Məhkəmə qərarları › İş №e-2(006)-2638/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2638/2025

17.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2638/2025 17.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X31 oğlunun katibliyi, Ərizəçi vəkil-nümayəndəsi Vəkil iştirakı ilə Ərizəçi Nəsimi rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə «doğum akt qeydinin bərpa olunması» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. Ərizəçi Nəsimi rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə «doğum akt qeydinin bərpa olunması» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X1 xx.xx.1987-ci tarixdə vəfat etmiş X9 və xx.xx.2006-cı il tarixdə vəfat etmiş X5 övladı olması hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi anası X3 xx.xx.1960-cı il tarixdə Ermənistan Respublikası, Stepanavan rayonunda anadan olmuş, xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. X10 məlum hadisələr zamanı ailəsi ilə birgə Ermənistan Respublikasından köçkün kimi özü ilə yalnız keçmiş SSRİ pasportu ilə Azərbaycan Respublikasına gəlmiş, digər sənədləri isə götürə bilməmişdir. Azərbaycan Respublikasında olduğu zaman X4 pasportunu təhvil vermiş və onun əvəzinə şəxsiyyət vəsiqəsi almışdır. X10 Azərbaycan Respublikasında yaşadığı zaman ünvan 1 ünvanında yerləşən mənzil almış və həmin mənzil hal-hazıradək də onun mülkiyyəti kimi dövlət reyestrində qeydiyyatdadır. X10 vəfat etdikdən sonra ərizəçiyə məlum olmuşdur ki mərhum anası doğum haqqında şəhadətnaməni Azərbaycan Respublikasına gətirməmişdir. Bu halda isə vərəsəlik işinin aparılması mümkün olmur. Bu səbəbdən də ərizəçinin hazırda məhkəməyə müraciət etməkdən başqa çıxış yolu qalmamışdır. X6 atası (ərizəçinin babası) X15, anası isə (ərizəçinin nənəsi) X7 olmuşdur. X15 Ermənistan Respublikasında yaşayan zaman vəfat etmiş və orada dəfn edilmiş, X7 isə Bakı şəhərində vəfat etmişdir. Təbii ki, artıq Ermənistan Respublikasından hər hansı bir sənədin bərpası mümkün deyil. X6 X9 və X5 övladı olması hüquqi faktının müəyyən edilməsi yalnız məhkəmə qaydasında mümkündür.

3. Ərizəçi “tələbin dəqiqləşdirilməsi barədə” ərizə təqdim edərək, anası X6 xx.xx.1960-cı il tarixdə Ermənistan Respublikası, Stepanavan rayonunda doğulması, atasının X15, anasının X7 olması, buna uyğun olaraq doğum akt qeydinin bərpa edilməsi və doğum haqqında yeni şəhadətnamənin verilməsi vəzifəsinin maraqlı şəxs Nəsimi rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

a) Məhkəmə prosesi:

4. Məhkəmə iclasında Ərizəçi vəkil-nümayəndəsi Vəkil ərizəni müdafiə edib, ərizənin məzmununa uyğun izahat verib, təmin edilməsini xahiş etdi.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Nəsimi rayon Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 ifadəsində bildirdi ki, Ərizəçi onun bacısıdır. X3 onun anası, Sənubərin atası X15, anası X7 olmuşdur. X10 xx.xx.1960-cı il tarixdə Ermənistan Respublikası, Stepanavan rayonunda doğulub.

7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində bildirdi ki, ərizəçi onun bacısı qızıdır. X3 onun bacısı, Sənubərin atası X15, anası X7 olmuşdur. X10 xx.xx.1960-cı il tarixdə Ermənistan Respublikası, Stepanavan rayonunda doğulub.

8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində bildirdi ki, X3 onun həm bibisi qızı, həm də ərinin bacısı, Sənubərin atası X15, anası X7 olmuşdur. X10 xx.xx.1960-cı il tarixdə Ermənistan Respublikası, Stepanavan rayonunda doğulub.

9. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, şahidlərin ifadələrini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq hesab edir ki, ərizə təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) İş materialları:

10. Doğum haqqında İİİ-СЛ seriyalı 384283 nömrəli şəhadətnamədən görünür ki, Ərizəçiovna xx.xx.1981-ci il tarixdə Ermənistan Respublikasının Stepanavan rayonunda anadan olmuş, atası X23, anası X17 qızıdır.

11. Ölüm haqqında İİ-СЛ seriyalı 273846 nömrəli şəhadətnamədən görünür ki, X15 xx.xx.1987-ci il tarixdə ölmüşdür.

12. Ölüm haqqında AZ-İ seriyalı 205847 nömrəli şəhadətnamədən görünür ki, X7 xx.xx.2006-cı il tarixdə ölmüşdür.

13. Ölüm haqqında AZ-İİ seriyalı 462848 nömrəli şəhadətnamədən görünür ki, X10 xx.xx.2024-cü il tarixdə ölmüşdür.

14. “Elektron iddia ərizəsinin dövlət rüsumunun ödənilməsi haqqında məlumat” bölməsindən görünür ki, ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

15. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli “sorğuya cavab məktubu”na əlavə edilmiş X6 fərdi uçot vərəqəsindən görünür ki, o xx.xx.1960-cı ildə Stepanavan rayonunda anadan olmuş, atasının adı X15, anasının adı X7 olmuşdur. X8 xx.xx.1976-cı il tarixdə İ-S2 seriyalı 502161 nömrəli SSRİ pasportu verilmişdir. Həmçiin Nəsimi r. VVAQ tərəfindən boşanma haqqında AZ-İ seriyalı 042647 nömrəli şəhadətnamə verilmişdir.

16. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Notariat, qeydiyyat və reyestr baş idarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli “sorğuya cavab məktubu”ndan görünür ki, Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində axtarış aparılarkən S.X2 ilə bağlanmış nikahının pozulması, Q.Süleymanova ilə H.Süleymanovun övladı xx.xx.1974-cü il təvəllüdlü X11 doğumu, habelə Q.Süleymanovanın ölümü haqqında məlumatlar aşkar olunmuşdur. İnformasiya sistemində S.Süleymanovanın doğumunun qeydə alınması haqqında hər hansı məlumat aşkar olunmamışdır. “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri” informasiya sisteminə baxış keçirilərkən S.Süleymanovanın doğum yerinin Ermənistan Respublikası olduğu müəyyən edilmişdir. Ermənistan Respublikasında tərtib edilmiş vətəndaşlıq vəziyyəti aktlarının qeydləri Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrində, eləcə də Vətəndaşlıq vəziyyəti aktlarının arxivində saxlanılmadığından S.Süleymanovanın doğumuna və bundan irəli gələrək valideynlərinə dair məlumat verilməsi mümkün deyildir. “Elektron notariat” informasiya sistemində aparılmış araşdırma nəticəsində S.Süleymanovanın adına respublikanın notariat ofislərində vərəsəlik işinin açılması aşkar olunmamışdır (müvafiq akt qeydlərinin kserosurəti təqdim edilmişdir).

17. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli “sorğuya cavab məktubu”na əlavə edilmiş sənədlərdən, eləcə də Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi, ev 21 ünvanında yerləşən ümumi sahəsi 99.8 kv.metr olan 14 nömrəli mənzilin 1 otaqdan ibarət hissəsi X6 adına (qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2016), qeydiyyata alınmışdır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

18. Məhkəmə araşdırmaları zamanı ərizəçi tərəfin izahatından, şahidlərin ifadəsindən və mülki işin materiallarından müəyyən olundu ki, Ərizəçi anası X10 xx.xx.1960-cı il tarixdə Ermənistan Respublikası, Stepanavan rayonunda anadan olmuşdur. X10 ilə X18 nikahı sonradan pozulmuşdur. X8 aid bütün sənədlər, o cümlədən doğum haqqında şəhadətnamə Ermənistan Respublikasında qalmış və itirilmişdir. X10 xx.xx.2024-cü il tarixdə ölmüşdür.

19. X10 vəfat etdikdən sonra onun vərəsələrinin dairəsinin müəyyən edilməsi üçün “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində axtarış zamanı onun doğum akt qeydi aşkar olunmamışdır.

20. Məhkəmə araşdırması zamanı şahid qismində ifadə vermiş, iş materiallarında doğum haqqında şəhadətnaməsi olan X20 ərizəçinin onun bacısı və X6 onların anası olmaqla sonuncunun xx.xx.1960-cı il tarixdə Ermənistan Respublikası, Stepanavan rayonunda anadan olduğunu, S.Süleymanovanın atasının X15, anasının X7 olduqlarını bildirmişdir. İş üzrə şahid qismində ifadə vermiş X16 onun S.Süleymanovanın qardaşı olduğunu, digər şahid X13 ifadəsində mərhum S.Süleymanovanın həm bibisi qızı, həm də ərinin bacısı olduğunu qeyd edərək sonuncunun xx.xx.1960-cı il tarixdə Ermənistan Respublikası, Stepanavan rayonunda anadan olduğunu, S.Süleymanovanın atasının X15, anasının X7 olduqlarını bildirmişlər.

c) Məhkəmənin mövqeyi:

21. Belə ki, ərizəçinin anası xx.xx.2024-cü il tarixdə vəfat etdiyinə görə anasından qalan miras əmlaka payların müəyyən edilməsi məqsədilə anasının doğum haqqında akt qeydi barədə məlumatın təqdim edilməsi zərurəti yaranmışdır. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Ermənistan Respublikasında tərtib edilmiş vətəndaşlıq vəziyyəti akt qeydləri Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi qeydiyyat şöbələrində və Vətəndaşlıq vəziyyəti aktlarının arxivində saxlanılmır.

22. Göründüyü kimi, ərizəçinin hazırkı ərizə ilə məhkəməyə müraciət etmək üçün mərhumun qızı olaraq subyektiv hüququ yaranmışdır. Belə ki, ərizəçiyə münasibətdə hüquqi nəticə doğuracaq, onun əmlak hüquqlarının yaranmasına səbəb olacaq hərəkətlərin edilməsi üçün anasının doğum faktının tanınması zərurəti yaranmışdır. X1 fərdi uçot vərəqəsindən onun ata adı və ana adı müəyyən edilmişdir. Məhkəmə araşdırmaları ilə müəyyən edilmişdir ki, ərizəçinin anasının doğum haqqında akt qeydinin bərpa edilməsinin məhkəmədənkənar qaydada həlli mümkün deyil.

23. Məhkəmə qeyd olunanları, şahidlərin ifadələrini və müvafiq hüquq haqqında mübahisənin olmadığını nəzərə alarq hesab edir ki, ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Buna görə də ərizə təmin edilməlidir.

d) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

24. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı: 1.2-ci bənd. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bənd. Lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 1.6-cı bənd. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPMnin 310-cu 310.1-ci maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. 4-cü bənd. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. 4.1-ci bənd. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 52 nömrəli Qərarı: 14-cü bənd. İtmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. 16-cı bənd. Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında itmiş akt qeydləri yalnız müvafiq akt qeydinin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir.

26. Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”ın 13-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.

27. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.1. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında; Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının. Maddə 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

28. Beləliklə, göstərilənləri ümumiləşdirərək və işin faktiki hallarına toplanmış sübutlarla birgə məcmu halda hüquqi qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, ərizə təmin edilməli, X6 xx.xx.1960-cı il tarixdə Ermənistan Respublikası, Stepanavan rayonunda doğulması, atasının X15, anasının X7 olması faktı müəyyən edilməli, X6 doğum haqqında akt qeydinin bərpa edilməsi və doğum haqqında yeni şəhadətnamənin verilməsi vəzifəsi maraqlı şəxs Nəsimi rayon Qeydiyyat Şöbəsinə həvalə edilməlidir.

Nəticə:

29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. X6 xx.xx.1960-cı il tarixdə Ermənistan Respublikası, Stepanavan rayonunda doğulması, atasının X15, anasının X7 olması faktı müəyyən edilsin. X6 doğum haqqında akt qeydinin bərpa edilməsi və doğum haqqında yeni şəhadətnamənin verilməsi vəzifəsi maraqlı şəxs Nəsimi rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar