Məhkəmə qərarları › İş №e-2(006)-2696/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2696/2025

16.09.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2696/2025 16.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "mənzildən çıxarılma" tələbinə dair iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı "mənzildən çıxarılma" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçıya mülkiyyət hüququ əsasında məxsus olan ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Cəbiyev küçəsi, ev 37, 29 saylı mənzili almaqla, xx.xx.2006-cı il tarixdə isə həmin mənzilə dair mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldırmışdır. Həmin vaxtdan etibarən iddiaçı mənzilə dair mülkiyyət hüquqlarını həyata keçirir. Cavabdeh iddiaçının qardaşı X2 ilə 2018-ci ildən rəsmi nikaha daxil olmuşdur. Həmin vaxtdan cavabdehlə iddiaçının qardaşı Vaqif Hüseynalıyev 2023-cü ilin mart ayınadək Gədəbəy rayonu Söyüdlü kəndində yaşamışlar. 2023-cü ilin mart ayından etibarən isə Cavabdeh Bakı şəhərində işləmək məqsədilə ünvan 2 ünvanında yerləşən ona məxsus mənzildə müvəqqəti yaşayacağını bildirdi. O həmin mənzildə cavabdehə özünə kirayə mənzil tapana qədər müvəqqəti yaşamasına iddiaçı razılıq vermişdir. Lakin, sonradan iddiaçı mənzildən çıxmasını Cavabdeh tələb etsə də, Cavabdeh mənzildən çıxamayacağını qərəzli şəkildə bildirmiş və hazırda həmin mənzildə qanunsuz yaşamaqda davam edir. Bununlada iddiaçını mülkiyyət hüquqları ilə ona məxsus olan ünvan 3 ünvanında yerləşən mənzildən istifadə və onun üzərində sərəncam verməkdən məhrum edir. Onu da qeyd edir ki, Cavabdeh hazırda iddiaçının qardaşı X2 ilə Gədəbəy rayon Məhkəməsində sonuncunun müraciəti əsasında nikahın pozulması haqqında iddiasına baxılır. Azərbaycan Respublikasının İqtisadiyyat NazirliyiƏmlak Məsələləri Dövlət Xidmətinin DƏDKR publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Cəbiyev küçəsi, ev 37, 29 saylı mənzil Bakı şəhəri 14 saylı DNK-nın Ə/858 reyestr nömrəli xx.xx.2005-ci il tarixli alqı-satqımüqaviləsinə əsasən xx.xx.2006-cı il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Daha sonra Cavabdeh İddiaçı qarşı “paylı əmlakın naturada bölünməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 18000 manat təmir xərcinin, vəkil xərcinin, dövlət rüsumunun və mənzil boşaldılarkən mebellərin daşınması üçün ödənilməli olan daşınma xərclərinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2696/2025 saylı, xx.xx.2025-ci tarixli qərardadı ilə ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı «mənzildən çıxarılma» tələbinə dair, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “paylı əmlakın naturada bölünməsi tələbinə dair” qarşılıqlı iddia ərizələri ilə bağlı e-2(006)-2696/2025 saylı mülki işdən Cavabdeh İddiaçı qarşı “paylı əmlakın naturada bölünməsi” tələbi ayrılaraq, ayrıca icraatda baxılması, Cavabdeh İddiaçı qarşı “paylı əmlakın naturada bölünməsi” tələbinə dair mülki işə yeni nömrə verilməsinin məhkəmənin kargüzarlıq xidmətinə həvalə edilməsi qərara alınmışdır. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianın tam təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 izahat verərək, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: Mülki işin materiallarında olan: - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Hüseynalıyev llqar Məmməd oğlunun adına qeydyyata alınmış daşınmaz əmlaklar barədə məlumatın verilməsi ilə bağlı müraciətə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, Bakı şəhəri, Nəsimi rayonu, Cəbiyev küçəsi, ev 37, 29 saylı mənzil Bakı şəhəri 14 saylı DNK-nın 4Ə/858 reyestr nömrəli xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2006-cı il tarixdə Hüseynalıyev llqar Məmməd oğlunun adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları qorunmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; Məhkəmə tərəfindən müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən mənzil uzun illər əvvəl İddiaçı adına alqı-satqı müqaviləsi əsasında rəsmiləşdirilmiş və həmin mənzil üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Beləliklə, mənzil iddiaçının şəxsi mülkiyyəti hesab olunur və onun üzərində sahiblik, istifadə və sərəncam vermə hüququ yalnız iddiaçıya məxsusdur. Lakin hazırda həmin mənzildə Cavabdeh iddiaçının razılığı olmadan qalmaqla, mənzildən qanunsuz istifadə edir və bu hərəkətləri ilə iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırır. Məhkəmə hesab edir ki, cavabdehin mənzildə qalması ailə münasibətləri və ya keçmiş nikah əlaqəsi ilə əsaslandırıla bilməz. Mülkiyyətçi öz əmlakından istifadə etmək və onu başqasına vermək və ya verməmək hüququna malikdir. Mülkiyyətçinin razılığı olmadan həmin mənzildə yaşamaq qanunsuz sahiblik hesab olunur. İş materialları ilə təsdiq olunur ki, iddiaçı cavabdehin mənzildən çıxmasını tələb etmiş, lakin cavabdeh bu tələbi yerinə yetirməmişdir. Cavabdehin həmin mənzildə qalmaqda davam etməsi nəticəsində iddiaçının mənzilə sərbəst daxil olmaq, ondan istifadə etmək və sərəncam vermək imkanları məhdudlaşdırılmışdır. Bu hal iddiaçının mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə həmçinin nəzərə alır ki, cavabdehlə iddiaçının qardaşı arasında nikahın pozulması barədə məhkəmə işi hal-hazırda digər məhkəmədə baxılma mərhələsindədir. Lakin bu hal cavabdehin mənzildə qalması üçün hüquqi əsas yaratmır, çünki həmin mənzil onların nikah dövründə birgə əldə edilmiş əmlak deyil, iddiaçının şəxsi mülkiyyətidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməli, cavabdehlər Cavabdeh İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllə 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı halda məhkəmə xərcləri hər iddiaçılara aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı "mənzildən çıxarılma" tələbinə dair iddia ərizəsi təmin edilsin. Cavabdehlər Cavabdeh İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar