Məhkəmə qərarları › İş №e-2(006)-273/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-273/2025

25.08.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-273/2025 25.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "əmlakın naturada ayrılması, bu mümkün olmadıqda açıq hərracda satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyətçiləri arasında onların paylarna mütənasib surətdə bölüşdürülməsi və təmir xərclərinin ödənilməsi” tələblərinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "əmlakın açıq hərracda satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyətçiləri arasında onların paylarna mütənasib surətdə bölüşdürülməsi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Bakı şəhəri Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 3004-cü məhəllədə yerləşən 118 saylı mənzilin naturada ayrılması, bu mümkün olmadıqda açıq hərracda satılması və satış pulunun ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh paylarının müəyyən edilməklə bölünməsi və iddiaçının mənzilin təmirinə sərf etdiyi 20.000 manatın cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirdilər ki, mübahisə ilə bağlı tərəflər arasında razılıq əldə edilmiş və barışıq sazişi bağlamışlar. Nümayəndə məhkəməyə barışıq sazişi təqdim edərək qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə bildirdi ki, iddiaçı ilə razılığa gəliblər. Belə ki, barışıq sazişində hazırkı mübahisə ilə bağlı məsələlər öz həllini tapmışdır. Odur ki, qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 36.2. Ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ərarvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər. 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 52.3. Tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.4. Məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. 122.3. Tərəflər barışıq sazişi bağladıqda məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərclər tərəflərin razılığına uyğun olaraq bölüşdürülür. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5. Tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Məhkəmə barışıq sazişini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, hazırkı iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli tərələr arasında bağlanmış barışıq sazişinə əsasən, tərəflər aşağıdakı şərtlərlə barışıq sazişi bağlayıblar:

1. İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Asəf Məhərrəmov küçəsi 3004, mənzil 118 ( yeni qaydalarla : ünvan 1 ünvanında yerləşən mənzil üçün Cavabdeh 115000 (bir yüz on beş min ) manat ödəməyi öhdəsinə götürür.

2. Cavabdeh birinci bənddə qeyd olunan təklif ilə razılaşaraq, 115000 (bir yüz on beş min ) manat məbləğində pul ona ödəniləndən sonra təmir pulu olaraq 2000 (iki min) manat məbləğində pulu İddiaçı ödəməyi öhdəsinə götürür.

3. Cavabdeh barışıq sazişinin birinci və ikinci bəndində qeyd edilən öhdəlikləri eyni vaxtda yerinə yetirdikdə, Bakı şəhəri, Nəsimi rayonu, Asəf Məhərrəmov küçəsi 3004, mənzil 118 (yeni qaydalarla : ünvan 2 ünvanında yerləşən mənzilin 1/2 pay hissənin notarial qaydada, bağışlama yolu ilə İddiaçı bağışlayacağını, 30 gün müddətində pasport qeydiyyatında çıxmaqla mənzili bolşaldılması öhdəliyini öhdəsinə götürür.

4. Bu sazişin yuxarıdakı bəndlərində qeyd olunmuş öhdəliklər tam həcmdə, vaxtında, dəqiq və vicdanla yerinə yetirildikdən sonra tərəflər barışıq sazişini icra etmiş hesab olunur.

5. Hazırki Barışıq sazişini imzalayan tərəflər bu sazişin şərtlərini tam və ya qismən pozduğu və icra etmədiyi halda hər birinin bu Sazişin pozulmuş şərtlərinin icrası tələbi ilə bağlı məhkəməyə müraciət etmək hüququ saxlanılır. Məhkəmə tərəflərin barışıq sazişini araşdıraraq müəyyən etdi ki, saziş Azərbaycan Respublikası MPM-nin 191-ci maddəsinin tələblərinə uyğun tərtib edilmiş, barışıq sazişinin təsdiqlənməsinin hüquqi nəticələri aydın surətdə ifadə olunmuşdur. Barışıq sazişinin şərtlərinin təhlili ilə müəyyən edildi ki, tərəflərin barışıq sazişinin şərtləri qanuna zidd deyildir və digər şəxslərin mənafelərinə toxunmur və deməli, barışıq sazişi təsdiq oluna bilər. Göründüyü kimi tərəflər öz aralarında barışıq sazişi bağlamaqla Bakı şəhəri Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 3004-cü məhəllədə yerləşən 118 saylı mənzilə və həmin mənzilin təmirinə çəkilmiş xərcə dair razılığa gəlmişlər və ona görə də iş üzrə icraata xitam verilməlidir. Bundan başqa işdə olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, məhkəmə tikinti-texniki ekspertizası üzrə aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. X1 xx.xx.2025-ci il tarixli 110 nömrəli məktubundan görünür ki, ekspertiza xidmətinin dəyəri 300 manat təşkil edir. Məhkəmə xərclərinə münasibətdə qeyd edilir ki, tərəflər barışıq sazişində məhkəmə xərclərinin bölünməsinə dair şərtləri razılaşdırmasalar da, məhkəmə iclasında həmin xərclərin onlardan müştərək qaydada tutulmasına etiraz etmədiklərini bildirdilər. Odur ki, tərəflərdən müştərək qaydada 50 manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, 300 manat tutularaq X1 hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin:

1. İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Asəf Məhərrəmov küçəsi 3004, mənzil 118 ( yeni qaydalarla : ünvan 3 ünvanında yerləşən mənzil üçün Cavabdeh 115000 (bir yüz on beş min ) manat ödəməyi öhdəsinə götürür.

2. Cavabdeh birinci bənddə qeyd olunan təklif ilə razılaşaraq, 115000 (bir yüz on beş min) manat məbləğində pul ona ödəniləndən sonra təmir pulu olaraq 2000 (iki min) manat məbləğində pulu İddiaçı ödəməyi öhdəsinə götürür.

3. Cavabdeh barışıq sazişinin birinci və ikinci bəndində qeyd edilən öhdəlikləri eyni vaxtda yerinə yetirdikdə, Bakı şəhəri, Nəsimi rayonu, Asəf Məhərrəmov küçəsi 3004, mənzil 118 (yeni qaydalarla : ünvan 4 ünvanında yerləşən mənzilin ½ pay hissənin notarial qaydada, bağışlama yolu ilə İddiaçı bağışlayacağını, 30 gün müddətində pasport qeydiyyatında çıxmaqla mənzili bolşaldılması öhdəliyini öhdəsinə götürür.

4. Bu sazişin yuxarıdakı bəndlərində qeyd olunmuş öhdəliklər tam həcmdə, vaxtında, dəqiq və vicdanla yerinə yetirildikdən sonra tərəflər barışıq sazişini icra etmiş hesab olunur.

5. Hazırki Barışıq sazişini imzalayan tərəflər bu sazişin şərtlərini tam və ya qismən pozduğu və icra etmədiyi halda hərbirinin bu Sazişin pozulmuş şərtlərinin icrası tələbi ilə bağlı məhkəməyə müraciət etmək hüququ saxlanılır. İddiaçı Cavabdeh qarşı "əmlakın naturada ayrılması, bu mümkün olmadıqda açıq hərracda satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyətçiləri arasında onların paylarna mütənasib surətdə bölüşdürülməsi və təmir xərclərinin ödənilməsi” tələblərinə dair mülki işin icraatına xitam verilsin. İddiaçı və Cavabdeh müştərək qaydada 50 manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, hesab nömrəsi «AZ34CTRE ********************), 300 manat tutularaq X1 hesabına (VÖEN **********, İBAN: AZ94BRES********************, Bank Respublika ASC-nin Nərimanov filialı, Kod 513489 AZ80NABZ******************** SWİFT BRESAZ22) köçürülsün. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar