Məhkəmə qərarları › İş №e-2(006)-2814/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2814/2023

20.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2814/2023 20.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi və Bakı Şəhər İcra Hakimiyyəti 3-cü şəxs qismində cəlb edilməklə) "hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması" tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsini maraqlı şəxs qismində cəlb etdiyi "hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı" tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları ünvanında yerləşən 0.12 (12 sot) ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etmək qərarına gəlmişdir. O, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etsədə ona yazılı şəkildə məhkəməyə müraciət etmək tövsiyyə etmişdilər. Çünki orderi itirmişəm və orderi heç bir arxivdə tapmaq olmur. Həmdə Bağlar İdarəsi və 179 nömrəli Korporativ ləğv olunduğu üçün, həmin torpaqda yalnız order əsasında iddiaçıya məxsus olması müəyyən ola bilər. Elə buna görə də onun sənədinə dair mülkiyyət hüququnun əldə edilməsi mümkün olmamışdır. Bakı şəhər XDS İK-nın (İndiki Bakı şəhər İcra Hakimiyyətinin) verdiyi xx.xx.1990-cı il tarixli 3/78 saylı qərarı əsasında 179 nömrəli Bağ Tikinti Kooperativinin verdiyi 0,12 ha (12 sot) Sabunçu rayonu Ləhiş bağları ünvanında mülkiyyətə verilmiş torpağın xx.xx.1947-ci il təvəllüdlü Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək Bakı şəhər XDS İK-nın (İndiki Bakı şəhər İcra Hakimiyyətinin) verdiyi xx.xx.1990-cı il tarixli 3/78 saylı qərarı əsasında 179 nömrəli Bağ Tikinti Kooperativinin verdiyi Sabunçu rayonu Ləhiş bağları ünvanındakı 0,12 ha (12 sot) 2893 saylı sahənin (torpağın) xx.xx.1947-ci il təvəllüdlü Ərizəçi (fin xxxxxxx,AA*******) məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında ərizəçi bildirmişdir ki, Sabunçu rayonu Ləhiş bağları ünvanındakı 0,12 ha (12 sot) 2893 saylı sahə (torpaq) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Ancaq bundan imtina olunmuşdur. Odur ki, ərizənin təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq maraqlı şəxslərin nümayəndələri məhkəməyə gəlməmişlər. Habelə gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: Belə ki, iş materiallarında olan AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1947-ci ildə doğulmuşdur. İş materiallarında olan arxiv çıxarışından görünür ki, Bakı şəhər XDS İK-nın (indiki Bakı şəhər İcra Hakimiyyəti) verdiyi xx.xx.1990-cı il tarixli qərar əsasında 179 nömrəli Bağ Tikinti Kooperativi Ləhiş bağ-tikinti kooperativi tərfindən Ərizəçi torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi vətəndaş Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, idarənin arxivində aşkar olunan xx.xx.2005-ci il tarixli akta əsasən Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli, 941 saylı sərəncamını əsas götürərək Ərizəçi adına 179 nömrəli Bağ Tikinti Kooperativi nəzdində olan 2893 saylı sahəyə dair verilmiş sənədlərin (orderin) ləğv olunaraq idarənin boş bağlar balansına keçirilməsi məqsədə uyğun hesab edilmişdir. Aktda qeyd edilən Ləhiş bağ massivində yerləşən 2893 saylı bağ sahəsinə dair Ərizəçi adına verilmiş order nüsxəsi idarənin arxivində aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi vətəndaş Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, torpaq sahəsinə dair “Daşınmaz Əmlakın dövlət Reyestri haqqında ”AR Qanununun 8.0.7-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin təqdim etdiyiniz xx.xx.2023-cü il tarixli, 3-48-2F/2-Q- 02454/2023 nömrəli arxiv çıxarışında torpaq sahəsinin nömrəsi və ölçüsü qeyd edilməmişdir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı Bakı şəhər XDS İK-nın (İndiki Bakı şəhər İcra Hakimiyyətinin) verdiyi xx.xx.1990-cı il tarixli 3/78 saylı qərarı əsasında 179 nömrəli Bağ Tikinti Kooperativinin verdiyi 0,12 ha (12 sot) Sabunçu rayonu Ləhiş bağları ünvanında yerləşən torpağa çıxarış almaq barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş, lakin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi bundan imtina etmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; Eyni Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarındakı hüquqi mövqeyə əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. Məhkəmələrə tövsiyə olunur ki, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermək faktını müəyyən etməzdən əvvəl daşınmaz əmlakın hüquqi vəziyyətinə, məqsədli təyinatına və sair aydınlıq gətirilməli, daşınmaz əmlakın mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınıbalınmadığı aydınlaşdırılmalıdır. 7.2. Məhkəmələrə izah edilsin ki, özbaşına tikililər, istismara qəbul edilməmiş tikililər, qurğular, eləcə də başqasının adına qeydə alınmış tikililər üzərində sahiblik faktının, həmçinin avtonəqliyyat vasitələri və digər daşınar əmlak üzərində sahiblik, istifadə, sərəncam faktının müəyyən edilməsi barədə ərizələrə məhkəmələr tərəfindən xüsusi icraat qaydasında baxıla bilməz. Belə tələblərə məhkəmələr tərəfindən iddia icraatı qaydasında baxılmalıdır Göründüyü kimi ərizəçi Bakı şəhər XDS İK-nın (İndiki Bakı şəhər İcra Hakimiyyətinin) verdiyi xx.xx.1990-cı il tarixli 3/78 saylı qərarı əsasında 179 nömrəli Bağ Tikinti Kooperativinin verdiyi Sabunçu rayonu Ləhiş bağları ünvanındakı 0,12 ha (12 sot) 2893 saylı sahənin (torpağın) xx.xx.1947-ci il təvəllüdlü Ərizəçi (fin xxxxxxx,AA*******) məxsus olması faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Mülki iş materiallarından görünür ki, (xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş məktublarına əsasən ) Ərizəçi barəsində Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 3/78 nömrəli qərarı ilə 179 nömrəli arxiv sənədi əsasında onun adı siyahıya alınmış və həmin bağ tikinti kooperativi nəzdində 2893 saylı sahə ayrılmışdır. Bu isə onu deməyə əsas verir ki, ərizəçi sonuncu sənədlər əsasında müvafiq order almaqdan imtina alınaraq məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Həmçinin mülki iş materiallarından və ərizəçinin məhkəməyə vermiş olduğu izahatlarına əsasən mübahisəli 2893 saylı bağ sahəsinin ona məxsus olmuşdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Bakı şəhər XDS İK-nın (İndiki Bakı şəhər İcra Hakimiyyətinin) verdiyi xx.xx.1990-cı il tarixli 3/78 saylı qərarı əsasında 179 nömrəli Bağ Tikinti Kooperativinin verdiyi Sabunçu rayonu Ləhiş bağları ünvanındakı 0,12 ha (12 sot) 2893 saylı sahənin (torpağın) xx.xx.1947-ci il təvəllüdlü Ərizəçi (fin xxxxxxx,AA*******) məxsus olması faktı müəyyən edilməlidir.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

21. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

22. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

24. Həmçinin, Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

25. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizəçi ərizəsi təmin edilsin. Bakı şəhər XDS İK-nın (İndiki Bakı şəhər İcra Hakimiyyətinin) verdiyi xx.xx.1990-cı il tarixli 3/78 saylı qərarı əsasında 179 nömrəli Bağ Tikinti Kooperativinin verdiyi Sabunçu rayonu Ləhiş bağları ünvanındakı 0,12 ha (12 sot) 2893 saylı sahənin (torpağın) xx.xx.1947-ci il təvəllüdlü Ərizəçi (fin xxxxxxx,AA*******) məxsus olması faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Əfsanə Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar