Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-2855/2025 15.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, İddiaçı cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma günləri üçün əməkhaqqının ödənilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsi Yasamal Rayonu 17 nömrəli xüsusi təyinatlı nitqi qüsurlu körpələr evi-uşaq bağçasına qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma günləri üçün əməkhaqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Təhsil İdarəsi Yasamal Rayonu 17 nömrəli xüsusi təyinatlı nitqi qüsurlu körpələr evi-uşaq bağçası tərəfindən verilmiş 06 dekabr 2024cü il tarixli əmrin ləğv olunaraq yenidən işə bərpa olunmağı və məcburi işburaxma günləri üçün ödənilməmiş əməkhaqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1444/2025 saylı iş üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizənin təmin edilməsi, cavabdeh Bakı Şəhəri Təhsil İdarəsi Yasamal Rayonu 17 nömrəli xüsusi təyinatlı nitqi qüsurlu körpələr evi-uşaq bağçası Bakı Şəhəri Təhsil İdarəsi ilə əvəz edilməsi, İddiaçı cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma günləri üçün əməkhaqqının ödənilməsi” tələbinə dair 2(004)-1444/2024 saylı mülki iş ərazi aidiyyatı üzrə baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən göndərilmiş mülki işin ərazi aidiyyəti üzrə baxılmasına dair fikir ayrılığının həll edilməsi üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, işin aidiyyəti üzrə göndərilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsi e-2(004)-1444/2025 saylı iş üzrə xx.xx.2025-ci il tarixli qərardadını belə əsaslandırmışdır ki, iş üzrə cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsi ilə əvəz olunmuş, həmin cavabdehin hüquqi ünvanı Nəsimi rayonu olduğundan məhkəmə artıq işdə iştirak etməyən hüquqi şəxsin hüquqi ünvanı üzrə işə baxılmasını yolverilməz hesab etmişdir. Məhkəmə qeyd edilənlərlə razılaşmır və hesab edir ki, mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalıdır Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 44.1. Aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. 44.2. Məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: 44.2.1. əvvəlcə yaşayış yeri məlum olmayan cavabdeh işi onun yaşadığı yerin məhkəməsinə vermək haqqında vəsatət verərsə; 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa; 44.2.3. hakimlərdən birinə və ya bir neçəsinə edilmiş etiraz təmin edildikdən sonra, eləcə də digər ciddi səbəblərdən həmin məhkəmədə onları əvəz etmək və ya işə baxmaq mümkün olmazsa; 44.2.4. iddia həmin məhkəməyə qarşı qaldırılmışdırsa; 44.2.5. hər iki tərəf işə sübutların əksər hissəsinin olduğu yerin məhkəməsində baxılması barədə vəsatət vermişdirsə; 44.2.6. bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş hallarda. 45.4. Bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. İş materialları ilə müəyyən olunur ki, iddia ərizəsi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə daxil olduğu zaman iddia ərizəsinin icraata qəbul edilməsinin mümkünlüyü məhkəmə tərəfindən yoxlanılaraq məhkəmənin 2(004)-1444/2025 saylı iş üzrə xx.xx.2025ci il tarixli qərardadına əsasən məhkəmənin icraatına qəbul edilmiş və qəbul edildiyi an iddiaçı ərazi aidiyyəti üzrə cavabdehin qeydiyyatda olduğu ünvan üzrə düzgün qaydada müraciət etmişdir. Bundan sonra cavabdeh əsl cavabdeh ilə əvəz edildikdən sonra mülki iş baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir ki, bu halda ərazi aidiyyətinin dəyişdirilməsi mülki prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Qeyd edilən normaların tələbləri baxımından iddia ərizəsi ərazi aidiyyəti qaydalarına riayət edilməklə məhkəmənin icraatına qəbul edildiyindən, sonradan cavabdehin əsl cavabdehlə əvəz edilməsi mülki işin baxılması üçün ərazi aidiyyəti üzrə başqa məhkəməyə göndərilməsi üçün əsas ola bilməz. Şərh olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, hazırkı mülki işin aidiyyəti üzrə baxılmasına dair fikir ayrılığı olduğundan, yaranmış fikir ayrılığının həll edilməsi üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma günləri üçün əməkhaqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə e-2(006)-2855/2025 saylı mülki iş ərazi aidiyyətinin müəyyənləşdirilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(006)-2855/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-2855/2025
15.04.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver