Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2627/2023 19.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı şəhadətnamənin etibarsız hesab edilməsi və payın müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3in notariusu İslam Mirzəzadənin hərəkətlərinin qanunsuz hesab edilməsi, xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və Bakı şəhəri 13 saylı dövlət notariusu Zəminə Abdullayeva tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,88 ha olan torpaq sahəsi və AA747732 saylı qeydiyyat şəhadətnaməsinə əsasən 2006-cı ilin buraxılışı, mühərrik G4GC549842, ban KMHJM81BP6U408472, qeydiyyat nömrəsi 10G0430İ/ olan Hyundai Tucson markalı minik markalı nəqliyyat vasitəsi üzərində 1/3 pay üzrə hüququmun müəyyən edilməsi və həmin həcmdə pay üzrə ona qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsinin notariusa həvalə edilməsi barədə haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı atası X9 vərəsəsi olmasına baxmayaraq, cavabdehlər ünvan 3in notariusu İslam Mirzəzadə tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə X10, Cavabdeh1 qanunsuz şəkildə ona çatacaq miraslara sahiblənmişdirlər. Belə ki, atası X9 vəfatından sonra vərəsə olaraq onu gizlətməklə çatası əmlakı ələ keçirmişlər. Bakı Apellyasiya Məhkəməsinin 17 aprel 2014cü il tarixli, 2(103)-880/2014 saylı qətnaməsi ilə xx.xx.2007-ci il tarixdə vəfat etmiş X9 miras əmlakına X2, Cavabdeh1 və İddiaçı 1-d dərəcəli vərəsələri kimi hüquqları tanınmış və Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 116 saylı evin 26-cı mənzilinə qanun üzrə 1-ci növbəli vərəsələr kimi X3, Cavabdeh1 və İddiaçı həmin daşınmaz əmlak üzərində qanun üzrə birinci növbəli vərəsələr kimi 1/3 pay hüquqları tanınmışdır. Qətnamədən verilmiş kassasiya şikayəti təmin edilməmiş, qətnamə qüvvədə saxlanılmışdır. Lakin, indi ona məlum olmuşdur ki, atası X5 miras əmlak olaraq ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,88 ha olan torpaq sahəsinə dair X4 və Cavabdeh1 xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Eyni zamanda atasından miras qalmış AA747732 saylı qeydiyyat şəhadətnaməsinə əsasən 2006-cı ilin buraxılışı, mühərrik G4GC549842, ban KMHJM81BP6U408472, qeydiyyat nömrəsi 10G0430İ olan Hyundai Tucson markalı minik markalı nəqliyyat vasitəsinini üzərində vərəsə olaraq yalnız Cavabdeh2 və Cavabdeh1 hüquqları tanınmış və xx.xx.2007-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Cavabdeh2 ərizə (etiraz) ilə məhkəməyə müraciət edərək iddianın rədd edilməsini xahiş etmişdir. Həmin ərizədə göstərilmişdir ki, bölünməsi tələb olunan daşınmaz və daşınmaz əmlakların hər ikisinin əldə olunması ümumi birgə nikah dövründə alqı-satqı müqaviləsilə xüsusi mülkiyyətə dair şəhadətnamələr verilmişdir. Əmlakların hər ikisinin yarısı onundur, iddiaçı yalan uydurmalarla ərizədə məhkəməni inandırmağa çalışır ki, miras əmlaklar barədə yeni xəbər tutmuş və ona görə də hazırkı iddia ərizəsini qaldıraraq göstərilən tələbləri irəli sürür. Qəbələdəki torpaq (0,88 ha.) sahəsinin 1/2-2/2 şəxsi mülkiyyətlərində olmuş və hazırda alqı-satqı müqaviləsi ilə oradakı Notariat kontorunda başqa şəxsə satılmışdır. Vərəsə ola bilməyən, 2-i doğum şəhadətnaməsi ələ keçirib (Bağırov Yusifin oğlu adını daşıdığı halda) X9 xx.xx.2007-ci il tarixdə vəfatından sonra mirası qəbul etməmiş, ötürülmüş müddət bərpa olunmadan birgə qazandıqları ümumi mülkiyyət bir qrup şəxslər tərəfindən qanunsuz və saxta üsulla çıxarılan məhkəmə qətnamələri ilə iddiaçı şəxsin mülkiyyəti kimi qeydə alınmışdır. Halbu ki, hazırki İddiaçı 2008-ci ildən bu günədək miras əmlakların mübahisəsinə dair 10 iddia üzrə müstəqil tələb irəli sürən 3-cü şəxs qismində Bakı şəhəri, Nəsimi, Yasamal rayon məhkəmələrində həmin miras əmlaklara dair hüquq müəyyənedici sənədləri mübahisələndirmiş, onlara dair çox saylı ziddiyətli Qətnamə və Qərarlar qəbul olunmuşdur. Məhkəmələrin, o cümlədən Konstitusiya və Ali Məhkəmə plenumlarının qərarları çıxarılmışdır. İddiaçının iddia ərizəsinə əlavə etdiyi Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının İş №2 (103) -880 /2014 saylı 17 aprel 2014-cü il tarixli qanunsuz və əsassız Qətnamə həmin sıradan birincidir. Məhkəmədə mübahisələndirilən vərəsəlik hüququ ilə bağlı işində yəni hazırda iddiaçının iddia ərizəsində bölünməsini tələb kimi irəli sürdüyü minik avtomobilinin texniki pasportu və ona dair vərəsəlik şəhadətnaməsi də bundan öncə baxılmış araşdırmalarda mövcud olmuş - məhkəmə işinə daxil edilərək qeydiyyatı aparılmışdır. Hazırda isə iddiaçı uydurur ki, onun həmin daşınar və daşınmaz miras əmlaklar üzərində 1-ci növbədə vərəsəlik hüquqları X9 xx.xx.2007-ci il tarixdə vəfat etməsi ilə açılmış vərəsəlik işi üzrə verilmiş şəhadətnamələr üzrə qeydiyyatı aparılaraq tanınmışdır. İddiaçı əsassız özünü vərəsə hesab etsə də (Miras qoyan X11 münasibətdə) Notariat orqanına müraciət etməmiş və beləliklə də qanunla nəzərdə tutulmuş müddəti ötürmüş, ötürülmə müddəti məhkəmə tərəfindən bərpa olunmadan və miras qəbul edilmədən “mafioz“ qüvvələrin təzyiqi ilə işləyən məhkəmə hakimlərinin qanunsuz və saxta üsulla qəbul etdiyi qətnamələr nəticəsində şəxsi və miras mülkiyyətini ələ keçirmiş və yeni qaldırdığı ərizə ilə onu davam etdirir ki, bu tələblər üzrə məlumatlı olmasına baxmayaraq iddia ərizələrində indiki daşınmaz və daşınan əmlakları bilə-bilə mübahisələndirməmiş və beləliklə də qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür. X9 xx.xx.2007-ci il tarixində vəfat etməsi ilə qalmış miras daşınar və daşınmaz əmlkalarına qanun üzrə 1-ci növbə vərəsələrin hüquqları yaranmışdır. Başqa soy-kökə mənsub olduğu halda, çoxsaylı iddia ərizəsi qaldıraraq Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş №2 (103)-880 /2014 saylı, 17 aprel 2014cü il tarixli qətnaməsi ilə yolverilməz iddia tələblərini təsdiqlədərək mülkiyyətlərində və hazır ki, dövrədək idarəçiliklərində olan əmlaklarını böldurmüşdür. Bugünki iddia ərizəsi ilə onu yenə də davam etdirir ki, burada da qanunsuz və əsassız tələblərini qaldırmaqla həllinə nail olmağını düşünür. Halbuki, vərəsə ola bilməyən İddiaçı qanunla nəzərdə tutulmuş iddia tələb müddətini üzürsüz səbəbdən ötürmüşdür. Məhkəmə tərəfindən mirasın qəbulu üçün nəzərdə tutulmuş müddət üzürlü hesab olunaraq bərpa edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin 1-ci hissəsinə uyğun “ümumi iddia müddəti on il təşkil edir”. Həmin məcəllənin 375.1-ci maddəsinə əsasən “Hüququn müdafəsi haqqında” tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən “Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır”. Vərəsə ola bilməyən ididaçı İddiaçı idida ərizəsində mübahisə açdığı miras əmlakların bölünməsinə dair tələb hüququnun axını xx.xx.2007-ci il tarixdə X9 ölümü ilə miras əmlakların mövcud olması ilə başlanmışdır. Göründüyü kimi hazırki, iddia ərizəsinin verildiyi tarixlə iddia axınının başlandığı müddət toplusunun cəmi 16 illik zaman toplusunun özündə birləşdirir. Beləliklə, iddiaçı iddia ərizəsini qanunla nəzərdə tutulmuş bütün tərkib üzrə mübahisə açmağa dair tələb müddətini ötürdüyündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi tətbiq edilərək “Vərəsəlik hüququ ilə bağlı” iddia ərziəsini və qaldırdığı tələblərin rədd olunmasını qarşıya qoyur. Məhkəmənin diqqətinə onu da çatdırmağı lazım bilirik ki, iddiaçı ərizəni tərəflər və digər iştirakçılar arasında iddia tələbləri üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının İş №2 (103)-880/2014-cü saylı 17 aprel 2014-cü il tarixli miras əmlaklarının bölünməsini təmin edən qanunsuz və əsassız, bilə-bilə motivləri yalan hüquq tətbiq etmə üzərində qurmaqla çıxarılmış qətnaməyə istinad etmişdir. Əslində isə miras qoyan X9 xx.xx.2007-ci il tarixdə ölümü ilə miras qalmış digər əmlakının vərəsələr arasında bölünməsi tələbləri üzrə hazırkı iştirakçıların və cavabdehlərin iştirakı ilə bundan öncə (1-ci olaraq) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İş №2 (103) -752 /2012 saylı 02 fevral 2012-ci il tarixli Qətnaməsi və İş №2 (103) -752 /2012 saylı 04 aprel 2012-ci il tarixli əlavə qətnaməsi qəbul olunmuşdur. İlkin çıxarılmış bu qətnamələrlə miras əmlakların bölünməsi və ayrılıb onlara verilməsi tələbləri rədd edilmişdir. İşin dərindən öyrənilməsi onu sübut edərək təsdiqləyir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyalarının, eləcə də Ali Məhkəmə Mülki Kollegiyalarının (2-ci Qərarı) arasında çox dərin ziddiyətlər və kobud pozuntular təsiri ilə və hüquq tətbiqində analoqu olmayan absurd qiymətləndirilmələr aparılmışdır ki, bütün bunlar da Respublika Məhkəmələrinin nüfuzuna və Konstitusiya prinsiplərinə vurulan sarsıdıcı zərbə kimi özünü təsdiqləyərək sübut edir. Eyni zamanda iddiaçı iddia ərizəsində və ona əlavə etdiyi tərəflər arasındakı vərəsəlik əmlak mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kollegiyasının xx.xx.2014- cü il tarixli 2 (103)-880/2014-cü il saylı qətnaməsindən kassasiya şikayəti barədə Ali Məhkəmə Mülki Kollegiyasının 20 noyabr 2014-cü il tarixli iş №2(102)-3659/2014 saylı qərarını xatırlatmağı önə çəkir. Amma eyni tərəflər arasında eyni hazırkı mübahisə tələbləri üzrə Azərbaycan Rsepublikası Ali Məhkəməsi Mülki Kollegiyasının /Hakimlər: Mehparə Əhmədova, Ələsgər Əliyev və Akif İsgəndərovdan ibarət tərkibdə İş №2 (102) -213 /2013 saylı, 22 yanvar 2013-cü il tarixli qərarını belə dilə gətirməyi yaddan çıxarmışdır. Əslində isə həmin qərarda Ali Məhkəmə Kollegiyası belə yekun nəticəyə gəlmişdir ki, hazır ki, iş üzrə iddiaçı olan İddiaçı miras əmlaklar barədə tələblər irəli sürsə də onu qəbul etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2012-ci il tarixli 2 (102)-1977/2012 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2012-ci il tarixli 2 (103)-752/2012 saylı qətnaməsinin qüvvədə saxlanılması və göstərişlərə istinadla öz hüquqi mövqeyini əsaslandırmışdır. Ali Məhkəmə Mülki Kollegiyasının iş №2 (102)-213 saylı 22 yanvar 2013-cü il tarixli qərarı hazırkı iddiaçının hüquq və maraqlarına toxunsa da ondan şikayətlər verməmiş və yenidən Apellyasiya baxışında saxta və bilə-bilə yalan qətnamə çıxaracaqlarına onun havadarları söz verərək nəticədə bu planı reallaşdırmışdır. İşin yolverilməzliyi və hüquqi cəhətdən qeyri- müəyyənliyi onda özünü göstərir ki, eyni tərəf və mübahisə üzrə çıxarılmış qətnamə və qərarlar arasında ziddiyətlərin olması ilə yanaşı birbirlərini inkar etməklə son nəticədə miras əmlakların məhkəmələr vasitəsilə ələ keçirilməsinə qərəzli üsul və vasitə əsasında şərait yaradılaraq yol açılmışdır. Hazırda isə ona, yenidən davam etdirilməsinə fitva verilmişdir ki, bununla razılaşmırıq və qəti şəkildə öz etirazını edir. İddiaçının iddia ərizəsində göstərilənləri və irəli sürdüyü tələbləri qəbul etmirik və ona öz etirazlarını ifadə edərək məhkəmə tərəfindən obyektiv yanaşacağını düşünür. Bununla əlaqədar işlə birbaşa əlaqəsi olan hüquq müəyyənedici sənədləri və məhkəmə qətnamə qərardalarını ərizəyə əlavə edərək işə qoşulmasını mümkün sayırlar. İddiaçı (2-ci doğum şəhadətnaməsi əldə edən) ərizənin xahiş edir hissəsində 2-i X9 ümumi birgə nikah dövründə alqı-satqı yolu ilə alınmış miras daşınar və daşımaz əmlakların hüquqmüəyyənedici sənədlərin - şəhadətnamələrin etibarsız hesab olunanaq həmin əmlakların 1/3 hissədə bölünməsini və həmin həcmdə pay üzrə mənə qanun üzrə vərəsə şəhadətnaməsi verilməsinin notariusa həvalə barədə qətnamə qəbul edilməsini məhkəmədən xahişini göstərir. İddia ərizəsi Azərbaycan Respublikası MPM-nin müəyyən və təyin etdiyi normalara uyğun yazılaraq əsaslandırılmamışdır. Məhkəmə Aidiyyəti və Ərazi Aidiyyəti üzrə yolverilməz hərəkətlərin məhkəmədən sui istifadə yolu ilə məcburi qaydada həll edilməsi hərəkətinə cəhd qurularaq icrası tələb edilir ki, onunla da razılaşa bilmərik. Belə ki, İddiaçı ərizədə “Hundai Tucson” (qeydiyyat nörməsi ** GO *** i olan) nəqliyyat minik avtomobilini və ünvan 2i ünvanında 0,88 ha miras əmlakı mübahisələrindirir. Ərizədə ünvan 3in notariusu İslam Mirzəzadənin hərəkətlərinin qanunsuz hesab edilməsi, Bakı şəhəri, 13 saylı dövlət Notariat Kontorunun notarisi Zəminə Abdullayevanın adları hallandırılaraq şəhadətnamələrin etibarsızlığı irəli sürülür. Hüquq müəyyənedici sənədlər və ona dair dövlət Reyestrləri ləğv olunmadan etibarsızlıq irəli sürülür ki, bu hal iddia tələblərinin mahiyyət tərkibinə ziddir. İddiaçının ərizədə mübahisələndirdiyi 0,88 ha daşınmaz miras əmlak ünvan 4i ərazisində yerləşir. Həmin torpaq sahəsini Qəbələ rayonu Dövlət Notariat Kontorunda xx.xx.2005-ci il tarixli 42-1 / 179 saylı alqı-satqı müqaviləsi ilə həyətyanı torpaq sahəsi kimi alınaraq 19865 №-ilə qeydiyyat kitabından keçirilmiş və əmlak idarəsindən SN -294 G KOD 40303018 olan mülkiyyət şəhadətnaməsi verilmişdir. Vərəsəlik hüququ əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ ərazi idarəsi tərəfindən qeydiyyat nömrəsi 192 ******* olan xx.xx.2023-cü il tarixli Xüsusi Mülkiyyətə dair çıxarış alınmışdır. Mülkiyyətində olan həmin miras xüsusi torpaq sahəsi Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi əsasında xx.xx.2023-cü il tarixində alıcı başqa şəxsə satılmışdır. Mübahisələndirilən torpaq sahəsi alqı-satqı müqaviləsi üzrə digər şəxsin mülkiyyətinə qeydiyyata alınaraq ona dair yeni mülkiyyət şəhadətnaməsi alındığndan onlar əsl olmayan cavabdeh sayılırlar. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə dəqiqləşmə verməklə, ünvan 3in notariusu İslam Mirzəzadənin hərəkətlərinin qanunsuz hesab edilməsi, xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,88 ha olan torpaq sahəsi üzərində İddiaçı 1/3 payının müəyyən edilməsi və həmin həcmdə pay üzrə ona qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsinin notariusa həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini etiraf etməyərək onun təmin olunmamasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadatrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş məktubda göstərilmişdir ki, X13 adlı şəxsin adına ünvan 4ində 0.88 ha həyətyanı torpaq sahəsi vardır. İş materiallarında olan Bakı şəhəri 29 saylı notariat ofisi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2007-ci il tarixdə vəfat etmiş X9 vərəsələri arvadı-Cavabdeh2 və ona miras əmlakdan ½ hissədə paya irs almalıdır, oğlu- Cavabdeh1dur və o miras əmlakdan ½ hissədə paya ira almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 4i ünvanda yerləşən ümumi sahəsi 0.88 ha olan torpaq sahəsindən ibarətdir. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN-294G KOD 40303018 nömrəli şəhadətnamənin surətindən görünür ki, həmin şəhadətnamə X11 ünvan 4ində yerləşən 0.88 ha torpaq sahəsinə dair verilmişdir. Onun verilməsinə əsas Qəbələ rayonu DNK-nın xx.xx.2005-ci il tarixli 4ə-1/179 saylı alqı-satqı müqaviləsi olmuşdur. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2007-ci il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan nikahın bağlanması haqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X6 xx.xx.1988-ci il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Musayev, arvada Musayeva soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1993-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Onun atası X13, anası Cavabdeh2dır. İş materiallarında olan xx.xx.1978-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1978-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Onun atası X13, anası X1r. İş materiallarında olan xx.xx.1995-ci il tarixdə verilmiş familiyanın, adın, ata adının dəyişdirilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X12, familiyasını və ata adını İddiaçı dəyişmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı soyad və ata adını dəyişdirmiş olsa da, mərhum X13 onun bioloji atası olaraq qalmış, bu fakt iş materiallarında olan doğum haqqında şəhadətnamədə öz təsdiqini tapmış, həmçinin işdə olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1 doğma oğlu olmaqla onun qanun üzrə birinci növbə vərəsə olması sübuta yetirilmiş, həmin qətnamə qanuni qüvvəyə minmişdir. Miras qoyan X9 ölümündən sonra ünvan 4ində yerləşən 0.88 ha torpaq sahəsi miras əmlak qalmış həmin torpaq sahəsinə dair cavabdehlərə qanun üzrə vərəsəlik haqqında şəhadətnamələr verilməklə, həmin əmlaklara dair ½ hissədə payları müəyyən edilmişdir. Hazırda iddiaçı həmin şəhadətnamələrin etibarsız hesab edilməsini xahiş etməklə, ünvan 4ində yerləşən 0.88 ha torpaq sahəsinə dair onun 1/3 payının müəyyən edilməsini xahiş etmişdir. Azərbayсan Respublikası Mülki Məсəlləsinin 1133-cü maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134-сü maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Həmin Məcəllənin 1159.1.1-сi maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Məhkəmə qeyd edir ki, vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. İddiaçının hazırkı tələbi ondan ibarətdir ki, sözügedən miras əmlak barədə qanun üzrə vərəsəlik hüququ rəsmiləşdirilərkən maddi hüquq normalarının tələbləri pozulmuş, nəticədə isə o, ölmüş valideynindən miras qalmış əmlaka payından məhrum edilmişdir. "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə müvafiq olaraq, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə cavabdehlərin miras qoyanın digər əmlaklarına münasibətdə iddiaçının vərəsə kimi müvafiq pay almaq hüququnun olmasını göstərən qanuni qüvvəyə minmiş qətnamələrin olmasına baxmayaraq, ünvan 4ində yerləşən 0.88 ha torpaq sahəsinə dair vərəsəlik işi açılarkən birinci növbə vərəsə olan İddiaçı vərəsə kimi notariat orqanında göstərməmələri miras əmlaka dair qanun üzrə vərəsəlik hüquqlarını əldə etmələrinin qanuniliyinin mübahisə predmetinə gətirib çıxarmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, ünvan 3in xüsusi notariusu X7 tərəfindən verilmiş reyestrdə 2V-10 nömrəsi ilə qeyd edilmiş xx.xx.2023-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə etibarsız hesab edilməlidir. Məhkəmə, “1/3 hissədə miras payının müəyyən edilərək və həmin həcmdə pay üzrə ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin notariusa həvalə edilməsi” hissəsində iddia tələbini qismən əsaslı hesab edir. İş materialları ilə müəyyən edilir ki, ünvan 4ində yerləşən 0.88 ha torpaq sahəsi mərhum X9 mülkiyyətinə xx.xx.2005-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında keçmiş, bununlada həmin əmlakın onunla Cavabdeh2 birgə nikahları dövründə əldə edilməsi müəyyən edilmişdir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, torpaq sahəsinin ½ hissəsi Cavabdeh2 mülkiyyəti hesab olunmaqla miras kütləsinə daxil edilməməlidir, əmlakın yalnız mirasqoyan X9 payına düşən ½ hissəsi miras kütləsinə daxil olunmaqla həmin əmlaka dair vərəsələr İddiaçı, Cavabdeh2 və Cavabdeh1 bərəbar payları müəyyən edilməlidir. Beləliklə də, iddiaçının ünvan 4ində yerləşən 0.88 ha torpaq sahəsi üzərində 1/6 hissəsində payı müəyyən edilməlidir. Məhkəmə Cavabdeh2 iddianın iddia müddətinin ötürülməklə verməsi əsası ilə iddianın rədd edilməsi dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 1246-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarında göstərilmişdir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. O da nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1248-ci maddəsinə uyğun olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Qeyd olunan qanunvericilik norması mirasın qəbulu müddətinin ötürülməsinin həmin vərəsənin vərəsəlik hüququnun xitamına səbəb olmadığını ehtiva etməklə, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddətin kəsici müddət olmasını da istisna edir. Həmçinin bu müddət iddia müddətlərinə də aid edilə bilməz. Mülki Məcəllənin 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Yəni iddia müddəti özünümüdafiə mahiyyətində olmaqla tələb hüquqlarına xarakterikdir və hüququn məhkəmə qaydasında realizəsi imkanı üçün nəzərdə tutulmuş müddətlərdir. İddia müddətləri və kəsici müddətlərin mahiyyəti və fərqləndirici xüsusiyyətləri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun artıq formalaşmış hüquqi mövqeyi də mövcuddur. B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd etmişdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin ondan bəzi istisnaları mövcuddur. Məsələn, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Məhkəmə qeyd edir ki, qanun üzrə vərəsəlik haqqında şəhadətnamə xx.xx.2023-cü il tarixdə cavabdehlərə verildikdən sonra İddiaçı mübahisəli torpaq sahəsi barədə məlumatı olmuş, o hazırki iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etməklə iddia müddətini ötürməmişdir. Göstərilən qanunvericilik aktları normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, ünvan 3in xüsusi notariusu X7 tərəfindən verilmiş reyestrdə 2V-10 nömrəsi ilə qeyd edilmiş xx.xx.2023-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə etibarsız hesab edilməli, X5 miras qalmış ünvan 4i ünvanda yerləşən 0.88 ha torpaq sahəsinə İddiaçı İsa oğlunun 1/6 hissədə miras payı müəyyən edilməklə vərəsəlik hüquqlarının tanınmasına dair yeni qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ünvan 3ə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən tələb edilmədiyindən, iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. ünvan 3in xüsusi notariusu X7 tərəfindən verilmiş reyestrdə 2V-10 nömrəsi ilə qeyd edilmiş xx.xx.2023-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə etibarsız hesab edilsin. X5 miras qalmış ünvan 4i ünvanda yerləşən 0.88 ha torpaq sahəsinə İddiaçı İsa oğlunun 1/6 hissədə miras payı müəyyən edilməklə vərəsəlik hüquqlarının tanınmasına dair yeni qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ünvan 3ə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov
Məhkəmə qərarları › İş №e-2(006)-2627/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2627/2023
19.09.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver