Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2608/2025 13.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X78 oğlunun katibliyi, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14, Cavabdeh nümayəndələri X13 və X16 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X1 X33, X49, X57 və Bakı şəhəri 14 saylı Notariat Ofisinin xüsusi notariusu X50 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə Cavabdeh qarşı “qanun üzrə vərəsəlik hüququnun tanınması və s.” tələblərinə dair iddia ərizələri üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “qanun üzrə vərəsəlik hüququnun tanınması və s.” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək: - İddiaçı1 və İddiaçı2 miras qoyan Səfiyyə Rəhim qızına dair qanun üzrə vərəsəlik hüququnun tanınması; - X79 qızının miras qoyduğu ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi (miras əmlak) üzərində İddiaçı1 və İddiaçı2 miras paylarının müəyyən edilməsi; - İddiaçı1 və İddiaçı2 üzr istəmə öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3456/203 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 3/5 hissəsi X79 qızının adına açıq saxlanılmış, vərəsəlik qaydasında 1/5 hissəsi X14, 1/5 hissəsi Cavabdeh adına xx.xx.2013-cü il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir. Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 doğma qardaşıdır, X79 qızı isə onların doğma nənəsidir. Başqa ifadə ilə, onların hər üçü Səfiyyə Rəhim qızının qanun üzrə vərəsələridir. X33 isə onların bibisi qızıdır. X40 məxsus olmuş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi faktiki olaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 istifadə və sahibliyindədir, onlar mirası qəbul ediblər. Cavabdeh ilə X33 həm də ər-arvaddırlar. X34 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində paylarının müəyyən edilməsi barədə Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdikdə bununla bağlı iddiaçılara heç bir məlumat verməmiş və bu durum iddiaçıların mənəvi olaraq sarsılmasına səbəb olmuşdur. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən vəkil sorğusuna verilmiş xx.xx.2025-ci il tarixli cavab məktubu ilə iddiaçılara belə bir faktın olması məlum olmuşdur, bu səbəbə görə iddiaçılar cavabdehin onlardan üzr istəməsini xahiş edirlər. Bundan başqa iddiaçılar ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə vərəsəlik paylarının müəyyən edilməsini istəyirlər. Belə ki, cavabdeh iddiaçıların vərəsəlik hüquqlarını pozur və onlara düşən miras payını verməkdən imtina edir.
3. Cavabdeh etiraz təqdim edərək, iddia tələbinin tamamilə rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edimişdir.
4. Etiraz belə əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin guya onların faktiki istifadə və sahibliyində olmasını qeyd etsələr də, ancaq bu faktı təsdiq edən heç bir sübut iddiada öz əksini tapmır. Uzun müddətdir ki, iddiaçıların miras əmlakdan köçüb getdikləri və orada yaşamadıqları üçün onların bu faktı təsdiq edə biləcək hər hansı sübut təqdim etmələri mümkün deyil. Mülki qanunvericilikdə miras əmlaka faktiki sahiblik və miras əmlakın idarə edilməsi anlayışları geniş şərh edilmişdir. Mirasa faktiki sahiblik odur ki, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir, ona sahib durur və onun üzərində fiziki “ağalıq” edir. Mirasa faktiki sahiblik müxtəlif üsullarla həyata keçirilir, məsələn: vərəsənin miras qoyanın yaşadığı evə köçməsi; vərəsənin miras açılandan əvvəl və sonra orada yaşaması və yaşamağa davam etməsi; əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi və sair hallar. Miras əmlakın faktiki idarə olunması dedikdə isə vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatının aparılması üçün edir. Söhbət o hərəkətlərdən gedir ki, bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Bu hərəkətlərə miras qoyanın əmlakının lazımi vəziyyətdə saxlanılması, həmin əmlakın təmir olunması (əgər evdirsə), əmlakın saxlanması üçün xərc çəkilməsi və s. hallar aiddir. Halbuki, iddiaçılar yuxarıda qeyd edilən hərəkətlərin hər hansı birini miras əmlak üzərində həyata keçirtməmişdirlər. İddiaçılar iddia ərizəsində qeyd edirlər ki, guya 2013-cü ildə hazırkı işin predmetini təşkil edən miras əmlaka dair keçirilmiş məhkəmə prosesindən xəbərsiz olublar. Təbii ki, bu həqiqəti əks etdirmir və sadəcə hazırkı işin məhkəmədə baxılmasının təmini üçün iddiaçılar tərəfindən ortaya atılmış yalan məlumatdır. İddiaçıların iddia ərizəsində qeyd etdikləri Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3457/2023 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsindən guya vəkil sorğusuna cavab məktubundan sonra xəbərdar olmaları özlüyündə həqiqəti pərdələmək üçün irəli sürülən əsası olmayan mülahizələrdir. Əslində olan isə 2013-cü ildə məhkəmə mübahisəsi ərəfəsində və məhkəmə prosesindən sonrakı dövrlərdə də vərəsəlik hüquqlarının və vərəsəlik qaydasında mülkiyyət hüquqlarının tanınması ilə bağlı şəxsən cavabdeh dəfələrlə hazırkı iş üzrə iddiaçı olan bacılarını məlumatlandırmışdır. Lakin, iddiaçılar miras əmlaka qarşı hər zaman laqeyd, məsuliyyətsiz, biganə davrandıqları üçün mübahisəli miras əmlak üzərində hüquqlarının tanınması ilə bağlı hər hansı hüquqi atdım atmamışdırlar. Əgər iddiaçılar həqiqətən miras əmlakı qəbul edib, sahiblik və idarə ediblərsə, niyə bu vaxta qədər vərəsəliyin tanınması ilə bağlı hər hansı hüquqi addım atmamışdırlar? Bütün bunlar isə onu göstərir ki, iddiaçılar qanunvericiliklə müəyyən olunmuş müddətdə notariusa ərizə vermədiklərini, mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktiki başlamadıqlarını bildirmiş olurlar. İddiaçıların bu mülahizələri irəli sürməkdə əsas məqsədi hazırkı iş üzrə iddia müddətinin tətbiq olunmasından yayınmaqdır, cavabdeh məhkəməyə bununla bağlı iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim etmişdir. Xüsusilə qeyd edilməlidir ki, Bakı şəhərinin təsdiq edilmiş yeni baş planına uyğun olaraq miras əmlakın yerləşdiyi ərazi (köhnə “Kubinka”) söküntüsü planlaşdırılan ərazilər siyahısına daxil edildiyi üçün iddiaçılar mübahisəli miras əmlakdan müftə gəlir əldə etməkdən ötrü əsassız olaraq iddia tələbi ilə məhkəməyə müraciət ediblər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3457/2023 nömrəli, xx.xx.2013-cü il tarixli qanuni qüvvəsini almış qətnaməsində məhkəmənin müəyyən etdiyi hallardan biri də hazırkı iş üzrə iddiaçılar olan İddiaçı1 və İddiaçı2 iddia tələblərinin predmeti olan miras əmlak olan evdə faktiki olaraq yaşamamaları faktıdır. Hətta, məhkəmə qətnaməsinin çıxarıldığı tarixdən bu vaxtadək də iddiaçılar miras əmlakda yaşamayıblar, miras əmlaka faktiki sahiblik və faktiki idarəçilik etməyiblər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Bununla yanaşı, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir. Məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı belə bir iddia ilə çıxış edərkən öz iddialarında tələblərinin predmeti olan miras əmlakın sahibi onların mərhum ulu nənələri X79 qızının ölüm faktını və onunla aralarındakı qohumluq əlaqələrini təsdiqləyən hər hansı mötəbər dəlilə istinad etməmişdirlər. Hətta, iddiaçıların iddia ərizəsində yanlış olaraq Səfiyyə Rəhim qızının onların nənəsi olduğunu qeyd etmələri, onların Səfiyyə Rəhim qızı ilə olan qohumluq əlaqələri və ümumiyyətlə nəsil-şəcərəsi, qohumluq münasibətləri barədə doğru-düzgün məlumata sahib olmadıqlarını göstərir. Bu sadalananlar onların vərəsəlik hüquqları ilə bağlı irəli sürdükləri iddiaların əsassız olduğunu sübut edir. İddiaçılar yalnız öz subyektiv mülahizələri ilə 12 ildən sonra mirasa dair mübahisə açmağı özləri üçün haqlı səbəb bilmişdirlər. Həmçinin, cavabdeh iddiaçıların iddia ərizəsində notariat orqanının mübahisəyə dair imtina məktubuna rast gələ bilmir. Bu isə iddiaçıların verdiyi iddia tələbinin də prosessual hüquq baxımından doğru olmamasının bir başqa təsdiqidir. Çünki iddiaçılar vərəsə olduqlarını iddia edirlərsə, onlar iddia tələbini hazırkı formada verə bilməzdilər. Hər bir halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248-ci maddəsinin tələbləri diqqətə alınaraq iddia verilməli idi. Lakin iddiaçılar bu barədə də pozuntuya yol vermiş və bununla da cavabdehə qarşı iddialarının formal və əsası olmayan bir iddia olmasını əyani nümayiş etdirmiş olublar. Göründüyü kimi iddiaçıların cavabdehə qarşı irəli sürdüyü iddia tələbi əsassızdır. İddiaçılar həqiqətə əsaslanmayan, şəxsi mülahizələri əsasında iddia tələbi formalaşdıraraq cavabdehdən maddi maraq naminə əmlak əldə etmək arzusundadırlar. Cavabdeh məhkəmənin bu faktları dərindən araşdırmasına və obyektiv qərar verməsinə ümid edir.
5. Cavabdeh həmçinin, ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə iddia müddətinin ötürülməsi səbəbindən iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
6. Ərizə belə əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı əsası olmayan və formal xarakter daşıyan qanun üzrə vərəsəlik hüququnun tanınması, vərəsə üzrə miras paylarının müəyyən edilməsi və iddiaçılardan üzr istəmə öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbi etibarsızdır, belə bir tələbin irəli sürülməsi üçün müddət başa çatıb. Bakı şəhəri, Nəsimi rayonu, İbrahim Əbilov küçəsi, 125 saylı fərdi yaşayış evi tarixsiz olaraq Neymət Baba oğlunun adına ilkin qeydiyyatdan keçmişdir. Dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş 24297 nömrəli xx.xx.1931-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.1931-ci il tarixdə Səfiyyə Rəhim qızının adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3457/2023 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən sözügedən fərdi yaşayış evinin 3/5 hissəsi Səfiyyə Rəhim qızının adına açıq saxlanılmış, 1/5 hissəsi X14, 1/5 hissəsi isə Cavabdeh adına xx.xx.2023-cü il tarixdə qeydiyyatdan keçmişdir və hazırda onların mülkiyyətindədir. Hal-hazırda Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan e-2(006)- 2608/2025 nömrəli mülki iş üzrə iddia müddətinin tətbiq olunması zəruridir. Belə ki, iddiaçılar iddia ərizəsində qeyd edirlər ki, guya Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3457/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsi haqqında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə verilmiş vəkil sorğusuna cavab məktubuna əsasən xx.xx.2025-ci il tarixdə xəbərdar olmuşdurlar. İddiaçıların bu fikirləri heç bir həqiqəti əks etdirmir. İddiaçıların bu fikirləri irəli sürməkdə əsas məqsədi hal-hazırda Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan e-2(006)-2608/2025 nömrəli mülki iş üzrə iddia müddətinin tətbiq olunmasından yayınmaqdır. Əslində isə 2013-cü ildə məhkəmədə müdafiəsi ərəfəsində və məhkəmə prosesindən sonrakı dövrlərdə də Cavabdeh vərəsəlik hüquqlarının və vərəsəlik qaydasında mülkiyyət hüquqlarının tanınması ilə bağlı şəxsən onun tərəfindən dəfələrlə hazırkı iş üzrə iddiaçı olan bacıları məlumatlandırılmışdır. Lakin iddiaçılar miras əmlaka qarşı hər zaman biganə, laqeyd, məsuliyyətsiz davrandıqları üçün mübahisəli miras əmlak üzərində hüquqlarının tanınması ilə bağlı hər hansı hüquqi addım atmamışdırlar. Sözügedən məhkəmə qətnaməsindən xeyli müddət əvvəl iddiaçılar miras əmlakdan köçüb getmiş, orada yaşamamış, faktiki sahiblik və idarəçilik etməmişdirlər. Bundan əlavə, iddiaçılar qanun üzrə vərəsəlik hüquqlarının tanınması ilə də bağlı bu illər ərzində hər hansısa hüquqi addımlar atmamışdırlar. Həmçinin, iddia ərizəsində Səfiyyə Rəhim qızının ölüm faktını və Səfiyyə Rəhim qızı ilə qohumluq münasibətlərini təsdiq edə biləcək hər hansı sənəd və sübutların toplanmasında, əldə edilməsində təşəbbüs göstərməmişdirlər. Bütün bu faktlar iddiaçıların miras əmlaka biganə, laqeyd, məsuliyyətsiz davrandıqlarına dəlalət edir. Belə ki, Mülki Məcəllənin 1246-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər, miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mülki Məcəllənin mirasın qəbulu müddətini müəyyənləşdirən 1246-cı maddəsi Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli qərarına əsasən qüvvədən düşmüş hesab edilib. Həmin qərarda deyilir: “Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd edir ki, Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır”. Bu səbəbdən məhkəmə hazırkı iş üzrə Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarını tətbiq edə bilməz. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3457/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsi həmin il qüvvəyə minmişdir. Lakin, iddiaçılar bu qərardan sonra bir il, üç il və ya beş il deyil, on iki il keçdikdən sonra vərəsəlik hüquqlarının müəyyən olunması barədə məhkəməyə müraciət etmişlər. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən, ümumi iddia müddəti on il təşkil edir. Bu müddət isə yuxarıda qeyd edilən məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan etibarən hesablandıqda artıq 2023-cü ildə Konstitusiyası Məhkəməsinin yuxarıda qeyd edilən qərarı qüvvəyə minməmişdən əvvəl başa çatmışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyi və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddətinin məqsədilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Stanyo Belçikaya qarşı” işi üzrə 2009-cu il 7 iyul tarixli Qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər və bu imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Bu müddəalar həmçinin, iddia müddətinə də aiddir.
7. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X9 Cavabdeh qarşı “qanun üzrə vərəsəlik hüququnun tanınması və s.” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək: - X1 miras qoyan Səfiyyə Rəhim qızına dair qanun üzrə vərəsəlik hüququnun tanınması; - X79 qızının miras qoyduğu ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi (miras əmlak) üzərində X1 miras payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X9 iddia ərizəsini belə əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3457/2023 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 3/5 hissəsi Səfiyyə Rəhim qızının adına açıq saxlanılmış, vərəsəlik qaydasında 1/5 hissəsi X14, 1/5 hissəsi Cavabdeh adına xx.xx.2013-cü il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətdədir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, miras qoyan Səfiyyə Rəhim qızına dair qanun üzrə vərəsəlik hüququnun tanınması, X79 qızının miras qoyduğu ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi (miras əmlak) üzərində iddiaçılar İddiaçı1 və İddiaçı2 miras paylarının müəyyən edilməsini xahiş edirlər. Həmin iddia üzrə başlanmış e-2(006)-2608/2025 nömrəli məhkəmə işinə (hakim Günay Abidova) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında baxılır. X9 hazırkı iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs olaraq işə daxil edilməsini xahiş edir. Belə ki, X1 mərhum həyat yoldaşı X41 iddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh doğma qardaşıdır, X79 qızı isə, onların doğma nənəsidir. Başqa bir ifadə ilə, hər üçü Səfiyyə Rəhim qızının qanun üzrə vərəsələridir. X35 isə onların bibisi qızıdır. X40 məxsus olmuş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi faktiki olaraq onun və ailəsinin istifadə sahibliyindədir. Onlar mirası qəbul ediblər. Belə ki, X9 1996-cı ildə X41 ilə nikaha daxil olub və həmin nikahdan 1998-ci ildə Hüseynova Nigar və 2000-ci ildə Hüseynov Zaur anadan olub. xx.xx.2022-ci ildə X41 vəfat edib. Hüseynova Nigar və Hüseynov Zaur isə atası Hüseynov Oqtaydan onlara miras qalan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi (miras əmlakı) üzərindəki paylarının X3 verilməsinə razıdırlar. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3457/2023 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsindən məlum olduğu kimi, miras qoyan Səfiyyə Rəhim qızı 1954-cü ildə vəfat edib və onun 3 uşağı olub (Nemət, Rübabə və Ramazan). Onlardan təkcə Rübabə Baba qızı anası Səfiyyə Rəhim qızının vəfatından sonra miras əmlakı olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini qəbul edib, orada yaşayıb. Səfiyyə Rəhim qızının digər uşaqları Nemət və Ramazan İranda yaşayıb, orada vəfat ediblər. 1968-ci ildə vəfat etmiş Rübabə Baba qızının 3 uşağı olub, bunlar Quliyeva Fatma və Hüseynov İsmayıl və Hüseynov İbrahimdir. Hüseynov İbrahim xx.xx.1965-ci ildə, yəni Rübabədən əvvəl vəfat edib və onun heç bir uşağı olmayıb. Məhkəmə həm də müəyyən edib ki, Quliyeva Fatma və Hüseynov İsmayıl miras əmlakını qəbul ediblər. O cümlədən məhkəmə müəyyən edib ki, Hüseynov İsmayıl, iddiaçılar İddiaçı2, Ofelya Mövsümovnanın, Cavabdeh və mərhum Oqtay Hüseynovun atasıdır. Quliyeva Fatma isə iş üzrə üçüncü şəxs miras əmlakından payı müəyyən olunmuş X14 anasıdır. Bütün bunlar əsasında X9 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs kimi cavabdehə qarşı iddia qaldıraraq xahiş edir ki, onun ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evdə olan vərəsəlik payı müəyyən olunsun.
9. Cavabdeh etiraz təqdim edərək, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X1 iddia tələbinin tamamilə rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edimişdir.
10. Etiraz belə əsaslandırılmışdır ki, X1 tələbi etibarsızdır. Belə bir tələbin irəli sürülməsi üçün müddət başa çatıb. Cavabdeh bununla bağlı iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim etmişdir. Bakı şəhəri, Nəsimi rayonu, İbrahim Əbilov küçəsi, 125 saylı fərdi yaşayış evi tarixsiz olaraq Neymət Baba oğlunun adına ilkin qeydiyyatdan keçmişdir. Dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş 24297 nömrəli xx.xx.1931-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.1931-ci il tarixdə Səfiyyə Rəhim qızının adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3457/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən sözügedən fərdi yaşayış evinin 3/5 hissəsi Səfiyyə Rəhim qızının adına açıq saxlanılmış, 1/5 hissəsi X14, 1/5 hissəsi isə Cavabdeh adına xx.xx.2023-cü il tarixdə qeydiyyatdan keçmişdir və hazırda onların mülkiyyətindədir. Hal-hazırda Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan e-2(006)-2608/2025 nömrəli mülki iş üzrə iddiaçılardan başqa, həmçinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs olaraq işə qoşulmuş X3 münasibətdə də iddia müddətinin tətbiq olunması zəruridir. Belə ki, X9 Cavabdeh xx.xx.2022-ci il tarixdə vəfat etmiş qardaşı X17 arvadıdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3457/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsindən göründüyü kimi X74 həmin mülki işdə Cavabdeh ilə bərabər cavabdeh qismində tərəf olmuşdur. X74 və onun ailəsi sözügedən 2013-cü ildəki məhkəmə prosesindən əvvəl, hətta məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsindən sonra belə miras əmlaka qarşı hər zaman biganə, laqeyd, məsuliyyətsiz davrandıqları üçün mübahisəli miras əmlak üzərində hüquqlarının tanınması ilə bağlı hər hansı hüquqi addım atmamışdırlar. Həmçinin, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs olaraq işə qoşulmuş X71 iddia ərizəsində Səfiyyə Rəhim qızının mərhum olduğunu qeyd etsə də, bu illər ərzində və hətta halhazırda da Səfiyyə Rəhim qızının ölüm faktını və Səfiyyə Rəhim qızı ilə qohumluq münasibətlərini təsdiq edə biləcək hər hansı sənəd və sübutların toplanmasında, əldə edilməsində təşəbbüs göstərməmişdir. Bütün bu faktlar X60 miras əmlaka biganə, laqeyd, məsuliyyətsiz davrandığına dəlalət edir. Belə ki, Mülki Məcəllənin 1246-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər, miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mülki Məcəllənin mirasın qəbulu müddətini müəyyənləşdirən 1246-cı maddəsi Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli qərarına əsasən qüvvədən düşmüş hesab edilib. Həmin qərarda deyilir: “Konstitusiya Məhkəməsini Plenumu onu da qeyd edir ki, Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır”. Bu səbəbdən məhkəmə hazırkı iş üzrə Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarını tətbiq edə bilməz. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3457/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsi həmin il qüvvəyə minmişdir. Lakin, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X9 bu qərardan sonra bir il, üç il və ya beş il deyil, on iki il keçdikdən sonra vərəsəlik hüquqlarının müəyyən olunması barədə məhkəməyə müraciət etmişlər. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən, ümumi iddia müddəti on il təşkil edir. Bu müddət isə yuxarıda qeyd edilən məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan etibarən hesablandıqda artıq 2023-cü ildə Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarı qüvvəyə minməmişdən əvvəl başa çatmışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyi və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddətinin məqsədilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Stanyo Belçikaya qarşı” işi üzrə 2009-cu il 7 iyul tarixli Qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər və bu imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Bu müddəalar həmçinin, iddia müddətinə də aiddir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X71 Cavabdehə qarşı belə bir iddia ilə çıxış edərkən öz iddiasında tələbinin predmeti olan miras əmlakın sahibi onların mərhum ulu nənələri Səfiyyə Rəhim qızının ölüm faktını və onunla aralarındakı qohumluq əlaqələrini təsdiqləyən hər hansı mötəbər dəlilə istinad etməmişdir. Hətta, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X71 iddia ərizəsində yanlış olaraq Səfiyyə Rəhim qızının mərhum qardaşı Oktay Hüseynovun nənəsi olduğunu qeyd etməsi, onun Səfiyyə Rəhim qızı ilə olan qohumluq əlaqələri və ümumiyyətlə nəsil-şəcərəsi, qohumluq münasibətləri barədə doğru-düzgün məlumata sahib olmadığını göstərir. Bu sadalananlar X60 vərəsəlik hüquqları ilə bağlı irəli sürdüyü iddianın əsassız olduğunu sübut edir. X71 yalnız öz subyektiv mülahizələri ilə 12 ildən sonra mirasa dair mübahisə açmağı özü üçün haqlı səbəb bilmişdir. Həmçinin, Cavabdeh mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən X60 iddia ərizəsində notariat orqanının mübahisəyə dair imtina məktubuna rast gələ bilmir. Bu isə X60 verdiyi iddia tələbinin də prosessual hüquq baxımından doğru olmamasının bir başqa təsdiqidir. Çünki X71 vərəsə olduğunu iddia edirsə, o iddia tələbini hazırkı formada verə bilməzdi. Hər bir halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248-ci maddəsinin tələbləri diqqətə alınaraq iddia verilməli idi. Lakin, X71 bu barədə də pozuntuya yol vermişdir. Göründüyü kimi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin cavabdehə qarşı irəli sürdüyü iddia tələbi əsassızdır.
11. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətinin ötürülməsi səbəbindən iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X1 iddia tələbinin tamamilə rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Ərizə belə əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən Cavabdeh qarşı əsası olmayan və formal xarakter daşıyan “qanun üzrə vərəsəlik hüququnun tanınması, vərəsə üzrə miras paylarının müəyyən edilməsi və iddiaçılardan üzr istəmə öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair” iddia ərizəsi üzrə onların xeyrinə qətnamə qəbul edilməsini xahiş edən iddia ərizəsi verilmişdir. Hazırkı iş üzrə sonradan Cavabdeh qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs olaraq işə qoşulmuş X9 tərəfindən qanun üzrə vərəsəlik hüququnun tanınması, vərəsə üzrə miras paylarının müəyyən edilməsi ilə bağlı iddia ərizəsi verilmişdir. İddiaçılara münasibətdə iddia müddətinin tətbiq olunması barədə ərizə Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. X1 tələbi də etibarsızdır. Belə bir tələbin irəli sürülməsi üçün müddət başa çatıb. Bakı şəhəri, Nəsimi rayonu, İbrahim Əbilov küçəsi, 125 saylı fərdi yaşayış evi tarixsiz olaraq Neymət Baba oğlunun adına ilkin qeydiyyatdan keçmişdir. Dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş 24297 nömrəli xx.xx.1931-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.1931-ci il tarixdə Səfiyyə Rəhim qızının adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3457/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən sözügedən fərdi yaşayış evinin 3/5 hissəsi Səfiyyə Rəhim qızının adına açıq saxlanılmış, 1/5 hissəsi X14, 1/5 hissəsi isə Cavabdeh adına xx.xx.2023-cü il tarixdə qeydiyyatdan keçmişdir və hazırda onların mülkiyyətindədir. Hal-hazırda Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan e-2(006)-2608/2025 nömrəli mülki iş üzrə iddiaçılardan başqa, həmçinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs olaraq işə qoşulmuş X3 münasibətdə də iddia müddətinin tətbiq olunması zəruridir. Belə ki, X71 Cavabdeh xx.xx.2022ci il tarixdə vəfat etmiş qardaşı X17 arvadıdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3457/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsindən göründüyü kimi X74 həmin mülki işdə Cavabdeh ilə bərabər cavabdeh qismində tərəf olmuşdur. Hüseynov Oktay və onun ailəsi sözügedən 2013-cü ildəki məhkəmə prosesindən əvvəl, hətta məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsindən sonra belə miras əmlaka qarşı hər zaman biganə, laqeyd, məsuliyyətsiz davrandıqları üçün mübahisəli miras əmlak üzərində hüquqlarının tanınması ilə bağlı hər hansı hüquqi addım atmamışdırlar. Həmçinin, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs olaraq işə qoşulmuş X71 iddia ərizəsində Səfiyyə Rəhim qızının mərhum olduğunu qeyd etsə də, bu illər ərzində və hətta hal-hazırda da Səfiyyə Rəhim qızının ölüm faktını və Səfiyyə Rəhim qızı ilə qohumluq münasibətlərini təsdiq edə biləcək hər hansı sənəd və sübutların toplanmasında, əldə edilməsində təşəbbüs göstərməmişdir. Bütün bu faktlar X60 miras əmlaka biganə, laqeyd, məsuliyyətsiz davrandıqlarına dəlalət edir. Belə ki, Mülki Məcəllənin 1246-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər, miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mülki Məcəllənin mirasın qəbulu müddətini müəyyənləşdirən 1246-cı maddəsi Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli qərarına əsasən qüvvədən düşmüş hesab edilib. Həmin qərarda deyilir: “Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd edir ki, Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır”. Bu səbəbdən məhkəmə hazırkı iş üzrə Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarını tətbiq edə bilməz. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3457/2023 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsi həmin il qüvvəyə minmişdir. Lakin, X71 bu qərardan sonra bir il, üç il və ya beş il deyil, on iki il keçdikdən sonra vərəsəlik hüquqlarının müəyyən olunması barədə məhkəməyə müraciət etmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən, ümumi iddia müddəti on il təşkil edir. Bu müddət isə yuxarıda qeyd edilən məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan etibarən hesablandıqda artıq 2023-cü ildə Konstitusiyası Məhkəməsinin yuxarıda qeyd edilən qərarı qüvvəyə minməmişdən əvvəl başa çatmışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyi və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddətinin məqsədilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Stanyo Belçikaya qarşı” işi üzrə 2009-cu il 7 iyul tarixli Qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər və bu imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Bu müddəalar, həmçinin iddia müddətinə də aiddir.
13. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X49 və X57 ərizə ilə məhkəməyə müraciət edərək anaları X3 çatası miras əmlaka heç bir tələblərinin olmadığını və onlara çatası paylardan analarının xeyrinə imtina etdiklərini və X1 iddia tələbinin təmin edilməsinə etiraz etmədiklərini qeyd etmişlər.
14. İddiaçılar İddiaçı1, İddiaçı2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X1 vəkili-nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək: - iddiaçılar İddiaçı1 və İddiaçı2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X1 miras qoyan Səfiyyə Rəhim qızına dair qanun üzrə vərəsəlik hüquqlarının tanınması; - X79 qızının miras qoyduğu ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi (miras əmlakı) üzərində iddiaçılar İddiaçı1 və İddiaçı2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X1 miras paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
a) Məhkəmə prosesi:
15. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçılar İddiaçı1 və İddiaçı2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X9 məhkəmə iclasında iştirak etməmiş, onların vəkili-nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini, həm iddiaçıların, həm də mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin verdikləri iddia ərizələrinin təmin edilməsini xahiş etmişdir.
16. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X24 iddianı qəbul etməyib bildirdi ki, təmsil etdiyi şəxs Cavabdeh onun atası, iddiaçılar İddiaçı1 və İddiaçı2 bibisi, müstəqil tələb irəli sürən üçüncü şəxs X9 isə əmisinin arvadıdır. İddiaçıların və müstəqil tələb irəli sürən üçüncü şəxsin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3457/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsindən xəbərləri olub. İddiaçılardan İddiaçı1 1997-ci ildə, digər İddiaçı2 isə 2002-ci ildə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən köçüb gediblər. İddiaçılar və müstəqil tələb irəli sürən üçüncü şəxs həmin vaxtdan etibarən qeyd edilən miras əmlaka dair hər hansı xərc çəkməmişlər. İddianın təmin edilməməsini xahiş etdi.
17. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X43 iddianı qəbul etməyib X13 izahatı ilə razı olduğunu bildirdi. İddianın təmin edilməməsini xahiş etdi.
18. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X33 iddianın təmin edilməməsini xahiş etdi.
19. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X49 və X57, Bakı şəhəri 14 saylı Notariat Ofisinin xüsusi notariusu X50 məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
20. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X1 Cavabdeh qarşı iddia ərizələri qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) İş materialları:
21. Evlənmə haqqında ИЕ seriyalı 337341 nömrəli şəhadətnamədən görünür ki, X36 ilə X18 nikahı Bakı şəhər qeydiyyat şöbəsində xx.xx.1955-ci il tarixdə 25 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Hüseynova” soyadı verilmişdir.
22. Doğum haqqında İ-ИЕ seriyalı 920011 nömrəli şəhadətnamədən görünür ki, X44 xx.xx.1960-cı il tarixdə anadan olmuş, atası X36, anası X25r.
23. Doğum haqqında İ-ИЕ seriyalı 350988 nömrəli şəhadətnamədən görünür ki, X41 xx.xx.1958-ci il tarixdə anadan olmuş, atası X36, anası X25r.
24. Doğum haqqında АЗ seriyalı 202376 nömrəli şəhadətnamədən görünür ki, X19 xx.xx.1962-ci il tarixdə anadan olmuş, atası X36, anası X25r.
25. Ölüm haqqında AZ-İİ seriyalı 467382 nömrəli şəhadətnamədən görünür ki, X36 xx.xx.1981-ci il tarixdə ölmüşdür.
26. Doğum haqqında İ -ЖГ seriyalı 257385 nömrəli şəhadətnamədən görünür ki, X11 xx.xx.1971-ci il tarixdə anadan olmuş, atası X37, anası X12r.
27. Nikahın bağlanması haqqında Vİİ-ЖГ seriyalı 294746 nömrəli şəhadətnamədən görünür ki, X51 ilə X5 nikahı Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsində xx.xx.1996-cı il tarixdə 429 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Hüseynova” soyadı verilmişdir.
28. Nikahın bağlanması haqqında Vİ-ЖГ seriyalı 452618 nömrəli şəhadətnamədən görünür ki, Mövsümov Əli-Əskər Əli oğlu ilə X19 qızının nikahı xx.xx.1998-ci il tarixdə 120 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Mövsümova” soyadı verilmişdir.
29. Doğum haqqında XXİ-ЖГ seriyalı 328218 nömrəli şəhadətnamədən görünür ki, X49 xx.xx.1998-ci il tarixdə anadan olmuş, atası X51, anası X6r.
30. Doğum haqqında İ-AZ seriyalı 128543 nömrəli şəhadətnamədən görünür ki, X57 xx.xx.2000-ci il tarixdə anadan olmuş, atası X51, anası X4r.
31. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3457/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, Səfiyyə Rəhim qızının Rübabə Baba qızının anası olması üzrə qohumluq münasibətlərinin müəyyən edilməsi, Səfiyyə Rəhim qızının 1954-cü ildə İran İslam Respublikasında vəfat etməsi faktının müəyyən edilməsi, miras əmlak – Bakı şəhəri, Nəsimi rayonu, Əbilov küçəsində yerləşən 125 saylı evin 1/5 hissəsinin X33, 1/5 hissəsinin Cavabdeh tərəfindən vərəsəlik qaydasında qəbul edilməsi faktının müəyyən edilməsi və onların həmin əmlaka vərəsəlik qaydasında mülkiyyət hüquqlarının tanınması, həmin qətnamənin Bakı şəhəri, Nəsimi rayonu, Əbilov küçəsində yerləşən 125 saylı evin 1/5 hissəsinə X33, 1/5 hissəsinə Cavabdeh paylı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasının və müvafiq çıxarış verilməsi üçün əsas olması, Səfiyyə Rəhim qızının adına qalmış Bakı şəhəri, Nəsimi rayonu, Əbilov küçəsində yerləşən 125 saylı evin 3/5 hissəsinin açıq saxlanılması qət edilmişdir.
32. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ünvan 2 ünvana dair tərtib edilmiş xx.xx.2013-cü il tarixli texniki pasportdan görünür ki, hüquq subyekti X46 və başqaları qeyd edilmişdir.
33. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən (Seriya: RX, № 0276754) çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, M.M.Əbilov küçəsi, ev 125 ünvanında yerləşən fərdi yaşayış evi 1/5 hissədə xx.xx.2013-cü il tarixdə X15 (qeydiyyat №: **********), 1/5 hissədə xx.xx.2013-cü il tarixdə X14 (qeydiyyat №: **********) adına qeydiyyata alınmış, Səfiyyə Rəhim qızına aid 3/5 hissədə pay isə açıq saxlanılmışdır.
34. Ölüm haqqında AZ-İİ seriyalı 316929 nömrəli şəhadətnamədən görünür ki, X41 xx.xx.2022-ci il tarixdə ölmüşdür.
35. Ölüm haqqında AZ-İ seriyalı 001345 nömrəli şəhadətnamədən görünür ki, X38 xx.xx.2003-cü il tarixdə ölmüşdür.
36. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi ilkin olaraq Nemət Baba oğlunun adına keçmişdir. Dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş 2497 nömrəli, xx.xx.1931-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.1931-ci il tarixdə Səfiyyə Rəhim qızının adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3457/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən sözügedən fərdi yaşayış evinin 3/5 hissəsi Səfiyyə Rəhim qızının adına açıq saxlanılmış, 1/5 hissəsi X14, 1/5 hissəsi Cavabdeh adlarına xx.xx.2013-cü il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir.
37. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı1 tərəfindən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
38. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı2 tərəfindən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
39. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Bakı “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində doğum tarixi xx.xx.1971-ci il olan X7 aid xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir. Əri: X41 (xx.xx.1658 (xx.xx.2022-ci ildə vəfat edib), Qızı: X49 (xx.xx.1998) və X57 (xx.xx.2000).
40. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, X9 tərəfindən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
41. Bakı şəhəri 14 saylı Notariat Ofisinin xüsusi notariusu X50 tərəfindən İddiaçı1, İddiaçı2 və X2 ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, müraciət araşdırılarkən miras pay olan Bakı şəhəri, Nəsimi rayonu, M.M.Əbilov küçəsi, ev 125 ünvanında yerləşən fərdi yaşayış evinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3457/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsi əsasında mülkiyyət hüquqları qeydə alınmalı olan şəxslərin adına hüquqmüəyyənedici sənədin, həmçinin vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş sənədlərin təqdim edilməməsi müəyyən edilmişdir. Qeyd edilənlər səbəbindən onların adlarına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin imkan xaricində olması, qanunvericiliyin tələbinə uyğun olaraq göstərilən bütün zəruri sənədlərlə notariat ofisinə müraciət etdikləri təqdirdə onlara düşəcək miras paya dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi məsələsinə baxıla biləcəyi qeyd edilmiş, aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən maraqlı şəxsin bu barədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305-ci və “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddələrinə əsasən aidiyyəti üzrə məhkəməyə şikayət vermək hüququnun olması izah edilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
42. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, xx.xx.2013-cü il tarixdə iddiaçı X33 cavabdehlər Cavabdeh və X26 qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi və mirasın qəbulu” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir.
43. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3457/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Səfiyyə Rəhim qızının Rübabə Baba qızının anası olması üzrə qohumluq münasibətlərinin müəyyən edilməsi, Səfiyyə Rəhim qızının 1954-cü ildə İran İslam Respublikasında vəfat etməsi faktının müəyyən edilməsi, miras əmlakın – Bakı şəhəri, Nəsimi rayonu, Əbilov küçəsində yerləşən 125 saylı evin 1/5 hissəsinin X33, 1/5 hissəsinin Cavabdeh tərəfindən vərəsəlik qaydasında qəbul edilməsi faktının müəyyən edilməsi və onların həmin əmlaka vərəsəlik qaydasında mülkiyyət hüquqlarının tanınması, həmin qətnamənin Bakı şəhəri, Nəsimi rayonu, Əbilov küçəsində yerləşən 125 saylı evin 1/5 hissəsinə X33, 1/5 hissəsinə Cavabdeh paylı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarış verilməsi üçün əsas olması, Səfiyyə Rəhim qızının adına qalmış Bakı şəhəri, Nəsimi rayonu, Əbilov küçəsində yerləşən 125 saylı evin 3/5 hissəsinin açıq saxlanılması qət edilmişdir.
44. Qeyd olunan qətnamə ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Əbilov küçəsində yerləşən 125 saylı ev xx.xx.1931-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən Səfiyə Rəhim qızının adına hüquqi qeydiyyatdan keçmiş və onun 1954-cü il tarixdə vəfat etməsi ilə əlaqədar həmin ev üzərində miras açılmışdır. Miras qoyan Səfiyə Rəhim qızının 3 övladı (Nemət, Rübabə və Ramazan) olmuşdur. Onlardan yalnız Rübabə Baba qızı anası Səfiyə Rəhim qızının ölümündən sonra miras əmlakda yaşamış və miras əmlakı faktiki olaraq qəbul etmişdir. Miras qoyanın digər uşaqları – Nemət Baba oğlu və X54 yaşamışlar və orada vəfat etmişlər. Səfiyə Rəhim qızının vəfatından sonra miras əmlakdan birinci növbə vərəsələr tərəfindən hər hansı bir imtina alınmamışdır. 1968-ci ildə Rübabə Baba qızının ölümündən sonra onun qızı – X14 anası (Fatma Quliyeva) və oğlu – İsmayıl Hüseynov miras əmlakda yaşamaqla onu faktiki olaraq qəbul etmişlər. Rübabə Baba qızının digər oğlu İbrahim Hüseynov xx.xx.1965-ci il tarixdə vəfat etmiş və onun hər hansı bir vərəsəsi olmamışdır. Rübabə Baba qızının birinci növbəli vərəsələrindən olan İsmayıl Hüseynov və Fatma Quliyeva miras əmlakda yaşamış, mirası faktiki qəbul edərək ona yiyələnmiş və həmin mülkdə onların uşaqları anadan olmuşdur. Belə ki, İsmayıl Hüseynovun 4 övladı, Fatma Quliyevanın isə 5 övladı olmuşdur. İsmayıl Hüseynovun övladlarından yalnız Oktay və Hüseyn miras mülkdə yaşayırlar. Digər iki övladı – Rəna və Ofeliya miras əmlakda yaşamasalar da həmin ünvanda qeydiyyatdadırlar. Fatma Quliyevanın övladlarından yalnız Tamilla miras mülkdə yaşayış yeri üzrə qeydiyyatdadır., orada yaşayır, anasının 2007-ci ildə ölümündən sonra miras əmlakı qəbul etmiş, digər övladlar isə nə həmin evdə yaşayırlar, nə də ki, həmin ev üzrə qeydiyyatları mövcuddur. Fatma Quliyevanın övladlarından Nailə Məmmədova, Zemfira Quliyeva və Elmira Quliyeva yazdıqları və notariat qaydada təsdiq edilmiş ərizələri ilə təsdiq etmişlər ki, onlar tərəfindən ulu nənələri Səfiyə Rəhim qızından miras qalmış əmlakdan onlara düşən vərəsəlik payını qəbul etməmişlər. Miras qoyan Səfiyə Rəhim qızından miras qalmış əmlak hal-hazırda faktiki olaraq yalnız Tamilla Hüseynovanın və Cavabdeh idarəçiliyindədir və onlar tərəfindən miras əmlak qəbul edilmişdir. Lakin bununla belə məhkəmə yalnız Tamilla Hüseynovanın və Cavabdeh miras qoyan Səfiyə Rəhim qızı ilə qohumluq münasibələrində olması ilə əlaqədar sübutların olmasını nəzərə olaraq hesab edir ki, iddia tələbi miras əmlaka vərəsəlik payının tanınması hissəsində qismən əsaslı hesab edilə bilər. Yəni məhkəmə tərəfindən iş materiallarında olan doğum və ölüm haqqında şəhadətnamələri ilə yalnız Tamilla Hüseynovanın və Cavabdeh miras qoyan Səfiyə Rəhim qızının nəticələri olması öz təsdiqini tapdığından, lakin bununla belə digər üç vərəsənin olmasını da nəzərə alaraq məhkəmə hesab edir ki, miras əmlakın 1/5 hissəsinə Tamilla Hüseynovanın, 1/5 hissəsinə isə Cavabdeh vərəsəlik hüquqları tanınmalı, digər 3/5 hissə isə açıq saxlanılmalıdır.
45. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3457/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsindən və həmin tarixli məhkəmə iclas protokolundan müəyyən edilir ki, Cavabdeh məhkəmə iclasında bildirmişdir ki, o və qardaşı miras əmlakda yaşayır, bacıları isə miras əmlakdan köçüb getmişlər və orada yaşamırlar. O hesab etmişdir ki, miras əmlaka Tamilla Hüseynovanın, onun və qardaşının vərəsəlik hüququ üzrə mülkiyyət hüquqlarının tanınması düzgün deyil, çünki ondan və qardaşından başqa miras əmlakın daha iki vərəsəsi, yəni bacıları da var. Bu səbəbdən o, iddianın qismən təmin edilməsini xahiş etmişdir.
46. Hazırkı iş üzrə məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Səfiyə Rəhim qızının nəticələridir. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3457/2013 nömrəli işi üzrə Səfiyə Rəhim qızının 3 övladının (Rübabə, Nemət, Ramazan) olduğu, Nemət və Ramazanın İranda yaşadıqları və orada vəfat etdikləri, mübahisə predmeti olan daşınmaz əşyaya faktiki sahibliyi Rübabə Baba qızının həyata keçirdiyi, Rübabə Baba qızının 3 övladının (Fatma, İsmayıl, İbrahim) olduğu, X20 (anasından) əvvəl xx.xx.1965-ci il tarixdə vəfat etdiyi və Rübabə Baba qızının isə xx.xx.1968-ci il tarixdə vəfat etdiyi, vəfat etdikdən sonra mübahisəli daşınmaz əşyaya faktiki sahibliyi uşaqları – Fatma və İsmayılın həyata keçirdiyi, Fatmanın 5 övladının, İsmayılın isə 4 övladının olduğu, Fatmanın övladlarından sadəcə Tamillanın mübahisə predmeti olan daşınmaz əşyaya faktiki sahibliyi həyata keçirdiyi, digərlərinin daşınmaz əşyadan pay tələb etmədikləri, İsmayılın isə övladlarından sadəcə Hüseynin onun övladı olduğu barədə sübut təqdim edildiyi digər övladlarının olması barədə sübut təqdim edilmədiyi müəyyən edilmişdir.
47. Hazırda iddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə öz doğum haqqında şəhadətnamələrini təqdim edərək X36 və X18 uşaqları olduqlarını təsdiq edən sübutu məhkəməyə təqdim etmişdirlər.
48. Müstəqil tələb irəli sürən üçüncü şəxs X9 nikah haqqında şəhadətnamə təqdim edərək X27 arvadı olduğunu və ərinin doğum haqqında şəhadətnaməsini təqdim edərək X27 X36 və X18 uşaqlarından biri olduğunu sübut etmişdir. Eyni zamanda, X27 ölüm haqqında şəhadətnaməsini təqdim edərək, onun xx.xx.2022-ci il tarixdə öldüyünü sübut etmişdir. Ərinin anası X18 xx.xx.2003cü il tarixdə öldüyü və ərinin atası X15 xx.xx.1981-ci il tarixdə öldüyü əvvəlki məhkəmə qətnaməsi ilə ölüm haqqında şəhadətnamələrə əsasən müəyyən edilmişdir. Bundan başqa, xx.xx.1998-ci il təvəllüdlü X28 və xx.xx.2000-ci il təvəllüdlü X47 doğum haqqında şəhadətnamələrini təqdim edərək X9 ilə X27 uşaqları olduğunu sübut etmişdir. X1 uşaqları – Nigar və Zaur hazırkı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər kimi cəlb edilmiş və məhkəməyə ərizə ilə müraciət edərək, atalarından analarına çatası miras əmlaka dair heç bir tələblərinin olmadığını, onlara çatası paylardan analarının xeyrinə imtina etdiklərini və iddia tələbinin təmin olunmasına etiraz etmədiklərini bildirmişlər. X9 və uşaqları Nigar və Zaur Bakı şəhəri, Nəsimi rayonu, Əbilov küçəsində yerləşən 125 saylı evdə qeydiyyatdada olmaqla orada yaşayırlar. X8 qalmış miras əmlaka payı faktiki olaraq qəbul etmişdirlər.
49. Bakı şəhəri 14 saylı notariat ofisinin xx.xx.2025-ci il tarixli məktubu ilə müəyyən edilir ki, İddiaçı1, İddiaçı2 və X1 Bakı şəhəri, Nəsimi rayonu, M.M.Əbilov küçəsi, ev 125 ünvanında yerləşən fərdi yaşayış evində açıq qalan 3/5 hissə miras payına dair adlarına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair müraciətlərinə notarius tərəfindən imtina verilmişdir.
50. Hazırda iddiaçılar İddiaçı1, İddiaçı2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X1 miras qoyan - Səfiyə Rəhim qızından qalmış miras əmlak üzərində vərəsəlik hüquqlarının tanınmasını və Bakı şəhəri, Nəsimi rayonu, M.M.Əbilov küçəsi, ev 125 ünvanında yerləşən fərdi yaşayış evi üzərində miras paylarının müəyyən edilməsini məhkəmədən xahiş edirlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 onlardan üzr istəmə öhdəliyinin cavabdehin üzərinə qoyulmasını da məhkəmədən xahiş etmişlər.
51. Cavabdeh isə iddia tələbinin əsassız olması və iddia müddətinin ötməsi əsası ilə təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
c) Məhkəmənin mövqeyi:
52. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan daşınmaz əşyanın mülkiyyətçisi xx.xx.1931-ci il tarixdən Səfiyyə Rəhim qızı olmuşdur. Onun ölüm faktı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3457/2013 nömrəli xx.xx.2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmişdir.
53. Həmin qətnamə ilə Səfiyyə Rəhim qızının 1954-cü ildə İran İslam Respublikasında vəfat etməsi faktı müəyyən edilmişdir. Təbiidir ki, həmin vaxta qədər (məhkəmə qətnaməsi qanuni qüvvəyə minənə qədər) onun ölüm faktı müəyyən edilmədiyi üçün barəsində müvafiq notariat orqanında vərəsəlik işi açılmamışdır. Yalnız həmin qətnamə ilə miras əmlakın faktiki qəbul edilməsinə əsaslanmaqla (çünki heç bir vərəsə o vaxta qədər miras əmlakı qəbul və ya imtina etməsi barədə notariat orqanına müraciət etməmişdir) miras əmlak üzrə paylar müəyyən edilmişdir. Lakin məhkəmə tərəfindən bütün payları deyil, yalnız Səfiyyə Rəhim qızının qanun üzrə vərəsə olduqları təsdiqlənən, yəni rəsmi sübutlarla Səfiyyə Rəhim qızının nəticələri olduğu təsdiq edilən şəxslərin - X33 və Cavabdeh qanun üzrə vərəsə olduqları müəyyən edilmiş, Səfiyyə Rəhim qızından miras qalmış – ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə hərəsinin 1/5 hissədə payı tanınmış, 3/5 hissədə isə pay açıq saxlanılmışdır. 3/5 hissədə payın açıq saxlanmasının səbəbi o olmuşdur ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3457/2013 nömrəli işi üzrə məhkəmə araşdırmaları zamanı proses iştirakçılarının izahatlarına əsasən Səfiyyə Rəhim qızının qanun üzrə başqa vərəsələrinin olduğu müəyyən edilmiş, lakin müvafiq təsdiqedici sübutlar məhkəməyə təqdim edilməmişdir. Həmin şəxslər Cavabdehin bacıları Mövsümova (Hüseynova) Ofeliya İsmayıl qızı, Mirzəyeva (Hüseynova) Rəna İsmayıl qızı və qardaşı X29r.
54. Qeyd edilməlidir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(006)-3457/2013 nömrəli xx.xx.2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilən faktların hazırkı məhkəmə prosesində yenidən sübut edilməsinə ehtiyac yoxdur (MPM – 82.3).
55. Müvafiq qətnamədə Cavabdeh Səfiyyə Rəhim qızının nəticəsi olması, Səfiyyə Rəhim qızınn miras əmlakına faktiki sahibliyin Rübabə Baba qızı tərəfindən, daha sonra uşaqları – Fatma və İsmayıl tərəfindən, daha sonra isə Fatmanın qızı – Tamilla, İsmayılın oğlu – Hüseyn tərəfindən faktiki qəbul edildiyi müəyyən edilmişdir.
56. Hazırkı iş üzrə məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, Mövsümova (Hüseynova) Ofeliya İsmayıl qızı 1996-cı il tarixdə, Mirzəyeva (Hüseynova) Rəna İsmayıl qızı isə 2002-ci il tarixdə mübahisə predmeti olan fərdi yaşayış evindən çıxmışdırlar. Onların atası X36 isə xx.xx.1981-ci il tarixdə vəfat etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, miras əmlaka faktiki sahiblik İsmayıl Hüseynovun qızları Rəna və Ofeliya tərəfindən də faktiki olaraq qəbul edilmişdir. Məhkəmə nəzərə alır ki, hazırkı iş üzrə Cavabdeh xx.xx.2013-cü il tarixli məhkəmə prosesində özü etiraf etmişdir ki, faktiki olaraq oradan qardaşı Oqtay da istifadə edir. O, bidirmişdir ki, miras əmlaka Tamilla Hüseynovanın, onun və qardaşının vərəsəlik hüququ üzrə mülkiyyət hüquqlarının tanınması düzgün deyil, çünki ondan və qardaşından başqa miras əmlakın daha iki vərəsəsi, yəni bacıları da var. Yəni 2013-cü ildə gedən məhkəmə proseslərində o payların açıq saxlanmasının səbəblərindən biri də elə Cavabdeh izahatları olmuşdur. Hazırda isə cavabdeh iddiaçılara vaxtında məhkəməyə müraciət etmələrini təklif etdiyini, lakin onların məsələyə məsuliyyətsiz yanaşdığını bildirir. Buna görə də hesab edir ki, onlar hərəkətsizlik etdikləri üçün ümumi iddia müddətini ötürmüşdürlər.
57. Məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş “iddia müddətinin tətbiqi” barədə ərizəyə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi və bərpası üçün müddət iddia müddəti sayılır. Mülki Məcəllənin 384.0.4-cü maddəsinə görə, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Əşya hüquqlarının iddia müddətinə tabe olmaması prinsipi hüququn hamılıqla qəbul edilən ümumi prinsiplərindən biridir və Konstitusiyanın 29-cu maddəsinin, 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin müddəalarının təmin edilməsinə xidmət edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarı).
58. Qeyd edilməlidir ki, miras əmlakın məhkəmənin iştirakı ilə iddia icraatı qaydası əsasında bölünməsindən o halda istifadə olunur ki, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olsun. Yəni miras əmlakın bölüşdürülməsi barədə vərəsələr arasında razılıq olmadığı hallarda, bölgü məhkəmə qaydasında aparılır. Bu qayda mülki qanunvericilikdə birbaşa nəzərdə tutulmuşdur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 26 iyul tarixli Qərarı).
59. Cavabdeh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında qeyd edilmiş “Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır” ifadəsinə əsaslanaraq iddiaçıların (müstəqil tələb irəli sürən üçüncü şəxsin) qanunla müəyyən edilmiş mirasın qəbul müddətini ötürdüklərini, həmin müddət ötdükdən sonra mirasın qəbuluna yol verilmədiyini və 10 illik ümumi iddia müddətini də xx.xx.2013-cü il tarixli məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi tarixdən hesablamaqla ümumi iddia müddətinin ötdüyünü qeyd edir.
60. Hazırkı mübahisədə vərəsələrə dair vərəsəlik haqqında şəhadətnamə yoxdur. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır. Çünki mübahisə predmeti olan əşya barəsində əvvəllər də payın bölünməsi hissəsində mübahisə olmuşdur. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3457/2013 nömrəli iş üzrə iddiaçı X33 1/3 hissədə payın tanınmasını məhkəmədən xahiş etsə də, məhkəmə 1/5 hissədə payları tanımışdır (bunun səbəbi də hazırkı qətnamənin 53-cü bəndində qeyd edilmişdir). Həmin qətnamədən hazırkı iş üzrə Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X33 şikayət verməmiş və qətnamə xx.xx.2025-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Baxmayaraq ki, onların payı 1/3 hissədə deyil, 1/5 hissədə tanınmışdır. Yəni həmin qətnamənin qanuniliyi onlarda şübhə yaratmamış, onlar həmin qətnamənin qanuniliyini qəbul etmişdirlər. Buradan da o nəticə əldə edilir ki, həmin mübahisə 2013-cü ildə məhkəmə qətnaməsi ilə həll edilmişdir. Məhkəmə qətnaməsi ilə 3/5 hissədə açıq saxlanmış payın tanınmasına iddia müddətinin tətbiq edilməsi olduqca məntiqsiz və ədalətsiz olmaqla, mülki qanunvericiliyə (MM – maddə 384.0.4) ziddir. Məhkəmə tərəfindən açıq saxlanılmış payın tanınması hüququ başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququ deyil.
61. Məhkəmə izah edir ki, hələ Mülki Məcəllənin 1246-cı maddəsi qüvvədən düşməmişdən əvvəl, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 oktyabr 2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Hazırkı iş üzrə vərəsələrin dairəsi mübahisəli olduğuna görə mübahisənin həlli notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 26 iyul 2021-ci il tarixli Qərarı). Məhkəmə qətnaməsi ilə təsbit olunan məsələyə 6 aylıq müddət tətbiq edilmir. Tətbiq edilməsi də mümkün deyil. Nəzərə almaq lazımdır ki, Azərbacan Respublikası Konstitusiyasının Mülkiyyət hüququ adlı 29-cu maddəsinin 7-ci hissəsində Dövlətin vərəsəlik hüququna təminat verməsi təsbit edilmişdir.
62. İddianın əsaslılığına münasibətdə məhkəmə qeyd edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(006)-3457/2013 nömrəli xx.xx.2013-cü il tarixli qətnaməsində Mövsümova (Hüseynova) Ofeliya İsmayıl qızı, Mirzəyeva (Hüseynova) Rəna İsmayıl qızı və X22 paylarının müəyyən edilməməsinin yeganə səbəbi onların miras qoyanla qohumluq münasibətini təsdiq edən mötəbər sübutların olmaması olmuşdur. Hazırkı iş üzrə təqdim edilən sənədlərə əsasən onların miras qoyanla qohumluğu – miras qoyanın nəticələri olmaları öz təsdiqini tapır. X22 xx.xx.2022-ci il tarixdə öldüyü, valideynlərinin özündən daha əvvəl öldüyü, uşaqları Nigar və Zaurun isə onlara çatası paydan analarının xeyrinə imtina etdikləri və sadəcə arvadı X1 onun birinci növbə vərəsəsi kimi payı qəbul etdiyi məhkəmə tərəfindən nəzərə alınır.
63. Cavabdehin etirazına münasibətdə məhkəmə qeyd edir ki, Hüseyn, Oqtay, Rəna və Ofeliyanın ataları Hüseynov İsmayıl vəfat edən vaxt onlar hamısı həmin evdə yaşamış və faktiki sahiblik etmişlər. Qeyd olunan məsələ artıq xx.xx.2013-cü il tarixli qətnaməyə əsasən preyudisial xarakter daşıyır. Lakin xx.xx.2013-cü il tarixli qətnamə qəbul edildikdən sonra iddiaçıların orada daimi yaşamamasına münasibətdə qeyd edilməlidir ki, miras əmlak faktiki qəbul edildikdən xeyli müddət sonra oradan köçüb başqa yerdə yaşamaları onların vərəsə olmaq hüquqlarını məhdudlaşdırmır. Cavabdehin “iddiaçıların müftə gəlir əldə etmək məqsədilə (fərdi yaşayış evinin yerləşdiyi ərazi söküləcəyinə görə) əsassız olaraq iddia qaldırmaları” fikrinə münasibətdə qeyd edilməlidir ki, onların payının olduğunu 2013-cü ildə cavabdeh özü məhkəməyə bildirmiş, indi isə o məhkəmədə verdiyi ifadənin ziddinə qərar qəbul edilməsini xahiş edir. Belə olan halda cavabdehin bir-birinə zidd olan fikirləri ifadə edilmiş olur.
64. Məhkəmə hesab edir ki, miras qoyan Səfiyə Rəhim qızı 1954-cü il tarixdə öldüyü üçün onun miras əmlakının Rübabə Baba qızı tərəfindən qəbul edilməsinə həmin vaxt qüvvədə olan Azərbaycan SSR-in xx.xx.1923-cü il tarixli Mülki Məcəlləsinin müddəaları şamil edilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş preyudisial haldır ki, Səfiyə Rəhim qızından miras qalmış əmlak Rübabə Baba qızı tərəfindən faktiki olaraq qəbul edilmiş və həmin əmlaka vərəsəlik hüququ əldə etmişdir. Rübabə Baba qızının 1968-ci ildə vəfat etməsi ilə miras əmlaka vərəsəlik hüquqları onun övladları İsmayıl və Fatma tərəfindən qəbul edilmişdir. Buna görə də Rübabə Baba qızından miras qalmış əmlakın İsmayıl və Fatma tərəfindən qəbul edilməsinə Azərbaycan SSR-in həmin dövrdə qüvvədə olan xx.xx.1965-ci il tarixdə qüvvəyə minmiş və xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəlləsinin müddəaları şamil edilməlidir.
65. İddiaçılar İddiaçı1 və İddiaçı2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X1 iddia tələbinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri, Nəsimi rayonu, İbrahim Əbilov küçəsi, 145 (köhnə ünvan 125; **********81-10301 reyestr nömrəli) ünvanında yerləşən fərdi yaşayış evi üzərində İddiaçı1 1/5, İddiaçı2 1/5, X1 1/5 hissədə miras payları müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməlidir.
66. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbinin “iddiaçılardan üzr istənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, həmin iddia tələbi cavabdehin öz miras payını müəyyən edərkən iddiaçılara məlumat verməməsi ilə əsaslandırılmışdır. Məhkəmə araşdırmaları zamanı iddiaçılar 2013-cü ildə xx.xx.2013-cü il tarixli məhkəmə qətnaməsindən xəbərdar olduqlarını, cavabdehin onlara da öz paylarını rəsmiləşdirmək üçün müraciət etmələri barədə məlumat verdiklərini bildirmişlər. Buna görə də məhkəmə iddia tələbinin “iddiaçılardan üzr istənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsinə münasibətdə hesab edir ki, iddiaçılara dəymiş mənəvi ziyanın sübut edilməməsinə və əsassız olmasına görə iddia tələbi həmin hissədə təmin edilməməlidir. Qeyd edilməlidir ki, iddiaçıların və müstəqil tələb irəli sürən üçüncü şəxsin miras paylarının müəyyən edilməsi onların vərəsəlik hüquqlarının tanınması nəticəsində mümkün olduğu üçün miras paylarının müəyyən edilməsi onların vərəsə olduğunu təsdiq edir.
67. Sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
68. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
69. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.
70. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, vərəsəlik mübahisəsi üzrə çıxarılan məhkəmə qərarı bir qayda olaraq, miras əmlaka payların müəyyən olunması və ya mirasın bölüşdürülməsi, yaxud digər ixtilaflar üzrə vərəsələr arasındakı mübahisəni birdəfəlik həll edir və yekun hüquqi nəticə yaradır. Vərəsələrin miras əmlaka paylarını təsbit edən (və ya mirasın bölüşdürülməsi nəticəsində konkret əşyalar üzərində vərəsələrin mülkiyyət hüquqlarını tanıyan) məhkəmə qərarı ilə miras şərikliyinə, dolayısı ilə vərəsəlik hüquq münasibətlərinə son verilir. Vərəsəlik mübahisəsini həll edən məhkəmə aktı qanuni qüvvəsini aldıqdan sonra tərəflər üçün məcburi, müvafiq orqanda qeydiyyatın aparılması üçün əsas olur. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarları (o cümlədən mübahisəli daşınmaz əmlaka münasibətdə vərəsələrin hüquqlarını həll etmiş məhkəmə aktı) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün müstəqil əsaslardan biridir (Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının vahid məhkəmə təcrübəsini müəyyən edən (üç ulduzlu) xx.xx.2024-cü il tarixli, 2(102)-3560/2024 nömrəli qərarı).
d) Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə:
71. Azərbaycan SSR-in xx.xx.1923-cü il tarixli Mülki Məcəlləsi: Maddə 488. Qanun üzrə vərəsələr – uşaqlar (o cümlədən, övladlığa götürülən uşaqlar), ərarvad və vəfat edənin əmək bacarığı olmayan ata-anaları, həmçinin vəfat edən şəxs vəfat etməzdən əvvəl azı bir il onun himayəsində olan əməyə bacarıqsız digər şəxslərdir. İrs buraxan şəxsin uşaqlarından hər kim vərəsəlik açılmazdan əvvəl vəfat edərsə, onun vərəsəlik payı onun uşaqlarına (irs buraxan şəxsin nəvələrinə) keçir, axırıncılar (nəvələr) vəfat etdikdə isə - onların uşaqlarına (irs buraxan şəxsin nəticələrinə) keçir. Göstərilən vərəsələr olmadığı və ya onlar vərəsəliyi qəbul etmədikləri halda, qanun üzrə vərəsələr vəfat edən şəxsin əməyə bacarıqlı ataanası, onlar olmadıqda isə qardaş-bacıları hesab olunurlar. Maddə 489. Vərəsəlik vəsiyyətlə dəyişilmədiyi bütün hallarda, qanun üzrə vərəsəlik öz qüvvəsini saxlayır. Maddə 499. Vərəsəlik açılan yerdə olan vərəsə vərəsəlik açıldığı gündən etibarən 3 ay ərzində vərəsəlikdən imtina etmək barəsində əlaqədar notariat orqanına ərizə verməzsə, o vərəsəliyi qəbul etmiş hesab olunur.
72. Azərbaycan SSR-in xx.xx.1965-ci il tarixdən xx.xx.2000-ci il tarixədək qüvvədə olan Mülki Məcəlləsi: Maddə 530. Aşağıdakılar vərəsə ola bilərlər: - qanun üzrə vərəsəlikdə — miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar; - vəsiyyət üzrə vərəsəlikdə — miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyanın sağlığında ana bətnində olan və onun ölümündən sonra doğulanlar. Maddə 532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Maddə 552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. - Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Maddə 556. Qanun üzrə və ya vəsiyyət üzrə vərəsə, vərəsəlik açıldığı gündən altı ay müddətində mirasdan imtina etməyə haqlıdır. Bu halda o, qanun üzrə və ya vəsiyyət üzrə olan vərəsələrdən qalan hər hansı birinin xeyrinə, dövlətin və ya ayrıca dövlət, kooperativ və ya sair ictimai təşkilatların xeyrinə mirasdan imtina etdiyini göstərə bilər. Vərəsə tərəfindən mirasdan imtina etməyin kimin xeyrinə olduğu göstərilməməklə edilən imtina, mirası qəbul etməmək hallarında baş verən nəticələrə səbəb olur.
73. Azərbaycan Respublikası Mülki Məcəlləsi (xx.xx.2022-ci il tarixdə qüvvədə olan): Maddə 213.1-213.3. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir. Maddə 384.0. İddia müddəti aşağıdakılara şamil edilmir: - 384.0.1. şəxsi qeyri-əmlak hüquqlarının və digər qeyri-maddi nemətlərin müdafiəsi haqqında tələblər; - 384.0.2. əmanətlərin verilməsi haqqında əmanətçilərin banka tələbləri; - 384.0.3. fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər. Lakin bu cür zərərin əvəzinin ödənilməsi hüququnun əmələ gəldiyi andan üç il bitdikdən sonra irəli sürülmüş tələblər ən çoxu iddia irəli sürülməzdən əvvəlki üç il üçün ödənilir; - 384.0.4. mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə; - 384.0.5. dövlət və ya bələdiyyə orqanının və ya onların vəzifəli şəxslərinin əmlaka sahiblik, ondan istifadə və ya ona dair sərəncam üzrə mülkiyyətçinin hüquqlarını pozmuş aktının etibarsız sayılması haqqında mülkiyyətçinin tələbləri; - 384.0.6. bu Məcəllə ilə müəyyənləşdirilmiş hallarda digər tələblər. Maddə 1133. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olubolmadığına baxmayaraq, ola bilərlər. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1151. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Maddə 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Maddə 1248.2. bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Maddə 1261. Vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. Maddə 1269. Mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir. Maddə 1291. Miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır.
74. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və Vİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1194-cü maddələrinin həmin Məcəllənin 372, 373, 1166, 1202.2 və 1255-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2024-cü il tarixli Qərarı: Bənd 2. Vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 26 dekabr tarixli Qərarı əsasında qüvvədən düşmüş hesab edildiyindən və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məcburi payın qəbulu hər hansı xüsusi qəbul müddətindən asılı deyildir. Bənd 3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məcburi payı tələb etmək hüququna iddia müddəti şamil edilmir.
75. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair xx.xx.2023-cü il tarixli Qərarı: Bənd 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. Bənd 2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. Bənd 3. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Bənd 4. Qərar dərc olunduğu gündən qüvvəyə minir.
76. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2022-ci il tarixli Qərarı: Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı müraciətdə qaldırılan məsələyə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. O da nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1248-ci maddəsinə uyğun olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Qeyd olunan qanunvericilik norması mirasın qəbulu müddətinin ötürülməsinin həmin vərəsənin vərəsəlik hüququnun xitamına səbəb olmadığını ehtiva etməklə, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddətin kəsici müddət olmasını da istisna edir. Həmçinin müraciətdə qeyd olunduğu kimi, bu müddət iddia müddətlərinə də aid edilə bilməz. Mülki Məcəllənin 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Yəni iddia müddəti özünümüdafiə mahiyyətində olmaqla tələb hüquqlarına xarakterikdir və hüququn məhkəmə qaydasında realizəsi imkanı üçün nəzərdə tutulmuş müddətlərdir. Göstərilənlər baxımından, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddət (altı ay) mirasın qəbulunun notariat qaydasında realizəsi (rəsmiləşdirilməsi) üçün nəzərdə tutulmuş müddət olaraq qəbul edilməli, mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbulunun notariat qaydada rəsmiləşdirilməsinə yol verilməməlidir. Həmin müddətin ötürülməsindən sonra miras əmlakın qəbulu məsələsi məhkəmə qaydasında həll edilə bilər. Bənd 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər.
77. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddələrinin mənasına görə, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir.
78. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
79. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
80. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 noyabr 2023-cü il tarixli 19 №-li Qərarı ilə təsdiq edilmiş “Vahid məhkəmə təcrübəsi baxımından əhəmiyyətli olan məhkəmə aktlarının indeksləşdirilməsi Qaydaları”: 2.1 və 2.1.3-cü bənd. Bu Qaydalara uyğun olaraq indeksləşmə məhkəmə aktlarına aşağıdakı “ulduz” nişanlarının təyin edilməsi yolu ilə həyata keçirilir: ★★★ (üç ulduz) – Azərbaycan Respublikası Ali Məhkəməsinin hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən və inkişaf etdirən məhkəmə aktına təyin edilən fərqləndirici nişandır.
81. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X1 Cavabdeh qarşı “qanun üzrə vərəsəlik hüququnun tanınması və s.” tələblərinə dair iddia ərizələri qismən təmin edilməli, Bakı şəhəri, Nəsimi rayonu, İbrahim Əbilov küçəsi, 145 (köhnə ünvan 125; **********81-10301 reyestr nömrəli) ünvanında yerləşən fərdi yaşayış evi üzərində İddiaçı1 1/5, İddiaçı2 1/5, X1 1/5 hissədə miras payları müəyyən edilməli, iddia ərizələri qalan hissələrdə təmin edilməməlidir. Məhkəmə vurğulamağı zəruri sayır ki, hazırkı qətnamə iddiaçıların və müstəqil tələb irəli sürən üçüncü şəxsin daşınmaz əşya üzərində hüquqlarının qeydə alınması üçün əsasdır.
82. Məhkəmə mülki prosessual qanunvericiliyin tələbinə əsaslanaraq, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsinə də qiymət verməyi zəruri hesab edir. Belə ki, bu məsələ prosessual qanunvericiliklə tənzimləndiyindən, bu barədə qərar qəbul edilməsi iddia ərizəsində belə tələbin olub-olmamasından asılı deyildir. Bu məsələ ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X1 iddiaları qismən təmin edildiyindən, iş üzrə ödənilmiş 300 (üç yüz) manat dövlət rüsumunun 260 (iki yüz altmış) manat hissəsi Cavabdeh alınaraq 80 (səksən) manat hissəsi İddiaçı1, 80 (səksən) manat hissəsi İddiaçı2 və 100 (bir yüz) manat hissəsi X3 verilməli, dövlət rüsumunun qalan hissələri onu ödəyən şəxslərə aid edilməlidir.
Nəticə:
83. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçılar İddiaçı1 və İddiaçı2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X1 Cavabdeh qarşı “qanun üzrə vərəsəlik hüququnun tanınması və s.” tələblərinə dair iddia ərizələri qismən təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, İbrahim Əbilov küçəsi, 145 (köhnə ünvan 125; **********81- 10301 reyestr nömrəli) ünvanında yerləşən fərdi yaşayış evi üzərində İddiaçı1 1/5, İddiaçı2 1/5, X1 1/5 hissədə miras payları müəyyən edilsin. Hazırkı qətnamə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi üçün əsasdır. İş üzrə ödənilmiş 300 (üç yüz) manat dövlət rüsumunun 260 (iki yüz altmış) manat hissəsi Cavabdeh alınaraq 80 (səksən) manat hissəsi İddiaçı1, 80 (səksən) manat hissəsi İddiaçı2 və 100 (bir yüz) manat hissəsi X3 verilsin, dövlət rüsumunun qalan hissələri onu ödəyən şəxslərə aid edilsin. İddia ərizələri qalan hissələrdə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova