Məhkəmə qərarları › İş №e-2(006)-2530/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2530/2024

05.11.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2530/2024 05.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçının, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh, eyni zamanda digər Cavabdeh1 və üçüncü şəxsin nümayəndəsi olan Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı miras əmlaka payın müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, anası X1 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, sahəsi 0,12 ha olan “364” saylı bağ sahəsi -**********50 nömrəli daşınmaz əmlakda onun və bacısı X8 qanun üzrə vərəsəlik payının hər birinə 1/3 hissə, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X3nın vərəsələri (övladları) olan digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər birinin payının 1/6 hissə olmaqla müəyyən edilməsi barədə haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşməklə sahəsi 0,12 ha olan “364” saylı bağ sahəsi Bakı şəhər XDS İKnin “Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi” ilə bağlanmış 11 iyun 1990-cı il tarixli 4505 saylı müqaviləyə əsasən anası X15 adına rəsmiləşdirilmişdir. Anası X7 12 iyun 2012-ci il tarixdə vəfat etmiş və onun 3 (üç) vərəsəsi, o cümlədən o, bacısı X16 və digər X3 qalmışdır. X3 xx.xx.2020-ci il tarixdə vəfat etmiş və onun 2 vərəsəsi, yəni iddiası üzrə digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qalmışdır. Vərəsələrdən onun və bacısı X8 müraciəti əsasında anaları X1 miras qalmış əmlaka dair 3 saylı “ASAN Xidmət” mərkəzinin notariat ofisində V-507/2019 nömrəli vərəsəlik işi açılmış, lakin nəticə etibarilə həmin notariat ofisinin “Notariat hərəkətini aparmaqdan imtina edilməsi haqqında” 29 aprel 2023cü il tarixli 679 saylı Qərarı ilə ona qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Buna səbəb isə vərəsəlik payları ilə bağlı vərəsələr arasında fikir ayrılığı olmuşdur. Qeyd etmişdir ki, müraciəti əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən notariat kontoruna vərəsliyin rəsmiləşdirilməsi üçün “Müqavilə və digər əsaslar üzrə vəfat etmiş şəxsə məxsus olmuş, üzərində mülkiyyət və və ya digər əşya hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka dair hüquqların rəsmiləşdirilməsinin mümükünlüyü barədə” ƏXM 1645 saylı 18 aprel 2023-cü il tarixli arayış da verilmiş və həmin arayışda “xüsusi qeyd” olaraq yuxarıda göstərilən daşınmaz əmlakın Reyestr nömrəsi **********50 göstərilmişdir. Buna baxmayaraq göstərilən daşınmaz əmlak üzərində qanun üzrə vərəsəliyin rəsmiləşdirilməsindən bacısı-cavabdeh X16 nəticə etibarilə imtina etmiş, digər cavabdehlər isə ümumiyyətlə bu günədək heç bir addım atmamış və notariat orqanına müraciət etməmişlər. Göstərilən səbəbdən hesab etmişdir ki, məsələ məhkəmə qaydasında həll edilməli, anası X1 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, sahəsi 0,12 ha olan “364” saylı bağ sahəsi (**********50 nömrəli daşınmaz əmlak) üzərində onların hər birinin vərəsəlik payı 1/3 hissədə, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X3nın vərəsələri (övladları) olan Cavabdeh1 və Cavabdeh2 hər birinin payı 1/6 hissədə (ümumilikdə 1/3 hissə) müəyyən edilməlidir. Sonradan X41 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaya etirazla məhkəməyə müraciət edərək, iddianın rədd edilməsini xahiş etmişlər. Etiraz onunla əsaslandırılmışdır ki, sözü gedən torpaq sahəsi ailə arasında illər əvvəl mülk sahibi (yəni X33) ilə birlikdə bölünmüşdür. Belə ki, mərhum nənələri X33, həmin ərazini Şahverdiyeva Məlahətin (ailə qurmadığını və tənha həyat sürdüyünü, Şahverdiyeva Məlahətdən sonra hər bir halda bacıları arasında bölünəcəyinidə nəzərə alıb) bölgüsüz istifadəsinə vermişdir. İllərdir ki, həmin torpaqda və evdə Şahverdiyeva Məlahət yaşamışdır. Mərhum nənəsinin qərarından sonra anası mərhum Şahverdiyeva Lətafət və İddiaçı Pirşağı qəsəbəsində ayrıca olaraq təxmini 1997-ci ildə bağ almışlar. Halhazırda da İddiaçı Pirşağı qəsəbəsində 12 sot torpağı onun üzərində isə 2 ədəd evi vardır, bundan əlavə isə qeydiyyatda olduğu ünvanda şəhərdə evi vardır. Lakin, X10 mərhum nənəsi (Şaheverdiyeva İzzət xanımdan miras qalan iddia predmeti olan torpaq sahəsində) olan ata evində yaşamışdır. Həmin ev naməlum şəxslər tərəfindən yandırıldıqdan sonra, hal-hazırda X21 qəsəbəsində kirayə qalır. Mərhum anası rəhmətə getməzdən öncə mərhum anasından ona miras qalmış torpaq sahəsinə Məlahət yaşadığı ərəfədə heç bir şəkildə müdaxilə etməmələrini onlara vəsiyyət etmişdir. Səbəbini yuxarıda qeyd etmişdir. Elə buna görə də, onlar X9 vərəsələri Cavabdeh1 və Cavabdeh2, Şahverdiyeva Məlahətin yaşadığını nəzərə alaraq öz paylarını açıq saxlamışlar. Lakin, gələcəkdə onlara aid miras payda qanunla nəzərdə tutulan bütün paylarını alacaqlar. Paylar ayrılası olacaqsa onlara aid olan payı tələb edəcəklər. Bu qərarları mirasın yiyəsi X9 vəsiyyətidir. Payların ayrılması notariat orqanın işi olduğunu nəzərə alaraq, iddia ərizəsində cavabdehlər kimi onların qeyd olunmasının qanuna zidd hesab edirlər. Habelə, İddiaçı ona məxsus payı ona notariat orqanı tərəfindən verilmədiyini nəzərə alaraq, notariusa qarşı hər hansı bir tələbi iddiası vardırsa, cavabdeh kimi notariusla olan anlaşılmamazlıqlarını məhkəmə qaydasdında notariata qarşı iddia qaldırmaqla görməli idi. Lakin, iddiaçı cavabdeh qismində digər vərəsələri öz paylarını tələb etməyə məcbur etməyə cəhd edir. Bu qanuna ziddir. İddiaçı tərəfindən bütün prosedurlar qanuna zidd şəkildə olunmuşdur. Habelə, iddiaçı digər vərəsələrlə yalnız həmin torpağın naturada bölünməsi işində cavabdeh qismində cəlb edə bilər. Miras əmlakda qanun üzrə vərəsəlik paylarının müəyyən edilməsi ilə notariat orqanı məşğul olur, notariat orqanının səlahyyətləridir. Odur ki, hesab etmişlər ki, iddia ərizəsi prosedurlar pozulmaqla qaldırılmışdır. Mərhum nənəsi X33 Ənvər qızı illərlə şəkər xəstəliyindən əziyyət çəkdiyinə görə, bir ayağı qanqrena olduğundan 2005-ci ildə kəsilmişdir. 2005-ci ildən rəhmətə gedənə qədər yəni 2012-ci ilə qədər, ona yalnız anası və onların ailələri baxmışdır. Mərhum nənəsinin o ərəfədə 82 yaşında idi yataq xəstəsi idi. 89 yaşında isə vəfat etmişdir. Bütün bu illər ərzində nə Naibə nə də Məlahət ona 1 gün belə baxmamışlar. Mərhum nənəsi isə ağır yataq xəstəsi idi. Məlahətin uşaqları olmadığından İddiaçı anasına baxmadı deyə heç olmaya bacısına baxmağı ona təklif edib, Şahverdiyeva Məlahətdən sonra onlara qalacaq payı ona halal etməyə hazır olduqlarını bəyan edirlər. Lakin, o şərtlə ki, Şahverdiyeva Məlahətə ölənə qədər bir bacısı kimi baxacaq. Onu da qeyd etmək istəmişdir ki, hal-hazırda Şahverdiyeva Məlahətə maddi olaraq onlar Cavabdeh1 və Cavabdeh2 baxırlar. 2023-cü ildə X22 xəstəxanasında böyrəklərinə görə, xəstə yatarkən bütün xərclərini onlar çəkmişlər. İddiaçı tərəfindən 1 manat belə köməklik edilməmişdir. Naibə yalnız vərəsəliklə ona qalan əmlaklar olanda üzə çıxır, qalan vaxtı nə anası var nə də bacısını tanımaq istəmir. Belə ki, bütün yuxarıda qeyd olunanları nəzərə alaraq, hesab edirlər ki, Şahverdiyeva öz payının alınmasını vərəsələr olaraq onlardan deyil, ona ayırıb pay hissəsinin verməyən notariat orqanı ilə həll etməlidir. Digər Cavabdeh3 xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş məktubunda bacısı Naibəyə mübahisəli ünvanda olan torpaq sahəsindən notarial qaydada pay verməyə razı olduğunu, lakin iddiaçı payın bu qayadada verilməsinə cavab verməyərək ona payın məhkəmə vasitəsi ilə alınmalı olduğunu bildirməsi barədə məlumat verir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə dəqiqləşmə verməklə, X1 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, sahəsi 0,12 ha olan “364” saylı bağ sahəsi -**********50 nömrəli daşınmaz əmlakda İddiaçı və X8 hər birinə məcburi pay olaraq 1/6 hissə, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X9 vərəsələri (övladları) olan Cavabdeh1 və Cavabdeh2 vəsiyyət üzrə vərəsəlik əsasında hər birinin payının 2/6 hissə olmaqla müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə icraatının gedişində müəyyən olunmuşdur ki, miras qoyan X4 adından qızı X9 xeyrinə Bakı şəhəri 9 saylı notariat kontorunda 09 oktyabr 2010-cu il tarixdə vəsiyyətnamə rəsmiləşdirilmişdir. Ona görə də hesab edir ki, göstərilən səbəbdən, yəni vərəsəliyin əsasının dəyişməsi səbəbindən iddia tələbinin predmetinə dəyişiklik edilməsi zərurəti vardır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısı (məcburi pay) təşkil etməlidir. Göstərilən normanın mahiyyətinə uyğun olaraq hazırki iddia tələbi üzrə vərəsəlik paylarının miqdarında dəyişiklik edilməlidir. Məhkəmə iclasında iddiaçı, onun nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər və iddia ərizəsinin məzmununa uyğun izahat verdilər. Cavabdeh3 məhkəmənin əvvəlki iclaslarında iştirak etməsinə baxmayaraq, müvafiq qaydada məlumatladılsa da məhkəmə iclasında iştirak etməmişdir. Digər cavabdeh, o cümlədən Cavabdeh1 və üçüncü şəxsin nümayəndəsi Cavabdeh2 iddianı etiraf etməyərək onun təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, həmin işlə bağlı nənələri X5 vəsiyyətnaməsi mövcuddur. Vəsiyyətnamədən də göründüyü kimi nənəsi ona məxsus olan bütün daşınar-daşınmaz əmlakının mərhum anası X12 vəsiyyət etmişdir. 09 oktyabr 2010-cu il tarixində notariat tərəfindən həmin vəsiyyətnamə təsdiq edilmişdir. Əmlak sahibi mərhum nənəsi olduğundan hesab edirlər ki, X2 miras qalan Bakı şəhəri, Pirşağı qəsəbəsi, Bağlar 364 saylı bağ sahəsinin yeganə varisləri kimi onlar Cavabdeh1 və Cavabdeh2 qızlarıdır. Vəsiyyətnamənin mahiyyətinə nəzər salınsa, Şahveriyeva Naibənin ümumiyyətlə o torpaqdan pay istəməyə haqqı yoxdur. Belə ki, mərhum nənəsi artıq öz əmlakına dair iradəsini şərhsiz olaraq sağ ikən ifadə etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən xx.xx.2023-cü il tarixli notariat hərəkətini aparmaqdan imtina edilməsi haqqında qərarın surətindən görünür ki, Cavabdeh3 xx.xx.2019-cu il tarixdə notariat ofisinə müraciət edərək xx.xx.2012-ci il tarixdə vəfat etmiş anası mərhum X1 qalan miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Vərəsələrdən İddiaçı Ənvər qızı notariat ofisinə ərizə təqdim edərək mirası faktiki qəbul etmiş digər vərəsələrin paylarının ayrılmasına etirazı olduğu üçün məhkəməyə müraciət etmək niyyətində olduğunu bildirmişdir. Qeyd olunanları nəzərə alaraq “Notariat Haqqında” Azərbaycan Respublikası Qanununun 40-cı maddəsinin 1-ci bəndini rəhbər tutaraq İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. İş materiallarında olan Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2012-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi üzrə nümayəndəsi tərəfindən xx.xx.1995-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X23 xx.xx.1995-ci il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.1971-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, Cavabdeh3 xx.xx.1951-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Onun atası X24, anası X14r. İş materiallarında olan xx.xx.1973-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. Onun atası X24, anası X14r. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1988-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Onun atası X41, anası X13r. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1990-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. Onun atası X41, anası X13r. İş materiallarında olan notariat işindən görünür ki, Cavabdeh3 xx.xx.2019-cu il tarixli ərizəsində ünvan 1 ünvanda yaşamış xx.xx.2012-ci il tarixdə vəfat etmiş anası X1 qalmış fərdi yaşayış evindən ibarət mirası qəbul etməsini, ondan başqa digər vərəsənin olmadığını bildirmişdir. İş materiallarında olan notariat işindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixli ərizəsində ünvan 1 ünvanda yaşamış xx.xx.2012-ci il tarixdə vəfat etmiş anası X1 qalmış fərdi yaşayış evindən və Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsindən ibarət mirası qəbul etməsini, ondan başqa digər vərəsələrin-X17 və X8 olmasını bildirmişdir. İş materiallarında olan notariat işində olan İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan göstərilmişdir ki, xx.xx.2012-ci il tarixdə vəfat etmiş X1 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı vərəsəsi qızı-Cavabdeh3 tərəfindən Bakı şəhəri 3 saylı “ASAN xidmət” mərkəzinin notariat ofisində xx.xx.2019-cu il tarixli V-507/2019 saylı vərəsəlik işi açılmışdır. X4 bu günə məlum olan vərəsələri qızları Cavabdeh3 və İddiaçıdır. X1 qalmış əmlaka dair hüquq müəyyənedici sənəd olmadığı üçün vərəsələrə “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin verilməsi mümkün deyildir. İş materiallarında olan bağın icarəyə verilməsi haqqında 4505№li xx.xx.1990-cı il tarixli müqavilədən görünür ki, həmin müqavilə Pirşağı qəsəbəsi 0.12 ha bağ sahəsində yerləşən 1 otaqdan ibarət binanın Bakı şəhəri X42 İcraiyyə Komitəsi tərəfindən icarədar X18 verilməsi haqqında bağlanmışdır. İş materiallarında olan Bakı şəhər 9 saylı dövlət notariat kontorunda təsdiq edilmiş xx.xx.2010-cu il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X7 ölən günədək ona məxsus olan bütün daşınar-daşınmaz əmlakını X12 vəsiyyət etmişdir. İş materiallarında olan Bakı şəhəri 29 saylı notariat ofisi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X9 vərəsələri X41, Cavabdeh1 və Cavabdeh2dır. Onlar mərhum X12 məxsus olmuş ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 29.55 kv.m 1 otaqlı mənzildən ibarətdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixdə tərtib edilmiş yanğın aktından görünür ki, həmin akt 1951-ci il təvəllüdlü Cavabdeh3 məxsus Sabunçu rayonu Pirşağı qəsəbəsi 364 saylı bağ evində yaranmış yanğın saat 22.09-da söndürülmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixdə tərtib edilmiş yanğın aktından görünür ki, həmin akt 1951-ci il təvəllüdlü Cavabdeh3 məxsus Sabunçu rayonu Pirşağı qəsəbəsi 364 saylı bağ evində yaranmış yanğın söndürülmüşdür. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)- 6251/2022 saylı qərarının surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən, sahəsi 0.12 ha olan 364 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun mərhum X6 məxsus olmasına dair arayışın İddiaçı verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə qeyd edir ki, vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. Məhkəmə iclasında işin halları ilə müəyyən edilmişdir ki, X11 xx.xx.2012-ci il tarixdə vəfat etmiş, onun vərəsələri İddiaçı, Cavabdeh3 və X17 olsalar da, o ölən günədək ona məxsus olan bütün daşınar-daşınmaz əmlakını X12 vəsiyyət etmiş, lakin sonuncu mirası qəbul etmədən ölmüşdür. Onun vərəsələri əri-X41, qızları Cavabdeh1 və Cavabdeh2 X12 vəsiyyət edilmiş əmlakın qəbuluna dair hər hansı hərəkətlər etməmişlər. Mirasın qəbuluna dair hərəkətlər isə iki formada ola bilər - mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etmək barədə ərizə vermək, yaxud əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla mirası qəbul etdiyini şəksiz nümayiş etdirmək. Onlar isə nə faktiki, nə də mirasın qəbulu ilə bağlı notariat ofisinə müraciət etməmişlər. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Müəyyən edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 0.12 ha 364 saylı bağ sahəsində Cavabdeh3 daimi olaraq yaşamaqla miras əmlaka sahiblik etmiş, əmlakı idarə etmiş, bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirmişdir. Məhkəmə iclasında iddiaçı və Cavabdeh2 Cavabdeh3 mübahisəli əmlakda 2012-ci ilin sonu, 2013-cü ilin əvvəlindən (M.Ə. Şahverdiyevanın təqaüdə çıxdığı vaxtdan) etibarən yaşadığını təsdiq etdilər. Azərbayсan Respublikası Mülki Məсəlləsinin 1133-cü maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134-сü maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Həmin Məcəllənin 1151-сi maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1145-сi maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1243-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Məhkəmə qeyd edir ki, hazırda X12 vəsiyyət edilmiş əmlak irsi transmissiya üzrə onun vərəsələrinə keçməmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Lakin, Qərarın nəticə hissəsinin 3-cü bəndinin müəyyən etdiyi hüquqi vəziyyətlə bağlı qeyd edilmişdir ki, bu Qərar onun qəbulu günü olan xx.xx.2023-cü il tarixində və ondan sonrakı dövrdə açılmış mirasla bağlı vərəsəlik münasibətlərinə, habelə qərarın qəbulundan əvvəl vəfat etmiş şəxslərin xx.xx.2023-cü il tarxinədək məhkəmələrin icraatında olan vərəsəlik mübahisələrinə şamil olunacaqdır. xx.xx.2023-cü il tarxinədək vəfat edib və bu tarixədək məhkəmənin icraatında olmayan vərəsəlik münasibətlərinə həmin vaxt qüvvədə olan normalara uyğun olaraq əvvəlki qaydada mirasın qəbulu sistemi tətbiq edilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda qeyd olunmalıdır ki, mirasın qəbul sistemi üzrə maddi hüquq normasının tətbiq edilməsinə dair məsələyə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və Vİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1194-cü maddələrinin həmin Məcəllənin 372, 373, 1166, 1202.2 və 1255-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2024-cü il tarixli Qərarının nəticə hissəsinin 4-cü bəndində də eyni mövqe ifadə edilmişdir. Göründüyü kimi, hazırki mülki işə mirasın qəbul sistemi ilə müddət şamil edilməklə, X12 vəsiyyət edilmiş əmlakın irsi transmissiya üzrə onun vərəsələrinə keçməməsi səbəbindən iddiaçı mirasda məcburi pay almaq hüququna malik olmamışdır. Bununla yanaşı qeyd olunmalıdır ki, iddiaçı miras əmlakın faktiki gəbul edilməsi ilə bağlı hər hansı sübut təqdim edə bilməmişdir. Əksinə olaraq, Cavabdeh3 tərəfindən mirasın faktiki qəbul edilməsi ilə bağlı dəlillər əsaslı görünür. Belə olduğu təqdirdə, Cavabdeh3 mirasın faktiki qəbulu ilə bağlı ötürülmüş müddətin üzrlü hesab edilməsi ilə məhkəməyə müraciət etməklə, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət uzadıla bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı miras əmlaka payın müəyyən edilməsi barədə iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar