Məhkəmə qərarları › İş №e-2(006)-2500/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2500/2022

15.07.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2500/2022 15.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, ilkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi Vəkil, ilkin iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndəsi X1 iştirakları ilə, ilkin ddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx"xxxx"MTK-nın ləğv edilməsi və s." tələbinə dair iddia ərizəsi və ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx" MTK-nın ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzə iddiaçı) Cavabdeh MTK MTK-yə qarşı "MTK-nın ləğv edilməsi və s." tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ləğv olunması, habelə MTK-nın ünvan 1 ünvanında yerləşən çoxmənzilli binadan çıxarılması və həmin binanın idarəetməsindən kənarlaşdırılması, maddi zərərin əvəzi olaraq 3.765 manat, habelə həmin məbləğə hesablanmış 779,77 manat, mənəvi zərərin əvəzi olaraq 3.300 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pulun Cavabdehndən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlkin iddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının (bundan sonra “AR”) vətəndaşı İddiaçı (bundan sonra “İddiaçı”) ünvan 1-da (bundan sonra “Bina”) mülkiyyət hüququ əsasında iki mənzil (bundan sonra “Mənzillər”) məxsusdur: 88 saylı (22 sentyabr 2017-ci il tarixli qeydiyyat üzrə - çıxarışın surəti əlavə olunur) və 91 saylı (12 yanvar 2016-cı il tarixli qeydiyyat üzrə - çıxarışın surəti əlavə olunur). İddiaçı mənzilləri digər fiziki şəxslərdən alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Bina Cavabdeh (bundan sonra “Cavabdeh”) tərəfindən tikilmişdir. İndiyədək də Bina Cavabdeh tərəfindən idarə olunur. Halbuki, binanın tikintisi çoxdan tam başa çatmış və binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ cavabdehin üzvlərinə (sahə mülkiyyətçilərinə) keçmişdir. İddiaçı cavabdehin üzvü deyil və heç vaxt da olmayıb. Aralarında hər hansı müqavilə də bağlanmayıb. Qeyd edilənlərə baxmayaraq, iddiaçı Mənzilləri əldə etdikdən sonra müəyyən dövr (2016-2019cu illər) ərzində cavabdehin qanunsuz tələbi ilə sonuncuya aylıq əsasda nağd qaydada haqq ödəmişdir (cəmi 3.765 manat, əslində daha çox olub, sadəcə iddiaçıda sənədli təsdiqli məbləğ budur). Özü də cavabdeh həmin ödənişlərin təsdiqi üzrə qanunvericiliklə tələb olunan formada (kassa mədaxil orderi) deyil, əldəqayırma sənəd (iddiaçıda olanların surətləri əlavə olunur) verib. Bununla belə, cavabdeh binanın saxlanması üçün adekvat tədbirlər görməmişdir. Məsələn, binanın divarları və içi (o cümlədən liftlər) təmiz saxlanmır, tələb olunan təmir işləri görülmür və s. və i.a. Belə ki, iddiaçı yaşadığı blokda divarların rənglənməsini, işıqlandırmanın daha estetik olmasını və s. özü həyata keçirib. Digər sakinlər də öz hesablarına Binanın ümumi paylı mülkiyyətdə olan sahələrində vaxtaşırı təmir və digər işləri görürlər. Cavabdehin “komendant” isə hətta qanunsuz olaraq binanın ərazisini kənar avtomobillərin dayanacağı kimi istifadəyə də verir. Cavabdeh tərəfindən təyin olunmuş binanın “komendant”ına iddiaçı və digər sakinlər dəfələrlə irad bildirib. Amma vəziyyət dəyişməyib. Bəzi sakinlər ödəniş etməyi dayandırıb. 2019-cu ilin ortalarından iddiaçı da ödəniş etmir. Buna görə də cavabdehin “komendant”ı İddiaçıya problemlər yaratmağa başlayıb. Əvvəla, iddiaçıya kobud şəkildə (onların birində cavabdeh hətta İddiaçını kommunal xətlərin dayandırılması ilə hədələyir) tərtib edilmiş ödəniş tələbi ilə bildirişlərin (bəziləri bu iddia ərizəsinə əlavə edilir) verilməsi ilə yanaşı dəfələrlə Binanın görünən yerlərində İddiaçının və digər ödəniş etməyən sakinlərin adı olan xəbərdarlıqlar (bəziləri bu iddia ərizəsinə əlavə edilir) yerləşdirilib. Daha sonra, dəfələrlə iddiaçının mənzillərinə elektrik enerjisinin verilməsi qanunsuz olaraq dayandırılıb. İddiaçının mənzillərinə gələn müsafirlərə də problemlər yaradılır, sorğu-suala tutulurlar və s. Hətta iddiaçıya su gətirən şirkətin əməkdaşları da binanın ərazisinə buraxılmır. Ümumiyyətlə, iddiaçı və onun yaxınları, qonaqları kobud rəftarla üzləşir və s. və i.a. Bütün bunların əsnasında iddiaçı mənəvi sarsıntı və iztirab keçirmişdir və hazırda da keçirir. İddiaçı bu problemlərlə bağlı polisə də şikayət etmişdir. Nəsimi rayon polis idarəsinin 7 yanvar 2019cu il tarixli məktubunda (surəti əlavə olunur) iddiaçıya bildirilmişdir ki, mülki qaydada məhkəməyə müraciət etməlidir. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx" MTK-nın ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən ümumi istifadədə olan sahələrə 2019-2022-ci ilin mart ayınadək göstərilən kommunal xidmətlərə görə cəmi 5.791,50 manat məbləğində ödənişlərin ümumi paylı mülkiyyətindəki 330 kv.metr payına mütənasib olaraq cavabdeh İddiaçı və ödənilən 78 manat dövlət rüsumu ilə birlikdə tutaraq MTK-nın hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Kiçik Dəniz küçəsində yerləşən çoxmənzilli binanı "xxxx" MMC inşa etdirmiş və tikinti başa çatandan sonra binada yaşayan sakinlərin ümumi yığıncağının qərarı ilə "xxxx" Mənzil-Tikinti Kooperativi yaradaraq binanın idarə edilməsi həmin MTK-ya həvalə edilmişdir. MTK lazimi xidmət müəssisələri ilə müqavilələr bağlayaraq binanın saxlanmasını təmin edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə əsasən blokların təmizlənməsi, işıqlandırılması, liftdən istifadə, məişət tulantılarımn daşınması, binanın mühafizəsi və saxlanması xərcləri hər ay yaşayış sahəsinin kv. metr inə uyğun olaraq sakinlər tərəfindən ödənilməlidir. Cavabdehin həmin binada cəmi 330 kv.metr ümumi sahəsi olan yaşavış sahəsindən istifadə etdiyinə görə hər kv. metr üçün 0,45 manat verməli olduğu halda iddia ərizəsində göstərdiyi kimi 2019-cu il tarixdən kommunal ödənişləri dayandıraraq MTK-va maddi zərər yetirir. Dəfələrlə ona müqavilə bağlamağı və üzərinə düşən xərclərin ödənilməsi bildirilsə də, müqavilə bağlamaqdan imtina edərək kommunal xərcləri könüllü ödəmək istəmir. Hal-hazırda cavabdehin 2019-cu il üzrə 330 kv.m. X 0,45 qəp. = 148,50 X 12 ay= 1.782 manat, 2020-ci il üzrə 1.782 manat, 2021-ci il üzrə 1.782 manat və 2022-ci ilin 3 ayı üzrə 445,50 manat həri İki mənzilə görə cəmi 5.791,50 manat borcu yaranmışdır. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi Vəkil yuxarda qeyd olunan məzmunda izahat vermiş və qarşılıqlı iddiaya etiraz edərək bildirmişdir ki, binanın idarə edilməsi MTK-nın nizamnaməsinə ziddir. Nizamnaməyə əsasən cavabdeh bina tikintisi ilə məşğul olmalıdır. Ümumiyyətlə, cavabdeh tərəfindən bnanın idarə edilməsi Mənzil Məcəlləsinə də ziddir. Bir sözlə, mənzil-tikinti kooperativinin adından da görünür ki, o, tikinti fəaliyyəti üçün yaradıla bilər. Tikinti başa çatdıqdan sonra isə o ləğv olunmalıdır. cavabdeh isə üçüncü şəxsin tikdiyi binanı idarə etməyə başlayıb. Bu da həm qanuna, həm də onun öz Nizamnaməsinə ziddir. Binanın sakinləri ilə xidmətlərin göstərilməsi haqqında müddətsiz müqavilələr bağlanmışdır. Əslində, həmin müqavilələr bağlanmayıb. Belə ki, cavabdeh tərəfindən 57 ədəd “müqavilələr”in əsli 21 iyun 2022-ci il tarixli, iclasda təqdim edilmişdi. Elə həmin iclasda da müəyyən olunmuşdur ki: 1) onların 17 ədədində tarix təsbit olunmayıb; 2) onların heç birində Cavabdehin qanuni təmsilçisinin (rəhbərinin) kimliyi və imzası yoxdur. Yalnız Cavabdehin möhürü var. Müqavilələrdəki sakin imzalarının ən azı bir hissəsi həqiqi olmaya bilər, onların indiyədək mənzil mülkiyyətçisi olması da məlum deyil. Xüsusilə də ona görə ki, cavabdehin nümayəndəsi məhkəmə iclaslarında bildirib ki, sakinləri bir yerə yığmaq, ümumi yığıncaq keçirmək mümkünsüz olub həmişə. Çünki əksəriyyəti çox məşğul insanlardır. Bəs onda necə oldu ki, onlar guya eyni gündə (14 fevral 2011-ci il) müqavilələrə imza edib? Yığıncaq indiyədək keçirilməyib və binanın idarə edilməsi üsulu seçilməyib. Cavabdeh özünü idarəedici təşkilat kimi təqdim etməyə çalışır. Lakin nə Binanın ümumi yığıncağı, nə də bələdiyyə ona belə mandat verməyib. Ümumi yığıncaq nə idarəedici təşkilatı seçib, nə də idarəetmə müqaviləsinin şərtlərini müəyyən edib. Cavabdeh sadəcə Binanı zəbt edərək özbaşına qanunsuz müqavilələr bağlayıb, xidmət haqqı (hər 1 kv.m. üzrə 0,45 manat) müəyyən edib. Cavabdeh özünün ümumi yığıncağının 14 may 2014-cü il tarixli protokoluna istinad edərək fəaliyyətinin guya legitim olduğunu göstərməyə çalışır. Əvvəla, həmin protokolun tarixi ilə yuxarıda qeyd edilən müqavilələrin guya bağlanması tarixi arasında 3 ildən artıq zaman var. Yəni hətta fərz etsək ki, həmin yığıncaq binanın ümumi yığıncağıdır, hər bir halda belə çıxır ki, müqavilələr bağlanmazdan əvvəl heç bir ümumi yığıncaq keçirilməyib. Ən əsası isə cavabdehin ümumi yığıncağı heç bir halda binanın sahə mülkiyyətçilərinin ümümi yığıncağı hesab edilə bilməz. Mənzil Məcəlləsi məhz sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsini tələb edir. Ümumiyyətlə, cavabdehin Nizamnaməsinə əsasən onun cəmi 5 üzvü var: X11, X7, X12, X8 və X3. Bu şəxslərin heç biri ilə müqavilə təqdim edilməyib. Yəni onların Binanın sahə mülkiyyətçisi olması da naməlumdur. Başa düşdüyümüz qədər, Binanı məhz bu şəxslər zəbt edib qanunsuz pul yığırlar. Digər tərəfdən isə binanın sahə mülkiyyətçilərinin cavabdehin üzvü olmasını təsdiqləyən də heç bir sübut yoxdur. Buna görə də onlar Cavabdehin ümumi yığıncağında üzv kimi iştirak edə bilməzdilər. Başqa məsələ ki, təqdim edilən protokolda heç iştirak edənlərin adları da təsbit edilməyib. Cavabdeh MTK binanı tikəndən sonra əlli faizdən çox şəxs mülkiyyət hüququna dair sənəd alaraq sahə mülkiyyətçilərinə keçmişdir, lakin indiyədək bina cavabdeh MTK tərəfindən idarə olunur. İddiaçı cavabdehin üzvü deyil və heç vaxt da olmayıb. Aralarında hər hansı müqavilə də bağlanmayıb. MTK-nın qanunsuz tələbi ilə 2016-2019-cu illər ərzində əldəqayırma sənədlə kommunal haqq ödəmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndəsi X2 yuxarda qeyd olunan məzmunda izahat vermiş və ilkin iddiaya etiraz edərək bildirmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 2005-ci il tarixli sərəncam ilə Bakı şəhəri, Nəsimi rayonu, Kiçik Dəniz küçəsində yerləşən şəhərin görünüşünə uyğun olmayan yararsız yaşayış və qeyri-yaşayış sahələrinin sökülərək yerində çoxmənzilli binanın inşa edilməsi "Jalə Biznes” MMC-yə (hazırda "JMR M” MMC adlanır) həvalə edilmişdir. Həmin çoxmənzilli binanın tikintisi 2010-cu ildə başa çatandan sonra binanın idarə edilməsi məqsədilə "xxxx" Mənzil-Tikinti Kooperativi yaradılmışdır və binada yaşayan sakinlərlə xidmətlərin göstərilməsi haqqında müddətsız müqavilələr bağlanmışdır. Müqavilələrdə göstərilmişdir ki, bu müqavilə ilə müəyyən olunan xidmətlərin göstərilməsinə görə "Sifarişçi" aylıq qaydada mənzilin hər 1 kv.metri üçün “İcraçıya” 0.45 azn ödəyir (Bənd 3.1). Müqavilələrin bir neçəsinin sürəti əlavə edilir. Daha sonra Cavabdeh Mənzil-Tikinti Kooperativinin üzvlərinin ümumi yığıncağı keçirilmiş və 14 may 2014-cü il tarixli ümumi yığıncağının protokolu ilə binanın saxlanması və ümumi istifadə yerlərinə görə xərclər mənzil sahibləri tərəfindən hər bir istifadə edilən mənzilin 1 (bir) kv. metr sahəsi üçün hər ayın 10-dək 0,45 qəpik həcmində ödənilməsi; həmin vəsaitin ödənilməsi MTK-nın tərtib etdiyi kassa mədaxil qəbzində əks edilərək bir nüsxəsi sakinlərə verilməsi; vəsaitlər tam yığılandan sonra xidmət müəssisələri ilə və əməkdaşlarla bağlanan müqavilələrə uyğun olaraq onların hesabına köçürülməsi; MTK üzvlərinə qeyd edilən ödənişlərə görə müqavilə bağlaması təklif edilməsi; Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti təsis edilənədək Binanın idarə edilməsi, saxlanması və sair məsələlər hazırki MTK-ya həvalə edilməsi qərara alınmışdır. İddiaçı iddia ərizəsində göstərmişdir ki, cavabdeh tərəfindən təyin olunmuş Binanın "komendatına" dəfələrlə irad bildirib, amma vəziyyət dəyişməyib, bəzi sakinlər ödəniş etməyi dayandırıb. 2019-cu ilin ortalarından iddiaçı da ödəniş etməyi dayandırıb. Buna görə də cavabdehin "komendantı" iddiaçıya problemlər yaratmağa başlayıb, ödəniş etməyən sakinlərə xəbərdarlıqlar edilir, mənzilə gələn müsafirlərə də, problemlər yaradılır, sorğu-suala tutulurlar və s. MTK-nin Nizamnaməsindən görünür ki, Yusif Tağıyev MTK-ya sədr seçilmiş və Binanın idarə edilməsi onun vəzifəsi olmaqla yanaşı - Blokların təmizlənməsi, lift üçün elektrik enerjisinin təminatı, liftin mexaniki təmiri və xidməti, blokların işıqlandırılması, həyətin işıqlandırılması, su anbarının daim su ehtiyyatı ilə olması, su anbarının mühafizəsi, su nasoslarının saz vəziyyətdə olması, su nasoslarının elektrik enerjisinin, xarici kanalizasiya xətlərinin təmiri, binanın zirzəmi və avtodayanacaqlannın işıqlandırılması, avtodayanacaq və zirzəminin təmizliyi, növbətçi-gözətçi xidmətinin təşkili, məişət tullantılarının vaxtlı-vaxtında daşınması və sair xidmətlər üçün aylıq vəsait ödəməlidir. MTK-nın ümumi yığıncağının qərarı ilə göstərilən xidmətlərdən istifadə edən sakinlər mənzilin hər 1 kv.metrinə görə 0.45 qəpik ödəmələri nəzərdə tutulmuşdur. Göründüyü kimi iddiaçı binanın liftindən istifadə etsə də, ona aid məişət tullantılarının daşınması və sair xidmətlər göstərilsə də, özünün etiraf etdiyi kimi 2019-cu ildən bu günə kimi həmin xərcəli ödəməmişdir. Dəfələrlə ona müqavilə bağlamaq təklif edilsə də hesab etmişdir kı. MTK-nın üzvi deyilsə həmin xidmətlərə görə pul ödəməməlidir. MTK-nın sədri ilə əlaqədar isə bildirir ki, o, həmişə çalışır ki, sakinlərə layiqli xidmət göstərsin. Binaya gələn xarici vətəndaşların kimin mənzilinə gəlmələri barədə məlumat almaq isə təhlükəsizlik tədbirləri məqsədilə Binada yaşayan əksər sakinlərinin tələbi ilə edilir (Müharibə veteranı sənədləri əlavə eddir). Odur ki, qarşılıqlı iddianın təmin edilməsini, ilkin iddianın isə rədd edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: İlkin iddia rədd edilməlidir. Qarşılıqlı iddia rədd edilməlidir. "xxxx" MTK-nın ümumi yığıncağının xx.xx.2014-cü il tarixli protokolundan görünür ki, leyhinə verilmiş 53 səslə aşağıdakı məsələlər qəbul edilmiş qərara alınmışdır: binanın saxlanması və ümumi istifadə yerlərinə görə xərclər mənzil sahibləri tərəfindən hər bir istifadə edilən mənzilin 1 (bir) kv. metr sahəsi üçün hər ayın 10-dək 0,45 qəpik həcmində ödənilsin; həmin vəsaitin ödənilməsi MTK-nın tərtib etdiyi kassa mədaxil qəbzində əks edilərək bir nüsxəsi sakinlərə verilsin; həmin vəsaitlər tam yığılandan sonra xidmət müəssisələri ilə və əməkdaşlarla bağlanan müqavilələrə uyğun olaraq onların hesabına köçürülsün; MTK üzvlərinə qeyd edilən ödənişlərə görə müqavilə bağlaması təklif edilsin; Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti təsis edilənədək Binanın saxlanması və sair məsələlər hazırki MTK-ya həvalə edilsin. "xxxx" MTK-nın beş üzvü tərəfindən təsdiq edilmiş xx.xx.2016-cı il tarixli Nizamnaməsinin surətindən görünür ki, MTK istehlak kooperativi olmaqla, kooperativin məqsədləri üçün binanın (binaların) tikilməsi, həmin binada mövcud olan yaşayış və qeyriyaşayış sahələrinin öz üzvləri arasında tam bölüşdürülməsi, üzvlərin pay haqlarını həcmdə ödəmələri üçün tələb olunan müddətə yaradılır. Kooperativ binanın (binaların) tikintisi başa çatdıqdan və binada (binalarda) mövcud olan bütün yaşayış və qeyri-yaşayış sahələrinə mülkiyyət hüququ Mülki Məcəllə, Mənzil Məcəlləsi, qüvvədə olan digər qanunlar və bu nizamnamə ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra 6 ay ərzində ləğv edilməli və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməlidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 1, mənzil 91 İddiaçı xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 1475 saylı reyestr kitabının 134691 nömrəli vərəqində, xx.xx.2016-cı il tarixdə ********** nömrə ilə qeydiyyat aparılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 1, mənzil 88 İddiaçı xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 1463 saylı reyestr kitabının 134088 nömrəli vərəqində, xx.xx.2017-ci il tarixdə ********** nömrə ilə qeydiyyat aparılmışdır. "xxxx" MTK tərəfindən İddiaçı ünvanlanmış müraciətdən görünür ki, ondan yaranmış kommunal borcu ödəniş edilməsi xahiş edilmişdir. "xxxx" MTK tərəfindən tərtib edilmiş qəbzlərdən görünür ki, İddiaçı MTK-nın hesabına cəmi 3.765 manat məbləğində ödəniş edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35-ci maddəsinə əsasən yaşayış binasında mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər (texniki zirzəmilər), binaya xidmət edən avadanlıqlar, eləcə də binanın yerləşdiyi torpaq sahəsi və s.) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. Məcəllənin 43-cü maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır və çoxmənzilli binanın ümumi əmlakının istifadəyə verilməsi haqqında qərar qəbul etmək, çoxmənzilli binanın idarəetmə üsulunu seçmək ümumi yığıncağın səlahiyyətlərinə aiddir. Məcəllənin 141-ci maddəsinə görə isə çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın idarə edilməsi üsullarından (1. binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilməsi; 2. mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilməsi və 3. idarəedici təşkilat tərəfindən idarə edilməsi) birini seçməyə borcludur. Göründüyü kimi müvafiq qanunvericiliyə əsasən çoxmənzilli binada idarəetmə növünün, eləcə də idarəedicinin seçilməsi sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aiddir. Həmçinin Mənzil Məcəlləsinin 109.5-ci maddəsinə əsasən kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaŞayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. Yaşayış sahəsinin saxlanma haqqı ödənişləri müqabilində Cavabdeh MTK tərəfindən qanunvericiliyə uyğun olmayan qəbzlərin təqdim olunması məsələsi ilə bağlı bildirirlər ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1 ci maddəsinə əsasən lotereya biletlərinin, idman mərc oyunu biletlərinin və elektron idman mərc oyunu biletlərinin alışı istisna olmaqla nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicisinin vəzifələrindəndir. Eyni zamanda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 24.0.5-1-ci maddəsinin tələblərinə uyğun olaraq müraciətində qeyd edilən və vergi orqanlarının səlahiyyətlərinə aid olan məsələlər vergi ödəyicisinin fəaliyyəti üzrə aparılacaq növbəti vergi nəzarəti tədbirləri zamanı araşdırılması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsi tərəfindən nəzarətə götürülmüşdür. Cavabdeh MTK tərəfindən mənzillərin elektrik enerjisi təchizatının dayandırılması ilə bağlı bildirir ki, istehlakçıya verilən elektrik enerjisinin dayandırılması “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsində müəyyən olunmuş hallarda və yalnız enerji təchizatı müəssisəsi tərəfindən həyata keçirilə bilər. Yaşayış sahəsinin saxlanması haqqının ödənilməməsinə görə çoxmənzilli binanın idarəedicisi, o cümlədən MTK tərəfindən istehlakçının kommunal xidmətlərinin, o cümlədən elektrik təchizatının dayandırılması halı qanunvericilikdə nəzərdə tutulmamışdır. Müraciətdə qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsinin, o cümlədən sözügedən çoxmənzilli binada Mənzil Məcəlləsinin müddəalarına uyğun sahə mülkiyyətçilərinin yaxından iştirakı ilə idarəetmənin təşkilinin zəruriliyi barədə İqtisadiyyat Nazirliyi tərəfindən Cavabdeh MTK-ya xx.xx.2022-ci il tarixli İN-X/O-4838/2022 nömrəli məktub göndərilmişdir. Qeyd olunanlar nəzərə alınaraq, sözügedən çoxmənzilli binanın ümumi əmlakının saxlanması və sakinlər üçün normal mənzil-kommunal xidmətlərinin təmin edilməsi, eləcə də müraciətdə qaldırılan məsələlərin həlli məqsədilə binada Mənzil Məcəlləsinin müddəalarına uyğun sahə mülkiyyətçilərinin yaxından iştirakı ilə idarəetmənin təşkili məqsədəuyğun hesab olunur. Məhəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, “Sirab” adlı su şirkətində sürücü işləyir. Sevinc xanım yaşayan binada ondan əlavə, 4-5 mənzilə də su gətirir. Həftənin 3 günü və ya sifarişdən asılı olaraq oraya gedir. İlk dəfə Sevinc xanımın mənzilinə su aparanda problem yarandı. Binanın girişində suyu kimə apardığını bildirdikdə belə bir şəxsin və mənzilin binada olmadığını dedilər və buraxmadılar. O, isə 6 böyük qab su olduğunu, qısa vaxt verilməsini xahiş etsə də icazə vermədilər. Su maşınını yolun qırağında saxlamağa da yer yoxdur. Sevinc xanımın arxasıyla nəlayiq sözlər deyirdilər ki: “bilirsən kimə su gətirirsən” və s. Lakin digər qonşu mənzillərə su gətirəndə heç kimə heçnə demirlər. Sonuncu dəfə binaya su gətirəndə Sevinc xanım haqqında nəlayiq söz işlətdilər. Binaya girişə nəzarət edən şəxsə yaxınlaşıb bildirəndə ki, su gətirib aparmağına imkan versin. O isə cavabında bildirdi ki, “sən işverənə su gətirirsən”. Digər bina sakinlərinə su gətirəndə heç nə demirlər. Məhəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, o, internetdə təmir ustası olmağı ilə bağlı elan vermişdir. Sevinc xanım ona zəng edərək, yaşadığı mənzilin blokunu təmir etdirmək fikri olduğunu bildirərək onu ora dəvət etdi. Bloka baxış keçirdi və qiymətdə razılaşdılar. Yaxınlıqda yerləşən “təzə bazar” adlanan yerə gedərək oradan lazım olan materialları aldı. Sevinc xanım onlara diqqət edərək, çay, su, yemək verirdi. Təmir təxmini 1 həftə və ya 10 gün çəkdi. Blokun ərazisi böyük idi. Bina sakinləri təmir olunmasını görürdü, soruşan olduqda isə Sevinc xanımın öz hesabına təmir etdirməsini deyirdi. Təmir 2017-ci ildə edilmişdir. Bəzi şəxslər təmirin tez bitməsini demək üçün yaxınlaşırdılar. Blokun ərazisi böyük idi, bəlkə də 100 kv.m olardı. Təmiri binanın girişi olan 1-ci mərtəbənin divarı və tavanını rənglədi. Eyni zamanda, Sevinc xanımın yaşadığı mərtəbəsində işıqlarını dəyişib düzəltmişdir. İşin mübahisələndirilməyən hallarından göründüyü kimi İddiaçı Cavabdeh MTK tərəfindən idarə edilən binada iki mənzilin sahibidir. Həmin bina "xxxx" MMC tərəfindən inşa edilmiş və binadaki tikinti işləri başa çatdıqdan sonra binanın (binaların) tikilməsi, həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin öz üzvləri arasında tam bölüşdürülməsi, üzvlərin pay haqlarını tam həcmdə ödəməsinin təmin edilməsi məqsədi ilə yaradılmış Cavabdeh Mənzil-Tikinti Kooperativinə təhvil verilmişdir. Hazırda qarşılıqlı iddia üzrə iddiaçı MTK-nın ümumi yığıncağının xx.xx.2014-cü il tarixli protokoluna və binanın sakinləri ilə bağladığı müqavilələrə istinad edərək qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 2019-2022-ci illik dövr üçün yaranmış kommunal xidmətlərə görə cəmi 5.791,50 manat məbləğində pulun Cavabdeh MTK-nın xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İlkin iddia üzrə iddiaçı isə Cavabdeh MTK-nın həyata keçirdiyi fəaliyyəti qanunsuz hesab edərək Cavabdeh ləğv olunması, habelə MTK-nın ünvan 1 ünvanında yerləşən çoxmənzilli binadan çıxarılması və həmin binanın idarəetməsindən kənarlaşdırılması, həmçinin ona dəymiş maddi və mənəvi zərərin Cavabdehndən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə ilk öncə qarşılıqlı iddianın əsaslı olub-olmamasına dair gəldiyi qənaəti qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 43.1-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır. Həmin Məcəllənin 43.2.4-cü maddəsinə əsasən çoxmənzilli binanın idarəetmə üsulunu seçmək çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərindən biridir. Bu Məcəllənin 109.5-ci maddəsinə əsasən kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyriyaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. Mənzil Məcəlləsinin 121.1-ci maddəsinə əsasən bu Məcəllənin 120.2-ci maddəsində göstərilən binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirak hüququ vardır. Bu Məcəllənin 125.1-ci və 125.2.4-cü maddələrinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır və bu Məcəllə, həmçinin nizamnamə ilə müəyyən edilmiş qaydada çağırılır. Cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərindən biridir. Həmin Məcəllənin 128.0.3-cü maddəsinə əsasən müvafiq il üçün cəmiyyətin xərclər və gəlirlər smetasını və maliyyə fəaliyyəti haqqında hesabat tərtib etmək, onları təsdiq olunmaq üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim etmək Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyətinin vəzifəsidir. Bu Məcəllənin 138.1-ci maddəsinə əsasən yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq çoxmənzilli binanın ümumi əmlakının qanunvericiliyin tələblərinə müvafiq olaraq saxlanmasını təmin edən miqdarda müəyyən edilir. Mənzil Məcəlləsinin 138.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı çoxmənzilli binanın yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarı həmin binanın sahə mülkiyyətçilərinin bu Məcəllənin 44-47-ci maddələrində müəyyənləşdirilən qaydada keçirilən ümumi yığıncağında bir ildən az olmayan müddətə müəyyən edilir. Bu Məcəllənin 139.1-ci və 140.3-cü maddələrinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Əgər çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi yığıncaqda yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarının müəyyənləşdirilməsi barədə qərar qəbul etməzlərsə, bu miqdar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 29 dekabr 2015-ci il tarixli qərarına əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə vurğulayır ki, belə müqavilələrdə müəyyən olunan xərclər və xidmət haqları görülən işlərə və xidmətlərə uyğun hesablanmalı, real qiymətləri əks etdirməlidir, eləcə də sahə mülkiyyətçilərinin sosial, iqtisadi və maddi vəziyyəti nəzərə alınmaqla aydın və ağlabatan olmalıdır. “R.Məhərrəmovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 yanvar 2020-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 22 sentyabr 2020-ci il tarixli qərarına əsasən ... Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti tərəfindən idarə olunan çoxmənzilli binalarda kommunal xidmətlərdən istifadəyə görə yaranmış borcların ödənilməsinə dair işlərin düzgün araşdırılması üçün vacib əhəmiyyət daşıyan hallar sırasına Mənzil Məcəlləsinin 128.0.3-cü maddəsində nəzərdə tutulmuş qaydaya riayət olunması faktının yoxlanılması daxildir. Hazırkı iş üzrə mübahisəli binanın sahə mülkiyyətçilərinin yuxarıda qeyd edilən idarəetmə üsullarından birini seçmələrinə və ya digər qanuni tədbirlər görmələrinə dair sübutlar təqdim edilməmişdir. Faktiki vəziyyət isə ondan ibarətdir ki, binanı inşa etdirmiş "xxxx" MMC ünvan 1 ünvanında yerləşən çoxmənzilli binanı, fəaliyyətinin əsas məqsədi binanın (binaların) tikilməsi, həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin öz üzvləri arasında tam bölüşdürülməsi, pay haqlarının tam həcmdə ödənilməsinin təmin edilməsindən ibarət olan Cavabdeh Mənzil-Tikinti Kooperativinin idarəçiliyinə təhvil vermişdir. Həmin binanın idarə edilməsi hal-hazıradək MTK tərəfindən həyata keçirilir. Belə ki, binada sözügedən xidmətlərin faktiki olaraq qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən göstərilməsi, bina sakinlərinin bu xidmətlərdən yararlanmaları işin mübahisəsiz halıdır. Binanın idarəçiliyi ilə bağlı bir sıra işlərin (ümumi birgə mülkiyyətdə olan yerlərin saxlanılması, işıqlandırılması, mühafizənin təşkili və s.) bir neçə il ərzində MTK tərəfindən həyata keçirildiyi, bu işlərin görülməsinin bir qayda olaraq sahə mülkiyyətçilərinin mənafeyinə uyğun olması və onların bu xidmətlərdən yararlanmaları şübhəsizdir. Lakin qeyd edilməlidir ki, mənzil qanunvericiliyinə əsasən kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ qanunla müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən 1 ay sonra binanın idarə edilməsi ilə bağlı kooperativin səlahiyyətləri bitir. Mənzil Məcəlləsinin 109.5-ci maddəsinin imperativ göstərişinə müvafiq olaraq həmin müddət ərzində mənziltikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilməli və hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. Qanunvericiliyə əsasən, kommunal xidmətlərin məbləğini müəyyən etmək səlahiyyəti məhz çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağına məxsusdur. Qanunun mənasına görə xidmətlərin məbləği ya ümumi yığıncağın özü tərəfindən müəyyən edilməli, yaxud da müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normativlərə uyğun hesablanmalıdır. Binanın idarəetmə orqanı çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağıdır və binanın idarəetmə üsulunu seçmək səlahiyyətinə sahibdir. İxtisaslaşmış istehlak kooperativinin yaradılmadığı çoxmənzilli binanın yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarı ümumi yığıncaqda müəyyən edilir. Əgər yığıncaqda həmin haqqın miqdarının müəyyənləşdirilməsi barədə qərar qəbul edilməzsə, bu miqdar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Mülkiyyətçilər sözügedən haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. Çoxmənzilli binanın idarə edilməsi üsulu üç formada nəzərdə tutulur: binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilməsi; mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilməsi; idarəedici təşkilat tərəfindən idarə edilməsi. Göründüyü kimi çoxmənzilli binanın idarə edilməsi səlahiyyəti binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti vasitəsilə həyata keçirilir. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında və ya Mənzil Məcəlləsində nəzərdə tutulan qaydada qəbul edilmiş qərar əsasında ödəməlidirlər. Binanın idarə edilməsi ilə bağlı tam səlahiyyət sahə mülkiyyətçilərinə məxsusdur və binanın idarə edilməsi üsulu mülkiyyətçilərin ümumi yığıncağının qərarı əsasında dəyişdirilə bilər. İlkin iddia üzrə cavabdeh isə çoxmənzilli binanın idarə edilməsi üçün yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə uyğun formada binanın sahə mülkiyyətçiləri tərəfindən seçilməmişdir. Qanunvericiliyin yuxarıda sadalanan müddəalarından həmçinin görünür ki, mənzil tikinti kooperativi üzvlərinin kommunal xidmətlərə görə ödəniş haqqlarının müəyyən edilməsi kooperativ üzvlərinin ümumi yığıncağı tərəfindən həyata keçirilir. Bunun üçün isə payçıların (mənzil mülkiyyətçilərinin) yarıdan çoxunun iştirakı ilə keçirilən ümumi yığıncağın qərarı zəruridir. xx.xx.2014-cü il tarixli ümumi yığıncağın protokolundan görünür ki, qərar payçılar tərəfindən deyil, yalnız iclasın sədri Orucov Ələddin və katibi Ceyhun Muradov tərəfindən imzalanmışdır. MTK-nın payçılarının sayı və onların iştirakını da həmin protokoldan müəyyən etmək mümkün olmamışdır. Bundan başqa iş materiallarından tələb olunan müddət üçün cavabdehlə iddiaçı arasında kommunal xidmətlərə görə haqqın ödənilməsi ilə bağlı müqavilə bağlanması və ya qeyd olunan qərarın qəbul edilməsi də müəyyən olunmur. Belə ki, MİTK bununla bağlı sübutlar təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, MTK-nın səlahiyyətli olması müəyyən edilməyən protokola və müqavilələrə əsasən tələb olunan məbləğdə iddia tələbinin təmin edilməsi üçün əsaslar yoxdur. Belə ki, iddiaçı tərəfindən əvvəlki dövr üçün müvafiq ödənişlərin tələb edilməsinə əsas verən kooperativ üzvlərinin ümumi yığıncağının qərarı və qanunvericilikdə nəzərdə tutulan qaydada bağlanmış müqavilə məhkəməyə təqdim edilməmiş, binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ qanunla müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən 1 ay sonra iddiaçı kommunal xidmətlərin ödənilməsini tələb etmək üzrə subyektiv hüququnu ümumiyyətlə itirmişdir. Məhkəmə eyni zamanda ilkin iddianın əsassız olduğundan rədd edilməsi qənaətinə gəlmişdir. Belə ki, məhkəmə ilkin iddianın “iddiaçıya dəymiş maddi zərərin, həmin məbləğə hesablanmış faiz borcunun və eyni zamanda vurulmuş mənəvi zərərin ödənilməsi”nə dair hissəsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. Hazırda ödədiyi pulun qaytarılmasını istəyən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tələblərinin qanuni əsasını Mülki Məcəllənin 1091-ci və 1092.1-ci maddələri təşkil edir. Həmin Məcəllənin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İş materiallarından göründüyü kimi, tərəflər arasında göstərilən kommunal xidmətlərin ödənilməsini özündə ehtiva edən hər hansı müqavilə bağlanmamış, ilkin iddia üzrə iddiaçı MTK ilə müvafiq müqaviləni bağlamaq niyyətində olmamışdır. Lakin qaytarılması tələb edilən pul vəsaitinin İddiaçı tərəfindən MTK-yə binanın idarə olunmasına dair öhdəliyin icrası müqabilində könüllü qaydada verilmiş, binanın idarəçiliyi ilə bağlı bir sıra işlər (ümumi birgə mülkiyyətdə olan yerlərin saxlanılması, işıqlandırılması, mühafizənin təşkili və s.) bir neçə il ərzində MTK tərəfindən həyata keçirilmiş, bu işlərin görülməsinin bir qayda olaraq sahə mülkiyyətçilərinin mənafeyinə uyğun olmuş və iddiaçı da digər mülkiyyətçilər kimi göstərilən xidmətlərdən yararlanmışdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, belə olan halda ilkin iddia üzə cavabdeh əldə etdiklərini qaytarmaq üzrə vəzifəsini daşımır. Belə ki, Mülki Məcəllənin 1090.1-ci maddəsinin tələblərinə görə əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur Bundan başqa iddiaçı yaşadığı binada göstərilən kommunal xidmətləri üçün tərəfindən ödənilmiş məbləğdə ona zərər dəyməsinə istinad etsə də tərəfindən dəymiş zərərin nədən ibarət olmasını, ümumiyyətlə mövcud olub-olmamasını, zərərin məhz cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulmasını təsdiq edən sübutlar təqdim edilməmiş və beləliklə də iddiaçı Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Halbuki zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Beləliklə zərərin mövcud olması, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri məsələləri məhkəmə tərəfindən müəyyən edilməli olan hallardır. Məhkəmə iddianın “gecikdirilmiş faiz borcunun ödənilməsi” hissəsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. İlkin iddia üzrə cavabdeh dəymiş zərərin ödənilməsi üçün mülki məsuliyyət daşıdığı müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən qaytarılmalı olan məbləğin gecikdirildiyi vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna da malik deyildir. İddiçı özünə dəymiş mənəvi zərəri 3300 manat məbləğində qiymətləndirmiş və bu zərərin dəyməsi halını MTK-nın işçiləri tərəfindən ona qarşı edilən qanunsuz hərəkərləri ilə əlaqələndirmişdir. Məhkəmə qeyd edir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəldiyindən, mənəvi ziyan qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər şəxsin qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri və s.) hüquqlarını pozmaqla ona mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə qeyd edir ki, iddiaçı məhkəmə iclasında əsəb gərginliyi, psixoloji sarsıntı keçirdiyini bildirsə də, bunun nədə ifadə olunmasını, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə şahidlərin ifadələri ilə bağlı qeyd etməyi zəruri sayır ki, iddiaçının mənəvi sarsıntı və iztirablar keçirməsinə məhkəmə baxışı zamanı dindirilmiş şahidlərin ifadələrinə əsasən hüquqi qiymət verilməsi mümkün deyildir. Çünki mülki-prosessual qanunvericilik konkret sübut edilməli olan halın yalnız qanunvericilikdə göstərilən sübutetmə vasitəsilə təsdiq edilməli olduğunu qeyd edir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, iddia “mənəvi zərər” hissəsində də rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə iddianın “Cavabdeh ləğv olunması, habelə MTK-nın ünvan 1 ünvanında yerləşən çoxmənzilli binadan çıxarılması və həmin binanın idarəetməsindən kənarlaşdırılması”na dair tələbini rədd edərək aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 47.2-ci maddəsinin tələblərinə görə hüquqi şəxsin nizamnaməsində hüquqi şəxsin adı, olduğu yer, fəaliyyətinin idarə edilməsi qaydası, habelə onun ləğvi qaydası müəyyənləşdirilir. Qeyri-kommersiya hüquqi şəxsinin nizamnaməsində onun fəaliyyətinin predmeti və məqsədləri müəyyənləşdirilir. Qeyri-hökumət təşkilatlarının nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının nəzərdə tutulmasına yol verilmir. Həmin Məcəllənin 59.1-ci, 59.2-ci və 59.4-cü maddələrinə əsasən, hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. Hüquqi şəxs onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə, o cümlədən hüquqi şəxsin mövcudluğu üçün nəzərdə tutulan müddətin qurtarması və ya yaradılması zamanı qarşıya qoyulan məqsədin əldə edilməsi ilə əlaqədar olaraq; hüquqi şəxsin yaradılması zamanı yol verilmiş qanunvericilik pozuntuları ilə əlaqədar onun qeydiyyatının məhkəmə tərəfindən etibarsız sayıldığı halda; lazımi xüsusi icazə (lisenziya) olmadan fəaliyyət və ya qanunla qadağan edilmiş fəaliyyət həyata keçirildikdə və ya qanunvericilik digər şəkildə dəfələrlə və ya kobudcasına pozulduqda və ya ictimai birlik və ya fond onun nizamnamə məqsədlərinə zidd fəaliyyətlə müntəzəm məşğul olduqda, habelə bu Məcəllədə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında” və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulan başqa hallarda məhkəmənin qərarı ilə; məhkəmənin yekun qərarı ilə hüquqi şəxsi ləğvetmə növündə cinayət-hüquqi tədbir tətbiq edildikdə ləğv edilə bilər. Hüquqi şəxs müflis olma nəticəsində də ləğv edilir. Həmin Məcəllənin 59.2-1-ci və 59.3-cü maddələrinə görə bu Məcəllənin 59.2.1-ci maddəsində göstərilən əsaslar üzrə hüquqi şəxsin ləğv edilməsi təşəbbüsü ilə çıxış edən iştirakçı və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanı hüquqi şəxsin cari fəaliyyətinə rəhbərlik edən icra orqanından hüquqi şəxsin bütün kreditorlarının tələblərini 12 ay ərzində qarşılamaq üçün ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanatın (aktiv və passivlərinin vəziyyəti barədə) qəbul edilməsini tələb edir. Hüquqi şəxsin icra orqanı ləğvetmə qərarından ən çoxu 20 gün əvvəl bu bəyanatı qəbul edir və ya belə bəyanatın qəbul edilməsinin mümkünsüz olduğunu bildirir. İcra orqanı bəyanatın qəbul edilməsinin mümkünsüzlüyünü bildirdikdə, iştirakçıların ümumi yığıncağı hüquqi şəxsin bütün kreditorlarının tələblərini 12 ay ərzində qarşılamaq üçün ödəmə qabiliyyətinin olubolmamasını təsdiq etmək üçün müstəqil auditor cəlb edə bilər. Müstəqil auditor hüquqi şəxsin ödəmə qabiliyyətinin olmasını öz rəyi ilə təsdiq etdikdə, həmin rəy bu maddə ilə müəyyən edilmiş bəyanata bərabər tutulur. Bu Məcəllənin 59.2.2 və 59.2.3-cü maddələrində göstərilən əsaslar üzrə hüquqi şəxsin ləğv edilməsi tələbini məhkəməyə qanunla bu cür tələb irəli sürmək hüququ verilmiş dövlət orqanı (qurumu) və ya yerli özünüidarə orqanı irəli sürə bilər. Hüquqi şəxsin ləğv edilməsi haqqında məhkəmənin qərarı ilə onun təsisçilərinə (iştirakçılarına) və ya hüquqi şəxsin nizamnaməsi ilə onun ləğvi üçün vəkil edilmiş orqana hüquqi şəxsin ləğvini həyata keçirmək vəzifələri həvalə edilə bilər. Bu Məcəllənin 59.2.4-cü maddəsində göstərilən əsas üzrə hüquqi şəxsin ləğv edilməsi haqqında məhkəmənin yekun qərarı ilə ləğvetmə komissiyasına (təsviyəçiyə) hüquqi şəxsin ləğvini həyata keçirmək vəzifələri həvalə olunur. Mülki Məcəllənin 111.3.5-ci maddəsinə görə kooperativin yenidən təşkili və ləğvi haqqında qərar qəbul etmək kooperativ üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Bu Məcəllənin 113-cü maddəsinə əsasən, kooperativ onun üzvlərinin ümumi yığıncağının qərarı ilə könüllü surətdə yenidən təşkil və ya ləğv edilə bilər. Kooperativin yenidən təşkilinin və ləğvinin başqa əsasları bu Məcəllə ilə müəyyənləşdirilir. Qanunvericiliyin məzmunundan göründüyü kimi kooperativin ləğvi haqqında qərar qəbul etmək kooperativ üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aiddir və Məcəllədə göstərilən əsaslarla hüquqi şəxsin ləğv edilməsi təşəbbüsü ilə yalnız onun iştirakçısı və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanı çıxış edə bilər. İş materiallarından göründüyü kimi ilkin iddia üzrə iddiaçı kooperativin üzvü deyildir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı “Cavabdeh ləğv olunması” dair iddia tələbi irəli sürmək üzrə subyektiv hüquqa malik deyildir. Məhkəmə ilkin iddia üzrə iddiaçının digər tələbləri (MTK-nın ünvan 1 ünvanında yerləşən çoxmənzilli binadan çıxarılması və həmin binanın idarəetməsindən kənarlaşdırılması) ilə bağlı eyni qənaətə gəlmişdir. Belə ki, məhkəmə gəldiyi qənaəti Mülki Məcəllənin yuxarıda göstərilən maddələri və eyni zamanda Mənzil Məcəlləsinin müvafiq maddələri ilə əsaslandırır. Mənzil Məcəlləsinin 43.2.4-cü maddəsinə əsasən çoxmənzilli binanın idarəetmə üsulunu seçmək çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərindən biridir. Həmin Məcəllənin 109.6-cı maddəsinə əsasən, mənzil-tikinti kooperativlərinin yaradılması, idarə edilməsi, yenidən təşkili, ləğvi, fəaliyyəti, həmçinin hüquqi statusu ilə bağlı digər məsələlər bu Məcəllədə nəzərdə tutulmuş xüsusiyyətlər nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında əks edilmiş hüquqi mövqeyə əsasən “.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.” Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin ddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx"xxxx"MTK-nın ləğv edilməsi və s." tələbinə dair ilkin iddiası və ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx" MTK-nın ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu tərəflərə aid edilməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1. 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin ddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx"xxxx"MTK-nın ləğv edilməsi və s." tələbinə dair ilkin iddiası rədd edilsin. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx" MTK-nın ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu tərəflərə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar