Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2553/2023 09.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abbasov Nail İbad oğlu İddiaçı ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 73.77 Avro məbləğində borcun və 30.4 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-cu il tarixli istehlak qeyri-kredit bank xidmətlərinin göstərilməsi haqqında baş sazişə əsasən, cavabdehə plastik kart hesabı açılmışdır. Cavabdeh tərəfindən plastik kart hesabında olan vəsaitin həcmindən artıq məbləğdə vəsait istifadə edib və vaxtında banka ödəniş etməmişdir, yəni öhdəlik yarandığı tarixdən bu günədək öhdəliyi icra etməmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh cari hesabında 0.3 avro pul vəsaiti mövcud idi. Borclu ölkə xaricində (Almaniyada) olduğu zaman xx.xx.2022-ci il tarixdə kart vasitəsi ilə müxtəlif ödənişlər etmişdir. Borclu qeyri-rezident olduğuna görə həmin ödənişlər üzrə ƏDV nəzərdə tutulmur və satıcı bu barədə arayış verir ki, müştəri də öz növbəsində ölkəni tərk edtikdə onu gömrük məntəqəsində təqdim edib ödənişdən azad olsun, əks halda ƏDV ödənilir. Odur ki, borclu həmin arayısı təqdim etmədiyinə görə sonradan ƏDV barədə ödəniş kart hesabı olan banka xx.xx.2022-ci il tarixdə göndərilmişdir. Odur ki ödənişin təsdiqi göndərilən günü kartda kifayət qədər pul vəsaiti olmadığına görə borclu tərəfindən ödənilməli olan ödəniş bank hesabından aparılmış və bu səbəbdən də 73.77 avro məbləğində overdraft yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, poçt vasitəsi ilə verilmiş zərfin üzərinə “bina sökülüb” qeydi ilə geri qaytarılmışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2022-cu il tarixli istehlak qeyri-kredit bank xidmətlərinin göstərilməsi haqqında baş sazişə əsasən cavabdehə plastik kart hesabı açılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mülki qanunvericiliyin tələblərinə uyğun qaydada İddiaçı ASC ilə Cavabdeh arasında qeyri-kredit bank xidmətlərinin göstərilməsi haqqında baş saziş bağlanmış, həmin sazişə əsasən Cavabdeh plastik kart hesabı açılmışdır. Borclu ölkə xaricində olduğu zaman xx.xx.2022-ci il tarixdə kart vasitəsi ilə müxtəlif ödənişlər etmişdir. Borclu qeyri-rezident olduğuna görə həmin ödənişlər üzrə ƏDV nəzərdə tutulmadığından, satıcı bu barədə arayış verməlidir ki, müştəri də öz növbəsində ölkəni tərk edtikdə onu gömrük məntəqəsində təqdim edib ödənişdən azad olsun, əks halda ƏDV ödənilir. Odur ki, borclu həmin arayısı təqdim etmədiyinə görə sonradan ƏDV barədə ödəniş kart hesabı olan banka xx.xx.2022-ci il tarixdə göndərilmişdir. Odur ki ödənişin təsdiqi göndərilən günü kartda kifayət qədər pul vəsaiti olmadığına görə borclu tərəfindən ödənilməli olan ödəniş bank hesabından aparılmış və bu səbəbdən də 73.77 avro məbləğində overdraft yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2ci maddəsinə əsasən, əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən Cavabdeh borc verilən pul vəsaiti qaytarılmalı olan mülkiyyət kimi çıxış etdiyindən və borcun Avro ilə qaytarılması barədə tərəflər arasında yazılı şərt olmadığından, hazırda Cavabdeh tərəfindən iddiaçıya qaytarılmalı olan pul vəsaiti ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödənilməlidir. Məhkəmə iddia tələbinin ödənilmiş dövlət rüsumunun, xidmət haqqının və poçt xərclərinin tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin məbləğ də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 73.77 Avro, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və 0.4 manat xidmət haqqı tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Qeyd olanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 73.77 (yetmiş üç avro yetmiş yeddi sent) Avro ödəniş günü qüvvədə olan məzənnədə Azərbaycan Respublikası Manatı ilə, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və 0.4 manat xidmət haqqı tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nail Abbasov
Məhkəmə qərarları › İş №e-2(006)-2553/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2553/2023
09.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver