Məhkəmə qərarları › İş №e-2(006)-2533/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2533/2025

19.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2533/2025 19.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi 4 saylı Bakı “Asan xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə «qohumluq faktının müəyyən edilməsi»nə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.Ərizəçi 4 saylı Bakı “Asan xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə «qohumluq faktının müəyyən edilməsi»nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. 2.Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1969-cu ildə Bakı şəhərində anadan olmuşdur. Onun doğum haqqında şəhadətnaməsində ata qrafasında X22 qeyd edilmişdir. X13 doğum haqqında şəhadətnaməsi itirildiyi üçün arxivə müraciət edilmiş, xx.xx.2023-cü il tarixli arxiv arayışında onun adı X24 kimi qeyd edilmişdir. Ərizəçinin nənəsi - X3 miras əmlakın qəbul edilməsi üçün vərəsəlik işi açılmışdır. Lakin aşağıdakı səbəblərdən ərizəçinin atasının doğum haqqında arayışında X24 kimi qeyd edildiyindən, ərizəçinin öz doğum haqqında şəhadətnaməsində isə ata qrafasında X22 kimi qeyd edildiyindən, mərhum atasının ölüm haqqında şəhadətnaməsində vətəndaş qrafasında X22 kimi qeyd edildiyindən ərizəçi nənəsi X3 mirası qəbul edə bilmir. Göründüyü kimi ərizəçinin mərhum atasının doğum haqqında arayışında X24 yazılması digər hüquq müəyyən edici sənədlər olan, ölüm haqqında və övladının doğum haqqındakı şəhadətnaməsi ilə ziddiyyət təşkil edir. Bu səbəbdən yuxarıda qeyd edilən ziddiyyətlərin aradan qaldırılması və ərizəçinin atası olan X13 doğum haqqında arayışında və akt qeydlərində olan səhvin düzəldilərək “Viktor” kimi qeyd edilməsinə və dolayısı ilə ərizəçinin X7 qohumluq faktının müəyyən edilməsi üçün müraciət edilsə də, ərizənin təmin olunması xx.xx.2025-ci il tarixli cavab məktubu ilə qeyri-mümkün olması, akt qeydində dəyişiklik edilməsinin də mümkün olmadığı ona rəsmi formada bildirilmişdir. Qeyd edilən faktın müəyyən edilməsi miras əmlakı qəbul edə bilmək üçün ərizəçiyə lazımdır, həmin sənədi də başqa yolla ala bilmir. Ərizəçi doğum haqqında şəhadətnaməsində ata qrafasında yazılan X16 ilə xx.xx.2023-cü il tarixli, 3-48-DA/2-S-01834/2023 nömrəli arxiv arayışında qeyd edilən X24 və xx.xx.2022ci il tarixdə Ədliyyə Nazirliyi Cənub regionlararası idarəsinin X17 rayonunda İzmayıl vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədə qeyd edilən X25 eyni şəxsdir, Kujelinov Viktor X2, Ərizəçi isə nəvəsidir. Bununla belə sənədlərdə ərizəçinin atasının adı fərqli yazıldığından nənəsindən qalmış mirası qəbul edə bilmir, bununla bağlı notariat ofisinə müraciət etmiş olsa da, qohumluq faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Buna görə də məcbur qalaraq məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən Ərizəçi doğum haqqında şəhadətnaməsində ata qrafasında yazılan X13, xx.xx.2023-cü il tarixli, 3-48-DA/2-S-01834/2023 nömrəli arxiv arayışında qeyd edilən X18 və xx.xx.2022-ci il tarixdə Ədliyyə Nazirliyi Cənub regionlararası idarəsinin X17 rayonunda İzmayıl vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədə qeyd edilən X19 X7 övladı olması, Ərizəçi isə X7 nəvəsi olmasına dair qohumluq faktının tanınması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, əlavə suallara cavab olaraq isə ərizəçinin atasının adının həm ərizəçinin doğum haqqında şəhadətnaməsində, həm də atasının ölüm haqqında şəhadətnaməsində Viktor kimi qeyd olunduğunu, ərizəçinin atasının adının Viktor olduğunu, sadəcə ərizəçinin atasının adının doğum haqqında arayışında “Vitya” kimi qeyd olunduğunu, bugün həmin sənədin doğum haqqında şəhadətnaməni əvəz etdiyini, ərizəçinin atasının Aqripina Bidyukovanın övladı olduğunu, Aqripina Bidyukovanın vəfat etdiyini, ölüm kağızının təqdim edildiyini, əmlakın Aqripina Bidyukovadan qaldığını, Aqripina Bidyukovanın doğum haqqında yox, ölüm haqqında şəhadətnaməsinin lazım olduğunu, Viktorun Aqripinanın oğlu olduğunu, təqdim edilən orderdə Viktor Kujelinovun adı ailə üzvü kimi qeyd olunduğunu, onun 1944-cü il təvəllüdlü olduğunun göstərildiyini, Ərizəçi da adresinin eyni yer olduğunu, orderdə həmçinin bir bacının da adının qeyd olunduğunu, qeydiyyatda olan ailə üzvlərindən orada yaşayan yalnız Sergey olduğunu, sadəcə olaraq ünvan dəyişikliyi olduğuna görə orderdəki ünvanla Sergeyin ünvanının üst-üstə düşmədiyini, bunun üçün Bakı şəhəri Nəsimi rayonu Mənzil Kommunal Təsərrüfat Birliyindən arayış təqdim edildiyini, adlar fərqli olsa da, əvvəlki ünvanla indiki ünvanın eyni yer olmasını, hazırda ailə üzvlərindən tək həyatda qalan Sergey olduğunu, onlarla qohum olduğunun sübut edilərək miras payını ala biləcəyini qeyd etmişdir. 4.İş üzrə maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə hazırki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 5.Məhkəmə iclasında şahid qismində dindirilən X15 ifadəsində ərizəçinin üzbəüz qonşusu olduğunu, uzun illər Bakı şəhəri, Nəsimi rayonu 1-ci mikrorayon ərazisində yaşadığını, özünün 55-ci, onların 57-ci mənzildə yaşadıqlarını, həmin evdə ərizəçi, nənəsi Aqripina, atası Viktorun yaşadığını, ərizəçinin onlarla qonşu olduğu dövrdə anadan olduğunu, Aqripina ilə yaxın münasibətdə olduqlarını, Aqripinanın və Viktorun vəfat etdiklərini, Sergeyi arada gördüyünü, evə gedib-gəldiyini, evin Aqripinanın olduğunu və Aqripinanın 2 övladı olduğunu bildirmişdir. 6.Məhkəmə iclasında şahid qismində dindirilən X10 ifadəsində ərizəçinin onların qonşusu olduğunu, qardaşının ərizəçi ilə eyni sinifdə oxuduğunu, ərizəçinin atası Viktorun ondan böyük olduğunu, onun vəfat etdiyini, mənzilin Aqripinanın olduğunu, bugünkü gündə həmin mənzildə ərizəçinin yaşadığını, ərizəçinin Viktorun oğlu, Aqripinanın isə nəvəsi olduğunu, özünün hazırda həmin ərazidən köçdüyünü, ona görə Sergeyi artıq görə bilmədiyini, qardaşının isə yenə də həmin ərazidə yaşadığını, Sergeylə uşaqlıqdan yaxın olduğunu bildirmişdir. 7.Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizə qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 8.Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatından, şahidlərin ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin atası X22, nənəsi X11muş, hər iki vəfat etmişdir. Hazırda ərizəçi nənəsi X6 miras qalan əmlakı qəbul edə bilmir. Səbəb isə ərizəçinin doğum haqqında şəhadətnaməsində və onun atasının ölüm haqqında şəhadətnaməsində atasının adı “Viktor” qeyd edilsə də, atasının doğum haqqında arxiv arayışında isə adı “Vitya” qeyd edilmişdir. Buna görə də ərizəçi müvafiq sənədlərdə qeyd edilən ata adı ilə uyğunsuzluğu aradan qaldırılması və gələcəkdə nənəsindən qalan miras əmlakı qəbul edə bilməsi üçün atasının nənəsinin oğlu olması, həmçinin özünün də nənəsinin nəvəsi olması barədə qohumluq faktının müəyyən edilməsini tələb edir. b) Mülki işin materialları: 9.Mülki işin materiallarında olan xx.xx.1993-cü il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.1993-cü il tarixdə vəfat etmiş, bu barədə xx.xx.1993-cü ildə 527 nömrə ilə qeyd edilmişdir. 10.Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Dövlət Arxivindən verilən 14 sentyabr 2023-cü il tarixli arxiv arayışından görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən 1944-cü ilə dair Bakı şəhəri Oktyabr (Yasamal) rayonu üzrə doğum haqqında qeydiyyat kitabında 26 mart 1944-cü ildə doğulan Kujelinov Vitya (sənəddə olduğu kimi) Vasilyeviçin təvəllüdlü qeyd olunur. X28 Yakovleviç, anası X20. 11.Mülki işin materiallarında olan (Odessa şəhəri) Ədliyyə Nazirliyi Cənub regionlararası idarəsinin X17 rayonunda İzmayıl vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı şöbəsi tərəfindən verilən İ-ЖД seriyalı, 708332 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X25 xx.xx.2022-ci il tarixdə vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2022-ci ilin noyabr ayının 29 günündə 1662 nömrəsi ilə qeyd edilmişdir. 12.Mülki işin materiallarında olan Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İİ seriyalı, 146589 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1969-cu il tarixdə anadan olmuş, atası X22, anası X14. 13.Mülki işin materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 25 oktyabr 2023-cü il tarixli məktubdan görünür ki, keçmiş Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1962-ci il tarixli, 17-37/21 saylı qərarı Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. 14.Mülki işin materiallarında olan 4 saylı ünvan 2 ünvanlanan 05 dekabr 2023-cü il tarixli, 3884 nömrəli məktubdan görünür ki, Ərizəçi müraciəti, miras qoyanla qohumluq əlaqəsini təsdiq edən sənəd (yaxud vəsiyyətnamə) mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında xx.xx.1944-cü il tarixdə doğulmuş, xx.xx.2022-ci ildə ölmüş X19 adına vərəsəlik işi açılmışdır. Qeyd olunanlarla bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 51.1-1-ci maddəsinin tələbinə uyğun olaraq mərhum X19 adına olan ünvan 3 ünvanındakı əmlaka dair hüququn ölmüş şəxsə məxsus olması barədə arayış verilməsi xahiş olunmuşdur. 15.Mülki işin materiallarında olan 23 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 143 nömrəli arayışdan görünür ki, keçmiş Saray şosesi küçəsi, ev A-5 mənzil 57 hal-hazırda Nəsimi rayonu, 1-ci m/r, Cavadxan küçəsi, bina 7 mənzil 57 adlanır. 16.Mülki işin materiallarında olan 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, müraciətə əlavə olunmuş Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının 3-48- 2F/2-S-07586/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubu ilə keçmiş Bakı şəhəri XDS İK-nın (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1962-ci il tarixli, 17-37/21 saylı qərarının Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi bildirilmişdir. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. 17.Mülki işin materiallarında olan 4 saylı Bakı “Asan xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, sənədlərin yoxlanılması zamanı aşkar olunmuşdur ki, vətəndaşın atası, xx.xx.1944-cü il təvəllüdlü X13 adı Azərbaycan Respublikasının Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 3-48-DA/2-S- 01834/2023 saylı arxiv arayışında “Vitya” qeyd edilsə də, onun Səadət Sarayı (Bakı nikah evi) tərəfindən tərtib olunmuş xx.xx.1968-ci il tarixli 1082 saylı nikah haqqında akt qeydində və oğlu Ərizəçi Yasamal rayon qeydiyyat şöbəsində tərtib olunmuş xx.xx.1969cu il tarixli 1295 saylı doğum haqqında akt qeydində “Viktor” olaraq qeyd edilmişdir. Bildirilir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. 18.Mülki işin materiallarında olan 4 saylı Bakı “Asan xidmət” mərkəzində Notariat ofisi tərəfindən verilən xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, mirasın açıldığı vaxt qüvvədə olan xx.xx.1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsinin 552ci maddəsinə əsasən vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. 554-cü maddəyə əsasən qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsə, vərəsəlik açıldıqdan sonra onu qəbul edənə qədər ölərsə, ona çatası miras payını almaq hüququ, onun vərəsələrinə keçir. Ölmüş vərəsənin həmin hüququ mirası qəbul etmək üçün qalan müddət ərzində, ümumi əsaslar üzrə, onun vərəsələri tərəfindən həyata keçirilə bilər. X21 xx.xx.1993-cü ildə vəfat etdiyindən, yəni, mirasın açıldığı vaxtdan 6 ay keçdiyindən xx.xx.2022-ci il tarixdə vəfat etmiş atamz X19 miras qoyandan qalmış mirası qəbul etmə faktı müəyyən olunmadı. "Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat" ın 102-ci bəndinə əsasən vərəsələrin miras qoyanla qohumluq və digər münasibətləri aşağidakı sənədlərlə sübut edilir: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanların şəhadətnamələri, arayışları, eləcə də akt qeydlərindən çıxarışlar, qohumluq münasibətlərinin müəyyən edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələri. Təqdim edilən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsindən verilmiş xx.xx.2023-cü il tarixli arxiv arayışında "X27" qeyd edildiyindən həmin akt qeydinin xx.xx.2022-ci il tarixdə vəfat etmiş atası X23 məxsus olduğunu, X8 atasının anası olmasını, yəni, atasının miras qoyanla qohumluq münasibətini müəyyənləşdirmək mümkün olmamışdır. Yuxarıda qeyd edilənlərə əsasən vəfat etmiş X19 X21 ilə qohumluq münasibəti, miras qoyan X5mış mirası qəbul etmə faktı müəyyənləşdirilmədiyindən X12 miras əmlakı ilə bağlı notariat hərəkətinin aparılması mümkün deyil. Həmçinin, “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən” 5 oktyabr 1961- ci il tarixli Haaqa Konvensiyasına əsasən razılığa gələn dövlətlərin ərazisində rəsmiləşdirilmiş sənədlər bilavasitə fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunduqda apostil olunmalıdır. Ərizəyə əlavə edilən, vətəndaşın atası V.V.Kujelinovun ölümü haqqında Ukrayna Ədliyyə Nazirliyi Cənub regionlararası idarəsinin X17 rayonunda izmayıl vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyat şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli l-JD seriyalı 708332 nörməli ölüm haqqında şəhadətnaməsi apostil olunmamışdır. Yuxarıda qeyd edilənlərə əsasən, kifayət qədər əsas olmadığından və sənədlər qeyd edilən Konvensiyanın tələblərinə uyğun olaraq təqdim edilmədiyinə görə ərizənizin icrası, yəni vətəndaşın atası, V.V.Kujelinovun doğum haqqında akt qeydində adın “Vitya”dan “Viktor”a düzəliş edilməsi tərəflərindən mümkün olmamışdır. Bildirilir ki, qeyd olunan Məcəllənin 161.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 19.Məhkəmə hesab edir ki, faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi qohumluq əlaqəsinin olması faktını təsdiq edən lazımı sənədləri başqa qaydada əldə edə bilmədiyindən, o, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. 20.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 305.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunları ilə xüsusi icraat qaydasında başqa işlərə baxılması da nəzərdə tutula bilər. 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.1-ci maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. 20.Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinin tələbinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələlərə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1145-ci maddəsinin tələbinə görə miras fiziki şəxsin ölümü ilə və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1159.1.2 və 1159.1.3-cü maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 21.Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2019-cu il tarixli 03 saylı qərarına əsasən, məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. 22.Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin nümayəndəsi və vəkilinin izahatı, şahid ifadələri və işin digər materialları ilə ərizəçinin atası Kujelinov Viktor X1 olması, nəticədə də Ərizəçi X7 nəvəsi olması barədə qohumluq əlaqəsinin olması faktı tam sübuta yetirilir. 23.Belə olan halda məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, xx.xx.1969-cu il tarixdə doğulmuş Ərizəçi doğum haqqında şəhadətnaməsində ata qrafasında yazılan X13 və xx.xx.2022-ci il tarixdə Ədliyyə Nazirliyi Cənub regionlararası idarəsinin X17 rayonunda İzmayıl vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədə qeyd edilən X19 xx.xx.1993-cü il tarixdə vəfat etmiş X4, xx.xx.1969-cu il tarixdə doğulmuş Ərizəçi isə xx.xx.1993-cü il tarixdə vəfat etmiş X7 nəvəsi olmasına dair qohumluq faktı müəyyən edilməlidir. 24.Məhkəmə ərizənin təmin olunmayan hissəsi-xx.xx.2023-cü il tarixli, 3-48-DA/2-S- 01834/2023 nömrəli arxiv arayışında qeyd edilən X18 X7 övladı olması hissəsinə münasibətdə isə qeyd edir ki, həmin hissədə tələb əsassız hesab edilməklə rədd edilməlidir. Belə ki, işin araşdırılan hallarından göründüyü kimi ərizəçinin hazırki ərizə ilə məhkəməyə müraciət etməsinə səbəb elə ərizəçiyə verilən xx.xx.2023-cü il tarixli, 3-48- DA/2-S-01834/2023 nömrəli arxiv arayışında onun atasının adının “Viktor” yerinə “Vitya” olaraq qeyd edilməsi olmuşdur ki, hazırki qətnamə əsasında məhkəmə tərəfindən ərizəçinin atası və nənəsi tərəfdən qohum olmasına dair fakt müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, arxiv arayışında qeyd edilən X18 adına müvafiq düzəlişin edilməsi ilə bağlı ərizəçi həmin arayışı verən orqana müraciət etmək hüququna malikdir. 25.Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 26.Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 27.Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 28.Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. xx.xx.1969-cu il tarixdə doğulmuş Ərizəçi doğum haqqında şəhadətnaməsində ata qrafasında yazılan X13 və xx.xx.2022-ci il tarixdə Ədliyyə Nazirliyi Cənub regionlararası idarəsinin X17 rayonunda İzmayıl vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədə qeyd edilən X19 xx.xx.1993-cü il tarixdə vəfat etmiş X4, xx.xx.1969-cu il tarixdə doğulmuş Ərizəçi isə xx.xx.1993-cü il tarixdə vəfat etmiş X7 nəvəsi olmasına dair qohumluq faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar