Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2721/2023 27.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə. İddiaçı X6 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə cavabdeh "xxxx" ASC-yə qarşı “bank əmanəti və bank hesabatı müqavilələri üzrə pul tələbi, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “bank əmanəti və bank hesabatı müqavilələri üzrə pul tələbi, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Azərbaycan Beynəlxalq Bankı “ASC-nin Qəbələ rayon şöbəsi vasitəsi ilə banka xx.xx.2018-ci il tarixli “Klassik əmanət (depozit) hesabı” haqqında Müqavilə əsasında 24 ay müddətində illik 10 faiz ödənməsi şərti ilə 20000 AZN məbləğində şəxsi pulumu əmanət qismində müddətli depozitə qoymuşdur. Həmin Müqavilə xx.xx.2017-ci il tarixli 01/286 saylı etibarnamə əsasında bankın Qəbələ şöbəsinin müdiri S.Səlimov tərəfindən imza və möhürlə təsdiq olunmuşdur. Müqavilə xx.xx.2020-ci il tarixədək qüvvədə olmaqla, onun 1.1.-ci, 2.2-ci və 4.4-cü bəndlərinə əsasən, Bank, xx.xx.2018-ci il tarixli FJB**********115 saylı mədaxil elanı əsasında ondan qəbul edilmiş 20000 (iyirmi min) AZN əmanətin, müqavilədə nəzərdə tutulmuş şərtlər və qaydada onun üçün hesablanan 24 aylıq faizlərin Əmanətçiyə qaytarılmasını (ödəməyi) öhdəsinə götürmüşdür. Əmanətin qaytarılması Bankın bütün aktivləri ilə və qanunvericilikdə nəzərdə tutulmuş qaydada təmin edilməlidir. Müqavilənin 1.3-cü, 3.1-ci, 3.2-ci və 4.1-ci bəndlərinə əsasən Bank müqavilənin şərtlərinə uyğun, yalnız Əmanətçinin tələbi ilə Banka depozitə qoyulan pulun ona qaytarılmasını təmin edir, habelə bu müqavilə ilə əmanətçiyə ödənilən faizlər “illik”10% və “Hər ay” şərti ilə Əmanətçinin razılığına əsasən ödənilir. Müqavilənin 3.2-ci bəndinə əsasən isə 3.1-ci bənddə göstərilən aylıq faizlər bir ilin daxilində (360 gün hesabı ilə) pul məbləği Əmanətçinin depozit hesabına saxlandığı faktiki günlərə görə hər gün hesablanır. Əmanətçinin tələbi ilə, əmanətin məbləğinə hesablanan aylıq faizlər əmanətin məbləğindən ayrılıqda ödənilir, tələb olunmamış faizlər isə üstünə faizlər hesablanan əmanətin məbləğini artırır. Əmanət qaytarıldıqda həmin anadək hesablanmış bütün faizlər ödənilir. Belə ki, faizlərin əsas məbləğə əlavə olunması faizlərin kapitallaşması adlandırılmaqla hesablanmış faizlərin depozitlərə əlavə olunması bir neçə dövr şəklində həyat keçilir, bu da aylıq, rüblük və illik ola bilər. Faizlərin hər ay kapitallaşması müvafiq faizlər düsturu (M = X * (1 + f*d/y ) əsasında hesablanır. Habelə Müqavilənin 1.6-cı və 1.7-ci bəndlərində isə müqavilə üzrə müddətin bitməsinə bir həftə qalmış Əmanətçi əmanətin qaytarılmasını Bankdan tələb etməzsə, müqavilə əvvəl bağlanılan müddətə uzadılmış sayılır. Müqavilənin müddətinin uzadılması yeni müqavilənin bağlanması kimi qəbul edilir. Müqavilənin müddətinin uzadılmasına razı olmadıqda isə Bank faiz hesablamadan, əmanətə qoyulan pul məbləğini Əmanətçinin cari hesabına köçürməklə ona qaytarılmasını təmin edir. Əks halda isə, müqavilənin 5.1-ci bəndinə əsasən müqavilədə nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməməsi, yaxud lazımınca yerinə yetirilməməsinə görə bank AR qanunvericiliyinə və Müqavilənin şərtlərinə görə məsuliyyət daşıyır. Belə ki, AR Mülki Məcəlləsinin 14, 15, 21, 385, 443, 445, 446, 448, 456, 944, 947, 949, 950, 1096, 1097 və 1099-cu maddələrində nəzərdə tutulmuş mülki hüquq və vəzifələri, onların müdafiəsi ilə bağlı aşağıdakı müddəaları rəhbər tutub bildirir ki, mülki hüquqlar və vəzifələr, mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan - müqavilə və ya başqa əqdlərdən əmələ gəlir. Fiziki və hüquqi şəxslərin özlərinə mənsub mülki hüquqlardan istifadə etməməsi, bu hüquqlara xitam verilməsinə səbəb olmur. Müqavilə öhdəliklərinin pozulması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Onu da qeyd edir ki, təxminən 2020-ci il fevral ayının ortalarında ”Klassik əmanət (depozit) hesabı haqqında” müqavilənin 24 aylıq müddəti bitdiyi zaman, 20000 AZN əmanətini və hesablanmalı 4407 AZN faizi ödənilməsi üçün bankin rəhbərliyinə müraciət etdikdə, ona məlum olmuşdur ki, xəbəri olmadan əmanətinin saxlanmasına və qorunmasına tam maddi məsuliyyət daşıyan bankın vəzifəli şəxslərinin təqsiri üzündən Azərbaycan Beynəlxalq Bankının xx.xx.2018-ci il tarixli FJB**********831 saylı, xx.xx.2018-ci il tarixli FJB**********983 saylı, habelə xx.xx.2018-ci il tarixli FJB**********5874 saylı kassa məxaric orderlərində açıq-aşkar imzaları saxtalaşdırılmaqla, depozitə qoyduğu bütün əmanəti qanunsuz mənimsənildiyindən, əmanətə qoyduğu pul məbləği və faizləri Əmanətçi kimi cari hesabıma qaytarılmasını bank təmin edə bilmədiyi səbəbindən, bankın təqsiri üzündən müqavilə üzrə hüquqlarının pozulması nəticəsində, şəxsi pul vəsaitindən 5 il müddətində istifadə etmək imkanından və hüquqlarından məhrum olunduğundan, hər bir halda qanunvericiliyin tələblərinə müvafiq olaraq, xx.xx.2018-ci il tarixli “Klassik əmanət (depozit) hesabı” haqqında Müqavilə xx.xx.2023-cü il tarixədək uzadılmış sayılaraq, bank tərəfindən xx.xx.2018-xx.xx.2023-cü illər ərzində Əmanətçi qismində ona vurulmuş zərərlə bağlı pozulmuş hüquqlarının bərpası üçün bütün çəkilən və ya çəkməli olduğu xərclər, habelə, hüququ pozulmasa idi belə, mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərə (əldən çıxmış fayda) görə qanunvericiliyin tələbinə əsasən bank tam maddi məsuliyyət daşımalı olmuşdur. Odur ki, qeyd etdiyi qanuni əsaslara görə bank, Əmanətçiyə - ona müqavilə üzrə nəinki 20000 AZN, əmanətlə birlikdə 24 aylıq hesablanmış 4407 AZN aylıq faizləri ödəməli, həm də bank öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşımaqla, vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini, yəni xx.xx.2020 - xx.xx.2023cü illər ərzində əmanətin qaytarılması təmin etmədiyindən əmanətə hesablanmalı olan 36 aylıq faizlərə görə 8574 AZN məbləğində zərərləri, ümumilikdə isə cəmi əmanətlə birlikdə 32981 AZN vəsaiti Əmanətçiyə - ona tam həcmdə ödəməlidir. Belə ki, “Klassik əmanət (depozit) hesabı” haqqında xx.xx.2018-ci il tarixli Müqavilənin 24 aylıq depozit müddətinin başa çatmasına təxminən 1 həftə qalmış, "xxxx" ASC Qəbələ şöbəsinin müdiri Cabir müəllimə müraciət edib, əmanətini və 24 aylıq faizi ilə birlikdə ödənilməsini tələb edərkən, o bildirmişdir ki, müqavilədən bir neçə ay sonra depozit müddəti başa çatmadan 20000 manat əmanətini guya, o özü bankdan almışdır. İddiaçı əsəbiləşib dərhal bankın Qəbələ şöbəsinə ərizə ilə müraciət edib, bankdan hesabdan çıxarışa dair sənədlərin surətini aldıqda görmüşdür ki, əmanət (depozit) hesabı haqqında Müqavilə ilə banka 24 aylıq müddətə depozitə qoyduğu 20000 AZN pulunu, Azərbaycan Beynəlxalq Bankının xx.xx.2018-ci il tarixli FJB**********831 saylı məxaric orderi ilə 15000 manat, xx.xx.2018-ci il tarixli FJB**********983 saylı məxaric orderi ilə 4000 manat, habelə xx.xx.2018-ci il tarixli FJB**********5874 saylı məxaric orderi ilə 1000 manat, cəmi 20000 AZN əmanət pulunu bankın Qəbələ şöbəsində həmin məxaric orderlərində “müştərinin imzası” qrafasının qarşısında onun imzaları saxtalaşdırılma yolu ilə mənimsənilmişdir. Hətta digər müştərilərin də külli miqdarda pul vəsaitlərinin saxta sənədlər əsasında talanması aşkar olunduğundan bankın Qəbələ şöbəsinin müdiri Cabir Qəbələ rayon polis şöbəsinə nəzarətçi Nicat Qarakişiyev haqqında ərizə ilə şikayət etmişdir. Odur ki, bu qanunsuz əməlləri ilə əlaqədar barəsində qanuni tədbir görüləcəyini nəzarətçi Nicat Qarakişiyevin nəzərinə çatdırdıqda o, etiraf edərək bildirmişdir ki, həqiqətən, onun xəbəri olmadan adına tərtib etdiyi xx.xx.2018-ci il tarixli FJB**********831 saylı, xx.xx.2018-ci il tarixli FJB**********983 saylı, xx.xx.2018-ci il tarixli FJB**********5874 saylı saxta məxaric orderlərində imzalarını saxtalaşdırmış, müddətli depozitə qoyduğu cəmi 20000 manat pulları 3 dəfəyə qanunsuz götürüb talamaqla, şəxsi ehtiyaclarına xərcləmiş, hətta bu günə qədər keçən xeyli müddətdə törətdiyi əməli ondan gizlətmiş, lakin ona və ailə üzvlərinə məxsus Vəndam kəndinin kənarında yerləşən 0,12 ha torpaq sahəsini ona vurduğu 20000 manat maddi ziyanın əvəzinə mülkiyyətinə verməyi öhdəsinə götürməklə, aidiyyatı orqanlara şikayət etməməsini xahiş edərək həmin məzmunda ərizə yazıb iddiaçıya təqdim etmişdir. İddiaçı isə AR CPM-nin 37-ci maddəsinə əsasən yalnız zərərçəkmiş şəxslərin şikayəti əsasında xüsusi ittiham və İctimai-xüsusi ittiham qaydasında cinayət təqibinin həyata keçirildiyini, lakin Nicat Qarakişiyev törətdiyi ictimai ittiham qaydasında cinayət təqibi üzrə, yəni AR CM-nin 179.3.2 maddəsində “külli miqdarda mənimsəmə və ya israf etmə” əməlləri üzrə cinayət təqibinin başlanması üçün zərərçəkmişin şikayət verməsi tələb olunmadığından və artıq bankın şöbə müdiri Cabir müəllimin Qəbələ polisinə hadisə barədə verdiyi rəsmi məlumat bankda törədilmiş həmin cinayət təqibinin araşdırılmasına əsas olduğundan, iddiaçının əlavə ərizə verməsinə zərurət qalmadığından ona vurulan maddi ziyanın bərpası xatirinə bankın nəzarətçisi Nicat Qarakişiyevə xahişini nəzərə alacağını bildirmişdir. Lakin sonradan Nicat Qarakişiyev nəinki vədinə əməl etməmiş, hətta ona vurulan bütün maddi zərərlərin bərpasını təmin etməkdən boyun qaçırmışdır. Əslində, qanunla vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini nəzarətçi Nicat Qarakişiyev deyil, müqavilənin şərtlərinə görə “Azərbaycan Beynəlxalq Bankı“ ASC ödəməli olduğundan, bankın Qəbələ şöbəsinin rəhbərliyinə müraciət etdikdə yalnız istintaq və məhkəmə orqanları tərəfindən aparılan cinayət təqibinin nəticəsindən asılı olaraq əmanətinin və faizlərin qaytarılması məsələsinə baxılmasının mümkünlüyü izah edilmiş, buna görə də Banka qarşı müqavilə öhdəliyinin pozulması və pul tələbi barədə iddia qaldırmadan məhkəmə baxışının nəticəsini gözləməli olmuşdur. Təxminən 3 il sonra, yəni xx.xx.2023-cü il tarixdə e-mehkeme.gov.az internet portalı vasitəsi ilə Şəki Ağır Cinayətlər məhkəməsinin Nicat Qarakişiyevin AR CM-nin 179.3.2-ci və 308.2-ci maddələri məhkum olunmasına dair xx.xx.2023-cü il tarixli hökmünün anonimləşdirilmiş surətini əldə etdikdən sonra ona məlum olmuşdur ki, Şəki Ağır Cinayətlər məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Nicat Qarakişiyev həmin maddələrlə təqsirli bilinib, 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Hökmdən göründüyü kimi, məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2021-ci il tarixli 4/1382-4/12393 saylı rəyinə əsasən təsdiq olunmuşdur ki, “Şahid 74 (yəni İddiaçı) hesabı üzrə 15000 AZN, 4000 AZN və 1000 AZN vəsaitlərin bank məxaric orderlərində “müştəri” qrafasındakı imzalar Şahid 74 (yəni iddiaçının) tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.” Hökmdə, həmçinin digər müştərilərin hesablarına dair sənədlərlə bərabər, ona (Şahid 74) aid hesab üzrə 15000 AZN, 4000 AZN və 1000 AZN vəsaitlərin alınması barədə kassa məxaric orderləri və hesabdan çıxarışlar maddi sübut qismində tanınmaqla, cinayət işinin materiallarında saxlanılmışdır. Hökmə əsasən, Əmanətçi müştərilər qarşısında müqavilə üzrə bilavasitə maddi məsuliyyət daşıyan Azərbaycan Beynəlxalq Bankı zərərçəkmiş hüquqi şəxs qismində tanınmış, lakin bankın öhdəsində olan əmanətləri talanmış müştərilər isə yalnız şahid qismində dindirilmişlər. Hökmdə, ümumiyyətlə, zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-nin nümayəndəsi məhkəmədə mülki iddia verərək əvvəl 53748,40 AZN maddi zərərin, sonradan ərizə verərək qismən ödəniş olmasını qeyd etmiş, 26174,55 AZN maddi zərərin ödənilməsini xahiş etdiyindən, məhkəmə hökmdə təqsirli şəxs Nicat Qarakişiyevdən həmin maddi zərərin tutularaq, Banka ödənilməsi qərara alınmışdır. Lakin müştərilər qarşısında yalnız bank maddi məsuliyyət daşıdığından, məhkəmənin hökmündə konkret olaraq hər hansı müştəri cinayət mühakimə icraatı zamanı mülki iddiaçı qismində tanınmamış və onlara vurulmuş zərərlərin bərpası barədə müddəa qeyd olunmamış, habelə, AR CPM-nin 180.2-ci maddəsinə əsasən hüquqları pozulmuş şəxslərin mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlı olduqları nəzərə alınmaqla, hökmdə bu hallara heç bir hüquqi qiymət verilməmişdir. Yuxarıda qeyd etdiyi mülki hüquq pozuntusu (delikt) nəticəsində, şəxsiyyətə, əmlaka və işgüzar nüfuza və sağlamlığa vurulmuş zərərin əvəzinin qanunla zərərvuran tərəfindən tam həcmdə ödənilməli olduğunu nəzərə alıb, ona vurulmuş mənəvi zərərin də əvəzi ödənilməlidir. Belə ki, AR Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında“ xx.xx.2008-ci il tarixli 7N-li Qərarının tələblərinə əsasən, həmçinin şərəf və ləyaqətinin, şəxsi qeyri-əmlak hüquqlarının və əmlak hüquqlarının pozulması nəticəsində, ona vurulmuş əmlak zərəri ilə əlaqədar, son 3 il ərzində keçirdiyi mənəvi sarsıntı, əsəb və iztirab nəticəsində xx.xx.2021-ci il tarixdən Bakı şəhəri “EGE” hospitalında ürək xəstəliyindən əməliyyat olunaraq, cəmi 4230 AZN ödəniş etməklə “stend” qoyulduqdan sonra daimi dərman müalicəsi təyin edilməklə sağlamlığının pozulmasına görə, həmçinin şəxsi sirrinin açıqlanması, işgüzar nüfuzunun ləkələnməsi, əmanətə qoyduğu şəxsi vəsaitindən istifadə hüququndan məhrum olunmaqda ifadə olunan əməllərə görə, bank tərəfindən əlavə həm də əmanətçi qismində ona 20.000 AZN məbləğində mənəvi zərərin, cəmi 24.230 AZN zərərlərin ödənilməsi təmin edilməlidir. Həmçinin iddia ərizəsinin hazırlanması üçün vəkilə 1000 manat, məhkəməyə müraciət üçün 262 manat dövlət rüsumu ödənilmişdir. Hesab edir ki, həmin məbləğlər cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Daha sonra cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, hesab edir ki, aşağıda qeyd etdiyimiz faktlara və hallara əsasən iddiaçının irəli sürdüyü tələblər əsassızdır və məhkəmə tərəfindən rədd edilməlidir. İlk növbədə iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, 2020-ci ilin fevral ayında "Klassik əmanət (depozit) hesabı haqqında" xx.xx.2018-ci il tarixli müqavilə üçün nəzərdə tutulmuş 24 aylıq müddət bitdiyi üçün 20000 AZN əmanət və hesablanmalı 4407 AZN faizin ödənilməsi üçün bankın rəhbərliyinə müraciət etdikdə Bankın əməkdaşı Qarakişiyev Nicat tərəfindən Bankın kassa məxaric orderlərində imzalar saxtalaşdırılmaqla depozitə qoyduğu əmanət məbləği və ona hesablanmalı faizlər onun xəbəri olmadan mənimsənilmişdir və buna görə də hazırda həmin məbləğ məhz "xxxx"ASC-dən tutulmalıdır. Lakin iddiaçı məhkəməyə natamam məlumatlar təqdim edərək əsl niyyətini gizlətməyə çalışmışdır. Belə ki, iddiaçının da bildiyi kimi, sözügedən şəxs X11 ilə bağlı Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsi tərəfindən ********* nömrəli cinayət işi başlanılmış, həmin cinayət işi üzrə iddiaçı, yəni İddiaçı şahid qismində dindirilmişdir. İddiaçı həmin şahid ifadəsində deyilir: “...Depozitə qoyduğum 20.000 manat pulu sonradan faizi ilə birlikdə geri almaq istəyəndə mənə məlum oldu ki, mənim adımdan il yarım əvvəl saxta məxaric orderləri tərtib olunub və mənim pulum mənimsənilib....Sonradan isə öz qohumu, yəni atası mənə yalvarıb, ağlayıb xahiş etdi ki, ondan şikayət etməyim, mənə vurduğu zərərin əvəzi kimi mənə adlarında olan 12 sot torpağını verərlər, mən isə onların yalvarışını və maddi vəziyyətini nəzərə alıb 6 sot torpaq sahəsi vermələrini təklif edib razılaşdım. Mənə özlərinin istəyi ilə könüllü olaraq verdikləri 6 sot torpağın qiyməti təxminən 15.000 manat edir. Mənim pulum isə faizi ilə birlikdə 24.000 manat idi. Lakin zərərin qismən ödənilməsi ilə razılaşdım, çünki bildim ki, o başqa şəxslərə də vurduğu ziyanı ödəməlidir. Əgər mən zorla torpaq alırdımsa, onda 12 sot torpağın hamısını alardım, çünki 12 sot torpağın hamısı mənim zərərimi ödəyərdi. Lakin mən könüllü olaraq onların verdikləri 6 sot torpaqla razılaşdım...” Yuxarıda qeyd olunan ifadədən də göründüyü kimi artıq hələ bir neçə il öncə iddiaçıya dəymiş zərərin qismən ödənilməsi ilə bağlı razılığını qarşı tərəfə və onun valideynlərinə bildirmiş, bu faktı istintaqın aparılması ilə bağlı verdiyi şahid ifadəsində də təsdiq etmiş, ifadəsinin sonunda onun düzgünlüyü ilə bağlı müvafiq hissəni imzalamışdır. Həmçinin daha bir maraqlı məqama diqqət yetirək. İddiaçı yuxarıda qeyd edildiyi kimi Nicat Qarakişiyevə məxsus 12 sot torpağın 6 sotunu öz adına rəsmiləşdirdikdən sonra X13 etibarnamə verməklə (bununla bağlı çıxarış etiraza əlavə olunur) xx.xx.2023-cü il tarixdə həmin torpaq sahəsini X15 34.000 manata satmışdır (müvafiq təsdiqedici sənədlər etiraza əlavə olunur). Bu da onu deməyə əsas verir ki, iddiaçı nəinki ona dəymiş zərərin ödənilməsinə nail olmuş, hətta həmin torpaq sahəsindən əlavə gəlir (ona dəymiş zərərin 24.000 manat olduğunu iddia etdiyindən əlavə olaraq 10.000 manat məbləğində gəlir) əldə etmişdir. Lakin iddiaçı bütün bu faktları gizlədərək ona zərər vuran şəxs tərəfindən artıqlaması ilə zərərinin ödənilməsinə baxmayaraq yenidən əlavə gəlir əldə etmək məqsədilə Banka qarşı bu cür iddia ilə məhkəməyə müraciət etmişdir. O cümlədən İddiaçı dəymiş zərərin qismən ödənilməsi ilə razılaşdığı üçün "xxxx" ASC sözügedən 24.000 manat məbləğlə bağlı zərərçəkmiş qismində tanınmamış və buna görə də həmin məbləğ X11 ilə bağlı aparılan cinayət işi üzrə cavabdeh tərəfindən verilmiş 53.748,40 manat məbləği əhatə edən mülki iddiada nəzərə alınmamışdır. Buna görə də Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(091)-3/2023 saylı hökmü ilə "xxxx" ASC-nin mülki iddiası 26.174,55 manat olmaqla tam təmin olunmuşdur (geri qalan məbləğ proses gedişatında Nicat Qarakişiyev tərəfindən ödənilmişdir) və beləliklə, həmin məbləğdə İddiaçı dəymiş zərərin məbləği əhatə olunmamışdır. Bu da onu deməyə əsas verir ki, hazırki halda eyni zərərlə bağlı iki müxtəlif subyektdən pul tələb olunması qanuni olmamaqla bərabər məntiqi də deyildir. İddiaçı həmçinin ona vurulmuş əmlak zərəri ilə əlaqədar son 3 il ərzində keçirdiyi mənəvi sarsıntı nəticəsində xx.xx.2021-ci il tarixdən Bakı şəhəri “EGE” hospitalında ürək xəstəliyindən əməliyyat olunaraq, cəmi 4230 AZN ödəniş etməklə “stend” qoyulduqdan sonra daimi dərman müalicəsi təyin edilməklə sağlamlığının pozulmasına görə, həmçinin şəxsi sirrinin açıqlanması, işgüzar nüfuzunun ləkələnməsi, əmanətə qoyduğu şəxsi vəsaitindən istifadə hüququndan məhrum olunmaqda ifadə olunan əməllərə görə 20000 AZN məbləğində mənəvi zərərin cəmi 24230 AZN zərərin ödənilməsini məhkəmədən xahiş etmişdir. Lakin sözügedən tələblər heç bir əsası olmamaqla birlikdə tamamilə absurddur. Belə ki, Nicat Qarakişiyev tərəfindən qeyd olunan əməlin törədilməsi və iddiaçının əməliyyat olunduğunu iddia etdiyi tarix arasında kifayət qədər uzun müddət vardır və heç kəs, hətta müvafiq ekspertlər belə iddiaçının hansısa ürək probleminin yaranmasının məhz hazırki mübahisə, üstəlik "xxxx" ASC-nin hansısa təqsirli hərəkəti nəticəsində yarandığını müəyyən edə bilməz. İddiaçı öz şəxsi həyatında yaşadığı problem və yaşantılarını hazırki iddia tələbi ilə bağlamaqla yenə də öz əlavə pul qazanma istəyini önə sürmüşdür. Həmçinin iddiaçı ona dəymiş mənəvi ziyan olaraq 20.000 manat kimi bir məbləği Bankdan tələb edərkən heç bir əsaslandırıcı sübut təqdim etməmiş, sadəcə absurd bir rəqəm tələb etməklə kifayətlənmişdir. Beləliklə, yuxarıda qeyd edilən əsaslandırmalara əsasən hesab edir ki, iddiaçının iddia tələbi tamamilə əsassızdır. İddiaçı ona zərər vuran şəxs tərəfindən artıqlaması ilə zərərinin ödənilməsinə baxmayaraq yenidən əlavə gəlir əldə etmək məqsədilə hazırki iddia tələbini irəli sürmüşdür. Göstərilənlər iddia ərizəsinin tam əsassız olduğunu sübut edir, odur ki, təmin olunmamalıdır. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cinayət mühakimə icraatı zamanı və məhkəmə proseslərində dələduzluğa məruz qalan şəxslərin heç biri zərərçəkmiş şəxs qismində tanınmamış, yalnız "xxxx" ASC tanınmışdır. X11 özü hazırki iş üzrə İddiaçı ərizə ünvanlayaraq təqsirini boynuna almış və həmin zərərin qarşılığı olaraq məhz 0.12 ha ölçüdə olan torpaq sahələrini iddiaçının adına keçirəcəklərini bildirmişdir. Lakin sonradan yalnız 0.06 ha həcmində torpaq sahəsini iddiaçıya satmışlar. Bank qərəzli formada pulun qaytarılmasından imtina etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X12 izahat verərək bildirmişdir ki, iddiaçının tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsaslanması və həmin müqavilə üzrə yalnız Bankın öhdəliyi icra etməli olduğunu bildirməsi əsassızdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Hazırki məhkəmə mübahisəsində də iddiaçı özü digər zərərçəkmiş şəxslər kimi məhkəmə prosesləri zamanı öz zərərini tələb etmək əvəzinə hələ heç istintaq yekunlaşmadan özü Nicat Qarakişiyev və onun ailəsini çağıraraq ona dəymiş zərərin ödənilməsini onlardan tələb etmiş, aralarındakı razılığa əsasən ona dəymiş zərərin müqabilində sonuncuların mülkiyyətində olan, Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsinin 0.06 ha hissəsi İddiaçı adına rəsmiləşdirilmişdir. Bunu iddiaçı cinayət təqibi zamanı verdiyi şahid ifadəsində də təsdiq etmiş, üstəlik bundan sonra Nicat Qarakişiyevin təqsirləndirilən şəxs qismində cəlb olunduğu heç bir məhkəmə prosesində iştirak etməmiş, hansısa iddiasının olduğunu nə məhkəmə qarşısında, nə də Banka bildirməmişdir. Nicat Qarakişiyevin digər zərərçəkmişlərə ödənişlər etdiyini eşidən zaman hazırki iddia ilə müraciət etmək qərarına gəlmişdir. Mülki Məcəllənin yuxarıda da qeyd olunan maddəsinin tələblərindən göründüyü kimi öhdəlik üçüncü şəxs tərəfindən icra olunan zaman müqaviləyə bununla bağlı hansısa düzəlişin edilməsinə gərək yoxdur. Ona görə də hazırda iddiaçının məhz müqaviləyə əsaslanaraq artıq ödənilmiş öhdəliyin bir daha ödənilməsini tələb etmək hüququ yoxdur. Əks təqdirdə fərz etsək ki, sözügedən torpaq sahəsi 9000 AZN-ə yox, məsələn 40.000 AZN-ə satılmış olsa idi, onda iddiaçı yenə müqaviləyə əsaslanaraq qoyduğu depozit və ona hesablanan faizlərin qaytarılmasını Bankdan tələb edəcəkdi. Hazırki nümunədə məbləğ 40.000 AZN göstərildiyi üçün məhkəməyə qəribə və məntiqsiz gələ bilər, lakin hüquq münasibətləri də məhz bu məntiqin üzərində qurulub. Əgər öhdəlik üçüncü şəxs tərəfindən tam və ya qismən olmasından asılı olmayaraq icra olunmuşdursa və kreditor bu icra ilə razılaşaraq hərəkətsizlik göstərmişdirsə, ödənilməyən hansısa zərərdən söhbət gedə bilməz. Şəxs 9000 AZN məbləğə yox, 1 AZN-ə belə razılaşa bilərdi və ya borcu bağışlaya da bilərdi. Ona görə də burada torpağın neçə manata rəsmiləşdirilməsinin heç bir önəmi yoxdur. Üstəlik həmin zərər qarşılığında adına rəsmiləşdirdiyi sözügedən 0.06 ha torpaq sahəsini 2023-cü ildə 34.000 manata başqa şəxsə satmış və öz zərərini artıqlaması ilə qarşılamışdır. Hazırki iddia əlavə gəlir etmək məqsədilə verilmişdir. Odur ki, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 nümayəndəsi və vəkili Vəkil2 izahat verərək bildirmişdir ki, İddiaçı özü Nicat Qarakişiyevi və ailəsini yanına çağıraraq zərərinin qarşılanmasını tələb etmişdir. Onlar torpaq sahəsi ilə bağlı 1 sotunu 3500 AZN-ə razılaşmışlar, bu da 21.000 AZN edir, lakin müqavilədə formal olaraq 9000 AZN yazılmışdır. X18 Orucova aralarındakı razılığa əsasən depozit müqaviləsi ilə Banka qoyulan pul və faiz ödənişləri ilə bağlı öhdəliyi özü icra etmiş, İddiaçı isə bu icranı qəbul etmiş və bunu ifadəsi ilə təsdiqləmişdir. Odur ki, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, oğlu Nicat "xxxx" ASC-də işləyib, işləyərkən nəsə pul əskikliyi məsələsi olub, pullar mənimsənilib. İddiaçı onları idarəsinə çağırmış və onun da pulunun mənimsənildiyini bildirmişdir. Onlara demişdir ki, zərəri ödəməlidilər. Qəbələdə 12 sot torpağı olmuşdur, yol qırağından bir az aralıda olmuşdur. Yolun qırağına yaxın olan torpaqların qiyməti təxminən 4000 AZN olsa da, onların torpağı bir az yoldan kənarda olduğu üçün 1 sotunu 3500 AZNdən onunla razılaşıb 6 sot torpaqlarını ona satmışlar. Bu da 21.000 manat edirdi. Onun zərərini qarşılayırdı. Məqsəd onları öz maşınlarına qoyub rəsmiləşdirməni etmək üçün Asan xidmətə aparmışdır. Pulun qoyulması, rüsumun ödənilməsi və digər sənədləşmə işlərinin heç birində onların yanlarında olmamış, yalnız imza çəkmişdir. Məqsədin etibarnamə üzrə nümayəndəsi olmuşdur, adını xatırlamır. Bildirmişlər ki, hazırda əlində 21.000 manat olmadığına görə formal olaraq 9000 AZN-ə rəsmiləşdirilmə aparılacaq. Məqsəd onlara onsuz da bu alqı-satqı ilə məsələnin bağlanacağını bildirdiyi üçün müqavilədə torpağın neçəyə satılmasının qeyd edilməsi ona maraqlı olmamışdır. Nümayəndə özü həmin pulu qoyaraq imzalar atıldıqdan sonra da həmin pulu götürmüşdür. Məqsəd onlara demişdir ki, artıq depoziti də Nicata bağışlayır. Sonra Məqsəd onları kəndin girişinə qədər gətirib qoymuş, oradan başqa yol maşını taparaq evlərinə qayıtmışlar. Bununla da onlara deyilmişdir ki, məsələ bağlandı. Ondan sonra nə məhkəmə vaxtı, nə də başqa vaxt heç bir şikayət və s. olmayıb. Cavabdehin nümayəndəsinin suallarına cavab olaraq bildirmişdir ki, əgər torpağın sotu daha az etsə idi və onlar daha aşağı məbləğdən razılaşsa idilər, daha çox torpaq satardı ki, zərər qarşılansın. Onlar Məqsədə pul ödəyəndə hələ heç kəsin zərəri ödənməmişdi. Onların arasında “6 sotla zərəri qismən ödə, qalanını da sonra ödəyərsən və ya qalanını da Bankdan istəyəcəm” kimi bir söhbət olmamışdır. İddiaçının nümayəndəsi və vəkilinin sualına cavab olaraq bildirmişdir ki, Nicatın hansısa ərizədə torpağın 12 sotunun hamısını satacağından xəbəri olmamışdır. Onların razılığı 6 sotla bağlı olmuşdur. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, yerdə qalan 6 sot torpağını da bir müddət sonra təxminən 23.000 manata satmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, İddiaçı uzun müddətdir tanıyır, onun depozit qoyduğundan xəbərdar olmuşdur. Depoziti qoyduqdan bir müddət sonra götürmək üçün Banka yaxınlaşdıqda pulun artıq çıxarıldığını bildirmişlər. Araşdırma zamanı Bankın işçisi X14 Orucovun adından imza çəkərək depozitı qoyulan pulu çıxardığı məlum olmuşdur. Nicatın ailəsi özü gəlib Məqsəd müəllimi tapmış və zərəri qarşılamaq istədiklərini bildirmişlər. Əvvəlcə 12 sot torpaqlarını satacaqlarını bildirsələr də, sonradan 6 sotunu satmaq qərarına gəlmişlər. Alqı-satqıda Məqsəd müəllimin etibarnamə üzrə nümayəndəsi kimi o iştirak etmişdir. Həmin vaxt torpaq qiymətləndirilmiş və bir sotunun 1500 AZN olduğu müəyyənləşmişdir. Alqı-satqı olan zaman o, 9000 AZN pulu Nicatın atasına vermişdir. Nicatın atası pulu götürüb getmişdir və sonradan Məqsəd müəllim özü pulu ondan alacağını bildirmişdir. Zərərin qalan hissəsinin isə Bankdan tələb olunacağı nəzərdə tutulduğuna görə İddiaçı bir neçə dəfə Bankın Qəbələ filialının müdirinə müraciət etmiş, o isə cinayət işi yekunlaşdıqdan sonra pulun qaytarılması məsələsinə baxacaqlarını bildirmişlər. Cavabdehin nümayəndəsinin suallarına cavab olaraq bildirmişdir ki, özü də Qəbələdə yaşayır, torpağın sotunun 1500 AZN-ə qiymətləndirildiyini zəng vuraraq Məqsəd müəllimə bildirmişdir və onun torpağın qiymətindən xəbəri olmuşdur. Birinci Məqsəd müəllimin mi Nicatın ailəsini çağırdığını, yaxud Nicatın ailəsinin mi Məqsəd müəllimi tapdığını bilmir. 9000 AZN-i Nicatın atası götürmüş, alqı-satqı zamanı Məqsəd müəllim orada olmamışdır, pulu sonradan götürəcəyini bildirmişdir. Məqsəd müəllim Banka müraciətlər edərkən onun yanında olmamışdır, yalnız şifahi məlumat əldə etmişdir. Şahidlərin çarpaz dindirilməsi zamanı X27 Səlimovun üzünü xatırlamadığını bildirmişdir. Elnur Səlimli alqı-satqı aparılan zaman İddiaçı da orada olduğunu bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını və şahidlərin ifadələrini dinləyib,məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında depozit müqaviləsi bağlanmış və iddiaçı 20.000 AZN məbləğində depozit qoymuşdur. Bankın işçisi olan N.Qarakişiyev öz səlahiyyətlərindən sui-istifadə edərək imza saxtalaşdırılması etməklə iddiaçıya məxsus pulu depozit hesabından çıxarmışdır. İddiaçı hazırda müqavilə üzrə qoyduğu 20000 AZN əmanət məbləği və hesablanmalı 4407 AZN faizi, xx.xx.2020 - xx.xx.2023-cü illər ərzində əmanətə hesablanmalı olan 36 aylıq faizlərə görə 8574 AZN məbləği, maddi və mənəvi ziyana görə isə 24.230 AZN məbləğin cavabdeh tərəfindən ödənilməsini xahiş edir. b) Mülki işin materialları: İş materiallarında olan “Azərbaycan Beynəlxalq Bankı “ASC-nin Qəbələ rayon şöbəsi ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixli “Klassik əmanət (depozit) hesabı” haqqında müqaviləyə əsasən 24 ay müddətində illik 10 faiz ödənməsi şərti ilə 20000 AZN məbləğində pulunu Banka müddətli depozitə qoyur, Bank isə həmin pulu əmanətçidən qəbul edərək bu müqavilənin şərtlərinə uyğun qaydada əmanətçiyə faizlərin hesablanması, ödənilməsi və əmanətçinin tələbinə əsasən Banka depozitə qoyulan pulun ona qaytarılmasını təmin edir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı onun adına açılmış depozit hesabına 20.000 AZN məbləğində depozit qoymuşdur. İş materiallarında olan "xxxx" ASC ilə bağlanmış “Klassik əmanət (depozit) hesabı haqqında” xx.xx.2018-ci il tarixli müqavilənin 3.2-ci bəndinə əsasən 20.000 AZN depozitə hesablanmış hər aylıq kapitallaşma faizinə dair cədvəldən görünür ki, hər 1 illik dövr üzrə qoyulan əmanət üzrə əlavə olunmalı faizlərin siyahısı göstərilmişdir və münasibətlərə xitam verilmədiyi təqdirdə 2020-2021-ci ilin birinci ayında əldə edilməli məbləğ ümumilikdə 24407,17 AZN təşkil edir. İş materiallarında olan xx.xx.2018-ci il il, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli məxaric orderlərindən görünür ki, İddiaçı depozit hesabından tarixlərə müvafiq olaraq 15.000 AZN, 4000 AZN və 1000 AZN məbləğində pul məxaric olunmuşdur. İş materiallarında olan X11 tərəfindən İddiaçı ünvanlanmış ərizədən görünür ki, N.Qarakişiyev İddiaçı tərəfindən ona etibar edilmiş əmək haqqı kartında toplanmış 20.000 manat pulu xx.xx.2018-ci il tarixdə ABB ASC-də 24 aylıq, illik 10% hesablanmaqla Klassik Əmanət müqaviləsi ilə mədaxil qəbzi əsasında depozitə qoyulmuş və müqavilə filial müdiri və İddiaçı tərəfindən imzalanmışdır. Sonradan şəxsi ehtiyacları olduğundan İddiaçı məlumat vermədən xx.xx.2018-ci il tarixdə 15000 manat, xx.xx.2018-ci il tarixli FJB**********983 saylı məxaric orderi ilə 4000 manat, habelə xx.xx.2018-ci il tarixli FJB**********5874 saylı məxaric orderi ilə 1000 manat, cəmi 20000 AZN əmanət pulunu həmin məxaric orderlərində “müştərinin imzası” qrafasının qarşısında onun imzalarını oxşatmaqla götürmüşdür və bu zərəri ödəmək üçün Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən 0.12 ha həyətyanı torpaq sahələrini onun mülkiyyətinə verməyə razıdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli şahidin dindirilməsi haqqında protokoldan görünür ki, Orucov X10 Nicat Əsgər oğlu barəsində aparılan cinayət işi üzrə şahid qismində dindirilmişdir. İş materiallarında olan Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 2 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, o cümlədən iş üzrə verilmiş mülki iddianın təmin edilərək 26.174,55 AZN maddi ziyanın mülki cavabdeh X2 tutularaq "xxxx" ASC-yə ödənilməsi hökm edilmişdir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin sözügedən xx.xx.2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən çıxarışdan görünür ki, Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən 0.12 ha ölçüsündə torpaq sahəsi X11, X8, X9 və X3 hər birinin ¼ hissədə payları olmaqla onların xüsusi mülkiyyətində olmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X8 digər payçıların da əvəzinə Qəbələ rayonu, Vəndam qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsinin 0.06 ha olan hissəsini İddiaçı 9000 AZN-ə satmış, sonuncunun adından alqı-satqı müqaviləsini etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X17 bağlamışdır. İş materiallarında hər hansı qiymətləndirmə aktı aşkarlanmadı. İş materiallarında olan xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Orucov X24 rayonu, Vəndam qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsini 34.000 manata X1, onun adından alqı-satqı müqaviləsini etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X17 bağlamışdır. İş materiallarında hər hansı qiymətləndirmə aktı aşkarlanmadı. İş materiallarında olan "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, İddiaçı sonuncudan ümumilikdə 57.211 manat məbləğin ödənilməsini xahiş etmiş, lakin Bank tərəfindən müraciətin əsassız olması səbəbindən sözügedən ödənişin həyata keçirilməsindən imtina olunduğu bildirilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" ASC tərəfindən verilən cavab məktubundan görünür ki, Bank ilə İddiaçı arasında bağlanılan “Klassik əmanət (depozit) hesabı haqqında” xx.xx.2018-ci il tarixli müqavilə üzrə qoyulmuş əmanətlə bağlı Banka hansısa sığorta ödənişi edilməmiş və ümumiyyətlə, qanunla belə bir ödənişin edilməsi nəzərdə tutulmamışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilən xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.1957-ci il təvəllüdlü İddiaçı xx.xx.2021, xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərində "xxxx" MMC-də həkim kardioloq yanında müayinədə olmuşdur. Aparılan müayinə zamanı xəstəyə “Ürəyin işemik xəstəliyi gərginlik stenokardiyası” diaqnozu ilə qoyulmuş və “stend” qoyulmaqla, daimi dərman müalicəsi təyin edilmişdir. Göstərilən xidmətlərə görə klinikanın kassasına ümumilikdə 4230 (dörd min iki yüz otuz) manat ödəniş edilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, Güvən Vəkil Bürosunun hesabına 1000 AZN məbləğində pul mədaxil olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi verilməsi üçün 262 manat məbləğində dövlət rüsumu ödənilmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Hazırki iddia tələblərinin depozitə qoyulan 20000 AZN əmanət və ona hesablanmalı olan 4407 AZN faizi məbləğinin ödənilməsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Мəсəlləsinin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və уа xitamı haqqında iki va уа bir neçə şəxsin razılaşması müqavilə sayılır. Нəmin Məcəllənin 389.2-ci maddəsinə görə müqavilələrə iki va çoxtərəfli əqdlərə dаir qaydalar tətbiq еdiİir. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsаsən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və уа çoxtərəfli iradə ifadəsidir. Нəmin Мəcəllənin 399.1 ci maddəsinə əsasən müqavilə bağandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Yuxarıda göstərilən maddələrin məzmununa görə müqavilə həmin əqdi bağlayan tərəflər barəsində hüquq və vəzifələr yaratmaqla onların bir-birilərinə qarşı tələb hüquqlarının yaranmasına əsas verən iradə ifadəsidir. Hazırki işin hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında depozit müqaviləsi bağlanmış və iddiaçı 20.000 AZN məbləğində depozit qoymuşdur. Bankın işçisi olan N.Qarakişiyev öz səlahiyyətlərindən sui-istifadə edərək imza saxtalaşdırılması etməklə iddiaçıya məxsus pulu depozit hesabından çıxarmış və bu səbəbdən iddiaçının qanunla qorunan mənafelərinə xələl gəlmişdir. İddiaçıya, həqiqətən də, real zərərin dəyməsi faktı işin mübahisəsiz halını təşkil etməklə bərabər bunun əksi ilə bağlı tərəflərdən hansısa biri məhkəməyə sübut təqdim etməmişdir, N.Qarakişiyev iddiaçıya ünvanlandığı ərizəsində də, həqiqətən, onun xəbəri olmadan depozit kimi qoyduğu məbləği imzaları saxtalaşdırmaqla məxaric etdiyini, bunu şəxsi ehtiyacları səbəbindən etdiyini və mülkiyyətlərində olan torpaq sahəsinin onun adına könüllü olaraq rəsmiləşdirmə niyyətini bildirmişdir. N.Qarakişiyev barəsində aparılan cinayət işi üzrə araşdırmanın nəticələri, o cümlədən onun barəsində çıxarılan məhkəmə aktlarında da qeyd olunan bu fakt hazırki iş üzrə preyudisial əhəmiyyətə malikdir. İddiaçıya real zərərin dəymiş olması faktı işin mübahisəsiz halını təşkil etsə də, mübahisənin mahiyyəti üzrə həlli zamanı həmin zərərin qarşılanıb-qarşılanmaması, ümumiyyətlə, qarşılanmalı olub-olmaması və bu zərurətin mövcud olduğu təqdirdə kimin tərəfindən qarşılanması ilə bağlı qanunvericiliyin hər hansı göstərişinin olub-olmaması məsələsi araşdırılmalıdır. Belə ki, Mülki Məcəllənin 431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Göründüyü kimi mülki qanunvericilik tərəflər arasında bağlanılan müqavilə üzrə onların hüquq və öhdəliklərinin dairəsini müəyyənləşdirməklə bərabər öhdəliyin üçüncü şəxslər tərəfindən icrasının da mümkünlüyünü təsbit etmişdir. Yuxarıda qeyd edilən normanın mənasına görə borclu öhdəliyin icrasından onun özündən asılı olduğu halda, həmçinin müqavilədən irəli gələn hallarda məsuldur, lakin qalan digər hallarda öhdəliyin üçüncü şəxs tərəfindən icrası ilə bağlı hər hansı məhdudiyyət mövcud deyildir. Hazırki məhkəmə mübahisəsi ilə bağlı işin hallarına diqqət yetirdikdə görünür ki, cavabdeh, yəni müqavilə münasibətləri ilə bağlı borclu olan Bankın əməkdaşı öz vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş və iddiaçıya, yəni hazırki halda kreditora məxsus olan pul vəsaitini mənimsəmişdir. Bu zaman Bank öz işçisinin qanunazidd əməlləri ilə bağlı məsuliyyət daşısa da, həmin məsuliyyətlə bağlı öhdəlik məhz qanunazidd hüquqpozmanı törədən şəxs tərəfindən yerinə yetirilmiş və kreditor olaraq iddiaçı da həmin yerinə yetirmə halını qəbul etmişdir. Əgər belə olmasa idi, hazırki iş üzrə iddiaçı ona dəymiş zərəri digər zərərçəkmişlər kimi Bankdan tələb edəcək və Bankın da öz müqabilində reqress qaydada həmin ödənişin edilməsini öz hüquqpozmanı törədən işçisindən tələb etmək hüququ yaranacaqdı. Lakin indiki halda iddiaçı sanki hadisələri qabaqlayaraq özü sonda dəymiş zərəri ödəməli olan şəxsdən birbaşa olaraq zərərini qarşılamağı tələb etmiş və buna nail olmuşdur, qanunvericiliyin mövqeyinə əsasən bununla bağlı müqaviləyə hər hansı dəyişiklik edilməsi tələb olunmadığından Bankla iddiaçı arasında mövcud olan depozit müqaviləsinə də hər hansı dəyişiklik və ya əlavə edilməsi zərurəti olmamışdır. Belə ki, iş materiallarından da göründüyü kimi İddiaçı ilə birbaşa hüquq pozuntusunu törədən şəxs X11 və onun atası arasında iddiaçıya dəymiş ziyanın qarşılanması məqsədilə razılıq əldə olunmuş və həmin razılığa əsasən X11 və qeyriləri (torpaq sahəsi üzrə paylı mülkiyyətə sahib şəxslər) öz mülkiyyətlərində olan Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsinin 0.06 ha hissəsini iddiaçının adına rəsmiləşdirmişlər. Sözügedən alqı-satqı müqaviləsinin məhz həmin zərərin qarşılanması məqsədilə bağlanması faktı həm hazırki məhkəmə icraatı zamanı iddiaçının özü tərəfindən, həm də iş materiallarında olan X11 barəsində aparılan cinayət işi gedişində İddiaçı şahid qismində dindirilməsi barədə tərtib olunmuş protokolda öz əksini tapmışdır və bununla da tərəflər arasında yuxarıda adı çəkilən alqı-satqı müqaviləsinin məhz sonuncuya dəymiş zərərin qarşılanması məqsədilə bağlanması işin mübahisəsiz halını təşkil etmişdir. Mülki Məcəllənin 522.2-ci maddəsinə əsasən əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. Hazırki işin hallarından da görünür ki, iddiaçı hələ məhkəməyə müraciət etməzdən üç il əvvəl sözügedən icazəni vermiş, hətta bu icranı özü təklif etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli şahidin dindirilməsi protokolunun 6-cı səhifəsində qeyd olunmuşdur ki, “...Depozitə qoyduğum 20.000 manat pulu sonradan faizi ilə birlikdə geri almaq istəyəndə mənə məlum oldu ki, mənim adımdan il yarım əvvəl saxta məxaric orderləri tərtib olunub və mənim pulum mənimsənilib....Sonradan isə öz qohumu, yəni atası mənə yalvarıb, ağlayıb xahiş etdi ki, ondan şikayət etməyim, mənə vurduğu zərərin əvəzi kimi mənə adlarında olan 12 sot torpağını verərlər, mən isə onların yalvarışını və maddi vəziyyətini nəzərə alıb 6 sot torpaq sahəsi vermələrini təklif edib razılaşdım. Mənə özlərinin istəyi ilə könüllü olaraq verdikləri 6 sot torpağın qiyməti təxminən 15.000 manat edir. Mənim pulum isə faizi ilə birlikdə 24.000 manat idi. Lakin zərərin qismən ödənilməsi ilə razılaşdım, çünki bildim ki, o başqa şəxslərə də vurduğu ziyanı ödəməlidir. Əgər mən zorla torpaq alırdımsa, onda 12 sot torpağın hamısını alardım, çünki 12 sot torpağın hamısı mənim zərərimi ödəyərdi. Lakin mən könüllü olaraq onların verdikləri 6 sot torpaqla razılaşdım...” Göründüyü kimi iddiaçı depozit müqaviləsi üzrə qoyduğu pul və ona hesablanmış faizlərin qaytarılmasının həmin pulu qanunazidd olaraq mənimsəyən şəxs tərəfindən həyata keçirilməsinə icazə verməklə bərabər, maddi durumlarının ağır olmasını nəzərə alaraq özü bu icranı təklif etdiyini bildirmişdir. Həmçinin məhkəmə iclasında ifadə verən X8 öz çıxışında iddiaçının hələ heç kəsin zərəri məhkəmə qaydasında və ya digər formada qarşılanmadan onları yanına çağıraraq dəymiş zərərin məhz onlar tərəfindən ödənilməsini tələb etdiyini bildirmişdir. İddiaçı tərəfin vəsatəti ilə dindirilən şahid X16 əvvəlcə öz ifadəsində Nicat Qarakişiyev və ailəsinin iddiaçını axtarıb zərərini qarşılamaq istədiyini bildirsə də, ona verilən suallarda hansı tərəfin ilk təklifi etdiyi bilmədiyini bildirmişdir və şahidin ifadəsindəki bu ziddiyət də məhkəmə tərəfindən, həqiqətən də, zərərin qarşılanmasının məhz iddiaçının özünün təklifi və icazəsi ilə baş verdiyi qənaətinə gəlməyə əsas vermişdir. İddiaçının tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən 0.06 ha torpaq sahəsinin 9000 AZN məbləğində iddiaçıya satılması ilə zərərin tam deyil, qismən ödənilməsi barədə mülahizəsi ilə bağlı məhkəmə onu bildirməyi zəruri hesab edir ki, həm iddiaçı, həm də X11 və onun adından əqd bağlayan atası X8 həmin alqı-satqı müqaviləsinin sırf hansısa torpaq sahəsinin əldə edilməsi ilə bağlı deyil, digər bir münasibətin – dəymiş zərərin əvəzləşdirilərək ödənilməsinin pərdələnməsi məqsədilə bağlanmış olduğunu birbaşa və dolayı yolla bildirmiş və qəbul etmişlər. Məhkəmə iclasında şahid qismində ifadə verən Ə.Qarakişiyev İddiaçıla aralarında razılıq əldə olunarkən torpağın bir sotunun 3500 AZN-dən hesablanması və 6 sot torpaq sahəsinin 21.000 AZN-ə bərabər olaraq nəzərə aldıqlarını, lakin İddiaçı etibarnamə üzrə nümayəndəsinin alqı-satqı zamanı 21.000 AZN məbləğində vəsaitə malik olmaması səbəbindən formal olaraq 9000 AZN məbləğin nümayəndənin özü tərəfindən qoyularaq sonradan özü tərəfindən götürüldüyünü bildirmişdir. Şahid qismində dindirilən E.Səlimli isə torpaq sahəsinin rəsmi hərrac vasitəsilə qiymətləndirildiyini və 1 sotunun 1500 AZN məbləğində müəyyənləşdirildiyini bildirsə də, iş materiallarında hər hansı rəsmi qiymətləndirmə aktı aşkarlanmamışdır. Lakin iddiaçının özü istintaq orqanında verdiyi şahid ifadəsində həmin vaxt torpağın qiymətinin 2000-2500 AZN olduğu, bu hesabla 6 sot torpağı da 15.000 AZN məbləğində dəyərləndirdiklərini bildirmişdir. Barəsində alqı-satqı aparılan torpağın dəyəri ilə bağlı birbaşa maraqlarına toxunan şəxs olaraq iddiaçının nəzərdə tutaraq razılaşdığı məbləğin onun etibarnamə üzrə nümayəndəsinin bildirdiyi məbləğdən çox olması isə məhkəmədə qeyd edilən şahid ifadəsinin mötəbərliyinə bir daha şübhə yaradaraq müqavilədə qeyd edilən 9000 AZN məbləğin formal olduğu qənaətinə gəlməyə əsas vermişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. O cümlədən məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Göründüyü kimi qanunvericinin bu normada rəhbər tutduğu fikrə görə öhdəliyin xitamı üçün sadəcə onun tam şəkildə icrası deyil, borcun bağışlanması da əsaslardan biri kimi çıxış edir. Həmin Məcəllənin 546-cı maddəsinə əsasən kreditorun borclunu onun üzərinə düşən vəzifədən azad etməsi (borcun bağışlanması) ilə öhdəliyə xitam verilir, bu şərtlə ki, həmin hərəkət kreditorun əmlakı barəsində başqa şəxslərin hüquqlarını pozmasın. Hazırki iş üzrə yuxarıdakı abzaslarda iddiaçı ilə ona dəymiş zərərin qarşılanması məqsədilə bağlanmış alqı-satqı müqaviləsinin dəyərinin formal və əsl məbləğləri ilə bağlı fikirlərə əlavə olaraq məhkəmə qeyd edir ki, qanunvericinin mövqeyinə görə öhdəliyə xitam verilməsi üçün dəymiş zərərə ekvivalent olan ödəmənin həyata keçirilməsi yeganə şərt deyildir və kreditorun özü borcu tam və ya qismən bağışlaması yolu ilə də öhdəliyə xitam verilmiş hesab edə bilər. Belə ki, iddiaçının istintaq orqanında verdiyi ifadəni təkrarən nəzərdən keçirdikdə, həmin ifadənin beş və altıncı səhifələrində bir neçə yerdə sonuncunun zərərin xeyli hissəsinin ödənildiyini nəzərə alaraq qismən ödənişlə razılaşdığını, hətta onlara yazığı gələrək qismən ödənişi özünün təklif etdiyini bildirmişdir. O cümlədən Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünün 46-cı səhifəsində İddiaçı ifadəsinin tədqiqi öz əksini tapmış, bu ifadədə də “... daha sonra isə Vəndam qəsəbəsi ərazisində yerləşən 12 sot torpaq sahəsinin 6 sot torpaq sahəsini ona vurulmuş zərərin əvəzi kimi onun qohumunun adına rəsmiləşdirmişlər” ifadəsi qeyd olunmuşdur. Göründüyü kimi hazırki iş üzrə iddiaçı ilə N.Qarakişiyev arasında dəymiş zərərin ödənilməsi ilə bağlı torpaq alqısatqısı baş verərkən tərəflərin müqavilənin dəyəri kimi 9000 AZN məbləği könüllü qəbul edib razılaşdırmaları halında belə iddiaçı bu ödənişlə razı olmuş, borcun qalan hissəsinin tələb olunmaması və dolayı yolla bağışlanması ilə bağlı həm yazılı ifadələrində, həm də öz konkludent hərəkətlərində (N.Qarakişiyevin təqsirləndirilməsi ilə bağlı cinayət işi üzrə nə məhkəməyədək icraat zamanı, nə də birinci instansiya və apelyasiya instansiyası məhkəmələrində ona və ya qeyrisinə qarşı hər hansı tələblə çıxış etməməsi, Bankın digər zərərçəkmişlərə dəymiş ziyanla bağlı məcmu halında mülki iddia verməsi halında İddiaçı hansısa tələbi olmaması səbəbindən ona dəymiş zərərin bu iddiada nəzərə alınmaması, o cümlədən bu nəzərə alınmama halına göz yumması, hazırki iddiayadək Banka hər hansı rəsmi müraciət ünvanlamaması) öz əksini tapmış, bir növ, həqiqətən də, zərərinin qarşılanması faktı ilə razılaşdığını göstərmişdir. Mülki Məcəllənin 529.2-ci maddəsinə əsasən öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. Lakin hazırda iddiaçı tərəflər arasında alqı-satqı müqaviləsi bağlanılarkən icranın natamamlığı ilə bağlı hər hansı narazılıq bildirməmiş və bu icranı təsdiq etmişdir. Məlum olduğu kimi, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında da göstərilmişdir ki, Mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Məhkəmə həmçinin cavabdehin iddiaçı tərəfin həmin 0.06 ha torpaq sahəsini xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə 34.000 AZN-ə X23 adlı şəxsə satması və bununla da ona dəymiş zərərin bu yolla qarşılanması ilə bağlı fikirlərinə münasibətdə qeyd edir ki, həmin 0.06 ha olan torpaq sahəsi iddiaçının mülkiyyətində olmuşdur və həmin əmlakla bağlı müstəqil sərəncam vermək və onunla barəsində əqdlər bağlamaq, ondan istədiyi qədər gəlir əldə etmək iddiaçının müstəsna hüququdur. Ona görə də hazırda məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan sözügedən torpaq sahəsinin aldığı qiymətdən daha baha satması ona dəymiş zərərin məhz bu yolla qarşılandığını deməyə əsasə verə bilməz. Bütün yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının depozit qoyduğu 20.000 AZN məbləğin ödənilməsi ilə bağlı iddia tələbi təmin edilməməlidir. O cümlədən eyni əsaslar həmin məbləğə hesablanmalı olan 4407 AZN faiz məbləğinin iddiaçıya ödənilməsi tələbi ilə bağlı da keçərli olduğu üçün məhkəmə eyni əsaslandırmanın təkrarlanmasına lüzum görməyərək hesab edir ki, iddia həmin hissədə də rədd olunmalıdır. Məhkəmə iddiaçının xx.xx.2020 - xx.xx.2023-cü illər ərzində əmanətin qaytarılmasının təmin edilməməsi səbəbindən əmanətə hesablanmalı olan 36 aylıq faizlərə görə 8574 AZN məbləğində pulun cavabdehdən tutulması tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli Klassik əmanət (depozit) hesabı haqqında müqavilənin 1.5-ci bəndinə əsasən bu müqavilənin müddəti 24 aydır. Müqavilə 20 fevral 2018-ci il tarixdən qüvvəyə minir və 20 fevral 2020-ci il tarixədək qüvvədədir. Həmin müqavilənin 1.6-cı bəndinə əsasən bu müqavilənin bitməsinə bir həftə qalmış Əmanətçi əmanətin qaytarılmasını Bankdan tələb etməzsə, müqavilə əvvəl bağlanılan müddətə uzadılmış sayılır. Göründüyü kimi tərəflər arasında bağlanmış müqaviləyə əsasən müqavilənin müddəti 2 il müəyyən olunmuş, müqavilənin uzadılması ilə bağlı isə müddətin bitməsinə bir həftə qalmış əmanətçinin əmanətin qaytarılmasını tələb etməməsi halının mövcudluğu şərtləşdirilmişdir. Lakin hazırki məhkəmə mübahisəsi ilə bağlı iddiaçı öz iddia ərizəsində bildirmişdir ki, təxminən 2020-ci il fevral ayının ortalarında ”Klassik əmanət (depozit) hesabı haqqında” müqavilənin 24 aylıq müddəti bitdiyi zaman, 20000 AZN əmanətini və hesablanmalı 4407 AZN faizi ödənilməsi üçün bankin rəhbərliyinə müraciət etmişdir və bu zaman hüququnun pozulduğunu aşkarlamışdır. Hazırda iddiaçı öz iddia tələbində 2020-ci ilin fevral ayından etibarən 2023-cü ilin fevral ayınadək hesablanmalı olduğunu iddia etdiyi əlavə faizlərin də qaytarılması öhdəliyinin də cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Lakin işin hallarından və iddia ərizəsindən də göründüyü kimi iddiaçı 2020-ci ilin fevral ayında artıq Bankla müqavilə münasibətlərinə xitam vermək niyyətində olmuş və Banka məhz depozit olaraq qoyduğu pulu və ona hesablanmış faizləri götürmək məqsədi ilə yaxınlaşmışdır. Bu da o deməkdir ki, iddiaçı 2020-ci ilin fevral ayında artıq Bankla sözügedən depozit müqaviləsi üzrə münasibətlərinə xitam vermək niyyətində olduğundan həmin vaxtdan etibarən hesablanacaq hər hansı faizlə bağlı iddia tələbi təmin edilə bilməz. Odur ki, hazırki iş üzrə iddia xx.xx.2020 - xx.xx.2023-cü illər ərzində əmanətin qaytarılmasının təmin edilməməsi səbəbindən əmanətə hesablanmalı olan 36 aylıq faizlərə görə 8574 AZN məbləğində pulun cavabdehdən tutulması tələbi hissəsində təmin edilməməlidir. Məhkəmə iddiaçının 4230 manat maddi və 20.000 manat mənəvi ziyanın ödənilməsi tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə qeyd edir ki, iddiaçı tərəf şərəf və ləyaqətinin, şəxsi qeyri-əmlak hüquqlarının və əmlak hüquqlarının pozulması nəticəsində ona vurulmuş əmlak zərəri ilə əlaqədar, son 3 il ərzində keçirdiyi mənəvi sarsıntı, əsəb və iztirab nəticəsində xx.xx.2021-ci il tarixdən Bakı şəhəri “Ege” hospitalında ürək xəstəliyindən əməliyyat olunaraq, cəmi 4230 AZN ödəniş etməklə “stend” qoyulduqdan sonra daimi dərman müalicəsi təyin edilməklə sağlamlığının pozulduğunu iddia etsə də, bunun yaranma səbəbinin sırf hazırki iddia tələbinin əsası olan mübahisənin olmasına dair hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. İddiaçının öz hüqunun pozulduğunu bildiyi vaxt 2020-ci ilin fevral ayına təsadüf edir, iddiaçı tərəfindən təqdim olunan arayışa əsasən isə İddiaçı xx.xx.2021, xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərində "xxxx" MMC-də həkim kardioloq müayinəsində olmuşdur. Göründüyü kimi qeyd olunan tarixlər arasında kifayət qədər müddət fərqi mövcuddur və iddiaçı həkim müayinəsində olmasının və sağlamlıq problemlərinin yaranmasının məhz həmin müayinələrdən müvafiq olaraq bir və iki il əvvəlki hadisələrlə əlaqəli olmasını təsdiq edən hər hansı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Mənəvi zərərin tələbi ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 03 noyabr 2008ci il tarixli 7 saylı Qərarının 8-ci bəndində izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkənin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İddiaçı isə ona mənəvi zərərin vurulduğunu bildirsə də, Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarının müddəalarına və Azərbaycan Respublikası MPM-in 89-cu maddəsinə uyğun qaydada bunu sübuta yetirə bilməmişdir. Göstərilənlərə əsasən, məhkəmə bu qənaətə gəlir ki, İddiaçı X6 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə cavabdeh "xxxx" ASC-yə qarşı “bank əmanəti və bank hesabatı müqavilələri üzrə pul tələbi, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, tələb təmin olunmadığı üçün 262 manat ödənilmiş dövlət rüsumunun tutulması, o cümlədən hüquqi yardım üçün vəkilə ödənilmiş 1000 manat pulun cavabdehdən tutulması barədə tələb də əsassız hesab edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X6 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə cavabdeh "xxxx" ASC-yə qarşı “bank əmanəti və bank hesabatı müqavilələri üzrə pul tələbi, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-2721/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2721/2023
27.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver