Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2904/2022 10.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Mirzəyeva Sevinc Ərəstun qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı X10 Xidmətini müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə cavabdeh «Azərbaycan Elmi Təhqiqat Travmatologiya və Ortopediya İnstitutu» X12rşı «əmrin və sərəncamın ləğv edilməsi, əvvəlki vəzifəsinə bərpa olunması və s» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdeh «Azərbaycan Elmi Təhqiqat Travmatologiya və Ortopediya İnstitutu» X12rşı «əmrin və sərəncamın ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2014-cü ildən Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda (bundan sonra «ETTOİ») tibb bacısı vəzifəsində, 2018-ci ildən etibarən isə həmin yerdə Ümumi heyatın Baş tibb bacısı vəzifəsində çalışırdı. Çalışdığı müddət ərzində xüsusilə da pandemıya, müharibə va müharibədənsonrası dövrlərdə öz vəzifə öhdəliklərini vicdan və məsuliyyətlə yerinə yetirmişdir. Bunu TƏBİB-dən, ETTOİ-dən xidmət göstərdiyi vətəndaşlardan aldığı təşəkkümamələr və ETTOİ-nin əvvəlki direktoru İlqar Qasımov tərəfindən verilmiş Xasiyyətnamə də təsdiqləyir. 2022-ci ilin fevral ayında ETTOİ-də direktor dəyişikliyi baş verdi və Əlviz Qasımov ETTOİ-nin yeni direktor vəzifəsinə təyin edilmişdir. Bu təyinatdan qısa bir müddət sonra Əlviz Qasımov heç bir səbəb olmadan iddiaçıya məlumat verilmədən razılığını almadan barəsində xx.xx.2022-ci il tarixli «Vəzifənin dəyişdirilməsı haqqında» əmr vermişdir. Həmin əmrə əsasən xx.xx.2022-ci il tarixdən etibarən əmək müqaviləsinə müvafiq dəyişiklik edilməklə Ümumi heyətin baş tibb bacısı vəzifəsindən 1.0 tarif 6-cı dərəcə ilə Əl cərrahiyyəsi və yaralar şöbəsinə tibb bacısı vəzifəsinə keçirilmişdir. Həmin əmr iddiaçıya 04.03 2022-ci il tarində günortadan sonra təqdim olunmuşdur və əmri ona təqdim edən kimi heç bir əsas olmadan çox qısa müddətdə - iş vaxtı bitənədək qalan 2-3 saat ərzində otağını boşaltması və əlindəki işləri, sənədləri, preparatları yeni baş tibb bacısına təhvil-təslim etməsi tapşırılmışdır. ETTOİ-də Ümumi heyətin Baş tibb bacısı vəzifəsində 4 illik müddət ərzində apardığı işləri, sənədləşmələri, iddiaçıya təhkim edilmiş preparatları, avadanlıqları 1-2 saat ərzində təhvil verməsi ağlabatan və mümkün olmadığından təhvil-təslim üçün əlavə müddət istəmişdir. Çünki ərizəyə əlavə etdiyi təhvil aktlarından da göründüyü kimi təhvil verməli olduğu sənədlər, aparatlar və preparatlar olduqca məsuliyyət tələb edirdi və bu əsassız tələbə görə tələsik təhvil aktı imzalamaqla üzərinə bu ağır məsuliyyəti götürmək istəməmişdir. Əvvəlki otağına buraxılmasına yaradılmış maneələrə görə ancaq xx.xx.2022-ci il tarixində ETTOİ-dəki işlərini yekunlaşdıra bilmiş, təhvil-təslim siyahısını hazırlamış və Təhvil Komissiyana təqdim etmişdir. Onu təhvil-təslim üçün bu qədər tələsdirdikləri halda Komissiya hamin təhviltəslim aktını xx.xx.2022-ci il tarixdə imzalamışdır. Elə həmin gün də iddiaçıya xx.xx.2022-ci il tarixli «İnzibati tənbeh haqqında» Sərəncam təqdim edilmişdir. Həmin sərəncama əsasən iddiaçıya işdə göstərdiyi səhlənkarlığa, yəni təhvil-təslimi gecikdirdiyinə və rəhbərliyin əmrinə tabe olmadığına görət töhmət verilmişdir. İlk öncə Əmək Məcəlləsinə əsasən işəgötürən işçiyə inzibatı tənbeh verə bilməz, intizam tənbehi verə bilər. İkincisi, necə olur ki, xx.xx.2022-ci il tarixdə günortadan sonra iddiaçıya vəzifənin dəyişdirilməsi barədə əmr təqdim olunur, həmin gün təhvil-təslim etməsi tələb olunur və elə həmin gün də təhvil-təslimi gecikdirdiyinə görə töhmət verilir? İşəgötürən hansı məntiqlə, hansı əsasla və ən önəmlisi hansı vicdanla öz məsuliyyətini dərk edən bir işçiyə belə bir töhmət verə bilərdi. Məsələn, iddiaçı təhvil-təslim aktını tələsik imzalasaydı və həmin sıyahıdakı morfin ampulalarında və ya narkotik aktlarında hər hansı bır çatışmazlıq, səhvlik olsaydı bunun məsuliyyətini kim öz üzərinə götürəcəkdi? Qeyd etdiyi məqamlarla bağlı işəgötürənlə razılıq əldə edə bilmədiyindən barəsində qəbul edilmiş «xx.xx.2022-ci il tarixli «Vəzifənin dəyişdirilməsi haqqında» əmrin və xx.xx.2022-ci il tarixli «İnzibatı tənbeh haqqında» sərəncamın ləğv edilməsi» tələbinə görə məhkəməyə müraciət etmək qərarına gəlməli olmuşdur. Bunun üçün isə əvvəlcə aralarındakı əmək mübahisənin həll edilməsi ilə bağlı işəgötürən ETTOİ-yə mediasiya təklifi göndərmişdir. Dövlət əmək mübahisələrində məhkəmədən oncə mediasıya mərhələsi tələbini müəyyən edərkən məqsəd məhkəməsiz qaydada, tərəflərin qarşılıqlı razılığı ilə əmək mübahisəsini həll etməyə son dəfə cəhd etmələri olmuşdur. Lakin ETTOİ-nin yeni təyin olunmuş hüquqşünası Nümayəndə nədənsə mediasıya prosesinin məqsədini işçini hədələyərək məhkəməyə müraciət etməkdən çəkindirmək mərhələsi kimi anlamışdır Belə ki, iddiaçının mediasıya barədə təklifini aldıqdan sonra hüquqşünas Nümayəndə vaxt itirmədən onu hədələmək və öz hüquqlarını müdafiə etməsinə mane olmaq üçün öz vəzifə selahıyyətlərindən sui-istifadə edərək qeyri-qanuni yollar axtarmağa başlamışdır (işçilərə və ETTOİ-yə xəstə qismində müraciət edən şəxslərə barəsində böhtan xarakterli ərizələr yazdırmağa cəhd etmişdir). İddiaçı bu böhtan xarakterli ərizə məsələsindən xəbərdar olan kimi dərhal hüquqşünasa yaxınlaşdıqda, o, iddiaçının mediasıya təklifini aldıqlarını bildirmiş və iddiaçıya təklif etdi ki, barəsində qəbul edilmiş töhmət sərəncamınının ləğv edilməsi qarşılığında vəzifənin dəyişdirilməsı barədə əmri mübahisələndirməsin. İddiaçı bu təklifi qəbul etmədikdə isə ETTOİ-də yeni işçi olan Nümayəndə iddiaçı şəxsən tanımadığı halda onu təhdid etməyə başlamiş, haqqında mənfi şeylər eşitdiyini, bu məsələləri araşdırıb onu məsuliyyətə cəlb etdirəcəyini demişdir. Onu da əlavə etmişdir ki, iddiaçını elə vəziyyətə salacaq ki, nəinki adi tibb bacısı vəzifəsində qalmaq, ümumiyyətlə burada işləyə bilməyəcək. Əgər iddiaçı hüquqşünas Nümayəndə iddia etdiyi kimi pis işçisi olsaydı, ona töhmət sərəncamının ləğv edilməsi və yeni vəzifəsində qalıb işləməyə davam etməsi təklif edilməzdi. Nəticədə iddiaçı hüquqşünasın təhdidləri ilə razılaşmaması üçün ETTOİ mediasıya prosesində iştirak etməkdən imtina etmiş və iddiaçı mediasıya təşkilatından müvafiq arayışı alaraq mahkəməya müraciət etməli olmuşdur. İddiaçının ETTOİ-dəkı vəzifənin dəyişdirilməsı onun razılığı olmadan qanunsuz bir şəkildə həyata keçirilmişdir. Həmçinin iddiaçıya verilmiş töhmət də yuxanda izah etdiyi səbəblərdən tamamilə əsassızdır və ləğv edilməlidir. İddiaçı illərdir ETTOİ-də vicdanla, dürüstlüklə, məsuliyyətlə çalışır, xasiyyətnaməsi təşəkkürnamələri və barəsində indiyədək heç bir intizam tənbehi tətbiq edilməməsi buna sübutdur. İddiaçının oğlu X13 2020-ci ilin payızında baş vermiş Vətən müharibəsində iştirak etmiş və «Kəlbəcərin azad olunmasına görə» Medalı ilə təltif olunmuşdur. Döyüş bölgəsində olan oğlunun sağ olub-olmadığını bilmədiyi o ağır günlərdə belə məsuliyyətlə işinin başında olmuşdur, gecə-gündüz, istirahətsiz yaralı əsgərlərə, qazilərə və digər xəstələrə qulluq etmişdir. İndi onun kimi bir Anaya, işçiyə edilən bu haqsızlıq ona çox pis təsir edir. ETTOİ-nin səlahiyyətli şəxslərinin öz əsassız əmr və sərəncamlarına sonradan əsas qazandırmaq məqsədilə öz vəzifələrindən sui-istifadə edərək barəsində böhtan xarakterli digər ərizələr yığmağa cəhd etmələrinin, iddiaçıya hədə-qorxu gəlmələrinin ona qarşı mənfi ayrıseçkilik edilməsinin qarşısının alınması üçün Əmək Müfəttişliyinə və digər aidiyyəti orqanlara da müvafiq sübutlarla müraciət etmişdir. Belə ki, iddiaçı öz hüquqlarını məhkəmə qaydasında müdafiə edənədək qarşı tərəf ortaya saxta sübutlar çıxara bilər və ya onu ümumiyyətlə işdən azad edə bilər. Göstərilənlərə əsasən cavabdeh Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu» X20 tərəfindən onun barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli «Vəzifənin dəyişdirilməsi haqqında» 76 saylı əmrin və xx.xx.2022-ci il tarixlı, 02 saylı «İnzibati tənbeh haqqında» sərəncamın ləğv edilməsi, mədiasiya xərcləri üçün ödənilmiş 50 manat məbləğinin və iddia ərizəsi məhkəməyə verilərkən ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 100 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh Elmi- Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu» X20 tərəfindən onun barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli «Vəzifənin dəyişdirilməsi haqqında» 76 saylı əmrin və xx.xx.2022-ci il tarixlı, 02 saylı «İnzibati tənbeh haqqında» sərəncamın ləğv edilməsi, onun əvvəlki işinə (vəzifəsinə) - Ümumi heyətin Baş tibb bacısı vəzifəsinə bərpa olunması, xx.xx.2022-ci il tarixdən etibarən əvvəlki vəzifəsinə bərpa olunacağı tarixə qədər olan müddət üççn indiki əmək haqqı ilə əvvəlki əmək haqqı arasındaki fərqin hesablanaraq ona ödənilməsi, mediasıya xərcləri üçün ödənilmiş 50 manat məbləğinin və iddia ərizəsi məhkəməyə verilərkən ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 100 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir.
5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini tam müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili həmçinin göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs heç bir qanun pozuntusu etməmiş, sadəcə əsassız yerə başqa vəzifəyə keçirilmişdir.
6. Cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, iddiaçı hazırda keçirilmiş vəzifəsinə buraxılmır və ona əmək haqqı ödənilmir. Ona verilən müddət ərzində balansında olan dərmanları təhvil vermədiyi üçün işindən uzaqlaşdırılmışdır. Cavabdehin nümayəndəsi həmçinin göstərmişdir ki, iddiaçı iddia ərizəsini təqdim edərkən iddia müddəti barədə qanunvericiliyin tələblərinə riayət etməmiş və hazırki iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar edildiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İş materiallarından və İddiaçı sonuncu iclasda özünün etiraf etdiyinə görə onun başqa işə keçirilmə barədə əmrin verilməsindən xx.xx.2022-ci il tarixdə xəbərdar olmuşdur. Bununla əlaqədar direktorun qəbulunda olmuşdur. xx.xx.2022-ci il tarixdə isə təhvil-təslim edərək müvafiq aktlara imza etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Göstərilənlərə əsasən cavabdehin nümayəndəsi iddia tələbləri əsassız olduğu üçün və iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
7. Məhkəmə iclasının vaxtı və yeri barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsi qanunla müəyyənləşdirilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
8. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
9. İş üzrə Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X15 Ərazi Bölmələrini İdarəetmə Birliyinin ET Travmatologiya və X8 Hüquqi Şəxs tərəfindən verilmiş təşəkkürnamənin sürətindən görünür ki, İddiaçı 2020-ci il yanvar ayından ölkəsini bürüyən Koronovirus (COVİD-19) pandemiyasının aradan qaldırılmasında, həmçinin 44 günlük vətən müharibəsi zamanı fədakarlıqla döyüşən qazilərinə yüksək səviyyədə tibbi yardım göstərdiyinə görə (gecə-gündüz, şənbə-bazar) təşəkkürnamə ilə təltif edilmişdir.
10. İş üzrə Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» tərəfindən verilmiş təşəkkürnamənin surətindən görünür ki, İddiaçı 2021-ci ildə «Səhiyyə sahəsində səmərəli fəaliyyətinə görə» təşəkkürnamə ilə tərtif edilmişdir.
11. İş üzrə «ETTOİ»PHŞ-nin baş tibb bacısı İddiaçı verilmiş xasiyyətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixdən «X6 və Ortopediya İnstitutu" X17 işə başlamışdır. O, xx.xx.2018-ci il tarixə kimi Sümük Patologiya şöbəsində tibb bacısı, xx.xx.2018-ci il tarixdən hal-hazıra kimi İnstitutun baş tibb bacısı vəzifəsində işləyir. İşlədiyi müddətdə İddiaçı öz işinin öhdəsindən layiqincə gəlir, müdiriyyət tərəfindən verilən tapşırıqları vaxtında yerinə yetirir. İddiaçı COVİD-19 pandemiyası ilə əlaqədar olaraq daimi nəzarətdə saxlayır, gigiyenik qaydalar üzrə təmizlik işlərini,tibb bacılarının vaxtında vaksinasiya edilməsini təşkil edir. Eyni zamanda 44 günlük müharibədə yaralanan qazilərinə şənbə bazar günləri belə gələrək vaxtından yardım göstərmişdir. İddiaçı bilik və bacarığını artırmaq məqsədi ilə mütamadi olaraq ixtisas artırmaq kurslarında iştirak edib və 5 ildən artıq sertifikasiya alıb, işdə göstərdiyi fəaliyyətinə görə icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» tərəfindən, həmçinin «Az.ETTOİ» PHŞ tərəfindən «Təşəkkürnamə» ilə təltif edilmişdir. İddiaçı işlədiyi müddətdə işə vaxtlı-vaxtında gəlir, nizam-intizama riayət edir.
12. İş materiallarında olan xx.xx.2021-ci tarixli təşəkkür məktubunun surətindən görünür ki, X2 tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi»nə, surəti Elmi-Tədqiqat Ortopediya və X1 Elmi-Tədqiqat Ortopediya və Travmatologiya İnstitutunun Baş tibb bacısı İddiaçı və tibb bacısı X9 tibbi işçilərinin etikdavranış kodeksinin tələblərinə uyğun şəkildə əsl tibb işçisinə yaraşan səmimi davranılarına görə təşəkkür məktubu ünvanlanmışdır.
13. İş üzrə Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» X21 Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu tərəfindən verilmiş 76 saylı, xx.xx.2022-ci il tarixli əmrdən görünür ki, «ET Tramatologiya və Ortopediya İnstitutu» PHŞ-in baş tibb bacısı İddiaçı xx.xx.2022-ci il tarixdən əmək müqaviləsinə müvafiq dəyişiklik edilməklə 1,0 tarif 6-cı dərəcə ilə əl cərahiyyəsi və yaralar şöbəsinə tibb bacısı vəzifəsinə keçirilmişdir. Həvəsləndirici 110 manat. Əsas: direktorun sərəncamı.
14. İş üzrə Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» X21 Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu tərəfindən verilmiş 78 saylı, xx.xx.2022-ci il tarixli əmrdən görünür ki, «ET Tramatologiya və Ortopediya İnstitutu» X18 Baş tibb bacısı İddiaçı xx.xx.2022-ci il tarixdən başqa vəzifəyə keçməsi və yeni baş tibb bacısı təyin olunması ilə əlaqədar olaraq tibb bacısına aid olan mal və inventarlar, jurnalların X4 təhvil-təslim edilməsi üçün aşağıdakı tərkibdən ibarət komissiya yaradılmışdır: direktorun müavini-Baş həkim M.M.Rəsulov (Komissiyanın sədri), üzvləri - Böyük tibb bacısı M.V.Nuriyeva, Hesabatlıq bölməsinin bölmə müdiri Z.A.Məmiyeva, təhvil verən İddiaçı, təhvil alan G.M.Quliyeva.
15. İş üzrə Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» X21 Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu tərəfindən verilmiş 02 saylı, xx.xx.2022-ci il tarixli sərəncamın təsdiq edilmiş surətindən görünür ki, «Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu» X18 baş tibb bacısı İddiaçı işdə göstərdiyi səhlənkarlığa görə, belə ki, yeni Baş tibb bacısının təyin olunması ilə əlaqədar olaraq təhvil-təslimi gecikdirdiyi və rəhbərliyin əmrinə tabe olmadığı üçün töhmət verilmişdir.
16. İş üzrə komissiyanın sədri: «Az.ETTOİ» PHŞ-nin direktorun müavini baş həkim M.M.Rəsulov, üzvləri: böyük tibb bacısı M.V.Nuriyeva, hesabatlıq bölməsinin bölmə müdiri Z.A.Məmiyeva, təhvil verən İddiaçı, təhvil alan G.M.Quliyeva tərəfindən xx.xx.2022-ci il tarixli tərtib edilmiş aktdan görünür ki, xx.xx.2022-ci il tarixli, 78 saylı əmrə əsasən baş tibb bacısı İddiaçı xx.xx.2022-ci il tarixdən başqa vəzifəyə keçməsi və yeni baş tibb bacısı təyin olunması ilə əlaqədar olaraq baş tibb bacısına aid olan 64 adda mal və inventarların, jurnalların X4 xx.xx.2022-ci il tarixdə təhvil-təslim edilmişdir.
17. İş üzrə komissiyanın sədri: «Az.ETTOİ» PHŞ-nin direktorun müavini baş həkim M.M.Rəsulov, üzvləri: böyük tibb bacısı M.V.Nuriyeva, hesabatlıq bölməsinin bölmə müdiri Z.A.Məmiyeva, təhvil verən İddiaçı, təhvil alan N.B.Rzayeva tərəfindən xx.xx.2022-ci il tarixli tərtib edilmiş aktdan görünür ki, xx.xx.2022-ci il tarixli, 78 saylı əmrə əsasən baş tibb bacısı İddiaçı xx.xx.2022-ci il tarixdən başqa vəzifəyə keçməsi və yeni baş tibb bacısı təyin olunması ilə əlaqədar olaraq baş tibb bacısına aid olan 34 adda vaxtı keçmiş kitab və jurnaların arxiv bölməsinin müdiri X3 xx.xx.2022-ci il tarixdə təhvil-təslim edilmişdir.
18. İş üzrə Bakı 5 saylı mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli MŞB/5-01423 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, arayış əmək mübahisəsi – İddiaçı barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli «Vəzifənin dəyişdirilməsi haqqında» Əmrin və xx.xx.2022-ci il tarixli «İnzibati tənbeh haqqında» Sərəncamın ləğv edilməsi» dair Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» X21 Elmi-Tədqiqat Travmotologiya və Ortopediya İnstitutunun nümayəndəsinin xx.xx.2022-ci il tarixdə, 16.00- 17.00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmədiyini təsdiq etmək üçün verilmişdir. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» X21 Elmi-Tədqiqat Travmotologiya və Ortopediya İnstitutu ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 6 gün əvvəlcədən poçt və telefon vasitəsi ilə məlumatlandırılmışdır. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir.
19. İş üzrə Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, «Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun» X18 sabiq baş tibb bacısı İddiaçı qanunsuz əməlləri barədə həmin İnstitutdan daxil olmuş material üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsində araşdırma aparılır. Yaranmış zərurətlə əlaqədar olaraq İddiaçı sözügedən İnstituta qarşı işə bərpa olunmasına dair və ya digər hər hansı bir iddia ilə müraciət edib-etməməsi, müsbət halda məhkəmə baxışının nəticəsi haqqında məlumat verilməsinə və yekun aktın təsdiq olunmuş surətinin (digər zəruri sənədlər əlavə edilməklə) elektron poçt vasitəsilə və ya faksla, həmçinin poçt vasitəsi ilə Baş İdarəyə təqdim olunmasına göstəriş verilməsini xahiş etmişdir.
20. İş üzrə Bakı şəhər Baş Polis İdarəsinin Nəsimi RPİ-nin 21-ci Polis Bölməsi tərəfindən Bakı şəhəri 21 saylı Vəkil bürosunun vəkili Vəkil Faiz qızına ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, pandemiya, müharibə və müharibədən sonrakı dövr ərzində bölmə tərəfindən Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna edilən müraciətlər, göndərilən sorğular vaxtında və düzgün formada cavablandırılmış, bu proseslər zamanı hər hansı bir ləngimə və qeyri-qanuni hallar qeydə alınmamışdır.
21. İş üzrə Bakı şəhəri Nəsimi RPİ-nin 25-ci Polis Bölməsi tərəfindən 21 saylı Vəkil bürosunun vəkili Vəkil ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, pandemiya, müharibə və müharibədən sonrakı dövr ərzində idarə tərəfindən Elmi- Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna edilən müraciətlər, göndərilən sorğular vaxtında və düzgün formada cavablandırılmış, bu proseslər zamanı hər hansı bir ləngimə və qeyri-qanuni hallar qeydə alınmamışdır.
22. İş üzrə Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı Polis Bölməsi tərəfindən 21 saylı Vəkil bürosunun vəkili Vəkil ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Elmi-Tədqiqat Travmatologiya və X5 heyətin Baş tibb bacısı vəzifəsində çalışmış İddiaçı Elmi-Tədqiqat Travmatologiya və X5 heyətin Baş tibb bacısı vəzifəsində çalışdığı müddət ərzində, Nərimanov RPİ-nin 16-cı PB-nin inzibati ərazisindən daxil olmuş xəstəxana məlumatları ilə bağlı, ETTOİ-ya dəfələrlə sorğular göndərilmiş və hər bir sorğuya vaxtı vaxtında, tam ətraflı və dolğun olaraq cavab verilmişdir. Elmi-Tədqiqat Travmatologiya və X5 heyətin Baş tibb bacısı vəzifəsində çalışmış İddiaçı barəsində 16-cı PB-nin əməkdaşları arasında keçirilən şifahi sorğuya əsasən İddiaçı müsbət xarakterizə olunmuşdur.
23. İş üzrə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən ünvan 2 ünvanlanmış xx.xx.2022-ci il tarixli «Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu» X18 Əl cərrahiyyəsi və yaralar şöbəsinin sabiq baş tibb bacısı İddiaçı vəzifələrini icra edərkən yol verdiyi qanun pozuntuları barədə həmin institutdan Baş İdarəyə daxil olmuş material üzrə araşdırma aparılmışdır. Baş İdarədə aparılmış araşdırma zamanı İddiaçı tərəfindən cinayət tərkibli əməlin törədilməsi faktı təsdiq olunmamışdır.
24. İş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, müraciəti ilə əlaqədar Cavabdehn rəhbərliyinə **********6 saylı xx.xx.2022-ci il tarixli məktubla müraciət olunaraq İddiaçı aid olan sənədlərin «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin 7.9-cu bəndinə müvafiq olaraq təqdim edilməsi xahiş olunmuşdur. Lakin tələb olunan sənədlərin təqdim olunması müəssisə rəhbərliyi tərəfindən təmin edilməmişdir. Həmçinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin «Əmək münasibətləri və məşğulluq» altsisteminə baxıs keçirilərkən İddiaçı ilə Cavabdeh arasında əmək müqaviləsinin bağlanmasına dair əmək müqaviləsi bildirişinin qüvvədə olduğu müəyyən edilmişdir. Araşdırma zamanı təqdim etdiyi əmək haqqına dair bank çıxarışından, Azərbaycan X6 və Ortopediya İnstitutu» X18 rəhbərliyi tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci maddəsinin tələbləri pozularaq, İddiaçı əmək haqqının ödənilmədiyi məlum olmuşdur. Bu səbəbdən müəssisənin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən xx.xx.2022-ci ıl tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və İddiaçı əmək haqqının hesablanıb ödənilməsi üçün müəssisə rəhbərliyinə məktub ünvanlanmışdır. Qeyd edilənlərlə razılaşmadığı təqdirdə müvafiq qaydada məhkəməyə müraciət etmək hüququ vardır.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
25. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, 2014-cü ildən iddiaçı Cavabdeh PHŞ-də tibb bacısı vəzifəsində işləmiş, 2018-ci ildə həmin təşkilatın Ümumi heyətin Baş tibb bacısı vəzifəsinə keçirilmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli 76 saylı əmrinə əsasən «ET Tramatologiya və Ortopediya İnstitutu» PHŞ-in baş tibb bacısı İddiaçı xx.xx.2022-ci il tarixdən əmək müqaviləsinə müvafiq dəyişiklik edilməklə 1,0 tarif 6-cı dərəcə ilə əl cərahiyyəsi və yaralar şöbəsinə tibb bacısı vəzifəsinə keçirilmişdir. Bununla bağlı cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli 78 saylı əmrinə əsasən baş tibb bacısı İddiaçı xx.xx.2022-ci il tarixdən başqa vəzifəyə keçməsi və yeni baş tibb bacısı təyin olunması ilə əlaqədar olaraq tibb bacısına aid olan mal və inventarlar, jurnalların yeni baş tibb bacısına təhvil-təslim edilməsi üçün komissiya yaradılmışdır.Komissiya tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktlara əsasən baş tibb bacısı İddiaçı xx.xx.2022-ci il tarixdən başqa vəzifəyə keçməsi və yeni baş tibb bacısı təyin olunması ilə əlaqədar olaraq baş tibb bacısına aid olan 64 adda mal və inventarların, jurnalların yeni təyin olunmuş baş tibb bacısına, həmçinin 34 adda vaxtı keçmiş kitab və jurnaların arxiv bölməsinin müdirinə xx.xx.2022-ci il tarixdə təhvil-təslim edilmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli 02 saylı sərəncamı ilə baş tibb bacısı İddiaçı işdə göstərdiyi səhlənkarlığa görə - yeni baş tibb bacısının təyin olunması ilə əlaqədar olaraq təhvil-təslimi gecikdirdiyi və rəhbərliyin əmrinə tabe olmadığı üçün - töhmət verilmişdir. İddiaçı hesab edir ki, cavabdeh vəzifənin dəyişdirilməsi barədə xx.xx.2022-ci il tarixli 76 saylı əmri və inzibati tənbeh haqqında xx.xx.2022-ci il tarixli, 02 saylı sərəncamı qəbul edərkən əmək qanunvericiliyin tələblərindən qərəzli olaraq istifadə etmiş və onun əmək hüquqlarını pozmuşdur. Bu səbəbdən iddiaçı əmrin və sərəncamın ləğv edilməsini, onun əvvəlki işə (vəzifəyə) bərpa olunmasını və onun indiki əmək haqqı ilə əvvəlki əmək haqqı arasındakı fərqi ödənilməsini xahiş etmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
26. Məhkəmə iclasında cavabdehin nümayəndəsi verilmiş iddianın iddia müddətinin ötürülməsi ilə əlaqədar rədd edilməsini xahiş etmişdir.
27. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 8 may 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, «iddia müddəti pozulmuş hüququn müdafıəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafıq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir».
28. Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarını nəzərə alaraq hesab edir ki, iddia müddətinin ötürülməsi ilə bağlı cavabdehin nümayəndəsinin dəlillərinə hüquqi qiymət verməmişdən əvvəl irəli sürülmüş iddia tələbinə hüquqi qiymət verilməlidir.
29. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakılar qeyd edir.
30. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsində göstərildiyi kimi, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə işçinin əsas vəzifələri hesab olunur.
31. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 57.1-ci maddəsinə əsasən işəgötürən işçinin əmək funksiyasının — əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir. Əmək funksiyasının dəyişdirilməsinə yalnız tərəflərin qarşılıqlı razılığı ilə yol verilir. Birtərəfli qaydada əmək funksiyasının dəyişdirilməsinə, onun dairəsinin azaldılmasına və ya artırılmasına yol verilmir (maddə 57.3).
32. Həmin Məcəllənin 59-cu maddəsinə əsasən işçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir.
33. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-ci maddəsinin 2-ci bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona töhmət verilə bilər.
34. Göründüyü kimi işə götürən işçiyə o halda intizam tənbehi verə bilər ki, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirməsin, yaxud keyfiyyətsiz yerinə yetirsin, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozsun.
35. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının başqa vəzifəyə keçməsi ilə əlaqədar baş tibb bacısına aid olan mal, inventarlar və jurnalların hansı müddətə təhvil-təslim verilməsi məhkəməyə sübuta yetirilməmişdir. Cavabdeh tərəfindən bununla bağlı hər hansı bir aktı məhkəməyə təqdim edilməmişdir.
36. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh iddiaçıya baş tibb bacısına aid olan əşyaları təhvil verilməsi ilə bağlı üzərinə nə qədər vaxt verilməsi və bunu da tərəflər arasında razılığına əsasən müəyyən edilməsi ilə bağlı sənəd məhkəməyə təqdim edilməmiş və bu tələb tək tərəfli qaydada işə götürənin şəxsi mülahizəsi əsasında həyata keçirilmişdir. Həmçinin bu haldan əlavə işçi ilə işə götürən arasında da başqa işə keçirilmə ilə bağlı aralarında heç bir razılıq əldə edilməmişdir (işçinin razılığı alınmamışdır).
37. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh tərəfindən həm vəzifənin dəyişdirilməsi ilə bağlı əmri, həm töhmət verilməsi haqqında sərəncamı xx.xx.2022-ci il tarixdə verilmişdir. Cavabdeh töhmət verilərkən onunla bağlı hər hansı bir akt tərtib olunmamışdır. İş materiallarından görünür ki, axınıcı iş günü xx.xx.2022-ci il tarixi olmuş, mart ayının 5,6,7 isə qeyri-iş günü olmuşdur. Lakin iddiaçı qeyri-iş günləri iş yerinə gələrək həmin təhvil-təslim aktını xx.xx.2022-ci il tarixdə təhvil vermişdir. Bu da onun işinə olan məsuliyyətindən irəli gəlir.
38. Məhkəmə hesab edir ki, iddia tələbi inzibati tənbeh haqqında sərəncamın ləğv edilməsi hissəsində əsaslı hesab edilməli və təmin edilməlidir.
39. Məhkəmə iddia tələbinin vəzifənin dəyişdirilməsi haqqında əmrinin ləğv edilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə iddia tələbi təmin edilməlidir.
40. Belə ki, əmək qanunvericiliyinə əsasən əmək funksiyasının dəyişdirilməsinə yalnız tərəflərin qarşılıqlı razılığı ilə yol verilir. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli 76 saylı əmri ilə «ET Tramatologiya və Ortopediya İnstitutu» PHŞ-in baş tibb bacısı İddiaçı xx.xx.2022-ci il tarixdən əmək müqaviləsinə müvafiq dəyişiklik edilməklə 1,0 tarif 6-cı dərəcə ilə əl cərahiyyəsi və yaralar şöbəsinə tibb bacısı vəzifəsinə keçirilmişdir.
41. Məhkəmə qeyd edir ki, həmçinin iddiaçının vəzifəsinin dəyişidirilməsinə əsasən olmuş töhmət məhkəmə tərəfindən qanunsuz hesab edilərək ləğv olunduğundan iddia tələbi başqa işə keçirilmə barədə xx.xx.2022-ci il tarixli 76 saylı əmr əsassız hesab edilməlidir.
42. Buraxılmış əmək haqqı ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı əvvəlki işinə (vəzifəsinə) bərpa olduğundan, indiki vəzifəsi ilə əvvəlki vəzifə arasındakı fərq ödənilməlidir.
43. Məhkəmə iclasında cavabdehin nümayəndəsi göstərmişdir ki, iddiaçı keçirilmiş vəzifədən kənarlaşdırmışdır. Məhkəmə qeyd edir ki, cavabdehin nümayəndəsi iddiaçını keçirilmiş vəzifədən kənarlaşdırmasını göstərsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin iddiaçı tərəf də bunu qəbul etməmişdir.
44. Məhkəmə cavabdehin nümayəndəsinin iddia müddətinin ötürülməsi ilə əlaqədar iddianın rədd edilməsinə dair dəlillərinə qiymət verərək aşağıdakıları qeyd edir.
45. AR Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin 1-ci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən bir təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
46. Həmin maddənin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirmədən bilə-bilə qəsdən pozulduğu gündür.
47. AR Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci bəndinə əsasən bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxud qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək, mübahisəyə mahiyyəti üzrə baxa bilər.
48. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2002-ci il tarixdə vəzifənin dəyişdirilməsi barədə əmr və inzibati tənbeh haqqında sərəncam elan olunmuş, tərəf bundan məlumatlı olmuş və bunu məhkəmə iclasında etiraf etmişdir. xx.xx.2002-ci il tarixdən sonra bir aylıq müddəti ötürmədən xx.xx.2022-ci il tarixdə iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl qanunun yeni qəbul edilmiş müddəasına uyğun mübahisənin məhkəmədənkənar həlli qaydasına riayət etmişdir.
49. Azərbaycan Respublikası «Mediasiya haqqında» Qanununun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.
50. Məhkəmə qeyd edir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.
51. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir.Belə ki,potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
52. Konstitusiya Məhkəməsinin qərarlarında formalaşan hüquqi mövqeyə görə şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir.
53. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır ( MM-in 375.1 və 375.2 maddələri).
54. Bununla belə, məhkəmə Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq qeyd etməyi zəruri hesab edir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları).
55. Məhkəmə qeyd edir ki, iddiaçı tərəf həm mediasiya şurasına vaxtında yəni 1 aylıq müddət daxilində müraciət etmiş, daha sonrada mediasiya şurasında müvafiq arayışı aldıqdan sonrada yenədə 1 (bir) aylıq müddəti ötürmədən müraciət etmişdir.
56. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 382-ci maddəsinə əsasən iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər.
57. Məhkəmə mediasiya prosesi qanunvericilik yeni tətbiq olunan bir institut olduğuna görə və qeyri-müəyyənlik olduğuna görə, şəxsin də bununla bağlı savadsızlığı nəzərə alaraq hesab edir ki, həmin müddət (hər iki tərəfdən (mediasiayay qədər və mediasiyadan sonra) hesablanmaqla 1 ayı keçdiyi halda belə) üzrlü hesab edilərək bərpa olunmalıdır.
58. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
59. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edildiyindən, tələb mediasiya xərcinin və dövlət rüsumunun tutulması hissəsində də təmin edilməli və cavabdehdən 50 (əlli) manat məbləğində ödənilmiş mediasiya xərclərinin və 50 (əlli) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi kimi iddiaçının xeyrinə pul tutulmalıdır.
60. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh «Azərbaycan Elmi- Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu» X20 tərəfindən İddiaçı barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli «Vəzifənin dəyişdirilməsi haqqında» 76 saylı Əmr və xx.xx.2022-ci il tarixli, 02 saylı «İnzibati tənbeh haqqında» sərəncam ləğv edilməli, İddiaçı əvvəlki işinə (vəzifəsinə) – Ümumi heyətin Baş tibb bacısı vəzifəsinə bərpa olunmalı, xx.xx.2022-ci il tarixindən etibarən iddiaçının indiki əmək haqqı ilə əvvəlki əmək haqqı arasındakı fərq, o cümlədən mediasiya xərcləri üçün ödənilmiş 50 (əlli) manat məbləğ və iddia ərizəsi məhkəməyə verilərkən ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq İddiaçı ödənilməlidir.
61. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
62. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
63. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
64. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
65. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
66. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı X10 Xidmətini müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə cavabdeh «Azərbaycan Elmi Təhqiqat Travmatologiya və Ortopediya İnstitutu» X12rşı «əmrin və sərəncamın ləğv edilməsi, əvvəlki vəzifəsinə bərpa olunması və s.» tələbinə dair iddiası təmin edilsin. Cavabdeh «Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu» X20 tərəfindən İddiaçı barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli «Vəzifənin dəyişdirilməsi haqqında» 76 saylı Əmr və xx.xx.2022-ci il tarixli, 02 saylı «İnzibati tənbeh haqqında» sərəncam ləğv edilsin. İddiaçı əvvəlki işinə (vəzifəsinə) – Ümumi heyətin Baş tibb bacısı vəzifəsinə bərpa olunsun. xx.xx.2022-ci il tarixindən etibarən iddiaçının indiki əmək haqqı ilə əvvəlki əmək haqqı arasındakı fərq, o cümlədən mediasiya xərcləri üçün ödənilmiş 50 (əlli) manat məbləğ və iddia ərizəsi məhkəməyə verilərkən ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov