Məhkəmə qərarları › İş №e-2(006)-2787/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2787/2025

13.06.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2787/2025 13.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh «Azərbaycan Respublikası X17» PHŞ-ya qarşı «əmək münasibətlərinə qanunsuz xitam vermə əmrinin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddətinə görə əmək haqqının və dəymiş zərərin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Azərbaycan Respublikası X17» PHŞ-ya qarşı «əmək münasibətlərinə qanunsuz xitam vermə əmrinin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddətinə görə əmək haqqının və dəymiş zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin «b» bəndi ilə əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli 27/k nömrəli əmrin qanunsuz hesab edilməsi və ləğv edilməsi; Daxili audit xidmətinin müdiri vəzifəsinə bərpa olunmasının cavabdeh tərəfindən təmin edilməsi; cavabdeh tərəfindən qanunsuz işdən çıxarıldığına görə ona işdən çıxarıldığı günün sonrakı günündən, yəni xx.xx.2025-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi orta əmək haqqının ödənilməsi və Mərkəz tərəfindən işçilərə ödənilən bütün növ kütləvi mükafat əmrlərinin ona da şamil olunması; cavabdeh tərəf iddia ərizəsində göstərmiş olduğu əsassız, qanunsuz və qərəzli hərəkətləri ilə işgüzar nüfuzuna, idarəçilik imicinə ciddi zərbə vurduğuna, psixoloji gərginlik və stress yaşatdığına görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinin tələbləri nəzəri alınmaqla ona dəymiş mənəvi zərərə görə 5.000 manat məbləğində kompensasiyanın cavabdehdən tutularaq ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və Şəhid ailələrinin təminatına dəstək fondu - YAŞAT Fondunun rəsmi bank hesabına köçürülməsinin cavabdeh tərəfindən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, ali təhsillidir, Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibat uçotu və audit fakültəsini həm bakalavr, həm də magistr dərəcəsi üzrə fərqlənmə diplomu ilə bitirmişdir. Hazırki tarixə əmək stajı 10 ildən çoxdur. Azərbaycan Respublikası X17nin öz rəsmi saytında Daxili audit xidmətinin böyük daxili auditor vəzifəsinə vermiş olduğu vakansiya elanı əsasında 2023-cü ilin 18 yanvar tarixində şəxsi anket məlumatlarını göndərərək həmin vəzifəni tutmaq üçün müraciət etmişdir. İlkin seçimdən və təşkil olunmuş müsahibələrdən uğurla keçərək vəzifəyə uyğun hesab olunmuşdur. Mərkəzlə 31 mart 2023-cü il tarixdə müddətsiz əmək müqaviləsi (bildiriş № xxxxxxx001000) bağlayaraq Daxili audit xidmətində böyük daxili auditor vəzifəsinə təyin olunmuşdur. xx.xx.2024-cü il tarixdə namizədliyi X3 təqdim edildikdən sonra 01 iyul 2024-cü il tarixdən Daxili audit xidmətinin müdiri vəzifəsinə təyin olunmuşdur. Həmin vəzifə üzrə də əmək müqaviləsi (bildiriş № xxxxxxx001002) müddətsiz bağlanmışdır. Eyni zamanda, göstərilən bütün dövr ərzində X6 təşkilatına da üzv qəbul olunmuş və hər ay hesablanmış əmək haqqından 1 % üzvlük haqqı Mərkəzin Mühasibatlıq sektoru tərəfindən tutularaq təşkilata köçürülmüşdür. 23 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikası X17nin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə Müşahidə Şurası yaradılmışdır. X18 X1 dəyişiklik edilmiş və Nizamnamənin 4.7-ci bəndində Müşahidə Şurasının vəzifələri müəyyən edilmişdir. 4.7.13-cü bəndinin tələbinə əsasən daxili audit bölməsinin fəaliyyətinə nəzarət etmək və fəaliyyətinə dair hesabatlar almaq, habelə onun üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək Müşahidə Şurasının vəzifələrinə aid edilmişdir. Bu səbəbdən xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinin (bildiriş № xxxxxxx001004) məzmununda (3.1 bənd) əmək funksiyasında aşağıdakı düzəliş edilmişdir: İşçi aşağıdakı əmək funksiyasının icrasını öhdəsinə götürür: Fəaliyyəti ilə bağlı illik planın hazırlanması və Müşahidə Şurasına təqdim edilməsi; Daxili auditlə bağlı hesabatın Müşahidə Şurasına təqdim edilməsi; Audit zamanı aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılmasına məsul olan şəxslər göstərilməklə, Müşahidə Şurasına təkliflərin verilməsi; Fəaliyyəti ilə bağlı müstəqilliyinə və ya obyektivliyinə müdaxilələr barədə Müşahidə Şurasının məlumatlandırılması; İşinin təşkili üçün zəruri olan təşkilati-texniki tədbirlərin həyata keçirilməsinin təmin edilməsi məqsədi ilə Müşahidə Şurasına müraciət edilməsi; Daxili auditin metodologiyasına əsasən Mərkəzdə daxili audit prosedurlarının müəyyən edilməsi; Zəruri hallarda Müşahidə Şurasının razılığı ilə Mərkəzin digər əməkdaşlarının auditin aparılmasına cəlb edilməsi; Fəaliyyəti ilə bağlı kənar auditorlar tərəfindən təsdiqlənmiş illik maliyyə hesabatlarının Müşahidə Şurasına təqdim edilməsi. Əmək funksiyasının icrasına maneə yaradan hallarla bağlı bildirir ki, xx.xx.2025 - xx.xx.2025-ci il tarixləri aralığında müxtəlif saatlarda Mərkəzin Aparat rəhbəri və digər vəzifəli şəxsləri tərəfindən ona aşağıda qeyd etdiyi təzyiqlər olmuşdur. A) «Ərizəni yaz işdən çıx». O, bunun üçün səbəb olmadığını bildirdikdə, cavabında bunun Mərkəz rəhbərliyinin istəyi ilə olması bildirilmişdir. O, bunun qanunsuz tələb olduğu üçün əmək münasibətlərini davam etdirəcəyini bildirmişdir. Bundan sonra təzyiqlər bir qədər də artmağa başlamış və xx.xx.2025-ci il tarixdə o, nahar fasiləsində olan zaman xidməti otağından xidməti istifadəsində olan «notebook» qanunsuz şəkildə Mərkəzin İnformasiya Texnologiyaları şöbəsinin müdiri tərəfindən qaçırılmışdır. Nahar fasiləsindən qayıtdıqdan sonra faktla bağlı dərhal Mərkəzin Aparat rəhbərinə və Hüquq departamentinin direktoruna rəsmi elektron məktubla məlumat verərək bildirmişdir ki, xidməti «notebook»-da Daxili audit xidməti tərəfindən hazırlanmış və konfıdensial olan məlumatlar var və «notebook»un bu formada oğurlanması qanunsuzdur, onun normal xidməti fəaliyyət göstərməsinə birbaşa maneədir və Daxili audit funksiyasının müstəqilliyinə təhdiddir. Onİar isə bunun Mərkəz rəhbərliyinin tapşırığı ilə olmasını bildirmişlər. B) «Əmək Məcəlləsinin 70-ci maddəsinin V hissəsinə əsasən səni maddə ilə işdən çıxaracağıq». xx.xx.2025-ci il tarixdə Mərkəzin Aparat rəhbərinin xidməti otağında X19 sədrinin müavini, Hüquq departamentinin direktoru, Aparat rəhbərinin iştirakı ilə görüşdə növbəti təhdid, Müşahidə Şurasının yekdil qərarı ilə «səni Mənəvi-əxlaqi keyfiyyətlərinin olmaması maddəsi ilə» işdən qovacağıq». O, bu qərarı özündə əks etdirən protokolu tələb etdikdə isə sonuncular ona bunu təqdim etməmiş, onun inad etməsinin gələcəyi üçün pis nəticələr verəcəyi ilə təhdid olunmuşdur. O isə, «bir halda ki, Müşahidə Şurası bu cür düşünür o zaman, buyurun həmin maddə əsasında məni işdən azad edərək əmri rəsmiləşdirin» deyərək öz fikrini bildirmişdir. Əmək hüquqlarının pozulması ilə bağlı bildirir ki, Mərkəzlə bağlanmış əmək müqaviləsi xx.xx.2025-ci il tarixli 27/k nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən ləgv edilmişdir. Vəzifənin ixtisar edilməsi ilə bağlı qərar verilən zaman onun zəruriliyi əsaslandırılmamış, X6 təşkilatının qabaqcadan rəyi alınmamış, onunla həmkarlar ittifaqı arasında heç bir təklif müzakirə edilməmiş, Müşahidə Şurasının iclasının gündəliyinə daxil edilmiş məsələlər barəsində məlumat proseduru gözlənilməmiş, beləliklə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71, 78 və 80-ci maddələrinin və Mərkəz Nizamnaməsinin 4.9cu bəndinin tələbləri Mərkəzin vəzifəli şəxsləri tərəfindən kobud surətdə pozulmuş və qanunvericiliyin tələblərinə uyğun müvafiq prosedurlar həyata keçirilməmişdir. Bütün qeyd olunanlar bu qənaətə gəlməyə əsas verir ki, bu ixtisar şəxsinə qarşı yönəlmiş bir qərardır. Əgər bu əsaslandırılmış bir qərar olsa idi, bu işin qanuni prosedurlarla həll yolu varkən, yuxarıda qeyd etdiyi təhdidlər, xidməti «notebook»un oğurlanması və digər təzyiqləri və qanunazidd davranışları niyə sərgilənirdi? Bu qərar hansı hüquqi arqumentlərə söykənir? İddiaçı məhkəmə iclasında, iddia ərizəsinin məzmununa uyğun izahatında bildirdi ki, ali təhsillidir, Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibat uçotu və audit fakültəsini həm bakalavr, həm də magistr dərəcəsi üzrə fərqlənmə diplomu ilə bitirmişdir. Hazırki tarixə əmək stajı 10 ildən çoxdur. Azərbaycan Respublikası X17nin öz rəsmi saytında Daxili audit xidmətinin böyük daxili auditor vəzifəsinə vermiş olduğu vakansiya elanı əsasında 2023-cü ilin 18 yanvar tarixində şəxsi anket məlumatlarını göndərərək həmin vəzifəni tutmaq üçün müraciət etmişdir. İlkin seçimdən və təşkil olunmuş müsahibələrdən uğurla keçərək vəzifəyə uyğun hesab olunmuşdur. Mərkəzlə 31 mart 2023-cü il tarixdə müddətsiz əmək müqaviləsi bağlayaraq Daxili audit xidmətində böyük daxili auditor vəzifəsinə təyin olunmuşdur. xx.xx.2024-cü il tarixdə namizədliyi X3 təqdim edildikdən sonra 01 iyul 2024-cü il tarixdən Daxili audit xidmətinin müdiri vəzifəsinə təyin olunmuşdur. Həmin vəzifə üzrə də əmək müqaviləsi müddətsiz bağlanmışdır. Eyni zamanda, göstərilən bütün dövr ərzində X6 təşkilatına da üzv qəbul olunmuş və hər ay hesablanmış əmək haqqından 1 % üzvlük haqqı Mərkəzin Mühasibatlıq sektoru tərəfindən tutularaq təşkilata köçürülmüşdür. 23 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikası X17nin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə Müşahidə Şurası yaradılmışdır. X18 X1 dəyişiklik edilmiş və Nizamnamənin 4.7-ci bəndində Müşahidə Şurasının vəzifələri müəyyən edilmişdir. 4.7.13-cü bəndinin tələbinə əsasən daxili audit bölməsinin fəaliyyətinə nəzarət etmək və fəaliyyətinə dair hesabatlar almaq, habelə onun üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək Müşahidə Şurasının vəzifələrinə aid edilmişdir. Bu səbəbdən xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinin məzmununda əmək funksiyasında bir sıra düzəlişlər edilmişdir. Belə ki, işçi icrasını öhdəsinə götürür: Fəaliyyəti ilə bağlı illik planın hazırlanması və Müşahidə Şurasına təqdim edilməsi; Daxili auditlə bağlı hesabatın Müşahidə Şurasına təqdim edilməsi; Audit zamanı aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılmasına məsul olan şəxslər göstərilməklə, Müşahidə Şurasına təkliflərin verilməsi; Fəaliyyəti ilə bağlı müstəqilliyinə və ya obyektivliyinə müdaxilələr barədə Müşahidə Şurasının məlumatlandırılması; İşinin təşkili üçün zəruri olan təşkilati-texniki tədbirlərin həyata keçirilməsinin təmin edilməsi məqsədi ilə Müşahidə Şurasına müraciət edilməsi; Daxili auditin metodologiyasına əsasən Mərkəzdə daxili audit prosedurlarının müəyyən edilməsi; Zəruri hallarda Müşahidə Şurasının razılığı ilə Mərkəzin digər əməkdaşlarının auditin aparılmasına cəlb edilməsi; Fəaliyyəti ilə bağlı kənar auditorlar tərəfindən təsdiqlənmiş illik maliyyə hesabatlarının Müşahidə Şurasına təqdim edilməsi. Əmək funksiyasının icrasına maneə yaradan hallarla bağlı bildirir ki, xx.xx.2025 - xx.xx.2025-ci il tarixləri aralığında müxtəlif saatlarda Mərkəzin Aparat rəhbəri və digər vəzifəli şəxsləri tərəfindən ona aşağıda qeyd etdiyi təzyiqlər olmuşdur. «Ərizəni yaz işdən çıx». O, bunun üçün səbəb olmadığını bildirdikdə, cavabında bunun Mərkəz rəhbərliyinin istəyi ilə olması bildirilmişdir. O, bunun qanunsuz tələb olduğu üçün əmək münasibətlərini davam etdirəcəyini bildirmişdir. Bundan sonra təzyiqlər bir qədər də artmağa başlamış və xx.xx.2025-ci il tarixdə o, nahar fasiləsində olan zaman xidməti otağından xidməti istifadəsində olan «notebook» qanunsuz şəkildə Mərkəzin İnformasiya Texnologiyaları şöbəsinin müdiri tərəfindən qaçırılmışdır. Nahar fasiləsindən qayıtdıqdan sonra faktla bağlı dərhal Mərkəzin Aparat rəhbərinə və Hüquq departamentinin direktoruna rəsmi elektron məktubla məlumat verərək bildirmişdir ki, xidməti «notebook»-da Daxili audit xidməti tərəfindən hazırlanmış və konfıdensial olan məlumatlar var və «notebook»un bu formada oğurlanması qanunsuzdur, onun normal xidməti fəaliyyət göstərməsinə birbaşa maneədir və Daxili audit funksiyasının müstəqilliyinə təhdiddir. Onİar isə bunun Mərkəz rəhbərliyinin tapşırığı ilə olmasını bildirmişlər. «Əmək Məcəlləsinin 70-ci maddəsinin V hissəsinə əsasən səni maddə ilə işdən çıxaracağıq». xx.xx.2025-ci il tarixdə Mərkəzin Aparat rəhbərinin xidməti otağında X19 sədrinin müavini, Hüquq departamentinin direktoru, Aparat rəhbərinin iştirakı ilə görüşdə növbəti təhdid, Müşahidə Şurasının yekdil qərarı ilə «səni mənəvi-əxlaqi keyfiyyətlərinin olmaması maddəsi ilə» işdən qovacağıq». Bu qərarı özündə əks etdirən protokolu tələb etdikdə isə sonuncular ona bunu təqdim etməmiş, onun inad etməsinin gələcəyi üçün pis nəticələr verəcəyi ilə təhdid olunmuşdur. O isə, «bir halda ki, Müşahidə Şurası bu cür düşünür o zaman, buyurun həmin maddə əsasında məni işdən azad edərək əmri rəsmiləşdirin» deyərək öz fikrini bildirmişdir. Əmək hüquqlarının pozulması ilə bağlı bildirir ki, Mərkəzlə bağlanmış əmək müqaviləsi xx.xx.2025-ci il tarixli 27/k nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən ləgv edilmişdir. Vəzifənin ixtisar edilməsi ilə bağlı qərar verilən zaman onun zəruriliyi əsaslandırılmamış, X6 təşkilatının qabaqcadan rəyi alınmamış, onunla həmkarlar ittifaqı arasında heç bir təklif müzakirə edilməmiş, Müşahidə Şurasının iclasının gündəliyinə daxil edilmiş məsələlər barəsində məlumat proseduru gözlənilməmiş, beləliklə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71, 78 və 80-ci maddələrinin və Mərkəz Nizamnaməsinin 4.9cu bəndinin tələbləri Mərkəzin vəzifəli şəxsləri tərəfindən kobud surətdə pozulmuş və qanunvericiliyin tələblərinə uyğun müvafiq prosedurlar həyata keçirilməmişdir. Bütün qeyd olunanlar bu qənaətə gəlməyə əsas verir ki, bu ixtisar şəxsinə qarşı yönəlmiş bir qərardır. Həmçinin cavabdehin nümayəndəsinin yazılı mülahizəsinə münasibətdə iddia tələbinin rədd edilməsi ilə bağlı qeyd olunanları qəbul etmədiyini bildirdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, iddia əsassızdır və təmin edilə bilməz. Belə ki, İddiaçı Azərbaycan Respublikasının Dövlət X10 Şurası sədrinin xx.xx.2023-cü il tarixli 74/k nömrəli əmri ilə Mərkəzin Daxili audit xidmətinin böyük daxili auditoru vəzifəsinə təyin edilmiş, xx.xx.2024cü il tarixədək bu vəzifədə işləmişdir. X7 sədrinin xx.xx.2024-cü il tarixli 192/k nömrəli əmri ilə iddiaçı C.Ə.X13 audit xidmətinin müdiri vəzifəsinə təyin olunmuşdur. İddiaçı əmək müqaviləsinə X12 audit xidmətinin müdiri vəzifəsinin ixtisar olunması ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə (b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə;) əsasən X14 sədrinin xx.xx.2025-ci il tarixli 27/k nömrəli əmri ilə xitam verilmişdir. «Azərbaycan Respublikası X17nin fəaliyyətinin təkmilləşdirilməsi və «Azərbaycan Respublikasının X17 publik hüquqi şəxsin yaradılması haqqında» Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 23 iyul tarixli 154 nömrəli Fərmanına əsasən Mərkəzin idarəetmə forması dəyişdirilmiş, Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən sədr, 2 sədr müavini və ictimai əsaslarla fəaliyyət göstərən 4 nəfər üzvdən ibarət tərkibdə Direktorlar Şurası əvəzinə Mərkəzin idarəetmə orqanları Müşahidə Şurası və İdarə Heyəti müəyyən olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanının 4.1-ci bəndinə əsasən Azərbaycan Respublikası X17nin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti sədr də daxil olmaqla 5 üzvdən ibarət Müşahidə Şurası həyata keçirir, həmin Fərmanın 4.1-1-ci bəndinə əsasən Azərbaycan Respublikası X17nin fəaliyyətinə cari rəhbərliyi 3 üzvdən ibarət İdarə Heyəti həyata keçirir. Adıçəkilən Fərmanın 3.1.3-cü yarımbəndinə əsasən Müşahidə Şurası və İdarə Heyəti üzvlərinin (o cümlədən sədrlərinin) vəzifəyə təyin və vəzifədən azad edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Dövlət X8 Şurasının tərkibi Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 23 iyul tarixli 228 nömrəli Sərəncamı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası X17 publik hüquqi şəxsin Nizamnaməsi»nin 4.7-ci bəndinə əsasən X15 strukturunu, əməyin ödənişi fondunu, işçilərin say həddini və onların əmək haqlarının məbləğini (vəzifə maaşını, vəzifə maaşına əlavələri, mükafatları və digər ödənişləri) təsdiq edir, Mərkəzin kənar auditorunu təyin edir və audit hesabatını qəbul edir, kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görür, daxili audit bölməsinin fəaliyyətinə nəzarət edir və fəaliyyətinə dair hesabatlar alır, habelə onun üzvlərini vəzifəyə təyin və vəzifədən azad edir. X9 16 yanvar 2025-ci il tarixli iclasında Daxili audit xidmətinin strukturunun təkmilləşdirilməsi zəruriliyi məsələsi müzakirə edilmiş, Mərkəzin yeni strukturunun təsdiq edilməsi, həmçinin daxili audit xidmətinin strukturunun optimallaşdırılması ilə bağlı zəruri tədbirlərin görülməsi, Mərkəzin yeni strukturunda ixtisar edilmiş Daxili audit xidmətinin müdiri vəzifəsində çalışan İddiaçı həmin vəzifədən azad edilməsi barədə qərar yekdilliklə qəbul edilmiş, İdarə Heyətinin sədrinə İddiaçıla əmək müqaviləsinə xitam verilməsinin rəsmiləşdirilməsi üçün zəruri tədbirlərin görülməsi tapşırılmışdır. Əmək Məcəlləsinin 77-ci maddəsinin 1ci hissəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin «b» bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda - azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda - azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda - azı doqquz təqvim həftəsi. Əmək Məcəlləsinin 77-ci maddəsinin 2-ci hissəsinə əsasən xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «a» və «b» bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda - orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda - orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda - orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda - orta aylıq əməkhaqqının azı iki misli miqdarında. Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə əsasən işəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. Əmək Məcəlləsinin 80ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci hissəsinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq İddiaçı dörd təqvim həftəsi əvvəlcədən Mərkəzin aparatının strukturunda müvafiq dəyişikliklərin həyata keçirilməsi ilə əlaqədar tutduğu Daxili audit xidmətinin müdiri vəzifəsinin 2025-ci ilin fevral ayında ixtisar olunacağı ilə bağlı rəsmi xəbərdar edilmişdir (xx.xx.2025-ci il tarixli 9-3/3-69/2025 nömrəli xəbərdarlıq əlavə olunur). Xəbərdarlıqda eyni zamanda Əmək Məcəlləsinin digər tələbləri barədə də İddiaçı məlumat verilmişdir. Xəbərdarlıq İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə qəbul edilmiş və o, həmin tarixdə X14 sədrinə ərizə ilə müraciət edərək əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən xitam verilməsinə heç bir etiraz etmədiyini və əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə xitam verilməsi istəyini bildirmişdir. İddiaçı müvafiq ərizələrini təqdim etdikləri yazılı mülahizəyə əlavə etmişlər. Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq İddiaçı əmək müqaviləsinin ləğv edilməsi üçün Mərkəzin ilk həmkarlar ittifaqı komitəsinin qabaqcadan razılığını almaq məqsədilə xx.xx.2025-ci il tarixdə keçirilmiş iclasında Mərkəzin Aparatının strukturunda müvafiq dəyişikliklərin həyata keçirilməsi ilə əlaqədar olaraq Daxili audit xidmətinin müdiri vəzifəsinin ixtisar olunması ilə bağlı İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən xitam verilməsinə etiraz edilmədiyi qərara alınmışdır. Eyni zamanda İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş bütün ödəmələr ödənilmişdir. İddiaçı son haqq-hesab üzrə arayışını məhkəməyə təqdim etmişlər. Mərkəzin Nizamanməsinin 3.1.50-ci yarımbəndinə əsasən Mərkəzin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək Mərkəzin vəzifələrindən biridir. İşin həcmindən asılı olaraq Mərkəzin Aparatında mütəmadi olaraq struktur dəyişiklikləri aparılır. Mərkəzdə ilk dəfə daxili auditor vəzifəsi xx.xx.2019-cu ildə təsis edilmişdir. xx.xx.2023-cü il tarixədək Mərkəzdə bir daxili auditor fəaliyyət göstərmişdir. Obyektiv səbəblərdən iş həcminin artması ilə əlaqədar xx.xx.2023-cü il tarixdə Mərkəzdə Daxili audit xidməti, xidmətdə xidmətin müdiri, 1 böyük daxili auditor və 1 daxili auditor ştatları təsis edilmişdir. xx.xx.2023-cü il tarixdə xidmətdə mövcud olan daxili auditor ştatı böyük daxili auditor ştatı ilə, xx.xx.2024-cü il tarixdə böyük daxili auditor ştatı kiçik daxili auditor ştatı ilə, xx.xx.2024cü il tarixdə böyük daxili auditor və kiçik daxili auditor ştatları daxili auditor ştatları ilə əvəz edilmişdir. Yeni struktura uyğun olaraq Mərkəzdə 2 daxili auditor ştatı mövcuddur. Göründüyü kimi Mərkəzdə aparılan struktur dəyişiklikləri, həmçinin Daxili audit xidmətinin müdiri vəzifəsinin ixtisar edilməsi obyektiv səbəblərdən - işin həcmindən asılı olaraq həyata keçirilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən İddiaçı əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinə tam riayət edildiyini nəzərə alaraq, məhkəmədən iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilə bilməz. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - İddiaçı tərəfindən yazılmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, X14 sədrinə rəsmi şəkildə müraciət edərək onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən xitam verilməsinə etiraz etmədiyini bildirmiş və əmək müqaviləsinə həmin tarixdə xitam verilməsini xahiş etmişdir. xx.xx.2025ci ildə işdən azad edilməyini təkid edir. -X14 sədrinin xx.xx.2025-ci il tarixli 27/k nömrəli əmrindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə X12 audit xidmətinin müdiri vəzifəsinin ixtisar olunması ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən xitam verilmişdir. -Bakı 10 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli MŞB/10/2025-00131 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan və xx.xx.2025-ci il tarixli 6841 saylı qəbzdən görünür ki, iddiaçı və cavabdehin nümayəndəsi xx.xx.2025-ci il tarixdə saat 09.30da keçirilən ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin prosesin davam etdirilməsi mümkün olmamışdır. İddiaçı tərəfindən 50 manat İMS xərci və 10 manat poçt və kargüzarlıq xərci ödənilmişdir. İşin faktiki hallarından göründüyü kimi, İddiaçı Azərbaycan Respublikasının Dövlət X10 Şurası sədrinin xx.xx.2023-cü il tarixli 74/k nömrəli əmri ilə Mərkəzin Daxili audit xidmətinin böyük daxili auditoru vəzifəsinə təyin edilmiş və xx.xx.2024-cü il tarixədək həmin vəzifədə işləmişdir. X7 sədrinin xx.xx.2024-cü il tarixli 192/k nömrəli əmri ilə Dövlətov X5 Daxili audit xidmətinin müdiri vəzifəsinə təyin olunmuşdur. İş materiallarından görünür ki, X9 16 yanvar 2025-ci il tarixdə keçirilmiş iclasında Daxili audit xidmətinin strukturunun təkmilləşdirilməsi zəruriliyi məsələsi müzakirə edilmiş, Mərkəzin yeni strukturunun təsdiq edilməsi, həmçinin daxili audit xidmətinin strukturunun optimallaşdırılması ilə bağlı zəruri tədbirlərin görülməsi, Mərkəzin yeni strukturunda ixtisar edilmiş Daxili audit xidmətinin müdiri vəzifəsində çalışan İddiaçı həmin vəzifədən azad edilməsi barədə qərar yekdilliklə qəbul edilmiş, İdarə Heyətinin sədrinə onunla əmək müqaviləsinə xitam verilməsinin rəsmiləşdirilməsi üçün zəruri tədbirlərin görülməsi tapşırılmışdır. İş materiallarından həmçinin görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixli 9-3/3-69/2025 nömrəli xəbərdarlıq məktubu ilə dörd təqvim həftəsi əvvəlcədən Mərkəzin aparatının strukturunda müvafiq dəyişikliklərin həyata keçirilməsi ilə əlaqədar tutduğu Daxili audit xidmətinin müdiri vəzifəsinin 2025-ci ilin fevral ayında ixtisar olunacağı ilə bağlı rəsmi xəbərdar edilmiş, ona Əmək Məcəlləsinin aidiyyəti normalarının tələbləri izah edilmişdir. O, həmin xəbərdarlığı xx.xx.2025-ci il tarixdə şəxsən qəbul etmişdir. Hazırda iddiaçı əmək müqaviləsinin xx.xx.2025-ci il tarixli 27/k nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən ləgv edilməsini qanuni saymayaraq bunu vəzifəsinin ixtisar edilməsi ilə bağlı qərar verilən zaman onun zəruriliyinin əsaslandırılmaması, X6 təşkilatının qabaqcadan rəyinin alınmaması, onunla həmkarlar ittifaqı arasında heç bir təklif müzakirə edilməməməsi, Müşahidə Şurasının iclasının gündəliyinə daxil edilmiş məsələlər barəsində məlumat proseduru gözlənilməməsi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71, 78 və 80-ci maddələrinin və Mərkəz Nizamnaməsinin 4.9-cu bəndinin tələbləri Mərkəzin vəzifəli şəxsləri tərəfindən kobud surətdə pozulması və qanunvericiliyin tələblərinə uyğun müvafiq prosedurlar həyata keçirilməməsi ilə əsaslandırmışdır. Cavabdeh isə iddiaya etiraz edərək İddiaçı əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinə tam riayət edilməsini göstərmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinə əsasən Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. Həmin Məcəllənin 11-ci maddəsinin 1-ci hissəsinin «b» bəndinə əsasən əmək müqaviləsini bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla ləğv etmək işəgötürənin hüquqları sırasına daxildir. Həmin Məcəllənin 12-ci maddəsinin «c» bəndinə əsasən əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir. Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir. Həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv oluna bilər. Həmin Məcəllənin 71-ci maddəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Həmin Məcəllənin 77-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin «b» bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Həmin Məcəllənin 77-ci maddəsinin 2-ci bəndinə əsasən xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Həmin maddənin 3-cü bəndinə əsasən əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında işdənçıxarma müavinəti ödənilir. Həmin maddənin 4-cü bəndinə əsasən işəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 1,4 misli miqdarında əmək haqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Həmin Məcəllənin 78-ci maddəsinin 1-ci hissəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşənin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. Həmin Məcəllənin 78-ci maddəsinin 2-ci bəndinə əsasən işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin isdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; xüsusi məcburi köçkün, onlara bərabər tutulan şəxs və qaçqın statusu olun şəxslərə; kollektiv müqavilələrdə va ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. Məhkəmə qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə, qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Həmçinin, qanunvericiliyin qeyd edilən normalarının təhlilindən aydın olur ki, işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Bu halda, işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən əmək müqaviləsinə uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq müəyyən müddətdə rəsmi xəbərdar edilməlidir. Məhkəmə, hazırkı mübahisənin qanuni həlli baxımından göstərilən əsasla əmək müqaviləsinə xitam verilərkən işçilər üçün müəyyən edilmiş təminatları aydınlaşdırmağı və iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən bu təminatlara əməl edilib-edilməməsinə diqqəti yönəltməyi zəruri hesab edir. Məhkəmə vurğulayır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Məhz bu baxımdan qanunvericilikdə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verərkən işçilər üçün müəyyən təminatlar müəyyən edilmişdir. Bu hal, həmçinin dövlətin vətəndaşların sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalmaq sahəsində sosial siyasətinin əsas istiqamətlərindən irəli gəlir. Bundan əlavə, məhkəmə qeyd edir ki, nəzərə alınmalıdır ki, işçilərin sayı və ya ştatlarının ixtisarına normativ qaydada anlayış verilməsə də, işçilərin sayının ixtisarı konkret vəzifə üzrə ştat vahidinin azaldılması, işçilərin ştatlarının ixtisarı isə konkret vəzifənin müəssisənin ştat cədvəlindən çıxarılması kimi başa düşülür. Başqa sözlə, əgər işəgötürən tərəfindən hər hansı müəssisədə konkret vəzifə üzrə işləyən işçilərinin sayı azaldılırsa bu işçilərin sayının ixtisarına, ümumilikdə bir neçə işçinin çalışdığı vəzifələr ixtisar edilirsə bu, işçilərin ştatlarının ixtisarının aparılmasına dəlalət edir. Belə olan halda, müvafiq vəzifə ştat cədvəlindən çıxarıldığından, eyni vəzifədə və ixtisas üzrə işləyən, müqayisə aparılmalı olan başqa işçi(lər) olmur. Məhkəmə daha sonra nəzərə alır ki, ştat vahidinin ixtisar edilməsi işəgötürənin səlahiyyətinə aid olan məsələ olsa da, onun qanuna uyğun həyata keçirilməməsi nəticəsində işçinin hüququnun pozulub-pozulmamasına dair iddiaya məhz qanunvericilik normalarının tələbləri baxımından huquqi qiymət verilir. İşin faktiki hallarına əsasən «Azərbaycan Respublikası X17nin fəaliyyətinin təkmilləşdirilməsi və «Azərbaycan Respublikasının X17 publik hüquqi şəxsin yaradılması haqqında» Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 23 iyul tarixli 154 nömrəli Fərmanına əsasən Mərkəzin idarəetmə forması dəyişdirilmiş, Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən sədr, 2 sədr müavini və ictimai əsaslarla fəaliyyət göstərən 4 nəfər üzvdən ibarət tərkibdə Direktorlar Şurası əvəzinə Mərkəzin idarəetmə orqanları Müşahidə Şurası və İdarə Heyəti müəyyən olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanının 4.1-ci bəndinə əsasən Azərbaycan Respublikası X17nin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti sədr də daxil olmaqla 5 üzvdən ibarət Müşahidə Şurası həyata keçirir, həmin Fərmanın 4.1-1-ci bəndinə əsasən Azərbaycan Respublikası X17nin fəaliyyətinə cari rəhbərliyi 3 üzvdən ibarət İdarə Heyəti həyata keçirir. Adıçəkilən Fərmanın 3.1.3-cü yarımbəndinə əsasən Müşahidə Şurası və İdarə Heyəti üzvlərinin (o cümlədən sədrlərinin) vəzifəyə təyin və vəzifədən azad edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Dövlət X8 Şurasının tərkibi Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 23 iyul tarixli 228 nömrəli Sərəncamı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası X17 publik hüquqi şəxsin Nizamnaməsi»nin 4.7-ci bəndinə əsasən X15 strukturunu, əməyin ödənişi fondunu, işçilərin say həddini və onların əməkhaqlarının məbləğini (vəzifə maaşını, vəzifə maaşına əlavələri, mükafatları və digər ödənişləri) təsdiq edir, Mərkəzin kənar auditorunu təyin edir və audit hesabatını qəbul edir, kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görür, daxili audit bölməsinin fəaliyyətinə nəzarət edir və fəaliyyətinə dair hesabatlar alır, habelə onun üzvlərini vəzifəyə təyin və vəzifədən azad edir. X9 16 yanvar 2025-ci il tarixli iclasında Daxili audit xidmətinin strukturunun təkmilləşdirilməsi zəruriliyi məsələsi müzakirə edilmiş, Mərkəzin yeni strukturunun təsdiq edilməsi, həmçinin daxili audit xidmətinin strukturunun optimallaşdırılması ilə bağlı zəruri tədbirlərin görülməsi, Mərkəzin yeni strukturunda ixtisar edilmiş Daxili audit xidmətinin müdiri vəzifəsində çalışan İddiaçı həmin vəzifədən azad edilməsi barədə qərar yekdilliklə qəbul edilmiş, İdarə Heyətinin sədrinə İddiaçıla əmək müqaviləsinə xitam verilməsinin rəsmiləşdirilməsi üçün zəruri tədbirlərin görülməsi tapşırılmışdır. İş materiallarından görünür ki, İddiaçı dörd təqvim həftəsi əvvəlcədən Mərkəzin aparatının strukturunda müvafiq dəyişikliklərin həyata keçirilməsi ilə əlaqədar tutduğu Daxili audit xidmətinin müdiri vəzifəsinin 2025-ci ilin fevral ayında ixtisar olunacağı ilə bağlı rəsmi xəbərdar edilmiş, xəbərdarlıq İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə qəbul edilmiş və o, həmin tarixdə X14 sədrinə ərizə ilə müraciət edərək əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən xitam verilməsinə heç bir etiraz etmədiyini və əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə xitam verilməsi istəyini bildirmişdir. Həmçinin sonradan iddiaçı xitam verilmə tarixinin xx.xx.2025-ci il tarixi olmasını qeyd etmişdir. Məhkəmə iddiaçının ixtisar zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71, 78, 80-ci maddələrinin pozulmasına dair dəlilləri ilə bağlı qeyd edir ki, müəyyən edilmişdir ki, Mərkəzin Nizamnaməsinin 3.1.50-ci yarımbəndinə əsasən Mərkəzin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək Mərkəzin vəzifələrindən biridir. İşin həcmindən asılı olaraq Mərkəzin Aparatında mütəmadi olaraq struktur dəyişiklikləri aparılır. Mərkəzdə ilk dəfə daxili auditor vəzifəsi xx.xx.2019-cu ildə təsis edilmişdir. xx.xx.2023-cü il tarixədək Mərkəzdə bir daxili auditor fəaliyyət göstərmiş, obyektiv səbəblərdən iş həcminin artması ilə əlaqədar xx.xx.2023-cü il tarixdə Mərkəzdə Daxili audit xidməti, xidmətdə xidmətin müdiri, 1 böyük daxili auditor və 1 daxili auditor ştatları təsis edilmişdir. xx.xx.2023-cü il tarixdə xidmətdə mövcud olan daxili auditor ştatı böyük daxili auditor ştatı ilə, xx.xx.2024-cü il tarixdə böyük daxili auditor ştatı kiçik daxili auditor ştatı ilə, xx.xx.2024-cü il tarixdə böyük daxili auditor və kiçik daxili auditor ştatları daxili auditor ştatları ilə əvəz edilmişdir. Yeni struktura uyğun olaraq Mərkəzdə 2 daxili auditor ştatı mövcuddur. Məhkəmə hesab edir ki, Mərkəzdə aparılan struktur dəyişiklikləri, həmçinin Daxili audit xidmətinin müdiri vəzifəsinin ixtisar edilməsi obyektiv səbəblərdən - işin həcmindən asılı olaraq həyata keçirilmiş və qanunvericiliyin tələblərinə uyğun müvafiq prosedurlar həyata keçirilmişdir. Həmçinin məhkəmə iddiaçının Əmək Məcəlləsinin 78-ci maddəsinin tələblərinin pozulmasına dair dəlilləri ilə bağlı qeyd edir ki, sözügedən normanın 1-ci hissəsinin məzmunundan göründüyü kimi, qanunvericilikdə əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilərkən işçinin peşəkarlıq səviyyəsinin məhz işəgötürən tərəfindən müəyyən edilməsi qaydası əks olunmuşdur. Lakin sözügedən hüquq normasının tətbiq edilməsi üçün mərhələli şəkildə bir neçə şərtə əməl edilməlidir: əvvəla, müvafiq müəssisədə faktiki olaraq işçilərin sayının azaldılması və ya ştatların ixtisarı həyata keçirilməlidir, daha sonra həmin müəssisədə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi üçün eyni ixtisas (peşə) üzrə bir neçə işçi çalışmalıdır. Məhz göstərilən şərtlər mövcud olduqda işəgötürən tərəfindən işçilərin peşəkarlıq səviyyəsinin müəyyən edilməsi həyata keçirilir. O da nəzərə alınmalıdır ki, işçilərin sayı və ya ştatlarının ixtisarına normativ qaydada anlayış verilməsə də, işçilərin sayının ixtisarı konkret vəzifə üzrə ştat vahidinin azaldılması, işçilərin ştatlarının ixtisarı isə konkret vəzifənin müəssisənin ştat cədvəlindən çıxarılması kimi başa düşülür. Başqa sözlə, əgər işəgötürən tərəfindən hər hansı müəssisədə konkret vəzifə üzrə işləyən işçilərinin sayı azaldılırsa bu işçilərin sayının ixtisarına, ümumilikdə bir neçə işçinin çalışdığı vəzifələr ixtisar edilirsə bu, işçilərin ştatlarının ixtisarının aparılmasına dəlalət edir. Belə olan halda, müvafiq vəzifə ştat cədvəlindən çıxarıldığından, eyni vəzifədə və ixtisas üzrə işləyən, müqayisə aparılmalı olan başqa işçi(lər) olmur. Həmin Məcəllənin 78-ci maddəsinin 2-ci bəndin məzmunundan görünür ki, normada müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşənin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilərin işdə saxlanılması və işəgötürənin işçilərin sayı ixtisara düşdükdə ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda hansı kateqoriya şəxslərin isdə saxlanmasına üstünlük verməsini təsbit etmişdir. Məhkəmə, iddiaçının tələbinin faktiki əsası qismində göstərdiyi digər hallarla bağlı bildirir ki, Əmək Məcəlləsinin 71-ci maddəsinin 1-ci hissəsinin məzmunu və legitim məqsədindən göründüyü kimi, qanunverici işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən işəgötürən tərəfindən məhz bu Məcəllə ilə müəyyən edilmiş tədbirlərin görülməsini nəzərdə tutmuşdur. Bu baxımdan, Əmək Məcəlləsində bu əsasla əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən sayı azaldılacaq və ya ştatları ixtisar olunacaq işçilərin vəzifə və peşəsinə uyğun başqa işlə təmin olunmasına dair qayda öz əksini tapmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən sonuncunun başqa işlə təmin olunmaması Əmək Məcəlləsinin pozuntusu kimi qiymətləndirilə bilməz. Həmçinin, qeyd edilməlidir ki, əmək qanunvericiliyi işəgötürənin üzərinə ixtisar olunan işçiyə başqa işin təklif olunması kimi vəzifə qoymamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya münasibətdə üstünlük hüququ olduğu halda göstərilən normaların tələblərinə riayət edilməməsi kimi iddia dəlilləri də əsassızdır. Həmçinin iş materiallarından görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi üçün Mərkəzin ilk həmkarlar ittifaqı komitəsinin qabaqcadan razılığını almaq məqsədilə xx.xx.2025-ci il tarixdə keçirilmiş iclasında Mərkəzin Aparatının strukturunda müvafiq dəyişikliklərin həyata keçirilməsi ilə əlaqədar olaraq Daxili audit xidmətinin müdiri vəzifəsinin ixtisar olunması ilə bağlı onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən xitam verilməsinə etiraz edilmədiyi qərara alınmış, X14 sədrinin xx.xx.2025-ci il tarixli 27/k nömrəli əmri ilə bağlanmış əmək müqaviləsinə X12 audit xidmətinin müdiri vəzifəsinin ixtisar olunması ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən xitam verilmiş, bununla əlaqədar əlaqədar əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş bütün ödənişlər icra edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əsaslı olmuşdur. Belə ki, işin faktiki hallarından göründüyü kimi, yuxarıda qeyd olunan səbəblərdən cavabdeh təşkilatda ştatların ixtisarı həyata keçirilmiş, məhz buna görə də iddiaçı ilə bağlanmış əmək müqaviləsinə cavabdeh tərəfindən xitam verilmiş, cavabdeh qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi səbəbini qeyd etmiş, bu zaman qanunvericiliyin tələblərinə riayət olunmuş, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmri ƏM-nin 84-cü maddəsinin tələblərinə uyğun olaraq sadə formada tərtib edilmiş, ştatın ixtisarı barədə əvvəlcədən məlumat verilmiş, həmkarlar ittifaqının razılığı alınmış, əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş bütün ödənişlər icra edilmişdir. əmək müqaviləsinə xitam verilərkən iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır Məhkəmə xüsusi olaraq vurğulayır ki, iddiaçı məhkəmə iclasında verdiyi izahatında xəbərdarlıq müddətində ona yaradılmış şəraitdən istifadə edərək digər iş yerləri ilə maraqlandığını, lakin təklif edilən iş yeri üzrə əmək haqqı və iş qrafiki uyğun olmadığı üçün yenidən əvvəlki vəzifəsinə qaytarılmalı olmasını hesab etmişdir. Məhkəmə qeyd edilən izahatla bağlı qeyd edir ki, işin bu halı iddiaçı tərəfindən hazırki iddianın formal olaraq qaldırılmasına bir növ dəlalət edir. Belə ki, yuxarıda göstərildiyi kimi iddiaçı X14 sədrinə rəsmi şəkildə müraciət edərək onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən xitam verilməsinə etiraz etmədiyini bildirmiş və əmək müqaviləsinə həmin tarixdə xitam verilməsini, sonrada bu tarixin 22 deyil 23 yanvar 2025-ci il tarixi göstərilməsini xahiş etmiş, onunla bağlanmış əmək müqaviləsi qeyd edilən əsasla xitam verildikdən sonra özünə münasib iş yeri tapmayan iddiaçının heç bir əsası olmayan və mötəbər sübutarla təsdiqini tapmayan dəlillərlə hazırki iddianı qaldıraraq barəsində verilmiş əmri şəxsinə qarşı yönəlmiş bir qərar kimi qiymətləndirmişdir. Məhkəmə hesab edir ki, iddiaçının barəsində olan əmrin ona qarşı qərəzli münasibətin nəticəsi olaraq qanunsuzluğu ilə bağlı izahatları özü-özlüyündə iddiasının əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, iş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual Qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Məhkəmə hesab edir ki, iddiaçı barəsində işdən azad edilməsi barədə əmrin qanunvericiliyin tələblərinə uyğun olmamasına dair irəli sürdüyü dəlilləri mülahizə xarakterli olmaqla heç bir mötəbər sübut növləri ilə öz təsdiqini tapmamışdır. Məhkəmə iddia tələbinin mənəvi ziyan tutulması hissəsi ilə bağlı qeyd edir ki, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəldiyindən, mənəvi ziyan qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər şəxsin qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri və s.) hüquqlarını pozmaqla ona mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X11 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X11 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası Qanunvericiliyinin, “İnsan Hüquqlarının və X11 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə qeyd edir ki, iddiaçı qanunsuz olaraq cavabdehin qanunsuz və qərəzli hərəkətləri nəticəsində işdən azad edilməyi ilə işgüzar nüfuzuna, idarəçilik imicinə ciddi zərbə vurulmasını, psixoloji gərginlik və stress yaşadığını bildirsə də, bunun nədə ifadə olunmasını, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, iddia tələbi mənəvi ziyan hissəsində də rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmin məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh «Azərbaycan Respublikası X17» PHŞ-ya qarşı «əmək münasibətlərinə qanunsuz xitam vermə əmrinin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddətinə görə əmək haqqının və dəymiş zərərin ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Ödənilmiş 50 manat İMS xərci və 10 manat poçt və kargüzarlıq xərci iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh «Azərbaycan Respublikası X17» PHŞ-ya qarşı «əmək münasibətlərinə qanunsuz xitam vermə əmrinin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddətinə görə əmək haqqının və dəymiş zərərin ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 50 manat İMS xərci və 10 manat poçt və kargüzarlıq xərci iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar