vəzifəsinə təyin edilmişdir. Bu təyinatdan qısa bir müddət sonra Əlviz Qasımov heç bir səbəb olmadan, ona məlumat verilmədən, razılığını almadan barəsində xx.xx.2022-ci il tarixli “Vəzifənin dəyişdirilməsi haqqında əmr vermişdir. Həmin əmrə əsasən xx.xx.2022-ci il tarixindən etibarən əmək müqaviləsinə müvafiq dəyişiklik edilməklə Ümumi heyətin baş tibb bacısı vəzifəsindən 1,0 tarif 6-cı dərəcə ilə Əl cərrahiyyəsi və yaralar şöbəsinə tibb bacısı vəzifəsinə keçirilmişdir. Həmin Əmr ona xx.xx.2022-ci il tarixində günortadan sonra təqdim olunmuşdur və əmri ona təqdim edən kimi heç bir əsas olmadan çox qısa müddətdə iş vaxtı bitənədək qalan 2- 3 saat ərzində otağını boşaltması və əlindəki işləri, sənədləri, preparatları yeni baş tibb bacısına təhvil-təslim etməsi tapşırılmışdır. Qeyd etmək istəmişdir ki, Elmi-Tədqiqat Travmatologiya və X5 heyətin Baş tibb bacısı vəzifəsində 4 illik müddət ərzində apardığı işləri, sənədləşmələri, ona təhkim edilmiş preparatları, avadanlıqları 1-2 saat ərzində təhvil verməsi ağlabatan və mümkün olmadığından təhvil-təslim üçun əlavə müddət istəmişdir. Çünki bu ərizəsinə əlavə etdiyi təhvil aktlarından da göründüyü kimi təhvil verməli olduğu sənədlər, aparatlar və preparatlar olduqca məsuliyyət tələb edirdi və bu əsassız tələbə görə təhvil-təslim aktı imzalamaqla üzərinə bu ağır məsuliyyəti götürmək istəməmişdir. Əvvəlki otağına buraxılmasına yaradılmış maneələrə görə ancaq xx.xx.2022-ci il tarixində Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundakı işlərini yekunlaşdıra bilmişdir, təhvil-təslim siyahısını hazırlamışdır və Təhvil Komissiyasına təqdim etmişdir. Onu təhviltəslim üçün bu qədər tələsdirdikləri halda Komissiya həmin təhvil-təslim aktını xx.xx.2022ci il tarixində imzalamışdır. Ona qarşı yol verilmiş qanun pozuntularına görə “xx.xx.2022-ci il tarix vəzifənin dəyişdirilməsi haqqında Əmrin və xx.xx.2022-ci il tarixli “İnzibati tənbeh haqqında Sərəncamın ləğv edilməsi tələbinə dair” iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş və həmin Məhkəmənin xx.xx.2022-cı tarixli 2(006)- 2904/2022-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilmişdir. Bu iddianın qaldırılması və pozulmuş hüquqlarının bərpası üçün o, 1000 manat xərc çəkmişdir. Bundan əlavə o, qanunsuz olaraq işdən kənarlaşdırılması ilə bağlı olaraq Nəsimi Rayon Məhkəməsinə ikinci bir iddia ilə müraciət etmiş və Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(006)-933/2023 nömrəli qətnaməsilə həmin iddia da təmin edilmiş, bu iş üzrə cavabdehin hərəkətləri qanunsuz hesab olunmuşdur. İşlədiyi müddət ərzində onun əmək hüquqları davamlı şəkildə pozulmuş, əmək haqqının verilməsindən imtina edilmiş, eyni zamanda onun mənəvi zərər çəkməsinə səbəb olan hərəkətlərə yol verilmişdir. Belə ki, ona qarşı edilən təzyiqlər nəticəsində bir neçə dəfə həkimə müraciət edəsi olmuşdur. 14 aprel 2022-ci il tarixində cavabdehin hüquqşünası Rasim Babayev onu çağırmış, işdən çıxması üçün ona hədə-qorxu gəlmişdir, nəticədə onun halı pisləşmiş, qan təzyiqi qalxmış və o, həmin günün axşamı təcili-tibbi yardım çağırmağa məsbur olmuşdur; xx.xx.2022-ci il tarixində oxşar hal yenidən təkrarlanmış, ona qarşı təzyiqlər davam etmiş və o, yenidən həkimə müraciət etməyə məcbur olmuşdur. Bundan əlavə, xx.xx.2022-ci il tarixində cavabdehin əmri ilə “fəaliyyətim zamanı olan müxtəlif xüsusatların araşdırılması ilə bağlı” işdən kənarlaşdırılmışdır. Bu məsələ ilə bağlı cavabdeh tərəfindən Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edilmişdir, lakin həmin İdarə tərəfindən vəkilinə göndərilmiş xx.xx.2022-ci il tarixli 0212-2025 çıx-22 nömrəli məktubda onun tərəfindən cinayət tərkibli əməlin törədilməsi faktının təsdiqini tapmadığı bildirilmişdir. Göründüyü kimi, barəsində verilmiş işdən kənarlaşdırma əmri qanunsuz və əsassız olmuşdur. O, cavabdehin bu qanunsuz hərəkəti ilə bağlı hüquqlarının müdafiəsi üçün vəkillə hüquqi yardım göstərilməsi haqqında müqavilə bağlamağa məcbur olaraq 1000 manat məbləğində zərərə məruz qalmışdır. Eyni zamanda haqsız olaraq əmək haqqı verilmədiyinə görə o, cari xərclərini ödəmək üçün kredit götürməyə məcbur olmuş və həmin kreditin faizləri 158.4 manat təşkil etmişdir və bu məbləğ də vurulmuş zərərin əvəzi olaraq cavabdehdən tutulmalıdır. Cavabdeh onun əmək haqqının vaxtında verilməsindən imtina etdiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin tələblərini də pozmuşdur. Əmək haqqının gecikdirilməsinə görə, Əmək Məcəlləsinin istinad edilən maddəsi üzrə ona ödənilməli məbləğlər aşağıdakı kimidir: 2022-ci ilin fevral ayının maaşına görə 230 gün gecikmə, mart ayının maaşına görə 200 gün gecikmə, aprel ayının maaşına görə 169 gün gecikmə, may ayının maaşına görə 139 gün gecikmə, iyun ayının maaşına görə 108 gün gecikmə, iyul ayının maaşına görə 77 gün gecikmə, avqust ayının maaşına görə 47 gün gecikmə, sentyabr ayının maaşına görə 17 gün gecikmə, bütövlükdə 987 gün üçün, hər günün gecikməsi 8.8 manatdan hesablanmaqla 8685,6 manat vəsait ödənilməlidir. Bunları nəzərə alaraq, o, mediasiyaya müraciət etmişdir. Cavabdeh işin məhkəmədən qabaq barışıqla həlli üçün hər hansı cəhd göstərməmişdir və xx.xx.2024-cü il tarixində Bakı 6 Saylı Mediasiya təşkilatı mediasiya sessiyasında iştirak edilməməsi barədə Arayış verilmişdir və mediasiya üçün 50 manat məbləğində rüsum ödəmişdir. Ona edilən təzyiqlər, barəsində xoşagəlməz və həqiqətə uyğun olmayan məlumatların yayılması dərin stress keçirməsinə səbəb olmuşdur. İşlədiyi yerdə davamlı olaraq, hüquq-mühafizə orqanlarının onu cəzalandıracağı, əlində qandal klinikadan aparılacağı barədə sözlər deyilmişdir. O, məruz qaldığı stressə görə müalicə almağa məcbur olmuşdur. Hətta sağlamlıq vəziyyəti qeyri-qənaətbəxş olduğuna görə məzuniyyət üçün müraciət etmişə və məzuniyyətin verilməsinin şərti kimi işdən çıxması barədə ərizə verməsi qoyulmuşdur. Yol verilən bütün pozuntular onu işdən çıxmağa məcbur etmək məqsədi daşımışdır. Bütövlükdə cavabdehin qanunsuz hərəkətləri, ona davamlı təzyiqlər, həmçinin uzun müddət əmək haqqının verilməməsi maddi itkilərə yaşaması ilə yanaşı onun sarsıntı keçirməsinə də səbəb olmuşdur. Göründüyü kimi, cavabdehin hərəkətləri hüquq pozuntusudursa və zərərçəkənin iztirab çəkməsinə, stress keçirtməsinə, eyni zamanda maddi zərərə uğramasına səbəb olursa mənəvi zərər vurulmuş hesab edir. Yuxarıda qeyd edilənlərin yekunu olaraq, o, davamlı və qanunsuz təzyiqlər nəticəsində, maddi zərər çəkmiş, sağlamlığında çətinliklər yaranmışdır və bu hallar uzun dövrü əhatə etmişdir. Yekun olaraq ona 12000 manat məbləğində mənəvi zərər vurulmuşdur. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il tarixdə İddiaçı Cavabdeh X16 “kliniki ştatı üzrə sümük patologiya şöbəsinə” tibb bacısı vəzifəsinə işə qəbul edilmişdir. İşlədiyi zaman İddiaçı işdə göstərdiyi səhlənkarlığa görə, belə ki, yeni baş tibb bacısının təyin olunması ilə əlaqədar olaraq təhvil-təslimi gecikdirməsi və rəhbərliyin əmrinə tabe olmamasına görə xx.xx.2022-ci il tarixində 02 saylı əmrlə ona töhmət verilmişdir. Sonra S.Abdullayevin işə qəbul olmaq arzusunda olanlardan müxtəlif məbləğdə pul tələb etməsi, alması, eyni zamada tabeliyində olan tibb işçilərindən müxtəlif məbləğlərdə aylıq haqqın alması, həmçinin xəstəlik vərəqələrinin və xəstəlik tarixlərinin tərtib edilib verilməsində müxtəlif məbləğlərdə pul tələb etməsi əsas gətirilərək xx.xx.2022-ci il tarixdə 242 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin “c” bəndinə uyğun olaraq işdən azad edilmişdir. Məhkəmənin nəzərinə çatdırmışdır ki, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)2904/2022 saylı qətnaməsinə uyğun olaraq “Vəzifənin dəyişdirilməsi haqqında” 76 saylı Əmr və xx.xx.2022-ci il tarixli, 02 saylı “inzibati tənbeh haqqında” sərəncam ləğv edilmiş, İddiaçı əvvəlki işinə (vəzifəsinə)-ümumi heyətin Baş tibb bacısı vəzifəsinə bərpa olunmuş, xx.xx.2022-ci il tarixdən etibarən iddiaçının indiki əmək haqqı ilə əvvəlki əmək haqqı arasındakı fərq, o cümlədən mediasiya xərcləri üçün ödənilmiş 50 manat məbləğ və iddia ərizəsi məhkəməyə verilərkən ödənilmiş 50 manat məbləğində dövlət rüsumu ümumilikdə 3587 manat iddiaçıya ödənilmişdir. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-2904/2022 saylı qətnaməsi ilə işə bərpa olunan İddiaçı ilə işə başlaması üçün əlaqə saxlanılan vaxt, yeni işdə Azərbaycan Tibb Universitetinin X4 işlədiyini bildirmişdir. Daha sonra ərizə yazaraq “X7 və Ortopediya İnstitutu” X15 öz istəyi ilə çıxmışdır. Sonra Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-933/2023 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında əmək müqaviləsi üzrə bağlanmış 14 aprel 2022-ci il tarixindən 17 oktyabr 2022-ci il tarixinə qədər olan 2520 manat və həmin əmək müqaviləsi ilə 17 oktyabr 2022-ci il tarixində Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən xitam verilməsi zamanı son haqq-hesab 1979 manat, həmçinin hüquqi yardıma görə 1000 manat, ümumilikdə 5499 manat məbləğində pul vəsaitinin Cavabdeh tərəfindən İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Buradadan da aydın olur ki, İddiaçı Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-2904/2022 saylı qətnaməsi ilə 3587 manat, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-933/2023 saylı digər qətnaməsi il də 5499 manat, ümumilikdə hər iki qətnaməyə uyğun olaraq 9089 manat pul tam şəkildə ödənilmişdir. İddiaçı işlədiyi vaxtda yeni təyin olunan rəhbərliyin tapşırıqlarına məhəl qoymayaraq verdiyi tapşırıqları vaxtı-vaxtında yerinə yetirməmişdir. Korrupsiya ilə bağlı faktlar sübut edilməsədə ona tabe olan işçilər və eyni zamanda işlədiyi kollektiv onun işindən, işçilərə münasibətindəndən narazı olmuşdurlar. İşdən azad edilərkən ona qarşı hər-hansı təzyiqlər, hədə-qorxu olmamışdır. İddiaçı ona qarşı olan təzyiqlərə, hədə qorxuya dair hər hansı sübutlar təqdim edə bilməmişdir. İddia ərizəsində halının pisləşərək təcili-tibbi yardım maşını çağırdığını qeyd etmişdir. Bildirmişdir ki, bir dəfə halının pisləşməsinə görə təcilli-tibbi yardım maşını çağırılması ona əsas vermir ki, cavabdeh qurumdan mənəvi zərərə görə pul tələbi etsin. İddiaçı qətnaməyə uyğun işə bərpa olunmuş onunla əlaqə saxlanılarkən Azərbaycan Tibb Universitetinin X4 işlədiyini qeyd etmişdir. Hesab etmişdir onun səhhətində heç bir ağırlaşma, narahatçılıq olmamışdır, əmək fəaliyyətini itirməmişdir. İşdən çıxdıqdan qısa vaxt ərzindədə Azərbaycan Tibb Universitetinin X4 yenidən işləməyə başlamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair qərarındada mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Beləliklə mənəvi zərərin vurulmasının sübut edilməsinin kifayət qədər mürəkkəb olması mübahisəsizdir. Bu növ iddialarda şəxs maddi deyi, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntı, yaşamaq eşqinin azalmasını məhkəmə qarşısında sübut etməlidir. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında 2. Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X9 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. İddiaçı iddia ərizəsində, həmin dövrdə işləmiş hüquqşünasın ona hədəqorxu gəldiyini nəticədə halının pisləşdiyini, qan təzyiqinin qalxdığını və buna görədə həmin gün təcili tibbi yardım çağırdığını qeyd etmişdir. Məhkəmənin nəzərinə çatdırıram ki, ona hədə qorxu gəlməsini, ona kobud davranmasını sübut edəcək heç bir fakt əsas gətirilməmişdir. Özünün ola bilsin başqa problemləri olmuş, onu bununla əlaqələndirməyin heç bir əsası yoxdur. Ali məhkəmənin sorğusu əsasında Konstitusiya Məhkəməsinin 31 may 2022-ci il qərarında Mülki Məcəllədə təsbit edilmiş “zərər” anlayışı aşağıdakı qaydada müəyyən edilmişdir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 23-cü maddənin şərh edilməsinə dair 24 aprel 2020-ci il tarixli qərarında Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilməsi qeyd edilmişdir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməsi qeyd olunmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) “İnsan hüquqlarının və X9 haqqında” Konvensiyanın 41-ci maddəsinə, habelə digər normalarına əsaslanaraq mənəvi zərərin müəyyən edilməsinə dair müvafiq təcrübə formalaşdırmışdır. Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyrimüəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar). Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyri-müəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. Avropa Məhkəməsi Maksimov Rusiyaya qarşı iş üzrə 2010-cu il 18 mart tarixli qərarında qeyd etmişdir ki, kompensasiyanın hesablanması qaydası mürəkkəbdir. Fiziki və ya mənəvi iztirablara dair işlərə baxılarkən bu proses daha da çətinləşir. Ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiyanın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarının 8-ci bəndinə əsasən, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Beləliklə, mənəvi zərərin vurulmasının sübut edilməsinin kifayət qədər mürəkkəb olması mübahisəsizdir. Bu növ iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və s. məhkəmə qarşısında sübut etməlidir. Əlavə olaraq onu da qeyd etmişdir ki, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-2904/2022-ci il tarixli qətnaməsi ilə İddiaçı əvvəlki işinə (vəzifəsinə)-ümumi heyətin Baş tibb bacısı vəzifəsinə bərpa olunmuşdur. Onunla işə çıxmasına dair əlaqə saxlanılarkən Azərbaycan Tibb Universitetinin X4 işlədiyini bildirmişdir. Buradanda aydın olur ki, o, heç bir iztirab sarsıntı keçirməmişdir. Qısa vaxt ərzində yeni işə bərpa olunmuşdur. xx.xx.2022-ci il tarixdən Tibb Universitetinin X4 işləməyə başlamışdır. Lakin buna baxmayaraq xx.xx.2023-cü il tarixində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilmişdir. Bütün bunlarTibb Universitetinin Tədris Terapevtik Klinikasına ünvanladığı cavab məktubundada öz təsdiqini tapmışdır. Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olmalıdır. Sonradan iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Elmi-Tədqiqat Travmatologiya və X8 Hüquqi Şəxsi tərəfindən onun əmək haqqının vaxtında verilməməsinə və davamlı olaraq qanunsuz hərəkətlərə yol verilməklə təzyiqə məruz qaldığı üçün dəymiş mənəvi zərərin əvəzi olaraq 12000 manat, maddi zərərin əvəzi olaraq 2158,4 manat, əmək haqqının vaxtında verilməməsinə görə ödənc olaraq 3987,4 manat, eyni zamanda hüquqlarının bərpası üçün çəkdiyi 1400 manat hüquqi yardıma görə, məhkəməyə müraciət xərcinin əvəzi olaraq 148 manat, ümumilikdə 19693,8 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Ərizə onunla əsaslandırılmışdır ki, 2022-ci ilin may ayının maaşına görə 139 gün gecikmə, iyun ayının maaşına görə 108 gün gecikmə, iyul ayının maaşına görə 77 gün gecikmə, avqust ayının maaşına görə 47 gün gecikmə, sentyabr ayının maaşına görə 17 gün gecikmə, bütövlükdə gün üçün, hər günün gecikməsi 8.8 manatdan hesablanmaqla ümumilikdə 3414.4 manat və 2022-ci ilin aprel ayın maaşının qanunsuz olaraq az verilməsi nəticəsində ödənilməmiş 339.07 manat maaşın 169 gün gecikdirilməsinə görə 573 manat, ümumiyyətlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin tələblərinin pozulmasına görə bütövlükdə 3987,4 manat vəsait ödənilməlidir. Cavabdehin nümayəndəsi etirazla məhkəməyə müraciət edərək, etirazında qeyd etmişdir ki, qeyd edilən hissədə Mülki Prosesual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmuşdur. Qeyd olunan məsələ məhkəmə qətnaməsi ilə öz həllini tapmışdır. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-2904/2022 saylı və xx.xx.2023-cü il tarixli, 2(006)-933/2023 saylı qətnamələri ilə iddiaçıya tələb etdiyi məbləğlər tam şəkildə ödənilmişdir, iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək əmək haqqını gecikdirməyə görə Əmək Məcəlləsinin 172ci maddəsinin 5-ci hissəsinə əsaslanaraq işəgötürənin təqsiri üzündən gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində (3987,4 manat) pul tutulmasını tələb etmişdir. Bununla bağlı bildirmək istəmişdir ki, Nəsimi Rayon Məhkəməsinin qətnamələri icra olunmaq üçün Cavabdeh X19 daxil olarkən iddiaçıya məhkəmə qətnamələri ilə ödənilməli olan ümumi məbləğ 9089 manat tam şəkildə ödənilmişdir. İşəgötürənin təqsirindən əmək haqqının verilməsində gecikdirmə olmamışdır. Həmin Məcəllənin 172-ci maddəsinin qeyd hissəsində «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir kimi göstərilmişdir. Bildiririk ki, Nəsimi Rayon Məhkəməsinin qətnaməsi icra olunmaq üçün “Azərbaycan X7 və Ortopediya İnstitutu" X19 daxil olarkən İnstitut büdcə təşkilatı olduğundan qətnamədə nəzərdə tutulmuş məbləğin ayrılması üçün Nəsimi rayon Maliyyə Şöbəsinə müraciət etmişdir. Nəsimi rayon Maliyyə Şöbəsi İcra vərəqəsində “X7 və Ortopediya İnstitutu” X17 adının göstərildiyini, konkret şəxsin adının göstərilmədiyini əsas gətirib xəzinədən pulun ayrılmasının mümkün olmaması ilə bağlı imtina vermişdir. Nəsimi rayon Maliyyə Şöbəsinin imtina verməsi ilə bağlı Nəsimi Rayon İcra şöbəsinə məlumat verdikdən sonra, İcra şöbəsi “X7 və Ortopediya İnstitutu” X17 bank hesabından icra vərəqəsində tələb olunan pulu İddiaçı xeyrinə tutmuşdur. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmazsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsi nəzərdə tutulmuşdur. Buradanda aydın olur ki, işəgötürənin heç bir təqsiri olmamışdır. Eyni zamanda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun Qərarında Əmək Məcəlləsinin 296-cı maddəsinin 4cü hissəsinə uyğun olaraq, işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilməsi göstərilmişdir. Buradan da aydın olur ki, iddiaçı iddia müddətini ötürmüşdür. Daha sonra cavabdehin nümayəndəsi iddiaçının qaldırdığı iddia üzrə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən iddia müddətinin ötürülməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, nəzərə alınmasını xahiş etmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Elmi-Tədqiqat Travmatologiya və X8 Hüquqi Şəxsi tərəfindən, onun əmək haqqının vaxtında verilməməsinə və davamlı olaraq qanunsuz hərəkətlərə yol verilməklə təzyiqə məruz qaldığı üçün dəymiş mənəvi zərərin əvəzi olaraq 12000 manat, maddi zərərin əvəzi olaraq 2158,4 manat, əmək haqqının vaxtında verilməməsinə görə ödənc olaraq 3987,4 manat, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(006)-933/2023 nömrəli qətnaməsinin icrasının gecikdirilməsinə görə 6073,65 manat, eyni zamanda hüquqlarının bərpası üçün çəkdiyi 1400 manat hüquqi yardıma görə, məhkəməyə müraciət xərcinin əvəzi olaraq 167,3 manat, ümumilikdə 25786,75 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Ərizə onunla əsaslandırılmışdır ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(006)-933/2023 nömrəli qətnaməsi 10 iyun 2023-cü ildə qüvvəyə minməsinə baxmayaraq, qətnamənin icrası üzərindən 135 gün keçdikdən sonra icra olunmuşdur. Sözügedən qətnamənin əmək haqqı ilə bağlı tələb hissəsi 4499 manat təşkil edir. Bu məbləğin ödənişinin gecikdirilməsinə görə də, həmin vəsaitin hər günə görə 1 faizlik hissəsi cavabdehdən tutulmalıdır. Bu halda iddia ərizəsinə əlavə edilməli məbləğ ümumilikdə 6073,65 (4499:100=44,99; 44,99*135=6073,65) manat təşkil edir. Yekun iddia qiyməti üzrə dövlət büdcəsinə ödənilməli dövlət rüsumunun məbləği, 167,30 manat təşkil edir. İddiaçı isə bu işin məhkəməyə verilməsi üçün bütövlükdə 193 manat vəsait ödəmişdir. Daha sonra iddiaçının vəsatətinə əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Azərbaycan Respublikası Maliyyə Nazirliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi iddiaya etirazla məhkəməyə müraciət edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onuna əsaslandırılmışdır ki, iş materiallarından göründüyü kimi iddiaçı ona əmək haqqının düzgün ödənilməməsi tələbi ilə çıxış edərək Azərbaycan Respublikasının Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş və iddia tələbini ona yönəltmişdir. Lakin, iş materiallarından da aydın olur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçının hüquqlarını pozacaq hər hansı bir hərəkət (hərəkətsizliyə) yol verilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinə əsasən əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək işəgötürənin əsas vəzifələrindən biri qismində sadalanır. Eyni zamanda Əmək Məcəlləsinin 195-ci maddəsində işəgötürənin işçiyə vurduğu ziyana görə maddi məsuliyyət daşıdığı hallardan bəhs olunur. Belə ki, həmin maddənin “d” bəndində işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürənin əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşımalı olduğu qeyd edilir. Həmçinin əmək münasibətlərində işçilərin və işəgötürənlərin əmək, sosial, iqtisadi hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlara dair normalar Mülki Məcəllə ilə deyil Əmək Məcəlləsi ilə tənzimlənir. Digər tərəfdən Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin maddənin 2-ci hissəsində isə qeyd ediləcək əməllərin hər üçü olduqda - ziyanın həqiqətən vurulduğu aşkar olduqda, təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda, təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır. Buradan belə aydın olur ki, həmin əməllərin mövcudluğu ilk növbədə sübut olunmalıdır və sonradan məsuliyyət müəyyən ediləcək hallar mövcud olarsa vurulmuş maddi ziyan tələb edilə bilər. Həmçinin qeyd etmişdir ki, tərəfindən 2024-cü il 30 iyul tarixli 3-23-2-2/2- 187/2024 nömrəli məktubla Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında X3 2 saylı Xəzinədarlıq İdarəsinə göndərilən sorğuya Agentlik tərəfindən 2024-cü il 30 avqust 2(006)-2493/2023 nömrəli məktubla münasibət verilmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Həmçinin “Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Bildirilir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili X13 iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini etiraf etməyərək, onun rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi X11 iddianın əsassız olduğu üçün rədd edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(006)-2904/2022 saylı qətnaməsinin surətindən görünür ki, cаvаbdеh «Аzərbаусаn Еlmi-Тədqiqаt Тrаvmаtоlоgiуа ve Оrtореdiуа institutu» X18 təгəfindən Аbdullауеvа Səbinə Аbdullа qızı bаrəsində qəbul еdilmiş xx.xx.2022-сi il tаriхli «Vəzifənin dеуişdirilməsi hаqqındа» 76 sауlı əmr və xx.xx.2022-сi il tаriхli, 02 sауlı «inzibati tənbеh hаqqındа» sərənсаmın ləğv edilməsi, iddiаgі Аbdullауеvа Səbinə Аbdullа qızının əvvəlki işinə ümumi heyətin Ваş tibb baсısı vəzifəsinə bərра оİuması, xx.xx.2022-сi il tаriхindən еtibаrən iddiаçının indiki əmək hаqqı ilə əvvəlki əmək hаqqı аrаsındаkı fərqin, о сümlədən mediasiya хərсləri üçün ödənilmiş 50 manat və iddia ərizəsi məhkəməyə verilərkən ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun саvаbdеhdən tutulаrаq iddiaçı Аbdullауеvа Səbinə Аbdullа qızına ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e- 2(006)-933/2023 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsi üzrə 14 aprel 2022-ci il tarixindən 17 oktyabr 2022-ci il tarixinə qədər olan 2520 manat və həmin əmək müqaviləsinə 17 oktyabr 2022-ci il tarixində Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən xitam verilməsi zamanı son haqq-hesab olan 1979 manat, həmçinin hüquqi yardıma görə 1000 manat olmaqla, ümumilikdə 5499 manat məbləğində pul vəsaitinin Cavabdeh tərəfindən İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan inkasso sərəncamlarından görünür ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e- 2(006)-2904/2022 saylı qətnaməsi üzrə 7 faiz icra ödənişi olaraq 251.09 manat və əsas borc üzrə 3587 manat Nəsimi rayon icra şöbəsinə ödənilmişdir. İş materiallarında olan ödəniş tapşırıqlarndan görünür ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən İddiaçı 1660.90 manat, 9.91 manat və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(006)-933/2023 saylı qətnaməsi üzrə 5499 manat ödənilmişdir. İş materiallarında olan inkasso sərəncamından görünür ki, xx.xx.2023-cü il tarixdə Azərbaycan X7 və Ortopediya İnstitutu” X18 tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(006)-933/2023 saylı qətnaməsi üzrə 7 faiz icra ödənişi olaraq 384.93 manat Nəsimi rayon icra şöbəsinə ödənilmişdir. İş materiallarında olan məhkəmənin soğusu əsasında Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş arayışdan görünür ki, X1 cavabdeh “X7 və Ortopediya İnstitutu” X12rşı iş üzrə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-2904/2022 saylı, xx.xx.2023-cü il tarixli, 2(006)-933/2023 saylı qətnamələri icra olunmaq üçün “X7 və Ortopediya İnstitutu” X17ə daxil olmuşdur. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin qətnamələrinin icra olunması və qətnamədə göstərilmiş olan məbləğlərin ayrılması məqsədi ilə Maliyyə Nazirliyi Dövlət Xəzinədarlığı Agentliyininin 8 saylı Xəzinədarlıq İdarəsinin portalına (indiki 2 saylı Xəzinədarlıq İdarəsi) “Qısamüddətli öhdəlik sənədi”ni yerləşdirməklə müraciət edilmişdir. 8 saylı Xəzinədarlıq İdarəsi portala imtina sözü yazmaqla müraciətə cavab olaraq pulun ayrılmasından imtina etmişdir. Xəzinədarlıq İdarəsinin imtina etməsi barədə Nəsimi Rayon İcra Şöbəsinə məlumat verildikdən sonra, İcra şöbəsi qətnamədə göstərilmiş məbləğləri “X7 və Ortopediya İnstitutu” X17 bank hesabına inkasso qoymaqla İddiaçı xeyrinə tutmuşdur Nəsimi Rayon Məhkəməsinin qətnamələrində İddiaçı xeyrinə tutulmalı ümumi məbləğ 9089 manat pul tam olaraq ona ödənilmişdir. “Qısamüddətli öhdəlik sənədində” göstərilən Nəsimi Rayon Məhkəməsinin qətnamələri ilə iddiaçının xeyrinə tutulmalı olan məbləğlərin ayrılması məqsədi ilə 8 saylı (indiki 2 saylı) Xəzinədarlıq idarəsinə müraciət olunarkən qətnamələrdə göstərilmiş olan pulun iddiaçı S. Abdullayevanın xeyrinə ayrılmasından imtina edilmişdir. Nəsimi Rayon məhkəməsinin qətnamələrində nəzərdə tutulmuş olan məbləğlərin hansı səbəbdən iddiaçının xeyrinə ayrılmamasına aydınlıq gətirilməsi ilə bağlı Maliyyə Nazirliyi Dövlət Xəzinədarlığı Agentliyininin 8 saylı Xəzinədarlıq İdarəsinə və Səhiyyə Nazirliyinə müraciət olunmuş, ancaq bu günədək pulun hansı səbəbdən ayrılmamasına dair heç bir məlumat verilməmişdir. İş materiallarında olan məhkəmənin soğusu əsasında Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında X3 2 saylı xəzinədarlıq idarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş məktubdan görünür ki, Cavabdeh tərəfindən e-2(006)-933/2023 saylı qətnaməyə əsasən vətəndaş İddiaçı ödəmək üçün təqdim edilmiş 2023-cü il 21 iyun 21 nömrəli qısamüddətli öhdəlik sənədində (forma 1) xərc maddəsi 222920 (222920 sair xərclər) göstərilmişdir. Qeyd olunan öhdəlik üzrə nəzərdə tutulan ödənişin təyinatı Azərbaycan Respublikası Vahid Büdcə təsnifatının müvafiq xərc maddəsinə uyğun olmadığı üçün icra edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 26.1-ci madəsinə əsasən “Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır.” Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.” Məhkəmə ilk öncə iddianın “12000 manat mənəvi zərərin tutulması” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin Qərarda qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri - əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri – maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri - əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, "mənəvi zərər" anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə araşdırması zamanı iddiaçı cavabdeh tərəfindən ona mənəvi zərərin vurulmasına sübut kimi təqdim etdiyi reseptlər və müxtəlif vaxtlarda həkim yoxlanışlarından keçməsi (exokardioqrafiya, okulist, revmatoloq, otolarinqoloq müayinələri) barədə sənədlərin cavabdehin hərəkətlərinin nəticəsi kimi əlaqələndirməyə çalışsa da, məhkəmə, bu kimi yoxlanışların hər bir şəxsin öz sağlamlığını nəzarətdə saxlamaq məqsədi ilə edilmiş müayinələrə aid edilməsi, onların hazırki işdə vurulmuş mənəvi zərər olaraq səbəbli əlaqə yaratmaması qənaətinə gəlir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Odur ki, iddia qeyd edilən hissədə yuxarıda göstərilənlərə əsasən əsassız olmaqla təmin edilməməlidir. Məhkəmə iddianın “vurulmuş maddi zərərin əvəzi olaraq 2158.4 manatın tutulması” hissəsinə münasibətdə qeyd edir ki, bu hissədə də iddia əsaslı deyildir. İddiaçı cavabdeh tərəfindən ona vurulmuş maddi ziyanı işsiz qaldığı dövrdə bankdan götürdüyü kreditlə, həkim reseptləri üzrə almış olduğu dərman qəbzləri ilə və hüquqi yardıma etdiyi ödəniş qəbzləri ilə sübut etməyə çalışmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə qeyd edir ki, iddiaçının bankdan kredit götürməsi onun subyektiv qərarı olmaqla, həmin kreditin ona cavabdeh tərəfindən vurulmuş ziyan olaraq əlaqələndirməklə pul tələb etməsi doğru deyildir. Dərman qəbzləri isə iddianın mənəvi zərərlə bağlı çəkdiyi xərclərlə əlaqəli olmaqla, qeyd edilən hissədə iddia rədd edildiyinidən təmin edilməməlidir. Bundan əlavə maddi zərərin tələbi üçün təqdim edilmiş hüquqi yardım barədə qəbzlər iddiaçı barəsində araşdırma və iddiaçının mülki məhkəmə icraatı dövrünə aid olan 2022-ci ilin aprel, may və dekabr aylarında tərtib edilməklə, dekabr ayına aid olan qəbzlər üzrə tələb olunan məbləğ Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(006)- 933/2023 nömrəli qətnaməsinə əsasən cavabdehdən tutlması qət edilmiş və icra edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddianın “əmək haqqının vaxtında verilməməsinə görə ödənc olaraq 3987 manatın tutulması” hissəsinə münasibətdə hüquqi əsas qismində iddiaçıya 2022-ci ilin aprel ayından barəsində aparılan araşdırma səbəbindən işdən kənarlaşdırıldığı dövrdə verilməli olan əmək haqqının gecikdirilməsi ilə əsaslandırılmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 62-ci maddəsinin 3 bəndinə əsasən işdən kənar edilən vaxt ərzində işçiyə əmək haqqı verilmir. Həmin Məcəllənin 5-ci bəndinə əsasən işdən kənar edilməsini işəgötürənin və ya başqa vəzifəli şəxslərin ona qarşı qərəzli münasibətinə, saxta sənədlər əsasında həyata keçirildiyinə və digər faktlara görə qanunsuz və əsassız hesab edən işçi pozulmuş hüquqlarının bərpa edilməsi, şərəf və ləyaqətinin müdafiə olunması üçün məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 172-ci maddəsinin 1-ci bəndinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Həmin maddənin 5-ci bəndinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin “Əmək mübahisələri” bölməsində yer alan 296-cı maddəsinin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Həmin maddənin 2-ci bəndində qeyd olunur ki, fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Qeyd olunmalıdır iddiaçı hazırki tələb üzrə, yəni 2022-ci ilin fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr ayları üzrə gecikmələr üzrə tələb etdiyi məbləğ üzrə mediasiya prosesinə xx.xx.2024-cü il tarixdə müraciət etməklə, xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia vermişdir. İddiaçı Nəsimi Rayon Məhkəməsinə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər (kənarlaşdırılma dövrü daxil olmaqla) əmək haqqının ödənilməsi barədə iddia tələbini irəli sürərkən təqdim etdiyi “mediasiya sessiyasında iştirak edilməsi barədə” 20.12.22-ci il tarixli arayışına əsasən mediasiya tətbiqi barədə təklifin xx.xx.2022-ci il tarixli olması müəyyən olunur, bununla həmin tələb irəli sürülərkən qanunvericilklə müəyyən edilmiş xüsusi iddia müddətinin ötürülmədiyi (həmin iddia tələbi xx.xx.2023-cü il tarixli 2(006)-933/2023 nömrəli qətnamə ilə təmin edilmişdir) müəyyən olunur. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, hazırki tələb bu vaxta gədər irəli sürülmüş tələblərə aid olmayan müstəqil tələb kimi çıxış edərək, tələb üzrə müddətin başlanması iddiaçının hüququnun pozulması aşkar edildiyi gündən, yəni xx.xx.2022-ci il tarixdən (işəgötürənin işdən kənar edilməsi və işə gəlmədiyi günlər üçün əmək haqqının ödənilməməsi barədə 142№-li əmrinə əsasən) hesablanmalı, iddiaçının işdən kənarlaşdırma dövrünü əhatə edən pul tələbinə dair 2022-ci ildə qaldırdığı iddia tələbi hazırki iddia tələbi üzrə müddətinin kəsilməsi üçün əsas hesab edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının “Kəsici müddətlərlə bağlı qanunvericiliyin tətbiqi təcrübəsinə dair” Metodik vəsaiti əsasən əmək haqqı və digər pul alacaqları (iqtisadi dəyəri olan nemətlər) əmlak hüququ hesab edilsə də, onları tələb etmək hüququna tətbiq olunan müddətlər iddia müddəti hesab olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bununla da qeyd edilən hissədə tələb hüququ cavabdeh tərəfindən iddia müddətinin keçməsi barədə ərizə əsasında təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(006)- 933/2023 nömrəli qətnaməsinin icrasının gecikdirilməsinə görə 6073,65 manatın tutulması” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 445.1-ci və 445.2-ci maddələrinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi halları borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən qətnamənin icrasının 135 gün gecikdirməsi əsası ilə ondan pul tələb etməklə 6073.65 manatın ona ödənilməsini tələb etsə də, iş materialları ilə müəyyən edilir ki, cavabdeh dövlət büdcəsindən maliyyələşən təşkilat olmaqla, qətnamənin icrasını ondan asılı olmayan səbəblərdən gecikdirmişdir. Beləliklə, də qeyd edilən hissədə cavabdeh iddiaya cavab verməli şəxs olmamaqla tələb edilən məbləğ ondan tutula bilməz. Məhkəmə eyni zamanda hesab edir ki, iddia təmin edilmədiyindən iddianın “hüquqlarının bərpası üçün çəkdiyi 1400 manat hüquqi yardıma görə, məhkəməyə müraciət xərcinin əvəzi olaraq 167,3 manatın” tutulması hissəsi də təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi tam təmin edildiyindən, cavabdehin iddia müddətinin tətbiq edilməsinə dair ərizəsinə hüquqi qiymət verilməsinə olan zərurət aradan qalxmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Azərbaycan X7 və Ortopediya X2rşı maddi və mənəvi zərərin ödənilməsi və sairə tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar