Məhkəmə qərarları › İş №e-2(006)-2887/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-2887/2024

07.06.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-2887/2024 07.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızını katibliyi, İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4, iddiaçılar İddiaçı2 və İddiaçı1 nümayəndəsi və vəkili və iddiaçılar İddiaçı3, İddiaçı4 və İddiaçı5 vəkili Vəkil iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı "mənzilə köçürmə, mənzildən istifadə qaydalarının müəyyən edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı "mənzilə köçürmə, mənzildən istifadə qaydalarının müəyyən edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Daha sonra cavabdehin nümayəndəsi və vəkili Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia ərizəsində göstərilən və Bakı şəhəri, Nəsimi rayonu, Y.V.Çəmənzəminli küçəsində yerləşən 6 saylı evin yeganə sahibi və istifadəçisi Cavabdehdır və bu barədə onun adına Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 2004-cü il tarixdə hesabat adlı sənəd verilmişdir. Həmçinin, hazırki iş üzrə cavabdeh qismində iştirak edən Cavabdeh bu iş üzrə iddiaçı şəxslərə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı3 və İddiaçı4 ünvan 1 ünvanında yerləşən mənzilə dair istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir və həmin iddia ərizəsi xx.xx.2024-cü il tarixdə 2(006)-1602/2024 saylı mülki iş kimi qeydiyyata alınaraq hakim Əfsanə Heydərovanın icraatına verilmişdir. Həmin iş üzrə növbəti baxış iclası xx.xx.2024-cü il tarixə, saat 09:45-ə təyin edilmişdir. Göründüyü kimi yuxarıda qeyd olunan mülki işlər üzrə tərəflər eynidir və hesab edir ki, həmin işlər birbiri ilə əlaqəlidir və mülki mübahisələrin mahiyyəti üzrə daha tez, obyektiv və hərtərəfli həllini təmin etmək, eləcə də vahid məhkəmə prosesi keçirilərək vahid qətnamə çıxarılması məqsədilə həmin işlər bir icraatda birləşdirilməlidir. Ona görə də məhkəmədən xahiş olunur ki, icraatda olan e-2(006)-2887/2024 saylı mülki işin ilkin olaraq icraata qəbul edilmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Əfsanə Heydərovanın icraatda olan 2(006)-1602/2024 saylı mülki işə birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4, iddiaçılar İddiaçı2 və İddiaçı1 nümayəndəsi və vəkili və iddiaçılar İddiaçı3, İddiaçı4 və İddiaçı5 vəkili Vəkil ayrıayrılıqda cavabdehin nümayəndəsi və vəkili tərəfindən verilən ərizənin təmin edilməsinə etiraz etmədiklərini bildirdilər. İş üzrə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə hazırlıq iclasının onun iştirakı olmadan keçirilməsini və vəsatətin təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb, vəsatəti nəzərdən keçirib və tərəflərin fikrini dinləyib hesab edir ki, cavabdehin nümayəndəsi və vəkili tərəfindən verilən ərizə təmin edilməli, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı "mənzilə köçürmə, mənzildən istifadə qaydalarının müəyyən edilməsi" tələbinə dair mülki iş məhkəmənin digər hakiminin icraatında olan 2(006)-1602/2024 saylı mülki işlə bir icraatda birləşdirilməlidir. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Ramin Xəlilovun icraatına daxil olmuş iddia ərizəsindən görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı "mənzilə köçürmə, mənzildən istifadə qaydalarının müəyyən edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı3, İddiaçı4 ünvan 2 ünvanda yerləşən 3 otaqlı evdə istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-1602/2024 saylı qərardadından (hakim Əfsanə Heydərova) görünür ki, hazırki iş üzrə Cavabdeh X7, X8, İddiaçı5, X4, X5, X2, İddiaçı3, İddiaçı2, İddiaçı4, X6, X3, X9 və X1 qarşı "mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinin tələbinə görə hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 169.4-cü maddəsinə əsasən bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Məhkəmə hər iki mülki iş arasında irəli sürülmüş tələblərə bir prosesdə baxılmasına imkan verən obyektiv əlaqənin mövcud olmasını, məhkəmənin yekun aktının tez əlçatanlığını, həmçinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsi zərurətini nəzərə alaraq hər iki işin bir icraatda baxılmasını məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, hazırda icraatda olan iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı "mənzilə köçürmə, mənzildən istifadə qaydalarının müəyyən edilməsi" tələbinə dair 2(006)-2887/2024 saylı mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Əfsanə Heydərovanın icraatında olan iddiaçı Cavabdehlər X7, X8, İddiaçı5, X4, X5, X2, İddiaçı3, İddiaçı2, İddiaçı4, X6, X3, X9 və X1 qarşı "mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair 2(006)-1602/2024 saylı mülki işlə birləşdirilərək bir icraatda baxılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 169, 184, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hazırda icraatda olan iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı "mənzilə köçürmə, mənzildən istifadə qaydalarının müəyyən edilməsi" tələbinə dair e-2(006)-2887/2024 saylı mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdehlər X7, X8, İddiaçı5, X4, X5, X2, İddiaçı3, İddiaçı2, İddiaçı4, X6, X3, X9 və X1 qarşı "mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair 2(006)-1602/2024 saylı mülki işlə birləşdirilsin. Mülki işlərə birlikdə baxılaraq 2(006)-1602/2024 nömrəsi verilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar