Məhkəmə qərarları › İş №e-2(006)-2880/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2880/2022

09.08.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2880/2022 09.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçılar İddiaçı1 və onun nümayəndəsi (vəkili) Vəkil, İddiaçı2, X13 və Cavabdeh3 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və X13 cavabdehlər Bakı şəhəri 22 saylı Dövlət Notariat Kontoru, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X21 1 saylı Bakı Ərazi İdarəsi və Cavabdeh3 qarşı “vərəsəlik şəhadətnaməsinin ləğvi, çıxarışın etibarsız hesab edilməsi və miras əmlakda payların müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və X18 cavabdehlər Bakı şəhəri 22 saylı Dövlət Notariat Kontoru, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X21 1 saylı Bakı Ərazi İdarəsi və Cavabdeh3 qarşı “vərəsəlik şəhadətnaməsinin ləğvi, çıxarışın etibarsız hesab edilməsi və miras əmlakda payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 ünvan 1 ünvanında qeydiyyatda olmaqla xx.xx.2022-ci il tarixədək orada yaşamışdır. ünvan 1 ünvanı babası X2 mülkiyyətində olmuşdur. Babasının iki qızı- X11 və Cavabdeh3 və bir oğlu- X14 olmuşdur. Anası ilə atası evləndikdən sonra həmin ünvanda yaşamışlar. O və qardaşı Həsən həmin ünvanda doğulub, orada yaşayıblar. 1996-cı ildə anası X19 ilə X6 ayrıldıqdan sonra o üç yaşından atasının yanında nənəsi X9 himayəsində qeyd edilən ünvanda yaşamışdır. Qardaşı İddiaçı3 anasının himayəsində qalmaqla onunla birlikdə Quba rayonunda yaşamışdır. xx.xx.2000-ci ildə bibisi X11 həyat yoldaşı Həsənov Həsən tərəfindən öldürülmüşdür. Bibisi rəhmətə getmiş, həyat yoldaşı azadlıqdan məhrum edilmişdir. Bibisinin oğlu İddiaçı2 həmin tarixdən nənəsi X9 himayəsində yaşamışdır. Bibisi oğlu 2014-cü il tarixdən əvvəl müddətli hərbi qulluqda olması, sonra da azadlıqdan məhrumedilməsi səbəblərindən ünvan 1 ünvanında yaşamır. Arada gəlib bir müddət həmin evdə yaşamışdır. 2021-ci ilin fevral ayından ünvan 2 ünvanında yaşayır. X6 xx.xx.2006-cı ildə vəfat etmişdir. Babası xx.xx.2010-cu ildə rəhmətə getmişdir. O da nənəsi birlikdə daima həmin evdə yaşamışdır. Yetkinlik yaşına çatdıqdan sonra nənəsinin qulluğunda durmuş, ona daima baxmışdır. Maddi tələbatını o ödəyib. xx.xx.2021-ci ildə nənəsi rəhmətə getmişdir. O, xx.xx.2021-ci ildə ailə həyatı qurub, ailəsi birlikdə həmin mənzildə yaşamışdır. Orada bir uşağı dünyaya gəlib. xx.xx.2022-ci ildə ailəsi ilə birlikdə istirahət üçün Quba rayonuna getmişdir. xx.xx.2022-ci ildə evə qayıdanda yaşadığı mənzilin qapısının cəftəsinin dəyişdirildiyini görüb. Evə keçə bilməyib. Evin qapısının cəftəsi bibisi T.Xədicə tərəfindən dəyişdirilmişdi. Onu ailəsi ilə birlikdə evə buraxmayıb. Elə həmin gün 102 qaynar xətt vasitəsilə zəng vurub şikayət etmişdir. Bütün əşyaları həmin ünvanda qalıbdır. Geyim əşyaları, sənədləri götürmək üçün bibisi T.Xədicəyə dəfələrlə zəng vursa da, zənglərinə cavab verməmişdir. Hazırda yaşamaq üçün başqa mənzili yoxdur. Bibisi Cavabdeh3 heç bir zaman həmin evdə yaşamamışdır. Onun qeydiyyatda olmaqla yaşadığı ünvan 1 ünvanını da nə vaxt adına keçirdib, heç xəbəri də olmayıbdır. Həmişə nənəsi ilə birlikdə o evdə yaşadığı üçün öz evi zənn etmişdir. Buna görə də notariusa müraciət etməmişdir. Halbuki, qeyd edilən miras əmlak onlara babalarından qaldığına görə həmin əmlakdan onların da miras payı var. Buna baxmayaraq nə miras payları müəyyən edilməyib, nə də razılıqları alınmamışdır. Bibiləri Cavabdeh3 adına vərəsəlik şəhadətnaməsi verilərkən Bakı şəhəri 22 saylı Notariat Kontorunun Notariusu öz təlimatına düzgün əməl etməyərək onların hüquqlarını pozmaqla onları vərəsələr siyahısına daxil etməmiş, babalarından, atalarından onlara çatacaq miras əmlakından miras paylarını müəyyən etmədən qanunsuz bir vərəsəlik işi açmışdır. Bunun da nəticəsi olaraq bibiləri Cavabdeh3 saxtakarlıq edərək həmin miras əmlakını tam şəkildə öz adına qeydiyyata aldırmışdır. İndi də onlara çatacaq miras əmlakından onları məhrum etmək istəyir. O, qardaşı və bibisi oğlu babalarından çatacaq miras paylarını tələb edir. X1 miras qalmış Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 32 saylı evin 44 saylı mənzilindən ibarət miras əmlakının İddiaçı1 və İddiaçı2 tərəfindən faktiki olaraq əmlaka sahiblik etməyə və əmlakı idarə etməyə qəbul etmələri faktının müəyyən edilməsi, cavabdeh Bakı şəhəri 22 saylı Notariat Kontoru tərəfindən Cavabdeh3 adına verilmiş xx.xx.2011-ci il tarixli, 2V-1/44 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilərək onların da vərəsələr siyahısına daxil edilməklə mərhum X1 miras qalmış Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 32 saylı evin 44 saylı mənzilindən ibarət miras əmlakını faktiki olaraq qəbul edərək bugünə kimi həmin təsərrüfatı nənələri X15 ilə birlikdə idarə etdikləri üçün onların da vərəsə kimi tanınmağı, paylarının müəyyən edilməsi və adlarına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi, Cavabdeh3 adına verilmiş xx.xx.2011-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Daha sonra iddiaçılar İddiaçı1, İddiaçı2 və X18 məhkəməyə iddia ərizəsinə dəqiqləşdirmə təqdim edərək, mərhum babaları X1 miras qalmış Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 32 saylı evin 44 saylı mənzilindən ibarət miras əmlakının İddiaçı1 və İddiaçı2 tərəfindən faktiki olaraq əmlaka sahiblik etməyə və əmlakı idarə etməyə qəbul etmələri faktının müəyyən edilməsi, cavabdeh Bakı şəhəri 22 saylı Notariat kontoru tərəfindən Cavabdeh3 adına verilmiş xx.xx.2011-ci il tarixli, 2V-1/44 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilərək, onların da adlarının vərəsələr siyahısına daxil edilməklə mərhum babaları X1 miras qalmış Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 32 saylı evin, 44 saylı mənzilindən ibarət miras əmlakını faktiki olaraq qəbul edərək bu günə kimi həmin təsərrüfatı nənələri X15 ilə birlikdə idarə etdikləri üçün onların da vərəsə kimi tanınmaqları, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 32 saylı evin 44 saylı mənzilindən İddiaçı1 və X13 birlikdə paylarının ¼ hissədə, İddiaçı2 payının ¼ hissədə müəyyən edilməsi və adlarına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi, Cavabdeh3 adına verilmiş xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə, iddia ərizəsinə dəqiqləşdirməni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun hesab edərək icraata qəbul etmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı1 və onun nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə baxış iclasında iştirak edən iddiaçılar İddiaçı2, X18 iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdilər. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh3 iddia ərizəsinə etiraz edərək izahatında bildirdi ki, İddiaçı1 hələ atasının sağlığında öz babasını evin içində dəfələrlə döydüyünə görə atası hələ o vaxtlar ondan üz döndərmişdi. Hüseynin atası və anası rəsmi qaydada 2001-ci ildə boşandıqdan sonra həmin ailədə atası, anası və Hüseynə o baxmışdır. Yetkinlik yaşına çatmadığı vaxtlardan bəri ona təhsil almasında və o vaxtı hərbi xidmətdən qorxduğuna görə getməməsi üçün o, balalarının boğazından kəsib ona köməklik etmişdir. Hüseyn 1 nömrəli psixatiriya dispanserində rəsmi qeydiyyatdadır. Sonralar Hüseyn anasına da evin içində işgəncələr vermiş anası onunla bir evdə qalmaq istəmirdi. Hər dəfə gileylənirdi. Hüseyni anası sağlığında 2019-cu ildə evləndirməsinə köməklik göstərmiş və Binəqədi rayonunda təzə tikili evlərdən alınmasında köməklik etmişdir. 15.000 manat məbləğində 3 dəfə ona köməklik göstərmişdir. X16 isə onun evindən oğurluq etdiyinə görə məhkumluq həyatı yaşayıb. Buna baxmayaraq anası ilə birgə ona dəfələrlə türməyə sovqat göndərmişdir. Vəfat etmiş bacısının xatirəsinə görə X17 39.1-də atasından qalmış evi var və orada yaşayır. Hüseynin qardaşı Həsənə isə dəfələrlə dedilər ki, o da Qubadan gəlsin, Bakıda işləsin. Gəldi və yaşadıqları binada qonşuluqda bir qız uşağı ilə münasibətdə oldu və evdə heç kim olmayanda qızı evə salıb, qızın valideynləri xəbər tutduqda evə hücum etdilər, qız 5-ci mərtəbədən yerə hoppandı və xoşbəxtlikdən sağ qaldı. Həsəni isə vurmaq istədilər, qaçıb gizləndi. Anası həmin vaxtdan çox stress keçirdi, qorxdu və bir müddətdən sonra vəfat etdi. Məhkəmə iclasında cavabdeh iddia müddətinin keçməsi ilə bağlı ərizə təqdim edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Bakı şəhəri 22 saylı Dövlət Notariat Kontoru, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X21 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının və onun nümayəndəsinin, cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutları tədqiq edib və müvafiq maddi və prosessual hüquq normalarına uyğun olaraq qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki iş materiallarında olan Bakı şəhəri 22 saylı dövlət notariat kontoru tərəfindən verilmiş 28 iyun 2011-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə qeyd edilir: “Mən, Bakı şəhəri 22 saylı dövlət notariat kontorunun dövlət notariusu Ş.F.Gülməmmədova Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edirəm ki, xx.xx.2010-cu ildə vəfat etmiş X2 vərəsəsi – Bakı şəhəri, Yasamal rayonu, M.A.Əliyev küçəsi, ev 77də yaşayan qızı – Cavabdeh3dır. Miras əmlak: Azərbaycan Respublikası Bakı şəhəri Tİ-MHQİ-si tər. xx.xx.2002 tarixdə verilmiş qey. №-si 1238, səh.185995, qeyd №-si 30/185995 olan Qeydiyyat Vəsiqəsinə əsasən X3 məxsus olan ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 41.3 kv.m., yaşayış sahəsi 28.07 kv.m olan 2/iki/otaqlı mənzildən ibarətdir. İş materiallarında olan 11 mart 1962-ci il tarixli, İ-İE № 386041 seriyalı evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X15 xx.xx.1962-ci il tarixdə evlənmişlər. İş materiallarında olan ******* №-li doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh3 xx xxxx 1966-cı il tarixdə anadan olmuş, atası X5, anası X12r. İş materiallarında olan Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 17 dekabr 2010-cu il tarixli 1134 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X5 13 dekabr 2010-cu ildə ölmüşdür. Ölümün səbəbi kəskin koronar çatışmazlığı olmuşdur. İş materiallarında olan Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05 mart 2021-ci il tarixli AZ-İİ № 164922 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X15 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Ölümün səbəbi ürəyin kəskin işemik xəstəliyinin digər formaları olmuşdur. İş materiallarında olan Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 09 sentyabr 2008-ci il tarixli 554 saylı ölüm haqqında arayışın və 15 mart 2006-cı il tarixli 276 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X14 10 mart 2006-cı ildə ölmüşdür. Ölümün səbəbi kəskin ürək çatışmazlığı olmuşdur. İş materiallarında olan Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 33 saylı Mənzil Kommunal İstismar Sahəsinin 08 yanvar 2011-ci il tarixli, 105 №-li Arayışından görünür ki, mərhum X5 ev sahibi olub və vəfat edən günədək, yəni xx.xx.2010-cu il tarixə qədər həyat yoldaşı X15 ilə birgə yaşamışdır. İş materiallarında olan Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 33 saylı Mənzil Kommunal İstismar Sahəsinin 01 yanvar 2011-ci il tarixli, 05 №-li Arayışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü MKR, H.B.Əliyev küçəsi, 32 saylı evin 44 nömrəli mənzildə mərhum X2 həyat yoldaşı X15 yaşayır. Həmin mənzildə X15 və nəvəsi İddiaçı1 daimi qeydiyyatdadırlar. İş materiallarında olan Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 33 saylı Mənzil Kommunal İstismar Sahəsinin 11 may 2022-ci il tarixli, 552 №-li Arayışından görünür ki, İddiaçı1 Bakı şəhəri, Nəsimi rayonu, 3-cü MKR, H.B.Əliyev küçəsi, 32 saylı evin 44 nömrəli mənzilində qeydiyyatdadır və həmin ünvanda yaşayır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Aktdan görünür ki, İddiaçı1 həqiqətən ünvan 4 ünvanında doğulmaqla nənəsi X9 himayəsində yaşamışdır. İddiaçı1 yetkinlik yaşına çatdıqdan sonra nənəsinin qulluğunda durmaqla onun tələblərini qarşılamışdır. Həmin mənzil İddiaçı1 nənəsi X9 mülkiyyətindədir. Cavabdeh3 heç vaxt ünvan 4 ünvanında yaşamamışdır. İş materiallarında olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X21 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, ev 32, 44 saylı mənzil ilkin olaraq xx.xx.2002-ci il tarixdə X2 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 22 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2011-ci il tarixli, 2V-1/44 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh3 adına qeydiyyatdan keçmişdir. Sözügedən əmlaka dair onun adına xx.xx.2011-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İş materiallarında olan AR ƏMDK DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilən MA seriyalı, ******* №-li Çıxarışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, ev 32, mənzil 44 xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh3 məxsusdur. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 1471 nömrəli reyestr kitabının 134287 nömrəli vərəqində xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmışdır. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qüvvədə olan mülki qanunvericiliyə əsasən müddət - subyektiv hüquqların reallaşdırılması və nəticə etibarı ilə müəyyən hüquqi nəticələrin yaranması üçün müəyyənləşdirilmiş vaxt kəsiyidir. İddia müddəti ilə bağlı «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərindən irəli gələn tələblər üzrə Mülki Məcəllənin 373-cü maddəsində nəzərdə tutulan iddia müddətləri, 2000-ci il sentyabrın 1-nə qədər yaranmış hüquq münasibətlərindən irəli gələn tələblər üzrə isə əvvəlki Mülki Məcəllənin 73-cü maddəsində göstərilən iddia müddətləri əsas götürülməlidir. Həmçinin, həmin Qərarda qeyd edilmişdir ki, «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır». İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir; 1248.1-cı maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər; 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir; 375.1-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir; 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, ev 32, 44 saylı mənzil xx.xx.2010-cu ildə vəfat etmiş mərhum X2 vərəsəsi – Bakı şəhəri, Yasamal rayonu, M.A.Əliyev küçəsi, ev 77-də yaşayan qızı – Cavabdeh3dır. Hazırda iddiaçılar İddiaçı1, İddiaçı2 və X18 özlərinin vərəsə kimi tanınması, sözügedən mübahisəli əmlaka iddiaçıların paylarının müəyyən edilməsi və adlarına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi, Cavabdeh3 adına verilmiş çıxarışın ləğv edilməsini tələb edirlər. Hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddiaçılar müddətin ötürülməsinin üzrlü səbəbləri kimi vərəsəlik hüququnun rəsmiləşdirilməsi zamanı gedən proseslərdən xəbərlərinin olmamasını göstərmişlər. Halbuki, babanın və sonra nənənin vəfat etmələrindən və onlardan sonra miras əmlakların qalmasından xəbərləri olmuşdur. Cavabdeh3 isə iddia müddətinin tətbiq edilməsi barədə ərizə məhkəməyə təqdim etmişdir. Cavabdeh3 atası X4 xx.xx.2010-cu ildə vəfat etdikdən sonra, X.Tağiyevanın anası X15 həyat yoldaşından qalmış miras evdən öz payından Tağyeva Xədiçənin xeyrinə imtina etmiş və Cavabdeh3 atadan miras qalmış əmlakı qanunda nəzərdə tutulmuş müddət ərzində, 28 iyun 2011-ci ildə qəbul etmişdir. 10 (on) ildən artıq müddət keçməsinə baxmayaraq, məhkəmə iddiaçıların bundan yeni məlumatlı olmalarını inandırıcı hesab etmir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanunun qeyd olunan tələbinə baxmayaraq, iddiaçılar həqiqətən də miras açıldığı vaxtdan vərəsəlik hüququnun qeydə alınması üçün gedən proseslərdən 10 il keçməsinə baxmayaraq, xəbərsiz olduqlarını sübuta yetirə bilməmişlər. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və X13 cavabdehlər Bakı şəhəri 22 saylı Dövlət Notariat Kontoru, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X21 1 saylı Bakı Ərazi İdarəsi və Cavabdeh3 qarşı “vərəsəlik şəhadətnaməsinin ləğvi, çıxarışın etibarsız hesab edilməsi və miras əmlakda payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddiaçılar İddiaçı1, İddiaçı2 və X13 cavabdehlər Bakı şəhəri 22 saylı Dövlət Notariat Kontoru, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X21 1 saylı Bakı Ərazi İdarəsi və Cavabdeh3 qarşı “vərəsəlik şəhadətnaməsinin ləğvi, çıxarışın etibarsız hesab edilməsi və miras əmlakda payların müəyyən edilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar