Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-272/2025 15.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı1, iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi X20, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs LPO "xxxx" ASC-nin nümayəndəsi X21 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MTK-ya qarşı (LPO "xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “müqavilə öhdəliklərinə əməl edilməsi və mənzilin təhvil verilməsi” tələbinə dair iddiası, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MTK-ya qarşı “kirayə haqqının ödənilməsi və s.” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: e-2(006)-272/2025nömrəli mülki iş üzrə İddiaçının tələbi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" MTK-ya qarşı (LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu üçüncü şəxs qismində cəlb edilməklə) müqavilə öhdəliklərinə əməl edilməsi və mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, -xx.xx.2018-ci il tarixli, 054 saylı Razılaşma müqaviləsinə əsasən “ikinci tərəf” - Cavabdeh MMC-nin “birinci tərəf” - İddiaçı2 qarşısında onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakla bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsinin təmin edilməsi və bununla da, Cavabdeh MMC tərəfindən 170 kv.m olmaqla təmirli qeyri-yaşayış sahəsinin əvəzləşdirmə müqaviləsi bağlanılaraq İddiaçı2 sahibliyinə təhvil verilməsi və həmin qeyriyaşayış sahəsinə onun köçürülməsinin təmin edilməsi, - xx.xx.2018-ci il tarixli, 054 saylı Razılaşma müqaviləsinə əsasən “ikinci tərəf” - Cavabdeh MMC-nin “birinci tərəf” - İddiaçı1 qarşısında onun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakla bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsinin təmin edilməsi və bununla da, Cavabdeh MMC tərəfindən həmin daşınmaz əmlakın əvəzində 226.0 kv.m sahəsi olan 2 ədəd təmirli mənzilin əvəzləşdirmə müqaviləsi bağlanılaraq İddiaçı1 sahibliyinə təhvilverilməsi və həmin qeyri-yaşayış sahəsinə onun köçürülməsinin təmin edilməsi, -Cavabdeh MMC-dən iddianın qaldırılması üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun və hüquqi xidmət haqqı kimi ödənilmiş 320 manat pul vəsaitinin iddiaçılar İddiaçı2 və İddiaçı1 xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə1 iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, - iddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər "xxxx" MTK-ya qarşı müqavilə öhdəliklərinə əməl edilməsi və mənzilin təhvil verilməsi tələbinə dair e-2(006)-3149/2024 saylı mülki iş üzrə Ləğv prosessində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunu maraqlı şəxs kimi deyil, sonuncunu müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi əlavə edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı1 iddia ərizəsinə dəqiqləşmə ilə məhkəməyə müraciət edərək məhkəmədən sonuncu iddia tələbləri ilə yanaşı bu iddia tələblərinin də təmin edilməsi, cavabdeh "xxxx" MTK Şirkətindən tutularaq əldən çıxmış faydaya görə iddiaçıya dəymiş 1.611.900 manat (bir milyon altı yüz on bir min doqquz yüz) məbləğində maddi ziyanının İddiaçı1 xeyirinə ödənilməsi barədə qətnamə, "xxxx" MTK Şirkətinin sədri Mətin Əmiraslanov əməlində olan vəzifə səlahiyyətlərini aşmaq, sənədlərin saxtalaşdırılması, özgənin əmlakını mənimsəmə ilə bağlı barəsində xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı1 iddia ərizəsinə dəqiqləşmə ilə məhkəməyə müraciət edərək məhkəmədən sonuncu iddia tələbləri ilə yanaşı bu iddia tələblərinin də təmin edilməsi, cavabdeh “Azər Tikinti MTK” şirkətindən tutularaq Azadlıq prospekti ev 42 ünvanında (hazırda isə Nəsimi rayon S.Zeynalov 26 ünvanındakı) zirzəmi mərtəbəsində yerləşən (70.7+85) = 155.7 m2 sahənin tikinti altı geri qalan 230 m2 sahəsi üçün ödənilməli olan 1.084.690 manat məbləğində pulun İddiaçı1 xeyrinə ödənilməsi, "xxxx" MTK gələcəkdə xx.xx.2018-ci il tarixli “Razılaşma müqaviləsi” üzrə Azadlıq prospekti ev 42, 1-ci mərtəbədəki 6/7-ci, Azadlıq prospekti ev 40,2-ci mərtəbədəki 18/20 mənzillərin təmiri üçün hər m2-i 700 azn hesabı ilə hesablanıb ümumilikdə 396 m2 görə 277.200 manat pulun cavabdeh “Azər Tikinti MTK” şirkətindən tutularaq, İddiaçı1 xeyrinə ödənilməsi və təmirsiz sözügedən 4 mənzilin təhvil verilməsi, həmçinin Nəsimi Rayon Məhkəməsinin icraatında olan 2(006)-5187/2025 saylı mülki iş və 2(006)-272/2025 saylı mülki iş üzrə ödənilmiş ümumilikdə 2.521,06 manat məbləğində ödənilmiş dövlət rüsumlarının cavabdeh “Azər Tikinti MTK” şirkətindən tutularaq, İddiaçı1 xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı1 iddia ərizəsinə sonuncu dəqiqləşdirilmə ilə məhkəməyə müraciət edərək digər iddia tələbləriylə yanaşı maddi və mənəvi ziyan tələbinə olan sonuncu dəqiqləşməsi də təmin edilməsi, xx.xx.2018-ci il tarixli “Razılaşma” müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixindən hal-hazıradək Azadlıq prospekti ev 42, 1-ci mərtəbədəki 6/7-ci mənzillərin “X49” kimi fəaliyyət göstərərək hər ay gətirdiyi minimum 17.300 AZN gəliri nəzərə alıb 59 ay ərzində dəymiş (59 x 17.300) = 1.020.700 AZN dəymiş ziyanın, Azadlıq prospekti ev 40, 2-ci mərtəbədəki 18/20 mənzillərdəki “Hostelin” hər ay minimum 5.400 AZN gəliri nəzərə alıb 59 ayda itirilmiş (59 ay x 5.400) = 318.600 AZN dəymiş ziyanın, cəmi (1.020.700 + 318.600) = 1.339.300 (bir milyon üç yüz otuz doqquz min üç yüz) AZN məbləğində pulun "xxxx" MTK-dan tutularaq İddiaçı1 1.020.700 AZN, İddiaçı2 318.600 AZN-nin tutularaq ödənilməsi; cavabdeh "xxxx" MMC tərəfindən vurulmuş 272.600 (iki yüz yetmiş iki min altı yüz) AZN məbləğində mənəvi ziyanın cavabdeh "xxxx" MTK-dan tutularaq iddiaçıların xeyirinə ödənilməsi barədə qətnamə qəbul edilməsi; iş üzrə cinayət tərkibli halların araşdırılması üçün materiallar ayrıca Nəsimi rayon prokurorluğuna göndərilməsi barədə xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı2, İddiaçı1 (birinci tərəflər) və Cavabdeh MMC (ikinci tərəf) arasında xx.xx.2018-ci il tarixli, 054 saylı Razılaşma müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən “ikinci tərəf” - Cavabdeh MMC “birinci tərəf” - İddiaçı2 və İddiaçı1 qarşısında onların mülkiyyətlərində olan ünvan 1 və Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti,ev 40, mənzil 18/20 saylımənzillər üzrə aşağıdakı öhdəlikləri üzərlərinə götürmüşlər: a) İddiaçı2 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən daşınmaz əmlakla bağlı 24 ay müddətində söküntü başa çatdıqdan sonra həmin əmlakı sahəsi 170 kv.m olmaqla təmirli qeyriyaşayış sahəsi kimi İddiaçı2 əvəzləşdirmə müqaviləsi bağlayaraq təhvil vermək; b) İddiaçı2 mülkiyyətindəkiəmlakla bağlı hər ay kirayə haqqı olaraq 1800.00 (bir min səkkiz yüz) manat olmaqla, 24 ay müddətin vəsaitini ona 43200.00 (qırx üç min iki yüz) manat birdəfəlik ödəmək; c) İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti,ev 40, mənzil 18, 20 daşınmaz əmlakın əvəzində 226.0 kv.m sahəsi olan 2 ədəd təmirli mənzili İddiaçı1 ilə əvəzləşdirmə müqaviləsi bağlayaraq təhvil vermək; d) İddiaçı1 mülkiyyətindəki əmlakla bağlı hər ay kirayə haqqı olaraq 1200.00 (bir min iki yüz) manat olmaqla, 24 ay müddətində vəsaitini on 28800.00 (iyirmi səkkiz min səkkiz yüz) manatı birdəfəlik ödəmək. Qeyd edilən kirayə haqqı ilə bağlı iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh MTK-ya və X24 qarşı “müqavilə öhdəliklərinə əməl edilməsi və pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-332/2022 saylı Qətnaməsi ilə İddiaçı2 iddiası qismən təmin edilmiş, Cavabdeh MTK-dan Bakı şəhəri, Azadlıq prospekti 42 ünvanında yerləşən 85.0 kv.metr qeyri-yaşayış sahəsinin dəyəri olan 394.342 manat məbləğində pul vəsaitinin tutularaq, İddiaçı2 xeyrinə ödənilməsi, Cavabdeh MTK-dan ödənilməmiş (2021-ci ilin oktyabr-2022-ci ilin may ayı üçün) 14.400 manat məbləğində kirayə haqqı və iddianın qaldırılması üçün ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı2 xeyrinə ödənilməsi, mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı1 iddiasının qismən təmin edilməsi, Cavabdeh MTK-dan (2021-ci ilin oktyabr-2022-ci ilin may ayı üçün) 9600 manat məbləğində kirayə haqqı və iddianın qaldırılması üçün ödənilmiş 150 manat məbləğində dövlət rüsumunun, hüquqi xidmət haqqı kimi ödənilmiş 50 (əlli) manat pul vəsaitinin tutularaq, mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı1 xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli Qətnaməsindən cavabdehlər tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-425/2023 saylı Qətnaməsi ilə cavabdehlər Cavabdeh MTK-nin apellyasiya şikayəti qismən təmin edilmiş və X29 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-332/2022 saylı işi üzrə 1 iyun 2022-ci il tarixli Qətnaməsi qismən –“cavabdeh - Cavabdeh MTK-dan Bakışəhəri, Azadlıq prospekti 42 ünvanında yerləşən 85.0 kv.metr qeyri-yaşayış sahəsinin dəyəri olan 394342 (üç yüz doxsan dörd min üç yüz qırx iki) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı2 xeyrinə ödənilməsi” hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)-3259/2023 saylı Qərarı ilə İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-425/2023 saylı Qətnaməsinin icra olunması məqsədilə Bakı Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixdə icra vərəqəsi verilmişdir. Hal-hazırda, həmin iş Nəsimi rayon İcra şöbəsinin icra məmuru Pərviz Babayevin icraatındadır. Lakin, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-425/2023 saylı Qətnaməsi ilə göstərilmiş borcun ödənişi ilə bağlı Cavabdeh MTK tərəfindən bugünki tarixədək hər-hansı icra hərəkətləri həyata keçirilməmiş və həmin borc məbləği Cavabdeh MTK tərəfindən iddiaçılara ödənilməmişdir. Qeyd edilənlərlə əlaqədar bildirir ki, cavabdeh tərəfindən iddiaçılara ödənməli olan borc məbləği 2021-ci il oktyabr – 2022-ci ilin may ayı üçün nəzərdə tutulmuşdur. Bu səbəbdən, tərəflərindən Cavabdeh MTK-dan 2021-ci ilin oktyabr-2022-ci ilin may ayı üçün ödənilməmiş pul məbləği ilə birgə, həmçinin, 2022-ci il may ayından – hal-hazırki tarixədək, 2024-cü ilin may ayına kimi də ödənməli olan məbləğin Cavabdeh MTK tərəfindən iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə ödənilməsi barədə “müqavilə öhdəliklərinə əməl edilməsi və pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Hal-hazırda həmin e2(006)- 2052/2024 saylı mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında baxılaraq xx.xx.2024-cü il tarixli Qətnamə ilə iddia təmin edilmişdir. Həmçinin, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən 40 nömrəli ev, 18,20 mənzil və Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 42 nömrəli ev, 6/7 saylı mənzil isə "xxxx" Şirkəti ilə "xxxx" ASC arasında bağlanılmış 01 nömrəli, 06 avqust 2009-cu il tarixli, ipoteka müqaviləsinə və 01/2 nömrəli, 30 iyun 2010-cu il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmişdir. Belə ki, "xxxx" Şirkəti ilə "xxxx" ASC arasında bağlanılmış 01SF nömrəli, 06 avqust 2009-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" Şirkətinə “soyuducu anbar kompleksinin tikintisi” məqsədilə 60 ay müddətinə, illik 7% hesablanmaqla 2 000 000 manat məbləğində kredit verilmişdir. 01 nömrəli, 06 avqust 2009-cu il tarixli ipoteka müqaviləsinə əsasən İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 40 nömrəli, 2 mərtəbəli binada yerləşən, ümumi sahəsi 169,50 kv.m, yaşayış sahəsi 123 kv.m. olan 7 otaqlı 18,20 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. 01/2 nömrəli, 30 iyun 2010-cu il tarixli ipoteka müqaviləsinə əsasən İddiaçı2 mülkiyyətində olan, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 42 nömrəli yaşayış binasında yerləşən, ümumi sahəsi 145,3 kv.m., yardımçı sahəsi 47,3 kv.m., yaşayış sahəsi 98,0 kv.m. olan 6 otaqlı, 6/7 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. 01/3 nömrəli, 25 iyun 2010-cu il tarixli ipoteka müqaviləsinə əsasən İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi 12 nömrəli yaşayış binasında yerləşən, ümumi sahəsi 74,65 kv.m., yaşayış sahəsi 53,85 kv.m. olan, 2 otaqlı, 30 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Hal-hazırda tələbkar Ləğv prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-57/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədi üzrə icra üsulunun və qaydasının dəyişdirilərək, icra sənədi üzrə tutmanın ipotekaya qoyulmuş İddiaçı1 məxsus Bakı şəhəri, Nəsimi rayonu,Azadlıq prospektində yerləşən 40 nömrəlievin, 18,20 nömrəli mənzili və İddiaçı2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 42 nömrəli evin, 6/7 saylı mənzilin söküntüsü zamanı mülkiyyətçilərə kompensasiya olaraq, Cavabdeh MMC və tərəflər arasında bağlanmış 054 saylı, 21 dekabr 2018-ci il tarixli razılaşma müqaviləsinə əsasən İddiaçı2 məxsus 170 kv.m olmaqla təmirli qeyri-yaşayış sahəsi və İddiaçı1 verilmiş 226 kv.m sahəsi olan 2 ədəd təmirli mənzillərə yönəldilməsi yolu ilə icra edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Həmin 8(006)-63/2024 saylı iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında baxılmış və xx.xx.2024-cü il tarixli, 8(006)-63/2024 saylı Qərardad ilə tələbkarın ərizəsinin rədd edilməsi qərara alınmışdır. Belə ki, tələbkar Ləğv prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəməyə ərizə verərkən Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli cavab məktubuna və Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli cavab məktubuna əsaslanaraq məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 86 saylı Qərarına uyğun olaraq Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən 40, 42 saylı yaşayış binalarının söküntüsü Cavabdeh MMC tərəfindən aparılmışdır. Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, İddiaçı1 məxsus Bakı şəhəri, Nəsimi rayonu,Azadlıq prospektində yerləşən 40 nömrəli evin, 18,20 saylı mənzili və İddiaçı2 məxsus Nəsimi rayonu, Azadlıq prospekti, 42 nömrəli evin, 6/7 saylı mənzilin söküntüsü zamanı mülkiyyətçilərə kompensasiya olaraq tərəflər arasında bağlanmış 054 saylı, xx.xx.2018-ci il tarixli Razılaşma müqaviləsinə əsasən tərəflərindən İddiaçı2 məxsus 170 kv.m olmaqla təmirli qeyri-yaşayış sahəsi və İddiaçı1 isə 226 kv.m sahəsi olan 2 ədəd təmirli mənzil verilmişdir. Lakin Cavabdeh MMC tərəfindən təqdim edilən xx.xx.2023-cü il tarixli məktubda qeyd edilənlər tamamilə yalan məlumatlardır və həqiqəti əks etdirmir. Ümumiyyətlə, Cavabdeh MMC tərəfindən İddiaçı1 və İddiaçı2 bugünə kimi əvəzləşdirərək heç bir mənzil təhvil verilməmişdir. Bu səbəbdən, xx.xx.2024-cü il tarixli pretenziya ilə Cavabdeh MMC-yə pretenziya ilə müraciət etmişlər. Lakin, göndərilmiş pretenziya Cavabdeh MMC tərəfindən qəbul edilməmiş, imtina edilmişdir. Bununla da, məhkəməyə müraciət etməklərinə zərurət yaranmışdır. Belə ki, şəhərsalma prinsiplərinə cavab verməyən yaşayış evlərindəki mənzillərdə yaşayan sakinlərin köçürülməsi, köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni tam təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından asılı olaraq müvafiq kirayə haqqlarının verilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. Cavabdeh MMC xx.xx.2016-cı il tarixdə ********** nömrə ilə dövlət qeydiyyatına alınmış "xxxx" MMC-nin qoşulması ilə yenidən təşkil edilmişdir və axırıncının hüquqi varisidir. xx.xx.2022-ci il tarixdə isə Cavabdeh MMC Cavabdeh Mənzil Tikinti Kooperativinə çevirilmiş,Cavabdeh MTK Cavabdeh MMC-nin hüquqi varisidir. Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən 40, 42 saylı yaşayış binalarının söküntüsü Cavabdeh MMC tərəfindən aparılmışdır. İddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizənin əsaslandırıldığı hallar: (2-ci cild səh.113) xx.xx.2018-ci il tarixində mülkiyyətçilərə Azər Tikinti MTK şirkəti 24 aylıq kirayə pulunu yəni 72000 manat azn birdəfəlik verməklə xx.xx.2021-ci il tarixinədək 4 mənzilin açarlarını təhvil vermək barədə 370 №-li order vermişdir. Lakin Azər Tikinti MTK Şirkəti müqavilə öhdəliyini qəsdən, onlara məxsus mülklərin Azadlıq prospektinə baxdığına, həmin ərazidə yola – Azadlıq Prospektinə baxan yaşayış və qeyri-yaşayışların daha baha qiymətə (10.000 azn 17 000 azn ) olduğundan, hətta Azadlıq Prospekti ərazisində ilk söküntü və tikinti işlərinin əvvəlcə başlamasına baxmayaraq, əvvəlcə ondan arxa tərəfdən ən sonra inşasına başladığı binaları hətta 2021-ci ildən tez tikib istifadəyə vermişlər, Azadlıq Prospektinə baxan ərazidə həmin tikintini ləngidərək, mülkiyyətçilərin əlacsız qalmaqlarından sui-istifadə edərək, onları dolayı yollarla Azadlıq prospektindəki mülklərini deyil, həmin ərazinin arxasında M.Qaşqay və M.Rəfili küçələrinə baxan passiv sahələrdən mülkləri verməyə cəhd edərək, Azadlıq Prospektinə baxan mülkləri isə sonra tikib daha baha qiymətə satmağa nail olmuşlar. Lakin tikinti 2021-ci ilin Yanvar ayının sonunadək müqavilənin şərtinə görə təhvil verilmədiyindən, razılaşmaya görə onlardan tikinti təhvil verilənə qədər mülkiyyətçilərin icarə haqlarının ödənilməsi tələb edilmiş, "xxxx" MTK şirkəti isə mülkiyyətçilərin mülklərinin girovda olmasını bəhanə gətirərək icarə haqqını verməkdən imtina etmişlər. “Azər Tikinti MTK” şirkətinin bu əməlindən əlacsız qalıb Nəsimi rayon məhkəməsinə şikayət verilmişdir. xx.xx.2022-ci il tarixdə Nəsimi rayonu Məhkəməsi işə ədalətli baxaraq, iş №2(006)- 332/2022 saylı qətnamə ilə mülkiyyətçilər Məmmədhəsənovların 2021-ci ilin oktyabr ayından 2022-ci ilin may ayına olan icarə haqlarının cavabdeh "xxxx" MTK şirkətindən məcburi tutularaq mülkiyyətçilərə verilməsi barədə qətnamə çıxarmış, həmin qətnamə tam hüquqi qüvvəsini almış, mülkiyyətçilərin icarə haqları məhkəmənin gücü ilə mülkiyyətçilərə çatdırılmışdır. xx.xx.2021-ci il tarixində “Azər Tikinti MTK” şirkətinin sədri Mətin Əmiraslanov yenə də əvvəlki qayda üzrə mülkiyyətçiləri bezdirmək niyyəti ilə qeyri-səmimilik nümayiş etdirərək 2022ci il iyun ayından 2024-cü ilin mart ayı üçün icarə haqlarını ödənilmədiyindən mülkiyyətçilər yenidən icarə haqlarının ödənilməsi ilə bağlı əlacsız qalıb “Azər Tikinti MTK” şirkətini Nəsimi rayon Məhkəməsinə vermişdir. Nəsimi rayon Məhkəməsi də işə ədalətli baxaraq xx.xx.2024-cü il tarixli icra vərəqəsi ilə Azər Tikinti MTK şirkətindən 2022-ci ilin iyun ayından 2024-cü ilin mart ayınadək mülkiyyətçilərə verilməyən 66000 azn məbləğində kirayə pulunu məcburi qaydada mülkiyyətçilərə ödətmişdir (Bu barədə qətnamə və icra vərəqələri iş materiallarında vardır). Azər Tikinti MTK” şirkətinin sədri Mətin Əmiraslanov aidiyyatı qurumları, hətta belə məhkəmənin özünə də 19 sentyabr 2023-cü ildə rəsmi məktubla guya mülkiyyətçilərə xx.xx.2010-cu il tarixli, hətta bizə məlum olmayan 54 saylı müqavilə ilə 4 təmirli mənzilin açarlarının mülkiyyətçilərə verilməsi ilə bağlı saxta məktub vermişdir (Mətin Əmiraslanovun məhkəməyə və digər orqanlara onun imzası ilə yazılmış saxta məktub 1 vərəqə əlavə edilir). xx.xx.2024-cü il tarixində “Azər Tikinti MTK” şirkətinin sədri Mətin Əmiraslanov məhkəmələrdə uduzduğunu görüb mülkiyyətçilərini mülklərini dolayı yollarla ələ keçirmək, onlara ödəniləcək icarə haqqını ödəməmək məqsədi ilə qeyri-səmimilik edərək 05 fevral 2024cü il, 25 noyabr 2024-cü il tarixlərində mülkiyyətçilərə heç bir hüquqi əsasları olmadan “Öhdəliyin icrasına dair pretenziya” yazaraq mülkiyyətçilərin “Razılaşma müqavilələrinin ləğv edilməsi öhdəliyə xitam verilməsi “ ilə bağlı Nəsimi rayon Məhkəməsinə yenidən iddia ərizəsi ilə müraciət etmişdir. Nəsimi rayon Məhkəməsi Mətin Əmiraslanovun Razılaşma müqaviləsinin ləğv edilməsinə, öhdəliyə xitam verilməsi ilə bağlı yazdığı xx.xx.2024-cü il tarixli iddia ərizəsini ədalət prinsipləri çərçivəsində hakim Ramin Adilxan oğlu Xəlilovun sədrliyi ilə baxılaraq iş №2(006)-178/2024 saylı qətnamə ilə rədd edərək iddiaçının əməlləri ifşa edilmişdir. Həmin qətnamədən Mətin Əmiraslanov Bakı Apelliyasıya Məhkəməsinə şikayət etmiş, Bakı Apelliyasiya Məhkəməsi işi hüquqi müstəvidə ədalətli araşdıraraq, Mətin Əmiraslanovun iddiasını rədd edərək hakim Cəmilə Musayevanın sədrliyi ilə keçirilən məhkəmənin yekun nəticəsi tam hüquqi qüvvəsini alaraq onların bu iddiası da ifşa edilərək rədd edilmişdir. xx.xx.2024-cü il tarixində hər dəfə məhkəmələrdə uduzduğunu görə "xxxx" MTK şirkətinin sədri Mətin Əmiraslanovun imzası ilə yeni bir adla, yeni iddia ilə Nəsimi rayon məhkəməsinə verilmişdir. İşə baxan hakim Həbibə Miriyeva həmin işlə bağlı "xxxx" MTK şirkətinə yeni №2(006)-3149/2024 saylı iş üzrə sorğu göndərmiş, həmin sorğuya cavab olaraq Mətin Əmiraslanov yenə də qeyri-səmimilik nümayiş etdirərək Məhkəməyə doğru olmayan məktubla hakimin sorğusuna cavab olaraq bildirmişdir ki, guya İddiaçı1 xx.xx.2018-ci il tarixli Razılaşma müqaviləsinə əsasən guya 226kv.m sahəsi olan 2 ədəd təmirli mənzil verilməsini və mülkiyyəçi İddiaçı2 sözügedən razılaşma müqaviləsinə əsasən Azadlıq prospekti, 42 nömrəli evin kompensasiyası olaraq guya 170 kv.m olmaqla, təmirli qeyri-yaşayış sahəsi verilmişdir və bu barədə məhkəməyə saxta rəsmi məktub vermişdir xx.xx.2024-cü il tarixində Nəsimi rayon Məhkəməsində hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi ilə keçirilən məhkəmə iclasında mülkiyyətçilər bildirdilər ki, "xxxx" MTK tərəfindən onlara heç bir mənzil təhvil verilməmişdir. Əgər verilibsə, onun müvafiq sənədləri məhkəməyə təqdim edilsin və s. “Azər Tikinti MTK” şirkətinin nümayəndəsi isə mənzillərin təhvil verildiyini yenə də yalan söyləyərək, hətta verilmiş təmirli mənzillərə yerində belə baxış keçirilməsini bildirmişdir. Məhkəmənin qərarı ilə keçirilmiş yerli baxış zamanı isə məlum olmuşdur ki, mənzillər təmir edilməmiş, mülkiyyətçilərin adına deyilən həmin mənzillər, əslində, başqa şəxslərə satılmışdır. Məhkəmə xx.xx.2024-cü il tarixində, e-2(006)-3149/2024 saylı Qərardadla iş üzrə məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizaları təyin etmişdir. xx.xx.2024-cü il tarixində Ədliyyə Nazirliyinin Məhkəmə X19 X6 mənzillərdə cavabdehin nümayəndəsi X30 və "xxxx" MTK şirkətinin satış müdiri Anar Məmmədov baxış zamanı iştirak edərək,məhkəmənin qoyduğu suallar üzrə Azadlıq prospekti 42 ünvanında yerləşən İddiaçı2 məxsus 6/7-ci mənzillərin Razılaşma müqaviləsində göstərilən şərtlərlə deyil, həmin mənzillərin altında yerləşən İddiaçı2 Məmmədəli qızının mülkiyyətində olan qeyriyaşayış sahəsi olduğu qeyri-yaşayış sahəsini göstərmişlər. Bu barədə iddiaçı tərəf və onun vəkilindən dəfələrlə cavabdehdən İddiaçı2 Məmmədəli qızına məxsus 170 kv.m 6/7 ci mənzillərin sahənin qapısının açılaraq ekspertə təqdim edilməsini və məhkəmənin qoyduğu suallar üzrə tədqiqat aparılmasını tələb etsələr də, cavabdeh tərəf belə bir yer olmadığını, 170 kv.m sözügedən mübahisə predmeti olan 170 kv.m sahəsi olan həmin mənzillərin altında yerləşən qeyri-yaşayış sahəsinin olduğunu göstərmişlər. (Bu barədə ekspertlə birgə tərəflərin təsdiq etdiyi akt əlavə edilir 1 vərəqə). Əlavə olaraq "xxxx" MTK Şirkətinin sədri Mətin Əmiraslanov 19 sentyabr 2023-cü il tarixində məhkəməyə məktubla bildirir ki, 170 kv.m 6/7ci mənzillər İddiaçı2 Məmmədəli qızına məxsus qeyri-yaşayış sahəsinin ona tam təmirli mənzil formasında verildiyini göstərmişdir. Ekspert rəyin tədqiqat hissəsindən də açıq-aydın görünür ki, "xxxx" MTK Şirkəti tərəfindən İddiaçı2 Məmmədəli qızına verilməsi nəzərdə tutulan ünvan 27, 4cü blok, 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinin texniki göstəriciləri və konstruktiv elementləri (əmlakın yerləşdiyi yer, baxış bucağı, qarşı tərəfin görüntüsü və s. hallar nəzərə alınmaqla), şirkətə təhvil verilməzdən əvvəl ünvan 6 ünvanında yerləşmiş və İddiaçı2 Məmmədəli qızının mülkiyyətində olmuş qeyri-yaşayış sahəsi ilə eynilik təşkil etmədiyi müəyyən edilmişdir. xx.xx.2018-ci il tarixli 370 saylı məxaric orderinə əsasən sözügedən mənzillərin yəni 4 mənzilin açarı xx.xx.2001-ci il tarixinədək "xxxx" MTK Şirkəti tərəfindən mülkiyyətçilərə təhvil verilməsi öhdəliyi götürülmüşdür. Lakin bu günədək həmin mənzillərin heç biri əsası olmayan iddialarla, müxtəlif bəhanələrlə mülkiyyətçilərə təqdim edilməmişdir. Hətta vəziyyət o yerə çatmışdır ki, "xxxx" MTK Şirkəti həmin Razılaşma müqavilələrinin ləğvi ilə bağlı Nəsimi rayonu məhkəməsinin qarşısında iddia qaldırmış, məhkəmə işi kökündən araşdıraraq "xxxx" MTK şirkətinin iddiasını rədd etmiş və həmin qətnamə tam hüquqi qüvvəsini almışdır. "xxxx" MMC hətta icarə haqlarının da verilməsindən yayınaraq hər dəfə məhkəmə vasitəsi ilə həmin mənzillərin icarə haqqının hər dəfə çox çətinliklə almışdır. Beləliklə, yuxarıda göstərilənlərin "xxxx" MTK Şirkətinin sədri Mətin Əmiraslanov əməlində olan vəzifə səlahiyyətlərini aşmaq, sənədlərin saxtalaşdırılması, özgənin əmlakını mənimsəmə ilə bağlı barəsində xüsusi qərardad çıxarılaraq işin prokrorluğa göndərilməsi, eyni zamanda mülkiyyətçilərin qarşısında götürdüyü öhdəlikləri icra etməyərək onların mülklərinin özününkiləşdirmək məqsədi ilə vaxtı süni uzadaraq, həmişə məhkəmə proseslərini də uduzaraq, süni müddətin uzadılması ilə bağlı vurduğu əldən çıxmış faydaya görə maddi zərərin aşağıdakı mənzillər üzrə qeyd olunan məbləğlərdə təzminat formasında hesablanıb mülkiyyətçilərə verilməsi zərurəti yaranmışdır:
1. Azadlıq prospekti, 42 mənzil 6/7 ünvanında yerləşən obyekt “Tovuz” Konyak evi ilə icarəyə götürülüb hər ay orta hesabla 75.000-90.000 manat məbləğində satış olurdu ki, həmin satışın hər ay orta hesabla 25-30%-i olmaqla bizim gəlirimiz 18.750 manat məbləğində olurdu, həmin gəliri xx.xx.2021-ci ildən hal-hazıradək, yəni xx.xx.2025-ci il tarixinədək hesablanarsa, əldən çıxmış fayda olaraq 18.750 x 54 ay = 1.012.500 manat məbləğində ziyan dəymişdir.
2. Azadlıq prospekti, 40 ünvanında yerləşən, 7 yaşayış otağından, 2 mətbəx, 2 sanitar qovşağından ibarət olmaqla 18-20 saylı mənzillər Azadlıq prospekti, 40 ünvanına yaxın olan Azərbaycan Dillər və Bakı Slavyan Universitetinin tələbələrinə kirayəyə günü 10 manat, ayı 300 manat olmaqla verilməsi hesablanarsa, həcmindən asılı olaraq 7 otaqda 37 tələbə kirayədə qalaraq hər ay 300 manat kirayə haqqı ödəməsi ilə hər ay orat hesabla 37 x 300 = 11.100 manat gəlir əldə edirdilər.Bu gəlir orat hesabla 11.100 x 54 ay =599.400 manat edir. Beləliklə, hər iki mülkiyyətçiyə "xxxx" MTK Şirkətinin üzərinə götürdüyü öhdəliyin icrası üçün nəzərdə tutulmuş tarixdən sonrakı indiki tarixədək (xx.xx.2025) 1.012.500 + 599.400 = 1.611.900 manat (bir milyon altı yüz on bir min doqquz yüz) məbləğində maddi ziyan dəymişdir. Yuxarıda qeyd olunanlara əsasən, sonuncu iddia tələbləri ilə yanaşı bu iddia tələblərinin də təmin edilməsini xahiş etmişdir.
İddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizənin əsaslandırıldığı hallar: (3-cü cild səh.78) Mülki iş üzrə xx.xx.2024-cü il tarixli, 2(006)-3149/2024 saylı Qərardadla məhkəmə tikintitexniki və əmtəəşünaslıq ekspertizaları təyin etmişdir. Həmin qərardadın icrası üzrə mübahisə predmeti olan mənzillərə baxış keçirilmiş, yekun olaraq 10/3048 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyi tərtib olunmuşdur. Hazırda olunan ekspertiza rəyi və iş üzrə digər hüquqi əhəmiyyətli məsələlərlə bağlı iddia tələbini artırmaq məqsədi ilə iddiaya dəqiqləşmə vermək zərurəti yaranmışdır. Belə ki, Nəsimi Rayon Məhkəməsinin qeyd olunan xx.xx.2024-cü il tarixli, 2(006)- 3149/2024 saylı Qərardadının icrası üzrə 4 ədəd mübahisələndirilən mülkdə 3 dəfə baxış keçirilmişdir. İlk dəfə xx.xx.2025-ci il tarixində keçirilən mülklərə baxışda X35, hakim və onun katibi, Cavabdeh MTK-nın nümayəndəsi X30 və Anar Bayramov iştirak etmişdir. Baxış zamanı məqsədli şəkildə Cavabdeh MTK tərəfindən ekspertə mülkiyyətçi İddiaçı2 iddia etdiyi və xx.xx.2018-ci il tarixli “Razılaşma” müqaviləsində də göstərilən Azadlıq prospekti ev 42-dəki 1-ci mərtəbənin 6/7 mənzilləri (hazırda isə S.Zeynalov ev 26, blok 4,1-ci mərtəbə kimi təqdim edilən) 220 m2 tikinti altı sahəsi, 145.3 m2 ümumi sahəsi, 98 m2 yaşayış sahəsi olan (Reyestr №-si 00***-*******-05101-093003 Texniki Pasportu əlavə edilir) bu mənzillərin yerinə verilməli olan tam təmirli 170 m2 1-ci mərtəbədən qeyri-yaşayış sahəsini təqdim etmək əvəzinə, həmin qeyri-yaşayış sahəsinin altında yerləşən zirzəmi mərtəbəsindəki 2 (iki) “Çıxarış”-dan ibarət, 155.7 m2 sahəsi olan (70.7 m2 + 85 m2) qeyriyaşayış sahəsini göstərilməklə həmin zirzəmi mərtəbəsində təmirsiz olan qeyri-yaşayış sahəsini təqdim etmişdir. Hansı ki, həmin 155.7 m2 zirzəmi mərtəbəsindəki qeyri-yaşayış sahəsindən 70.7 m2-i X24 24 yanvar 2019-cu il tarixli, ******* saylı alqı-satqı müqaviləsi ilə satılmış, sonra yerdə qalan **********820-05101-083002 saylı Texniki Pasporta əsasən, ümumi sahəsi 85 m2, tikinti altı sahəsi 149 m2 olan hissəli zirzəmi mərtəbəsindəki qeyri-yaşayış sahəsi, bu günədək mülkiyyətçi İddiaçı2 sərəncamında olmaqla, Nəsimi rayon MKTB-yə zirzəmi mərtəbəsində qeyri-yaşayış sahəsi kimi istismar haqqı ödənilən 25 m2 , cəmi 85 m2 (149 m2 tikinti altı sahə) + 25 m2 = 174 m2 sahə olmuşdur (Nəsimi rayon MKTB-nin 25 m2 daimi istifadəsi üçün ödəniş qəbzi, xx.xx.2025-ci il tarixli Arayış əlavə edilir). Lakin "xxxx" MTK-nın hüquqşünası Bağırova Ramilə yerində baxış zamanı X24 24 yanvar 2019-cu il tarixli, A/N-1 № ******* saylı alqı-satqı müqaviləsi ilə 70.7 m2 olan zirzəmi mərtəbəsini deyil, guya mülkiyyətçi İddiaçı2 Məmmədəli qızının mülkiyyətində olan Azadlıq prospekti ev 42, 1-ci mərtəbədəki, 6/7 ünvanında ümumi sahəsi 145.3 m2, yaşayış sahəsi 98 m2 olan yerləşən mənzillərdən ibarət sahənin əvəzləşmə zamanı kompensasiya olaraq 170 m2 veriləcək qeyriyaşayış sahəsinin satıldığını bildirmişdir. Bununla da xx.xx.2018-ci il tarixli “Razılaşma” müqaviləsi üzrə verilməli olan Azadlıq prospekti, ev 42, 1-ci mərtəbədəki, 6/7 ünvanındakı yerləşən mənzillərdən ibarət əvəzləşmə zamanı kompensasiya olaraq 170 m2 veriləcək qeyriyaşayış sahəsinin (Sahib Zeynalov 26, blok 4, mərtəbə 1) İddiaçı2 deyil, X24 məxsus olduğunu “əsas” gətirməklə, ekspertə həmin 1-ci mərtəbədəki kompensasiya olaraq veriləcək 170 kv.m olan qeyri-yaşayış sahəsinin qapısını guya başqa mülkiyyətçiyə aid olduğunu bildirərək açmamışdır. Beləliklə, mənzillərə baxış zamanı “Azər-Tikinti MTK” şirkətinin nümayəndələri ekspertə hazırda S.Zeynalov ev 26, blok 4, 1-ci mərtəbə kimi qeyd olunan Nəsimi rayon, Azadlıq prospekti ev 42, 1-ci mərtəbədə yerləşən, mənzil 6/7 əvəzində həmin Azadlıq prospekti ev 42 olan zirzəmi mərtəbəsində 1-ci mmərtəbənin 6/7 mənzillərin tam simmetrik altında yerləşən (85 m2+ 25 m2)= 110 m2olan 2-ci qeyri-yaşayış sahəsini göstərmişlər. Hansı ki, ekspertə göstərilən bu zirzəmi mərtəbəsinin texniki pasportunda 85 m2 əsas sahə, 149 m2 tikinti altı sahə, 25 m2 istismar haqqı ödənilən, cəmi (149 m2+25 m2)=174 m2 olmuşdur. Bunun sübutu kimi, xx.xx.2025-ci il tarixində ekspert Təhmasib Kərimovun Cavabdeh MTK-nın hüquqşünası Bağırova Ramilə, mülkiyyətçilər və onların nümayəndəsi ilə birgə təsdiq etdiyi baxış aktında və xx.xx.2025-ci il tarixli ekspertin rəyinin 7-ci səhifəsində də təsdiq edilərək göstərilmişdir ki, “Azər-Tikinti MTK” şirkətinin təqdim Nəsimi rayon, Azadlıq Prospekti ev 42 zirzəmi mərtəbəsində etdiyi qeyri-yaşayış sahəsi ilə, mülkiyyətçi İddiaçı2 xx.xx.2018-ci il tarixli “Razılaşma müqaviləsinə” əsasən, iddia etdiyi Nəsimi rayon, Azadlıq Prospekti 42-ci evin 1-ci mərtəbəsindəki 6/7 mənzillər üzrə kompensasiya olaraq veriləcək qeyri-yaşayış sahəsinin eyni 42-ci evdəki fərqli mərtəbələrdədir. Belə ki, “AzərTikinti MTK” şirkətinin təqdim etdiyi qeyri-yaşayış sahəsinin Azadlıq prospektindəki yoldan 3,47 m2 aşağı səviyyədə olan, cəmi 106.5 m2 əsas sahəsi olan zirzəmi mərtəbəsindəki qeyri-yaşayış sahəsi olduğunu, mülkiyyətçinin iddia etdiyi qeyri-yaşayış sahəsi isə yolla paralel (Azadlıq prospektindəki) təklif olunan eyni 42-ci evin zirzəmi mərtəbəsindəki 106.5 m2 qeyri-yaşayış sahəsindən bir mərtəbə yuxarı səviyyədə yerləşdiyini təsdiq etmişdir. (ekspertin xx.xx.2025-ci il tarixli baxış aktı, xx.xx.2025-ci il tarixli ekspert rəyinin 7-ci, 8-ci səhifələri). 3- cü sual üzrə iddia edilən 170 m2 olan qeyri-yaşayış sahəsinin Azadlıq prospekti ev 42, 1-ci mərtəbə, Azadlıq prospekti ev 42, yoldan 3.47 kv.m aşağıdakı əsas sahəsi əvvəllər texniki pasporta əsasən 155.7 m2, hazırda isə əsas sahəsi 106.5 m2 olan zirzəmidəki qeyri-yaşayış sahələri, əlbəttə digər hər iki ünvan Azadlıq prospekti ev 42- də yerləşirsə, məlumdur ki, hər binanın 1-ci mərtəbəsinin (42-ci və ya 43-cü, 44-cü ev, və sair) evlərin altındakı zirzəmi mərtəbəsindəki qeyri-yaşayış sahəsi ilə alt-üst və yaxud da üst-üstə düşür, bu başqa cürə də mümkün deyildir. Bəli, əlbəttə 3-cü sual üzrə iş materiallarında olan mübahisəsiz dəlillər və sübutlar bir daha təsdiq edir ki, ünvan 9 ünvanındakı əvvəllər zirzəmi mərtəbəsindəki 155.7 kv.m əsas sahəsi olan qeyri-yaşayış sahəsindən 70.7 kv.m xx.xx.2019-cu il tarixli AN-1 ******* №-li alqı-satqı müqaviləsinə əsasən, X3 sonra qalan 85 kv.m olan sahə və yoldan 3,47 aşağı səviyyədə olan qeyri-yaşayış obyektidir. X24 yoldan 3,47 m aşağıdakı yarımzirzəmidən satılmış 70.7 kv.m sahəsinin Sahib Zeynalov küçəsi 26, blok 4, 1-ci mərtəbədəki 170 kv.m-lik qeyriyaşayışla eynilik təşkil etməsi qeyri-mümkündür (video, şəkillər, çıxarışlar, Texniki Pasport qoşmaya əlavə olunur). Lakin bütün bu qeyd olunanlara baxmayaraq, xx.xx.2025-ci il tarixli, 10/3048 saylı ekspert rəyindən “X26” hissəsinin 7-ci səhifəsinin 6-cı abzasında “Azər-Tikinti MTK” şirkətinin təklif etdiyi qeyri-yaşayış sahəsinin Azadlıq prospekti ev 42 ünvanındakı zirzəmi mərtəbəsində 106.5 kv.m olduğunu və İddiaçı2 təklif olunan obyektin isə həmin zirzəmi mərtəbəsindən 1 mərtəbə yuxarıda Azadlıq prospekti ev 42-nin 1-ci mərtəbədəki 6/7-ci mənzillərin 145,3 m2 ümumi, 98 m2 yaşayış sahəsi olan kompensasiya olaraq veriləcək 170 kv.m əsas sahəsi olan qeyriyaşayış sahəsinin (yəni Sahib Zeynalov ev 26, blok 4, 1-ci mərtəbə) olduğunu bildiyi halda ekspert nəticə hissəsində 9-cu suala cavabında həmin sahəni 1-ci mərtəbə kimi göstərərək faktiki sahəsinin isə 106,5 kv.m olduğunu və bununla da həmin 106,5 kv.m olan zirzəmi mərtəbəsindəki qeyri yaşayış sahəsini 1-ci mərtəbədə yerləşən S.Zeynalov küçəsi 26, 4-cü blok, 1-ci mərtəbə (Azadlıq prospekti ev 42 mənzil 6/7, 1-ci mərtəbədəki 170 kv.m) kimi göstərmişdir. Göründüyü kimi, rəyin 9-cu sual, 3 sual və 1-ci sualların cavablarına münasibətdə tədqiqat hissəsi ilə nəticə hissəsi kəskin ziddiyyət təşkil edir. Bu da kənar təsirlər nəticəsində ekpertizanın tamam və hərtərəfli, obyektiv aparılmamasının sübutudur. Həmçinin onu da qeyd edir ki, 10/3048 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyində də qeyd olunaraq göstərilmişdir ki, baxış keçirilən əmlaklar tam təmirsiz vəziyyətdədir və mənzillərdən biri Azadlıq prospektinə, digəri isə həyətə baxır. Halbuki, xx.xx.2018-ci il tarixli “Razılaşma” müqaviləsində qeyd olunan mənzillər "xxxx" MTK-ya Azadlıq prospektinə baxan vəziyyətdə təhvil verilmişdir və "xxxx" MTK isə öz növbəsində həmin mənzilləri tam təmirli vəziyyətdə mülkiyyətçilərə təhvil vermək öhdəliyi götürmüşdür. Digər tərəfdən diqqətiə çatdırmaq istərdi ki, Cavabdeh MTK X29 ilə birləşərək xx.xx.2019cu il tarixli saxta, notariusun qeydiyyatından keçməyən müqavilə ilə ünvan 10 ünvanında zirzəmi mərtəbəsindəki 85 m2 ümumi, tikinti altı sahəsi 149 m2 olan qeyri-yaşayış sahəsi və 25 m2 istifadə üçün olan sahə cəmi 174 m2 qeyri-yaşayış sahəsini mülkiyyətçisi İddiaçı2 ilə heç bir əvəzləşmə və ya heç bir alqı-satqı müqaviləsi bağlamayaraq, yəni mülkiyyətçinin xəbəri olmadan öz başlarına onun hüquqlarını pozaraq əmlakını sökmüşdürlər. Tərəflərindən bu cinayət əməlindən polis idarəsinə şikayət verilmişdir. Həmin cinayət işi üzrə 13 oktyabr 2025-ci il tarixində ən nəhayət aparılan uzunmüddətli tədqiqatdan sonra Nəsimi rayon Polis İdarəsində cinayət əməlinin dəqiqləşdirilməsi məqsədi ilə Nəsimi rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi “963 saylı” qərarı ilə tikinti-texniki və əmtəəşünaslıq qiymətləndirmə tədqiqatına dair ekspertiza təyin edilmişdir. “X17” MMC-nin xx.xx.2025-ci il tarixli, ETM-115/TQ/25 saylı Rəyinin nəticə hissəsindən bir daha açıq-aydın şəkildə həmin zirzəmidəki 70.7 m2 (151.7 m2 tikinti altı), 85 m2 (149 m2) tikinti altı cəmi 300.7 m2 tikinti altı sahələrinin olduğunu müəyyən etmişdir (xx.xx.2025-ci il tarixli, ETM-115/TQ/25 saylı Rəyi qoşmaya əlavə edilir). Həmin istintaq gedişi zamanı Azadlıq prospekti ev 42 ünvanında (hazırda isə Nəsimi rayon S.Zeynalov 26 ünvanındakı) zirzəmi mərtəbəsində yerləşən (70.7+85) = 155.7 m2 sahənin tikinti altı sahəsinin 300.7 m2 olduğunun, bundan isə 70.7 kv.m-nin X24 328.000 manata satıldığını, yerdə qalan (300.7 m2 – 70.7 m2) = 230 m2 ümumi sahəyə isə heç bir mülkiyyət hüquqlarının olmadığı aşkar edilməklə, xx.xx.2025-ci il tarixli, ETM-115/TQ/25 saylı Rəyinə əsasən həmin qeyri-yaşayış sahəsinin zirzəmi mərtəbəsində 1 m2-in dəyərinin 9303 azn olduğu müəyyən edilmiş, bununla da 230 m2 x 9303 azn=2 139 690 azn olduğu təsdiq olunmuşdur. Məlumdur ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”-nın 5.1-ci bəndinə əsasən, “Binanın ümumi sahəsi bütün mərtəbələrin (texniki mərtəbə də daxil edilməklə yerüstü, kürsü və zirzəmi) bayır divarların (və ya bayır divarları olmayan kənar sütunların oxları), tunellərin, daxili meydançaların, antresolların, daxili etajerlərin bütün yaruslarının, rampaların, qalereyaların (üfüqi proyeksiyası) və başqa binaya keçidlərin divarlarının daxili səthləri hüdudlarında ölçülmüş sahələrinin cəmi kimi müəyyən edilir”. Bununla da, cavabdeh əsassız iddialarının bu günədək heç birinin baş tutmadığını görərək xx.xx.2025-ci il tarixində "xxxx" MTK-nın nümayəndəsi X38 prospekti ev 42 ünvanında (hazırda isə Nəsimi rayon S.Zeynalov 26 ünvanındakı) zirzəmi mərtəbəsində yerləşən sahədən qalan (300.7 m2 – 70.7 m2) = 230 m2 ümumi sahəyə görə 1.055.000 manat (bir milyon əlli beş min manat) məbləğində vəsaiti təhvil-təslim aktı ilə X27 adından mülkiyyətçilərə bir hissəsini vermişdir (etibarnamə, təhvil-təslim aktı qoşmaya əlavə edilir). "xxxx" MTK-nın nümayəndəsi zirzəmi üçün ödəyəcəyi məbləğdən yəni 2.139.690 – 1.055.000 = 1.084.694 manat qalan borcu isə qısa müddətdə ödəniləcəyini, Nəsimi rayon Azadlıq prospekti ev 42, 1-ci mərtəbədəki 6/7-ci mənzillərin, (hazırda isə S.Zeynalov ev 26, blok 4, 1-ci mərtəbə) Azadlıq prospekti ev 40 ünvanındakı 2-ci mərtəbədə yerləşən 18/20-ci mənzillərin, yəni cəmi 4 mənzilin tam təmirli formada açarlarının mülkiyyətçilərə verilməsini, həmçinin 054 saylı müqaviləni hazırlayıb razılaşdıqları qaydada mülkiyyətçilərə təqdim edəcəyini bildirməklə, bunun müqavilində mülkiyyətçilərə təqdim edəcəyi 54 saylı müqavilə üzrə Azadlıq prospekti, ev 42, 1-ci mərtəbədəki, 6/7 ünvanındakı yerləşən mənzillərdən ibarət 170 m2 olan qeyri-yaşayış sahəsi (Sahib Zeynalov 26, blok 4, mərtəbə 1) barədə heç bir iddialarının olmadığını, bundan sonra da 10 aylıq icarə haqqından imtina etməklərini xahiş etmişdir. Mülkiyyətçilər cavabdeh “Azər-Tikinti MTK” şirkətinin nümayəndəsi Ramilə Bağırovanın vədinə inanaraq, xx.xx.2025-ci il tarixində icarə haqqının ödənilməsi tələbi ilə Nəsimi rayon Məhkəməsinə yazdıqları iddia ərizəsini, icarə haqqı ilə bağlı iddianı müvəqqəti geri qaytarıb, “Azər-Tikinti MTK” şirkətinin nümayəndəsi Ramilə Bağırovanın dediyi məzmunda xx.xx.2025-ci il tarixində ayrı-ayrı ərizələr tərtib edərək, xx.xx.2025-ci il tarixində Bakı şəhəri 54 saylı notariusda notarial qaydada təsdiq də etmişdilər (yazılı ərizələr və notarial təsdiqləri qoşmaya əlavə edilir). Lakin Azadlıq prospekti ev 42 ünvanındakı zirzəmi mərtəbəsi qeyri yaşayış üçün “Azər-Tikinti MTK” şirkətinin nümayəndəsi Ramilə Bağırovanın mülkiyyətçilərə təhvil-təslim aktı ilə ödədiyi 1 055 000 manat məbləğindən sonra ödənilməmiş qalan 1 084 697 manat məbləğində vəsait, eləcə də mübahisələndirilən 4 mənzillərin təhvil verilməsi ilə bağlı ona çoxsaylı telefon zəngləri etsələr də, zənglərini qəbul etməmiş, cavab verməmişdir. Həmçinin onlara məlum olmuşdur ki, ərizələrində istinad etdikləri kimi 054 nömrəsi ilə qeydə alınmış, xx.xx.2018-ci il tarixli Razılaşma müqaviləsi və onun 1.1.2-ci bəndi ümumiyyətlə mövcud olmamışdır. Həmin xx.xx.2018-ci il tarixli Razılaşma müqaviləsi notariusda 054 nömrəsi ilə qeydiyyata alınmamışdır və onun 1.1.2-ci bəndi də mövcud olmamışdır. Məhkəmə də sorğu verərək müəyyən edə bilər ki, ümumiyyətlə belə bir müqavilə notariusda yoxdur, görünür ki, 054 nömrəsi Cavabdeh MTK-nın nümayəndəsi Ramilə Bağırova tərəfindən məqsədli şəkildə, qanunsuz olaraq sonradan əllə yazılmışdır, məhkəməni və mülkiyyətçiləri yanıltmaq üçün sübut qismində təqdim olunmuşdur. Lakin məlumdur ki, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimata əsasən, “müqavilələrin notarial təsdiqi elektron formada həyata keçirilir və əllə yazı tətbiq olunmur”. Beləliklə, yekunda xx.xx.2025-ci il tarixində X31 notariusda verdikləri ərizədə mülkiyyətçi İddiaçı1 adının əvəzində onlara məlum olmayan X22 mülkiyyətçi kimi yazıldığı, “054 saylı” yeni müqavilənin və onun 1.1.2 bəndinin ümumiyyətlə mövcud olmaması, boş vədlərlə mülkiyyətçiləri aldatması səbəbilə xx.xx.2025-ci il tarixində Bakı şəhəri 54 saylı notariat kontorunun məktubların qəbulu kitabında 172 saylı daxil olma qeydi ilə xx.xx.2025-ci il tarixində verdikləri ərizəni ləğv etdilər. (54 saylı notariusun məktubların qəbulu kitabında 172 saylı sırada qeydə alınmış etiraz ərizəsi qoşmaya əlavə edilir). Daha sonra “Azər-Tikinti MTK” şirkətinin sədri Mətin Əmiraslanov və nümayəndəsi X20 bu cür hərəkətlərindən sonra sözügedən 4 ədəd mənzillərinin aylarla icarə haqlarının cavabdeh "xxxx" MTK-dan tutularaq mülkiyyətçilərə ödənilməsi ilə bağlı xx.xx.2025-ci il tarixili iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə təkrar müraciət edilmişdir. Tərəflərindən verilmiş, cavabdeh “Azər-Tikinti MTK” şirkətinin mövcud olan bank hesablarına iddia həcmində həbs qoyulması tələbinə dair ərizəyə baxılaraq, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 16(006)-489/2025 saylı Qərardadı ilə ödənilməyən kirayə haqqının "xxxx" MTK-dan mülkiyyətçilərə ödənilməsi ilə bağlı mübahisənin məhkəmədə həllinədək “AzərTikinti MTK” şirkətinin (VÖEN: **********) mövcud olan bank hesablarına 47 076 manat məbləğində icarə haqqının ödənilməsi ilə bağlı müvəqqəti təminat tədbiri kimi həbs qoyulmuşdur (Qərardad qoşmaya əlavə edilir). Daha sonra tərəflər arasında məhkəmədən kənar əldə edilmiş Razılıq əsasında “Azər- Tikinti MTK” şirkəti söz verib tərtib edəcəyi 054 saylı müqavilənin 1.1.2 maddəsi üzrə guya hər iki tərəf üçün əlverişli şərtləri, söz verdiyi öz öhdəliyini yerinə yetirmək vədləri ilə mülkiyyətçiləri aldadaraq yazdırdığı xx.xx.2025-ci il tarixli ərizələri “əsas” tutaraq məhkəməyə həbs qoyulması barədə Qərardaddan şikayət ərizəsi vermiş, nəticədə xx.xx.2025-ci il tarixli Qərardadla xx.xx.2025-ci il tarixli e-16(006)-489/2025 saylı MTT-ilə bağlı Qərardad ləğv edilmişdir. Ardınca tərəflərindən verilmiş ərizə və mötəbər sübutlar nəzərə alınaraq, hakim Vüsalə xanım Musayevanın sədrliyi ilə qəbul olunmuş xx.xx.2025-ci il tarixli ədadlətli Qərardada əsasən, mübahisənin məhkəmədə həllinədək “AzərTikinti MTK” şirkəti mövcud olan müvafiq bank hesablarına 51.000 manat məbləği həcmində təkrar həbs qoyulmuşdur. Yuxarıda qeyd olunan faktiki hallardan görünür ki, hazırki mülki iş üzrə məhkəmənin qərardadı ilə aparılmış Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/3048 saylı rəyi və Nəsimi rayon Polis idarəsinin İstintaq şöbəsinin 963 saylı Qərarı ilə keçirilən X12 16 Oktyabr 2025-ci il il tarixli ETM-115/TQ/25 №-li “Tikinti-Texniki və əmtəəşünaslıq-qiymətləndirmə” tədqiqatına dair Rəyinin nəticələri məhkəmə baxışı gedişində aşkar edilmişdir. Bu fakt da öz növbəsində iddia həcminin artırılması üçün əsas hesab olunmalıdır. Qeyd edir ki, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/3048 saylı rəyinin 1 m2-in dəyərinin nə qədər olması ilə bağlı qoyulmuş sonuncu suallara cavabında bildirilmişdir ki, qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən, yəni Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2012-ci il 29 noyabr tarixi 24-N nömrəli Qərarı ilə təsdiq edilmiş "Məhkəmə ekspertizası mərkəzində məhkəmə eksperti ixtisasının verilmesi haqqında Əsasnamə"yə 1 nömrəli əlavəyə əsasən, müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir. Bu cavabı nəzərə alaraq, müstəqil şəkildə qiymətləndirmə fəaliyyəti ilə məşğul olan “X17” MMC-nin qeyri-yaşayış sahəsinin zirzəmi mərtəbəsində 1 m2-in dəyərinin 9303 azn olduğu müəyyən edən xx.xx.2025-ci il tarixli, ETM-115/TQ/25 saylı Rəyinin hazırki iş üzrə sübut qismində qiymətləndirilməsi kifayət qədər əsaslıdır. Bundan əlavə ekspert həmin Azadlıq prospekti ev 42 ünvanındakı 1-ci mərtəbədə yerləşən 6/7-ci mənzillərin əsas sahəsinin 1 m2 -nin təmiri üçün 700 azn olduğunu da müəyyən etmişdir. Beləliklə, yuxarıda şərh edildiyi kimi "xxxx" MTK nümayəndəsi iddialarının heç birinin baş tutmadığını, eləcə də polis idarəsindəki istintaqın gedişi zamanı aparılmış ekspertiza zamanı qiymətləndirmə ilə bağlı ortaya çıxan faktlar və tikinti-texniki tədqiqat zamanı mülklərin tikinti altı sahələrinin, ümumi və əsas sahələrindəki kəskin fərqlərin aşkar edilməsi, nəticədə işin gedişi zamanı, "xxxx" MTK-nın etibarnaməsi ilə xx.xx.2025-ci il tarixində istintaqı gedən 85 kv.m əsas, 149 kv.m zirzəmi mərtəbəsindəki qeyriyaşayış sahəsinin və ondan əvvəl 70.7 kv.m əsas, 151.7 kv.m tikinti altı zirzəmi mərtəbəsindəki qeyri-yaşayış sahəsinin 70.7 kv.m-nin "xxxx" MTK -nın nümayəndəsi X2, yerdə qalan (151.7-70.7)= 81 kv.m tikinti altı sahə ilə 149 kv.m (85 kv.m), cəmi (81 kv.m + 149 kv.m) = 230 kv.m sahənin hər kv.m-nin həmin ərazidə 1kv.m-nin dəyərinin 9303 manat olduğunu müəyyən edərək zirzəmi mərtəbəsindəki (230 kv.m x 9303 manat)= 2 139 690 manat olduğu sübuta yetirilmiş, həmin 2 139 690 manat məbləğindən 1 055 000 manat məbləği "xxxx" MTK-nın nümayəndəsi Bağırova Ramilə zirzəmi mərtəbəsində yerləşən qeyri yaşayış sahəsi üçün təhvil təslim aktı ilə təhvil vermişdir. Hazırda isə zirzəmi mərtəbəsindəki ümumi məbləğdən 2.139 690 – 1.055 000 azn = 1.084.690 azn məbləğ bu günədək verilməmişdir. Həmçinin hazırda icraatda olan iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MTK-ya qarşı “müqavilə öhdəliklərinə əməl edilməsi və mənzilin təhvil verilməsi” tələbinə dair 2(006)- 272/2025 saylı mülki iş ilə iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh MMC-yə qarşı kirayə müqaviləsi üzrə mübahisələr tələbinə dair 2(006)-5187/2025 saylı mülki iş (əvvəl hakim Nail Abbasov, hazırda hakim Günay Abidova) bir icraatda birləşdirilmişdir. Hazırki vəziyyətdə həmin iki iş üzrə ödənilmiş dövlət rüsumlarının cavabdehdən tutularaq, iddiaçılara ödənilməsi zərurəti yaranmışdır. Belə ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh MMC-yə qarşı kirayə müqaviləsi üzrə mübahisələr tələbinə dair 2(006)-5187/2025 saylı mülki iş üzrə Cavabdeh MTK-dan tutularaq 2024-cü ilin aprel ayından 2025-ci ilin sentyabr ayınadək ödənilməmiş 30.600 (otuz min altı yüz) manat məbləğində kirayə haqqının İddiaçı2 xeyrinə, 2024-cü ilin aprel ayından 2025-ci ilin sentyabr ayınadək ödənilməmiş 20.400 (iyirmi min dörd yüz) manat məbləğində kirayə haqqının isə İddiaçı1 xeyrinə ödənilməsi; iddianın qaldırılması üçün ödənilmiş 244 (iki yüz qırx dörd) manat məbləğində dövlət rüsumu, hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilmiş 326 (üç yüz iyirmi altı) manat məbləğində ödənişin Cavabdeh MTK-dan tutularaq iddiaçılar İddiaçı2 və İddiaçı1 xeyrinə ödənilməsi barədə iddia tələblərinə görə Nəsimi Rayon Məhkəməsinə 244 manat dövlət rüsumu ödənilmişdir (ödəniş qəbzləri qoşmaya əlavə edilir). Hazırda icraatda olan 2(006)-272/2025 saylı mülki iş üzrə isə sonuncu iddia ərizəsinə dəqiqləşmə ilə birgə 2.277,06 manat dövlət rüsumu ödənilmişdir (ödəniş qəbzləri qoşmaya əlavə edilir). Yuxarıda qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53cü maddəsinə əsasən, sonuncu iddia tələbləri ilə yanaşı bu iddia tələblərinin də təmin edilməsini xahiş etmişdir: -Cavabdeh “Azər Tikinti MTK” şirkətindən tutularaq Azadlıq prospekti ev 42 ünvanında (hazırda isə Nəsimi rayon S.Zeynalov 26 ünvanındakı) zirzəmi mərtəbəsində yerləşən (70.7+85) = 155.7 m2 sahənin tikinti altı geri qalan 230 m2 sahəsi üçün ödənilməli olan 1.084.690 manat məbləğində pulun İddiaçı1 xeyrinə ödənilməsi; -"xxxx" MTK gələcəkdə xx.xx.2018-ci il tarixli “Razılaşma müqaviləsi” üzrə Azadlıq prospekti ev 42, 1-ci mərtəbədəki 6/7-ci, Azadlıq prospekti ev 40, 2-ci mərtəbədəki 18/20 mənzillərin təmiri üçün hər m2-i 700 azn hesabı ilə hesablanıb ümumilikdə 396 m2- görə 277.200 manat pulun Cavabdeh “Azər Tikinti MTK” şirkətindən tutularaq, İddiaçı1 xeyrinə ödənilməsi və təmirsiz sözügedən 4 mənzilin təhvil verilməsi; -Həmçinin Nəsimi Rayon Məhkəməsinin icraatında olan 2(006)-5187/2025 saylı mülki iş və 2(006)-272/2025 saylı mülki iş üzrə ödənilmiş ümumilikdə 2.521,06 manat məbləğində ödənilmiş dövlət rüsumlarının cavabdeh “Azər Tikinti MTK” şirkətindən tutularaq, İddiaçı1 xeyrinə ödənilməsi barədə Qətnamə qəbul edəsiniz.
İddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizənin əsaslandırıldığı hallar: (3-cü cild səh.158) İş üzrə cavabdeh "xxxx" MMC və onun rəhbəri Mətin Əmiraslanov tərəfindən aramızda bağlanmış 21 dekabr 2018-ci il tarixli “Razılaşma” müqaviləsi ilə bağlı həyata keçirilmiş qanunsuz hərəkətlər nəticəsində iddiaçılara külli miqdarda maddi və mənəvi ziyan dəymişdir. Ziyanın dəyməsinin əsasları: "xxxx" MMC ilə aralarında bağlanmış 21.Xİİ.2018-ci il tarixli “Razılaşma” müqaviləsinin 1.1 maddəsinin a) yarımbəndində əsasən İddiaçı2 mülkiyyətində olan ünvan 12 ünvandakı əmlakla bağlı 24 ay müddətində həmin yaşayış mənzillərinin sahəsini 170 m2 olmaqla tam təmirli, qeyri-yaşayış obyekti kimi əvəzləşmə müqaviləsi ilə təhvil verməyi öhdəsinə götürmüşdür (qeyri-yaşayış kimi verməsinin səbəbi isə bu mənzillər alındığı tarixdən sökülən tarixə qədər konyak evi kimi satış obyekti olmuşdur, fakt vergi sənədləri). Daha sonra Bakı şəhəri Azadlıq prospekti ev 42-nin 1-ci mərtəbəsindəki 6/7-ci mənzillər (170 m2 qeyri-yaşayış obyektin) "xxxx" ASC-dən götürdükləri 2 503 000 kreditinin və ona hesablanmış faizin təminatı olaraq girovda olmasına baxmayaraq, girov saxlayanın və girov qoyanların xəbərləri olmadan "xxxx" MMC tərəfindən üçüncü şəxsə satılmışdır. Azadlıq prospekti ev 40, 2-ci mərtəbədəki İddiaçı1 məxsus 18/20-ci mənzillər də sözügedən “Razılaşma” müqaviləsinin 1.1 maddəsinin c) yarımbəndində 24 ay müddətində 226 m2 2 ədəd tam təmirli mənzili təhvil verməli idi. Həmin 24 ay müddətin tamamından 59 ay keçməsinə baxmayaraq əvvəllər “Hostel” kimi istifadə edilib gəlir əldə etdiyimiz 2-ci mərtəbədəki mənzillər təhvil verilməmişdir və tam təmirsiz vəziyyətdədir. xx.xx.2001-ci il tarixli X46 ilə mənzillərin açarlarının onlara təhvil verilməsi faktı cavabdeh tərəfindən qəbul edilmişdir (kassa mədaxil orderi iş materialarında mövcuddur). Beləliklə də, illərlə davam edən gəlir mənbəyi cavabdeh "xxxx" MMC tərəfindən şəxsi maraq zəminində düşünülmüş qaydada məhv edilmişdir. Maddi ziyanın hesablanması: Bakı şəhəri Azadlıq prospekti ev 42-də 1-ci mərtəbədəki 6/7ci mənzillərin 170 m2 qeyriyaşayış obyektin bazar dəyəri: Nəsimi rayonu Polis İdarəsində bu iş üzrə aparılan istintaqla bağlı keçirilən qiymətləndirmənin nəticəsinə görə Ekspertizasının Rəyində 1 m2 qeyri-yaşayış obyektinin dəyəri 10 945 AZN göstərilsə də, ətraf ərazidə 17 000 – 20 000 AZN təşkil etdiyi müəyyən edilmişdir. Ekspertin verdiyi Rəyə görə 170 m2 əsas, 220 m2 tikinti altı ümumi sahəsi (220 m2 x 10 945) = 2 407 900 AZN olduğu müəyyən olunur. Obyektlərin illik gəlirləri: “X49” mağazasının aylıq gəliri 17.300 – 27.400 AZN təşkil etmişdir. Aylıq minimum dəymiş ziyan: 17.300 AZN x 59 ay = 1.020.700 AZN Aylıq maksimum dəymiş ziyan: 27 400 AZN x 59 ay = 1.616.600 AZN “Hostel” gəlirləri: 2-ci mərtəbədə yerləşən mənzillərdə 18-26 nəfər kirayəçi hər ay 250- 300 AZN ödəmişdir. Aylıq gəlir: 5.400 – 8.400 AZN Aylıq minimum dəymiş ziyan 5.400 AZN x 59 ay = 318.600 AZN Aylıq maksimum dəymiş ziyan 8.400 AZN x 59 ay = 495.600 AZN Mənəvi ziyan: Cavabdehin qanunsuz hərəkətləri nəticəsində ailənin məhkəmələrin keçirildiyi ötən 59 ay ərzində məhkəmədən gələn hər çağırış, hər bildiriş, hər çıxan məhkəmə aktları ağır stress, sosial itkilər və mənəvi sarsıntı, psixoloji travmalarla üzləşmişdir. Bu səbəbdən iddiaçılara təxmini 272.600 (iki yüz yetmiş iki min altı yüz) AZN məbləğində mənəvi ziyan dəymişdir.
e-2(006)-5187/2025 nömrəli mülki iş üzrə İddiaçının tələbi: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh MTK-ya qarşı “kirayə haqqının ödənilməsi və s” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2024-cü ilin aprel - 2025-ci ilin avqust ayı üçün ödənilməmiş 28.050 (iyirmi səkkiz min əlli) manat məbləğində kirayə haqqının İddiaçı2 xeyrinə, 2024-cü ilin aprel - 2025-ci ilin avqust ayı üçün ödənilməmiş 18.700 (on səkkiz min yeddi yüz) manat məbləğində kirayə haqqının isə İddiaçı1 xeyrinə ödənilməsi, iddianın qaldırılması üçün ödənilmiş 232 (iki yüz otuz iki ) manat məbləğində dövlət rüsumunun, hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilmiş 326 (üç yüz iyirmi altı) manat məbləğində ödənişin Cavabdeh MTK-dan tutularaq iddiaçılar İddiaçı2 və İddiaçı1 xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. İddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, 2024-cü ilin aprel ayından 2025-ci ilin sentyabr ayınadək ödənilməmiş 30.600 (otuz min altı yüz) manat məbləğində kirayə haqqının İddiaçı2 xeyrinə, 2024-cü ilin aprel ayından 2025-ci ilin sentyabr ayınadək ödənilməmiş 20.400 (iyirmi min dörd yüz) manat məbləğində kirayə haqqının isə İddiaçı1 xeyrinə ödənilməsi, iddianın qaldırılması üçün ödənilmiş 244 (iki yüz qırx dörd) manat məbləğində dövlət rüsumunun, hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilmiş 326 (üç yüz iyirmi altı) manat məbləğində ödənişin Cavabdeh MTK-dan tutularaq iddiaçılar İddiaçı2 və İddiaçı1 xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər.
İşin iddia ərizəsidə qeyd edilən halları: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh MTK-ya qarşı “müqavilə öhdəliklərinə əməl edilməsi və pul” tələbinə dair 2(006)-2776/2025 saylı mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Nail Abbasovun icraatında olmuşdur. Həmin mülki iş üzrə məhkəmədən Cavabdeh MTK-dan ödənilməmiş (2024-ci ilin aprel -2025-ci ilin mart ayı üçün) 19.800 manat məbləğində kirayə haqqı və iddianın qaldırılması üçün ödənilmiş 189 manat məbləğində dövlət rüsumu ilə birgə hesablanaraq, cəmi 19.989 manat pulun İddiaçı2 xeyrinə tutulması; Cavabdeh MTK-dan (2024-ci ilin aprel -2025-ci ilin mart ayı üçün) 13200 manat məbləğində kirayə haqqının İddiaçı1 xeyrinə tutulması barədə Qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia ərizəsi bu cür əsaslandırılmışdır ki, 2024-cü ilin aprel ayından 2025-ci ilin mart ayınadək İddiaçı2 xeyrinə ödənilməli olan 19.800 (on üç doqquz min səkkiz yüz) manat kirayə haqqı və İddiaçı1 xeyrinə ödənilməli olan 13200 (on üç min iki yüz) manat kirayə haqqı iddiaçıların xeyirinə ödənilməmişdir. Qeyd edilənlərlə əlaqədar olaraq cavabdehə xx.xx.2025-ci il tarixdə pretenziya məktubu göndərilmiş, lakin 10 gün müddətində qarşı tərəfdən məktuba heç bir münasibət bildirilməmişdir. Həmin pretenziya məktubuna cavabdeh bu müddət ərizində cavab verməmişdir. Bu səbəbdən ödənilməmiş kirayə haqlarının iddiaçılara ödənilməsi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Lakin daha sonra Cavabdeh MTK ödənilməmiş kirayə haqlarını iddiaçılar İddiaçı2 və İddiaçı1 könüllü ödəyəcəyini bildirmişdir. Bununla əlaqədar olaraq, məhkəməyə xx.xx.2025-ci il tarixli vəsatət ünvanlanaraq, Cavabdeh MTK-ya qarşı“Müqavilə öhdəliklərinə əməl edilməsi və pul tələbinə dair” dair 2(006)-2776/2025 saylı mülki iş üzrə iddia ərizəsini, dövlət rüsumunu və iddia ərizəsinin qoşmasına əlavə edilmiş sənədləriəslləri ilə birlikdə geri qaytarılması xahiş edilmişdir. Həmin vəsatəti əsasında, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)- 2776/2025 saylı Qəradadı ilə iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh "xxxx" MTK-ya qarşı pul tələbi üzrə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Lakin hazırki vəziyyətdə Cavabdeh MTK verdiyi sözün arxasında durmayaraq, əvvəldən ödənilməmiş kirayə haqlarını ilə birlikdə hazırki aylar üzrə kirayə haqlarını ödəməməyə davam edərək öz öhdəliklərindən boyun qaçırır. Bu səbəbdən ödənilməmiş kirayə haqlarının Cavabdeh MTK tərəfindən iddiaçılar İddiaçı2 və İddiaçı1 xeyrinə ödənilməsi üçün məhkəməyə yenidən müraciət etmək zərurəti yaranmışdır. Beləliklə, hazırda Cavabdeh MTK tərəfindən 2024-cü ilin aprel ayından 2025-ci ilin avqust ayınadək ödənilməmiş kirayə haqları üzrə İddiaçı2 xeyrinə 28.050 (iyirmi səkkiz min əlli) manat və 2024-cü ilin aprel ayından 2025-ci ilin avqust ayınadək İddiaçı1 xeyrinə 18.700 (on səkkiz min yeddi yüz) manat ödənilməlidir.
Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(006)-5187/2025 saylı qərardadına əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh "xxxx" MTK-ya qarşı “kirayə haqqının ödənilməsi və s” tələbinə dair iddia ərizəsi üzrə e-2(006)-5187/2025 nömrəli mülki iş, həmin məhkəmənin icraatında olan iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh "xxxx" MTK-ya qarşı “müqavilə öhdəliyinə əməl edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə e-2(006)-272/2025 nömrəli mülki işə birləşdirilmiş, həmin işlərə bir icraatda baxılması və mülki işə e-2(006)-272/2025 nömrəsi verilməsi qərara alınmışdır.
İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə təqdim etdiyi şərhlər və mülahizələr: Bakı şəhəri Nəsimi rayon Azadlıq prospekti 42-ci evin 1-ci mərtəbəsindəki evin 6/7-ci, 40-cı evin 2-ci mərtəbəsindəki 18/20-ci, cəmi mənzillərin mülkiyyət hüquqları əsasında İddiaçı1 və İddiaçı2 məxsus olması, həmin evlərin sökülməsi və yerində inşa ediləcək binada söküləcək mənzillərin əvəzi olaraq sonra təhvil veriləcək mənzillərin ümumi sahəsi əvvəlki faktiki sahəsindən 20% artıq təmirli mənzillərin verilməsi, mənzil təhvil verilənədək hər ay mülkiyyətçilərin ailəsinə cəmi 3000 manat kirayə haqqı verilməsi barədə 21 dekabr 2018-ci il tarixli "Razılaşma müqaviləsinə"xxxx"Azər-Tikinti MTK" şirkəti "Razılaşma müqaviləsinə" əsasən ödəyəcəyi kirayə haqqını gecikdirdiyi ötən 60 ay müddətində 4 dəfə məhkəmə qərarlarının və icra məmurunun gücü ilə məcburi qaydada alınmış, bu gün də məcburi kirayə haqqının alınması ilə bağlı barələrində məhkəmənin MTT- barədə Qərardadı mövcuddur. Lakin işin mübahisələndirilən halları isə veriləcək 4 mənzilin sahəsi, şəraiti, (şəraiti dedikdə onun yerləşdiyi ünvan) təmirli olub-olmaması ilə bağlıdır. Verilməli olan mənzillərin yeri ilə bağlı məhkəmə baxışı zamanı məhkəməyə və ekspertə göstərilən yer, Azadlıq prospekti ev 42-də 1-ci mərtəbədəki 5 pəncərəsi və bir qapısı Azadlıq prospektinə tərəf paralel küçəyə baxan 6/7-ci mənzillərin 170 m2 əsas sahənin əvəzində, Azadlıq prospekti ev 42- dəki 6/7-ci mənzillərin altındakı Azadlıq prospektindəki küçədən 3.7 m aşağıda heç bir pəncərəsi olmayan yalnız vitrin qapıdan ibarət cəmi 106.5 m2 ümumi sahəsi olan zirzəmi mərtəbəsi göstərilmişdir. Bunu baxış aktı ilə Ekspert Rəyi də təsdiq edir. Qeyd edilən ünvan iddiaçılara məxsus evin söküldüyü ünvanda inşa edilən binadır. "xxxx" Şirkətinin inşa etdiyi bir neçə bina kompleksinə vahid bir ünvan verilməsi o demək deyil ki, müqavilənin həmin şərtləri dəyişdirilə bilər. Müqavilə şərtlərinə görə cavabdeh şirkət mənzilləri təmirli vəziyyətdə, yəni əvvəlki şəraitdən yaxşı vəziyyətdə təhvil verməlidir. Mənzilin şəraiti deyiləndə təkcə onun daxili divarları çərçivəsindəki şərait nəzərdə tutulmur. Eyni zamanda mənzilin yerləşdiyi yer, yola, dənizə baxışı olan və ya olmuş mənzillərin əvəzinə həmin istiqamətdə görünüşü olmayan pəncərələri Azadlıq prospekti ev 42-dəki 1-ci mərtəbədəki 6/7-ci, Azadlıq prospekti ev 40, 18/20-ci mənzilləri kimi pəncərələrinin prospektin Azadlıq küçəsinə açılmadan, həmin küçədən 3.7 m aşağıda heç bir pəncərəsi olmayan zirzəmi mərtəbəsi ilə dəyişdirilib verilməsi, əvvəlkindən yaxşı şəraitdə mənzillərin verilməsi demək deyili. Həmin zirzəmi mərtəbəsinin 70.7 m2 "Azər-Tikinti MTK" şirkətinin təqdim etdiyi X7, qalan 85 m2 İddiaçı2 məxsus hissəsini "Azər-Tikinti MTK" şirkəti heç bir xəbərdarlıq etmədən uçurduğuna görə Nəsimi rayon Polis İdarəsində cinayət işi başlanmış, 13 oktyabr 2025-ci il tarixində Nəsimi rayon Polis idarəsinin 963 N°-li Qərarı ilə Ekspertiza təyin edilmiş, Ekspertizanın nəticələri sübuta yetirmişdir ki, Azadlıq prospekti 42 ünvanındakı İddiaçı2 məxsus 1-ci mərtəbədəki 6/7-ci mənzillərin, altındakı zirzəmi mərtəbəsində yerləşən əmlakın dəyəri 1 (bir) m2-nin dəyəri 9 303 azn olmaqla ümumi dəyəri 2 797 412 azn olduğunu təsdiq etmişdir. Həmin məbləğdən 70.7 m2 sahənin satışı çıxıldıqdan sonra yerdə qalan ******* azn borc öhdəliyində istintaqın gedişi zamanı zirzəmi mərtəbəsi üçün 1 055 000 azn ödənilmişdir (Fakt ödənişin hansı məqsədə, hansı təyinata, hansı sahə üçün ödənildiyini təsdiq edən akt iş materiallarında vardır). Yerdə qalan (2 139 690 - 1 055 000) = 1 084 690 azn borcun 5 (beş) bank günü müddətində ödəniləcəyinə öhdəlik götürüb iddiaçıları aldadıb, onlardan gələcəkdə kirayə haqqından imtina ilə bağlı öhdəliklər tərtib etdirmişlər. Lakin cavabdehlər üzərilərinə düşən öhdəliyi 5 (beş) iş günündən də çox müddətə icra etmədiklərinə görə məcbur olub kirayə haqları ilə bağlı, iddia tələbini yenidən bərpa etdilər. Aylıq kirayə haqlarının verilməsi ilə bağlı tələbin təmin olunmasını yuxarıda şərh edilən mübahisəli hallarla bağlı qəbul ediləcək məhkəmə aktından asılı olduğundan bununla bağlı ətraflı araşdırma aparılmasına zərurət yoxdur. Çünki kirayə haqqının mənzillərin təhvil verilməsi anınadək ödənilməsi müqavilənin əsas şərti kimi əvvəlcədən razılaşdırılmışdır. Yerdə qalan halların veriləcək mənzillərin sahəsi, şəraiti, yerləşdiyi ünvanı və s. bağlı iş materiallarında olan hüquqi mötəbər sənədlər "Azər-Tikinti MTK" şirkətinin qeyri-səmimi olmasını və 21.Xİİ.2018-Cİ il tarixli "Razılaşma müqaviləsinin" şərtlərinə əsasən Bakı şəhər Nəsimi rayonu Azadlıq prospekti 42 ünvanındakı evin 1-ci mərtəbəsində 6-7-ci mənzillərin 170 m2 əsas sahəsi olan mənzillərin pəncərələri Azadlıq prospekti ilə paralel olan küçəyə baxım bucağı ilə təmirli qaydada, təmirsiz isə hər m2-nə orta hesabla 700 azn təmir pulu ödəməklə X1 təhvil verilməlidir. Nəsimi rayon Azadlıq prospekti 40 ünvandaki evin 2-ci mərtəbəsindəki 18/20ci mənzillərin pəncərələri Azadlıq prospektinə açılmaqla 226 m2 əsas sahəsi olan mənzillərin təmirli və yaxud təmirsiz hər m2-nə 700 azn ödəməklə İddiaçı1 təhvil verilməsi hüquqi cəhətdən əvvəlcədən razılaşdırılmışdır. Odur ki, iş materiallarında təqdim etdiyi mötəbər sübutlara istinad edərək, "Azər-Tikinti MTK" şirkəti ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 18 dekabr 2018-ci il tarixli Razılaşma müqaviləsi" əsasında iş üzrə tərəfimizdən verilmiş iddia tələblərini Qanunların aliliyi çərçivəsində təmin etməyini məhkəmədən xahiş edirlər.
Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz daxil olmamışdır.
İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı1 (eyni zamanda İddiaçı2 nümayəndəsi) izahat verərək bildirdi ki, İddiaçı2 mülkiyyətində olan ünvan 12 ünvandakı əmlakla bağlı 24 ay müddətində həmin yaşayış mənzillərinin sahəsini 170 kv.m olmaqla tam təmirli, qeyri-yaşayış obyekti kimi əvəzləşmə müqaviləsi ilə təhvil verməyi öhdəsinə götürmüşdür. Daha sonra Bakı şəhəri Azadlıq prospekti ev 42-nin 1-ci mərtəbəsindəki 6/7-ci mənzillər (170 m2 qeyri-yaşayış obyektin) "xxxx" ASC-dən götürdükləri 2 503 000 kreditinin və ona hesablanmış faizin təminatı olaraq girovda olmasına baxmayaraq, girov saxlayanın və girov qoyanların xəbərləri olmadan "xxxx" MMC tərəfindən üçüncü şəxsə satılmışdır. 24 ay müddətində 226 kv.m 2 ədəd tam təmirli mənzili təhvil verməli idi. Həmin 24 ay müddətin tamamından 59 ay keçməsinə baxmayaraq əvvəllər “Hostel” kimi istifadə edilib gəlir əldə etdiyi 2-ci mərtəbədəki mənzillər onlara təhvil verilməmişdir və tam təmirsiz vəziyyətdədir. Qiymətləndirmənin nəticəsinə görə ekspertizasının rəyində qeyri-yaşayış obyektinin dəyəri 10 945 AZN göstərilsə də, ətraf ərazidə 17 000 – 20 000 AZN təşkil etdiyi müəyyən edilmişdir. Aylıq minimum dəymiş ziyan: 17.300 AZN x 59 ay = 1.020.700 AZN Aylıq maksimum dəymiş ziyan: 27 400 AZN x 59 ay = 1.616.600 AZN “Hostel” gəlirləri: 2-ci mərtəbədə yerləşən mənzillərdə 18-26 nəfər kirayəçi hər ay 250- 300 AZN ödəmişdir. Aylıq gəlir: 5.400 – 8.400 AZN Aylıq minimum dəymiş ziyan 5.400 AZN x 59 ay = 318.600 AZN Aylıq maksimum dəymiş ziyan 8.400 AZN x 59 ay = 495.600 AZN. Mənzillərin açarlarını ölçülməsi səbəbindən almışdılar. Əmanətlərin Sığortalanması Fonduna saxta məktub göndərilib. Girovsaxlayan girov üzərində nəzarət Əmanətlərin Sığortalanması Fonduna aiddir. Girov qoyan onlardı, onların xəbəri olmadan aldadıb məktub göndəriblər ki, təmirli qaydada vermişlər. Satış direktoru onları çağırıb təklif etdi ki, 54 nömrəli müqavilə bağlayaq, hesablasınlar. Xanım 1 milyon 55 min pul gətirmişdi. Dedi ki, zirzəmi məsələsi həll olunmayınca onlar razılaşmayacaqlar. Ona bildirildi ki, 21 dekabr 2018-ci il tarixli 54 saylı müqaviləyə əsasən tələbinə qeyd olunmuş 170 kv.m qeyri-yaşayış sahəsi mülkiyyətlərinə verilmişdir. Lakin heç bir mülkiyyətinə verilməyib. Məhkəmədən digər iddia tələblərilə yanaşı maddi və mənəvi ziyan tələbinə olan sonuncu dəqiqləşməsini də təmin edilməsini, Mətin Əmiraslanov barədə iş üzrə cinayət tərkibli halların araşdırılması üçün materiallar ayrıca Nəsimi rayon prokurorluğuna göndərilməsi barədə xüsusi qərardad qəbul eilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə1 izahat verərək bildirdi ki, qanuna əsasən məhkəmə baxışına qədər hər hansı sübutlar, dəqiqləşdirmələr verilə bilər. Onlar məhkəmə baxışı başlamadığından hesab edir ki, qanunauyğundur. Bu, digər iddia ərizələrinə əlavədir. İşin mahiyyəti dəyişmir, maddi və mənəvi ziyanın tələb olunmasıdır. Mənəvi ziyanı 272.600 manat hesablamışlar. Uzun müddətdir ki, bu məhkəmə prosesləri davam edib. Bu günə qədər çoxlu mənəvi ziyan dəyib. Vəsatətləri də mövcuddur. Qarşı tərəf bu evlərin yüklü olduğunu bilə-bilə satmışdır. Onlar təmirli ev verilməli idi, mahiyyəti ondan ibarətdir. Təhvil verilərkən təmirli olmalıdır. Onlar ev ilə qismən razıdır. Onlar ən yaxşı yerdə mənzil vermək əvəzinə ən ucuz yerdə veriblər. Onlar 3 dəfə məhkəməyə verib udmuşlar, kirayə pulu təmin olunub. Qarşı tərəf Ali Məhkəməyə şikayət versə də, nəticəsi olmadı. Kirayə pulunu gecikdirəndə onlara dedilər ki, onlar bu məsələni həll edəcək lakin həll etmədilər. Qərardaddan da görünür ki, onlar imtina etməmişlər, sadəcə geri götürmüşlər. Yerli baxışlarla da müəyyən olunmuşdur ki, əmlaklar onlara verilməyib. Müqavilədə qeyd olunub ki, təmirli mənzil təhvil verilməlidir. Kirayə pullarının iddia ərizəsinə uyğun olaraq ödənilməsini xahiş edir. Qeyri-yaşayış sahəsinin verilməsi ilə bağlı əllərində olan öhdəliklərin verilməsini xahiş edir. MTK öz payından imtina etməlidir. Üzvlük üçün öhdəlik götürsələr də, icra etmirlər. Onların əmlakını satıblar, bu birbaşa cinayət əməlidir. Əldən çıxmış fayda və mənəvi ziyanla bağlı tələbləri mövcuddur. Şəkillərdən də görünü ki, obyektlər hüquqi olaraq istifadə olunur. Onlar o gəlirlərə istinad etmədən minimum məbləği tələb edir. Onlar təhvil verilməli olan vaxtdan bu günə qədər olan məbləği tələb edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X30 iddianı qəbul etməyərək izahatında bildirdi ki, iddia ərizəsini qəbul etmir, hesab edir ki, iddia tamamilə əsassızdır. MTK tərəfindən 2022-ci ildə Əmlak Komitəsinə müraciət olunaraq istisamara qəbul olunmuşdur. 300ə yaxın sakin köçürülmüş və mənzillə təmin olunmuşdur. Həmin sakinlərdən olan iddiaçı tərəf isə öz mənzilini bilərəkdən qəbul etməmişdir. Bildirişlərin tərəfə çatdırılması ilə bağlı sübutları da mövcuddur. Tərəflərə eyni zaman da təkliflər də göndərilmişdir. Onların öhdəlik yetirməli olduğu bir müqavilə var. Digəri (zirzəmi) ilə bağlı Ali Məhkəmə hüquqi qiymət verib. Faktiki olaraq tərəflər arasında yerinə yetirilməli olan öhdəliklərdən biri odur ki, qeyri-yaşayış sahəsini təhvil versin. Ərizə əsasında tərəf öz hüquqlarını üçüncü şəxsə ötürmüşdür. Bunun müqabilində 1 milyon 55 manat pulu almış, təhvil təslim aktını imzalamışdır. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X32 izahat verərək bildirdi ki, hal-hazırda pis vəziyyətdə olan onlardı. Onların xeyrinə olan əmlaklar hal hazırda yoxdur. Nə iddiaçı, nə də cavabdeh tərəf bu proseslər də onların maraqlarını müdafiə etməyib. Razılığı yoxdur. İpoteka predmeti üzərində onların üstünlük hüququ tanınmasını xahiş edir. Məhkəmədən onların da hüquqi vəziyyətini qiymətləndirməsini xahiş edir.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1215/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilməsi, Ləğv prosesində olan "xxxx" ASC-dən X33 xeyrinə tutulmalı olan 1.433.838 (bir milyon dörd yüz otuz üç min səkkiz yüz otuz səkkiz) manat pul ilə «Azəri Aqro LTD» şirkətinin "xxxx" ASC-yə ödənilməmiş 125.774 (bir yüz iyirmi beş min yeddi yüz yetmiş dörd) manat borcunu əvəzləşdirmək şərti ilə iddiaçılar İddiaçı2 mülkiyyətində olan və 01SF saylı, 06 avqust 2009-cu il tarixli kredit müqaviləsinə və 29 noyabr 2010-cu il tarixli, 01/3 saylı kredit xətti müqaviləsinə əsasən "xxxx" ASC-nin xeyrinə yüklü edilmiş ünvan 15 ünvanında yerləşən 6 otaqlı, ümumi sahə 145,3 kv.m, yardımçı sahə 47,3 kv.m, yaşayış sahəsi 98.0 kv.m olan mənzil, İddiaçı1 və 06 avqust 2009-cu il tarixli, 01SF saylı kredit muqaviləsinə əsasən "xxxx" ASC-nin xeyrinə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində istifadədə olan 0.0072 ha torpaq sahəsində yerləşən 40 nömrəli, 2 mərtəbəli binada 169,50 kv.m ümumi. 123 kv.m vaşayış sahəsindən ibarət 7 otaqlı 18, 20 nömrəli mənzil və Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsində yerləşən 12 nömrəli, 9 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 74,65 kv.m ümumi, 53,85 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 30 nömrəli mənzilin daşınmaz əmlakın dövlət reyestrində yüklülüyünün dövlət qeydiyyatı ləğv edilməsi, iddiaçı X33 mülkiyyətində olan və 21 avqust 2009-cu il tarixli GM № 01/1 saylı girov müqaviləsinə əsasən "xxxx" ASC-nin xeyrinə yüklü edilmiş "xxxx" ASC ilə X40 arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 609 saylı, xx.xx.2009-cu il tarixli, 611 saylı, xx.xx.2009-cu il tarixli, 616 saylı əmanət müqavilələrinə əsasən **********00 AZM saylı cari hesabda və depozit hesabında olan 1.308.064 (bir milyon üç yüz səkkiz min altmış dörd) manat məbləğində pul vəsaiti girovdan azad edilməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-332/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən İddiaçı2 iddiası qismən təmin edilməsi, Cavabdeh MTK-dan Bakı şəhəri, Azadlıq prospekti 42 ünvanında yerləşən 85.0 kv.metr qeyri-yaşayış sahəsinin dəyəri olan 394.342 (üç yüz doxsan dörd min üç yüz qırx iki) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı2 xeyrinə ödənilməsi, Cavabdeh MTK-dan ödənilməmiş (2021-ci ilin oktyabr-2022-ci ilin may ayı üçün) 14.400 (on dörd min dörd yüz) manat məbləğində kirayə haqqı və iddianın qaldırılması üçün ödənilmiş 30.40 (otuz manat, qırx qəpik) məbləğində dövlət rüsumu tutularaq, İddiaçı2 xeyrinə ödənilməsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı1 iddiası qismən təmin edilməsi, Cavabdeh MTK-dan (2021-ci ilin oktyabr-2022-ci ilin may ayı üçün) 9600 (doqquz min altı yüz) manat məbləğində kirayə haqqı və iddianın qaldırılması üçün ödənilmiş 150 (yüz əlli) manat məbləğində dövlət rüsumu, hüquqi xidmət haqqı kimi ödənilmiş 50 (əlli) manat pul vəsaitinin tutularaq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı1 xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-425/2023 saylı qətnaməsinə əsasən Cavabdehlər "Azəri Tikinti Şirkəti” MTK-nin apellyasiya şikayəti qismən təmin edilməsi, X29 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-332/2022 saylı işi üzrə 1 iyun 2022-ci il tarixli qətnaməsi qismən – “cavabdeh "Azəri Tikinti Şirkəti” MTK-dan Bakı şəhəri, Azadlıq prospekti 42 ünvanında yerləşən 85.0 kv.metr qeyri-yaşayış sahəsinin dəyəri olan 394342 (üç yüz doxsan dörd min üç yüz qırx iki) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı2 xeyrinə ödənilməsi” hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi rədd edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-63/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadına əsasən tələbkar LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Bakı Apellyasiya Məhkəməsinin 2(103)-57/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsinin icra qaydası və üsulunun dəyişdirilməsi barədə ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-425/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Cavabdeh MTK-dan ödənilməmiş (2021-ci ilin oktyabr-2022- ci ilin may ayı üçün) 14.400 (on dörd min dörd yüz) manat məbləğində kirayə haqqı və iddianın qaldırılması üçün ödənilmiş 30.40 (otuz manat, qırx qəpik) məbləğində dövlət rüsumu tutularaq, İddiaçı2 xeyrinə ödənilməsi, Cavabdeh MTK-dan (2021-ci ilin oktyabr-2022-ci ilin may ayı üçün) 9600 (doqquz min altı yüz) manat məbləğində kirayə haqqı və iddianın qaldırılması üçün ödənilmiş 150 (yüz əlli) manat məbləğində dövlət rüsumu, hüquqi xidmət haqqı kimi ödənilmiş 50 (əlli) manat pul vəsaiti tutularaq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı1 xeyrinə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdeh "Azəri Tikinti Şirkəti” MTK-dan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qeyd edilmişdir. İddiaçı2, İddiaçı1 və Cavabdeh MTK arasında bağlanmış 054 saylı xx.xx.2018-ci il tarixli razılaşma müqaviləsinə əsasən “ikinci tərəf” - Cavabdeh MMC “birinci tərəf” - İddiaçı2 və İddiaçı1 qarşısında onların mülkiyyətlərində olan ünvan 1 və Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti,ev 40, mənzil 18/20 saylımənzillər üzrə aşağıdakı öhdəlikləri üzərlərinə götürmüşlər: a) İddiaçı2 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən daşınmaz əmlakla bağlı 24 ay müddətində söküntü başa çatdıqdan sonra həmin əmlakı sahəsi 170 kv.m olmaqla təmirli qeyriyaşayış sahəsi kimi İddiaçı2 əvəzləşdirmə müqaviləsi bağlayaraq təhvil vermək; b) İddiaçı2 mülkiyyətindəkiəmlakla bağlı hər ay kirayə haqqı olaraq 1800.00 (bir min səkkiz yüz) manat olmaqla, 24 ay müddətin vəsaitini ona 43200.00 (qırx üç min iki yüz) manat birdəfəlik ödəmək; c) İddiaçı1 mülkiyyətində olan Bakışəhəri, Nəsimi rayonu, Azadlıq prospekti,ev 40, mənzil 18, 20 daşınmaz əmlakın əvəzində 226.0 kv.m sahəsi olan 2 ədəd təmirli mənzili İddiaçı1 iləəvəzləşdirmə müqaviləsi bağlayaraq təhvil vermək; d) İddiaçı1 mülkiyyətindəkiəmlakla bağlı hər ay kirayə haqqı olaraq 1200.00 (bir min iki yüz) manat olmaqla, 24 ay müddətində vəsaitini on 28800.00 (iyirmisəkkiz min səkkiz yüz) manatı birdəfəlik ödəmək. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının Hüquqi yardımın Göstərilməsi haqqında 214/24 saylı xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İddiaçı2 və İddiaçı1 ilə vəkil Nümayəndə1 arasında hüquqi yardım üçün müqavilə bağlanmış və 320 manat ödəniş olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının aparatının xx.xx.2023-cü il tarixli məktubuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı iltarixli 86 saylı Qərarına uyğun olaraq Nəsimi rayonu Azadlıq prospekti, Sahib Zeynalov, Mikayıl Rətili və Mirəli Qaşqay küçələrinin əhatə etdiyi ərazidə "Azəri Tikinti Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətə şəhərin ümumi görünüşünə xələt gətirən, qəzalı vəziyyətdə olan, istismar müddəti başa çatmış mövcud yaşayış evlərinin və qeyri-yaşayış obyektlərinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada sökülərək, yerində hündürmərtəbəli yaşayış və qeyri-yaşayış binalarının tikintisinə icazə verilmişdir. Qeyd edir ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən 40,42 saylı yaşayış binalarının söküntüsü Azəri Tikinti Şirkəti" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən aparılmışdır. İddiaçı2 və İddiaçı1 Cavabdeh MTK-yə ünvanladığı pretenziyaya əsasən xx.xx.2018-ci il tarixli, 054 saylı Razılaşma müqaviləsinə əsasən pretenziyada göstərilən 170 kv.m olmaqla təmirli qeyri-yaşayış sahəsini İddiaçı2 və 226.0 kv.m sahəsi olan 2 ədəd təmirli mənzili isə İddiaçı1 əvəzləşdirmə müqaviləsi bağlayaraq 10 (on) iş günü müddəti ərzində təhvil verməyini təklif edir, yuxanda qeyd olunanları nəzərə alaraq 10 gün müddətdə pretenziyada göstərilənləri qəbul etməyini xahiş edir. Müraciətdə göstərilənlər icra olunmadığı halda Qanunvericiliyin verdiyi hüquqlarından istifadə edərək məhkəməyə müraciət etmək məcburiyyətində qalacaqlarını bildirmişlər. Cavabdeh MTK-nın Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması fonduna ünvanladığı xx.xx.2023-cü il tarixli məktubuna əsasən İddiaçı1 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən 40 nömrəli evin, 18,20 nömrəli mənzili və İddiaçı2 Məhəmmədli qızına məxsus Nəsimi rayonu, Azadlıq prospekti 42 nömrəli evin, 6/7 saylı mənzilin söküntüsü zamanı mülkiyyətçilərə kompensasiya olaraq tərəflər arasında bağlanmış 054 saylı 21 dekabr 2018-ci il tarixli razılaşma müqaviləsinə əsasən tərəfindən İddiaçı2 Məhəmmədli qızına məxsus 170 kv.m olmaqla təmirli qeyri-yaşayış sahəsi və İddiaçı1 isə 226 kv.m sahəsi olan 2 ədəd təmirli mənzil verilmişdir. Cavabdeh MTK-nın xx.xx.2024-cü il tarixli məktubuna əsasən İddiaçı1 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən 40 nömrəli evin, 18, 20 saylı mənzili və İddiaçı2 məxsus Nəsimi rayonu, Azadlıq prospekti, 42 nömrəli evin, 6/7 saylı mənzilin söküntüsü zamanı mülkiyyətçilərə kompensasiya olaraq tərəflər arasında bağlanmış 054 saylı, xx.xx.2018-ci il tarixli Razılaşma müqaviləsinə əsasən tərəfimizdən İddiaçı2 170 kv.m olmaqla təmirli qeyri-yaşayış sahəsi və İddiaçı1 isə 226 kv.m sahəsi olan 2 ədəd təmirli mənzil verilmişdir. "xxxx" MMC tərəfindən İddiaçı2 sözü gedən razılaşma müqaviləsi əsasında verilmiş olan 170 kv.m olmaqla təmirli qeyri-yaşayış sahəsi Nəsimi rayonu, Sahib Zeynalov küçəsi, ev 26, 4-cü blok, 1-ci mərtəbədə yerləşir. Həmçinin İddiaçı1 verilmiş 226 kv.m sahəsi olan 2 ədəd mənzil Nəsimi rayonu, Sahib Zeynalov küçəsi, ev 26, 4-cü blok, 2-ci mərtəbədə yerləşən 1 və 2 saylı mənzillərdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhəri Ərazi İdarəsinin xx.xx.2007-ci il tarixli ******* nömrəli çıxarışına əsasən ünvan 16 ünvanda yerləşən sahəsi 70.7 kv.m olan qeyri-yaşayş sahəsi İddiaçı2 məxsus olmuşdur. İddiaçı2 ilə X29 xx.xx.2018-ci il tarixli beh müqaviləsinə əsasən: - X29 AR Əmlak Məsələləri dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2007-ci ıl tarixli ********* qeydiyyat nömrəli çıxarışa əsasən X4 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 42 ünvanında yerləşən, ümumi sahəsi 70.7 kv.m olan qeyriyaşayış sahəsinə dair 15.yanvar 2018-ci il tarixədək rəsmiləşdiriləcək alqı-satqı müqaviləsi ilə bağlı vercəyi 328000.00 (üç yüz iyirmi səkkiz min) manatdan, 28800.00 (iyirmi səkkiz min səkkiz yüz) manat hissəsini beh olaraq, notariusun depozit hesabı vasitəsi ilə İddiaçı2 vermişdir. Qalan 299200.00 ( iki yüz doxsan doqquz min iki yüz) manat hissəsini isə alqı-satqı müqaviləsinin rəsmiləşdirildiyi gün ödəyəcəyini öz üzərinə götürür. - O, İddiaçı2 AR Əmlak Məsələləri Dövlət Komitəsi yanınca DƏDRX tərəfindən verilmiş xx.xx.2007 il tarixli ********* qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 42 ünvanında yerləşən, ümumi sahəsi 70.7 kv.m olan qeyriyaşayış sahəsinin alqı-satqı müqaviləsini rəsmiləşdirməkdən imtina edərsə və alqi-satqının lazımı sənədləri vaxtında təqdim edə bilmərsə, X24 behin iki misli məbləğini, yəni 57600.00 ( əlli yeddi min altı yüz ) manat pul məbləği ödəyəcəkdir. - "Müqavilə üzrə vəzifə və öhdəliklər X23 təqsiri səbəbindən bağlanmazsa, 28800.00 (iyirmi səkkiz miri səkkiz yüz) manat beh məbləği İddiaçı2 qalır. Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinə əsasən AN-İ № ******* saylı müqaviləsinə əsasən: - satıcı İddiaçı2 tam mülkiyyət üzrə ona Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ,42 ünvanında yerləşən ümumi sahəsi 70.7 kv/m olan qeyri-yaşayış sahəsini X15nın mülkiyyətinə verir. Satılan daşınmaz əmlak aşağıdakı hüquqmüəyyənedici sənədə əsasən Satıcıya məxsusdur: -ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi idarəsi tərəfindən xx/xx/2007 tarixdə İddiaçı2 verilmiş **********59-06101-083001 reyestr nömrəli, ********* qeyciyyst nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə 70.7 kv/m; -Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx/xx/2018 il tarixli, qeydiyyat nömrəsi ********** olan arayışa əsasən müqavilə bağlananadək daşınmaz əmlak ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özganinkiləşdirilməsinə qadağan qoyulmamışdır.: Satıcı(lar) daşınmaz.əmlakı 328000 manat 00 qəpik.füç yüz iyirmi səkkiz min manat sıfır qəpik) qiymətinə satdı(lar), Alıcı(lar) isə həmin qiymətə aldı(lar): - Alıcı X11 İddiaçı2 satdığı tam hissəni (70.7 kv/m) ondan 328000 manat 00 qopik( üç yüz iyirmi səkkiz min manat sıfır qəpik) qiymətinə aldı. - Alq-satqı məbləğindən 28800.00(iyirmi səkkiz min səkkiz yüz manat 00 qəpik) manat xx.xx.2018 il tarixində Bakı şəhəri 13 saylı DNO tərəfindən təsdiq ediimiş 3-M-597 reyestr nömrəli beh müqaviləsi əsasında alıcı tərəfindən satıcıya notariusun depozit hesabı vasitəsi ilə ödənilib. Qalan 299200.00(iki yüz doxsan doqquz min ıkı yüz manat 00 qəpik) manat isə hazırki müqavilə əsasında ödənildi. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X28 Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* saylı çıxarışına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində 40 saylı evin 18,20 saylı mənzilinin mülkiyyətçisi İddiaçı1 olmuşdur. Azərbaycan Respublikasının Əmlakın Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X28 Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı ******* saylı xx.xx.2010-cu il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində 42 saylı evin 6/7 saylı mənzilinin mülkiyyətçisi İddiaçı2 olmuşdur. "xxxx" ASC-nin ƏMDK-yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinə ünvanladığı xx.xx.2010-cu il tarixli məktubuna əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 2010-cu il 07 dekabr tarixli 01/3 saylı sonrakı İpoteka Müqaviləsinə əsasən İddiaçı2 mülkiyyətində olan, ünvan 4 ünvanında yerləşən 6 otaqlı, ümumi sahə 145,3 kv.m; yardımçı sahə 47,3 kv.m; yaşayış sahəsi 98,0 kv.m olan mənzilin girova salınmasını xahiş edir. "xxxx" ASC ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2010-cu il tarixli müqaviləyə əsasən Bank İddiaçı2 200.000 (iki yüz min) manat pul vermiş və borcun əvəzi olaraq ünvan 4 ünvanında yerləşən 6 otaqlı, ümumi sahə 145,3 kv.m; yardımçı sahə 47,3 kv.m; yaşayış sahəsi 98,0 kv.m olan mənzil ipoteka ilə yüklü edilmişdir. "xxxx" ASC ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqaviləyə 2.1 bəndinə əsasən ipoteka saxlayanla Borcaian arasında bağlanmış 08 avqust 2009-cu il tarixli 01 sf saylı Kredit Müqaviləsinə əsasən 2000000(İki milyon) manat məbləğində 60(altmış) ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi Tərəflər bu Müqavilə ilə müəyyən edıtmış əmlakın girov qoyulması barədə razılığa gəlmişlər. Müqavilənin 2.2 bəndinə əsasən ipoteka predmeti olan əmlakı Bakı şahari, Nəsimi rayonu, Azadlıq prospektində istiladada olan 0,0072 ha torpaq sahastnda yarləşən 40 nömrəlİ, 2 martabali binada 169.50 kv.m ümumi, 128 kv.m yaşayış sahədən ibarət 7 otaqlı 18,20 nömrəli mənzil (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsi tərəfindən 29 aprel 2008-ci İl tarixdə Sırıya MH Ns ******* saylı, reyestr nömrəsi **********97-05101-093004, qeydiyyat nömrəsi **********). ünvan 20 ünvanladığı 312 saylı xx.xx.2021-ci il tarixli məktubuna əsasən ünvan 21 ünvanında yerləşən 30 nömrəli mənzil İddiaçı1 məxsusdur və Daşınmaz Əmlakın Dövlət Reyestrində 1027 nömərli. reyestr kitabının 92398 nörtirəli vərəqində qeydiyyata alınmışdır. Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 40 ünvanında yerləşən 18, 20 nömrəli mənzil İddiaçı1 məxsusdur və Daşınmaz Əmlakın Dövlət Reyestrində 707 nöməli reyestr kitabının 66345 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 42 ünvanında yerləşən 6/7 nömrəli mənzil X5 məxsusdur və Daşınmaz Əmlakın Dövlət Reyestrində 11-84 nömərli reyestr kitabının 107498 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı xx.xx.2024-cü il tarixli məktubuna əsasən ünvan 4 və ünvan 22 ünvanı "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025ci il tarixli 10/3048 saylı ekspert rəyinə əsasən: Qərardadın birinci sualı üzrə: Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Azəri Tikinti Şirkəti" MMC tərəfindən İddiaçı2 verilməsi nəzərdə tutulan ünvan 27, 4-cü blok, 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinin texniki göstəriciləri və konstruktiv elementləri (əmlakın yerləşdiyi yer, baxış bucağı, qarşı tərəfin görüntüsü və s. hallar nəzərə alınmaqla), şirkətə təhvil verilməzdən əvvəl ünvan 6 ünvanında yerləşmiş və İddiaçı2 mülkiyyətində olmuş qeyri-yaşayış sahəsi ilə eynilik təşkil etmədiyi müəyyən edilmişdir. Qərardadın ikinci sualı üzrə: Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, "xxxx" MMC tərəfindən İddiaçı1 verilməsi nəzərdə tutulan ünvan 27, 4-cü blok, 2-ci mərtəbədə yerləşən 1 və 2 nömrəli mənzillərin texniki göstəriciləri və konstruktiv elementləri (əmlakın yerləşdiyi yer, baxış bucağı, qarşı tərəfin görüntüsü və s. hallar nəzərə alınmaqla), şirkətə təhvil verilməzdən əvvəl ünvan 23 ünvanında yerləşmiş və İddiaçı1 mülkiyyətində olmuş mənzillə eynilik təşkil etmədiyi müəyyən edilmişdir. Qərardadın üçüncü sualı üzrə: Baxış zamanı xx.xx.2019-cu il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən X7 Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ev 42 ünvanında yerləşmiş qeyri-yaşayış sahəsi (zirzəmi), hazırda İddiaçı2 təklif olunan ünvan 27, 4-cü blok, 1-ci mərtəbədə yerləşən qeyriyaşayış sahəsi təqdim edilmədiyindən qəərardadın üçüncü sualı üzrə tədqiqat aparmaq mümkün olmamışdır. Qərardadın dördüncü və beşinci sualları üzrə: ünvan 27, 4-cü blok, 2-ci mərtəbədə yerləşən təqdim olunan birinci mənzilin ümumi tikinti sahəsinin (divarlar, sütunlar, şaxtalar daxil olmaqla sahəsi) 130,8m2, həmin mənzilin faktiki sahəsinin (mənzildə olan hər bir tikilinin ölçüləri yuxarıda göstərilmişdir) 119,45 m2 olduğu müəyyən edilmişdir. Qərardadın səkkizinci sualı üzrə: Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu bəndində və Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş "Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”-na əsasən ünvan 27, 4-cü blok, 2-ci mərtəbədə yerləşən təqdim olunan birinci mənzilin ümumi sahəsinin 117,4 kv.m. (116,5+0,9=117,4), həmin ünvanda təqdim dursan ikinci mənzilin ümumi sahəsinin 107,9 kv.m. (107,2+0,6=107,9) təşkil etdiyi müəyyən edilmişdir. Qərardadın doqquzuncu sualı üzrə: ünvan 27, 4-cü blok 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinin ümumi tikinti sahəsinin 118,3m2, faktiki sahəsinin 106,5 m2 təşkil etdiyi müəyyən edilmişdir. Qərardadın onuncu sualı üzrə: Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının "04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”-na əsasən Bakı şəhəri,Nəsimi rayonu, Sahib Zeynalov küçəsi ev 26, 4-cü blok, təqdim olunan qeyri-yaşayış sahəsinin ümumi sahəsinin 106,5 m2 təşkil etdiyi müəyyən edilmişdir. Qərardadın on birinci və onikinci sualları üzrə: Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən daşınmaz əmlakın, sərvətlərin, dəymiş zərərin, materialların və xidmətlərin qiymətləri müəyyən edilmir. Bakı şəhəri 54 saylı Notariat Ofisində təsdiqlənmiş İddiaçı2 və İddiaçı1 ərizəsinə əsasən yazıb bildirirlər ki, "xxxx" MMC ilə aralarında bağlanmış xx.xx.2018-ci il tarixli 3M/619 reyestr nömrəli razılaşma müqaviləyə əsasən ünvan 6 ünvanında yerləşən mənzilin əvəzinə Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov 26 ünvanında yerləşən ümumi sahəsi 170 kv. metr olan qeyri-yaşayış sahəsi ilə bağlı olaraq qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin görülməsinə və həmin qeyri-yaşayış sahəsinin "xxxx" MTK-nin nizamnaməsinə müvafiq qaydada X27 adına rəsmiləşdirilməsini xahiş edirlər. X10 və "xxxx" MTK-ya qarşı heç bir iddia və tələbi olmayacaqlaını bildirirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3259/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-425/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1781/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən "xxxx" Mənzil-Tikinti Kooperativinin cavabdehlər İddiaçı2 və İddiaçı1 qarşı müqavilələrin ləğv edilməsi və öhdəliyə xitam verilməsi tələbinə dair iddiasınən təmin edilməməsi qət edilmişdir. İddiaçı2 və İddiaçı1 ünvan 25 ünvanladığı ərizəsinə əsasən onların 54-saylı notariusda “İŞ- 1821” №-li, xx.xx.2025-ci il tarixli, № **********058,xx.xx.2025-ci il tarixli, № **********821 saylı qeydlə X27 adına verilmiş Ərizələrdə mülkiyyətçi İddiaçı1 əvəzində onlara məlum olmayan X22 adının səhvən yazıldığına, "xxxx" şirkəti MTK ilə ərizədən qabaq gəldiyi razılığa əsasən “054” saylı müqavilənin əvəzinə ərizədə səhvən №- onlar müqavilənin (3M-619 №-li reyestrdə informasiya sistemində yerləşdirilmiş müqavilə ilə) qeyd edildiyinə görə (hansı ki, ərizədən əvvəlki razılaşmalar 054 saylı müqaviləyə görə nəzərdə tutulmuşdur.). Eyni zamanda “054” saylı müqavilədə istinad olunan 1.1.2 maddəsi, ərizədə istinad olunan (3M-619 №-li) müqavilədə belə maddə olmadığına görə xx.xx.2025-ci il tarixli, № **********068 saylı ərizənin ləğv edilməsini xahiş edir. xx.xx.2025-ci il tarixli Təhvil-Təslim Aktına əsasən "X41iu digər tərəfdən İddiaçı1 və İddiaçı2 bu aktı tərtib edirlər ondan ötəri ki, 054 saylı 21 dekabr 2018-ci il tarixli müqaviləsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov 26 ünvanı zirzəmidə yerləşən 170 kv.metr Qeyri-Yaşayış sahəsi üzrə hüquqlarını ona ötürmüş və bunun müqaviiində aşağıda göstərilən miqdarda (təhvil verdi 1055.000 (bir milyon əlli beş min) manat təhvil aldı 1055.000 (bir milyon əlli beş min) manat) pul X36 tərəfindən təhvil verilmişdir." Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2052/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmiş, Cavabdeh MTK-dan 2022-ci ilin iyun – 2024-cü ilin mart ayı üçün ödənilməmiş kirayə haqqının əvəzi olaraq 39600 manat alınaraq İddiaçı2 xeyrinə ödənilməsi, Cavabdeh MTK-dan 2022-ci ilin iyun – 2024-cü ilin mart ayı üçün ödənilməmiş kirayə haqqının əvəzi olaraq 26400 manat və hüquqi yardıma görə ödənilmiş 320 manat İddiaçı1 xeyrinə ödənilməsi, Cavabdeh MTK-dan ödənilmiş dövlət rüsumuna görə 288 manat alınaraq İddiaçı2 və İddiaçı1 xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş 360 manat məbləğində dövlət rüsumunun qalan 72 manatı iddiaçılara aid edilməsi qət edilmişdir.
Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 441.1.Tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. Maddə 441.2. Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 441.3. Əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər. Maddə 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi: Hazırda bir icraatda birləşdirilmiş iki mülki işə baxılır. Birinci - e2(006)-272/2025nömrəli mülki iş üzrə iddia tələbləri aşağıdakılardan ibarətdir:
1. Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 054 saylı Razılaşma müqaviləsinə əsasən Cavabdeh MMC tərəfindən 170 kv.m olmaqla təmirli qeyri-yaşayış sahəsinin əvəzləşdirmə müqaviləsi bağlanılaraq İddiaçı2 sahibliyinə təhvil verilməsi və həmin qeyriyaşayış sahəsinə onun köçürülməsinin təmin edilməsi,
2. Həmin razılaşmaya əsasən Cavabdeh MMC tərəfindən həmin daşınmaz əmlakın əvəzində 226.0 kv.m sahəsi olan 2 ədəd təmirli mənzilin əvəzləşdirmə müqaviləsi bağlanılaraq İddiaçı1 sahibliyinə təhvilverilməsi və həmin qeyri-yaşayış sahəsinə onun köçürülməsinin təmin edilməsi,
3. Cavabdeh "xxxx" MTK-dan əldən çıxmış faydaya görə iddiaçıya dəymiş 1.611.900 manat (bir milyon altı yüz on bir min doqquz yüz) məbləğində maddi ziyanının İddiaçı1 xeyirinə ödənilməsi,
4. Cavabdehdən Azadlıq prospekti ev 42 ünvanında (hazırda isə Nəsimi rayon S.Zeynalov 26 ünvanındakı) zirzəmi mərtəbəsində yerləşən (70.7+85) = 155.7 m2 sahənin tikinti altı geri qalan 230 m2 sahəsi üçün ödənilməli olan 1.084.690 manat məbləğində pulun İddiaçı1 xeyrinə ödənilməsi,
5. Azadlıq prospekti ev 42, 1-ci mərtəbədəki 6/7-ci, Azadlıq prospekti ev 40,2-ci mərtəbədəki 18/20 mənzillərin təmiri üçün hər m2-i 700 azn hesabı ilə hesablanıb ümumilikdə 396 m2 görə 277.200 manat pulun cavabdeh “Azər Tikinti MTK” şirkətindən tutularaq, İddiaçı1 xeyrinə ödənilməsi və təmirsiz sözügedən 4 mənzilin təhvil verilməsi,
6. xx.xx.2021-ci il tarixindən hal-hazıradək Azadlıq prospekti ev 42, 1-ci mərtəbədəki 6/7ci mənzillərin “X49” kimi fəaliyyət göstərərək hər ay gətirdiyi minimum 17.300 AZN gəliri nəzərə alıb 59 ay ərzində dəymiş (59 x 17.300) = 1.020.700 AZN dəymiş ziyanın cavabdehdən tutularaq İddiaçı1 ödənilməsi,
7. Azadlıq prospekti ev 40, 2-ci mərtəbədəki 18/20 mənzillərdəki “Hostelin” hər ay minimum 5.400 AZN gəliri nəzərə alıb 59 ayda itirilmiş (59 ay x 5.400) = 318.600 AZN dəymiş ziyanın, cavabdehdən tutularaq İddiaçı2 ödənilməsi;
8. Cavabdeh tərəfindən vurulmuş 272.600 (iki yüz yetmiş iki min altı yüz) AZN məbləğində mənəvi ziyanın cavabdeh "xxxx" MTK-dən tutularaq iddiaçıların xeyirinə ödənilməsi,
9. İddianın qaldırılması üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun və hüquqi xidmət haqqı kimi ödənilmiş 320 manat pul vəsaitinin iddiaçıların xeyrinə tutulması.
İkinci - e-2(006)-5187/2025 nömrəli mülki iş üzrə iddia tələbləri aşağıdakılardan ibarətdir:
1. 2024-cü ilin aprel ayından 2025-ci ilin sentyabr ayınadək ödənilməmiş 30.600 (otuz min altı yüz) manat məbləğində kirayə haqqının İddiaçı2 xeyrinə tutulması,
2. 2024-cü ilin aprel ayından 2025-ci ilin sentyabr ayınadək ödənilməmiş 20.400 (iyirmi min dörd yüz) manat məbləğində kirayə haqqının isə İddiaçı1 xeyrinə ödənilməsi,
3. Hər iki iş üzrə ödənilmiş ümumilikdə 2.521,06 manat məbləğində ödənilmiş dövlət rüsumlarının və cavabdeh "xxxx" MTK-dan tutularaq, İddiaçı1 xeyrinə ödənilməsi, hüquqi xidmət haqqı kimi ödənilmiş 320 manat pul vəsaitinin iddiaçıların xeyrinə tutulması. İddiaçılar eyni zamanda vəsatətlərlə məhkəməyə müraciət edərək Cavabdeh MTK Şirkətinin sədri Mətin Əmiraslanov əməlində olan vəzifə səlahiyyətlərini aşmaq, sənədlərin saxtalaşdırılması, özgənin əmlakını mənimsəmə ilə bağlı, habelə edərək Cavabdeh MTK-nın və onun sədrinin imzası və möhür təsdiqi ilə LPO "xxxx" ASC-nin ləğvedcisi ƏSF-naünvanladığı saxta məzmunlu məktuba, sonradan da mülkiyyətçilərə qarşı müqavilələrin ləğvi barədə əsassız iddia qaldırılması ilə bağlı və sair cinayət əməlləri üzrə məsələlərin həlli üçün AR MPMin 265.1, 265.4-cü maddələrini əsas tutaraq xüsusi qərardad çıxarıb, iş materiallarının prokurorluğa göndərilməsi, saxta sənədlərlə, aldatma yolu ilə mülkiyyətçilərin əmlak hüquqlarını ələ keçirərək, üçüncü şəxsə satmaqla külli miqdarda vəsaiti mənimsədiyinə görə CPM-in 177.5ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir. Məhkəmə araşdırması zamanı (habelə işdə olan qanuni qüvvəsini almış məhkəmə aktları ilə) müəyyən olundu ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində 42 saylı evin 6/7 saylı mənzili və Bakı şəhəri Azadlıq prospekti 42, mənzil 6/7 tikilisinin altında yerləşən və ümumi sahəsi 155.7 kv.m olan qeyri-yaşayış sahəsi (zirzəmi) İddiaçı2 mülkiyyətində olmuşdur. Cavabdeh MTK-nın təklifi ilə İddiaçı2 Məmmədəli qızının mülkiyyətində olan Bakı şəhəri, Azadlıq prospekti 42, mənzil 6 və 7 əvəzinə inşa edilmiş yeni binada 170 m2 qeyri-yaşayış sahəsi verilməsi razılaşdırılmış və buna dair xx.xx.2018-ci il tarixdə Cavabdeh MTK ilə İddiaçı2 Məmmədəli qızı ilə müqavilə bağlanmışdır. Yarımzirzəmi iki hissədən ibarət olmuşdur: 70.7 kv.m və 85.0 kv.m olmaqla iki ayrı mülkiyyət sənədi (çıxarış) mövcud olmuşdur. İddiaçı2 Məmmədəli qızının mülkiyyətində olan ünvan 26 ünvanında olan əmlakının altında yerləşən ona mənsub mülkiyyət hüququ əsasında iki qeydiyyatı (vahid əmlak kimi faktiki sahəsi 155 m2 ) olan zirzəminin 70,7m2 olan bir qeydiyyat sənədi əsasında rəsmi olaraq X24 328000 manat dəyərində satılması barədə xx.xx.2019-cu il tarixdə Daşınmaz Əmlakın alğı-satqı müqaviləsi bağlanmışdır. Bakı şəhəri, Azadlıq prospekti 42 ünvanında yerləşən zirzəminin 85.0 m2 qeyriyaşayış sahəsi hissəsini isə cavabdeh X29 vahid əmlak kimi digər 70,7m2 hissə ilə birgə MTKya təhvil vermişdir. xx.xx.2019-cu il tarixdə X29 ilə Cavabdeh MTK arasında Müqavilə bağlanmış və müqaviləyə əsasən faktiki 155 m2 zirzəmini sökülmək üçün MTK xx.xx.2019-cu il tarixdə təhviltəslim Aktı ilə təhvil vermiş, əvəzində inşa etdiyi binada 155 m2 qeyri-yaşayış sahəsini (zirzəmini) mülkiyyətinə verilməsinə dair razılığa gəlmişlər. Ondan sonra bina sökülmüşdür. Bundan 3 ilə yaxın müddət keçdikdən sonra İddiaçı2 Məmmədəli qızı 155 m2 zirzəminin 85 m2 hissəsinin Çıxarışın dublikatının kserosurətini məhkəməyə təqdim edərək, 394342 manat məbləğində pul tələb etmişdir. İşə baxan məhkəmə tərəfindən (Bakı Apellyasiya Məhkəməsinin 2(103)-425/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə) müəyyən edilmişdir ki, qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilmiş alğı-satqı zamanı iddiaçı məhz zirzəminin bir hissəsinin satıcıya təhvil verməsini, daşınmaz əmlakın satış anına məhz qiymətinin iddia edilən dəyərdə olması sübuta yetirilməmiş, əksinə əmlakın vahid əmlak olması və qiymətlərin də nisbətindən məhz vahid əmlak kimi satılaraq əmlakın satıcının sahibliyinə verməsi öz təsdiqini tapmışdır. Digər ona mənsub olan əmlakın sökülməsindən xəbərdar olması və tikinti təşkilatına təhvil verməsi, onun zirzəmisində (altında) yerləşən əmlakın da sökülməsindən xəbərdar olmasını sübut edir. Ümumiyyətlə, vahid əmlak kimi alıcıya zirzəmini təhvil vermək iradə ifadəsi olmadığı halda belə satıcının nə alıcıya, nə də ki, söküntü-tikinti aparan təşkilata qarşı qanunla müəyyən edilmiş müddətlərdə pretenziyası olmamış və müddətləri ötürmüşdür. Halbuki ehtimalən istinad edilənlər cinayət qanunvericiliyi ilə mülkiyyət əleyhinə olan cinayətlərə aid əməllər kimi təfsir edilən müddəalarla cinayət məsuliyyətini müəyyən edir. Qeyd edilən müstəvidə və iddiaçının tikinti təşkilatı olan cavabdeh "Azəri Tikinti Şirkəti” MTK ilə (2018-ci ildən başqa – zirzəminin biləvasitə üzərində olan əmlakla əlaqədar mülki münasibətlərdə olmasına baxmayaraq) zirzəmi ilə əlaqədar olan hissədə mülki münasibətlərdə olmaması isə iddianın müzakirə edilən hissəsini və onun təmin edilməsini (digər tərəfin güvəndiyi əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi olaraq) mülki hüquqlardan sui-istifadəyə (eyni əmlaka görə təkrar faydalanmağa) şərait yaradan hal kimi qiymətləndirməlidir. Mülki qanunvericilik hüquqdan sui-istifadəni qadağan edir və bu əsas üzərində həyata keçirilən hərəkətlərin etibarsızlığın müəyyən etmişdir. Sözügedən qətnamə kassasiya instansiyası tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçılar müqavilədə nəzərdə tutulmuş əmlakların cavabdeh tərəfindən onlara təhvil verilməsi və ondan irəli gələn digər tələbləri irəli sürürlər. Məhkəmə tərəfindən Cavabdeh MTK-nın xx.xx.2024-cü il tarixli məktubunda iddiaçılara təklif olunan Nəsimi rayonu, Sahib Zeynalov küçəsi, ev 26, 4-cü blok, 1-ci mərtəbədə yerləşən sahəsi 170 kv.m olan qeyri-yaşayış sahəsi və Nəsimi rayonu, Sahib Zeynalov küçəsi, ev 26, 4cü blok, 2-ci mərtəbədə yerləşən 1 və 2 saylı mənzillərin yerində müayinəsi aparılmış və müəyyən edilmişdir ki, ünvan 27, 4-cü blok, 2-ci mərtəbədə yerləşən 1 və 2 nömrəli mənzillər üzrə bir-birinə keçid etmək mümkündür. İddiaçı ünvan 27, 4-cü blok, 2-ci mərtəbədə yerləşən mənzillərdən birinin yerləşməsi, küçəyə baxış istiqaməti ilə razı olduğunu bildirmiş, lakin digər mənzilin baxış bucağı, qarşı tərəfin görüntüsü baxımından şirkətə təhvil verilməzdən əvvəl Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ev 40 ünvanında yerləşmiş mənzillə eynilik təşkil etmədiyini bildirmişdir. Bununla belə hər iki mənzilin açarları mənzillərin yerində müayinəsi zamanı cavabdehin nümayəndəsi tərəfindən iddiaçıya təqdim olunmuşdur. İddiaçı tərəf mənzillərin MTK tərəfindən təmir edilməsinə etiraz edərək, təmiri özünün edəcəyini bildirmişdir. Eyni zamanda MTK tərəfindən iddiaçıya verilməsi təklif olunan ünvan 27 ünvanında -1 mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinə baxış keçirilmişdir. İddiaçı tərəf MTK-ya təhvil verilmiş qeyri-yaşayış sahəsinin binanın 1-ci mərtəbəsində yerləşməsinə istinad edib, təklif olunan əmlakın əvvəlki qeyri-yaşayış sahəsi ilə eynilik təşkil etmədiyini bildirib qeyri-yaşayış sahəsini təhvil almaqdan imtina etmişdir. Göründüyü kimi müqavilə predmeti olan mənzillər məhkəmə tərəfindən yerli baxış zamanı cavabdeh MTK tərəfindən mənzillərin açarları təqdim edilməklə İddiaçı1 təhvil verilmişdir. Lakin məhkəmə iclaslarında iştirak edən İddiaçı1 açarların faktiki olaraq iddiaçıya təqdim edilməsinin mənzillərin ona təhvil verilməsi kimi qiymətləndirilməsinə etiraz edərək, açarları MTK-ya geri qaytardığını bildirsə də, bu halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdehin nümayəndəsi də açarların onlara qaytarılmadığını bildirmişdir. Ona görə də məhkəmə, müqaviləyə görə İddiaçı1 məxsus olmuş daşınmaz əmlakın əvəzində 226.0 kv.m sahəsi olan 2 ədəd mənzilin İddiaçı1 verilməsi ilə bağlı öhdəliyin cavabdeh tərəfindən yerinə yetirildiyini nəzərə alaraq, həmin hissədə iddianın rədd edilməsi qətnaətinə gəlir. İddia tələbinin “İddiaçı2 məxsus olmuş mənzilin əvəzində ona 170 kv.m olmaqla təmirli qeyri-yaşayış sahəsinin təhvil verilməsi hissəsi”nə gəldikdə məhkəmə qeyd edir ki, məhkəmə icraatının gedişində iddiaçılar cavabdehlə razılığa gələrək xx.xx.2025-ci il tarixdə notarial qaydada ərizə yazıb bildirmişlər ki, "xxxx" MMC ilə aralarında bağlanmış xx.xx.2018-ci il tarixli 3M/619 reyestr nömrəli razılaşma müqaviləyə əsasən ünvan 6 ünvanında yerləşən mənzilin əvəzinə Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov 26 ünvanında yerləşən ümumi sahəsi 170 kv. metr olan qeyri-yaşayış sahəsi ilə bağlı olaraq qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin görülməsinə və həmin qeyri-yaşayış sahəsinin "xxxx" MTK-nin nizamnaməsinə müvafiq qaydada X27 adına rəsmiləşdirilməsini xahiş edirlər, eyni zamanda bildirirlər ki, X10 və "xxxx" MTK-ya qarşı heç bir iddia və tələbi olmayacaqdır. İşdə olan xx.xx.2025-ci il tarixli Təhvil-Təslim Aktında göstərilmişdir ki, "X36 digər tərəfdən İddiaçı1 və İddiaçı2 bu aktı tərtib edirlər ondan ötəri ki, 054 saylı 21 dekabr 2018-ci il tarixli müqaviləsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov 26 ünvanı zirzəmidə yerləşən 170 kv.metr Qeyri-Yaşayış sahəsi üzrə hüquqlarını ona ötürmüş və bunun müqabilində aşağıda göstərilən miqdarda (təhvil verdi 1055.000 (bir milyon əlli beş min) manat təhvil aldı, 1055.000 (bir milyon əlli beş min) manat) pul X36 tərəfindən təhvil verilmişdir. Məhkəmə iclasında iddiaçı tərəf 1.055.000 (bir milyon əlli beş min) manat pulun tərəflərindən qəbul edildiyini təsdiq etmiş, lakin aktda pulun zirzəmi əvəzinə verildiyinin qeyd edildiyinə istinad edib, həmin məbləğin müqavilə üzrə cavabdehin İddiaçı2 təhvil verməli olduğu qeyri-yaşayış sahəsi üzrə deyil, İddiaçı2 mülkiyyətində olmuş və əvvəlki məhkəmə mübahisələrinin predmeti olmuş zirzəminin qalan 85 kv.m hissəsinə görə aldığını bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının məhkəmə iclaslarında verdiyi izahatlarının, habelə təqdim etdiyi ərizələrin məzmunu xx.xx.2018-ci il tarixli müqavilə üzrə öhdəliklərin cavabdeh tərəfindən yerinə yetirilməməsi ilə yanaşı, hazırkı mübahisə predmeti olmayan və barəsində qanuni qüvvəsini almış məhkəmə aktı olan İddiaçı2 məxsus olmuş zirzəminin 85 kv.m hissəsindən məhrum olmaları ilə bağlı olmuş, iddiaçı hətta məhz həmin hissə ilə bağlı prokurorluqda araşdırmanın aparılmasını dəfələrlə vurğulayaraq, hələ də həmin hissənin mübarizəsini apardıqlarına dair mövqelərini açıq-aşkar bəyan etmişdir. Lakin qeyd edilməlidir ki, yuxarıda qeyd edildiyi kimi zirzəmi ilə bağlı mübahisə üzrə yekun məhkəmə aktı çıxarılmış, akt qüvvəsini almışdır. Görünən odur ki, iddiaçılar hazırda əldə etdikləri 1.055,000 (bir milyon əlli beş min) manatı artıq məhkəmə qətnaməsi ilə hüquqi qiymət verilmiş və məhrum olduqlarını iddia etdikləri 85 kv.m zirzəminin əvəzinə qəbul etməklə, artıq həmin məsələni (məhkəmə aktı ilə hüquqi qiymət verilərək, iddiaçıların 85 kv.m hissədə zirzəmiyə hər hansı hüquqlarının qalmaması ilə bağlı məhkəmə qərarına zidd olaraq) hazırkı icraat çərçivəsində həll etmiş zənn edirlər. Lakin məhkəmə qeyd edir ki, iddiaçıların göstərilən hərəkəti hüquqdan sui-istifadə elementlərini daşıyır və bu hərəkətin məhkəmə tərəfindən qəbul edilməsi hüquqi müəyyənlik və preyudisiallıq prinsiplərinə zidd olardı. Həmin prinsiplərə görə, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Əks yanaşma hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, yəni artıq həll olunmuş məsələ üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirməklə yanaşı, ədalət mühakiməsinə olan inamın azalmasına səbəb olardı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23 fevral 2016-cı il tarixli qərarında vurğulamışdır ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Hətta iddiaçılar bundan əvvəl 54 saylı Notariat Ofisində xx.xx.2025-ci il tarixdə tərəflərindən verilmiş ərizəni mübahisələndirərək, həmin ərizədə mülkiyyətçi İddiaçı1 əvəzində onlara məlum olmayan X22 adının səhvən yazıldığına, "xxxx" şirkəti MTK ilə ərizədən qabaq gəldiyi razılığa əsasən “054” saylı müqavilənin əvəzinə ərizədə səhv nömrənin qeyd edildiyinə istinad edərək, xx.xx.2025-ci il tarixli ərizənin ləğv edilməsinə dair notariat ofisinə müraciət etmişlər. Məhkəmə qeyd edir ki, iddiaçıların xx.xx.2025-ci il tarixli ərizədəki iradə ifadələri aydın olmaqla, ləğv ərizəsində qeyd etdikləri hallar yalnız texniki xəta ilə bağlı olmuşdur və bu, onların müqavilə predmeti barədə bəyan etdikləri mövqeni dəyişdirmir. Notarial qaydada yazılmış ərizədə adın yanlışlıqla (X16) qeyd olunması həm də onunla izah olunur ki, ərizənin aşağı hissəsində ərizəni yazan şəxslərin (iddiaçıların) fotogörüntüləri əks olunmuş və həmin görüntülərin iddiaçılara məxsus olması aşkar olmaqla, qeyd edilən halların ərizədəki iradə bəyanının yanlış olması üçün əsas kimi çıxış etməsi və müqavilə öhdəliyinin cavabdeh tərəfindən yerinə yetirilməməsi qənaətinə gəlmək üçün yetərli dəlil hesab edilə bilməz. Odur ki, məhkəmə müqavilə predmeti olan qeyri-yaşayış sahəsi ilə bağlı öhdəliyi cavabdeh tərəfindən yerinə yetirilmiş hesab edərək, həmin hissədə də iddianı rədd edir. İddia tələbinin “Cavabdeh MTK-dan əldən çıxmış faydaya görə iddiaçıya dəymiş 1.611.900 manat (bir milyon altı yüz on bir min doqquz yüz) məbləğində maddi ziyanının İddiaçı1 xeyirinə ödənilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göründüyü kimi, sözügedən normada zərərin iki növü fərqləndirilir: birincisi, real zərər; ikincisi əldən çıxmış fayda. Normanın mənasına görə real zərərin tərkibinə də aşağıdakılar daxildir: a) pozulmuş hüququn bərpası üçün çəkilmiş xərclər; b) pozulmuş hüququn bərpası üçün çəkiləcək xərclər; d) əmlakdan məhrum olma və ya əmlakın zədələnməsi nəticəsində yaranan zərər. Əldən çıxmış fayda dedikdə, hüququ pozulmasaydı, şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Adi mülki dövriyyə şəraiti dedikdə isə öncədən görülməsi mümkün olmayan halların və qarşısıalınmaz qüvvənin təsir etmədiyi bazarın tipik fəaliyyət şəraiti nəzərdə tutulur. Hazırda iddiaçıya zərər olaraq əldən çıxan faydanın müəyyən olunması onun tərəfindən sübuta yetirilməmişdir. Ona görə də iddia həmin hissədə təmin edilməməlidir. “Cavabdehdən Azadlıq prospekti ev 42 ünvanında (hazırda isə Nəsimi rayon S.Zeynalov 26 ünvanındakı) zirzəmi mərtəbəsində yerləşən (70.7+85) = 155.7 m2 sahənin tikinti altı geri qalan 230 m2 sahəsi üçün ödənilməli olan 1.084.690 manat məbləğində pulun İddiaçı1 xeyrinə ödənilməsi” tələbinə dair hissəyə münasibətdə məhkəmə qeyd edir ki, göstərilən sahə tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə predmeti olmamış, eyni zamanda müvafiq məbləğlə bağlı tərəflər arasında hər hansı razılaşmanın olduğu iş materialları ilə müəyyən edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, həmin hissədə iddia rədd edilməlidir. İddia tələbinin “Azadlıq prospekti ev 42, 1-ci mərtəbədəki 6/7-ci, Azadlıq prospekti ev 40,2ci mərtəbədəki 18/20 mənzillərin təmiri üçün hər m2-i 700 azn hesabı ilə hesablanıb ümumilikdə 396 m2 görə 277.200 manat pulun cavabdeh “Azər Tikinti MTK” şirkətindən tutularaq, İddiaçı1 xeyrinə ödənilməsi və təmirsiz sözügedən 4 mənzilin təhvil verilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, müqavilədə MTK tərəfindən əmlakların təmirli şəkildə təhvil verilməsi nəzərdə tutulsa da, iddiaçı mənzillərin cavabdeh tərəfindən təmir edilməsinə qəti etiraz etmişdir, qeyri-yaşayış sahəsinin isə məhz mövcud (təmirsiz) vəziyyəti nəzərə alınmaqla həmin sahəyə görə 1.055,000 (bir milyon əlli beş min) manat əldə etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı qeyri-yaşayış sahəsi ilə bağlı təmir xərclərini tələb etməkdə haqlı hesab edilə bilməz. İddiaçıya təhvil verilmiş 2 mənzilin təmiri ilə bağlı məhkəmə iddiaçının özünün müəyyən etdiyi hesablamanı qeyri-müəyyən hesab etməklə, mənzillərin təmirinin özü tərəfindən həyata keçirilməklə çəkilən faktiki xərclərin cavabdehdən tələb etmək hüququnu saxladığını iddiaçı tərəfin nəzərinə çatdırır və hazırkı icraat çərçivəsində təmin edilməməsini məqsədəmüvafiq hesab edir. Tələbdəki təmirsiz 4 mənzilin təhvil verilməsi ilə bağlı məhkəmə qeyd edir ki, müqavilədə 2 ədəd mənzilin və 1 qeyri-yaşayış sahəsinin cavabdehin təhvil vermək öhdəliyi nəzərdə tutulmuş və cavabdehin iddiaçılara 4 mənzilin verilməli olduğunun əsasının nədən ibarət olması müəyyən deyildir. “xx.xx.2021-ci il tarixindən 59 ay ərzində dəymiş (59 x 17.300) = 1.020.700 AZN dəymiş ziyanın cavabdehdən tutularaq İddiaçı1, 59 ayda itirilmiş (59 ay x 5.400) = 318.600 AZN dəymiş ziyanın cavabdehdən tutularaq İddiaçı2 ödənilməsi” hissələrinə münasibətdə qeyd edilir ki, həmin hissələrdə iddianın əsaslılığına dair hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən, təmin edilə bilməz. “Cavabdeh tərəfindən vurulmuş 272.600 (iki yüz yetmiş iki min altı yüz) AZN məbləğində mənəvi ziyanın cavabdeh "xxxx" MTK-dan tutularaq iddiaçıların xeyirinə ödənilməsi” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, “Şəxsiyyət Hüquqlarının Müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2025-ci il tarixli 20 nömrəli qərarında göstərilmişdir ki, müqavilə tərəfinin əsas marağı iqtisadi xarakterli olduğundan bir qayda olaraq müqavilədən irəli gələn öhdəliklərin pozuntusu mənəvi zərərin yaranmasına səbəb olmur (məsələn, borc müqaviləsi üzrə borcun qaytarılmasından yayınma, alqısatqı müqavilələri üzrə alqı-satqı predmetinin dəyərinin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilməməsi və s.). Müqavilə öhdəliklərinin pozulması o halda mənəvi zərərin yaranmasına səbəb ola bilər ki, bu pozuntu eyni zamanda müqavilə tərəfinin şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələnmiş olsun. Bu zaman müqavilədə onun predmetinin tərəf üçün qeyri-maddi dəyər daşımasına dair xüsusi şərtin nəzərdə tutulub-tutulmamasından asılı olmayaraq, öhdəliyin pozulmasının şəxsin şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələndiyi araşdırılmalıdır. Məsələn, tibbi turizm zərfi müqaviləsi üzrə öhdəliyin pozulması nəticəsində təcili cərrahi əməliyyat keçirməli olan müqavilə tərəfinin əməliyyatının vaxtında baş tutmaması və yaxud sərnişin daşıma xidmətinin qüsurlu icrası nəticəsində şəxsin ali məktəbin qəbul imtahanına gecikməsi və ya podrat, xidmət müqaviləsi üzrə öhdəliyin pozulması nəticəsində yeganə nüsxədə fotoalbom, rəsm əsəri və bu kimi mənəvi dəyəri olan əşyalara bərpaolunmaz ziyanın vurulması, satılmış planşetin qüsurlu olması səbəbindən işə qəbul imtahanından kəsilməsi, estetik əməliyyat səbəbindən şəxsin xarici görünüşünün eybəcərləşməsi nəticəsində mənəvi zərərə məruz qalması. (bənd 4.13). Göründüyü kimi Plenum qərarında müqavilə öhdəliklərinin pozulması halında mənəvi zərərin yaranması istisna edildiyindən, həmin hissədə iddia əsaslı hesab edilə bilməz, ona görə də rədd edilməlidir. Beləliklə, məhkəmə proses iştirakçılarının izahatına və iş materiallarında olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MTK-ya qarşı “müqavilə öhdəliklərinə əməl edilməsi və mənzilin təhvil verilməsi” tələbinə dair iddia rədd edilməlidir. e-2(006)-5187/2025 nömrəli mülki iş üzrə irəli sürülmüş “2024-cü ilin aprel ayından 2025-ci ilin sentyabr ayınadək ödənilməmiş 30.600 (otuz min altı yüz) manat məbləğində kirayə haqqının İddiaçı2 xeyrinə və həmin müddətə görə ödənilməmiş 20.400 (iyirmi min dörd yüz) manat məbləğində kirayə haqqının İddiaçı1 xeyrinə ödənilməsi” barədə iddia tələbinə gəldikdə, məhkəmə qeyd edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2052/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh MTK-dan 2022-ci ilin iyun – 2024-cü ilin mart ayı üçün ödənilməmiş kirayə haqqının əvəzi olaraq 39600 manatın alınaraq İddiaçı2 xeyrinə, Cavabdeh MTK-dan 2022-ci ilin iyun – 2024-cü ilin mart ayı üçün ödənilməmiş kirayə haqqının əvəzi olaraq 26400 manatın İddiaçı1 xeyrinə ödənilməsi qət edilmişdir. İddiaçılar hazırda həmin qətnamə ilə kirayə haqlarının tutulması qət edilmiş aydan sonrakı müddətə - 2024-cü ilin aprel ayından iddia ərizəsi verilən tarixədək (dəqiqləşmə ərizəsinin verildiyi xx.xx.2025-ci il tarixədək) müqavilə predmeti olan əmlakların onlara təhvil verilmədiyinə istinad edərək, kirayə haqlarının onların xeyrinə tutulmasını xahiş edirlər. Məhkəmə birinci mülki iş üzrə irəli sürülmüş tələblərə verilmiş yuxarıdakı qiymətləndirməni əsas götürərək, 2024-cü ilin aprel ayından hesablanmaqla, İddiaçı1 mənzillərin yerli baxış zamanı təhvil verilməsini nəzərə alıb, həmin tarixədək – xx.xx.2024-cü il tarixədək 6000 manat (1200manatx5ay) kirayə haqqının İddiaçı1 xeyrinə tutulması qənaətinə gəlir. Digər iddiaçıya gəldikdə məhkəmə qeyd edir ki, İddiaçı2 xx.xx.2025-ci il tarixdə 54 saylı notariat ofisində "xxxx" MMC ilə aralarında bağlanmış xx.xx.2018-ci il tarixli razılaşmaya əsasən ünvan 6 ünvanında yerləşən mənzilin əvəzinə Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov 26 ünvanında yerləşən ümumi sahəsi 170 kv. metr olan qeyri-yaşayış sahəsi ilə bağlı pul vəsaitini əldə edib, həmin əmlakla bağlı MTK-ya qarşı hər hansı tələbinin olmaması barədə iradə ifadəsini bəyan etmişdir. Lakin qeyd edilməlidir ki, ərizədə göstərilən qeyri-yaşayış sahəsinin əmlakların yerində müayinəsi zamanı (xx.xx.2024-cü il tarixdə) MTK tərəfindən iddiaçıya təqdim edilməsinə baxmayaraq, yerləşmə sahəsinə görə iddiaçı qeyri-yaşayış sahəsini təhvil almaqdan imtina etmiş, lakin ərizədə məhz yerli baxış zamanı təklif olunan əmlakı müqavilə üzrə cavabdehə verdiyi əmlakın əvəzinə qəbul etdiyini bildirmişdir. Belə olan halda məhkəmə, 2024cü ilin aprel ayından hesablanmaqla, iddiaçının sonradan qəbul etdiyi, lakin yerli baxış zamanı MTK tərəfindən qeyri-yaşayış sahəsinin təqdim olunduğu xx.xx.2024-cü il tarixədək 9000 (1800manatx5ay) manat kirayə haqqının İddiaçı2 xeyrinə tutulmasını məqsədəmüvafiq hesab edir. Odur ki, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MTK-ya qarşı “kirayə haqqının ödənilməsi və s.” tələbinə dair iddiası qismən təmin edilməli, 2024-cü ilin aprel ayından avqust ayınadək ödənilməmiş 9000 manat məbləğində kirayə haqqı İddiaçı2 xeyrinə, 2024-cü ilin aprel ayından avqust ayınadək ödənilməmiş 6000 manat məbləğində kirayə haqqı İddiaçı1 xeyrinə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Cavabdeh MTK Şirkətinin sədri Mətin Əmiraslanovun əməlində olan vəzifə səlahiyyətlərini aşmaq, sənədlərin saxtalaşdırılması, özgənin əmlakını mənimsəmə ilə bağlı, habelə edərək Cavabdeh MTK-nın və onun sədrinin imzası və möhür təsdiqi ilə LPO "xxxx" ASC-nin ləğvedcisi ƏSF-na ünvanladığı saxta məzmunlu məktuba, sonradan da mülkiyyətçilərə qarşı müqavilələrin ləğvi barədə əsassız iddia qaldırılması ilə bağlı və sair cinayət əməlləri üzrə məsələlərin həlli məqsədilə xüsusi qərardadın çıxarılması, habelə saxta sənədlərlə, aldatma yolu ilə mülkiyyətçilərin əmlak hüquqlarını ələ keçirərək, üçüncü şəxsə satmaqla külli miqdarda vəsaiti mənimsədiyinə görə CPM-in 177.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı iddiaçıların vəsatətləri ilə əlaqədar qeyd edir ki, xüsusi qərardad işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər, yəni məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, cavabdehin hərəkətlərində cinayətin əlamətləri aşkara çıxarılmadığından hazırki mülki iş üzrə xüsusi qərardad qəbul edilməməlidir.
Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə qeyd edir ki, müqavilə öhdəliyinin yerinə yetirilməsi tələbinə dair iddia rədd olunduğundan həmin iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə ekspertizanın təyin edilməsi zərurəti iddiaçıların irəli sürdükləri iddia tələbinin əsaslılığının yoxlanılması ilə bağlı olduğundan iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat iddiaçılardan müştərək qaydada tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Kirayə haqqının ödənilməsi tələbinə dair iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 71 manat hissəsi iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq Cavabdeh MMC-dən alınaraq iddiaçılar İddiaçı1 ödənilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, hüquqi xidmətlərin göstərilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 320 manatın 100 manat hissəsinin cavabdehdən tutulması işin hallarına uyğun olmaqla (iddianın qismən təmin edilməsi nəzərə alınmaqla), ədalətli və ağlabatandır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MTK-ya qarşı (LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “müqavilə öhdəliklərinə əməl edilməsi və mənzilin təhvil verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Həmin iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertizanın dəyəri olaraq 50 (əlli) manat iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X18, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, hesab nömrəsi «AZ34CTRE ********************) keçirilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı “kirayə haqqının ödənilməsi və s.” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh MTK-dan 2024-cü ilin aprel ayından avqust ayınadək ödənilməmiş 9000 (doqquz min) manat məbləğində kirayə haqqı İddiaçı2 xeyrinə, 2024-cü ilin aprel ayından avqust ayınadək ödənilməmiş 6000 (altı min) manat məbləğində kirayə haqqı İddiaçı1 xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 71 (yetmiş bir) manat hissəsi və hüquqi xidmətlərin göstərilməsi üçün 100 (yüz) manat Cavabdeh MTK-dan İddiaçı1 xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Həbibə Miriyeva