Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-276/2024 09.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, Birinci iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə3, ikinci iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə2, nümayəndəsi və vəkili Nümayəndə1 və X3 iştirakları ilə İddiaçı “ünvan 30i-48” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdehnə qarşı “sənədlərin təqdim edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair və iddiaçılar Cavabdeh və İddiaçı2 cavabdeh “ünvan 30i-48” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı “ünvan 30i-48” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdehnə qarşı “sənədlərin təqdim edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli 79 saylı sərəncamına əsasən, Bakı şəhəri, ünvan 30i rayonu, R. Behbudov küçəsi, Ş. Əzizbəyov, S.Əsgərova küçələri ilə Bülbül prospektinin kəsişməsindəki 391-ci məhəllə (indiki Bakı şəhəri, ünvan 30i rayonu, Bülbül prospekti 60, 62) ünvanında yerləşən yaşayış binaları Cavabdeh tərəfindən inşa edilmiş və 19 fevral 2019-cu il tarixində imzalanan “Bəzi çoxmənzilli binaların istismara icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən istismara verilmişdir. Davamında sahə mülkiyyətçilərinin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli ümumi yığıncağının qərarları əsasında “ünvan 30i-48” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti (bunda sonra - Cəmiyyət) təsis edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixində 1122-MM9-0269 sayı ilə dövlət qeydiyyatına alınmışdır. Cəmiyyətin fəaliyyət istiqamətinə daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək daxildir. Bu fəaliyyətdə yaşayış binasının mülkiyyətçilərin ümumi istifadəsində olan daxili və xarici kommunal xidmətlərin təchizatı xəttlərinin və ümumi istifadədə olan digər qurğu və avadanlıqların, yaşayış binasının binadaxili istilik və elektrik enerjisi, təbii qaz, lift, məişət tullantıları və kanalizasiya xidmətlərinin təchizatı qurğuların təmir və ya bərpa olunması və onların işlək vəziyyətdə saxlanılması, yaşayış binasının daxili və xarici divarlarının, zirzəmi və damların, həmçinin giriş blokların təmir olunması və işıqlandırılması, həyətyanı sahənin yaşıllaşdırılması, binaların mühafizəsi və bu kimi digər işlərin görülməsi nəzərdə tutulmuşdur. Dövlət qeydiyyatından sonra, MMMC-nin idarə Heyəti tərəfindən nizamnamədən irəli gələn səlahiyyətlər daxilində MMMC-nin Ümumi Yığıncağının çağırılması təşkil edilmiş, habelə bu çərçivədə MMMC-nin Ümumi Yığıncağının müəyyən qərarları ilə məsələlər tənzimlənmiş, işlərin lazımi qaydada həyata keçirilməsi məqsədilə İdarə Heyəti tərəfindən sakinlərin əksəriyyəti ilə xidmət müqavilələri imzalanmış, qanunvericiliyin və Cəmiyyətin nizamnaməsinin tələblərinə uyğun işlər təşkil edilmiş və hazırda da həyata keçirilməkdədir. Habelə mənzil qanunvericiliyindən və nizamnamədən irəli gələn işlərin lazımi qaydada icrasını təmin etmək üçün binanı inşa etmiş Cavabdehnə rəsmi müraciət edilərək mənzil qanunvericiliyə əsasən yaşayış binalarının ümumi paylı mülkiyyətdə olan sahələrinin və binanın müvafiq sənədlərinin MMMC-yə təhvil verilməsi tələb edilməsinə baxmayaraq, hər dəfə müxtəlif səbəblər irəli sürülərək bu günə kimi təhvil-təslim prosesi yekunlaşmamışdır. MMMC tərəfindən sakinlərə daha yüksək səviyyəli xidmətlərin göstərilməsinin qanunvericiliyə və qüvvədə olan standartlara uyğun təmini məqsədilə binaların ümumi paylı mülkiyyətdə olan sahələrin və digər təhlükə potensiallı qurğuların, habelə binaların layihələndirilməsinə və tikintisinə icazənin verilməsi barədə sərəncamın, işçi layihə-smeta sənədlərinin, eskiz layihələrinin, yaşayış və qeyriyaşayış sahələri ilə bağlı payçılarla bağlanmış müqavilələrin təsdiq olunmuş surətlərinin MMC-MMMC arasında rəsmi təhvil-təsliminin icrasının istənilən əsasla gecikdirilməsi MMMC-nin, digər bir ifadə ilə yüzlərlə mülkiyyətçinin, sakinin, ailənin hüquqlarını pozmaqdadır. Nəticədə, binaların istismarı və xidmət keyfiyyətinin artırılması üzrə işlərin həyata keçirilməsinin gecikməsi və binanı inşa edən MMC-dən asılı vəziyyətin davam etməsi ilə nəticələnməkdədir. Bu baxımdan, iddiaçı hüquqi şəxs hazırki vəziyyətdə pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən Bakı şəhəri, ünvan 30i rayonu, R. Behbudov küçəsi, Ş. Əzizbəyov, S.Əsgərova küçələri ilə Bülbül prospektinin kəsişməsindəki 391-ci məhəllə (indiki Bakı şəhəri, ünvan 30i rayonu, Bülbül prospekti 60, 62) ünvanında Cavabdeh MMC tərəfindən inşa edilmiş çoxmənzilli binaların ümumi əmlakının, yəni həmin binalardakı mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər, o cümlədən mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər və həmin binaların işçi layihə-smeta sənədlərinin, eskiz layihələrinin, istismara qəbul aktının, yaşayış və qeyriyaşayış sahələri ilə bağlı payçılarla bağlanmış müqavilələrin təsdiq olunmuş surətlərinin “ünvan 30i-48” MMMC-yə məcburi qaydada təhvil verilməsi vəzifəsinin ”RTZ” MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir.
3. Daha sonra cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbinə etiraz təqdim edərək, iddiaçı “ünvan 30i-48” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdehnə qarşı “sənədlərin təqdim edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının rədd edilməsini məhkəmədən xahiş etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, iş materiallarından göründüyü kimi Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli 79 saylı sərəncamına əsasən Bakı şəhəri, ünvan 30i rayonu, R.Behbudov küçəsi, Ş.Əzizbəyov, S.Əsgərova küçələri ilə Bülbül prospektinin kəsişməsindəki 391-ci məhəllə ünvanında yerləşən yaşayış binaları Cavabdeh MMC tərəfindən inşa edilmiş və “Bəzi çoxmənzilli binaların istismara icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən 1 və 2 saylı binalar 18 noyabr 2019-cu il tarixli, 0232 saylı rəylə 3 saylı bina isə 14 oktyabr 2022-ci il tarixli, Ö/005865 saylı aktla istismara verilmişdir. Sonradan həmin yaşayış binalarının sahə mülkiyyətçiləri tərəfindən “ünvan 30i-48” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti təsis edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixində 1122-MM9-0269 sayı ilə dövlət qeydiyyatına alınmışdır. İddiaçının iddia tələblərini şərti olaraq 3 qrupa bölmək olar: “yaşayış binalarının ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus olan sahələrinin təhvil verilməsi”; “həmin binaların işçi layihə-smeta sənədlərinin, eskiz layihələrinin, istismara qəbul aktının təhvil verilməsi”; “yaşayış və qeyri-yaşayış sahələri ilə bağlı payçılarla bağlanmış müqavilələrin təsdiq olunmuş surətlərinin iddiaçıya verilməsi tələbi”. Ümumi əmlakın “təhvil verilməsi” tələbinə dair-İddiaçının iddia ərizəsində bildirilir ki: “dövlət qeydiyyatından sonra .. MMMC-nin Ümumi Yığıncağının müəyyən qərarları Hə məsələlər tənzimlənmiş, işlərin lazımi qaydada həyata keçirilməsi məqsədilə idarə Heyəti tərəfindən sakinlərin əksəriyyəti ilə xidmət müqavilələri imzalanmış, qanunvericiliyə və Cəmiyyətin nizamnaməsinin tələblərinə uyğun işlər təşkil edilmiş və hazırda da həyata keçirilməkdədir”. Göründüyü kimi, xx.xx.2022-ci ildə dövlət qeydiyyatına alınmaqla “ünvan 30i-48” MMMC artıq 10 aydır ki, yaşayış binalarının idarə edilməsini, binanın ümumi sahələrinə xidmət göstərilməsini və s. fəaliyyəti həyata keçirir və bununla bağlı sahə mülkiyyətçilərindən müvafiq xidmət haqları (təmirli sahələrə münasibətdə hər ay üçün hər 1 kv.m. sahəyə görə 1.5 AZN, təmirsiz sahələrə görə 1.0 AZN) yığılır. Başqa sözlə, fəaliyyətə başladığı 10 ay müddətində binaların ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus olan sahələrə xidmət göstərilməsi iddiaçının nəzarətindədir. İş materiallarında olan sənədlərdən də görünür ki, “ünvan 30i-48” MMMC-nin idarə etməyə başladığı dövr üzrə Cavabdeh MMC tərəfindən cəmi 91 810.00 (doxsan bir min səkkiz yüz on) manat xidmət haqqı ödənilmişdir. Yuxanda da qeyd edildiyi kimi hazırda iddiaçının idarəçiliyində olan binalann səlahiyyətli dövlət orqanları tərəfindən qəbulu həyata keçirilmiş və istismanna icazə verilmişdir. Binaların idarə edilməsi əvvəllər müəyyən müddət cavabdeh tərəfindən həyata keçirilmiş və həmin müddət ərzində cavabdehə qarşı binanın ümumi əmlakının saxlanması ilə bağlı sahə mülkiyyətçiləri tərəfindən hər hansı tələb, iddia irəli sürülməmişdir. Onu da qeyd etmək lazımdır ki, idarəetmə cavabdehin nəzarətində olduğu müddətdə cavabdeh binanın saxlanması, xidmət göstərilməsi və s. zəruri xərcləri öz vəsaiti hesabına həyata keçirmiş və buna külli miqdar vəsait sərf etmişdir. İdarəçiliyin İddiaçıya keçməsindən və uzun müddət onun nəzarətində olmasından sonra belə tələbin irəli sürülməsi əsaslı hesab edilə bilməz. Belə olan halda iddiaçının tələb etdiyi “təhvil verilmənin” nədən ibarət olacağı, hansı parametrlər üzrə həyata keçiriləcəyi, faktiki və hüquqi nəticəsinin nədən ibarət olacağı da məlum deyil. Göründüyü kimi, paylı mülkiyyət hüququ ilə sahə mülkiyyətçilərinə məxsus olan və onlar tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş hədlərdə sahiblik və istifadə hüquqları həyata keçirilən binanın ümumi əmlakının “təhvil verilməsi” mücərrəd tələb olmaqla ümumiyyətlə məhkəmədə baxılmalı tələb deyil. Bundan əlavə, Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər...ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Göründüyü kimi ki, binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər həmin binanın tərkib hissəsinin mülkiyyətçilərinə ümumi paylı mülkiyyət hüququ ilə məxsusdur, həmin sahələr İddiaçının nəzarətində olmaqla, özünün də etiraf etdiyi kimi, “xidmət göstərilir”, zəruri təmir və s. işlərə məruz qalmışdır və bu baxımdan da əmlakın “təhvil verilməsi” tələbi tamamilə əsassızdır. Bundan əlavə, işin mübahisələndirilməyən halına həmçinin o da aiddir ki, “ünvan 30i-48” MMMC sahə mülkiyyətçilərinin Ümumi Yığıncağının qərarına əsasən təsis edilmişdir və 2022-ci ilin dekabr ayından dövlət qeydiyyatına alınmaqla fəaliyyət göstərir. Ümumi Yığıncaq tərəfindən binanın idarə edilmə üsulu kimi Mənzil Məcəlləsinin 141.2.2-ci maddəsində nəzərdə tutulmuş “mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti...tərəfindən idarə edilmə” üsulu seçilmişdir. Binanın idarə edilməsi Ümumi Yığıncaq tərəfindən “ünvan 30i- 48” MMMC-yə həvalə edildiyindən binanın ümumi əmlakının vəziyyətinə dair akt da Ümumi Yığıncaq tərəfindən yaradılmış komissiya ilə “ünvan 30i-48” MMMC tərəfindən həmin vaxt imzalana bilərdi. Məhkəmənin nəzərinə çatdırılır ki, qüvvədə olan qanunvericiliyin tələblərinə görə, idarəetmə hətta müsabiqə yolu ilə seçilməli olan kənar idarəedici təşkilata verildikdə də, hər hansı “təhvil-təslim” aktı deyil, “Çoxmənzilli binanın ümumi əmlakının vəziyyətinə dair” akt tərtib edilir. Belə aktın tərtib edilməsi isə müsabiqə təşkilatçısının (hazırkı halda sahə mülkiyyətçilərinin Ümumi yığıncağı ola bilərdi) yaratmalı olduğu komissiya tərəfindən tərtib olunmalı idi. Ümumi yığıncağın hələ 10 ay bundan əvvəl həll etməli olduğu məsələnin (ümumi əmlakın vəziyyətinə dair akt tərtib edilməsi vəzifəsinin) Cavabdehdən tələb edilməsi isə İddiaçının bu tələblə bağlı subyektiv hüququnun olmadığına dəlalət edir. Hazırkı Etirazın 5-ci bəndində qeyd edildiyi kimi, (yəni, “ünvan 30i-48” MMMC-nin “dövlət qeydiyyatından sonra .. MMMC-nin Ümumi Yığıncağının müəyyən qərarları ilə məsələlərin tənzimləndiyi, işlərin lazımi qaydada həyata keçirilməsi məqsədilə sakinlərin əksəriyyəti ilə xidmət müqavilələrinin imzalanması, qanunvericiliyə və Cəmiyyətin nizamnaməsinin tələblərinə uyğun işlərin təşkil edilməsi və s..”) İddiaçının hazırda irəli sürdüyü tələbin həqiqi subyektləri olan Ümumi yığıncaq və “ünvan 30i-48” MMMC tərəfindən yerinə yetirildiyi ehtiva olunmalıdır. Binaların işçi layihə-smeta sənədlərinin, eskiz layihələrinin, istismara qəbul aktının təhvil verilməsi tələbinə dair- Qeyd etmək lazımdır ki, “ünvan 30i-48” MMMC-nin bu tələbi irəli sürməyə də subyektiv hüququ yaranmamışdır. İddiaçı təsis edilməsini çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı əsasında həyata keçirildiyini bildirsə də, nəzərə almaq lazımdır ki, həmin təsis yığıncağının çağırılması və keçirilməsi Mənzil Məcəlləsinin tələblərinin pozulması ilə müşayiət olunmuş, MMMC-nin “təsis” edilməsi barədə qərar həmin binada yaşayış və qeyri- yaşayış sahəsi olan çoxsaylı mülkiyyətçilərin xəbəri olmadan, həmçinin keçirilən “ümumi yığıncaqda” qərara alınmış, Mənzil Məcəlləsinin 119.4 və 120.1-ci maddələrinin tələbləri kobud surətdə pozulmuşdur. Göründüyü kimi, iddiaçı MMMC-nin qanunvericiliyin yuxarıda göstərilən tələblərinin pozulması ilə yaradılması və binanın idarəçiliyinin MMMC-yə həvalə edilməsi səlahiyyətsiz ümumi yığıncaq tərəfindən həyata keçirildiyi üçün iddia tələbləri bu hissədə də tamamilə əsassızdır. Yaşayış və qeyri-yaşayış sahələri ilə bağlı payçılarla bağlanmış müqavilələrin təsdiq olunmuş surətlərinin iddiaçıya verilməsi tələbinə dair-İlk öncə qeyd etmək lazımdır ki, Cavabdeh MMC kooperativ deyil və özünün inşa etdiyi binalardakı sahələri ayrı-ayn şəxslərə alqı-satqı müqavilələri əsasında özgəninkiləşdirmişdir. Həmin müqavilələrin tərəfi isə İddiaçının iştirakçısı olan və hazırda adından çıxış etdiyi sahə mülkiyyətçiləridir və müqavilə onlardan tələb edilə bilər. MMMCnin iştirakçısı olmayan sahə mülkiyyətçiləri də iştirakçı mülkiyyətçilər kimi MMMC-yə xidmət haqqı ödəyirlər və bu səbəbdən müqavilə onların özündən tələb edilə bilər. Bundan əlavə, nəzərə alınmalıdır ki, binanın sahə mülkiyyətəçilərinin böyük əksəriyyəti daşınmaz əmlakın dövlət reyestrindən mülkiyyət hüququna çıxarışlar almışlar və İddiaçıya lazım ola biləcək bütün məlumatlar həmin çıxarışlarda əks olunmuşdur. Bu səbəbdən artıq çıxarış alınmış mənzillərə dair alqı-satqı müqavilələrinin Cavabdehdən tələb edilməsinin tamamilə əsassız olduğunu sübut etməyə ehtiyac yoxdur. Bundan əlavə, İddiaçının tələb etdiyi müqavilələrin yaşayış və qeyri-yaşayış sahələrinin yalnız sahə ölçülərinə aid hissəsində məlumatları zəruri ola bilər ki, bu məlumatlar da ona məlumdur
5. Eyni zamanda, iddiaçılar Cavabdeh və İddiaçı2 cavabdeh “ünvan 30i-48” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, ünvan 30i rayonu, Bülbül prospekti 60,62 ünvanda Cavabdeh MMC tərəfindən 3 ədəd yaşayış, 3 ədəd qeyri-yaşayış binası inşa edilmişdir. Yaşayış binalarının 27122 k.m. yaşayış sahəsindən 4051 kv.m. hissəsi və həmçinin həmin yaşayış binalarındakı qeyri-yaşayış sahəsi Cəmiyyətin təsisçisi İddiaçı2 sərəncamında saxlanılmaqla, yaşayış sahəsinin qalan hissəsi ayrı-ayrı vətəndaşlara satılmışdır. Çoxmənzilli yaşayış binalarının sakinlərinin bir qismi tərəfindən “ünvan 30i-48" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti (“ünvan 30i-təsis edilmiş, həmin cəmiyyət 23 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Hazırda yaşayış binalarının idarəetməsi həmin MMMC tərəfindən həyata keçirilir. İddiaçılar həmin MMMC-nin iştirakçısı olmamışdır. İddiaçıya qarşı irəli sürülən qanunsuz tələblər və hənin tələblərə istinadən binanın ümumi əmlakından dəyə yaradılan qanunsuz maneələr cavabdeh tərəfindən iddiaçılara qarşı mütəmadi olaraq müxtəlif məzmunlu əsassız tələblər irəli sürülür. Liftlərin cari təmiri üçün məbləğin “RTZ’ MMC-dən tələb edilməsi ilə bağlı. Cavabdeh MMMC tərəfindən xx.xx.2023-cü il tarixli, 44 nömrəli məktubla Cavabdeh MMC-yə müraciət edilərək, kompleksdə mövcud istismar olunan liftlərdə müəyyən edilmiş qüsurların aradan qaldırılması üçün 10409 (on min dörd yüz doqquz) manat vəsaitin MMMC-nin hesabına köçürülməsi xahiş edilmişdir. Həmin məktuba "xxxx" MMC-nin “liftlərə lazım olan ehtiyat hissəsi üçün qiymət təklifi” də əlavə edilmişdi. Halbuki, birincisi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X8 və X13 Agentliyinin “Təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməsi barədə” xx.xx.2023-cü il S7 nömrəli Çıxarışdan görünür ki, “ünvan 30i-48” MMMC-nin müraciəti əsasında Bakı şəhəri, ünvan 30i rayonu, Bülbül 60-62-də yerləşən cəmi 7 ədəd sərnişin liftləri “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, təhlükə potensiallı obyektlərin dövlət qeydiyyatına alınmışdır. İkincisi cavabdeh MMMC-nin liftlərin cari təmirinə və işlək vəziyyətdə saxlanmasına xidmət edən və vaxtaşırı dəyişdirilməli olan raz edilməsini “qüsur” kimi təqdim etməklə, həmin işlərin ödənilməsini Cavabdeh MMC-nin üzərinə qoymaq cəhdi də ielə ki, liftlər artıq 5-10 ildir ki, istismar olunur və tələb olunan cari təmir işləri amortizasiya ilə bağlıdır. Göründüyü kimi, cavabdeh MMMC-nin adına dövlət reyestrində qeydiyyata alınmış liftlərdə müəyyən edilən “qüsurların” aradan qaldırılmasına görə “RTZ’ MMC-dən ödəniş tələb edilməsi tamamilə qanunsuzdur. İddiaçı2 mülkiyyətində olan qeyri-yaşayış sahələrində fəaliyyət göstərən icarəçi hüquqi nn əməkdaşlarına, müştərilərinə maneə yaradılması tələbi ilə bağlı MMMC tərəfindən Bakı şəhəri, ünvan 30i rayonu, Bülbül prospekti 60, 62 ünvanında yerləşən yaşayış binalarındakı ofis kərəçilərinə məktub göndərilərək, bildirilmişdir ki: “Bina kompleksində təhlükəsizliyin tam və düzgün təmin edilməsi əşkil edilmiş mühafizə xidməti tərəfindən ofis sahələrində çalışan əməkdaşların buraxılması yalnız onların təsdiq edən sənəd əsasında mümkün olacaqdır. Həmçinin, ofisə gələn qonağın buraxılması, ofisdə çalışan həmin qonaq barədə öncədən verdikləri məlumat və qonağın şəxsiyyətini təsdiq edən sənəd əsasında baş tutacaqdır. Eyni məzmunlu məktub İddiaçı2 də göndərilmişdir. Cavabdehin bu tələbi də qanunsuz hesab edilməlidir. Belə ki, həmin sahələrin icarəçiləri hava yolları, təhsil, tibb, informasiya n dizayn, energetika, tikinti və layihələndirmə sahəsində fəaliyyət göstərən şirkətlərdir. Bu şirkətlərin işçilərinin öz iş olmaq üçün hər dəfə şəxsiyyətini təsdiq edən sənədin tələb edilməsinin həmçinin bu şirkətlərin xidmətlərindən şəxslər barəsində öncədən məlumat verilməsi tələbinin absurd olmasını sübut etməyə ehtiyac yoxdur. Belə tələb absurd olmaqla, həmçinin həmin şirkətlərin sahibkarlıq fəaliyyətinə müdaxilə olmaqla yanaşı, həmçinin Azərbaycan Respublikasının Konstitusiyasının 59-cu maddəsinin İ hissəsi ilə təsbit edilmiş azad sahibkarlıq hüququn həyata keçirilməsinə qanunsuz maneədir. Qanunsuz maneələrin yaradılması həmçinin həmin sahələri icarəyə verməklə gəlir əldə edən iddiaçının mülkiyyət pozulmasına və işgüzar nüfuzuna xələl gətirilməsinə səbəb olur. Belə ki, həmin sahələrin icarə müqavilələrində Həmçinin qüvvədə olduğu müddət ərzində icarəçinin icarə obyektinin yerləşdiyi sahəyə sərbəst giriş-çıxışını təmin etmək öhdəliyi götürmüşdür. İddiaçı2 Azərbaycan Respublikasının Konstitusiyası, Mülki Məcəlləsi və “İcarə haqqında" Qanunu ilə təsbit edilmiş onun üzərində öz istədiyi kimi sərəncam vermək, o cümlədən mülkiyyətini icarəyə vermək hüququnun pozulmasına səbəb olan belə məhdudiyyətlər qanunsuz hesab edilməlidir. Binaların liftlərinə müdaxilə edilməklə istifadəsinin məhdudlaşdırılmasına dair İddia ərizəsinin 5-ci və 6-cı bəndlərində sadalanan qanunsuz tələblərin məntiqi nəticəsi kimi “ünvan 30i-48” MMMC-nin icraçı direktoru tərəfindən “RTZ" MMC-yə 3 avqust 2023-cü il tarixli, 46 nömrəli və İddiaçı2 həmin tarixli, 47 nömrəli xəbərdarlıq göndərilmişdir. Qeyd edilən Xəbərdarlıqda bildirilirdi ki, həmin MMMC-nin növbədən kənar ümumi yığıncağı keçirilmiş və xx.xx.2023cü il tarixli qərar qəbul edilmişdir. Həmin qərara istinad edilərək bildirilirdi ki, “İclasın gündəliyinə daxil edilmiş məsələlər sadə səs çoxluğu ilə qəbul edilmiş və icrası içilər üçün məcburidir.” Kompleksin ümumi istifadəsində olan sahələrin, o cümlədən liftlərin istismarı və istifadəsinə oyulacağı bildirilmişdi. Qeyd edilən “Xəbərdarlığın” təqdim edilməsindən sonra yaşayış kompleksinin 1 və 2 saylı binalarında quraşdırılmış liftlərin 2-ci və 3-cü mərtəbələrində yerləşən sahələrə gediş üçün liftdən istifadəyə qanunsuz olaraq məhdudiyyət qoyulmuşdur. Bu səbəbdən həmin mərtəbələrdəki ofis sahələrinin icarəçilərinin liftdən istifadəsi qeyri-mümkün olmuşdur. Həmin hadisə ilə bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X8 və X4 edilmiş müraciətə Agentlik tərəfindən Cavabdeh MMC-yə və “ünvan 30i-48” MMMC-yə göndərilmiş 17 avqust 2023cü il tarixli məktubla cavab verilərək bildirilmişdir ki: “... “ünvan 30i-48” MMMC-nin rəhbərliyinin tapşırığına əsasən edilmiş məsində 1-ci və 2-cibinaların 2-ci və 3-cü mərtəbələrinin çağırış düymələrinin məhdudlaşdırıldğı barədə xx.xx.2023-cü im rəi i müraciətə əsasən, Agentliyin mütəxəssisləri tərəfindən yerində baxış keçirilmiş və akt tərtib edilmişdir. Baxış edən mərtəbələrdə liftlərin şaxta və kabinə qapılarının açılmadığı müəyyən edilmişdir. Qapıların məhdudlaşdırılması səbəbindən həmin mərtəbələrdə liftdə qalan insanların təxliyvəsinə mane olur və bu da həmin şəxslərin həyat və təhlükə yaradır. Bu səbəbdən də təhlükəsizlik tələblərinə zidd olduğuna görə qapıların açılmasına qoyulmuş məhdudiyyət aradan qaldırılmalıdır”. Lakin, hal-hazırda da “ünvan 30i-48" MMMC tərəfindən liftlərə qoyulmuş qanunsuz məhdudiyyət qalmaqdadır. Cavabdehin belə açıq-aşkar qanunsuz hərəkətləri qərəzli xarakter daşımaqla, iddiaçılara əsassız tələblərinin təmin olunması üçün təzyiq xarakteri daşıyır. Belə ki, iddiaçıların ümumi istifadə yerlərinin saxlanması və ya kommunal xidmətlərə görə hər hansı borcu mövcud deyil və konkret xidmət və həmin xidmətə görə yaranmış “borc” məbləği göstərilməklə heç bir konkret tələb irəli sürülmədən iddiaçının mülkiyyətində lift xidmətinin məhdudlaşdırılması; əlavə olaraq, belə “borcun" mövcudluğu qəbul edilsə belə, həmin “borca” görə yüksək təhlükə mənbəyi hesab edilən liftin talarının kobud surətdə pozulmaqla insanların həyatını təhlükə altına qoyan hərəkətin edilməsi; MMMC tərəfindən belə "xxxx" tədbirinin tətbiq edilməsi qanunsuzdur. MMMC-nin adından “Xəbərdarlığı” imzalamış “icraçı direktor"-un hər hansı səlahiyyəti Belə ki, qanunverici (Mənzil Məcəlləsi, maddə 124, 127, 129) MMMC-nin adından etibarnaməsiz çıxış etmək yalnız İdarə heyətinin sədrinə aid etmişdir və bu, imperativ normadır. Digər şəxslər yalnız onun verdiyi etibarnamələr niyyətin adından çıxış edə bilər. Həmçinin onu da qeyd etmək lazımdır ki, “ünvan 30i-48” MMMC-nin nizamnaməsində də icraçı direktor adlı vəzifə və həmin vəzifəyə təyin olunmuş/seçilmiş şəxsin səlahiyyətləri barədə heç bir müddəa yoxdur. Digər cəmiyyətin nizamnaməsində idarə heyətinin sədrinə “icraçı direktor” və ya digər vəzifə təsis etmək səlahiyyəti verilməmişdir. Şərh edilənlərdən də göründüyü kimi, iddiaçıların binanın ümumi əmlakından istifadə hüquqlarının tamın edilməsi vəzifəsi üzərinə qoyulmalıdır. Qanunsuz hərəkətlərin törədilməsinə əsas kini istinad edilən “borcun” mövcud olmaması barədə- İddia ərizəsinin İ bölməsində də qeyd edildiyi kimi, iddiaçıların cavabdehə hər hərhansı borcu yoxdur və belə “borcun” mövcudluğu cavabdeh əsaslandırılmış tələb irəli sürə bilmir. Əksinə, cavabdehin qanunvericiliklə nəzərdə tutulan sənədlərin təqdim açılardan aldığı vəsaitlər geri qaytarılmalıdır. 17 aprel 2023-cü il tarixli “RTZ’ MMC-nin Gülüstan Residense servis xidməti üzrə borc məbləğini “ünvan 30i-48” MMMC kommunal borc öhdəliyinin hesablanmış “Əvəzləşmə Aktı”ndan da görünür ki, 2023-cü ilin fevral-mart ayları üzrə “RTZ’ MMC olan təmirsiz (hər kv.m.-nə 1AZN tətbiq edilən) mənzillərə görə 14 523 manat; İddiaçı2 məxsus təmirli э 1.5 AZN tətbiq edilən) qeyri-yaşayış sahələrinə görə 20010.56 manat; təmirsiz (hər kv.m.-nə 1. AZN tətbiq edilən) sahələrinə görə 11 607 manat borc (cəmi 46140.56 manat), “ünvan 30i-48” MMMC-nin “Azəriqaz" İB-yə ödəməli 23555.73 manat və “ünvan 30i-48” MMMC-nin “Azəriqaz” İB-yə ödəməli olduğu 22 584.83 manat (cəmi 46140.56 manat) ödənişlə əvəzləşdirilmişdir. 31 may 2023-cü il tarixli “RTZ’ MMC-nin Gülüstan Residense servis xidməti üzrə borc məbləğini “ünvan 30i-48” MMMC kommunal öhdəliyinin hesablanmış Əvəzləşmə Aktı”ndan da görünür ki, 2023-cü ilin aprel ayı üzrə Cavabdeh MMC şirkətinə ızillərin “ünvan 30i-48” MMMC-yə aylıq kommunal xidmət borcunu təşkil edən 4358.10 manat, qeyri-yaşayış (təmirli) lytq kommunal xidmətin borcunu təşkil edən 6670.19 manat, qeyri-yaşayış (təmirsiz) sahələrinin aylıq kommunal borcunu təşkil edən 3869.00 manat, “ünvan 30i-48” MMMC tərəfindən aprel ayının “Azəriqaz" İB-yə faktura ödənişlərinin icra edən Cavabdeh MMC-yə ödədiyi 3616.5 manat, və eyni əsasdan "xxxx" ASC-yə ödədiyi 5793.57 manat, cəmi 24307.36 manat, Cavabdeh MMC tərəfindən ödənilmiş 820 manat (“Azərsu" ASC-yə borc ödənişi), (fevral və mart ayları üzrə lift üçün "xxxx" MMC-yə ödəniş), 473.10 manat (Cavabdeh MMC tərəfindən əvvəlki dövr üçün artıq ödənilmiş məbləğ), 10 275.79 manat (Cavabdeh MMC tərəfindən “ünvan 30i-48” MMMC-yə nağd ödənilmiş məbləğ), 10275.79 manat (Cavabdeh MMC tərəfindən “Azəriqaz” İB-yə faktura əsasında ödəniş), 6926.37 manat (“RTZ" MMC tərəfindən aprel ayı ııq” ASC-yə faktura əsasında ödəniş), cəmi 24307.36 manat ödənişlə əvəzləşdirilmişdir. 20 iyun 2023-cü il tarixli Cavabdeh MMC-nin Gülüstan Residense servis xidməti üzrə borc məbləğini “ünvan 30i-48” MMMC kommunal xərc öhdəliyinin hesablanmış Əvəzləşmə Aktı”ndan da görünür ki, 2023-cü ilin may ayı üzrə “RTZ" MMC şirkətinə aid olan mənzillərin “ünvan 30i -48" MMMC-yə aylıq kommunal xidmət borcunu təşkil edən 4.358.10 manat, qeyri-yaşayış (təmirli) ylıq kommunal xidmətin borcunu təşkil edən 6670.19 manat, qeyri-yaşayış (təmirsiz) sahələrinin aylıq kommunal borcunu təşkil edən 3869.00 manat olmaqla cəmi 14 897.29 (on dörd rrin səkkiz yüz doxsan yeddi manat 29 qəp.) 137 manat (Cavabdeh MMC tərəfindən 2023-cü ilin may ayı üzrə "xxxx" ASC-yə faktura ödənişi), 5179.36 manat ‘(RTZ’ iən 2023-cü ilin may ayı üzrə "xxxx" ASC-yə faktura ödənişi), 812.75 manat, 1132.80 manat (Cavabdeh MMC tərəfindən 2023-cü ilin may ayı üzrə lift üçün "xxxx" MMC-yə 5.38 manat (“RTZ" MMC tərəfindən “ünvan 30i-48” MMMC-yə nağd ödənilmiş məbləğ) olmaqla cəmi 14 897.29 (on kkiz yüz doxsan yeddi manat 29 qəp.) manat ödənişlə əvəzləşdirilimşdir. 20 iyul 2023-cü il tarixli Cavabdeh MMC-nin Gülüstan Residense servis xidməti üzrə borc məbləğini “ünvan 30i -48” MMMC xc öhdəliyinin hesablanmış Əvəzləşmə Aktı”ndan da görünür ki, 2023-cü ilin iyun ayı üzrə Cavabdeh MMC şirkətinə aid kommunal xərcin “ünvan 30i-48” MMMC-yə aylıq kommunal xidmət borcunu təşkil edən 4.358.10 manat, qeyri-yaşayış (təmirli) aylıq kommunal xidmətin borcunu təşkil edən 6670.19 manat, qeyri-yaşayış (təmirsiz) sahələrinin aylıq kommunal cunu təşkil edən 3869.00 manat, “RTZ’ MMC-nin təsisçisinə aid olan mənzilin “ünvan 30i -48" MMMC-yə 3 aylıq kommunal xidmət borcunu təşkil edən 977.10 manat olmaqla cəmi 15874.39 manat, 262 manat, 7751.73 manat, 121.25 manat, 1132.80 manat, 6606.61 manat olmaqla, cəmi 15874.39 manat ödənişlə əvəzləşdirilmişdir. Şərh edilənlərdən də göründüyü kimi binanın ümumi əmlakının saxlanması və onlara xidmət edilməsi ilə bağlı iddiaçıların “ünvan 30i-48” MMMC-yə borcunun olmaması cavabdehin özünün də imzaladığı sənədlərlə sübuta yetirilir. Həmin məbləğlərin ödənilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş sənədlər (smeta, iqtisadi-əsaslandırma hesabatları və s.) təqdim edilmədən ödənilmiş vəsaitlər iddiaçılara qaytarılmalıdır. Cavabdeh tərəfindən tətbiq edilən qiymətlərin əsassız olması və iddiaçılar tərəfindən artıq ödənilmiş vəsaitlərin qaytarılmasına dair-İddia ərizəsinin İ və İİ bölmələrində qeyd edilənlərdən əlavə, ümumi istifadədə olan sahələrə xidmət üçün tətbiq edilən qiymətlər də iqtisadi cəhətdən əsassız olmaqla suni surətdə şişirdilmişdir. Belə ki, təmirliyaşayış və qeyri-yaşayış sahələrinə aylıq xidmət haqqı hər kv.m üçün 1 manat 50 qəpik, təmirsiz sahələrə münasibətdə isə hər kv.m üçün 1 manat ödənilməsi tələb edilir. Halbuki, analoji binalarda eyni xidmətlər üçün bundan əhəmiyyətli dərəcədə az məbləğdə xidmət haqqı bütün xərclərin ödənilməsinə tam kifayət edir. Elə “ünvan 30i-48” MMMC-nin fəaliyyətə başlamasından əvvəlki dövr üçün həmin binalarda “ünvan 30i-48” MMMC-nin tətbiq etdiyi xidmət haqqı məbləğindən xeyli aşağı məbləğlər tətbiq edilirdi. 2021-ci ilə qədər:təmirsiz sahələr ödənişə cəlb edilməmişdir, təmir dövrü 1 kv.m – 50 qəpik, təmirli sahələr üçün 1 kv.m- 1 manat olmuşdur, 2021-ci ildən etibarən:çıxarışı mövcud olan təmirsiz sahələr 1 kv.m-1 manat, təmir dövrü və təmirli sahələr üçün 1 manat, çıxarışı mövcud olmayan təmirsiz sahələr ödənişə cəlb edilməmişdir. Şərh edilənlərdən də göründüyü kimi heç bir əsaslandırma vermədən və qanunvericiliklə nəzərdə tutulmuş məlumatlar təqdim edilmədən, iddiaçılardan aylıq xidmət haqqı kimi əsassız olaraq 91810 manat artıq alınmışdır və bu səbəbdən geri qaytarılmalıdır. Göstərilənlərə əsasən, “ünvan 30i-48” MMMC tərəfindən Bakı şəhəri, ünvan 30i rayonu, Bülbül prospekti 60,62 ünvandakı yaşayış binalarının liftlərinin cari təmirini və xidməti özündə ehtiva edən 10409 manat vəsaitin Cavabdeh MMC-dən tələb olunmasının qanunsuz hesab edilməsinə, Bakı şəhəri, ünvan 30i rayonu, Bülbül prospekti 60,62 ünvandakı1,2 və 2 saylı yaşayış binalarındakı qeyri-yaşayış sahələrinə giriş-çıxışın şəxsiyyəti təsdiq edən sənədlər əsasında buraxılması tələbinin qanunsuz hesab edilməsinə, Bakı şəhəri, ünvan 30i rayonu, Bülbül prospekti 60,62 ünvandakı yaşayış binalarının ümumi əmlakından iddiaçıların maneəsiz istifadə hüququnun təmin edilməsi vəzifəsinin “ünvan 30i-48” MMMC-nin üzərinə qoyulmasına və Cavabdeh MMC tərəfindən həm Cavabdeh MMC-nin, həm də İddiaçı2 sahələri üçün “xidmət haqqı” kimi “ünvan 30i-48” MMMC-yə ödənilmiş 91810 manatın Cavabdeh MMCyə qaytarılmasına dair qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
7. Daha sonra iddiaçılar Cavabdeh və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, “ünvan 30i- 48” MMMC tərəfindən Bakı şəhəri, ünvan 30i rayonu, Bülbül prospekti 60,62 ünvandakı yaşayış binalarının liftlərinin cari təmiri və xidməti özündə ehtiva edən 10409.00 manat vəsaitin Cavabdeh MMC-dən tələb olunmasının qanunsuz hesab edilməsinə, Bakı şəhəri, ünvan 30i rayonu, Bülbül prospekti 60,62 ünvandakı 1, 2 və 2 saylı yaşayış binalarındakı qeyri-yaşayış sahələrinə giriş-çıxışın şəxsiyyəti təsdiq edən sənədlər əsasında buraxılması tələbinin qanunsuz hesab edilməsinə, Bakı şəhəri, ünvan 30i rayonu, Bülbül prospekti 60,62 ünvandakı yaşayış binalarının ümumi əmlakından iddiaçıların maneəsiz istifadə hüququnun təmin edilməsi vəzifəsinin “ünvan 30i-48” MMMC-nin üzərinə qoyulmasına, Cavabdeh MMC tərəfindən həm Cavabdeh MMC-nin, həm də İddiaçı2 sahələri üçün “xidmət haqqı” kimi “ünvan 30i-48” MMMC-yə ödənilmiş 91810.00 manatın Cavabdeh MMC-yə qaytarılmasına və 20450 manat zərər məbləğinin “ünvan 30i-48” MMMC-dən tutularaq İddiaçı2 ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Ərizə onunla əsaslandırılmışdır ki, “ünvan 30i-48” MMMC-nin qanunsuz hərəkətləri nəticəsində İddiaçı2 mülkiyyətində olan və onun tərəfindən icarəyə verilən qeyri-yaşayış sahələrindən istifadəyə yaradılmış qanunsuz maneələr nəticəsində ona 20450 manat məbləğində zərər vurulmuşdur. Məhkəməyə ilkin olaraq təqdim edilmiş iddia ərizəsində də cavabdehin müvafiq sübutlarla təsdiqini tapan qanunazidd hərəkətlərə yol verdiyi, o cümlədən yaşayış kompleksinin 1 və 2 saylı binalarında quraşdırılmış liftlərin 2-ci və 3-cü mərtəbələrində yerləşən sahələrə gediş üçün liftdən istifadəyə qanunsuz olaraq məhdudiyyət qoyulması, bu səbəbdən həmin mərtəbələrdəki ofis sahələrubub icarəçilərinin liftdən istifadəsinin qeyri-mümkün olduğu qeyd edilmişdi. Qeyri-yaşayış sahələrinin icarəçilərinin İddiaçı2 ünvanlanmış 10 avqust 2023-cü il tarixli müraciət ərizəsində də liftlərdən istifadəyə yaradılmış məhdudiyyətlərlə bağlı icarə haqlarına güzəşt edilməsi tələb edilmiş, əks təqdirdə icarə müqavilələrinə xitam veriləcəyi bildirilmişdi. İcarəçilərin tələblərinin əsaslı olması və icarə müqavilələrinə vaxtından əvvəl xitam verilməsi təhlükəsinin aradan qaldırılması üçün icarə haqlarına 2023-cü ilin avqust ayı üçün 48%, sentyabr ayı üçün 30% güzəşt tətbiq edilmişdir ki, bunun nəticəsində İddiaçı2 2023-cü ilin avqust və sentyabr ayları üzrə 20450 manat zərərə məruz qalmışdır.
9. Bakı şəhəri ünvan 30i Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)- 3958/2023 saylı qərardadı ilə Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 vəsatəti təmin edilmiş, iddiaçılar Cavabdeh MMC və İddiaçı2 cavabdeh “ünvan 30i-48” MMMC-yə qarşı əsassız ödəniş tələblərinin qanunsuz hesab edilməsi və sairə tələbinə dair e-2(006)-3958/2023 saylı mülki iş, iddiaçı “ünvan 30i-48” MMMC-nin Cavabdeh MMCyə və qarşı təhvil-təslim prosesinin yekunlaşdırma vəzifəsini Cavabdeh MMC-nin üzərinə qoyulması tələbinə dair e-2(006)-3707/2023 saylı mülki işlə bir icraatda birləşdirilməklə həmin işlərə bir icraatda baxılması qərara alınmışdır. a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
10. Məhkəmə iclasında birinci iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə3 iddia tələbini müdafiə edərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcələsinin müvafiq maddələrinə əsasən iddia tələbində qeyd etdikləri sənədləri qarşı tərəf onlar təqdim etməlidir. Qarşı tərəfin iddiasına gəlincə isə, iddia tələblərinin 1-ci hissəsində qeyd edilmiş 10409 manat pul binanın liftlərinin təmiri ilə bağlı ödənilməli vəsaitdir. Bununla bağlı ekspertlər cəlb edilib və həmin məbləğ müəyyən edilib. 2-ci tələblə bağlı bildirir ki, binaya girişdə şəxsiyyəti təsdiq sənədin təqdim edilməli olması sakinlərin ümumi yığıncağının qərarı əsasında müəyyən edilmişdir. Sakinlər normal olaraq yaşadıqları binaya kənar şəxslərin daxil olmasını istəmirlər və binaya kimlərin giribçıxmasını bilmək istəyirlər. Həmçinin, qeyri-yaşayış sahələri fəaliyyət göstərdiyi üçün oraya xeyli sayda kənar şəxslər daxil olur. Bu isə sakinləri narahat edir. Odur ki, iddianı bu hissədə də qəbul etmirlər. 3-cü tələblə bağlı bildirir ki, qarşı tərəf liftlərdən istifadəyə onlar tərəfindən məhdudiyyət qoyulduğunu bildirsə də və bununla bağlı müvəqqəti təminat tədbiri ilə bağlı ərizə ilə məhkəməyə müraciət etsə də, onlar tərəfindən heç bir məhdudiyyət qoyulmayıb. Bununla bağlı qarşı tərəf heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Sonuncu tələblə bağlı isə bildirir ki, iş materiallarında bununla bağlı akt və razılaşma vardır. Həmin sənədlərdən də görünür ki, iddia tələblərində qeyd edilən məbləğdən söhbət gedə bilməz. İcra haqlarında güzəşlə bağlı vurulduğu iddia edilən məbləğə gəlincə isə bildirir ki, qarşı tərəf güzəştlərin hansı tarixdən tətbiq olunması və hansı səbəbə azaldılmasını heç bir sənədlə təsdiq etməmişdir. Bundan başqa dəyişikliyi ehtiva edən müqavilə də məhkəməyə təqdim olunmayıb. Göstərilənlərə əsasən birinci iddia tələbinin təmin edilməsini, qarşı tərəfin iddia tələbinin isə rədd edilməsini məhkəmədən xahiş etmişdir.
11. Məhkəmə iclasında ikinci iddia üzrə iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək bildirmişdir ki, tərəflərindən verilmiş iddia tələbi kifayət qədər əsaslı tələbdir və hesab edir ki, təmin olunmalıdır. Qarşı tərəfin iddia tələbinə münasibətən iddianı qəbul etmir və rədd edilməsini xahiş edir. Əlavə olaraq, qarşı tərəf kommunal xidmətlərin kəsiləcəyi ilə bağlı onlara qanunsuz olaraq təhdid xarakterli xəbərdarlıqlar göndərir. Qarşı tərəfin nümayəndəsi və vəkili keçən məhkəmə iclasında bildirdi ki, liflərlə bağlı heç bir məhdudiyyət qoyulmayıb. Belə olan halda qarşı tərəf iddianı etiraf etməlidir. Odur ki, onlar tərəfindən verilən iddianın təmin edilməsi və birinci iddianın isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
12. Məhkəmə iclasında ikinci iddia üzrə iddiaçıların nümayəndəsi və vəkili X10 tələbi müdafiə edərək bildirmişdir ki, qarşı tərəf bildirirlər ki, onlar tərəfindən liftlərlə bağlı heç bir məhdudiyyət qoyulmadığını bildirirlər. Lakin bununla bağlı məhkəmə tərəfindən müvəqqəti təminat tədbiri haqqında qərardad çıxarılmış və liftlərə qoyulan məhdudiyyət də, icra məmuru tərəfindən aradan qaldırılmışdır. Hesab edir ki, bunu sübut etmək üçün əlavə sübutlara ehtiyac yoxdur. Liftlərlə bağlı onlara vurulan zərərə gəlincə isə bildirir ki, icarəyə verilən obyektlərlə bağlı RTZ" MMC ilə icarəçilər arasında müqavilə bağlanmış və icarə haqqı müəyyən edilmişdir. Sonradan liftlərlə bağlı qarşı tərəf tərəfindən məhdudiyyətin yaradılması səbəbindən icarə haqlarında güzəştlər edilmişdir. Bu da aktla rəsmiləşdirilmişdir. Odur ki, tərəflərindən verilmiş iddia tələbi təmin edilməsini və qarşı tərəfin iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
13. Məhkəmə iclasında ikinci iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək bildirmişdir ki, mübahisəli binalarda yerləşən yaşayış və qeyriyaşayış sahələrinin ümumi sahəsi 36 min kv metrdir. Qarşı tərəf həmin sahənin yalnız 15 min kv metr hissəsi ilə bağlı iddia irəli sürür. Onlar yalnız özlərinə məxsus sahələrə aid olan ümumi əmlakla bağlı tələb irəli sürə bilər. Digər əmlaklarla bağlı tələbləri qanunsuzdur. Odur ki, ikinci iddianın təmin edilməsini, birinci iddianın isə rədd edilməsini xahiş etmişdir.
14. İş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış, lakin qabaqcadan heç bir məlumat vermədən məhkəmə iclasında iştirak etməmişdir. Odur ki, məhkəmə hazırki işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir.
15. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddiaçı “ünvan 30i-48” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdehnə qarşı “sənədlərin təqdim edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair birinci iddia təmin edilməli, iddiaçılar Cavabdeh və İddiaçı2 cavabdeh “ünvan 30i-48” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və s.” tələbinə dair ikinci iddia isə qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
16. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli 79 saylı sərəncamına əsasən Bakı şəhəri, ünvan 30i rayonu, R. Behbudov küçəsi, Ş. Əzizbəyov, S.Əsgərova küçələri ilə Bülbül prospektinin kəsişməsindəki 391-ci məhəllə (indiki Bakı şəhəri, ünvan 30i rayonu, Bülbül prospekti 60, 62) ünvanında yerləşən yaşayış binaları Cavabdeh tərəfindən inşa edilmiş və 19 fevral 2019-cu il tarixdə imzalanan “Bəzi çoxmənzilli binaların istismara icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən istismara verilmişdir. Daha sonra sahə mülkiyyətçilərinin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli ümumi yığıncağının qərarları əsasında “ünvan 30i-48” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti təsis edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixində 1122-MM9-0269 sayı ilə dövlət qeydiyyatına alınmış və Cavabdeh MMC-yə rəsmi müraciət edilərək yaşayış binalarının ümumi paylı mülkiyyətdə olan sahələrinin və binanın müvafiq sənədlərinin MMMC-yə təhvil verilməsi tələb edilmiş, lakin təhvil-təslim prosesi yekunlaşmamışdır. Hazırda “ünvan 30i-48” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti həmin ünvanda Cavabdeh MMC tərəfindən inşa edilmiş çoxmənzilli binaların ümumi əmlakının, yəni həmin binalardakı mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər, o cümlədən mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər və həmin binaların işçi layihə-smeta sənədlərinin, eskiz layihələrinin, istismara qəbul aktının, yaşayış və qeyriyaşayış sahələri ilə bağlı payçılarla bağlanmış müqavilələrin təsdiq olunmuş surətlərinin “ünvan 30i-48” MMMC-yə məcburi qaydada təhvil verilməsi vəzifəsinin ”RTZ” MMC-nin üzərinə qoyulmasını tələb edir. Eyni zamanda Cavabdeh və İddiaçı2 “ünvan 30i-48” MMMC tərəfindən Bakı şəhəri, ünvan 30i rayonu, Bülbül prospekti 60,62 ünvandakı yaşayış binalarının liftlərinin cari təmiri və xidməti özündə ehtiva edən 10409.00 manat vəsaitin Cavabdeh MMC-dən tələb olunmasının qanunsuz hesab edilməsini, həmin ünvandakı 1, 2 və 2 saylı yaşayış binalarındakı qeyri-yaşayış sahələrinə giriş-çıxışın şəxsiyyəti təsdiq edən sənədlər əsasında buraxılması tələbinin qanunsuz hesab edilməsini, yaşayış binalarının ümumi əmlakından iddiaçıların maneəsiz istifadə hüququnun təmin edilməsi vəzifəsinin “ünvan 30i-48” MMMC-nin üzərinə qoyulmasını, Cavabdeh MMC tərəfindən həm Cavabdeh MMC-nin, həm də İddiaçı2 sahələri üçün “xidmət haqqı” kimi “ünvan 30i-48” MMMC-yə ödənilmiş 91810.00 manatın Cavabdeh MMC-yə qaytarılmasını və 20450 manat zərər məbləğinin “ünvan 30i-48” MMMC-dən tutularaq İddiaçı2 ödənilməsini tələb edirlər. b) Mülki işin materialları:
17. Mülki işin materiallarında olan “ünvan 30i-48” MMMC tərəfindən Bakı şəhəri, ünvan 30i rayonu, Bülbül prospekti 60,62 ünvanında yerləşən yaşayış binalarındakı ofis sahələrinin icarəçilərinə və Cavabdeh MMC-nin direktoruna ünvanlanan “bina kompleksindəki ofis sahələrinə mühafizə xidməti tərəfindən giriş-çıxışın təmin edilməsi haqqında” məktubdan görünür ki, bina kompleksində təhlükəsizliyin tam və düzgün təmin edilməsi məqsədilə təşkil edilmiş mühafizə xidməti tərəfindən ofis sahələrində çalışan əməkdaşların buraxılması yalnız onların şəxsiyyətini təsdiq edən sənəd əsasında mümkün olacaqdır. Həmçinin, ofisə gələn qonağın buraxılması, ofisdə çalışan əməkdaşların həmin qonaq barədə öncədən verdikləri məlumat və qonağın şəxsiyyətini təsdiq edən sənəd əsasında baş tutacaqdır. Hər kəsin təhlükəsizliyinə xidmət edəcək bu mühafizə rejiminin təşkilinə anlayışlı yanaşılmasını və bu rejimə riayətin 5 iş gün müddətində təmin olunması ofis icarəçilərindən xahiş edilmişdir.
18. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən Cavabdeh MMC-yə və surətinin “ünvan 30i-48” MMMC-yə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri, ünvan 30i rayonu, Bülbül prospekti 60 ünvanında yerləşən Cavabdeh MMC-nin inşa etdiyi yaşayış binalarının liftlərində “ünvan 30i-48” MMMC-nin rəhbərliyinin tapşırığına əsasən edilmiş müdaxilə nəticəsində 1-ci və 2-ci binaların 2-ci və 3-cü mərtəbələrinin çağırış düymələrinin məhdudlaşdırıldığı barədə xx.xx.2023-cü il tarixli 216 nömrəli müraciətə əsasən Agentliyin mütəxəssisləri tərəfindən yerində baxış keçirilmiş və akt tərtib edilmişdir. Baxış zamanı sözügedən mərtəbələrdə liftlərin şaxta və kabinə qapılarının açılmadığı müəyyən edilmişdir. Qapıların məhdudlaşdırılması liftin nasazlığı səbəbindən həmin mərtəbələrdə liftdə qalan insanların kabinədən təxliyəsinə mane olur və bu da həmin şəxslərin həyat və sağlamlığına təhlükə yaradır. Bu səbəbdən də təhlükəsizlik tələblərinə ziddi olduğuna görə qapıların açılmasına qoyulmuş məhdudiyyət aradan qaldırılmalıdır.
19. Mülki işin materiallarında olan “ünvan 30i-48” MMMC tərəfindən İddiaçı2 və Cavabdeh MMC-nin direktoruna ünvanlanan 03 avqust 2023-cü il tarixli xəbərdarlıq məktublarından görünür ki, “ünvan 30i-48” MMMC-nin ümumi yığıncağının növbədənkənar iclası keçirilmiş və 12 iyul 2023-cü il tarixli qərarı ilə rəsmiləşdirilmişdir. İclasın gündəliyinə daxil edilmiş məsələlər sadə səs çoxluğu ilə qəbul edilmiş və icrası bütün mülkiyyətçilər ümün məcburidir. Beləliklə, yaşayış kompleksində mülkiyyət sahibi olan və Cəmiyyət ilə çoxmənzilli binanın idarə edilməsinə dair xidmət müqaviləsi imzalamaqdan boyun qaçıran və ya imzalamış, lakin ödəniş etməyən və ya həmin xidmət müqaviləsində nəzərdə tutulmuş lazımi qaydada ödənişi növbəti ayın 8-dək etməyən şəxslərə, həmin şəxslərin və ya şəxsin yaşayış kompleksinin ümumi istifadəsində olan və Cəmiyyət tərəfindən və ya onun vasitəsilə istismarı və istifadəsinə görə xidmət göstərilən sahələrdən, o cümlədən istilik sistemindən (həmçinin, isti su), soyutma sistemindən, liftlərdən və bu kimi digər sahələrdən istifadəsinə məhdudiyyətlər tətbiq ediləcəkdir. Həmçinin, həmin şəxslərin ARnın İnzibati Xətalar Məcəlləsinin 393-1 maddəsinə əsasən mənzil qanunvericiliyinin tələblərinin pozulmasına görə inzibati məsuliyyət cəlb olunması istiqamətində işlərin icrasına başlanılacaqdır. Odur ki, hər bir sahə mülkiyyətçilərinə bir daha xahiş edilir ki, öz üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etsinlər, Cəmiyyətə fəaliyyətinə, o cümlədən qonşulara narahatlıq yaratmasınlar.
20. Mülki işin materiallarında olan “ünvan 30i-48” MMMC tərəfindən RTZ” MMC-nin direktoruna ünvanlanan 27 iyul 2023-cü il tarixli, 44 nömrəli məktubdan görünür ki, “Gülüstan Residence” kompleksində mövcud istismar olunan liftlərdə müəyyən edilmiş qüsurlar üzrə məlumat onlara göndərilmiş, qüsurların aradan qaldırılması üçün 10409 AZN vəsaitin “ünvan 30i-48” MMMC-nin hesabına köçürülməsi xahiş edilmişdir.
21. Mülki işin materiallarında olan "xxxx" MMC tərəfindən verilən xx.xx.2023-cü il tarixli, 1208 nömrəli Bakı şəhəri, ünvan 30i rayonu, Bülbül prospektində yerləşən “Gülüstan Residence” yaşayış binasında mövcud olan liftlərə lazım olan ehtiyat hissəsi üçün qiymət təklifinə əsasən qüsurlarla bağlı ümumi məbləğ 10409 manat məbləğində müəyyən edilmişdir.
22. Mülki işin materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən notarial qaydada təsdiqlənmiş çıxarışdan görünür ki, Bakı şəhəri, ünvan 30i rayonu, Bülbül prospekti, ev 2, Yeni qaydalarla: AZ 1014, Bakı şəhəri, ünvan 30i rayonu, Bülbül prospekti, 60, M2, M1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı2 adına xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2020-ci il tarixdən ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.
23. Mülki işin materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən çıxarışdan görünür ki, Bakı şəhəri, ünvan 30i rayonu, Bülbül prospekti, ev 2, Yeni qaydalarla: AZ 1014, Bakı şəhəri, ünvan 30i rayonu, Bülbül prospekti, 60, M3, M1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı2 adına xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2020-ci il tarixdən ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.
24. Mülki işin materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən çıxarışdan görünür ki, Bakı şəhəri, ünvan 30i rayonu, Bülbül prospekti, ev 2, Yeni qaydalarla: AZ 1014, Bakı şəhəri, ünvan 30i rayonu, Bülbül prospekti, 62, M2, M1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı2 adına xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2020-ci il tarixdən ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.
25. Mülki işin materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən çıxarışdan görünür ki, Bakı şəhəri, ünvan 30i rayonu, Bülbül prospekti, ev 2, Yeni qaydalarla: AZ 1014, Bakı şəhəri, ünvan 30i rayonu, Bülbül prospekti, 62, M3, M1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı2 adına xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2020-ci il tarixdən ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.
26. Mülki işin materiallarında olan “Gülüstan Residence” Kompleksinin 1 və 2 saylı Binalarının 2 və 3-cü mərtəbələrində yerləşən ofis sahələrinin mülkiyyətçisi cənab İddiaçı2 həmin mərtəbələrdəki ofis sahələrinin mülkiyyətçisi ilə bağlanılmış İcarə müqavilələrinə əsasən fəaliyyət göstərən İcarəçilər tərəfindən ünvanlanan xx.xx.2023-cü il tarixli müraciət ərizəsindən görünür ki, xx.xx.2023-cü ildə fəaliyyət göstərdikləri ofis sahələrinin yerləşdiyi binalarda çoxmənzilli binaların idarə edilməsi məqsədilə yaradılmış ünvan 30i 48 MMMC tərəfindən 2 və 3-cü mərtəbələrdə liftlərdən istifadə tam məhdudlaşdırılmışdır. Artıq üçüncü gündür ki, baş verən hadisə onların fəaliyyətinə maneçilik törətmiş, belə ki şirkətin əməkdaşlarının, qonaq və ziyarətçilərinin ofislərinə gəlib-getməsində böyük çətinliklər yaratmış, işgüzar nüfuzuna xələl gətirmişdir. Həmçinin, son dövrlər ərzində mütəmadi olaraq ünvan 30i-48 MMMC tərəfindən fəaliyyətinə müxtəlif müdaxilələr edilir, qanunsuz yoxlamalar təşkil edilir, ofisə daxil olmaq üçün gündəlik olaraq əməkdaşlarının şəxsi məlumatları tələb edilir, şirkətlərə gəlib-gedən qonaqlara və ziyarətçilərə qarşı eyni davranış nümayiş etdirilir. Ofis sahələrində liftlərdən istifadəyə qarşı yaradılmış məhdudiyyətlərin aradan qaldırılması, hazırki vəziyyətin nəzərə alınaraq icarə haqqında güzəştlərin edilməsi xahiş edilmiş, əks halda tərəflərindən icarə müqavilələrinə xitam verilməsi təklifinin irəli sürüləcəyini bildirmişlər.
27. Mülki işin materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən çıxarışdan görünür ki, Bakı şəhəri, ünvan 30i rayonu, Bülbül prospekti, ev 2, Yeni qaydalarla: AZ 1014, Bakı şəhəri, ünvan 30i rayonu, Bülbül prospekti, 60, M4Z, M1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi Cavabdeh MMC-nin adına xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2020-ci il tarixdən ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.
28. Mülki işin materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən çıxarışdan görünür ki, Bakı şəhəri, ünvan 30i rayonu, Bülbül prospekti, ev 2, Yeni qaydalarla: AZ 1014, Bakı şəhəri, ünvan 30i rayonu, Bülbül prospekti, 62, M1Z, M1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi Cavabdeh MMC-nin adına xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2020-ci il tarixdən ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.
29. Mülki işin materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən çıxarışdan görünür ki, Bakı şəhəri, ünvan 30i rayonu, Bülbül prospekti, ev 2, Yeni qaydalarla: AZ 1014, Bakı şəhəri, ünvan 30i rayonu, Bülbül prospekti, 62, M4Z, M1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi Cavabdeh MMC-nin adına xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2020-ci il tarixdən ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.
30. Mülki işin materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən çıxarışdan görünür ki, Bakı şəhəri, ünvan 30i rayonu, Bülbül prospekti, ev 2, Yeni qaydalarla: AZ 1014, Bakı şəhəri, ünvan 30i rayonu, Bülbül prospekti, 62, M3Z, M1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi Cavabdeh MMC-nin adına xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2020-ci il tarixdən ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.
31. Mülki işin materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən çıxarışdan görünür ki, Bakı şəhəri, ünvan 30i rayonu, Bülbül prospekti, ev 2, Yeni qaydalarla: AZ 1014, Bakı şəhəri, ünvan 30i rayonu, Bülbül prospekti, 60, M3Z, M1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi Cavabdeh MMC-nin adına xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2020-ci il tarixdən ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.
32. Mülki işin materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən çıxarışdan görünür ki, Bakı şəhəri, ünvan 30i rayonu, Bülbül prospekti, ev 2, Yeni qaydalarla: AZ 1014, Bakı şəhəri, ünvan 30i rayonu, Bülbül prospekti, 62, M2Z, M1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi Cavabdeh MMC-nin adına xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2020-ci il tarixdən ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.
33. Mülki işin materiallarında olan hesab-fakturalardan görünür ki, İddiaçı2 tərəfindən xx.xx.2023-cü il tarixdə 1496,62 manat, 450,11 manat, 1032,26 manat, 4762,19 manat, 420,11 manat, 780,20 manat, 1004,65 manat, 1110,28 manat, 1260,32 manat, 600,15 manat, 900,23 manat, 670,97 manat, xx.xx.2023-cü il tarixdə 780,20 manat, xx.xx.2023-cü il tarixdə 1709,30 manat, 813,95 manat, 610,47 manat, 1220,93 manat, 1505,81 manat, 1058,14 manat, 569,77 manat, 1058,14 manat, 1400 manat, 6458,72 manat, 910 manat, 1709,30 manat, 1362,56 manat məbləğində icarə haqqı ödənilmişdir.
34. Mülki işin materiallarında olan xx.xx.2017-ci il tarixli İddiaçı2 və X15 arasında bağlanan əmlakın icarə müqaviləsindən görünür ki, Bakı şəhəri, Bül-bül prospekti 60 ünvanındakı “Gülüstan Residence” yaşayış kompleksində, bina 1, 2-ci mərtəbə, mənzil 1də yerləşən obyekt xx.xx.2017-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək olan 1 il müddətə icarəyə verilmişdir.
35. Mülki işin materiallarında olan xx.xx.2020-ci il tarixli Əlavədən görünür ki, Əmlak İcarə Müqaviləsinin müddətinin xx.xx.2023-cü il tarixinə qədər uzadılması barədə tərəflər arasında razılıq əldə edilmişdir.
36. Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli Əmlakın İcarə Müqaviləsindən görünür ki, İddiaçı2 tərəfindən "xxxx" MMC-nin direktoru Şahin Savaş oğluna Bakı şəhəri, Bülbül prospekti 60, M2, M2, “Gülüstan Residence” Yaşayış Kompleksi, 1 saylı binanın 2ci mərtəbəsində 89 kvadrat metrlik sahəyə malik olan qeyri-yaşayış sahəsi icarəyə verilmişdir.
37. Mülki işin materiallarında olan xx.xx.2017-ci il tarixli Əmlakın İcarə Müqaviləsindən görünür ki, İddiaçı2 tərəfindən “X18” MMC-yə Bakı şəhəri, Bülbül prospekti 44 ünvanındakı “Gülüstan Residence” yaşayış kompleksi, 2-ci mərtəbə, mənzil 3 icarəyə verilmişdir.
38. Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli Əlavədən görünür ki, yer sahibi və icarəçi arasında xx.xx.2016-cı il tarixli Əmlakın İcarə Müqaviləsinin müddətinin xx.xx.2024-cü il tarixinə qədər uzadılması barədə razılıq əldə edilmiş, müqavilənin 3-cü bəndi aşağıdakı kimi verilmişdir: illik icarə haqqı 9060 ABŞ dolları təşkil edir. Aylıq icarə haqqı 755 ABŞ dolları təşkil edir. İcarəçi yer sahibindən ödəmə mənbəyində 105.70 ABŞ dolları vergi tutduqdan sonra 1 təqvim ayı üçün 649.30 ABŞ dolları icarə haqqı ödəyəcək.
39. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli Əmlakın İcarə Müqaviləsindən görünür ki, İddiaçı2 tərəfindən Hüquqi adı: Bakı şəhəri, Bülbül prospekti 60, M2, M1, Bakı şəhəri, Bülbül prospekti 60, “Gülüstan Residence” Yaşayış Kompleksi, 1 saylı binanın 2-ci mərtəbəsində, 4 saylı 92 kvadrat metrlik sahəyə malik olan qeyri-yaşayış sahəsi "xxxx" MMC-yə icarəyə verilmişdir.
40. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli Əmlakın İcarə Müqaviləsindən görünür ki, İddiaçı2 tərəfindən Hüquqi adı: Bakı şəhəri, Bülbül prospekti 60, M3, M1, Bakı şəhəri, Bülbül prospekti 60, “Gülüstan Residence” Yaşayış Kompleksi, 1 saylı binanın 3-cü mərtəbəsində, 1 saylı 52 kvadrat metrlik sahəyə malik olan qeyriyaşayış sahəsi "xxxx" MMC-yə icarəyə verilmişdir.
41. Mülki işin materiallarında olan xx.xx.2016-cı il tarixli Əmlakın İcarə Müqaviləsindən görünür ki, İddiaçı2 tərəfindən Bakı şəhəri, Bül-bül prospekti 44 ünvanındakı “Gülüstan Residence” yaşayış kompleksində, bina 1, 2-ci mərtəbə, mənzil 5-də yerləşən obyekt "xxxx" MMC-yə icarəyə verilmiş, xx.xx.2022-ci il tarixli Əlavə əsasında həmin müqavilənin müddəti xx.xx.2024-cü il tarixə qədər uzadılmışdır.
42. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli Əmlakın İcarə Müqaviləsindən görünür ki, İddiaçı2 tərəfindən Hüquqi adı: Bakı şəhəri, Bülbül prospekti 60, M3, M1, Bakı şəhəri, Bül-bül prospekti 60, “Gülüstan Residence” yaşayış kompleksi, 1 saylı binanın 3-cü mərtəbəsində, 3 saylı 119 kvadrat metrlik sahəyə malik olan qeyri-yaşayış sahəsi "xxxx" MMC-yə icarəyə verilmişdir.
43. Mülki işin materiallarında olan xx.xx.2015-ci il tarixli Əmlakın İcarə Müqaviləsindən görünür ki, İddiaçı2 tərəfindən Bakı şəhəri, Bül-bül prospekti 44 ünvanındakı “Gülüstan Residence” yaşayış kompleksində, bina 1, 3-cü mərtəbə, mənzil 4də yerləşən obyekt "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə 1 il müddətə icarəyə verilmiş, xx.xx.2023-cü il tarixli Əlavə əsasında həmin müqavilənin müddəti xx.xx.2024-cü il tarixinə qədər uzadılmışdır.
44. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli Əmlakın İcarə Müqaviləsindən görünür ki, İddiaçı2 tərəfindən Hüquqi adı: Bakı şəhəri, Bülbül prospekti 60, M3, M1, Bakı şəhəri, Bül-bül prospekti 60, “Gülüstan Residence” yaşayış kompleksi, 1 saylı binanın 3-cü mərtəbəsində, 5 saylı 85 kvadrat metrlik sahəyə malik olan qeyri-yaşayış sahəsi "xxxx" MMC-yə icarəyə verilmişdir.
45. Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli Əmlakın İcarə Müqaviləsindən görünür ki, İddiaçı2 tərəfindən Hüquqi adı: Bakı şəhəri, Bülbül prospekti 60, M3, M1, Bakı şəhəri, Bül-bül prospekti 60, “Gülüstan Residence” yaşayış kompleksi, 1 saylı binanın 3-cü mərtəbəsində, 6 saylı 52 kvadrat metrlik sahəyə malik olan qeyri-yaşayış sahəsi "xxxx" MMC-yə icarəyə verilmişdir.
46. Mülki işin materiallarında olan Bakı şəhəri, Bül-bül prospekti 62, M2, M1, “Gülüstan Residence” yaşayış kompleksi, 2 saylı binanın 2-ci mərtəbəsində 302.34 kvadrat metr və 2 saylı binanın 3-cü mərtəbəsində 71.80 kvadrat metr, ümumilikdə 374.14 kvadrat metrlik sahəyə malik olan qeyri-yaşayış sahəsi "xxxx" MMC-yə icarəyə verilmiş, xx.xx.2023-cü il tarixli Əlavəyə əsasən xx.xx.2023-cü il tarixindən etibarən "xxxx" MMC-yə icarəyə verilən ümumi qeyri-yaşayış sahəsi 397,14 kv.m təşkil edir, həmin tarixdən etibarən yer sahibinə ödəniləcək aylıq icarə haqqı 7935 manat təşkil edir.
47. Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli Əmlakın İcarə Müqaviləsindən görünür ki, İddiaçı2 tərəfindən Bakı şəhəri, Bül-bül prospekti 62, M2, M2, “Gülüstan Residence” yaşayış kompleksi, 2 saylı binanın 2-ci mərtəbəsində 84.40 kvadrat metrlik sahəyə malik olan qeyri-yaşayış sahəsi "xxxx" MMC-yə icarəyə verilmişdir.
48. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli Əmlakın İcarə Müqaviləsindən görünür ki, İddiaçı2 tərəfindən Hüquqi adı: Bakı şəhəri, Bülbül prospekti 62, M3, M1, Bakı şəhəri, Bül-bül prospekti 62, “Gülüstan Residence” yaşayış kompleksi, 2 saylı binanın 3-cü mərtəbəsində, 5 saylı 112 kvadrat metrlik sahəyə malik olan qeyriyaşayış sahəsi "xxxx" MMC-yə icarəyə verilmişdir.
49. Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli Əmlakın İcarə Müqaviləsindən görünür ki, İddiaçı2 tərəfindən Bakı şəhəri, Bülbül prospekti 62, M3, M5, “Gülüstan Residence” yaşayış kompleksi, 2 saylı binanın 3-cü mərtəbəsində 65 kvadrat metrlik sahəyə malik olan qeyri-yaşayış sahəsi "xxxx" MMC-yə icarəyə verilmişdir.
50. Mülki işin materiallarında olan Cavabdeh LLC tərəfindən Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə ünvanlanan xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 79 saylı Sərəncamına əsasən Bakı şəhəri, ünvan 30i rayonu, R.Behbudov, Ş.Əzizbəyov, S.Əsgərova küçələri ilə Bülbül prospektinin kəsişməsindəki 391-ci məhəllədə, RTZ MMC tərəfindən inşa edilmiş Yaşayış Kompleksi üzrə, Azərbaycan Respublikasının Prezidentinin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli 529 nömrəli fərmana əsasən 1 və 2 saylı binalar istismara verilmişdir.
51. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən ünvan 30i-48 MMMC-yə ünvanlanan xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, müraciətlə əlaqədar xx.xx.2023-cü il tarixində Agentliyin müfəttişləri tərəimdən binanın qazanxanasına baxış keçirilmiş, 3 ədəd su qızdırıcı qazanın istismar olunduğu müəyyən edilmişdir. Qazanların texniki vəziyyətinin qiymətləndirilməsi üçün onların texniki müayinədən keçirilməsi zəruri hesab edilmişdir. Məlumat üçün bildirilmişdir ki, Agentliyin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və X9-Tədqiqat İnstitutu tərəfindən müvafiq işlər həyata keçirilir. Eyni zamanda məlumat üçün bildirilmişdir ki, sözügedən qazanların təhlükəsiz istismarı ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün onlara aid sənədlərin "ünvan 30i-48" MMMC-yə təhvil verilməsininin zəruriliyi məktubla KRTZ” MMC-nin nəzərinə çatdırılmışdır.
52. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 X2 Ekspertiza Baş İdarəsi tərəfindən ünvan 30i-48 MMMC-yə ünvanlanan xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, müəllif hüququ qanunvericiliyinin tələblərinə müvafiq olaraq layihə sənədlərinin surəti yalnız obyektin sifarişçisinə təqdim oluna bilər. Təqdim etdikləri Nizamnamədə obyektin sifarişçisi Cavabdeh MMC ilə hər hansı hüquqi münasibət öz əksini tapmamışdır. Bununla əlaqədar bir daha bildirilir ki, göstərilən obyektin layihə sənədlərinin surətini obyektin sifarişçisi olan Cavabdeh MMCdən və ya sifarişçinin razılığına əsasən idarədən əldə edə bilməsi göstərilmişdir.
53. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kooperativ Təsərrüfatı İdarəsi tərəfindən Bakı şəhəri, ünvan 30i rayonu, Bülbül prospekti, ev 60-62, “ünvan 30i-48” MMMC-nin sədri və digət mülkiyyətçilərə ünvanlanan xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, ərizədə göstərilən məsələlərlə bağlı BŞİH-nin Mənzil-Kooperativ Təsərrüfatı İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılmış, "xxxx" MMC tərəfindən təqdim edilən 22 fevral 2023-cü il tarixli, 164 saylı məktubunda ətraflı məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi və Mənzil Məcəlləsinə əsasən çoxmərtəbəli yaşayış binaların idarə olunması, istismarı, saxlanılması, təmiri, eləcədə kommunal xidmətlərə görə ödənişlər özünümaliyyələşdirmə, yəni payçıların müəyyən etdiyi tariflə həyata keçirilməklə, cəmiyyətin alı idarəetmə orqanı olan payçıların ümumi iclasında müzakirə edilərək müəyyənləşdirilir və müvafiq qərarla təsdiq olunur. Bu səbəbdən də çoxmərtəbəli yaşayış binalarının istismarı və idarəedilməsi ilə bağlı yaranan narazılıqlar, cəmiyyətin ali idarəetmə orqanı olan payçıların ümumi iclasında müzakirə edilməli və müvafiq qərar qəbul olunmaqla aradan qaldırılmalıdır Əlavə olaraq, MMMC (MMC. MTK) ilə payçılar arasında münasibətlər qanunvericilikdə nəzərdə tutulmuş qaydada tərəflərin bağladığı müqavilələrə uyğun tənzimləndiyindən, bu müqavilələrdən irəli gələn öhdəliklərin icra edilmədiyi, eləcə də yaranmış problemlərə dair qarşılıqlı razılaşma əldə olunmadığı təqdirdə, mülki qanunvericiliyə uyğun olaraq mübahisələrin həlli məqsədi ilə aidiyyəti üzrə məhkəməyə müraciət olunmalıdır.
54. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 X2 Ekspertiza Baş İdarəsi tərəfindən “ünvan 30i-48” MMMC-nin icraçı direktoruna ünvanlanan xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, qeyd edilən Bakı şəhəri, ünvan 30i rayonu, R.Behbudov, Ş.Əzizbəyov, S.Əsgərova küçələri ilə Bülbül prospektinin kəsişməsindəki 391-ci məhəllə ünvanında yerləşən və müvafiq ekspertiza rəyləri ilə razılaşdırılan Gülüstan Residence yaşayış Kompleksi obyekti üzrə layihə sənədləri sifarişçi “RTZ" MMC tərəfindən ekspertizaya təqdim edilmişdir. Layihə sənədlərinin surətinin yalnız obyektin sifarişçisinə təqdim olunduğu nəzərə alaraq bildirilmişdir ki, qeyd edilən yaşayış binasının mülkiyyətçiləri tərəfindən yaradılan “ünvan 30i-48" MMMC-nin hal-hazırda binanın istismarı ilə məşğul olduğuna dair əsaslandırıcı hüquqi sənədlər Dövlət Ekspertiza Baş İdarəsinə verildiyi halda layihə sənədləri təqdim edilə bilər.
55. Azərbaycan Respublikası Bakı şəhəri ünvan 30i rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən ünvan 25 ünvanda yaşayan vətəndaş Cavid Zamanova və digər sakinlərə ünvanlanan xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, müraciətdə qeyd edilən məsələnin Cavabdeh MMC ilə “ünvan 30i-48” MMMC arasında qarşılıqlı razılaşma əsasında həll olunması tövsiyə olunmuşdur.
56. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən Cavabdeh MMC-yə ünvanlanan xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, müraciətlə əlaqədar xx.xx.2023-cü il tarixində Agentliyin müfəttişi tərəfindən yerindr aparılmış araşdırma zamanı binada istismar olunan 3 ədəd suqızdırıcı qazana və 8 ədəd lifts baxış keçirilmiş, pozuntular aşkar edildiyinə görə istismarının qadağan olduğu bildirilmişdir. Qısa müddət ərzində pozuntuların aradan qaldırılması və nəticəsi barədə Agentliyi məlumat verilməsi tələb olunur. Pozuntular aradan qaldırılanadək avadanlıqların istismar edilməsinə və baş verə biləcək bədbəxt hadisələrə görə Cavabdeh MMC məsuliyyət daşıyır. Pozuntular aradan qaldırıldıqdan və texniki müayinə aparıldıqdan sonra avadanlıqların istismarına icazə verilməsi məsələsinə baxılacaqdır.
57. Mülki işin materiallarında olan “ünvan 30i-48” MMMC tərəfindən AR İN ƏMDK DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə, AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, ünvan 30i Rayon İcra Hakimiyyətinə, Bakı şəhər İcra Hakimiyyətinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktublardan görünür ki, Bakı şəhəri, Bülbül prospekti, 60-62 ünvanındakı X6 istismarı və ümumi istifadə yerlərinin idarə olunması və ümumi əmlakının qanunvericiliyə uyğun istismarının həyata keçirilməsi məqsədilə mənzil mülkiyyətçiləri tərəfindən təsis edilmiş "Nəsımi-48" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (VÖEN **********) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş idarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Sahə mülkiyyətçiləri tərəfindən kompleksin təhvil alınaraq birgə idarəetməyə götürülməsi üzrə binanı inşa etmiş Cavabdeh MMC tərəfindən binanın layihə sənədləri MMMC-yə təhvil verilmədiyindən kompleksin idarə və istismarında yanğın təhlükəsizliyi daxil olmaqla təhlükəsizlik texnikası qaydaları baxımından ciddi çətinliklərlə üzləşirlər. Belə ki, binanın ümumi istifadə sahələrinin dəqiq həddlərini, mühəndislik kommunikasiya xətlərinin dəqiq planı, sahələrin dəqiq təyinatı kimi binanın istismarı üzrə vacib və zəruri olan bir çox məlumat MMMC rəhbərliyi üçün əlçatımlı deyil. Yuxarıda göstərilənləri nəzərə alaraq, Bakı şəhəri. Bülbül prospekti, 60-62 ünvanındakı “Gülüstan Residence” Kompleksinin layihə sənədləriinin təsdiq olunmuş surətinin onlara təqdim edilməsi xahiş edilmişdir.
58. Mülki işin materiallarında olan “ünvan 30i-48” MMMC tərəfindən Cavabdeh MMC-nin direktoruna ünvanlanan xx.xx.2023-cü il tarixli su sayğaclarının təhvil-təslimi haqqında məktubdan görünür ki, yaşayış kompleksinin su təchizatı İlə bağlı sayğaclar “RTZ" MMC-nin balansındadır. Artıq altı aydan çox müddətdir ki. tərəflərdən həmin su sayğaclarının “ünvan 30i-48" MMMC ilə lazımi qaydada təhvil-təslim edilməsinə dair çoxsaylı müraciətlər edilmişdir. Bununla yanaşı müraciət əsasında "xxxx" ASC-nin əməkdaşları tərəfindən su sayğaclarına baxış keçirilmiş, ciddi nöqsanların və ödənilməmiş borcların olması aşkar edilmişdir. Göstərilənləri nəzərə alaraq, qısa zaman ərzində aşkarlanmış nöqsanların aradan qaldırılmasını və suya dair yaranmış ödənilməmiş borcların tam şəkildə ödənilməsini, daha sonra isə “ünvan 30i-48” MMMC İlə sayğacların təhvil-təsliminə dair müvafiq addımların atılması xahiş edilmişdir.
59. Mülki işin materiallarında olan “ünvan 30i-48” MMMC tərəfindən Bakı şəhəri, ünvan 30i rayonu, Bülbül prospekti 60, 62 ünvanında yerləşən yaşayış binalarındakı ofis sahələrinin icarəçilərinə ünvanlanan xx.xx.2023-cü il tarixli “Bina kompleksindəki ofis sahələrinə mühafizə xidməti tərəfindən giriş-çıxışın təmin edilməsi haqqında” məktubdan görünür ki, Dövlət tərəfindən aparılan uğurlu siyasətin nəticəsi olaraq, vətəndaşların təhlükəsiz yaşamaq konstitusiya hüququ daim layiqincə təmin edilməkdədir. Ölkə vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi istiqamətində aparılan işlərin nəticəsi olaraq, insanların həyat və sağlamlığına təhlükə törədilməsinə yönəldilmiş, insanlar böyük təşvişinə və tələfinə səbəb olacaq kütləvi tədbirlərin hazırlanması, o cümlədən terror aktların törədilməsinin təşkili vaxtında aşkar edilərək qarşısı qətiyyətlə alınmışdır və hazırda da bu sahədə mühüm işlər apanlmaqdadır. Lakin, vətənin uğurlarına və nailiyyətlərinə sevinməyən ünsürlər hələ də mövcuddur və onlar tərəfindən bu kimi cəhdlərin edilməsi halları olmaqda davam edir. Bu kimi hallar ilə mübarizədə və vətəndaşların sülh və əminamanhq içində yaşamasında həm dövlət təhlükəsizlik orqanlarının, həm də mühafizə qurumlarının xidməti əvəzedilməzdir və ölkə vətəndaşları tərəfindən yüksək qiymətləndirilir. Təhlükəsiz yaşamaq hüququnun təmin edilməsi məqsədilə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən asılı olmayaraq hər bir ölkə vətəndaşı, təşkilati hüquqi formasından asılı olmayaraq bütün qurumlar öz dəstəyini bu sahədə göstərməli və bunun üçün lazımi addımlar atmalıdır. Azərbaycan Respublikasının mənzil qanunvericiliyinin tələblərinə uyğun olaraq, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin vəzifələrindən biri çoxmənzilli binada sakinlərinin əlverişli və təhlükəsiz yaşamaq şəraitinin təmin elməkdir. Bina kompleksi ərazisinə, o cümlədən fəaliyyət göstərən ofis sahələrinə heç bir məhdudiyyət olmadan aidiyyəti və məqsədi bəlli olmayan şəxslərin daxil olması, orada yaşayan sakinlərin haqlı narazılığına səbəb olmuş və onlardan təhlükəsizlik işlərinin daha ciddi təşkil edilməsinə dair çoxsaylı müraciətlər daxil olmuşdur. Həmin müraciətləri nəzərə alaraq, tərəflərindən bina kompleksində yaşayan sakinlərin, o cümlədən ofis sahəsində çalışan əməkdaşların təhlükəsizliyini qorumaq istiqamətində işlərin təkminləşdirməsi aparılır. Bu məqsəd ilə bina kompleksində fəaliyyət göstərən ofis sahələrinin icarəçilərindən və idarəçilərindən müvafiq dəstəyin göstərilməsi zərurəti yaranmışdır. Belə ki, bina kompleksində təhlükəsizliyin tam və düzgün təmin edilməsi məqsədilə təşkil edilmiş mühafizə xidməti tərəfindən ofis sahələrində çalışan əməkdaşların buraxılması yalnız onların şəxsiyyətini təsdiq edən sənəd əsasında mümkün olacaqdır. Həmçinin, ofisə gələn qonağın buraxılması, ofisdə çalışan əməkdaşların həmin qonaq barədə öncədən verdikləri məlumat və qonağın şəxsiyyətini təsdiq edən sənəd əsasında baş tutacaqdır. Hər kəsin təhlükəsizliyinə xidmət edəcək bu mühafizə rejiminin təşkilinə anlayışlı yanaşılmasını və bu rejimə riayətin təmin olunması ofis icarəçilərindən xahiş edilmişdir.
60. Mülki işin materiallarında olan“ünvan 30i-48” MMMC tərəfindən Cavabdeh MMC-nin direktoruna ünvanlanan xx.xx.2023-cü il tarixli su sayğaclarının təhvil-təslimi haqqında məktubdan görünür ki, məlum olduğu kimi yaşayış kompleksinin su təchizatı ilə bağlı sayğaclar "xxxx" MMC-nin balansındadır. Artıq altı aydan çox müddətdir ki. tərəflərindən həmin su sayğaclarının "ünvan 30ı-48” MMMC ilə lazımi qaydada təhviltəslim edilməsinə dair çoxsaylı müraciətlər edilmişdir. Bununla yanaşı, müraciət əsasında "xxxx" ASC-nin əməkdaşları tərəfindən su sayğaclarına baxış keçirilmiş, ciddi nöqsanların və ödənilməmiş borclarn olması aşkar edilmişdir. Göstərilənləri nəzərə alaraq, qısa zaman ərzində aşkarlanmış nöqsanların aradan qaldırılması və suya dair yaranmış ödənilməmiş borcların tam şəkildə ödənilməsini, daha sonra isə “ünvan 30i-48" MMMC ilə sayğacların təhvil-təsliminə dair müvafiq addımların atılması xahiş edilmişdir.
61. Mülki işin materiallarında olan“ünvan 30i-48” MMMC tərəfindən Cavabdeh MMC-nin direktoruna ünvanlanan xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, "RTZ” MMC (RTZ) və MMMC arasında təhvil-təslim yaşayış kompleksinin ayrılıqda yalnız elektrik enerjisi və təbii qaz sayğaclarına aid deyil. Bu təhvil-təslim ümumilikdə transformatorlar, elektrik açarlar, elektrik enerjisi sayğacların və digər əlaqəli qurğularla birlikdə elektrik hinə və qazanxana. təbii qaz sayğaclar: və digər əlaqəli qurğula İdə qaz təsərrüfatına aiddir. Məlum olduğu kimi, tərəflərindən RTZ-yə xx.xx.2023-cü il tarixli Qüsur Aktı təqdim edilmişdir. X20 yuxanda göstərilən və təhvil-təslim edilməli sahələrdə kifayət qədər nöqsanlar olması öz əks tapmışdır. Bu nöqsanların mövcudluğu təhvil-təslimini prosesinin başlanılmasına maneə törətməsinə baxmayaraq, tərəflərindən hələ də aradan qaldırılmamışdır. Sözügedən nöqsanlara: Elektrik enerjisi sayğacların transformatorlardan sonra quraşdırılmalı olduğu halda, onlar əvvəl quraşdırılıb və bununla da ilkilərin baş verməsinin qaçılmaz olması aşkardır. Bundan əlavə, elektrik açarlar müvafiq tələblərə uyğun şəkildə quraşdırılmamış və istismar zamanı lazımi qaydada işləmələri sual altındadır. Həmçinin, elektrik transformatorlar su borularının altında quraşdırıldığından, təhlükəli vəziyyətin yaranması ilə yanaşı, onların yararsız düşməsi və hər an sıradan çıxarılması qaçılmaz olmuşdur. Qaz təsərrüfatına gəldikdə isə, Qüsur aktına uyğun olaraq, qazanxanada aşınma dərəcəsindən asılı olaraq bəzi qurğuların hissələrinin dəyişdirilməsi, zəruri yeni qurğuların alınması, texniki xidmət və sazlanma işlərinin görülməsi tələb olunur. Bundan əlavə, yaşayış kompleksinin layihəsi hələ də RTZ tərəfindar MMMC-yə təqdim edilməmişdir. Bu isə, MMMC tərəfindən уaşayış və qeyri-yaşayış, o cümlədən texniki sahələrin və onların quruluşunun, elektrik, qaz və onlara xidmətlərin göstərilməsi və təhviltəslimin aparılması üçün zəruri addımların atılmasında çətinliklər yaradır. Yuxarıda göstərilənləri nəzərə alaraq, RTZ-nin üzərinə düşən öhdəliklər lazımlı qaydada yerinə yetirilməklə nöqsanlar və çatışmazlıqlar aradan qaldırıldıqdan, həmçinin RTZ və onun təsisçisi yaşayış kompleksində elektrik və qaz istifadəsində olan ən iri istehlakçılar olduğunu nəzərə alaraq, onlar tərəfindən MMMC ilə xidmət müqaviləsi bağlandıqdan sonra tərəflər arasında təhvil-təslimlərin edilməsi mümkün olacaqdır.
62. Mülki işin materiallarında olan “ünvan 30i-48” MMMC tərəfindən Cavabdeh MMC-nin direktoruna ünvanlanan xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, qüsurların aradan qaldılması üçün 10409 manat vəsaitin “ünvan 30i-48” MMMC-nin hesabına köçürülməsi xahiş edilmişdir.
63. Mülki işin materiallarında olan “ünvan 30i-48” MMMC tərəfindən Cavabdeh MMC-nin direktoruna ünvanlanan xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Cavabdeh MMC Bakı şəhəri, ünvan 30i rayonu, Bülbül prospekti 60,62 ünvanında inşa edilmiş yaşayış kompleksi “ünvan 30i-48” MMMC tərəfindən idarə olunur. Lakin uzun müddətdir ki, tikinti şirkəti tərəfindən aradan qaldırılmayan nöqsanlar və çatışmazlıqlara, o cümlədən yaşayış kompleksinin layihəsini təqdim edilməməklə MMMC ilə aparılan təhvil-təslim prosesi süni qaydada uzadılır. Bu proses zamanı aşkar edilmişdir ki, RTZ tərəfindən binların tikintisi və istismarı zamanı bir çox pozuntulara yol verilmiş və hazırda da bu kimi əməllər davam etdirilməkdədir. Məlum olduğu kimi yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. Lakin, RTZ tərəfindən yaşayış binasının bir hissəsi qanunvericiliyin tələbləri pozulmaqla əlavə qazanc əldə etmək üçün qeyri-yaşayış sahəsi kimi istifadə edilir. Məktubda göstərilənlər nəzərə alınmasa müvafiq dövlət orqanlarına müraciət olunacağə barədə xəbərdar edilmişdir.
64. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən vəkil Nümayəndə1 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.2022ci il tarixdə “Gülüstan Residence” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin təsis yığıncağının qərarı əsasında mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti təsis edilmiş, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin nizamnaməsi təsdiq edilmişdir. xx.xx.2022-ci il tarixdə “Gülüstan Residence” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin sahə mülkiyyətçilərinin qərarına əsasən qurumun adı “ünvan 30i-48” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə dəyişdirilməsi, nizamnaməyə dəyişikliklərin edilməsi, dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün sənədlərin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsi qərara alınmışdır.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
65. Hazırki iddia tələbləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
66. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
67. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir.
68. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
69. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
70. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla, müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
71. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 119.1-ci maddəsinə əsasən çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir.
72. Həmin Məcəllənin 120.5-ci maddəsinə əsasən tikilməkdə olan çoxmənzilli binalarda yaşayış və qeyri-yaşayış sahələrinə mülkiyyət hüquqları məxsus olacaq (hüquqlarını əldə edəcək) şəxslər bu fəslin müddəalarına uyğun olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətini yaratmaq hüququna malikdirlər.
73. MMMC qeyri-kommersiya qurumu olan hüquqi şəxsdir. Yəni əsas məqsəd mənfəət götürmək və əldə olunan mənfəəti iştirakçıları arasında bölüşdürmək deyil, sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, binanın ümumi əmlakının lazımi qaydada saxlanılmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll olunmasını, habelə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməkdir.
74. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 141.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın aşağıdakı idarə edilməsi üsullarından birini seçməyə borcludur: 141.2.1. binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə; 141.2.2. mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə; 141.2.3. idarəedici təşkilat tərəfindən idarə edilmə.
75. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur.
76. Həmin Məcəllənin 37-ci maddəsinə əsasən çoxmənzilli binada mülkiyyətə sahə əldə edilərkən bu binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda pay həmin əldə edənə keçir. Müqavilənin çoxmənzilli binada sahəyə mülkiyyət hüquqlarının keçməsi ilə bərabər binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payın keçməsini məhdudlaşdıran müddəaları əhəmiyyətsizdir.
77. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, ünvan 30i rayonu, Bülbül prospekti 60, 62 ünvanında yerləşən yaşayış binaları Cavabdeh MMC tərəfindən inşa edilmiş və xx.xx.2019-cu il tarixdə imzalanan “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” AR Prezidentinin Fərmanına əsasən istismara verilmişdir. Davamında sahə mülkiyyətçilərinin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli ümumi yığıncağının qərarları əsasında “ünvan 30i-48” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti təsis edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixdə 1122-MM9-0269 sayı ilə dövlət qeydiyyatına alınmışdır.
78. Məhkəmə hesab edir ki, MMMC qanunvericilikdə nəzərdə tutulmuş qaydada yaradılmasına baxmayaraq, cavabdehin mənzil qanunvericiliyinə əsasən yaşayış binalarının ümumi paylı mülkiyyətində olan sahələrinin və binanın müvafiq sənədlərinin MMMC-yə təhvil verməməsi qanunsuzdur.
79. Beləliklə məhkəmə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, qeyd olunan sənədlər iddiaçıya təqdim edilmədiyindən birinci iddia üzrə iddia tələbi təmin edilməli, Bakı şəhəri, ünvan 30i rayonu, R. Behbudov küçəsi, Ş. Əzizbəyov, S.Əsgərova küçələri ilə Bülbül prospektinin kəsişməsindəki 391-ci məhəllə (indiki Bakı şəhəri, ünvan 30i rayonu, Bülbül prospekti 60, 62) ünvanında Cavabdeh MMC tərəfindən inşa edilmiş çoxmənzilli binaların ümumi əmlakının, yəni həmin binalardakı mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər, o cümlədən mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər və həmin binaların işçi layihə-smeta sənədlərinin, eskiz layihələrinin, istismara qəbul aktının, yaşayış və qeyriyaşayış sahələri ilə bağlı payçılarla bağlanmış müqavilələrin təsdiq olunmuş surətlərinin “ünvan 30i-48” MMMC-yə təhvil verilməsi (əmlakların qiyməti (dəyəri) göstərilməmək şərti ilə) vəzifəsi ”RTZ” MMC-nin üzərinə qoyulmalıdır.
80. Məhkəmə əmlakların qiymətinin göstərilməməsi ilə bağlı qeyd edir ki, bu hal mənzil sakinləri (yaşayış və qeyri-yaşayış) ilə Cavabdeh arasında kommersiya məqsədli sirr olduğundan açıqlanmasıda sakinlərin hüquqlarının pozulması ilə nəticələnəcəkdir.
81. Məhkəmə iddiaçılar Cavabdeh və İddiaçı2 cavabdeh “ünvan 30i-48” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
82. İddia ərizəsinin ilkin araşdırması zamanı müəyyən olunmuşdur ki, iddia ərizəsində göstərilən tələblərdən biri - “ünvan 30i-48” MMMC tərəfindən yaşayış binalarının liftlərinin cari təmiri və xidməti özündə ehtiva edən 10409.00 manat vəsaitin Cavabdeh MMC-dən tələb olunmasının qanunsuz hesab edilməsi” ilə bağlı mübahisə halhazırda mövcud deyildir. Belə ki, ünvan 30i-48” MMMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış məktubdan görünür ki, “ünvan 30i-48” MMMC “Gülüstan Residence” kompleksində mövcud istismar olunan liftlərdə müəyyən edilmiş qüsurların aradan qaldırılması üçün 10409.00 AZN vəsaiti ünvan 30i-48” MMMC hesabına köçürülməsini xahiş etmişdir. Lakin ünvan 30i-48” MMMC-nin həmin məsələnin həlli ilə bağlı məhkəmə orqanlarına müraciət edilməsi müəyyən edilməmişdir. Qeyd edilən tələb ünvan 30i-48” MMMC-nin bundan sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət etdiyi təqdirdə məhkəmə araşdırmasının predmeti ola bilər.
83. Göründüyü kimi, Cavabdeh MMC tərəfindən iddia tələbi gələcəkdə yarana biləcək mübahisəyə münasibətdə irəli sürülmüşdür ki, bu da məhkəmənin gələcəyə münasibətdə yekun məhkəmə aktının qəbul edilməsinə əsas ola bilməz.
84. Belə olan halda, iddia tələbi “ünvan 30i-48” MMMC tərəfindən yaşayış binalarının liftlərinin cari təmiri və xidməti özündə ehtiva edən 10409.00 manat vəsaitin Cavabdeh MMC-dən tələb olunmasının qanunsuz hesab edilməsi” hissədə rədd edilməlidir.
85. İddia tələblərinin 2 və 3-cü hissələri ilə bağlı məhkəmə hesab edir ki, təmin edilməli, Bakı şəhəri, ünvan 30i rayonu, Bülbül prospekti 60,62 ünvandakı 1, 2 və 2 saylı yaşayış binalarındakı qeyri-yaşayış sahələrinə giriş-çıxışın şəxsiyyəti təsdiq edən sənədlər əsasında buraxılması tələbi qanunsuz hesab edilməli, Bakı şəhəri, ünvan 30i rayonu, Bülbül prospekti 60,62 ünvandakı yaşayış binalarının ümumi əmlakından iddiaçıların maneəsiz istifadə hüququnun təmin edilməsi vəzifəsi “ünvan 30i-48” MMMC-nin üzərinə qoyulmalıdır.
86. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur.
87. Həmin Məcəllənin 37-ci maddəsinə əsasən çoxmənzilli binada mülkiyyətə sahə əldə edilərkən bu binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda pay həmin əldə edənə keçir. Müqavilənin çoxmənzilli binada sahəyə mülkiyyət hüquqlarının keçməsi ilə bərabər binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payın keçməsini məhdudlaşdıran müddəaları əhəmiyyətsizdir.
88. Belə olan halda, iddiaçıların mülkiyyətçi kimi çoxmənzilli binanın ümumi əmlakından istifadə edə bilməməsi onların mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarır.
89. Həmçinin, məhkəmə iclasında hazırda məhdudiyyətlərin aradan qaldırılması müəyyən edilsə də, gələcəkdə belə halların yaranması mövcud olduğundan, tələblərin bu hissədə təmin edilməsi əsaslıdır.
90. Bundan əlavə isə məhkəmə həmçinin qeyd edir ki, qeyd edilən Bakı şəhəri, ünvan 30i rayonu, Bülbül prospekti 60,62 ünvandakı 1, 2 və 2 saylı yaşayış binalarındakı qeyri-yaşayış sahələrinə giriş-çıxışın şəxsiyyəti təsdiq edən sənədlər əsasında buraxılması tələbi qanunsuz hesab edilməli, Bakı şəhəri, ünvan 30i rayonu, Bülbül prospekti 60,62 ünvandakı yaşayış binalarının ümumi əmlakından iddiaçıların maneəsiz istifadə hüququnun təmin edilməsi vəzifəsi “ünvan 30i-48” MMMC-nin üzərinə qoyulması tələblərinin hazırda cavabdeh tərəfindən ümumi yığıncağın qərarı ilə müəyyən edilməsi və gələcəkdə yenidən bu kimi hallara yol verilə bilməsini məhkəmə iclasında etiraf etmişdir (yəni tələbin təmin edilməsinə zərurət mövcuddur) .
91. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1098.1-ci maddəsinə əsasən gələcəkdə zərər vurulması təhlükəsi bu cür təhlükəni yaradan fəaliyyətin qadağan edilməsi barədə iddiaya əsas verə bilər.
92. İddia tələblərinin Cavabdeh MMC tərəfindən həm Cavabdeh MMC-nin, həm də İddiaçı2 sahələri üçün “xidmət haqqı” kimi “ünvan 30i-48” MMMC-yə ödənilmiş 91810.00 manatın Cavabdeh MMC-yə qaytarılması və 20450 manat zərər məbləğinin “ünvan 30i- 48” MMMC-dən tutularaq İddiaçı2 ödənilməsi” hissələri ilə bağlı məhkəmə hesab edir ki, tələblər bu hissələrdə rədd edilməlidir.
93. Belə ki, Cavabdeh MMC və İddiaçı2 “xidmət haqqı” kimi “ünvan 30i-48” MMMCyə ödənilmiş 91810.00 manatın geri qaytarılmasını tələb etsələr də, iş materiallarına əlavə edilmiş akt və razılaşmadan müəyyən olunur ki, tərəflər (Cavabdeh MMC və “ünvan 30i- 48” MMMC ) öz aralarında bununla bağlı razılığa gəlmişlər. Bundan əlavə isə həmçinin müəyyən edilmişdir ki, həmin əvəzləşdirmə aktları sırf kommunal borclara münasibətdə tətbiq edilmiş və tətbiq edilən məbləğin ümumi cəmi 100.000 manata yaxın olmuş və hər iki tərəf bununla bağlı razılığa gəlmişlər.
94. Bundan əlavə, İddiaçı2 liftlərə qoyulan məhdudiyyətlərlə bağlı icarəyə verdiyi obyektlərin icarə haqlarında güzəştlər tətbiq etməli məcburiyyətində olduğunu və nəticədə ona 20450 manat məbləğində zərər dəydiyini bildirsə də, bununla bağlı güzəştlərin hansı tarixdən tətbiq olunması və hansı səbəbdən azaldılmasını heç bir sənədlə təsdiq etməmişdir.
95. Belə ki, mülki iş materiallarına əsasən müəyyən edilir ki, icra müqavilələri və müqaviləyə əlavələr yaradılmış maneələrə qədər (avuqst 2023-ci il) bağlanılmışdır (bir çoxu 2021-ci illəri əhatə edir) . X1 təqdim etmiş olduğu hesab fakturada yalnız özü tərəfindən imzalanmış və bunun edilməsinə əsas olmuş müqavilə (əlavələr, iradə ifadəsini təsdiq edən rəsmi sənədlər və s) mülki iş materiallarına aid edilmədiyindən sübut kimi qiymət verilməsi əsassızdır. Bundan əlavə isə yalnız məhkəməyə təqdim edilən 15 avqust 2023-cü il tarixdə X12 ilə "xxxx" MMC arasında bağlanmış müqavilədir ki, buda əvvəlki müqavilənin davamı olmamaqla (bununla bağlı sübut əlavə edilməmişdir) yeni bağlanmış müqavilədir. Bu səbəbdən icarə haqqının aşağı salınması halı bu müqaviləyədə tətbiq edilə bilməz.
96. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi).
97. Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz.
98. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
99. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
100. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı “ünvan 30i-48” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdehnə qarşı “sənədlərin təqdim edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri, ünvan 30i rayonu, R. Behbudov küçəsi, Ş. Əzizbəyov, S.Əsgərova küçələri ilə Bülbül prospektinin kəsişməsindəki 391-ci məhəllə (indiki Bakı şəhəri, ünvan 30i rayonu, Bülbül prospekti 60, 62) ünvanında Cavabdeh MMC tərəfindən inşa edilmiş çoxmənzilli binaların ümumi əmlakının, yəni həmin binalardakı mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər, o cümlədən mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər və həmin binaların işçi layihə-smeta sənədlərinin, eskiz layihələrinin, istismara qəbul aktının, yaşayış və qeyriyaşayış sahələri ilə bağlı payçılarla bağlanmış müqavilələrin təsdiq olunmuş surətlərinin “ünvan 30i-48” MMMC-yə təhvil verilməsi (əmlakların qiyməti (dəyəri) göstərilməmək şərti ilə) vəzifəsi ”RTZ” MMC-nin üzərinə qoyulmalı, iddiaçılar Cavabdeh və İddiaçı2 cavabdeh “ünvan 30i-48” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və s.” tələbinə dair iddia tələbləri qismən təmin edilməli, Bakı şəhəri, ünvan 30i rayonu, Bülbül prospekti 60,62 ünvandakı 1, 2 və 2 saylı yaşayış binalarındakı qeyriyaşayış sahələrinə giriş-çıxışın şəxsiyyəti təsdiq edən sənədlər əsasında buraxılması tələbi qanunsuz hesab edilməli, Bakı şəhəri, ünvan 30i rayonu, Bülbül prospekti 60,62 ünvandakı yaşayış binalarının ümumi əmlakından iddiaçıların maneəsiz istifadə hüququnun təmin edilməsi vəzifəsi “ünvan 30i-48” MMMC-nin üzərinə qoyulmalı, iddia tələbləri digər hissələrdə rədd edilməlidir.
101. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
102. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
103. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddiaçı “ünvan 30i-48” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdehnə qarşı “sənədlərin təqdim edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia tələbi təmin edilsin. Bakı şəhəri, ünvan 30i rayonu, R. Behbudov küçəsi, Ş. Əzizbəyov, S.Əsgərova küçələri ilə Bülbül prospektinin kəsişməsindəki 391-ci məhəllə (indiki Bakı şəhəri, ünvan 30i rayonu, Bülbül prospekti 60, 62) ünvanında Cavabdeh MMC tərəfindən inşa edilmiş çoxmənzilli binaların ümumi əmlakının, yəni həmin binalardakı mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər, o cümlədən mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər və həmin binaların işçi layihə-smeta sənədlərinin, eskiz layihələrinin, istismara qəbul aktının, yaşayış və qeyriyaşayış sahələri ilə bağlı payçılarla bağlanmış müqavilələrin təsdiq olunmuş surətlərinin “ünvan 30i-48” MMMC-yə təhvil verilməsi (əmlakların qiyməti (dəyəri) göstərilməmək şərti ilə) vəzifəsi ”RTZ” MMC-nin üzərinə qoyulsun. İddiaçılar Cavabdeh və İddiaçı2 cavabdeh “ünvan 30i-48” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və s.” tələbinə dair iddia tələbləri qismən təmin edilsin. Bakı şəhəri, ünvan 30i rayonu, Bülbül prospekti 60,62 ünvandakı 1, 2 və 2 saylı yaşayış binalarındakı qeyri-yaşayış sahələrinə giriş-çıxışın şəxsiyyəti təsdiq edən sənədlər əsasında buraxılması tələbi qanunsuz hesab edilsin. Bakı şəhəri, ünvan 30i rayonu, Bülbül prospekti 60,62 ünvandakı yaşayış binalarının ümumi əmlakından iddiaçıların maneəsiz istifadə hüququnun təmin edilməsi vəzifəsi “ünvan 30i-48” MMMC-nin üzərinə qoyulsun. İddia tələbləri digər hissələrdə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri ünvan 30i Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.