Məhkəmə qərarları › İş №e-2(006)-2602/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2602/2024

29.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2602/2024 29.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, Birinci iddia üzrə iddiaçının (ikinci iddia üzrə cavabdehin) nümayəndəsi Nümayəndə1 və birinci iddia üzrə cavabdeh (ikinci iddia üzrə iddiaçı) Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə Birinci iddia üzrə iddiaçı (ikinci iddia üzrə cavabdeh) Bakı Sağlamlıq Mərkəzi X13 birinci iddia üzrə cavabdehlər (ikinci iddia üzrə iddiaçı) Cavabdeh1 və Cavabdeh2nə qarşı “pul” tələbinə və ikinci iddia üzrə iddiaçı (birinci iddia üzrə cavabdeh) Cavabdeh1 ikinci iddia üzrə cavabdeh (birinci iddia üzrə iddiaçı) Bakı Sağlamlıq X2rşı "müqavilənin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxılır. MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Bakı Sağlamlıq X16 Şəxsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, “Bakı Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsə stasionar tibbi xidmət göstərilməsi üçün pasiyentlər qəbul edilərkən bir qayda olaraq pasiyent/onların yaxınları ilə “Tibbi xidmət müqaviləsi” bağlanır. Qeyd edilən Müqavilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə uyğun olaraq, tərəflər arasında müqavilə predmeti üzrə münasibətlərin müəyyənləşdirilməsi, dəyişdirilməsi və xitamına dair məsələləri tənzimləyir. Bununla əlaqədar məlum edilir ki, mərhum pasiyent X5 5 noyabr 2022-ci il-11 yanvar 2023-cü il tarixləri aralığında “Bakı Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsdə tibbi xidmət almışdır. Tibb müəssisəsində pasiyentə son klinik diaqnoz olaraq “Əsas xəstəlik-B37.1-Ağ ciyər kandidozu, Əsas xəstəliyin ağırlaşması-A41.8-Digər dəqiqləşdirilmiş sepsis” və 6 adda yanaşı xəstəliklər (ərizəyə əlavə edilən Epikrizdə sadalanır) diaqnozu qoyulmuşdur. Mərhum pasiyentin tibb müəssisəsində tibbi xidmət alması üçün yaranacaq xərclərin qarşılanması üçün mərhum pasiyentlə yanaşı, qızı Cavabdeh1 Tibbi xidmət müqaviləsinə imza atmaqla öz üzərinə müqavilə öhdəliyi götürmüşdür. Tibb müəssisəsi tərəfindən xəstəyə göstərilmiş tibbi xidmətlə əlaqədar, xəstə/yaxınlarının 2023-cü ilin yanvar ayından müəssisəyə 22.989,57 (iyirmi iki min doqquz yüz səksən doqquz manat, əlli yeddi qəpik) manat borcu qalmışdır. Həmçinin, digər Cavabdeh2 MMC də öz direktoru X6 şəxsində Bakı Sağlamlıq Mərkəzi ilə 01 noyabr 2022-ci il tarixdə bu məsələnin predmeti üzrə TBX/04 nömrəli Tibbi xidmətin göstərilməsi üzrə müqavilə bağlayaraq yaranacaq xərclərin qarşılanması öhdəliyinə üzərinə götürmüşdür. Lakin cavabdeh tərəfindən həmin borcun ödənilməsi bugünədək müxtəlif bəhanələrlə uzadılır. Adıçəkilən hüquqi şəxsin hesabına tibb müəssisəsi tərəfindən 11 yanvar 2023-cü il tarixdə elektron qaimə vurulsa da, hal-hazıradək ödəniş həyata keçirilməmişdir. Büdcə təşkilatı olaraq, təşkilati-hüquqi forma baxımdan publik hüquqi şəxs olaraq fəaliyyət göstərən Bakı Sağlamlıq Mərkəzi göstərilən borc məbləğinin qarşılanması üçün tədbir görülməsi öhdəliyini daşıyır. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı Sağlamlıq Mərkəzi Azərbaycan Respublikası Prezidentinin 6 avqust 2010-cu il tarixli 1053 nömrəli Sərəncamı ilə yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 2017-ci il tarixli Fərmanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı Sağlamlıq Mərkəzi təşkilati-hüquqi forma baxımından publik hüquqi şəxs olmuşdur. Müəssisənin maliyyə təsərrüfatı dövri olaraq dövlət orqanları tərəfindən yoxlanılır. Qeyd edilənlər əsasında müqaviləyə imza atmaqla, göstərilmiş tibbi xidmətə görə üzərinə öhdəlik götürmüş Cavabdeh1 tərəfindən 22.989,57 (iyirmi iki min doqquz yüz səksən doqquz manat, əlli yeddi qəpik) manat borcun tibb müəssisəsinə ödənilməsi zəruridir. Bakı Sağlamlıq Mərkəzi tərəfindən dəfələrlə vətəndaşa bu barədə bildirilsə də, borc məbləği ödənilməmişdir. Sonuncu dəfə isə Cavabdeh1 müəssisənin 02 aprel 2024-cü il tarixli 233/02/37 nömrəli məktubu ilə müraciət edilərək, qeyd edilən məbləğin 10 gün ərzində ödənilməsi, əks təqdirdə məsələnin məhkəmə qaydasında mübahisələndirilməsi bildirilmişdir. Həmçinin, eyni məzmunlu məktub da Cavabdeh2 MMC-nin həm hüquqi ünvanına (02 aprel 2024-cü il tarixli 232/02/37 nömrəli məktub), həm də hüquqi şəxsin elektron kargüzarlığına göndərilmişdir. Göstərilənlərə əsasən müqavilə üzrə tərəf Cavabdeh1 və Cavabdeh2 MMC-dən göstərilmiş tibbi xidmətə görə yaranmış 22.989,57 (iyirmi iki min doqquz yüz səksən doqquz manat, əlli yeddi qəpik) manat borcun tutularaq, “Bakı Sağlamlıq Mərkəzi” X18n hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. 3.İddiaçı Cavabdeh1 cavabdeh Bakı Sağlamlıq X2rşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 4.İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı Sağlamlıq X16 şəxsi tərəfindən 2022-ci il tarixli əsassız müqavilə tərtib olunaraq iddiaçı Cavabdeh1 həmin müqavilə üzrə pul məbləği tələb olunur. Lakin məlumat üçün bildirilir ki, iddiaçının anası X5 xəstəliyi səbəbindən Bakı Sağlamlıq Mərkəzində tibbi xidmət almışdır. Anasının xəstəliyi ağır olması səbəbindən həmin zamanlarda iddiaçı da ciddi sarsıntı içərisində idi. Həmin zamanlarda anlaqlı vəziyyətdə deyildi. Bakı Sağlamlıq Mərkəzi tərəfindən iddiaçıya müqavilə barədə heç bir ətraflı məlumat verilmədən xəbəri olmadan müqavilə tərtib edilmişdir. Sözügedən müqavilədə imzası olsa da belə, iddiaçının bu barədə heç bir məlumatı olmamışdır. Belə ki, bu hal işçilər tərəfindən ona müqavilə bağlama prossesi kimi deyil, sadəcə xəstəxana qeydiyyat prosedurları kimi göstərilmişdir. Bu da tamamilə pasient yaxınının sarsıntı və gərgin vəziyyətindən istifadə olunaraq yanıltma nəticəsində qeydə alınan bir sənəddir. Bundan əlavə müqavilə üzrə göstərilən ödənişləri ödəməkdən ötrü maddi imkanı olmadığı səbəbindən direktoru olan "xxxx" MMC-nin direktoru X10 ilə Bakı Sağlamlıq Mərkəzi arasında 01 noyabr 2022-ci il tarixli TBX/04 nömrəli yeni müqavilə tərtib olunmuşdur. Bu müqavilə üzrə "xxxx" MMC-nin direktoru X10 bütün xərclərin ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Belə bir halda iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə artıq qüvvədən düşməli və ləğv edilməli idi. Lakin cavabdeh Bakı Sağlamlıq X16 şəxsi "xxxx" MMC-nin direktoru X10 ilə bağladığı müqavilə ilə yanaşı və eyni zamanda iddiaçı ilə bağlanmış olduğu müqavilə üzrə də ödənişləri tələb etməkdədir. Bu isə tamamilə qanun pozuntusu və hüquqlarının tapdanması halıdır. Qeyd edilir ki, xəstəxananın pasiyenti olan anası X3 vəfatı bir yandan, bir yandan isə xəstəxana tərəfindən belə haqsızlığa uğrayaraq iddiaçıdan külli miqdarda pul tələb edilməsi çox ağır mənəvi və maddi sarsıntılarara məruz qalmağına səbəb olmuşdur. Bu səbəbdən də hazırda hüquqlarının bərpa olunmasından ötrü məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddiaçı Cavabdeh1 ilə Bakı Sağlamlıq X16 Şəxsi arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 0809/22 nömrəli Tibbi Xidmət Müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. 5.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-4039/2024 saylı qərardadı ilə ərizənin təmin olunması, iddiaçı Cavabdeh1 cavabdeh Bakı Sağlamlıq X2rşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair 2(006)-4039/2024 nömrəli mülki işin Nəsimi Rayon Məhkəməsinin hakimi Ramin Xəlilovun icraatında olan iddiaçı Bakı Sağlamlıq Mərkəzi X13 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “borcun tutulması” tələbinə dair 2(006)-2602/2024 nömrəli mülki işlə bir icraatda birləşdirilməsi qərara alınmışdır. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 6.Məhkəmə iclasında iştirak edən birinci iddia üzrə iddiaçının (ikinci iddia üzrə cavabdehin) nümayəndəsi Nümayəndə1 tərəflərindən verilmiş iddia tələbini müdafiə edərək, eyni zamanda qarşı tərəfin iddia tələbinə etiraz edərək, izahatında qeyd etmişdir ki, Cavabdeh1 anasının müəlicəsi üçün 2023-cü ilin noyabr ayında onlara müraciət etmiş və onunla aralarında bağlanmış müqavilə əsasında 2023-cü ilin noyabr ayından 2024-cü ilin yanvar ayınadək onun anası mərkəzdə müalicə olunmuşdur. Bununla bağlı onun xeyli miqdarda borcu yaranmışdır. Daha sonra "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti onlara müraciət edərək onun bütün borcunun ödənilməsini öz üzərinə götürmüşdür. Bununla bağlı onlarla aralarında yeni bir müqavilə bağlanmış və qaimə ikinci cavabdehin hesabına yazılmışdır. Lakin daha sonra borcu ödəməkdən yayınmış və tərəflərindən cavabdehlərlə əlaqə saxlamaq mümkün olmamışdır. Ona görə də tərəflərindən məhkəməyə müraciət olunmasına zərurət yaranmışdır. Odur ki, qeyd edilənlərə əsasən tərəflərindən verilmiş iddia tələbinin təmin olunması, qarşı tərəfin iddia tələbinə isə etiraz edərək həmin tələbin rədd edilməsini xahiş etmiş, əlavə olaraq birinci iddia üzrə cavabdeh (ikinci iddia üzrə iddiaçı) Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 suallarına cavab olaraq bildirmişdir ki, iddiaçının sonradan "xxxx" MMC ilə müqavilə bağlamaqda məqsədi o olmuşdur ki, "xxxx" MMC-nin qanuni təmsilçisi onlara müraciət edərək bildirmişdir ki, Cavabdeh1 onlara olan bütün borcunu ödəmək istəyir. Onlar da buna hər hansı etiraz etməmişlər. Lakin o, onlara bildirmişdir ki, nağd pul hazırda onda yoxdur. Həmin pulu şirkət vasitəsi ilə etmək istəyir. Bununla bağlı isə onunla müqavilə bağlamamağı xahiş etmişdir ki, ödənişi köçürmə yolu ilə etsin. Onlar əsas borclu kimi Cavabdeh1 tanıyırlar. Onlar "xxxx" MMC ilə müqavilə münasibətlərinə ona görə girmişlər ki, Cavabdeh1 onlara olan borcunu ödəsin. Onların sonradan "xxxx" MMC ilə aralarında bağlanılan müqavilədə Cavabdeh1 borcun alınmasını istisna edən heç bir şərt nəzərdə tutulmamışdır. Bundan başqa, Cavabdeh1 ilə onların arasında “Mail” yazışmaları da, vardır ki, Cavabdeh1 özü onlara müraciət edərək "xxxx" MMC-nin onun borcunu ödəyib-ödəmədiyini soruşmuşdur. Hətta bildirmişdir ki, bunun müqabilində "xxxx" MMC-nin təmsilçisi Ramin adlı şəxsə bankdan öz adına kredit də götürüb vermişdir. Daha sonra əlavə olaraq sədrlik edənin suallarına cavab olaraq isə bildirmişdir ki, "xxxx" MMC ilə müqavilə bağlayarkən müqavilədə ödənişin edilməsi üçün 1 illik müddət nəzərdə tutmalarına səbəb o olmuşdur ki, bu, onların standart müqavilə şərtləridir. Bunun "xxxx" MMC-nin maliyyə vəziyyətinin yaxşı olmaması ilə əlaqəsi olmamışdır. "xxxx" MMC ilə iddiaçı daha öncə işgüzar münasibətlərdə olmamışdır. "xxxx" MMC ilə müqavilə bağlayarkən onun maliyyə vəziyyəti yoxlanmamışdır. 7.Məhkəmə iclasında iştirak edən birinci iddia üzrə cavabdeh (ikinci iddia üzrə iddiaçı) Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 tərəflərindən verilmiş iddia tələbini müdafiə edərək, həmçinin qarşı tərəfin iddia tələbinə isə etiraz edərək izahatında qeyd etmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsin anasının vəziyyəti ağır vəziyyətdə olmuşdur. O, uzun müddət qarşı tərəf olan xəstəxanada müalicə olunmuş, lakin vəfat etməsindən cəmi 3 gün öncə evə buraxılmışdır. Buna səbəb isə xəstəxananın bunu bilməsi və qadının orada vəfat etməsinin qarşısını almaq məqsədi daşımışdır. Həmçinin, hüquqlarını müdafiə etdiyi şəxs qarşı tərəflə müqavilə bağlandığından xəbərdar olmamışdır. Sadəcə o, anasını ağır vəziyyətdə xəstəxanaya gətirmiş və bu zaman xəstəxana tərəfindən ona verilmiş bütün sənədləri imzalamışdır. Daha sonra isə xəstəxanadan çıxarkən hüquqlarını müdafə etdiyi şəxsdən kifayət qədər yüksək məbləğdə ödənişin ödənilməsi tələb edilmişdir. Hansı ki, həmin ödənişlərin bir çoxu barədə ümumiyyətlə Cavabdeh1 məlumat verilməmiş və onunla razılaşmalar aparılmamışdır. Bununla bağlı Cavabdeh1 ilə qiymətlərin razılaşdırılması protokolu tərtib edilməmişdir. Daha sonra Cavabdeh1 məcbur qalaraq qohumu olan "xxxx" MMC-nin qanuni təmsilçisi Ramin adlı şəxslə razılığa gəlmişdir ki, xəstəxanaya olan borcu Raminin öz öhdəsinə götürməsi qarşılığında Cavabdeh1 də öz adına kredit götürərək ona verəcəkdir. Daha sonra isə Bakı Sağlamlıq Mərkəzi PHŞ ilə "xxxx" MMC arasında yeni bir müqavilə bağlanmışdır. Onlar həmin müqavilədə hər hansı problem olduğunu hesab etmirlər. Belə ki, həmin müqavilə tam qanuni şəkildə tərəflərin iradəsi əsasında bağlanmışdır. Cavabdeh "xxxx" MMC-nin qanuni təmsilçisi də məhkəmə iclasında iştirak edərək müqavilə bağladığını və müqavilə üzrə öhdəliklərinin olmasını qəbul etməsini bildirmişdir. Ona görə də hesab edilir ki, birinci iddia tələbində onlar subyektiv cavabdeh deyillər. Cavabdehliyi "xxxx" MMC daşıyır. Göstərilənlərə əsasən birinci iddia tələbinin rədd, ikinci iddia tələbinin isə təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 8.Əvvəlki məhkəmə iclasında iştirak edən birinci iddia üzrə Cavabdeh2 qanuni təmsilçisi X10 iddia tələbini qəbul edərək izahatında qeyd etmişdir ki, hazırki mülki iş üzrə digər Cavabdeh1 onun qohumudur. Onun anası xəstəxanada müalicə alırdı. Bununla bağlı ödəniş xeyli miqdarda olduğundan Cavabdeh1 onu ödəməkdə çətinlik çəkirdi. Onlar da şirkət olaraq həmin ödənişi ödəməyi öz üzərlərinə götürdülər. Onlar həmin ödənişi 1 ay müddətinə etməli idilər. Lakin onların vergi ilə bağlı problemləri oldu və bununla bağlı iş məhkəməyə qədər gedib çıxdı. Nəticədə, onlar iddiaçıya olan borcunu ödəyə bilmədilər. Həmçinin, onlar üzərinlərinə götürdükləri öhdəliyi danmırlar. Qeyd edilən problemlər aradan qalxdıqdan sonra onlar ödənişləri edəcəklər. 9.Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş birinci iddia üzrə Cavabdeh2 nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə hazırki işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 10.Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, birinci iddia tələbi qismən təmin edilməli, ikinci iddia tələbi isə rədd edilməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 11.Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Cavabdeh1 anası X4 xx.xx.2022-ci il tarixdən-xx.xx.2023-cü il tarixədək “Bakı Sağlamlıq Mərkəzi” PHŞ-də tibbi xidmət göstərilmiş, bununla bağlı PHŞ ilə Cavabdeh1 arasında, həmçinin Cavabdeh2 MMC arasında müqavilələr bağlanmışdır. Hazırda birinci iddia üzrə iddiaçı, yəni “Bakı Sağlamlıq Mərkəzi” PHŞ cavabdehlər tərəfindən bağlanılan müqavilələr üzrə öhdəliyin yerinə yetirilməməsini iddia edərək, göstərilən tibbi xidmətin qarşılığı olaraq 22.989,57 manat məbləğində pulun tutulmasını, ikinci iddia üzrə iddiaçı Cavabdeh1 isə bağlanılan müqavilədən xəbərsiz olduğunu iddia edərək, onunla “Bakı Sağlamlıq Mərkəzi” PHŞ arasında bağlanılan xx.xx.2022-ci il tarixli, 0809/22 nömrəli Tibbi Xidmət Müqaviləsinin etibarsız hesab edilməsini tələb edir. b) Mülki işin materialları: 12.Mülki işin materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanan 02 sentyabr 2024-cü il tarixli, 3-21-2-13/2-10529/2024 saylı sorğuya cavab məktubundan görünür ki, Cavabdeh2 MMC (VÖEN: **********) tərəfindən dövlət büdcəsinə və digər fondlara olan borclar vaxtında ödənilmədiyi üçün cəmiyyətin bank hesablarına, o cümlədən “X8” ASC-nin 10 saylı filialında yerləşən hesablarına icra sənədi olan sərəncamlar qoyulmuşdur. Cavabdeh2 MMC-nin dövlət büdcəsinə vergilər üzrə 35468,26 manat, sosial sığorta haqqı üzrə 537,33 manat, icbari tibbi sığorta haqqı üzrə 57,76 manat, işsizlikdən sığorta haqqı üzrə 13,12 manat bocuna görə “X8” ASC-nin 10 saylı Filialında yerləşən hesablarına xx.xx.2024-cü il tarixdə alınmalı sərəncamlar göndərilmişdir. 2023-cü ilin yanvar ayında Cavabdeh2 MMC-nin bank hesablarında olan pul vəsaitləri barədə vergi orqanında heç bir məlumat yoxdur. Nəzərə alınması xahiş olunmuşdur. 13.Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli, 62681126 nömrəli qəbzdən görünür ki, ikinci iddia tələbinin qaldırılması üçün iddiaçı X11 tərəfindən məhkəməyə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. 14.Mülki işin materiallarında olan Cavabdeh1 və “Bakı Sağlamlıq Mərkəzi” PHŞ arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 0809/2022 saylı tibbi xidmət müqaviləsinin surətindən görünür ki, xəstə X4 bu müqaviləyə əsasən Bakı Sağlamlıq Mərkəzi” PHŞ peşəkar həkim və tibb heyyəti vasitəsi ilə müqavilədə nəzərdə tutulan tibbi xidmətləri həyata keçirməyi (bənd 2.1.1), Cavabdeh1 isə göstəriləcək tibbi xidmətin “Qiymət cədvəli”nə əsasən fakturada əks etdirilən məbləğini “Klinika”ya vaxtında və əksiksiz olaraq ödəməyi və ödəmiş olduğu məbləği, göstərilmiş xidmətin nəticəsindən asılı olmayaraq geri ödənilməyəcəyini qəbul etməyi öhdələinə götürmüşlər (bənd 2.2.4). 15.Mülki işin materiallarında olan sifarişçi Cavabdeh2 MMC ilə icraçı “Bakı Sağlamlıq Mərkəzi” PHŞ arasında bağlanmış 01 noyabr 2022-ci il tarixli, TBX/04 nömrəli Tibbi xidmətlərin göstərilməsi haqqında Müqavilənin surətindən görünür ki, bu müqaviləyə əsasən sifarişçi şirkətin əməkdaşlarına və əməkdaşlarının yaxınlarına tibbi xidmətlərin göstərilməsini sifariş verib İcraçıya razılaşdırılmış xidmət haqqını ödəməyi, İcraçı isə Sifarişçinin müəyyən etdiyi şəxslərə tibbi xidmətləri göstərməyi öhdəsinə götürmüşdür (bənd 1.1), xidmətlərin dəyəri bu müqavilədə göstərilmiş xidmətlərə 30% endirim edilməklə müəyyən olunur (bənd 4.4). 16.Mülki işin materiallarında olan X1 görünür ki, bu protokol 01 noyabr 2022-ci il tarixli, TBX/04 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilir. Tərəflər müqavilə üzrə xidmətlərin qiymətinin bu protokolda qeyd edilən məbləğlərdə müəyyən edilməsi barədə razılığa gəlmişlər. 17.Mülki işin materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanan 27 sentyabr 2024-cü il tarixli, 3-21-2-13/2-16138/2024 saylı sorğuya cavab məktubundan görünür ki, Cavabdeh2 MMC (VÖEN: **********) tərəfindən dövlət büdcəsinə və digər fondlara olan borclar vaxtında ödənilmədiyi üçün cəmiyyətin bank hesablarına, o cümlədən “X8” ASC-nin 10 saylı filialında yerləşən hesablarına icra sənədi olan sərəncamlar qoyulmuşdur. Cavabdeh2 MMC-nin dövlət büdcəsinə vergilər üzrə 35468,26 manat, sosial sığorta haqqı üzrə 537,33 manat, icbari tibbi sığorta haqqı üzrə 57,76 manat, işsizlikdən sığorta haqqı üzrə 13,12 manat bocuna görə “X8” ASC-nin 10 saylı Filialında yerləşən hesablarına xx.xx.2024-cü il tarixdə sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə alınmalı sərəncamlar, xx.xx.2024-cü il tarixdə isə vergilər üzrə alınmalı sərəncamlar göndərilmişdir. 2023-cü ilin yanvar ayında Cavabdeh2 MMC-nin bank hesablarında olan pul vəsaitləri barədə vergi orqanında heç bir məlumat yoxdur. 18.Mülki işin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Sağlamlıq X16 Şəxsi tərəfindən "xxxx" MMC-nin direktoru X7 ünvanlanan 02 aprel 2024cü il tarixli, 232/02/37 nömrəli məktubdan görünür ki, X4 5.11.2022-xx.xx.2023-cü il tarixləri aralığında Bakı Sağlamlıq Mərkəzində tibbi xidmət göstərilmişdir. Tibbi xidmətin göstərilməsi ilə əlaqədar xəstə yaxınları tərəfindən tələb olunan vəsaitin yalnız bir hissəsi ödənilmişdir. Xüsusi ilə vurğulanır ki, xəstə yaxınlarının müraciətlərini nəzərə alaraq, Mərkəz tərəfindən də 6.348,00 manat endirim edilmişdir. Lakin, vəd edilsə də, hazıradək tibb müəssisəyə tərəflərindən 22.989,57 (iyirmi iki min doqquz yüz səksən doqquz manat əlli yeddi qəpik) manat məbləğində borc ödənilməmişdir. Tərəflərindən müqaviləyə imza edilməklə tibbi xidmətin göstərilməsi ilə əlaqədar ödənişlərin vaxtında olunması öhdəliyi üzərinə götürülməsinə baxmayaraq hal-hazıradək onlara təqdim edilən elektron qaiməfaktura üzrə ödəniş edilməmişdir. Nəzərə alınmalıdır ki, “Bakı Sağlamlıq Mərkəzi” publik hüquqi şəxs dövlət büdcəsindən maliyyələşən tibb müəssisələrinin sırasında olduğundan, büdcə qarşısında maliyyə hesabatlılığı daşıyır. Qeyd edilənlər əsasında 10 gün müddətində 22.989,57 manat məbləğinin ödənilməsi ilə bağlı Mərkəzin xəstə xidmətləri şöbəsinə yaxınlaşaraq, ödəniş edilməsi xahiş edilmiş, əks təqdirdə məsələni büdcə təşkilatı olaraq, məhkəmə qaydasında mübahisələndirmək məcburiyyətində qalacaqlar. 19.Mülki işin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Sağlamlıq X16 Şəxsi tərəfindən Cavabdeh1 ünvanlanan 02 aprel 2024-cü il tarixli, 233/02/37 nömrəli məktubdan görünür ki, mərhum anası X5 5.11.2022-xx.xx.2023-cü il tarixləri aralığında Bakı Sağlamlıq Mərkəzində tibbi xidmət göstərilmişdir. Tibbi xidmətin göstərilməsi ilə əlaqədar tərəflərindən tələb olunan vəsaitin yalnız bir hissəsi ödənilmişdir. Xüsusi ilə vurğulamaq istərdilər ki, xəstə yaxınlarının müraciətlərini nəzərə alaraq, Mərkəz tərəfindən də 6.348,00 manat endirim edilmişdir. Lakin, vəd edilsə də, hazıradək tibb müəssisəsinə tərəflərindən 22.989,57 (iyirmi iki min doqquz yüz səksən doqquz manat əlli yeddi qəpik) manat məbləğində borc ödənilməmişdir. Tərəflərindən müqaviləyə imza edilməklə tibbi xidmətin göstərilməsi ilə əlaqədar ödənişlərin vaxtında olunması öhdəliyi üzərinə götürülmüşdür. Nəzərə alınmalıdır ki, "Bakı Sağlamlıq Mərkəzi” publik hüquqi şəxs dövlət büdcəsindən maliyyələşən tibb müəssisələrinin sırasında olduğundan, büdcə qarşısında maliyyə hesabatlılığı daşıyır. Qeyd edilənlər əsasında 10 gün müddətində 22.989,57 (iyirmi iki min doqquz yüz səksən doqquz manat əlli yeddi qəpik) manat məbləğinin ödənilməsi ilə bağlı Mərkəzin Xəstə xidmətləri şöbəsinə yaxınlaşaraq, ödəniş edilməsi xahiş edilmiş, əks təqdirdə məsələni büdcə təşkilatı olaraq, məhkəmə qaydasında mübahisələndirmək məcburiyyətində qalınacağı bildirilmişdir. 20.Mülki işin materiallarında olan Bakı Sağlamlıq X16 Şəxsi tərəfindən veriln xx.xx.2023cü il tarixli Hesab faktura və Elektron Qaimədən görünür ki, 2022-ci ilin noyabr-dekabr ayı üçün göstərilən tibbi xidmətlərin məbləği 22.989,57 manat həcmində müəyyən edilmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 21.Məhkəmə ilkin olaraq iddiaçı “Bakı Sağlamlıq Mərkəzi” X13 iddiasına münasibətdə qeyd edir ki, iddia əsaslı olmaqla qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilən hallardan göründüyü kimi iddiaçı ilə hər iki cavabdehlər arasında müqavilələr bağlanmışdır. Cavabdeh1 ilə bağlanılan müqavilə üzrə cavabdehin üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsi işin mübahisəsiz halıdır. Belə ki, araşdırma zamanı, həmçinin tərəflərin izahatları əsasında müəyyən edilmişdir ki, Cavabdeh1 anası “Bakı Sağlamlıq Mərkəzi” PHŞ-də müalicə aldığı müddət ərzində cavabdehin ümumilikdə xəstəxanaya ödənilməli olan 51.505,42 manat məbləğində borcu yaranmışdır. Bağlanılmış müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə həmin məbləğ üzərindən 6.348 manat məbləğində endirim edilmiş, bundan sonra cavabdehin ödəməli olduğu məbləğ (ƏDV məbləği də daxil olmaqla) ümumilikdə 45.157,42 manat müəyyən edilmişdir ki, həmin məbləğin də 22.140 manatını cavabdeh iddiaçıya ödəmişdir. Bu, işin mübahisəsiz halıdır. Göründüyü kimi iddiaçı ilə Cavabdeh1 arasında bağlanılmış müqavilə üzrə cavabdeh üzərinə düşən öhdəliyi tam şəkildə yerinə yetirmişdir (digər cavabdehə öhdəlik götürdüyündən). Buradan da bu nəticəyə gəlmək olar ki, Cavabdeh1 öhdəliyi yerinə yetirdiyindən iddia tələbi ona münasibətdə əsassız hesab edilməklə rədd edilməlidir. 22.Bundan başqa, digər Cavabdeh2nə münasibətdə isə məhkəmə qeyd edir ki, araşdırılan hallardan göründüyü kimi iddiaçı PHŞ ilə həmçinin, digər cavabdeh Sosial- Reklam Agentliyi” MMC arasında da müqavilə bağlanmışdır. Hansı ki, yuxarıda qeyd edilən yerdə qalan məbləği, yəni 23.017,42 manat məbləğində pulun iddiaçıya ödənilməsini cavabdeh müvafiq müqavilə əsasında öz üzərinə götürmüş, lakin öhdəliyi yerinə yetirməmişdir. 23.Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Bundan sonra – Mülki Məcəllə) 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 24.Mülki Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 25.Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 26.Mülki Məcəllənin 425.1 və 425.2-ci maddələrinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 27.Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 28.Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 29.Mülki Məcəllənin 448.1-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 30.Lakin göründüyü kimi 01 noyabr 2022-ci il tarixli, TBX/04 nömrəli Tibbi xidmətlərin göstərilməsi haqqında Müqavilə üzrə cavabdeh tərəfindən üzərinə götürülən həmin öhdəlik yerinə yetirilməmişdir. Bunu məhkəmə iclasında izahatı alınan cavabdehin qanuni təmsilçisi iddia tələbini qəbul edərək, öhdəliyin yerinə yetirilməməsini onunla əsaslandırmışdır ki, iş üzrə digər cavabdeh Ə.Nərminin iddiaçıya olan borcunu öz üzərlərinə götürsələr də, MMC-nin vergi ilə bağlı problemləri olduğundan ödəməkdə çətinlik çəkmişlər. Bunu məhkəmə araşdırması zamanı məhkəməyə təqdim edilən sorğuya cavab məktubları da təsdiq etmişdir ki, həqiqətən də cavabdehin bank hesablarına sərəncamlar qoyulmuşdur. Halbuki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin maddi imkanının olmaması üzərinə götürdüyü öhdəliyin yerinə yetirilməməsi üçün əsas ola bilməz. Bundan əlavə, tərəflər arasında bağlanılmış 01 noyabr 2022-ci il tarixli, TBX/04 nömrəli Tibbi xidmətlərin göstərilməsi haqqında müqavilədə cavabdehin maddi imkanının olmaması əsasına görə öhdəliyi yerinə yetirməməsi və ya gecikdirməsi ilə bağlı hər hansı bir bənd nəzərdə tutulmamışdır. Məhkəmə qeyd edir ki, bu halda risk iddiaçıda qalmaqla müqavilə bağladığı vaxt özü cavabdehin maddi vəziyyətini araşdırmalı idi. Bu halda iddiaçı tərəf riski öz üzərinə götürmüşdür. Odur ki, qeyd edilənləri nəzərə alaraq iddiaçıya ödənilməli olan borc məbləği Cavabdeh2 MMC-dən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin, iddiaçının Cavabdeh2 MMC tərəfindən aldadıldığına münasibətdə qeyd edir ki (aldadılma nəticəsində əqdin etibarsızlığına), Cavabdeh2 MMCnin maddi vəziyyətinin müsbət olmaması onun yenidən başqa bir öhdəlik götürə bilməməsi mənasına gətirə bilməz. Həmçinin, aldadılma o halda ola bilərdi ki, cavabdeh iddiaçıya yanlış məlumat vermiş olardı. Mülki işin hallarına əsasən isə cavabdeh tərəfindən yanlış məlumatın, səhv məlumatın, bu yox digər məlumatın qəsdən verilməsi halı aşkar edilməmişdir. İddiaçı yalnız cavabdehə məxsus hesablarda pulun olmamasını əsas gətirməsi cavabdeh tərəfindən aldadılma mənasını gətirməməlidir. Bu halda yuxarıda qeyd edilən mövqeyə əsasən cavabdehin maddi vəziyyətini əvvəldən yoxlamamaqla risk iddiaçıya məxsus olmuşdur. 31.Eyni zamanda məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanan 01 noyabr 2022-ci il tarixli, TBX/04 nömrəli Tibbi xidmətlərin göstərilməsi haqqında Müqavilənin 4.4-cü bəndinə əsasən xidmətlərin dəyəri bu müqavilədə göstərilmiş xidmətlərə 30% endirim edilməklə müəyyən olunmuşdur. Belə olan halda da ödənilməli olan 23.017,42 manat məbləğində borca müqavilədə nəzərdə tutulmuş qaydada 30% endirim edilməklə, yerdə qalan 16.112,22 (30% endirim) manatı Cavabdeh2 MMC-dən iddiaçının xeyrinə tutulmalıdır. 32.Daha sonra məhkəmə iddiaçı Cavabdeh1 iddia tələbinə münasibətdə isə qeyd edir ki, iddiaçının cavabdeh “Bakı Sağlamlıq Mərkəzi” PHŞ-yə qarşı qaldırdığı tələbi əsassızdır. Belə ki, hazırda iddiaçı cavabdeh ilə bağladığı xx.xx.2022-ci il tarixli, 0809/2022 saylı tibbi xidmət müqaviləsini mübahisələndirir və həmin müqavilənin etibarsızlığını məhkəmədən tələb edir. 33.Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. 34.Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 35.Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 36.Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. 37.Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). 36.Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qeyd edir ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). 37.Hazırki iş üzrə isə tərəflər arasında bağlanan xx.xx.2022-ci il tarixli, 0809/2022 saylı tibbi xidmət müqaviləsinin iddiaçının iddia etdiyi kimi etibarsız hesab edilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə ki, hazırki işə baxılarkən iddiaçının cavabdeh ilə müqaviləni bağlayarkən həmin müqavilənin şərtləri ilə tanış olmağa ona hər hansı maneəçiliyin olunması, cavabdeh tərəfindən aldadılması halı öz əksini tapmamış və hər iki tərəf sərbəst şəkildə müqavilə azadlığı prinsipini nəzərə almaqla azad şəkildə öz iradəsinə uyğun müqavilə bağlamışlar. Həmçinin, məhkəmə tərəfindən birinci iddia tələbi üzrə araşdırılma aparıldığı zaman müəyyən edilmişdir ki, əslində iddiaçı Cavabdeh1 xx.xx.2022-ci il tarixli, 0809/2022 saylı tibbi xidmət müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmişdir. Belə olan halda da xx.xx.2022-ci il tarixli, 0809/2022 saylı tibbi xidmət müqaviləsinin etibarsızlığından söhbət gedə bilməz. Odur ki, iddiaçı Cavabdeh1 iddiası əsassız hesab edilməklə rədd edilməlidir. 38.Beləliklə də, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddiaçı “Bakı Sağlamlıq Mərkəzi” X13 cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilməli, 01 noyabr 2022-ci il tarixli, TBX/04 nömrəli Tibbi xidmətlərin göstərilməsi haqqında Müqavilə üzrə Cavabdeh2ndən 16.112,22 manat məbləğində pul vəsaiti iddiaçı “Bakı Sağlamlıq Mərkəzi” X13 xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə və digər Cavabdeh1 münasibətdə rədd edilməli, iddiaçı Cavabdeh1 ikinci iddia üzrə cavabdeh “Bakı Sağlamlıq Mərkəzi” X9rşı "müqavilənin etibarsız hesab edilməsi" tələbinə dair iddiası əsassız hesab edilməklə rədd edilməli, məhkəmə xərci iddiaçıya aid edilməlidir. 39.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 40.Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 41.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 42.Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 43.Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 44.Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı “Bakı Sağlamlıq Mərkəzi” X13 cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilsin. 01 noyabr 2022-ci il tarixli, TBX/04 nömrəli Tibbi xidmətlərin göstərilməsi haqqında Müqavilə üzrə Cavabdeh2ndən 16.112,22 (on altı min bir yüz on iki manat, iyirmi iki qəpik) manat məbləğində pul vəsaiti iddiaçı “Bakı Sağlamlıq Mərkəzi” X13 xeyrinə tutulsun. İddia tələbi qalan hissədə və digər Cavabdeh1 münasibətdə rədd edilsin. İddiaçı Cavabdeh1 cavabdeh “Bakı Sağlamlıq Mərkəzi” X9rşı "müqavilənin etibarsız hesab edilməsi" tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar