Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2702/2025 28.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli K/-25-00517 saylı əmrin ləğv edilməsi, onun "xxxx" ASC-nin Müştəri Xidmətləri İdarəsinin Müraciətlərin qəbulu və icrasının təşkili bölməsində mühəndis vəzifəsinə işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixdən "xxxx" ASC-nin Müştəri Xidmətləri İdarəsinin Müraciətlərin qəbulu və icrasının təşkili bölməsində mühəndis vəzifəsində işləmişdir. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli, K/-25-00517№-li əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İşlədiyi müddət ərzində onun tərəfindən heç bir pozuntuya yol verilməmişdir. Bölmə rəisi onu yanına çağırıb onunla işləmək istəmədiyini, ərizə yazaraq başqa bir bölmədə işləməsini tələb etmiş, o, etiraz etdikdə isə onu ağır söyüşlərlə təhqir etməyə başlamışdır. Bundan sonra "xxxx" ASC-nin hüquqşünası onu yanına çağırıb öz ərizəsilə işdən çıxmasını tələb etmiş, əks təqdirdə onu şərləyərək işdən azad edəcəklərini bildirmişdir. O, ərizə yazmaqdan imtina etdiyinə görə hüquqşünasın dediyi kimi onu şərləyib işdən azad etmişlər. Onun işdən azad olunması barədə əmr və digər sənədlər bu günədək ona təqdim edilməmişdir. Göründüyü kimi, o, qanunsuz və əsassız olaraq işdən azad edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iş üzrə şahid qismində məhkəmədə ifadə vermiş X11 yalan ifadə verdiyini təsdiq edən səs yazısını iş materiallarına əlavə edilib, digər sübutlarla birgə qiymətləndirilməsi üçün 1 ədəd diski məhkəməyə təqdim etmişlər. X1 əməlində cinayət tərkibinin əlamətləri olduğundan onun barəsində xüsusi qərardad qəbul edilməsi və araşdırılması üçün prokurorluq orqanına göndərilməsini, həmçinin iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X12 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, iddia tələbi əsassızdır. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, şahid X26 məhkəmə iclasında ifadə verərək bildirdi ki, cavabdeh şirkətin əməkdaşıdır, müştəri xidmətləri idarəsində şöbə rəisi vəzifəsində çalışır. İdarə otağında – Zaur Həsənovun yanında olanda mübahisə səs-küyü eşidib və otaqdan çıxıb. Elnurun səsi gəlirdi, dostu Sirac onu koridora çıxardırdı. Otaqda mübahisə edənlər arasında nə olub bilmir, təhqiramiz ifadə, söyüş eşitməmişdir. Hadisə olan günü yox, 1-2 gün sonra izahat yazıb. Daha sonra aktla tanış olub və onu özü imza edib. Şahid X17 məhkəmə iclasında ifadə verərək bildirdi ki, cavabdeh tərəf olan şirkətdə şöbə rəisi vəzifəsində çalışır. 28 ildir işləyir. Elnuru 4-5 ildir tanıyır. İşçi kimi yaxşı işçi deyil, amma kollektiv tədbirlərdə yaxşı iştirak edir. Sadəcə tez coşan adamdır. 1 ay əvvəl onun da yanına gələndə acı söz deyib, lakin ona heç nə demədən yola vermişdir. Sonradan özü gəlib üzr istəmişdir. Elnura intizam tənbeh tədbiri tətbiq edilməyib. İş otağında olanda səsküy eşitmiş və səsə çıxmışdır. Bu zaman Elnurun çox aqressiv olduğunu görüb və təhqiramiz nalayiq ifadələr dediyini eşitmişdir. “Səni çıxartdıraram”, “sən burda qalmayacaqsan”, “sənin adamını işdən çıxartdıraram” tipli ifadələrdən başqa ayrı söz eşitməmişdir. Hadisə baş verən gün izahat yazıb. Lakin akta sonradan qol çəkmişdir. Şahid X20 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Elnurun yaratdığı səs-küy nəticəsində oturduğu otağından bayıra çıxıb və onu əsəbi vəziyyətdə Sirac tərəfindən inzibati binadan kənarlaşdırıldığını görüb. Elnur binanı tərk etdikdən sonra otağına qayıdaraq öz işi ilə məşğul olmuşdur. Şahid X30 məhkəmə iclasında ifadə verərək bildirdi ki, şöbə rəisidir. Ənvər müəllimin otağında Elnurla birgə oturmuşlar. Elnur əl-qol atıb, təpik vurmaq istəyirdi, o imkan verməmişdir. Elnur təhqiramiz ifadə və söyüşlər işlədirdi, xanım işçilər eşitməsin deyə qolundan tutub kənara çıxarmağa çalışmışdır. Qapını təpiklədiyini isə görməmişdir. Başqa söyüş eşitməmişəm. Elnur haqqında başqa intizam tənbeh tədbiri tətbiq olunduğunu bilmir. Mübahisə 5-10 dəqiqə çəkmədi, Elnuru tez çıxarıb ki, söhbət dərinləşməsin. Şahid X13 məhkəmə iclasında ifadə verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə işdə dəhlizdə səslər eşidib. İşlə məşğul olduğuna görə həmin səs-küyə çox əhəmiyyət verməmişdir. Sonradan digər əməkdaşlardan ona məlum olmuşdur ki, idarə rəisi ilə Elnur arasında mübahisə yaranıb. Şahid X4 məhkəmə iclasında ifadə verərək bildirdi ki, işdə olanda saat 3 radələrində yüksək səs-küy eşitmiş, lakin belə səs-küyün şikayətçi abonentlər tərəfindən yaradıldığını güman edərək əhəmiyyət verməmişdir. Sonradan digər əməkdaşlardan səs-küyün səbəbini soruşanda ona məlum olub ki, Elnurun Mahir müəllim ilə mübahisəsi yaranmışdır. Şahid X18 məhkəmə iclasında ifadə verərək bildirdi ki, işdə olanda dəhlizdən yüksək səs-küy eşidib. Lakin əhəmiyyət verməyərək öz işinə davam etmişdir. Sonradan digər əməkdaşlardan səs-küyün səbəbini soruşanda ona məlum olub ki, mühəndis Elnurla rəis Mahir arasında söz mübahisəsi olmuşdur. Şahid X9 məhkəmə iclasında ifadə verərək bildirdi ki, iş yerində olarkən otağının qapısı açıq olduğundan Elnurun idarə rəisinin otağına daxil olduğunu görmüşdür. Sonra Şahid otağında səs-küy yüksəlmişdir. Əməkdaşlar kabinetə daxil olaraq Elnuru oradan uzaqlaşdırıblar. Həmin vaxt Elnur Mahir müəllimə qarşı nalayiq ifadələr işlədərək onu təhqir etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: - xx.xx.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsindən görünür ki, İddiaçı "xxxx" ASC-nin Müştəri Xidmətləri İdarəsinin Müraciətlərin qəbulu və icrasının təşkili bölməsində mühəndis vəzifəsinə qəbul edilmişdir. Əmək müqaviləsi 3 ay müddətinə bağlanmışdır (sınaq müddəti nəzərdə tutulmuşdur). - xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Müştəri Xidmətləri İdarəsinin əməkdaşları həmin tarixdə İddiaçı iş yerində olmadığı üçün idarə rəisinin onu zəng ilə çağırtdırması, İddiaçı idarə rəisinin otağına girdikdən bir neçə saniyə sonra qışqıraraq nalayiq sözlərlə idarə rəisini təhqir edərək, otağın qapısını ayağı ilə vuraraq çıxması barədə akt tərtib etmişlər. Akt 13 nəfər tərəfindən tərtib olunmuş və imzaları ilə təsdiq edilmişdir. - 16.01.2025-ci il tarixli təqdimatdan görünür ki, Müştəri xidmətləri idarəsinin Müraciətlərin qəbulu və icrasının təşkili şöbəsinin mütəxəssisi İddiaçı mütəmadi olaraq işə gecikməsi, işdən tez getməsi və iş saatlarında yerində olmaması və müxtəlif vaxtlarda iş yerində içkili vəziyyətdə olması səbəbindən şöbədə yaratdığı intizamsızlığı və qeyd olunan əməkdaşın dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, işə davamiyyət probleminin olmasını, səbəbsiz davamiyyətsizlikləri barədə izahat yazmamasını nəzərə alaraq, işdən çıxarılması üçün müvafiq göstəriş verilməsi xahiş olunmuşdur. - İddiaçı xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, barəsində yazılmış təqdimatla tanış olmuşdur və yazaraq bildirmək istəyir ki, qeyd olunanlar tamamilə doğru deyil. O, həmişə iş yerinə vaxtında və vaxtından tez gəlir və iş vaxtı bitəndən sonra iş yerini tərk edir. O, heç vaxt içkili vəziyyətdə işə gəlməmişdir, təqdimatda yazılanlar şər və böhtan xarakterlidir. - "xxxx" ASC-nin Müştəri Xidmətləri İdarəsinin Müraciətlərin qəbulu və icrasının təşkili şöbəsinin rəisi M.F.Maşanovun xx.xx.2025-ci il tarixli izahatından görünür ki, xx.xx.2025-ci il tarixdə saat 15:00 radələrində iş yerində işləyərkən dəhlizdə səs-küy eşitmişdir və nə baş verdiyini öyrənmək üçün dərhal otaqdan çıxmışdır. Şöbənin mühəndisi İddiaçı əsəbi və aqressiv olaraq idarənin rəisi Şahid otağının qarşısında Sirac Sarıyev tərəfindən kənarlaşdırıldığını və binanı tərk etdiyini görmüşdür. İddiaçı çıxıb gedəndən sonra o, otağına qayıdaraq işini davam etdirmişdir. - "xxxx" ASC-nin Müştəri Xidmətləri İdarəsinin müraciəti ilə iş şöbəsinin rəisi S.Ə.Sarıyevin xx.xx.2025-ci il tarixli izahatından görünür ki, xx.xx.2025-ci il tarixdə saat 15:00 radələrində Ənvər İsmayılovun otağında olarkən səs-küy eşitmişdir. Dərhal dəhlizə çıxmış və ona məlum olmuşdur ki, həmin səs-küy İdarənin rəisi Şahid otağından səslənir. Otağa yaxınlaşarkən görmüşdür ki, mühəndis İddiaçı əsəbi və aqressiv halda, nalayiq sözlərlə Şahid təhqir edərək, idarədə səs-küy salmışdır. Digər təhqirlərin və səs-küyün qarşısını almaq məqsədi ilə İddiaçı qolundan tutaraq inzibati binadan kənarlaşdırmışdır. İnzibati binadan çıxdıqdan sonra İddiaçı İdarəni tərk etmiş və o, öz iş otağına qayıtmışdır. - "xxxx" ASC-nin Müştəri Xidmətləri İdarəsinin Akt və borcların araşdırılması şöbəsinin rəisi Ə.R.İsmayılovun xx.xx.2025-ci il tarixli izahatından görünür ki, xx.xx.2025-ci il tarixdə saat 15:00 radələrində iş otağında olarkən, dəhlizdə səs-küy eşitmişdir. Təbii ki, iş otağından çıxıb səs-küyün səbəbini öyrənmək istəmişdir. Müraciətlərin qəbulu və icrasının təşkili şöbəsinin mühəndisi İddiaçı əsəbi və çox aqressiv şəkildə İdarənin rəisi Şahid iş otağından çıxdığını və onu nalayiq ifadələrlə təhqir etdiyini eşitmişdir. Bundan sonra İddiaçı binadan çölə çıxaraq İdarəni tərk etmiş və o, öz iş otağına qayıtmışdır. - "xxxx" ASC-nin Müştəri Xidmətləri İdarəsinin Müraciətlərin qəbulu və icrasının təşkili şöbəsinin mütəxəssisi P.V.Qasımovun xx.xx.2025-ci il tarixli tarixli izahatından görünür ki, xx.xx.2025-ci il tarixdə şöbənin mühəndisi İddiaçı dəhlizdə yaratdığı səs-küy nəticəsində oturduğu otaqdan bayıra çıxmış və İdarənin rəisi Şahid otağı qarşısında əsəbi vəziyyətdə olan E.T.X28 tərəfindən inzibati binadan bayıra kənarlaşdırıldığını görmüşdür. İddiaçı binanı tərk etdikdən sonra otağına qayıdıb öz işi ilə məşğul olmuşdur. - "xxxx" ASC-nin Müştəri Xidmətləri İdarəsinin müxtəlif vəzifələrdə işləyən əməkdaşları X7, X10, X5, X2, X14, X15, X21 xx.xx.2025-ci il tarixli izahatlarından görünür ki, onlar da baş vermiş hadisə ilə bağlı oxşar məzmunlu izahatlar vermişlər. - "xxxx" ASC-nin Müştəri Xidmətləri İdarəsinin Müraciətlərin qəbulu və icrasının təşkili şöbəsinin mühəndisi İddiaçı xx.xx.2025-ci il tarixli izahatından görünür ki, aktda qeyd olunanlarla tam olaraq razı deyil. Çünki, xx.xx.2025-ci il tarixdə saat 15:00 radələrində idarə ilə üzbəüz yerləşən mağazaya çıxıb siqaret alarkən ona şöbənin rəisi M.Maşanov zəng vuraraq idarə rəisi Şahid tərəfindən onun axtarıldığını bildirmişdir. O, dərhal işə qayıdıb Şahid otağına gəlmişdir. Otağa daxil olarkən Şahid əsəbi və aqressiv halda onu nalayiq sözlərlə təhqir edərək işdən azad edəcəyini bildirmişdir. Həmin nalayiq və təhqiredici sözlərə dözməyərək o da, buna cavab olaraq söyüb otağı tərk etmişdir. Şahid onunla həmin gün əsəbi olaraq danışdığının səbəbini bu günədək anlaya bilmir. - "xxxx" ASC-nin X8 xx.xx.2025-ci il tarixli qərarından görünür ki, "xxxx" ASC-nin Müştəri Xidmətləri İdarəsinin Müraciətlərin qəbulu və icrasının təşkili şöbəsinin mühəndisi İddiaçı haqqında İşlər İdarəsi tərəfindən verilmiş təqdimatın təmin edilməsinə və onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilməsinə etiraz edilməmişdir. - Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli əmək müqaviləsi bildirişindən və xx.xx.2025-ci il tarixli K/-25-00517 saylı əmrdən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı "xxxx" ASC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidmətinə ünvanladığı müraciətlərinə Xidmətin Bakı şəhər İdarəsində baxılmışdır. Müraciətlə əlaqədar ətraflı məlumat verməsi məqsədilə İddiaçı ünvanına (Bakı şəhəri Nərimanov rayonu X38 prospekti 138 mənzil 14) xx.xx.2025-ci il tarixli 3-17-5/2-Ə-11963/2025 nömrəli məktub göndərilmiş, izahatı və əmək haqqı bank hesabından çıxarış araşdırmaya təqdim edilmişdir. Müraciətlə əlaqədar "xxxx" ASC-nın ünvanına (Bakı şəhəri Nəsimi rayonu Abasqulu Ağa Bakıxanov ev 13) xx.xx.2025-ci il tarixli 3-17-5/2-11967/2025 nömrəli məktubla müraciət olunaraq İddiaçı aid olan sənədlərin, «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikası Qanununun 7.9-cu maddəsinə müvafiq olaraq təqdim edilməsi xahiş olunmuşdur, lakin sənədlər təqdim edilməmişdir. Nəzərə çatdırılmışdır ki, qeyd edilən müvafiq sənədlər təqdim olunduğu təqdirdə müraciətə yenidən baxılaraq cavab veriləcəkdir. Araşdırma zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin «Əmək və Məşğulluq» altsisteminə baxış keçirilərkən, "xxxx" ASC ilə İddiaçı arasında xx.xx.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarxdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verildiyi və təqdim olunmuş əmək haqqı bank hesabından çıxarışdan 1.347,25 manat məbləğin bank hesabına köçürüldüyü məlum olmuşdur. Müəssisədən müvafiq sənədlər təqdim edilmədiyindən müraciətdə qeyd edilən məsələlərə münasibət bildirilməsi mümkün olmamışdır. Müraciətdə qeyd olunan məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olduğu İddiaçı izah edilmişdir. - Bakı 8 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli MŞB/8/2025-00487 saylı ilkin mediasiya sessiasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı və cavabdehin nümayəndəsi X19 xx.xx.2025-ci il tarixə saat 13:00dan 14:00-dək təyin edilmiş İMS-yə gəlmiş, lakin prosesin davam etdirilməsi mümkün olmamışdır. İddiaçı tərəfindən 50 manat İMS xərci və 10 manat poçt-kargüzarlıq xərci ödənilmişdir. Məhkəmə ilk olaraq qeyd edir ki, X3 yazısı dinlənilmişdir. Həmin səs yazısının xarakterindən, danışıq tərzindən və tonundan görünür ki, o, iş yoldaşı İddiaçı üzündən keçməyərək, akt və izahat yazılmasının könüllü xarakter daşımadığını, onun buna məcbur edildiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi dinlənilən X22 yazdığı izahatı bir daha təsdiq etmiş, xx.xx.2025-ci il tarixdə qeyd edilən hadisənin şahidi olduğunu bildirmişdir. Məhkəmə X11 ifadə və izahatının idarənin digər əməkdaşlarının ifadə və izahatları ilə tam şəkildə təsdiq edildiyini, onun iddiaçıya qarşı pis niyyətinin olmadığını, fərdi qaydada söhbət zamanı iş yoldaşı İddiaçı üzündən keçə bilmədiyi üçün bu cür davrandığını nəzərə alaraq, onun hərəkətlərində cinayət xarakterli hərəkət, yaxud hərəkətsizlik sezmir, verdiyi izahatı və ifadəni mötərəb sübut hesab edir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, ehtiyatsızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Toplanmış və tədqiq edilmiş sübutların məcmusundan göründüyü kimi, İddiaçı tərəfindən müəssisədaxili nizam-intizam qaydalarının tələbləri ciddi şəkildə pozulmuşdur və ona intizam tənbehi verilməsi üçün əsaslar mövcud olmuşdur. Lakin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin (intizam tənbehinin verilməsi qaydalarını tənzimləyən maddi hüquq norması) 2-ci hissəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşin faktiki hallarından görünür ki, intizam tənbehinin verilməsi üçün əsas olan hadisə 15 yanvar 2025-ci il tarixdə saat 15.00 radələrində baş versə də, İddiaçı münasibətdə intizam tənbehi bundan 1 ay 3 gün sonra tətbiq edilmişdir. Halbuki, işəgötürənin intizam tənbehi verilməsi üçün müvafiq izahatların alınması, akt və təqdimatın tərtib edilməsi, həmkarlar ittifaqı birliyinə müraciət edilməsi, nəticə etibarı ilə intizam tənbehinin vaxtında verilməsi üçün kifayət qədər vaxtı olmuşdur. Göründüyü kimi, iddiaçıya münasibətdə intizam tənbehinin verilməsi üçün tutarlı (güclü) əsasın mövcud olmasına rəğmən, intizam tənbehi vaxtında tətbiq edilməmiş, bu səbəbdən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin aidiyyəti maddi hüquq normasının tələbləri pozulmuşdur. Bu səbəbdən, xx.xx.2025-ci il tarixli K/-25-00517 saylı əmrin ləğv edilməsi, iddiaçının "xxxx" ASC-nin Müştəri Xidmətləri İdarəsinin Müraciətlərin qəbulu və icrasının təşkili bölməsində mühəndis vəzifəsinə işə bərpa edilməsi və məcburi iş buraxmaya görə ona əmək haqqının ödənilməsi barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli K/-25- 00517 saylı əmri ləğv olunmalı; İddiaçı "xxxx" ASCnin Müştəri Xidmətləri İdarəsinin Müraciətlərin qəbulu və icrasının təşkili bölməsində mühəndis vəzifəsinə bərpa edilməli; İddiaçı xx.xx.2025ci il tarixdən işə bərpa edildiyi günədək məcburi iş buraxdığı günlər üçün əmək haqqı hesablanaraq "xxxx" ASC tərəfindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli K/-25-00517 saylı əmri ləğv olunsun. İddiaçı "xxxx" ASC-nin Müştəri Xidmətləri İdarəsinin Müraciətlərin qəbulu və icrasının təşkili bölməsində mühəndis vəzifəsinə bərpa edilsin. İddiaçı xx.xx.2025-ci il tarixdən işə bərpa edildiyi günədək məcburi iş buraxdığı günlər üçün əmək haqqı hesablanaraq "xxxx" ASC tərəfindən ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-2702/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2702/2025
28.08.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver