Məhkəmə qərarları › İş №e-2(006)-2894/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2894/2024

30.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2894/2024 30.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 ASC-yə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və X10 Şəxsinin 1 saylı Bakı ərazi İdarəsinə qarşı əmlakın ipoteka yüklülüyündən azad olunması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 ASC-yə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və X10 Şəxsinin 1 saylı Bakı ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bank VTB (Azərbaycan) ASC-nin xeyrinə yüklü edilmiş İddiaçı1 məxsus olan 0,0326 ha torpaq sahəsində yerləşən Bakı şəhəri Xətai rayonu Xudu Məmmədov küçəsi 2C nömrəli evin 1-ci mərtəbəsində 69,8 m2 yaşayış sahəsi, 46,5 m2 köməkçi sahədən ibarət (3 otaq) fərdi yaşayış evinin və İddiaçı2 məxsus olan 0,0326 ha torpaq sahəsində yerləşən, Bakı şəhəri Xətai rayonu Xudu Məmmədov küçəsi 2C nömrəli evin 4-cü mərtəbəsində 69,8 m2 yaşayış sahəsi, 60,2 m2 köməkçi sahədən ibarət (3 otaq) fərdi yaşayış evinin ipoteka yüklülüyünə xitam verilməklə azad edilməsi, bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlərin aparılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, daha əvvəl iddiaçı Bank VTB (Azərbaycan) ASC cavabdehlər X6, X7, İddiaçı1, İddiaçı2 və X8 qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizələrlə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, X2 xx.xx.2016-cı il tarixə Banka borclu olduğu 281 635,73 ABŞ dolları məbləğində əsas borcun, 38 256,04 ABŞ dolları məbləğində faizin və 2 800 ABŞ dolları məbləğində cərimənin, cəmi 322 691,77 ABŞ dolları borcun (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə Hanmaqla), həmçinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat və ipoteka predmetlərinə yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 90 manat məbləğində dövlət rüsumlarının cavabdehlər X1 və X4 müştərək qaydada alınaraq Bank VTB (Azərbaycan) ASC-yə ödənilməsinə, tələbin xüsusi paylı mülkiyyət hüququ ilə İddiaçı1 məxsus olan 0,0326 ha torpaq sahəsində yerləşən Bakı şəhəri Xətai rayonu Xudu Məmmədov küçəsi 2C nömrəli evin 1-ci mərtəbəsində 69,8 m2 yaşayış sahəsi, 46,5 m2 köməkçi sahədən ibarət (3 otaq) fərdi yaşayış evinə-ilkin satış qiyməti 69700 manat məbləğində müəyyənləşdirilməklə, xüsusi paylı mülkiyyət hüququ ilə İddiaçı2 məxsus olan 0,0326 ha torpaq sahəsində yerləşən, Bakı şəhəri Xətai rayonu Xudu Məmmədov küçəsi 2C nömrəli evin 4-cü mərtəbəsində 69,8 m2 yaşayış sahəsi, 60,2 m2 köməkçi sahədən ibarət (3 otaq) fərdi yaşayış evinə ilkin satış qiyməti 84500 manat məbləğində müəyyənləşdirilməklə, xüsusi tam mülkiyyət hüququ ilə X3 məxsus olan Bakı şəhəri Nərimanov rayonu 770-ci məhəllə Təbriz küçəsində yerləşən 6 nömrəli 145,7 m2 ümumi, 96,1 m2 yaşayış, 49,6 m2 yardımçı sahədən ibarət 4 otaqlı 48 nömrəli mənzilə ilkin satış qiyməti 154200 manat məbləğində müəyyənləşdirilməklə yönəldilməsinə və əmlakların açıq hərracdan satılaraq əldə edilən vəsaitdən qeyd olunan borcun Bank VTB (Azərbaycan) ASC-yə ödənilməsinə, ipoteka predmetləri olan göstərilən əmlakların məcburi qaydada boşaldılmasına, 18957-1-9782 saylı xx.xx.2013-cü il tarixli baş kredit razılaşmasının, 118957-1- 9782/2 saylı xx.xx.2014-cü il tarixli kommersiya krediti müqaviləsinin və 118957-1-9782/3 saylı xx.xx.2014-cü il tarixli kommersiya krediti müqaviləsinin ləğv olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-937/2017 saylı iş üzrə 24 noyabr 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Bank VTB (Azərbaycan) ASC ilə X5 arasında bağlanmış xx.xx.2013-cü il 118957-1-9782 saylı baş kredit razılaşması, xx.xx.2014-cü il tarixli 118957-1-9782/2 saylı kommersiya krediti müqaviləsi və xx.xx.2014cü il tarixli 118957-1-9782/3 saylı kommersiya krediti müqaviləsinin ləğv edilməsi, X1 və X4 xx.xx.2014-cü il tarixli 118957-1-9782/2 saylı və xx.xx.2014-cü il tarixli 118957-1- 9782/3 saylı kommersiya krediti müqavilələri üzrə müştərək qaydada əsas borca görə 281635,73 ABŞ dolları, faiz borcuna görə 38256,04 ABŞ dolları, cəriməyə görə 500 ABŞ dolları olmaqla cəmi 320391,77 ABŞ dolları borc ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, məhkəmə xərclərinə görə 120 manat Bank VTB (Azərbaycan) ASCnin xeyrinə tutulması, X1 və X4 müştərək qaydada iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 50 manat dövlət nəfinə tutulması, X1 və X4 müştərək qaydada ipoteka predmetlərinin qiymətləndirilməsi ilə bağlı çəkilən xərclərə görə 600 manat Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin xeyrinə tutulması, X2 mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu 770-ci məhəllə Təbriz küçəsi 6 saylı evin 48 saylı mənzili ilkin satış qiyməti 204 000 manat, İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu Xudu Məmmədov küçəsi 2C saylı evin 1-ci mərtəbəsində yerləşən 3 otaqlı fərdi yaşayış evi ilkin satış qiyməti 145 400 manat, İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu Xudu Məmmədov küçəsi 2C saylı evin 4-cü mərtəbəsində yerləşən 3 otaqlı fərdi yaşayış evi ilkin satış qiyməti 162 500 manat olmaqla açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitdən 320391,77 ABŞ dolları borc ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, məhkəmə xərclərinə görə 120 manat Bank VTB (Azərbaycan) ASC-nin hesabına, 50 manat ekspertiza tədqiqatının dəyəri dövlət nəfinə, ipoteka predmetlərinin qiymətləndirilməsi ilə bağlı çəkilən xərclərə görə 600 manat Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin xeyrinə tutulması, X2 mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu 770-ci məhəllə Təbriz küçəsi 6 saylı evin 48 saylı mənzili, İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu Xudu Məmmədov küçəsi 2C saylı evin 1-ci mərtəbəsində yerləşən 3 otaqlı fərdi yaşayış evi, İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu Xudu Məmmədov küçəsi 2C saylı evin 4-cü mərtəbəsində yerləşən 3 otaqlı fərdi yaşayış evi, açıq hərracda satıldıqdan 1 ay sonra boşaldılması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Tərəflərin müxtəlif vaxtlarda yuxarı instansiya məhkəmələrinə verdikləri şikayət ərizələri üzrə aparılmış çoxsaylı məhkəmə icraatları əsasında yekun olaraq, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 fevral 2023-cü il tarixli, 2(103)-1712/2023 saylı qətnaməsi və həmin qətnamənin qüvvədə saxlanılması barədə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-2392/2023 saylı qərarı qəbul edilmişdir. Həmin məhkəmə aktlarına əsasən cavabdehlər İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 noyabr 2017-ci il tarixli, 2(011)-937/2017 saylı qətnaməsi qismən, tələbin cavabdehlər İddiaçı1 və İddiaçı2 ünvan 1 ünvanda 0,0326 ha torpaq sahəsində yerləşən evdəki paylarına yönəldilməsi hissəsində ləğv edilmiş, iddiaçının tələbi- cavabdeh İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2 “C” saylı evin 1-ci mərtəbəsində yerləşən 3 otaqlı fərdi yaşayış evinə və İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2 “C” saylı evin 4-ci mərtəbəsində yerləşən 3 otaqlı fərdi yaşayış evinə tutma yönəldilməsi hissəsində təmin olunmamış, rədd edilmişdir. Məhkəmələr yekunda qeyd etmişlər ki, Bankla cavabdehlər İddiaçı1 və İddiaçı2 arasında rəsmiləşdirilmiş xx.xx.2013cü il tarixli ipoteka müqavilələrinin 4.1-ci bəndində Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2 “C” saylı evdə adları çəkilən şəxslərə məxsus payların Bankla kredit alan arasında bağlanmış eyni tarixli baş kredit razılaşmasından və onun ayrılmaz hissəsi olan ayrıca müqavilələrdən irəli gələn mövcud, həm də gələcəkdə bağlanacaq kredit müqavilələrindən irəli gələn tələblərin təminatı olduğu qeyd edilmişdir. Razılaşmanın 5.1-ci bəndində kredit üzrə faizlərinin miqdarının, ödənilməsi şərtlərinin və ödənişlərin silinməsi növbəliliyinin tərəflər arasında bağlanacaq kredit müqavilələri ilə müəyyən ediləcəyi göstərilmişdir. Beləliklə, ipoteka müqavilələrində zəruri şərtlər (müddət, faiz, məbləğ) göstərilməmiş və borcalanla sonradan bağlanmış kredit müqavilələrində və əlavə və dəyişikliklər edilməsi barədə razılaşmada ipoteka qoyanların razılığı alınmamışdır. Ona görə də ipoteka müqavilələri həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış kimi qiymətləndirilməli və bu müqavilələrdən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilməməlidir. Beləliklə əvvəllər başqa kredit müqavilələri üzrə ipoteka predmeti kimi çıxış etmiş əmlakları, həmin kredit müqavilələrinə icra nəticəsində xitam verilməsinə və həmin müqavilələr üzrə bütün öhdəliklərin tam həcmdə icra edilməsinə baxmayaraq, hazırda cavabdeh bankın xeyrinə girovda qalmaqdadır. Halbuki yuxarıda istinad olunan (hazırki iddia ərizəsinə surətləri əlavə edilmiş) qanuni qüvvəsini almış məhkəmə aktlarına əsasən ipoteka müqavilələri bankın sonradan bağladığı kredit müqaviləsinə münasibətdə bağlanmamış kimi qiymətləndirilmiş və bu müqavilələrdən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilməməklə, bankın əmlaklarına tələbin yönəldilməsi hissəsində iddia tələbləri təmin olunmamışdır. Tərəflərindən xx.xx.2024-cü il tarixli pretenziya məktubu ilə cavabdeh banka müraciət olunmaqla, Bank VTB (Azərbaycan) ASCnin xeyrinə yüklü edilmiş İddiaçı1 məxsus olan 0,0326 ha torpaq sahəsində yerləşən Bakı şəhəri Xətai rayonu Xudu Məmmədov küçəsi 2C nömrəli evin 1ci mərtəbəsində 69,8 m2 yaşayış sahəsi, 46,5 m2 köməkçi sahədən ibarət (3 otaq) fərdi yaşayış evinin və İddiaçı2 məxsus olan 0,0326 ha torpaq sahəsində yerləşən, Bakı şəhəri Xətai rayonu Xudu Məmmədov küçəsi 2C nömrəli evin 4-cü mərtəbəsində 69,8 m2 yaşayış sahəsi, 60,2 m2 köməkçi sahədən ibarət (3 otaq) fərdi yaşayış evinin 5 (beş) gün ərzində ipoteka yüklülüyündən azad edilməsi xahiş olunsa da, bank faktiki olaraq xahişlərinin təmin olunmasından imtina etmişdir. Bu hal isə onların qanunvericiliklə qorunan mülkiyyət və mülkiyyətdən azad istifadə hüquqlarını kobud şəkildə pozmaqdadır və heç bir qanuni və müqavilə əsası olmadan əmlakları bankın xeyrinə yüklü olaraq qalmaqda davam etməkdədir. Hesab etmişlər ki, hazırda həmin ipoteka predmetlərinin yüklü saxlanılması üçün heç bir qanuni əsas mövcud deyildir. Əksinə, əmlakların ipoteka yüklülüyündə qalması iddiaçıların hüquqlarının pozulmasına səbəb olmuşdur. Cavabdeh1 ASC iddiaya etirazla məhkəməyə müraciət edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, xx.xx.2013-cü il tarixli, 118962-NEDVİJ-1969 saylr ipoteka müqaviləsi qanunvericilikdə nəzərdə tutulan tələblərə uyğun оlаrаq tərtib edilmiş, qanunun tələbinə uyğun formada imzalanmış, notariat orqanı tərəfindən təsdiqlənməklə dövlət qeydiyyatına alınmışdır. Наmin ipoteka müqaviləsi hal-hazırda qüvvədədir, heç bir qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə etibarsız, ləğv və ya xitam olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 21.02.202З-сü il tarixli, 2(10З)-1712/2023 saylı qətnaməsində ipoteka müqaviləsinin ləğvi, və уа xitamı barədə heç bir qeyd edilməmişdir. İpoteka müqaviləsinə əsasən İddiaçı1 Вауrаm qızına və Həsənova Vəfа Теlmаn qızına məхsus daşınmaz əmlak Bank qarşısında ipoteka ilə yüklü edilərək, kredit öhdəliyinin iсrаsının təminat üsulu kimi hal-hazırda da çıxış edir. İpoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Göründüyü kimi daşınmaz əmlakın yüklülükdən azad olunmasına heç bir hüquqi əsas yoxdur. Daha sonra iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edilərək, cavabdeh Bank VTB (Azərbaycan) ASC-nin xeyrinə xx.xx.2013-cü il tarixli, 118957-1-9782 saylı baş kredit müqaviləsinin təminatı kimi bağlanmış iddiaçılar İddiaçı1 məxsus olan 0,0326 ha torpaq sahəsində yerləşən Bakı şəhəri Xətai rayonu Xudu Məmmədov küçəsi 2C nömrəli evin 1-ci mərtəbəsində 69,8 m2 yaşayış sahəsi, 46,5 m2 köməkçi sahədən ibarət (3 otaq) fərdi yaşayış evinin və İddiaçı2 məxsus olan 0,0326 ha torpaq sahəsində yerləşən, Bakı şəhəri Xətai rayonu Xudu Məmmədov küçəsi 2C nömrəli evin 4-cü mərtəbəsində 69,8 m2 yaşayış sahəsi, 60,2 m2 köməkçi sahədən ibarət (3 otaq) fərdi yaşayış evi xx.xx.2014-cü il tarixli, 118957-1-9782/2 saylı kommersiya krediti müqaviləsi və xx.xx.2014-cü il tarixli, 118957-1-9782/3 saylı kommersiya krediti müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi bağlanmamış hesab olunması və ipoteka yüklülüyündən azad edilməsi, bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlərin aparılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə icraata “xx.xx.2013-cü il tarixli, 118957-1-9782 saylı baş kredit müqaviləsinin təminatı kimi bağlanmış iddiaçılar İddiaçı1 məxsus olan 0,0326 ha torpaq sahəsində yerləşən Bakı şəhəri Xətai rayonu Xudu Məmmədov küçəsi 2C nömrəli evin 1-ci mərtəbəsində 69,8 m2 yaşayış sahəsi, 46,5 m2 köməkçi sahədən ibarət (3 otaq) fərdi yaşayış evinin və İddiaçı2 məxsus olan 0,0326 ha torpaq sahəsində yerləşən, Bakı şəhəri Xətai rayonu Xudu Məmmədov küçəsi 2C nömrəli evin 4-cü mərtəbəsində 69,8m2 yaşayış sahəsi, 60,2 m2 köməkçi sahədən ibarət (3 otaq) fərdi yaşayış evi xx.xx.2014-cü il tarixli, 118957-1-9782/2 saylı kommersiya krediti müqaviləsi və xx.xx.2014-cü il tarixli, 118957-1-9782/3 saylı kommersiya krediti müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi bağlanmamış hesab olunması tələbinə dair hissəsədə xitam verilməsi qərara alınmışdır. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onların nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Cavabdeh1 ASC məhkəməyə “yazılı izahat” verməklə iddiaçılar İddiaçı1 va Нəsənоvа Vəfa Telman qızının cavabdehlər Cavabdeh1 ASC-yə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və X10 Şəxsinin 1 saylı Bakı ərazi İdarəsinə qarşı İddiaçı1 məxsus olan 0,0326 ha torpaq sahəsində yerləşən Bakı şəhəri Xətai rayonu Xudu Məmmədov küçəsi 2C nömrəli evin 1-ci mərtəbəsində 69,8 m2 yaşayış sahəsi, 46,5 m2 köməkçi sahədən ibarət (3 otaq) fərdi yaşayış evinin və İddiaçı2 məxsus olan 0,0326 ha torpaq sahəsində yerləşən, Bakı şəhəri Xətai rayonu Xudu Məmmədov küçəsi 2C nömrəli evin 4-cü mərtəbəsində 69,8 m2 yaşayış sahəsi, 60,2 m2 köməkçi sahədən ibarət (3 otaq) fərdi yaşayış evi xx.xx.2014-cü il tarixli, 118957-1-9782/2 saylı kommersiya krediti müqaviləsi və xx.xx.2014-cü il tarixli, 118957-1-9782/3 saylı kommersiya krediti müqaviləsi üzrə öhdəliklərin icrasının təminаtı kimi bаğlаnımаmış hesab olunması hissəsində xitam verilməsi bаrədə qərardadın çıxarılması və ipoteka yüklülüyündən azad edilməsi bаrədə iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 fevral 2023-cü il tarixli, 2(103)-1712/2023 saylı qətnaməsi ilə iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 noyabr 2017-ci il tarixli, 2(011)-937/2017 saylı qətnaməsi qismən- tələbin cavabdehlər İddiaçı1 və İddiaçı2 ünvan 1 ünvanda 0,0326 ha torpaq sahəsində yerləşən evdəki paylarına yönəldilməsi hissəsində ləğv edilmiş, iddiaçının tələbi-cavabdeh İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2 “C” saylı evin 1-ci mərtəbəsində yerləşən 3 otaqlı fərdi yaşayış evinə və İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2 “C” saylı evin 4ci mərtəbəsində yerləşən 3 otaqlı fərdi yaşayış evinə tutma yönəldilməsi hissəsində təmin olunmamış, həmin qətnamə dəyişdirilmədən saxlanmışdır. Həmin Qərarda həmçinin göstərilmişdir ki, ipoteka müqavilələrində zəruri şərtlərin (müddət, faiz, məbləğ) göstərilmədiyindən və borcalanla sonradan bağlanmış kredit müqavilələrində ipoteka qoyanların razılığı alınmadığından ipoteka müqavilələri həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış kimi qiymətləndirilməli və bu müqavilələrdən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilməməlidir. İş materiallarında olan iddiaçılar tərəfindən Cavabdeh1 ASC-yə ünvanlanmış xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli pretenziyalardan görünür ki, onlar İddiaçı1 məxsus olan 0,0326 ha torpaq sahəsində yerləşən Bakı şəhəri Xətai rayonu Xudu Məmmədov küçəsi 2C nömrəli evin 1-ci mərtəbəsində 69,8 m2 yaşayış sahəsi, 46,5 m2 köməkçi sahədən ibarət (3 otaq) fərdi yaşayış evinin və İddiaçı2 məxsus olan 0,0326 ha torpaq sahəsində yerləşən, Bakı şəhəri Xətai rayonu Xudu Məmmədov küçəsi 2C nömrəli evin 4-cü mərtəbəsində 69,8 m2 yaşayış sahəsi, 60,2 m2 köməkçi sahədən ibarət (3 otaq) fərdi yaşayış evinin ipoteka yüklülüyündən azad edilməsini xahiş etmişlər. İş materiallarında olan Cavabdeh1 ASC tərəfindən iddidaçılara ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda bankın üzərinə qoyulmuş hər hansı vəzifənin olmadığı göstərilmişdir. İş materiallarında olan RX seriyalı ******* saylı çıxarışdan görünür ki, İddiaçı2 məxsus Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2C saylı fərdi yaşayış evi (İVcü mərtəbədən 3 otaq y/s-69.8 kv.m, k/s-60.2 kv.m) 118957-1-9782 saylı baş kredit müqaviləsinin təminatı kimi Bank VTB (Azərbaycan) ASC-nin xeyrinə yüklü edilmişdir. İş materiallarında olan RX seriyalı ******* saylı çıxarışdan görünür ki, İddiaçı1 məxsus Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2C saylı fərdi yaşayış evi (1ci mərtəbədən 3 otaq y/s-69.8 kv.m, k/s-46.5 kv.m) 118957-1-9782 saylı baş kredit müqaviləsinin təminatı kimi Bank VTB (Azərbaycan) ASC-nin xeyrinə yüklü edilmişdir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 fevral 2023-cü il tarixli, 2(103)-1712/2023 saylı qətnaməsi ilə borcun iddiaçılara məxsus əmalaka yönəldilməsi hissəsində təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ipoteka müqavilələrində zəruri şərtlər (müddət, faiz, məbləğ) göstərilməmiş və borcalanla sonradan bağlanmış kredit müqavilələrində və əlavə və dəyişikliklər edilməsi barədə razılaşmada ipoteka qoyanların razılığı alınmamışdır. Ona görə də ipoteka müqavilələri həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış kimi qiymətləndirilməklə bu müqavilələrdən irəli gələn öhdəliklərin ipoteka ilə təmin edilmiş öhdəlik olması hesab edilməməsi qət edilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 10.1-ci maddəsinə əsasən ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur. Həmin Qanunun 10.5-ci maddəsinə əsasən ipoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer və tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir. Əgər əsas öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində həmin məbləği müəyyən etmə qaydası göstərilməlidir. Həmin Qanunun 48-ci maddəsinə əsasən ipotekaya ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; əsas öhdəliyə xitam verildikdə; ipoteka saxlayan tələbdən və ya ipotekadan imtina etdikdə; tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; ipoteka predmeti məhv olduqda; bu Qanunla nəzərdə tutulmuş digər hallarda xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4-cü maddəsinə əsasən əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Məlum olduğu kimi, ipoteka, kreditorun ipoteka qoyan şəxsin əmlakı barəsində məhdud əşya hüququdur. İpoteka ilə əmlakın mülkiyyətçisinin hüquqları məhdudlaşdırılmaqla yüklü hala gəlir. Belə ki, şəxsi borclu öz öhdəliyini yerinə yetirmədiyi halda kreditor ipoteka ilə yüklü edilmiş əmlakın məcburi satılmasını və dəyərindən alacağının qarşılanmasını təmin etmək imkanına malik olur. Odur ki, reyestrdə ipoteka yüklülüyünün qurulması üçün keçərli hüquqi əsas – etibarlı bir ipoteka müqaviləsi mövcud olmalıdır. Əgər şəxsi borclu ilə bağlanmış konkret kredit müqavilələri üzrə ipoteka müqaviləsi bağlanmamış sayılırsa, gələcəkdə bağlanması ehtimal olunan başqa kredit müqavilələri üzrə ipotekanın yaranması üçün yenə də ipoteka qoyanın razılığı tələb olunursa, belə razılıq verilmədən etibarlı bir ipotekadan söhbət gedə bilməz. İpoteka qurulmadığı halda isə şəxsin əmlakı üzərindəki yüklülük onun mülkiyyət hüququnun əsassız məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. (Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-4368/2022 saylı Qərarı) Məhkəmə qeyd edir ki, xx.xx.2013-cü il tarixli, 118957-1-9782 saylı baş kredit müqaviləsinin təminatı olaraq tutmanın ipoteka predmetlərinə yönəldilməsi barədə ipoteka müqavilələrin bağlanmamış hesab edildiyindən, tutmanın yönəldilə bilinməyən ipoteka predmetinin yüklü vəziyyətdə qalması, ipoteka qoyanın qanunla qorunan hüquq və maraqlarının pozulması ilə nəticələnməsi səbəbindən əmlaklar ipoteka yüklülüyündən azad edilməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Məhkəmə qeyd edir ki, dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2013-cü il tarixli, 118957-1-9782 saylı baş kredit müqaviləsinin təminatı kimi İddiaçı1 məxsus 0,0326 ha torpaq sahəsində yerləşən Bakı şəhəri Xətai rayonu Xudu Məmmədov küçəsi 2C nömrəli evin 1-ci mərtəbəsində 69,8 m2 yaşayış sahəsi, 46,5 m2 köməkçi sahədən ibarət (3 otaq) fərdi yaşayış evi ipoteka yüklülüyündən azad edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə 0,0326 ha torpaq sahəsində yerləşən Bakı şəhəri Xətai rayonu Xudu Məmmədov küçəsi 2C nömrəli evin 1ci mərtəbəsində 69,8 m2 yaşayış sahəsi, 46,5 m2 köməkçi sahədən ibarət (3 otaq) fərdi yaşayış evinin yüklülükdən azad edilməsi öhdəliyi qoyulsun. xx.xx.2013-cü il tarixli, 118957-1-9782 saylı baş kredit müqaviləsinin təminatı kimi İddiaçı2 məxsus 0,0326 ha torpaq sahəsində yerləşən, Bakı şəhəri Xətai rayonu Xudu Məmmədov küçəsi 2C nömrəli evin 4-cü mərtəbəsində 69,8 m2 yaşayış sahəsi, 60,2 m2 köməkçi sahədən ibarət (3 otaq) fərdi yaşayış evi ipoteka yüklülüyündən azad edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə 0,0326 ha torpaq sahəsində yerləşən, Bakı şəhəri Xətai rayonu Xudu Məmmədov küçəsi 2C nömrəli evin 4cü mərtəbəsində 69,8 m2 yaşayış sahəsi, 60,2 m2 köməkçi sahədən ibarət (3 otaq) fərdi yaşayış evinin yüklülükdən azad edilməsi öhdəliyi qoyulsun. Məhkəmə xərcləri iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar