Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2548/2025 21.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı işə bərpa və sairə tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən onun barəsində verilmiş 13-1-19/3-13-758/2025 nömrəli xx.xx.2025-ci il tarixli əmrin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh onun əmək funksiyasına aid olmayan işlərin görülməsini qanunsuz olaraq, natamam və qeyri-müəyyən tərzdə ona tapşırdığını zənn etmiş, bu işlərin həmin səbəblərdən görülmədiyinə görə ona qarşı intizam tənbehi vermişdir. Belə ki, o, cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə onun Sərnişin Daşımaları Departamentinin rəisi X4 şəxsində xx.xx.2024-cü il tarixində əmək müqaviləsi bağlamışdır. Müqavilə ilə o, Planlaşdırma və icraya nəzarət şöbəsində “Tarif üzrə mütəxəssis” vəzifəsinə qəbul olunmuşdur. Həmin əmək müqaviləsinin 3.1.1-ci bəndinə görə, işçinin əmək funksiyasının vəzifə təlimatına əsasən icra olunacağı qeyd olunmuşdur. Tutduğu vəzifəyə aid vəzifə təlimatı ilə o, rəsmi tanış olmaqla, imzalamışdır. Vəzifə təlimatında onun əmək funksiyası aşağıdakı kimi göstərilmişdir: sərnişin daşımaları üzrə göstərilən xidmətlərin tariflərinin, habelə tariflər üzrə güzəştlərin müəyyən edilməsi ilə bağlı təkliflər vermək, həmin tarif siyasətinin formalaşdırılması ilə bağlı təkliflər vermək və təsdiq edilmiş tariflər üzrə sərnişin daşımaları fəaliyyətini həyata keçirmək; hərəkət məhdudiyyəti və əlilliyi olan şəxslərin dəmiryol nəqliyyatından maneəsiz istifadə etmələri üçün müvafiq dəmiryol infrastruktur obyektlərində zəruri şərait yaratmaq; sərnişin daşımalarının uçotunu və hesabatınıaparmaq; sərnişin daşımaları sahəsində beynəlxalq təcrübəni mütəmadı olaraq təhlil etmək və təkliflər vermək, sərnişin daşınması üçün gediş sənədinin (bilet) satışını, o cumlədən elektron qaydada rəsmiləşdirilməsini və gediş haqqının ödəniş alətindən istifadə etməklə ödənilməsini təşkil etmək və bu sahədə işləri təkmilləşdirmək. Həmin əmək müqaviləsinin 3.2-ci bəndində qeyd edilmişdir ki, işçinin əmək funksiyasından hər hansı birinin və ya bir neçəsinin dəyişdirilməsinə, habelə onlara əlavə funksiyanın daxil edilməsinə yalnız tərəflərin razılığı ilə yol verilir. Lakin, qanunun və əmək müqaviləsinin tələbləri pozulmaqla ona əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasına aid olmayan işlər qeyri-müəyyən tərzdə ifadə olunmaqla tapşırılmış, ona bu barədə lazımi məlumat verilməmiş və daha sonra son xəbərdarlıqla şiddətli töhmət kimi intizam tənbehi verilmişdir. Bu barədə xx.xx.2025-ci il tarixdə imzalanmış, ona əmrin surəti rəsmi olaraq xx.xx.2025-ci il tarixdə verilmişdir. Bununla bağlı verdiyi yazılı izahat ümumiyyətlə nəzərə alınmamışdır. Bütün bunlar departament rəhbəri tərəfindən qərəzli şəkildə, onun gələcəkdə işdən çıxarılmasını asanlaşdırmaq üçün etmişdir. Onun işlədiyi müddət ərzində, həmin tənbeh verilənədək heç bir töhməti və s. olmamışdır, o, özü ikinci Qarabağ müharibəsi veteranıdır. O, mediatora müraciət edərək, məsələni danışıqlar yolu ilə həll etməyi təklif etmişdir. Daha sonra mediator cavabdehi ilkin mediasiya sessiyasına dəvət etmişdir. Lakin, cavabdeh bu müraciətləri diqqətsiz saxlamışdır. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, "xxxx" QSC ilə “X7” MMC arasında xx.xx.2024-cü il tarixli 13-1/2-7889/2024 nömrəli xidmətlərin göstərilməsinə dair müqaviləyə və xx.xx.2024-cü il tarixli 13-1/2-8142/2024 nömrəli sərnişin vaqonlarından istifadəyə dair müqaviləyə əsasən ADY ölkənin müvafiq rayonlarına Turan Tovuz futbol klubunun əməkdaşlarına işgüzar məqsədlə vaxtaşırı gediş-gəlişinin təmin olunması üçün onların sifarişi əsasında ayrıca lokomotivlə hərəkətini nəzərə almaqla sərnişin vaqonlarının istifadəyə verilməsini təmin edir. Sifarişçi isə öz növbəsində gediş tarixinə müəyyən olunan tarif əsasında gediş haqqını köçürmə yolu ilə ödəməklə qatarın xidmətlərindən istifadə edir. Həmçinin, ADY sifariş əsasında sərnişin qatarlarında yerlərin bron olunmasını təmin edir. Tərəflər bu müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərinin pozulmasına, vəzifələrinin yerinə yetirilməməsinə görə məsuliyyət daşıyırlar. ADY-nin Sərnişin daşımaları departamentinin sərnişin daşımanın təşkili xidmətinin rəis müavini, rəis vəzifəsini müvəqqəti icra edən Emil İsmayılovun xx.xx.2025-ci il tarixli 13-1-19/3-58-461/2025 nömrəli təqdimatına əsasən stansiya ərazilərinin çəpərlənməsi sifarişinə əsasən 14xx.xx.2025-ci il tarixlərində Bakı-Ağstafa və Bakı-Balakən istiqamətində ezamiyyətdə olan zaman, xx.xx.2025-ci il tarixində Turan Tovuz FK tərəfindən ona mobil telefon vasitəsi ilə xx.xx.2025-ci il tarixində Tovuz stansiyasına gediş və xx.xx.2025-ci il tarixində isə Bakıya dönüş etməklə vaqonların ayrılması bildirilmişdir. Məsələnin operativ müzakirəsi və həlli üçün məlumatları ADY-nin sərnişin daşımaları departamentinin sərnişin daşımanın təşkili xidmətinin Planlaşdırma və icraya nəzarət şöbəsi ilə mövcud olan “whatsapp” qrupuna göndərmişdir. Əsas məsələ gediş və dönüş vaxtlarını dəqiqləşdirmək idi. Şöbə əməkdaşlarına gediş-gəliş tarixi məlumat olaraq verilmişdir. Lakin gediş vaxtı (09:30) qarşı tərəfə uyğun olmadığı üçün daha tez göndərilməsini istəmişlər. Bu səbəbdən ADY-nin Yük daşımaları departamentinin Qatarların idarə edilməsi xidmətinin rəisi Emin Əliyevlə özü danışaraq bir müddət sonra qatarın 08:15-də yola düşməsinə razılıq almışdır. Şöbənin əməkdaşı İddiaçı saat 12:00 radələrində ondan şəxsi mobil telefonundan məsələ haqqında soruşmuş və o, cavab alaraq məlumat bildirəcəyini bildirmişdir. Cavab aldıqdan sonra ümumi məlumatları prosesin sənədləşməsi üçün eyni “whatsapp” qrupuna xx.xx.2025- ci il tarixində saat 14:35-də göndərmişdir. Şöbə əməkdaşı İddiaçı tərəfindən icra olunması üçün onu qrupda işarələmişdir. xx.xx.2025-ci il tarixində gecə saat 00:40 radələrində Turan Tovuz FK-nın sənədinin (teleqramın) hələ də gəlmədiyini görüb eyni “whatsapp” qrupuna məlumat almaq üçün yazmışdır. Lakin, şöbə əməkdaşları qeydi görmədiklərini və nəzərlərindən qaçırdıqlarını bildirmişlər. Təcili teleqramın hazırlanıb yüklənməsini tapşırmış və şöbənin mühəndisi X12 tərəfindən teleqram hazırlanaq saat 01:15-də sistemə yüklənmişdir. Məsələnin təcili həll olunması üçün ADY-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov, Departamentin İstismar Xidmətinin rəisi Nazim Əmiraslanov, Departamentin Sərnişin daşımanın təşkili xidmətinin Bakı sərnişin stansiyasının rəisi Ramin Abdullayev və keytrinq xidmətinin işçisini gecə məlumatlandırmış və çətinliklə də olsa, qatar reysə hazırlanmışdır. Sərnişin daşımanın təşkili xidməti üzrə Departament rəisinin müavini Təranə Bədəlovaya artıq çox gec olduğu üçün məlumat verməmişdir. Qatar gecə saatlarında hazırlandığı üçün təmizlik çox aşağı səviyyədə olmuş və müvafiq şöbəyə gecə məlumat verildiyi üçün normal vaqonlar ayrıla bilməmişdir. Bu səbəbdən qatar yola düşdükdən sonra vaqonlarda sanitar qovşaqlar işlək vəziyyətdə olmamışdır. Gediş zamanı texniki heyət üçün qoşulmuş plaskart vaqondan istifadə olunmuşdur. Nöqsanı həll etmək üçün gəliş zamanı Ağstafada olan Ekspres qatarından 1 ədəd oturacaq tipli vaqonu açaraq Turan Tovuz FK üçün ayrılmış qatara birləşdirmişlər. Qarşı tərəfin narazılığını az da olsa qarşılamaq üçün rəhbərliklə razılaşdıraraq gəliş üçün ödənişsiz şəkildə əlavə meyvələrin verilməsini və çay, kofe xidmətinin göstərilməsini keytrinq şirkətinə bildirmişlər. Baş verən nöqsanla bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci bəndinə əsasən xx.xx.2025-ci il tarixdə İddiaçı Dursun oğlunun yazılı izahatı alınmış və o, izahatında etiraf edərək qeyd etmişdir ki, “whatsapp” proqramında “Məlumat” adlı qrupda çoxsaylı mesajlar yazıldığından yazışma yuxarıya doğru getmiş, o, sifariş məktubu yazdığı və başı qarışdığı üçün qrupdakı yazışmalara nəzər yetirə bilməmiş və baxan zaman yazışmalar çox olduğu üçün nəzərinə çarpmamışdır. Əmək Məcəlləsinin 11-ci maddəsinin d) bəndinə əsasən işçilər əmək müqaviləsinin şərtlərini, müəssisəX11nı pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək işəgötürənin hüququdur. Beləliklə, ADYnin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcovun xx.xx.2025-ci il tarixli 13-1- 19/3-13-758/2025 nömrəli əmrinə əsasən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” (əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək), “b” (əmək intizamına və müəssisəX11na əməl etmək) bəndlərinin, həmçinin "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin xx.xx.20218-ci il tarixli 2 nömrəli Qərarı ilə təsdiq edilmiş X11nın 3.1.12-ci ( işçi birbaşa və ya yuxarı rəhbərinin qanuna uyğun olan və səlahiyyətləri daxilində qəbul etdiyi yazılı əmri, sərəncamı və ya verdiyi şifahi tapşırıqları yerinə yetirməli) yarımbəndinin tələblərini kobud şəkildə pozmuşdur. Xidmət zamanı əmək müqaviləsi ilə müəyyənləşdirilmiş öhdəlikləri, öz əmək funksiyasını və vəzifə təlimatının tələblərini pozmaqla, verilmiş tapşırıq barəsində əvvəlcədən məlumatlı olduğu halda tapşırığı vaxtında səhlənkarlıq edərək icra etməməsi səbəbindən müştəriyə göstərilən xidmət səviyyəsinin keyfiyyətinin aşağı düşməsinə və müştərinin haqlı narazılığına səbəb olduğuna görə Sərnişin daşımanın təşkili xidmətinin Planlaşdırma və icraya nəzarət şöbəsinin tarif üzrə mütəxəssisi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilmişdir. Həmçinin, diqqətinə çatdırılmışdır ki, gələcək iş fəaliyyəti dövründə hər hansı bir nöqsana yol verdiyi təqdirdə, onunla bağlanılmış əmək müqaviləsi ləğv ediləcəkdir. Həmçinin sözgedən X11nın 3.1.13-cü yarımbəndinə əsasən qanuni göstərişlərin yerinə yetirilməməsi intizam məsuliyyətinə səbəb olur. X11nın 8.2-ci bəndinə əsasən işçi tərəfindən qanunvericiliyin tələblərinə, Cəmiyyətin daxilində müəyyən edilmiş normalara, o cümlədən Qaydalara əməl edilməməsi intizam xətası sayılır və intizam məsuliyyətinə səbəb olur. Bundan əlavə, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, onun əmək funksiyalarına aid olmayan işlərin görülməsi qanunsuz olaraq, natamam və qeyri-müəyyən tərzdə ona tapşırılmışdır və bu işlərin həmin səbəblərdən görülmədiyinə görə ona intizam tənbehi verilmişdir. Bununla bağlı nəzərə çatdırırıq ki, İddiaçı Dursun oğlunun vəzifə təlimatına diqqət yetirdikdə görünür ki, sərnişin daşımaları fəaliyyətini həyata keçirmək sırf onun əmək funksiyalarına aiddir və o, çalışdığı şöbə tərəfindən həyata keçirilir. Məhkəməyə təqdim edilən sənədlərdən də görünür ki, sifariş əsasında qatarların gediş-gəliş tarix və saatlarını qeyd etməklə vaqonların ayrılması, vaqonlara texniki xidmət göstərilməsi və ya təmizlik işlərinin aparılması və.s barədə teleqramların hazırlanmasında icraçı İddiaçı olmuşdur (Məs: xx.xx.2024-cü il tarixli 13-1-19/3-32-8179/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 13-1- 19/3-32-8288/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 13-1-19/3-32-8300/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 13-1-19/3- 32-8977/2024 nömrəli və.s). Həmçinin, iddiaçı yazılı izahatında qeyd etmişdir ki, “whatsapp” proqramında “Məlumat” adlı qrupda xx.xx.2025-ci il tarixdə Emil İsmayılov tərəfindən tapşırıq verildikdən sonra dərhal telefon danışıqları aparmış və icrası ilə bağlı dəfələrlə Emil İsmayılovla əlaqə saxlamışdır. Hesab etmişdir ki, əgər tapşırıq onun əmək funksiyasına aid olan və daimi icra etdiyi iş deyildirsə bunları etməməli idi. Eyni zamanda, məhkəməyə təqdim etdiyi “whatsapp” proqramından ekran şəkillərinə əsasən məlum olur ki, sərnişin daşımanın təşkili xidmətinin rəis müavini, rəis vəzifəsini müvəqqəti icra edən Emil İsmayılov 16 yanvar 2025-ci il tarixdə saat 14:35-də tapşırığın icrası məqsədilə İddiaçı (əlaqə nömrəsi: +**********19) işarələyərək onu müvafiq sifariş üzrə gediş-gəliş tarixlərini qeyd etməklə məlumatlandırıb. Mesaj məlumatına əsasən İddiaçı tərəfindən isə həmin məlumat 16 yanvar 2025-ci il tarixdə saat 15:08-də oxunub. İddiaçı qrupda mesajların çoxluğu ilə bağlı tapşırığın diqqətindən qaçdığını bildirsə də nəzərə almaq lazımdır ki, həmin qrup tapşırıqların daha operativ həlli və müzakirəsi məqsədilə yaradılmışdır, orada yazılan məlumatlar hər biri önəmli olduğu üçün diqqət yetirilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186.1-ci maddəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Beləliklə, İddiaçı əvvəlcədən məlumatlı olmasına baxmayaraq verilmiş tapşırığı səhlənkarlıq edərək vaxtında icra etməməsi səbəbindən ADY-nin müqavilə əsasında xidmət göstərdiyi müştəriyə göstərilən xidmət səviyyəsinin keyfiyyəti aşağı düşmüş, qatar gecə saatlarında hazırlandığı üçün təmizlik çox aşağı səviyyədə olmuş, müvafiq şöbələrə gec məlumat verildiyi üçün normal vaqonlar ayrıla bilməmiş və müştərinin haqlı narazılığına səbəb olmuşdur. Belə nəticəyə gəlinir ki, gecə saatlarında tapşırığın icrası ilə bağlı İddiaçı sual (xatırlatma) verilməsə idi, ümumiyyətlə icrasız qalacaqdır. Bu isə ADY-nin nüfuzuna xələl gətirə bilərdi. Bunları nəzərə alaraq hesab etmişdir ki, İddiaçı intizam tənbehi verilməsi haqqında xx.xx.2025-ci il tarixli 13-1-19/3-13-758/2025 nömrəli əmr bu cür nöqsanların qarşısının alınması və gələcəkdə təkrar olunmaması məqsədilə tam qanuni və əsaslı olmuşdur. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları departamentinin xx.xx.2025-ci il tarixli 13-1-19/3-10-1738-2025 nömrəli əmrinin ləğv edilməsi, onun tutduğu vəzifəyə bərpa edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi, cavabdehdən 566,40 manat məbləğində haqq-hesab məbləğinin və 50 manat məbləğində mediasiya xərcinin tutulub ona ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X8 iddia tələbini etiraf etməyərək onun rədd edilməsini xahiş etdi və etirazın məzmununa uyğun izahat verdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan "xxxx" QSC X2 rəisi Azər Fərəcov tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş sərnişin daşımanın təşkili xidmətinin planlaşdırma və icraya nəzarət şöbəsinin tarif üzrə mütəxəssisi İddiaçı intizam tənbehi verilməsi barədə əmrdə göstərilmişdir ki, sərnişin daşımanın təşkili xidmətinin rəis müavini rəis vəzifəsini müvəqqəti icra edən Emil İsmayılovun 13-1-19/3-58-461/2025 nömrəli xx.xx.2025-ci il tarixli təqdimatına və aparılmış xidməti araşdırmasına əsasən müəyyən edilmişdir ki, stansiya ərazilərinin çəpərlənməsi sifarişinə əsasən Emil İsmayılov 14.01-xx.xx.2025-ci il tarixlərində Bakı-Ağstafa və Bakı-Balakən istiqamətində ezamiyyətdə olmuşdur. xx.xx.2025-ci il tarixində Turan Tovuz FK tərəfindən ona mobıl telefon vasitəsilə zəng vurularaq, xx.xx.2025-ci il tarixində ADY-nin Tovuz stansiyasına geniş xx.xx.2025-ci il tarixində Bakıya dönüş etməklə vaqonların ayrılması bildirilmişdir. Məsələnin operativ müzakirəsi və həlli üçün məlumatları Planlaşdırma və icraya nəzarət şöbəsi ilə mövcud olan whatsapp" qrupuna göndərmişdir. Əsas məsələ gediş və dönüş vaxtlarını dəqiqləşdirmək olmuşdur. Şöbə əməkdaşlarına gediş-gəliş tarixi məlumat olaraq verilmişdir. Lakin, gediş vaxtı (09 30) qarşı tərəfə uyğun olmadığı üçün daha tez göndərilməsini istəmişlər. Bu səbəbdən ADY-nin Yük daşımaları departamentinin Qatarların idarə edilməsi xidmətinin rəisi X17 İsmayılov özü danışaraq bir müddət sonra qatarın xx.xx.2025-ci il tarixində 08:15-də yola düşməsinə razılıq almışdır. Sərnişin daşımanın təşkili xidmətinin planlaşdırma və icraya nəzarət şöbəsinin tarif üzrə mütəxəssisi İddiaçı saat 12:00 radələrində şəxsi mobil telefonu vasitəsi ilə E.İsmayılovdan məsələ haqqında soruşmuş və o, cavab alaraq məlumat verəcəyini bildirmişdir. Cavab aldıqdan sonra ümumi məlumatları prosesin sənədləşməsi üçün eyni vatsap qrupuna saat 14:35-də göndərmişdir. Şöbə əməkdaşı İddiaçı tərəfindən icra olunması üçün onu qrupda işarələmişdir. xx.xx.2025-ci il tarixində gecə saat 00:4 radələrində Turan Tovuz FK-nın sənədinin hələ də gəlmədiyini görüb eyni vatsap qrupuna məlumat almaq üçün yazmışdır. Lakin, şöbə əməkdaşları qeydi göndərmədiklərini və nəzərlərindən qaçırdılarını bildirmişlər. Təcili teleqramın hazırlanıb yüklənməsini tapşırmış və şöbənin mühəndisi X12 tərəfindən teleqram hazırlamaq saat 01:15-də sistemə yüklənmişdir. Məsələnin təcili həll olunması üçün departamentin rəisi Azər Fərəcov , istismar xidmətinin rəisi Nazim Əmiraslanov, Bakı sərnişin stansiyasının rəisi Ramin Abdullayev və keytrinq xidmətinin işçisini gecə məlumatlandırmış və çətinlilklə də olsa qatar hazırlanmışdır. Sərnişin daşımanın təşkili xidməti üzrə departament rəisinin müavini Təranə Bədəlovaya artıq çox gec olduğu üçün məlumat verməmişdir. xx.xx.2025-ci il tarixində növbətçi Təranə Bədəlova idi. Saat 06:00-a zəngi tənzimləyərək səhər özünün də Bakı sərnişin stansiyasına gələrək burada Təranə Bədəlovaya məlumat verməyi duşümüş lakin zəngin səsini eşitməyərək gecikmiş və Təranə Bədəlova bu məlumatı xx.xx.2025-ci tarixində səhər saatlarında Bakı sərnişin stansiyasında əldə etmişdir. Qatar gecə saatlarında hazırlandığı üçün təmizlik çox aşağı səviyyədə olmuş və müvafiq şöbəyə gecə məlumat verildiyi üçün normal vaqonlar ayrıla bilməmişdir. Bu səbəbdən qatar yola düşdükdən sonra vaqonlarda sanitar qovşaqlar işlək vəziyyətdə olmamışdır. Gediş zamanı texniki heyət üçün qoşulmuş plaskart vaqondan istifadə olunmuşdur. Nöqsanı həll etmək üçün gəliş zamanı Ağstafada olan Ekspres qatarından 1 ədəd oturacaq tipli vaqonu açaraq Turan Tovuz FK üçün ayılmış çatara birləşdirmişlər. Qarşı tərəfin narazılığını az da olsa qarşılamaq üçün rəhbərliklə razılaşaraq gəliş üçün ödənişsiz şəkildə əlavə meyvələrin verilməsini və çay, kofe xidmətinin göstərilməsini keytrinq şirkətinə bildirmişlər. Planlaşdırma və icraya nəzarət şöbəsinə tapşırıq verilməsinə baxmayaraq, Şöbə rəisi Ziyad Dəmirov tapşırığın icrasına nəzarət etməmiş, Şöbə əməkdaşı İddiaçı isə tapşırığı icra etməmişdir. Həmçinin xx.xx.2025-ci il tarixində keçirilmiş araşdırma komissiyasının iclasında müəyyən edilmişdir ki, Turan Tovuz FK-nın gediş-gəlişi ilə bağlı kalkulyasiya aparmalı olduğu halda şöbənin əməkdaşı - mütəxəssis X1 aparılması üçün lazımi sənədləşmə prosesini icra etməmişdir. xx.xx.2025-ci il tarixində saat 08:15-də qatarın Bakı sərnişin stansiyasından yola salınma prosesində şöbənin heç bir əməkdaşı iştirak etməmişdir. Bununla da İddiaçı və Aygün Cəfərova azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin a, b bəndlərinin, həmçinin ADY QSC-nin X11nın 3.1.12-ci bəndinin tələblərini kobud şəkildə pozmuşdur. Azad Azayov yazılı izahatında başqa tapşırıqlar üzərində çalışdığı uçun Emil İsmayılov tərəfindən verilən tapşırığın diqqətindən yayındığını qeyd etmişdir. "xxxx" QSC-nin X11nın 8-ci maddəsinin 2-ci bəndinə əsasən, işçi tərəfindən qanunvericiliyin tələblərinə cəmiyyətin daxilində müəyyən edilmiş normalara, o cümlədən Qaydalara əməl edilməməsi İntizam xətası sayılır və intizam məsuliyyətinə səbəb olur. Bu cür nöqsanların qarşısının alınması, gələcəkdə təkrar olunmaması məqsədilə, əmr etmişdir ki: 1. Xidmət zamanı əmək müqaviləsi ilə müəyyənləşdirilmiş öhdəlikləri, öz əmək funksiyasını və vəzifə təlimatının tələblərini pozmaqla, verilmiş tapşırıq barəsində əvvəlcədən məlumatlı olduğu halda tapşırığı vaxtında səhlənkarlıq edərək icra etməməsi səbəbindən müştəriyə göstərilən xidmət səviyyəsinin keyfiyyətinin aşağı düşməsinə və müştərinin haqlı narazılığına səbəb olduğuna görə Sərnişin daşımanın təşkili xidmətinin Planlaşdırma və icraya nəzarət şöbəsinin tarif üzrə mütəxəssisi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186cı maddəsinin 2-ci hissəsinin "b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilmişdir. Diqqətinə çatdırılmışdır ki, gələcək iş fəaliyyəti dövründə hər hansı bir nöqsana yol verdiyi təqdirdə, onunla bağlanılmış əmək müqaviləsi ləğv ediləcəkdir. 2. Sərnişin daşımanın təşkili xidmətinin Planlaşdırma və icraya nəzarət şöbəsinin mütəxəssisi X6 hazırda xəstəlik müddətində olduğu üçün onun məsələsinə xəstəlik müddəti başa çatdıqdan sonra baxılması qeyd edilmişdir. İş materiallarında olan sərnişin daşımanın təşkili xidmətinin rəis müavini rəis vəzifəsini müvəqqəti icra edən Emil İsmayılov tərəfindən sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcova ünvanladığı təqdimatda göstərilmişdir ki, xx.xx.2025ci il tarixində saat 12:40 radələrində müəyyən tapşırıqların icrası üçün məlumatları tapşırıqların operativ ötürülməsi, müzakirəsi və icrası üçün yaradılmış Departamentin Planlaşdırma və icraya nəzarət şöbəsinin işçilərinin olduğu "whatsapp” qrupuna göndərmişdir. Nahara kimi cavab gəlmədiyini görüb naharın bitməsini gözləmişdir. Lakin, əməkdaşlardan yenə heç bir cavab gəlməmişdir. Nahardan sonra Şöbənin əməkdaşlarının daxili və mobil nömrələrinə zəng vursa da, heç biri cavab verməmişdir. Sonda Şöbə rəisi Ziyad Dəmirov telefona cavab vermiş və rəhbərlik etdiyi Şöbə əməkdaşlarının niyə cavab vermədiyini soruşduqda ondan dəqiq bir cavab ala bilmədiyinə görə özü Şöbə əməkdaşları oturan otağa yaxınlaşmışdır. Az keçmədən Ziyad bəydə otağa gəlmişdir. Bütün şöbənin əməkdaşları otaqda olmuşlar. O, niyə cavab vermədiklərini soruşmuş və yekunda xx.xx.2025-ci il tarixli, Turan Tovuz FK ilə bağlı göndərdiyi təqdimata etiraz olaraq tapşırıqları icra etməmək qərarına gəldiklərini bildirmişdilər. İddiaçı təqdimatla razı olmadığını və bunu onun işdən çıxarılması üçün əvvəlcədən və məqsədli şəkildə hazırlanmış bir məsələ olmasını vurğulayaraq narazı olduğunu bildirmişdir. Axşama kimi verdiyi tapşırıqlar icra olunmamışdır. xx.xx.2025-ci il tarixində saat 18:50 radələrində Əli Əliyev ona verilmiş tapşırığın icrası ilə bağlı ona zəng etmiş, səhvini anladığını və verilən tapşırıqların icrasına başlayacağını bildirmişdir. xx.xx.2025-ci il tarixində Turan Tovuz FK məsələsi ilə əlaqədar verilmiş təqdimatda Aygün Cəfərovanın adı olmamasına baxmayaraq hansısa səbəbdən o da işlərin icra olunmasından boyun qaçırtmış, günün sonuna kimi cavab verməmişdir. Saat 19:00 radələrində şöbə rəisi X16 Cəfərovanın xəstələndiyini və xəstəlik vərəqəsi açdırdığını bildirmişdir. Şöbə olaraq SDD-nin rəisi Azər Fərəcovla görüşmək istədiklərini bildirdilər. Azər müəllimə zəng edərək şöbə əməkdaşlarının istəklərini bildirmiş və görüş təyin olunmuşdur. Yekun olaraq bildirmək istəmişdir ki, şöbə əməkdaşlarının etdikləri bu hərəkətlər iş mühitini qəsdən pozmaq və Sərnişin daşımanın təşkili xidmətinin iş fəaliyyətini zədələmək niyyətli olduğu açıq aydın görünür. Məlumat üçün onu da xüsusilə bildirmişdir ki, Planlaşdırma və icraya nəzarət şöbəsinin əməkdaşları tapşırıqların icrasında dəfələrlə müxtəlif nöqsanlara yol vermişlər. Bu nöqsanlar xidmət daxilində müzakirə olunaraq aradan qaldırılmış, işçilərlə müzakirə olunmuş və işin düzgün icrası üçün istiqamətlər verilmişdir. Yuxarıda qeyd olunan nöqsanın ciddi və kobud pozuntu halı olduğunu nəzərə alıb müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. İş materiallarında olan aktdan görünür ki, ADY-nin Sərnişin daşımaları departamentinin Sərnişin daşımanın təşkili xidmətinin rəis müavini, rəis vəzifəsini müvəqqəti icra edən Emil İsmayılov, Departamentin Biznesin inkişafı və satışa dəstək şöbəsinin rəisi Mahmud Mustafayev, Departamentin hüquq məsləhətçisi Murad Abasquliyev, İnsan resursları şöbəsinin mütəxəssisi Əvəz Muradov, Xidmət keyfiyyətinin ölçülməsi şöbəsinin aparıcı mütəxəssisi Murad Yusufov öz imzaları ilə təsdiq etmişlər ki, xx.xx.2025-ci il tarixində təxminən saat 17:49 radələrində ADY-nin Sərnişin daşımaları departamentinin Sərnişin daşımanın təşkili xidmətinin Planlaşdırma və icraya nəzarət şöbəsinin rəisi X9 Departament rəisinin xidməti otağına daxil olaraq özünəməxsus mobil telefon vasitəsilə qarşı tərəfin razılığı olmadan qanunsuz və əsassız olaraq audio və video qeydiyyat aparmış, yüksək səs tonu ilə danışaraq Departament rəisinə qarşı qeyri-etik ifadə və hərəkətlərə yol vermişdir. Ona xidməti otaqdan getməsi təklif olunsa da, o, xidməti otağı uzun müddət tərk etməyərək Departament rəisinin iş rejimini pozmuş, görülməli olan işlərin keyfiyyətli və vaxtında icra edilməsinə ciddi mane törətmişdir. Bundan sonra ADYnin Mühafizə departamentinin əməkdaşlarına müraciət edilmiş, onlar Departament rəisinin xidməti otağına gəlsələr də, Ziyad Dəmirov xidməti otağı tərk etməyərək qayda pozuntularını davam etdirmişdir. Sonrakı mərhələdə saat 18:59 radələrində X10 Polis İdarəsinin əməkdaşlarının müdaxiləsi nəticəsində o, xidməti otağı tərk etmişdir. Əlavə olaraq Ziyad Dəmirova bu hadisədən sonra xx.xx.2025-ci il tarixində əvvəlcədən ADY-nin Sərnişin daşımaları departamentinin Sərnişin daşımanın təşkili xidmətinin rəis müavini, rəis vəzifəsini müvəqqəti icra edən Emil İsmayılov tərəfindən məlumat verilərək həmin gün səhər saatlarında planlaşdırma iclasında iştirak etməsinə zərurət olmadığına dair elektron məktubla, həmçinin “whatsapp" mobil tətbiqi vasitəsilə əvvəlcədən xəbərdarlıq edilməsinə baxmayaraq, Ziyad Dəmirov həmin tarixdə saat 09:10 radələrində zorla Departament rəhbərliyi tərəfindən keçirilən planlaşdırma iclasında işitrak etmək istəmiş, “Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin X11nın 3-cü maddəsinin 1-ci hissəsinin 12-ci (işçi birbaşa və ya yuxarı rəhbərinin qanunauyğun olan və səlahiyyətləri daxilində qəbul etdiyi yazılı əmri, sərəncamı və ya verdiyi şifahi tapşırıqları yerinə yetirməlidir) bəndinin tələblərini qəsdən pozaraq iclası tərk etməmişdir. Onun bu hərəkəti planlaşdırma iclasının ləğv edilməsinə səbəb olmuşdur. Daha sonra Ziyad Dəmirov təkrarən xx.xx.2025-ci il tarixində saat 11:39 radələrinədə rəhbərlik etdiyi Şöbənin əməkdaşları İddiaçı, Aygün Cəfərova və Toğrul Əşrəfov ilə birlikdə yenidən Departamentin Sərnişin daşımanın təşkili xidmətinin rəis müavini, rəis vəzifəsini müvəqqəti icra edən Emil İsmayılovun xidməti otağına daxil olmuş, İddiaçı və Ziyad Dəmirov özlərinə məxsus mobil telefon vasitəsilə audio və video qeydiyyat apararaq Emil İsmayılovun xidməti işinə ciddi maneə törədərək iş prosesini pozmuş, onunla qeyri-etik tərzdə söhbətlər aparmışlar. Nəticədə iş prosesi dayanmış, heç bir iş icra edilməmişdir. Bundan başqa təxminən saat 14:10 radələrində təkrarən Ziyad Dəmirov və İddiaçı, Departament rəisinin xidməti otağına daxil olmuş, yenidən iş prosesinə mane törədərək yüksək səs tonları ilə qeyri-etik formada Departament rəisinin ünvanına nalayiq ifadələr səsləndirmiş və şəxsi əşyalarını götürmüşlər. Departament rəisi xidməti otağından çıxmış, adıçəkilən şəxslər də onun arxasınca otaqdan dəhlizə çıxmışlar. Daha sonra Departament rəisi xidməti otağına qayıtdıqda qapını bağlamış, lakin İddiaçı və Ziyad Dəmirov zor tətbiq etməklə otağa daxil olmuş və hərəkətlərini davam etdirmişlər. Bu dəfə də Departament rəhbərliyinin müraciəti əsasında ADY-nin Mühafizə departamentinin əməkdaşları və həmçinin X10 Polis İdarəsinin əməkdaşları Sərnişin daşımaları departamentinə dəvət olunaraq, adıçəkilən şəxsləri Departament rəisinin xidməti otağından təxminən saat 14:35 radələrində kənarlaşdırmışlar. Bu işçilərin pozuntu halları xx.xx.2025-ci il tarixində Departamentin iş prosesini dayandırmışdır. İş materiallarında olan "xxxx" QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcovun sədrliyi ilə keçirilmiş xx.xx.2025-ci il il tarixli araşdırmanın 8№li protokolunda qərara alınmışdır ki, Sərnişin daşımanın təşkili xidmətinin Planlaşdırma və icraya nəzarət şöbəsinin tarif üzrə mütəxəssisi İddiaçı 17 fevral 2025-ci il tarixində işində yol verdiyi davamlı, çoxsaylı, ciddi, kobud və qəsdən edilmiş nöqsanlarla bağlı toplanılmış sənədlər əlavə sənəd kimi İddiaçı əvvəlki iş fəaliyyəti dövründə onun bağlanılmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən ləğv edilməsi barədə qabaqcadan razılıq alınması məqsədilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq Sərnişin daşımaları departarmentinin aparatının və Sərnişin daşımanın təşkili xidmətinin Həmkarlar İttifaqı Komitəsində baxılması üçün Azərbaycan Dəmir yolçularının X5 Komitəsinə təqdim olunmuş sənədlərə əlavə edilməsi məqsədilə Azərbaycan Dəmiryolçularının X5 Komitəsinə təqdim edilsin. İş materiallarında olan "xxxx" QSC-nin Sərnişin daşımaları Departamentinin aparatnın və Sərnişin daşımanın təşkili xidmətinin HİK-nin iclasının xx.xx.2025-ci il tarixli 03 saylı protokolundan görünür ki, Sərnişin daşımaları departamentinin Sərnişindaşımanın təşkili xidmətinin Planlaşdırma və icraya nəzarət şöbəsinin tarif üzrə mütəxəssisi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə razılıq verilmişdir. İş materiallarında olan Sərnişin daşımaları departamentinin Sərnişin daşımanın təşkili xidmətinin Planlaşdırma və icraya nəzarət şöbəsinin tarif üzrə mütəxəssisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə 13-1-19/3-10-1738/2025 saylı xx.xx.2025-ci il tarixli əmrdə göstərilmişdir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (ADY) Sərnişin daşımaları departamentinin Sərnişin daşımanın təşkili xidmətinin Planlaşdırma və icraya nəzarət şöbəsinin tarif üzrə mütəxəssisi İddiaçı xx.xx.2025-ci il tarixdə Departament rəisinin, xx.xx.2025-ci il tarixdə isə bilavasitə rəhbəri - Sərnişin daşımanın təşkili xidmətinin rəisinin xidməti otağlarına iş vaxtı zərurət olmadan daxil olaraq işlərinə müdaxilə etdiyi, fəaliyyətinə təsir etdiyi, hüquq və azadlıqlarını pozan hallara səbəb olduğu, vicdanlı davranış prinsiplərinə riayyət etmədiyi və işçilərin ünvanına arzuolunmayan ifadələr işlədərək təqsirli hərəkətlərə yol verdiyi aşkar edilmişdir. Fakt müvafiq aktla rəsmiləşdirilmiş, məsələ ilə əlaqədar İddiaçı yazılı izahat təqdim edilməsi tələb olunmuş, lakin sonuncu, izahat verməkdən imtina etmişdir. İddiaçı hərəkətləri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin “b” (əmək intizamına və müəssisəX11na əməl etmək) və “f (əmək qanunvericiliyinin tələblərinə əməl etmək) bəndlərinin, ADY-nin İdarə Heyətinin xx.xx.2018-ci il tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin X11”nın 3.1.1-ci (ünsiyyətdə olarkən, habelə əmək funksiyalarını yerinə yetirərkən milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət etmək, insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, şərəf və ləyaqətini ləkələyə biləcək hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməmək, nəzakətli olmaq), 3.1.3-cü (etik normalara ciddi riayət etmək), 3.1.5-ci (əməkdaşlar ilə ünsiyyətdə onları nüfuzdan salacaq hərəkətlərə yol verməmək və ifadələr işlətməmək), 3.1.6-cı (vəzifələrindən kənar, o cümlədən başqa əməkdaşların səlahiyyətlərinə aid məsələlərə müdaxilə etməmək) və 3.1.15-ci (iş vaxtı digər işçilərin işinə mane olacaq hərəkətlərdən çəkinmək) yarımbəndinin tələblərini qəsdən pozmuşdur. Eyni zamanda, İddiaçı hərəkətlərinə hüquq qiymət verilməsi üçün ADY-nin xx.xx.2025-ci il tarixli 13-1/2-1844/2025 nömrəli məktubu ilə aidiyyəti üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis idarəsi X10 Polis idarəsinə müraciət edilmiş və Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 510- cu (Xırda xuliqanlıq) maddəsinin tələblərinin pozulmasında təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir. Həmçinin, İddiaçı əmək funksiyalarını lazımi qaydada yerinə yetirmədiyinə görə Departamentin xx.xx.2025-ci tarixli 13-1-19/3-13-768/2025 nömrəli əmri ilə tətbiq edilən intizam tənbehindən nəticə çıxarmayaraq təkrar əmək intizamını ciddi şəkildə pozmaqla vəzifələrinin icrasında məsuliyyətsizlik nümayiş etdirmiş, qəsdən iş ahənginin pozulmasına gətirib çıxaran hərəkətlərə yol vermişdir. Yuxarıda göstərilənləri və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları departamentinin Birləşmiş Həmkarlar ittifaqı Komitəsinin xx.xx.2025-ci il tarixli 03 nömrəli qərarını nəzərə alaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsini, 72-ci maddəsinin “ə” və “f bəndlərini, 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndini və ADY-nin xx.xx.2022-ci il tarixli 270316 nömrəli əmrinin 1.3.1-ci yarımbəndini rəhbər tutaraq əmr edilmişdir ki, 1.Əmək qanunvericiliyinin tələblərini kobud şəkildə pozduğuna və X11nın tələblərini qəsdən yerinə yetirmədiyinə görə Sərnişin daşımaları departamentinin Sərnişin daşımanın təşkili xidmətinin Planlaşdırma və icraya nəzarət şöbəsinin tarif üzrə mütəxəssisi İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilsin. 2.Sərnişin daşımaları departamentinin aparatının İnsan resursları şöbəsi bu Əmrin 1-ci bəndini nəzərə alaraq, İddiaçı ilə son haqq-hesabın aparılmasını, həmçinin Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsinə əsasən işlədiyi müddətdə istifadə etmədiyi xx.xx.2024-xx.xx.2025-ci iş ili üçün 11.7 təqvim günü əsas məzuniyyətinə görə pul əvəzinin ödənilməsini təmin etsin. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarının surətindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi NBPİ X10 Polis İdarəsi tərəfindən qəbul edilmiş 07 mart 2025-ci il tarixli MN ******* saylı protokol əsasında qəbul edilmiş MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və qeyd olunan inzibati xəta haqqında materialların yenidən araşdırılması üçün Daxili İşlər Nazirliyi NBPİ X10 Polis İdarəsinə göndərilməsi barədə xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi NBPİ X10 Polis İdarəsi tərəfindən qəbul edilmiş 27 may 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, iddiaçı İXM-nin 510 maddəsi ilə inzibati xəta törətməsi barədə tərtib edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-3855/2025 saylı iş üzrə xx.xx.2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi NBPİ X10 Polis İdarəsi tərəfindən qəbul edilmiş 27 may 2025-ci il tarixli MN ******* saylı protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və qeyd olunan inzibati xəta haqqında materialların yenidən araşdırılması üçün Daxili İşlər Nazirliyi NBPİ X10 Polis İdarəsinə göndərilməsi nəticəsinə gəlinmişdir. İş materiallarında olan Azərbaycan Dəmir Yolları QSC-nin X11nın 8.2-ci bəndinə göstərilmişdir ki, işçi qanunvericiliyin tələblərinə, cəmiyyətin daxilində müəyyən edilmiş normalara o cümlədən qaydalara əməl etməməsi intizam xətası sayılır və intizam məsuliyətinə səbəb olur. Həmin Qaydaların 8.6.6-cı bəndində göstərilmişdir ki, işçi X11nı pozduqda intizam tənbehi tədbirinin tətbiqi üçün əsas sayılır. Həmin Qaydaların 8.18-ci bəndinə əsaəsn xidməti araşdırmanın nətivcələrinə dair arayış araşdırma başa çatdıqdan sonra 5 iş günü ərzində tərtib edilir və araşdırma materialları ilə birlikdə xidməti araşdırmanı təyin etmiş şəxsə təqdim olunur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən, əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisəX11na əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etməkdən ibarətdir. Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinin «a» bəndinə əsasən, tərəflərdən birinin təşəbbüsu əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir. Həmin Məcəllənin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən, işçi əmək funksiyasının tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisəX11nı pozduqda işəgötürən işçiyə inzibati tənbeh növlərindən biri olan həmin hissənin «ç» bəndində nəzərdə tutulmuş «əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək» intizam tənbehini verə bilər. Həmin Məcəllənin 70-ci maddəsinin «ç» maddəsinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əssasən, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə, əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyimiş olsun. Qeyd edilən maddənin 3-cü hissəsinə əsasən, işəgötürən bu məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 72-ci maddəsinin «e» bəndinin tələbinə görə, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi əmək vəzifələrnin kobud şəkildə pozulması hesab edilir. İş materiallarından görünür ki, xidmət zamanı əmək müqaviləsi ilə müəyyənləşdirilmiş öhdəlikləri, öz əmək funksiyasını və vəzifə təlimatının tələblərini pozmaqla, verilmiş tapşırıq barəsində əvvəlcədən məlumatlı olduğu halda tapşırığı vaxtında səhlənkarlıq edərək icra etməməsi səbəbindən müştəriyə göstərilən xidmət səviyyəsinin keyfiyyətinin aşağı düşməsinə və müştərinin haqlı narazılığına səbəb olduğuna görə Sərnişin daşımanın təşkili xidmətinin Planlaşdırma və icraya nəzarət şöbəsinin tarif üzrə mütəxəssisi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186cı maddəsinin 2-ci hissəsinin "b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilmişdir, sonradan Əmək qanunvericiliyinin tələblərini kobud şəkildə pozduğuna və X11nın tələblərini qəsdən yerinə yetirmədiyinə görə Əmək Məcəlləsi 70-ci maddənin «ç» bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə iclasında təqdim edilmiş sənədlər əsasında müəyyən olundu ki, işəgötürən tərəfindən iddiaçıya münasibətdə onun Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə tutdluğu vəzifədən azad edilməsinə dair əmr verilməsinə əsaslar mövcud olmuşdur. Belə ki, işəgötürən əmək müqaviləsinə xitam verilməsi əmrində Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinə istinad etməkdə haqlı olmuş, iddiaçının işəgötürən tərəfindən əvvəl verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması halı iş materialları ilə sübuta yetirilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı, soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iddiaçının işdən azad edilməsi barədə əmr qanunvericiliyin tələblərinə uyğun qaydada verilmişdir. Həmçinin müəyyən edilmişdir ki, "xxxx" QSC-nin Sərnişin daşımaları Departamentinin aparatnın və Sərnişin daşımanın təşkili xidmətinin Həmkarlar İttifaqı komitəsinin İddiaçı əmək funksiyasının kobud şəkildə pozduğu üçün əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə razılıq vermişdir. Göstərilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçının cavabdeh tərəfindən verilmiş işçinin işdən azad edilməsi barədə xx.xx.2025-ci il tarixli əmrin ləğv edilməsi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə tələbi təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddianın əsas hissəsi təmin edilmədiyindən “cavabdehdən 566,40 manat məbləğində haqq-hesab məbləğinin və 50 manat məbləğində mediasiya xərcinin tutulub ona ödənilməsi haqqında” hissəsi də rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə tədqiq eilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı işə bərpa və sairə tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov
Məhkəmə qərarları › İş №e-2(006)-2548/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2548/2025
21.08.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver