Məhkəmə qərarları › İş №e-2(006)-2912/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2912/2023

21.09.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2912/2023 21.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili X7 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nin X3rşı sənədlərin təqdim edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-nin X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona aid olan Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2017-ci il tarixli iclas protokolu; X2 əsaslandırılmış yazılı təqdimatı və onun Həmkarlar İttifaqına rəsmi olaraq təqdim edilmə (daxil olma) tarixini təsdiq edən sənəd, təqdimata əlavə edilmiş əsaslandırma sənədləri; İddiaçı aid ediməsi iddia edilən və həmkarlar İttifaqının iclasında müzakirə predmeti olan həkərətlərin əks olunduğu təhlürəsizlik kameralarında olan görüntülər; Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2017-ci il tarixli qərarının hansı tarixdə işəgötürənə təqdim edilməsini təsdiq edən sənədlərin təsdiq olunmuş surətlərinin İddiaçı verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Beynəlxalq Bankı Həmkarlar İttifaqı Komitəsinə həvalə edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Beynəlxalq Bankı Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2017-ci il tarixdə iclası keçirilmiş və həmin iclasda qərara alınmışdır ki, ümumi şöbənin baş mütəxəssisi İddiaçı vəzifə təlimatında nəzərdə tutulmuş əmək vəzifələrini kobud şəkildə pozaraq, Bank daxilində qeyri-etik hərəkətlərə yol verdiyinə, müəssisə daxili intizamı pozduğuna və bu hərəkətləri ilə digər əməkdaşların iş ahənginə xələl gətirdiyinə görə onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndinə uyğun olaraq, həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilməsinə və onunla bağlanılmış əmək müqaviləsinin ləğv edilməsinə razılıq verilmişdir. Azərbaycan Beynəlxalq Bankı Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2017-ci il tarixli qərarı bilavasitə iddiaçıya aid olduğundan və onun hüquqlarına toxunduğundan, habelə iddiaçı qeyd edilən iclasa rəsmi olaraq dəvət edilmədiyindən, bu tədbirlə əlaqədar bir sıra sənədlərin, o cümlədən Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2017-ci il tarixli iclas protokolu; X2 əsaslandırılmış yazılı təqdimatı və onun Həmkarlar İttifaqına rəsmi olaraq təqdim edilmə (daxil olma) tarixini təsdiq edən sənədi; təqdimata əlavə edilmiş əsaslandırma sənədləri; İddiaçı aid ediməsi iddia edilən və həmkarlar İttifaqının iclasında müzakirə predmeti olan həkərətlərin əks olunduğu təhlükəsizlik kameralarında olan görüntülər; Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2017-ci il tarixli qərarının hansı tarixdə işəgötürənə təqdim edilməsini təsdiq edən sənədlərin ona təqdim edilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin, cavabdeh Azərbaycan Beynəlxalq Bankı Həmkarlar İttifaqı Komitəsi, iddiaçının müraciətlərinə heç bir əhəmiyyət verməmiş və mediasiya mərhələsində də bu müraciətlərə münasibət bildirməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini etiraf etməyərək onun rədd edilməsini xahiş etdi və izahatında bildirdi ki, tələb edilən sənədlər hazırda mövcud olmadığından həmin sənədlərin surətlərinin iddiaçıya təqdim edilməsi mümkün deyil. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin İddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə kompensasiyanın ödənilməsi tələbinə dair mülki iş üzrə xx.xx.2018-ci il tarixli iddianın təmin edilməməsi barədə qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 309-cu maddəsinə əsasən işçilərin və işəgötürənlərin əmək, sosial və iqtisadi hüquqlarının və qanuni mənafelərinin təmin olunmasına ictimai nəzarəti «Həmkarlar ittifaqları haqqında» Azərbaycan Respublikası Qanununda və bu Məcəllədə nəzərdə tutulmuş qaydada müvafiq həmkarlar ittifaqları orqanları, habelə işəgötürənlərin nümayəndəli orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 85-ci maddəsinə əsasən işəgötürən bağlanmış əmək müqavilələrini, onlara edilən dəyişiklikləri, bu müqavilələrlə əlaqədar verilmiş əmrləri (sərəncamları, qərarları), habelə digər əmrləri (sərəncamları, qərarları) xüsusi kitab (jurnal) və ya kompüter vasitəsi ilə xüsusi proqramla uçotunun qeydiyyatını aparmalıdır. Uçot kompüter vasitəsi ilə aparılmırsa, qeydiyyat kitabı səhifələnməli, qaytanlanmalı və kitabın son səhifəsindəki qaytanın düyünü üzərinə müəssisənin möhürü vurulmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 86-cı maddəsinə əsasən işəgötürən bağlanmış əmək müqavilələrini, onlara aparılan dəyişiklikləri, verilmiş əmrləri (sərəncamları, qərarları) beş il müddətinə saxlamağa borcludur, onların məhv edilməsi, itirilməsi, korlanması yolverilməzdir. 24 fevral 1994-cü il tarixli “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsinə əsasən həmkarlar ittifaqlarının işəgötürən tərəfindən əmək və həmkarlar ittifaqları haqqında, habelə sosial, iqtisadi məsələlər barədə qanunvericiliyə əməl olunmasını və aşkara .çıxarılmış pozuntuların aradan qaldırılmasını tələb etmək hüququ var. İşəgötürən bu tələblərə baxmağa və nəticələri barədə müəyyən edilmiş müddətdə, lakin bir aydan gec olmayaraq həmkarlar ittifaqına məlumat verməyə borcludur. Müəssisənin (filialın, nümayəndəliyin, şöbənin və digər əlahiddə bölmənin) rəhbəri və onun müavinləri əmək qanunvericiliyini pozduqda, qüvvədə olan kollektiv müqavilənin (sazişin) şərtlərini (təəhhüdlərini) yerinə yetirmədikdə həmkarlar ittifaqları onların intizam məsuliyyətinə cəlb edilməsi barədə buna səlahiyyəti olan orqanlar qarşısında məsələ qaldıra bilərlər. Həmkarlar ittifaqları öz üzvlərinin hüquqlarını müdafiə etmək üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edə və məhkəmədə nümayəndəlik vəzifəsini yerinə yetirə bilərlər. Məhkəmə qeyd edir ki, əmək qanunvericiliyinə əsasən həmkarlar ittifaqları təşkilatları (birlikləri) işçilərin könüllü birləşib yaratdıqları nizamnamə və müvafiq qanunvericilik əsasında fəaliyyət göstərən işçilərin nümayəndəli orqanı olmaqla onların əmək, sosial, iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə etmək məqsədi ilə yaradılır. İddiaçı "xxxx" ASC-nin X1 dair çıxarılmış sənədin surətlərini almaq hüququna malik olduğundan iddia tələbi əsaslı olaraq təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sora MPM) 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikasının MPM-in 88-ci maddəsinə əsasən, isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin üzərinə X5 üzərinə Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2017-ci il tarixli iclas protokolu; X2 əsaslandırılmış yazılı təqdimatı və onun Həmkarlar İttifaqına rəsmi olaraq təqdim edilmə (daxil olma) tarixini təsdiq edən sənəd, təqdimata əlavə edilmiş əsaslandırma sənədləri; İddiaçı aid həmkarlar İttifaqının iclasında müzakirə predmeti olan həkərətlərin əks olunduğu təhlükəsizlik kameralarında olan görüntülər; Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2017-ci il tarixli qərarının hansı tarixdə işəgötürənə təqdim edilməsini təsdiq edən sənədlərin təsdiq olunmuş surətlərinin İddiaçı təqdim edilməsi vəzifəsi qoyulsun. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar