Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2741/2023 30.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdehnə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış SRM-072 saylı, xx.xx.2020-ci il tarixli Payın Alqı-Satqı Müqaviləsinin 2.1-ci bəndinə əsasən "xxxx" Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsində (keçmiş 10-20 ünvanında) inşa ediləcək hündürmərtəbəli yaşayış binasının təmirli mənzilini 2021-ci ilin sonunadək ona təhvil verməyi o, isə mənzilin dəyərinə uyğun pay haqqını "xxxx"-ə ödəməyi öhəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən pay haqqının məbləği 351.340 manat təşkil etmişdir. 4.1-ci bəndinə əsasən "xxxx" tərəfindən inşa ediləcək binanın və mənzilin xüsusiyyətləri aşağıdakı kimidir; Binanın mərtəbələrinin sayı: 19, Mənzilin ümumi sahəsi: 175,67 kv.m., Blok C, Mənzilin ümumi mərtəbəsi: 12, Mənzilin yaşayış mərtəbəsi 9. Müqavilənin 3.1-ci bəndində pay haqqı "xxxx" tərəfindən rəsmi ödəmə bildirişi göndərildiyi tarixdən hissə-hissə mənzilin inşası başa çatdırılanadək «Payçı» tərəfindən "xxxx"ə ödənilməsi nəzərdə tutulsa da, tərəfindən "xxxx"in tələbinə görə xx.xx.2021-ci il tarixli nömrəsiz mədaxil qəbzinə əsasən "xxxx"ə 415.000 manat ödənilmişdir. "xxxx"in nümayəndələri müqavilədə nəzərdə tutulan 351.340 manat məbləğdən 63.660 manat artıq almalarını onunla izah etmişdirlər ki, 63.660 manat ƏDV kimi Vergilər İdarəsinə ödəniləcəkdir. "xxxx"ə borcunun qalmamasına dair cavabdeh tərəfindən maliyyə arayışı da verilmişdir. Mənzil təhvil-təslim aktına əsasən tərəfindən qəbul edilmiş və daha sonra müqavilə və maliyyə arayışı əsasında mənzildən imtinaya dair **********729 saylı, xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizə "xxxx"ə təqdim edilərək onun vasitəsi ilə özgəninkiləşdirilmişdir. Bundan sonra nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılmasına dair Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli «Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə digər vergisinin qaytarılması Şərtləri və Qaydası» Fərmanı ilə təsdiq edilmiş qaydalara əsaslanaraq ev alarkən ödədiyi ƏDV-nin 30%-ni geri almaq istəyəndə məlum olmuşdur ki, "xxxx"ə ödədiyi 415.000 manat məbləğə daxil 63.660 manat məbləğ ƏDV adı altında ondan alınsa da, Vergilər İdarəsinə ödənilməyib və "xxxx" tərəfindən mənimsənilib. Yəni əsassız varlanma hadisəsi baş vermişdir ki, mənzilini xx.xx.2023-cü il tarixdə özgəninkiləşdirəndən sonra bundan xəbəri olmuşdur. Dəfələrlə "xxxx"in səlahiyyətli nümayəndələri ilə həmin məbləğin geri qaytarılmasına dair aparılmış söhbətlər nəticəsiz qaldığından xx.xx.2023-cü il tarixində poçt vasitəsi ilə rəsmi qaydada pretenziya verilməsinə məcbur olmuşdur. Cavabdeh həmin tarixdə pretenziyanı almasına rəğmən hal-hazıra kimi cavab verməmişdir. Hesab edir ki, müqavilənin 3.1-ci bəndində nəzərdə tutulan 351.340 manat pay haqqından artıq ondan alınan 63.660 manat məbləğ cavabdeh tərəfindən geri qaytarılmalıdır. Göstərilənlərə əsasən Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış SRM-072 saylı, xx.xx.2020-ci il tarixli Payın Alqı-Satqı Müqaviləsinin 3.1-ci bəndində nəzərdə tutulan 351.340 manat məbləğində pay haqqından artıq alınmış 63.660 manat məbləğində pul və 280,98 manat dövlət rüsumu Cavabdehndən tutularaq İddiaçı qaytarılmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, hazırki mülki iş üzrə İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2020-ci il tarixli payın alq-satqı müqaviləsinə əsasən cavabdeh Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsində inşa ediləcək hündürmərtəbəli yaşayış binasının təmirli mənzilini 2021-ci ilin sonunadək iddiaçıya təhvil verməyi, iddiaçı isə mənzilin dəyərinə uyğun pay haqqını yəni, 351.340 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. Lakin iddiaçı pulun ödənilməsi üçün cavabdehə xx.xx.2021-ci il tarixdə müraciət edərkən ona oranın əməkdaşı tərəfindən bildirilmişdir ki, iddiaçı cavabdehə 351.340 manat deyil, 415.000 manat ödəniş etməlidir. Bunu isə onunla izah etmişdirlər ki, 63.660 manat ƏDV kimi Vergilər İdarəsinə ödəniləcəkdir. İddiaçı da bununla razılaşmışdır. Bundan əlavə iddiaçı şirkətə yaxınlaşarkən axşam saat 17.00 radələri olmuş və oranın əməkdaşı ona bildirmişdir ki, «ödənişi banka ödəmək üçün çox gecdir. Çatdırmayacaqsız. Siz ödənişi bizə edin və biz sizin adınızdan banka ödəyərik. Daha sonra isə gələrsiz bununla bağlı sizə qəbzi də təqdim edərik». İddiaçı bunun əsasında elə həmin gün cavabdehə 415.000 manat ödəniş etmişdir. Bununla bağlı ona mədaxil qəbzi də verilmişdir. Onu da nəzərinə çatdırır ki, mədaxil qəbzləri tərəfə borc hissə-hissə ödənilərkən təqdim edilir. Borc tam bağlandıqdan sonra isə mədaxil orderi verilir. Mədaxil qəbzlərini şirkətin əməedaşı, mühasibi də imzalayaraq verə bilər. Bunda qanunsuz heç bir şey yoxdur. Daha sonra "xxxx"ə borcun qalmamasına dair cavabdeh tərəfindən maliyyə arayışı da verilmişdir. Mənzil təhvil-təslim aktına əsasən iddiaçı tərəfindən qəbul edilmiş və daha sonra iddiaçı tərəfindən 2023-cü ilin mart ayında özgəninkiləşdirilmişdir. Bundan sonra nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılmasına dair Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş qaydalara əsaslanaraq ev alarkən ödədiyi ƏDV-nin 30 faizini geri almaq istəmiş və bununla bağlı 2023-cü ilin fevral ayında şirkətin yuxarıda qeyd etdikləri Ceyhun adlı əməkdaşına yaxınlaşmış və ondan banka ödənişin edilməsi ilə bağlı qəbzi istəmişdir. Bu zaman həmin əməkdaş bildirmişdir ki, qəbzi tapa bilmirlər. Daha sonra isə iddiaçıya məlum olmuşdur ki, "xxxx"ə ödədiyi 415.000 manat məbləğə daxil 63.660 manat məbləğ ƏDV adı altında iddiaçıdan alınsa da, Vergilər İdarəsinə ödənilməyib və "xxxx" tərəfindən mənimsənilib. Yəni əsassız varlanma hadisəsi baş vermişdir ki, bundan da iddiaçının xx.xx.2023-cü il tarixdə özgəninkiləşdirəndən sonra xəbəri olmuşdur.Dəfələrlə "xxxx"in səlahiyyətli nümayəndələri ilə həmin məbləğin geri qaytarılmasına dair aparılmış söhbətlər nəticəsiz qalmışdır. Ceyhun adlı şəxsdən başqa, iddiaçı şirkətin hüquqşünası Nümayəndə adlı, hazırki məhkəmə mübahisəsi zamanı cavabdehin hüquqlarını müdafiə eedən digər vəkillə də danışıb. Bununla bağlı səs yazıları da məhkəməyə təqdim edilmişdir. Elcan adlı şəxs isə ilk öncə ona bildirmişdir ki, ƏDV ilə bağlı pul müqavilədə göstərilən məbləğə daxildir. Daha sonra isə bildirmişdir ki, mənzil MTK-dan deyil, ikinci əldən Ə.Hüseynli adlı şəxsdən alındığı üçün ƏDV ümumiyyətlə tutulmamalıdır. Belə olan halda, ƏDV adı altında iddiaçıdan alınan pulun mənimsənildiyi ortaya çıxır. Həmçinin məhkəmə araşdırılması zamanı məhkəmə tərəfindən AR Vergilər Nazirliyinə məhkəmə sorğusu ünvanlansa da, ona münasibət bildirilməmiş və sorğu cavabdehə ünvanlanmışdır. Cavabdeh də həmin sorğuya cavab olaraq 8 ədəd mədaxil qəbzi əlavə edərək məhkəməyə təqdim etmişdir. Qeyd edir ki, həmin qəbzin heç birindən iddiaçının imzası yoxdur. Bundan başqa qeyd edilən ödəniş iddiaçı tərəfindən ayrı-ayrı vaxtlarda deyil, birdəfəyə ödənilmişdir. Həmçinin həmin qəbzdən görünür ki, guya iddiaçı tərəfindən ödəməli olduğu pulun 142.000 manat hissəsi iddiaçı tərəfindən ev satıldıqdan sonra, yəni 2023-cü ili naprel ayında ödənilmişdir. Bu həqiqəti əks etdirmir. Pul MTK-ya ödənilibsə qeyd etdiyi Fərman şamil olunmur, bank vasitəsi ilə ödənilibsə, şamil olunur. Qeyd etdiyi Fərmandan öncə də ƏDV-nin qaytarılması nəzərdə tutulmuşdur, lakin iddiaçı bundan 2023-cü ilin fevralda xəbər tutub. Belə ki, qanunvericilikdə hüquqlarının pozulduğunu bildiyi an müəyyən olunub ki, iddiaçı da hüquqlarının pozulmasından 2023-cü ilin fevral ayında xəbər tutub. ƏDV altında iddiaçıdan müqavilədə qeyd ediləndən artıq pul alınıb. Lakin ƏDV olaraq ödənilməyərək mənimsənilib. İddiaçı ödənişi tam şəkildə xx.xx.2021-ci il tarixdə ödənilib. Göstərilənlərə əsasən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmənin əvvəlki iclaslarında izahatı alınmış cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı xx.xx.2021-ci il tarixdə MTK-dan deyil, Ə.Hüseynli adlı şəxsdən mənzil əldə etmişdir. Həmin mənzillə bağlı onların əlaqələri yoxdur. İddiaçı tərəf xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin «Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikası ərazisində bina tikintisi ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınan yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişlərdən əlavə dəyər vergisinin qaytarılması şərtləri»nə dair Fərmanına və ona 2022-ci ildə edilən dəyişikliklərə istinad edir ki, hər iki fərman yalnız nağdsız qaydada ödənişlərə şamil olunur və 90 gün müddətində müraciət edilməli olduğunu götərir. Hansı ki, iddiaçı hər iki tələbi pozmuşdur. Bundan başqa, iddiaçı xx.xx.2020-ci il tarixli müqaviləyə istinad edərək bildirir ki, müqavilədə göstərilmiş 351.000 manata ƏDV-də daxil olub. Halbuki müqaviləyə bununla bağlı heç bir şərt nəzərdə tutulmamışdır. Tərəf 415.000 manat ödəyərkən bununla razı olub və ödənişi edib. Həmin ƏDV-nin tərəflərindən dövlətə ödənilib-ödənilməsi artıq dövlətə onların arasında olan məsələdir. Buna iddiaçının subyektiv hüququ yoxdur. Hazırda tərəf məbləğlər arasındakı fərqi onlardan tələb etsə də, bunu nə üçün istədiyini əsaslandıra və sübut edə bilməmişdir. Bundan başqa iddia müddəti də ötürülüb. İddiaçı tərəf hüquqlarının pozulduğunu bildiyi vaxt kimi mənzili satdığı vaxtı qoysa da, bu əsassızdır. Belə ki, adıçəkilən Fərman 2020-ci ildən qəbul olunub və bu zaman kütləvi informasiya vasitələrində elan olunub. Tərəf ondan xəbərdar olmadığına istinad edə bilməz. Göstərilənlərə əsasən cavabdehin nümayəndəsi və vəkili iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən həmçinin məhkəməyə ünvanlanmış iddiaya dair etirazdan görünür ki, İddiaçı Cavabdeh MTK-ya qarşı «pul tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, onunla cavabdeh arasında SRM-072 nömrəli, xx.xx.2020-ci il tarixli «Payın alqı-satqı müqaviləsi» bağlanmış, həmin müqavilənin 2.1-ci maddəsinə əsasən "xxxx" Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsində (keçmiş 10-20 ünvanında) inşa ediləcək hündürmərtəbəli yaşayış binasının təmirli mənzilini 2021-ci ilin sonunadək «Payçı»ya verməyi, «Payçı» isə mənzilin dəyərinə uyğun pay haqqını "xxxx"ə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən mənzilin dəyəri hiss-hissə, yəni xx.xx.2021-ci il tarixdə 60.000 manat, xx.xx.2021-ci il tarixdə 55.000 manat, xx.xx.2023-cü il tarixdə 12.800 manat, xx.xx.2023cü il tarixdə 70.000 manat, xx.xx.2021-ci il tarixdə 37.000 manat, xx.xx.2022-ci il tarixdə 50.000 manat, xx.xx.2022-ci il tarixdə 6.500 manat, xx.xx.2023-cü il tarixdə 60.000 manat olmaqla, ümumilikdə 351.300 manat pul vəsaitini ödəməklə öhdəliklərini tam həcmdə icra etmişdir. Məhkəmə tərəfindən İqtisad Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə göndərilmiş xx.xx.2023-cü il tarixli məktuba cavab olaraq İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış müqavilə, müqavilə üzrə ƏDV-nin ödənilməsinə dair izahat və ödəniş qəbzləri MTK tərəfindən təqdim olunmuşdur. Həmin qəbzlər və cavab məktubu ilə də aydın olur ki, iddiaçının iddia tələbinin əsası kimi qeyd etdiyi «ƏDV məbləği kimi ödənilmiş 63.660 manat miqdarında pul vəsaitinin geri qaytarılması» tamamilə əsassız və qanunsuzdur. Həmçinin İddiaçı öz iddia tələbinin qanuniliyini «Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə əsaslandırmışdır. Həmin Fərmanın 5.1-ci maddəsində qeyd edilmişdir ki, alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir. Fərmanın 5.3-cü maddəsinə əsasən dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra müraciət edildikdə ƏDV-nin qaytarılmasına yol verilmir. Habelə 6.1-ci maddəyə müvafiq olaraq müəyyənləşdirilmişdir ki, Azərbaycan Pespublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla qaytarılır: 6.1.1. ödənişi tam həyata keçirilmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda oldutğu vergi orqanına müraciət etdikdə; 6.1.2. bu Qaydanın 5.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədlər satıcının uçotda olduğu vergi orqanına təqdim edildikdə. «Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının müvafiq müddəaları ilə sübuta yetirir ki, fərman Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini nağdsız formada əldə etmiş şəxslərə şamil olunur. Mədaxil qəbzləri ilə də sübuta yetirir ki, X2 bütün ödənişləri nağd formada kassaya ödəməklə həyata keçirmişdir. Eyni zamanda iddiaçı öz iddia ərizəsində qeyd etmişdir ki, onun ƏDV məbləği kimi ödədiyi pul vəsaiti cavabdeh tərəfindən mənimsənilmişdir. Bunun nəticəsində də cavabdeh əsassız varlanmışdır. İddia ərizəsinə əlavə olunmuş sənədlərdən və iş materiallarından da görünür ki, iddiaçının əsassız varlanma ilə əlaqədar iddia tələbinin heç bir qanuni əsası yoxdur. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi xx.xx.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, o, həmin tarixdə 415.000 manat məbləğində pul vəsaitini nağd formada mədaxil etməklə mənzilin dəyərini tam həcmdə ödəmişdir. xx.xx.2020-ci il tarixli «Payın alqı-satqı müqaviləsi»nin 2.1-ci maddəsinə müvafiq alaraq ödənilmiş pul üzrə ƏDV məbləği tərəflərindən vergi orqanına ödənilmişdir. Bu faktı təsdiq edən kassa mədaxil qəbzlərini etiraza qoşma kimi təqdim edirlər. Göründüyü kimi, İddiaçı onlara qarşı əsassız varlanmaya dair iddia tələbi irəli sürüb. Lakin əsassız varlanma halı burada yoxdur. Çünki iddia tələbində göstərilən məbləğ müqavilə öhdəlikləri üzrə ödənilən puldur və onlar da müqavilə öhdəliklərini icra etmişlər. Belə ki, mənzil iddiaçıya təhvil verilib, eyni zamanda da mənzilin dəyəri üzrə ƏDV məbləği tərəflərindən vergi orqanına ödənilmişdir. Habelə, mədaxil qəbzinin verildiyi tarixdə iddiaçının əsassız varlanma nəticəsində varlanmış şəxsdən əldə etdiklərini geri qaytarma tələbi üçün qanunvericilikdə nəzərdə tutulmuş 2 illik müddət başlamalı idi. İddiaçı yalnız xx.xx.2021-ci il tarixdən 2 il ərzində əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaqla bağlı tələb qaldıra bilərdi. Lakin iddiaçı xx.xx.2023-cü ildə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bununla da iddia müddətini ötürmüşdür. Hesab edirlər ki, iddiaçı iddia ərizəsində tələblərinin əsası kimi istinad etdiyi halları təsdiq edən heç bir sənəd təqdim edə bilməmişdir. Buradan da aydın olur ki, İddiaçı iddia tələbi tamamilə əsassızdır.
6. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən məhkəməyə ünvanlanmış iddia tələbinə etiraza dəqiqləşmədən görünür ki, İddiaçı Cavabdeh MTK-ya qarşı «pul tələbinə dair» iddia ərizəsinə etiraz təqdim etmişlər. Həmin etirazın ikinci vərəqinin yeddinci abzasında göstərilir ki, iddia ərizəsinə əlavə olunmuş sənədlərdən və iş materiallarından da görünür ki, iddiaçının əsassız varlanma ilə əlaqədar iddia tələbinin heç bir qanuni əsası yoxdur. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi xx.xx.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, o, həmin tarixdə 514.000 manat məbləğində pul vəsaitini nağd yormada mədaxil etməklə mənzilin dəyərini tam həcmdə ödəmişdir. xx.xx.2020-ci il tarixli «Payın alqı-satqı müqaviləsi»nin 2.1-ci maddəsinə müvafiq olaraq ödənilmiş pul üzrə ƏDV məbləği tərəflərindən vergi orqanına ödənilmişdir. Sonuncu cümlə, yəni iddiaçının Cavabdeh 415.000 manat məbləğində pul ödəməsinin Cavabdeh MTK-nın həmin pulu qəbul etməsi kimi qəbul olunmamalıdır. Onlar sadəcə iddiaçının məhkəməyə təqdim etdiyi həmin sənəd üzrə 415.000 manat məbləğində pul ödədiyni iddia etdiyi göstərmişlər. Əslində isə iddiaçı müqavilədə göstərilən 351.300 manat pul vəsaitini ödəməklə öhdəliklərini tam həcmdə icra etmişdir və həmin məbləğə ƏDV-də daxil olmuşdur. Göstərilən məbləğin ödənilməsinə dair sənədlər mədaxil qəbzdən isə həm məhkəməyə, həm də vergi orqanına daxil olmuşdur.
7. Məhkəmə tərəflərin izahatlarını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
8. İş materiallarında olan "xxxx" qismində Cavabdeh MTK ilə «Payçı» qismində İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli SRM-072 nömrəli payın alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsində (keçmiş 10-20 ünvanında) inşa ediləcək hündürmərtəbəli yaşayış binasının təmirli mənzilini 2021ci ilin sonunadək «Payçı»ya verməyi, «Payçı» isə mənzilin dəyərinə uyğun pay haqqını "xxxx"ə ödəməyi öhdəsinə götürür (bənd 2.1). Bu müqavilə üzrə pay haqqının 351.340 manat təşkil edir. Həmin pay haqqı "xxxx" tərəfindən rəsmi ödəmə bildirişi göndərildiyi tarixdən hissə-hissə mənzilin inşası başa çatdırılanadək «Payçı» tərəfindən "xxxx"ə ödənilir (bənd 3.1). "xxxx" tərəfindən inşa ediləcək binanın və mənzilin xüsusiyyətləri: binanın mərtəbələrin sayı: 19, mənzilin ümumi sahəsi: 175,67 kv.m., blok C, mənzilin ümumi mərtəbəsi: 12, mənzilin yaşayış mərtəbəsi: 9 (bənd 4.1).
9. İş materiallarında olan Cavabdeh MTK-nın xx.xx.2021-ci il tarixli mədaxil qəbzinə əsasən İddiaçı mənzilə görə (mənzil 175,72 kv.m., blok C, mərtəbə 12) Cavabdeh MTK-ya 415.000 manat pul ödəmişdir.
10. İş materiallarında olan İddiaçı tərəfindən yazılmış və Bakı şəhəri 53 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2023-cü il tarixli **********729 nömrəli ərizədən görünür ki, İddiaçı Cavabdeh MTK-nın Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsində (keçmiş 10-20 ünvanında) inşa edilmiş hüquqmərtəbəli yaşayış binasının C blok, ümumi 12-ci, yaşayış 9-cu mərtəbəsində, ümumi sahəsi 175,67 kv.m. olan 4 otaqlı mənzildən və pay hüququndan imtina edir. Həmin mənzili və pay hüquqlarını X1 adına sənədləşdirilməsini xahiş etmişdir. Gələcək göstərilən mənzil barəsində heç bir məhkəmə orqanlarına iddia ilə müraciət etməyəcək. Hər hansı mübahisə yaranarsa şəxsən özü cavabdehlik daşıyacaqdır.
11. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh MTK-ya ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziyadan görünür ki, SRM-072, xx.xx.2020-ci il tarixli payın alqı-satqı müqaviləsinin 3.1-ci bəndinə əsasən pay haqqının məbləği 351.340 manat təşkil etmişdir. 4.1-ci bəndinə əsasən "xxxx" tərəfindən inşa ediləcək binanın və mənzilin xüsusiyyətləri aşağıdakı kimidir: binanın mərtəbələrinin sayı: 19, mənzilin ümumi sahəsi: 175,67 kv.m., Blok C, mənzilin ümumi mərtəbəsi: 12, mənzilin yaşayış mərtəbəsi 9. Müqavilənin 3.1-ci bəndində pay haqqı "xxxx" tərəfindən rəsmi ödəmə bildirişi göndərildiyi tarixdən hissə-hissə mənzilin inşası başa çatdırılanadək «Payçı» tərəfindən "xxxx"ə ödənilməsi nəzərdə tutulsa da, tərəfindən "xxxx"in tələbinə əsasən xx.xx.2021-ci il tarixli mədaxil qəbzinə əsasən "xxxx"ə 415.000 manat ödənilmişdir. "xxxx"in nümayəndələri müqavilədə nəzərdə tutulan 351.340 manat məbləğdən 63.660 manat artıq almalarını onunla izah etmişdirlər ki, 63.660 manat ƏDV kimi Vergilər İdarəsinə ödəniləcəkdir. "xxxx"ə borcunun qalmamasına dair MTK tərəfindən Maliyyə arayışı da verilmişdir. Mənzidl təhvil-təslim aktına əsasən tərəfindən qəbul edilmiş və daha sonra "xxxx"ə mənzildən imtinaya dair notarial qaydada ərizə təqdim edilərək vasitəsi ilə özgəninkiləşdirilmişdir. Lakin tərəfindən "xxxx"ə ödənilmiş həmin 63.660 manat məbləğin heç də ƏDV kimi Vergilər İdarəsinə ödənilmədiyi və "xxxx" tərəfindən mənimsənildiyi məlum olmuşdur. Dəfələrlə "xxxx"in səlahiyyətli nümayəndələri ilə həmin məbləğin geri qaytarılmasına dair aparılmış söhbətlər nəticəsiz qaldığından rəsmi prtenziya verilməsinə məcbur olmuşdu. Pretenziyanı rəsmi qaydada aldığı gündən 10 kalendar günü ərzində qanunsuz olaraq ondan alınan 63.660 manat məbləğin ona qaytarılmasını təmin etməsini xahiş etmişdir.
12. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, - Cavabdeh MTK tərəfindən Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubuna əsasən Cavabdeh MTK ilə İddiaçı arasında xx.xx.2020ci il tarixdə payın alqı-satqı müqaviləsi bağlanılmışdır. Müqavilə üzrə mənzilin ümumi dəyəri ƏDV daxil 351.340 manat təşkil edir. Həmin məbləğ İddiaçı tərəfindən nağd qaydada tam olaraq Cavabdeh MTK-ya ödənilmişdir; - Cavabdeh MTK-nın kassa mədaxil orderlərin surətlərindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh MTK-ya xx.xx.2020-ci il tarixli, SRM-072 saylı müqaviləyə əsasən satışdan avans xx.xx.2021-ci il tarixdə - 60.000 manat, xx.xx.2021-ci il tarixdə-55.00 manat, xx.xx.2021-ci il tarixdə-37.000 manat, xx.xx.2022-ci il tarixdə-50.000 manat, xx.xx.2022-ci il tarixdə-6.500 manat, xx.xx.2023-cü il tarixdə-60.000 manata, xx.xx.2023cü il tarixdə-70.000 manat, xx.xx.2023-cü il tarixdə-12.840 manat ödəniş edilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
13. Beləliklə də məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, SRM-072 saylı payın alqı-satqı müqaviləsinə əsasən cavabdeh Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsində inşa ediləcək hündürmərtəbəli yaşayış binasının təmirli mənzilini 2021-ci ilin sonunadək iddiaçıya təhvil verməyi, iddiaçı isə mənzilin dəyərinə uyğun pay haqqı, yəni 351.340 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh MTK-nın xx.xx.2021-ci il tarixli mədaxil qəbzinə əsasən iddiaçı 415.000 manat məbləğində ödəniş etmişdir. Hazırda iddiaçı xx.xx.2020-ci il tarixli payın alqı-satqı müqaviləsinin 3.1-ci bəndində nəzərdə tutulan 351.340 manat məbləğində pay haqqından artıq alınmış 63.660 manat məbləğində pul və 280,98 manat dövlət rüsumu cavabdehdən tutularaq ona qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
14. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Ona görə əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlmə əsaslarından biridir (maddə 14.2.1) .
16. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
17. Məhkəmə qeyd edir ki, müqavilə mülki hüquq və vəzifələrin yaranmasının hüquqi əsaslarından biridir. Əqd – mülki hüquq subyektinin mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönələn iradə ifadəsidir. Müqavilə əqdin əsas forması kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır. Göründüyü kimi, mülki hüquqların və vəzifələrin yaranmasında aparıcı rol oynayan müqavilələr və əqdlər mülki hüququn subyektlərinin iradəsinə əsaslanır. Yəni müqavilə mülki hüquq subyektlərinin iradəsinə əsaslanan hərəkətlərdən əmələ gəlir ki, bu hərəkətlər hüquqa uyğun olmalı və hüquqa zidd olmamalıdır.
18. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.
19. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (Mülki Məcəllənin 425.1-ci maddəsi).
20. Göstərilən Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
21. Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirdirlər. Qanunun bu müddəasından çıxış edən şəxs hər şeydən əvvəl öz iradəsinə müvafiq olaraq bağlayacağı müqavilədə özü üçün münasib tərəfdaş seçir, sonra şəxs öz iradəsinə müvafiq olaraq hazırladığı bağlanacaq müqavilənin mühüm şərtlərini nəzərdə tutan təklifini verir və tərəflər sərbəst olaraq müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Yəni şəxsin müqavilə bağlamaq haqqında iradəsi yarandığı andan gerçəkləşənədək ancaq onun sərbəst iradəsinə əsasən həyata keçirilir və öz seçdiyi tərəflə məzmununu sərbəst olaraq müəyyənləşdirdikləri qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilər ki, bu da müqavilə azadlığıdır.
22. Mülki Məcəllənin 417.1-ci maddəsinə görə müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir.
23. Müqavilənin standart şərtləri aşağıdakı tələblərə cavab verməlidir: - tərəflər arasındakı münasibətlərin tənzimlənməsi, onlara öhdəlik xarakterinin verilməsi; - öhdəliklərin ardıcıl yerinə yetirilməsi üçün qayda və üsulların müəyyənləşdirilməsi; - öhdəliyi yerinə yetirməyən tərəflər barədə tətbiq olunacaq tədbirlərin həyata keçirilmə qaydası.
24. Bu tələblərə cavab verən zəruri şərtlərin yerinə yetirilməsi müqavilələrin quruluşu və məzmunu ilə müəyyənləşdirilir.
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
26. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
27. Məhkəmə qeyd edir ki, öhdəlik – konkret şəxslər arasında müəyyən iqtisadi münasibətlər yaradır və subyekt tərkibi qeyri-müəyyən olan mütləq hüquq münasibətlərindən fərqli olaraq nisbi hüquq münasibətidir. Öhdəlik hüququnun hüquqi nizamasalma predmetinə daxil olan ictimai münasibətlər əmlakın mülkiyyətə verilməsi ilə, əmlakın istifadəyə verilməsi ilə, xidmət göstərilməsi ilə, iş görülməsi ilə, müqavilədənkənar hərəkətlərlə bağlı yarana bilər. Başqa sözlə, öhdəliyin predmeti – pul ödənilməsi, əmlak verilməsi, iş görülməsi, xidmətlər göstərilməsi və ya müəyyən hərəkətdən çəkilmək kimi konkret hərəkət və ya hərəkətsizlik ola bilər.
28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
29. Müqavilə öhdəliklərin əmələ gəlməsi əsasları arasında aparıcı yer tutur. Müqavilədən əmələ gələn öhdəliklərin yaranması üçün tərəflər arasında müqavilə bağlanmalı və tərəflər özlərinin əmlak mənafeləri ilə yanaşı, hüquq və vəzifələrini də müəyyən etməlidirlər. Mülki Məcəllədə müqavilə azadlığı prinsipi təsbit edilsə də, tərəflərin bağladıqları müqavilə şərtləri mövcud qanunvericilikdə ifadə olunan imperativ normalara uyğun gəlməlidir.
30. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində qanunla müəyyən edilmiş formada razılıq əldə etdikləri təqdirdə müqavilə bağlanmış sayılır.
31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
32. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.
34. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.
35. Azərbaycan Respublikası Prezidentinin ««Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası»nın təsdiq edilməsi haqqında» xx.xx.2022-ci il tarixli Fərmanının 5.1-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir. Fərmanın 5.3-cü bəndinə əsasən dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra müraciət edildikdə ƏDV-nin qaytarılmasına yol verilmir. Fərmanın 6.1-ci bəndinə əsasən, Azərbaycan Pespublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyriyaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla qaytarılır: 6.1.1. ödənişi tam həyata keçirilmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdikdə; 6.1.2. bu Qaydanın 5.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədlər satıcının uçotda olduğu vergi orqanına təqdim edildikdə.
36. Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış payın alqısatqısı müqaviləsi üzrə iddiaçıya cavabdeh tərəfindən mənzil verilmiş və iddiaçıda bunun əvəzində olaraq müqavilə nəzərdə tutulan 351.340 manat miqdardan artıq yəni 63.660 manat pul ödəmişdir. Müəyyən edilir ki, iddiaçı sonuncu yekun vəsaiti bütünlükdə nəğd qaydada 415.000 manat (iddiaçının nümayəndəsi və vəklinin etirafına (izahatına) əsasən) xx.xx.2021-ci il tarixdə cavabdehə ödəmişdir. Bu halda iki sual meydana çıxır: 1) ya iddiaçı mənzilin ümumi dəyərinin 351.340 manat deyil 415.000 manatını qəbul edərək razılaşmaqla qəbul etmiş (bu halın özü artıq iddia tələbinin rədd edilməsi üçün əsasdır), 2) yada iddiaçının iddiasına əsasən o cavabdeh tərəfindən aldadılaraq mənzilin müqavilədəki dəyərindən artıq 63.660 manat pulun ödəməsidir. Birinci hissə ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəf bunu qəbul etməyərək öz izahatında (iddia ərizəsində) onun cavabdeh tərəfindən aldadılaraq əlavə 63.660 manat vəsait alınmaqla pulun ödəniş etmiş olduğunu təkidlə (iddiaçının nümayəndəsi və vəkilinin izahatına əsasən) bildirmişdir. Burada artıq məhkəmə üçün yalnız bir istiqamət qalır ki, buda cavabdeh tərəfindən iddiaçının vəsaiti hesabına əsassız varlanma halıdır.
37. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır.
38. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.
39. Məhkəmə bu halda qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıdan müqavilədən kənar həqiqətən 63.660 manat pul alınmış, bu hadisə isə xx.xx.2021-ci il tarixdə iddiaçının şəxsi iştirakı ilə baş tutmuşdur. Yəni iddiaçı bu andan bilməli idiki, onunla bağlanmış payın alqı-satıqı müqaviləsində (müqavilədəki imzadan şəxsən iddiaçı tərəfindən icra edilmişdir) nəzərdə tutulmuş 351.340 manatdan artıq xeyli vəsait (63.660 manat) ondan nə səbəbdən tələb edilmişdir. Yəni məhkəmə iddia müddətinin (əsassız varlanma halı üzrə) axımın başlanğıc anını xx.xx.2021-ci il tarixdən götürməlidir ki, artıq iki illik müddət keçmişdir (xx.xx.2021- xx.xx.2023-cü il) (cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə) .
40. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı iddia müddətinin başlanğıc anının 2023-cü iliin fevral tarixində onun ƏDV-dən 30 faiz məbləğin ona geri qayatarılmasını istəməsi ilə bağlasada bu iddia əsassız hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin ««Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası»nın təsdiq edilməsi haqqında» xx.xx.2022-ci il tarixli Fərmanının 5.1-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 gündən gec olmayaraq, ƏDVnin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir. Fərmanın 5.3-cü bəndinə əsasən dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra müraciət edildikdə ƏDV-nin qaytarılmasına yol verilmir. Fərmanın 6.1-ci bəndinə əsasən, Azərbaycan Pespublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla qaytarılır: 6.1.1. ödənişi tam həyata keçirilmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdikdə; 6.1.2. bu Qaydanın 5.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədlər satıcının uçotda olduğu vergi orqanına təqdim edildikdə anlayışı verilmişdir ki, buda ictimaiyyətə açıqlanmış və Azərbaycan Pespublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən iddiaçı həmin hüququnun olduğunu bilməli idi. Bu bir daha onu deməyə əsas verir ki, iddiaçı hər iki halda da hüquqlarını bilmiş (bilməli olmuş) və bunun üzərindən üç illik müddət keçirmişdir.
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 95.2-ci maddəsinə əsasən qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz.
42. Məhkəmə bundan əlavə iddiaçı tərəfindən təqdim edilmiş səs yazılarına münasibətdə qeyd edir ki, həmin səs yazıları sübut kimi qəbul edilə bilməz. Belə ki, səs yazıları Cavabdeh qanuni təmsilçisinin səs yazısı olmamaqla gizli yolla əldə edilmiş sübut olmuş və mülki işin bir tərəfinin (cavabdehin) şəxsi iştirakı olmadan baş tutmuşdur.
43. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı «pul» tələbinə dair iddiası təmin edilməməlidir.
44. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin olunmadığından, məhkəmə xərcləri - 280,98 (iki yüz səksən manat, doxsan səkkiz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
45. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
46. Həmin Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır.
47. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdehnə qarşı «pul» tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov