Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2931/2023 19.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı "xxxx" Aşıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı "xxxx" Aşıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 10.02 2015-ci il tarixli sərəncamı ilə təsis edilmiş "xxxx" ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. İddia ərizəsinə əlavə edilmiş arayışdan və abunə haqqında bildirişlərdən göründüyü kimi, abonent kodu 070007000X4019A olan Cavabdeh elektrik enerjisindən istifadə etməsi ilə bağlı iddiaçı Azərışıq” ASC-yə cəmi 3052.15AZN (üç min əlli iki manat, on beş qəpik) borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı Cavabdeh dəfələrlə müraciət olunmuş, lakin cavabdeh müxtəlif bəhanələrlə istifadə etdiyi elekrik enerjisinin haqqı olan 3052.15 AZN (üç min əlli iki manat, on beş qəpik) borcu bu günə qədər ödəməyərək "xxxx" ASC-yə zərər vurmuşdur. 3052.15 AZN-nin (üç min əlli iki manat, on beş qəpik) 1556.65 AZN-i (bir min beş yüz əlli altı manat, altmış beş qəpik) akta görə, 1495,50 AZN (bir min dörd yüz doxsan beş manat, əlli qəpik) isə elektrik enerjisinin sərfiyyatına görə hesablanmış borc məbləğidir. “Azərışıq ASC-nin əməkdaşları hər ay cavabdehin ünvanına gələrək, sayğacın göstəricisini götürməklə ona borcu haqqında bildiriş xəbərdarlıq (hesab-faktura) təqdim etməsini tələbin irəli sürülməsi və cavabdeh tərəfindən isə vaxtaşırı müəyyən miqdarda ödənişlərin edilməsi onun öz öhdəliklərini etiraf etməsi kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən, Cavabdeh istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 3052.15AZN (üç min əlli iki manat, on beş qəpik) borc və ödənilmiş 52,51 AZN (əlli iki manat, əlli bir qəpik) məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı "xxxx" Aşıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək bildirmişdir ki, Cavabdeh elektrik enerjisindən istifadə etməsi ilə bağlı iddiaçı "xxxx" ASC-yə cəmi 3052.15 manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət olunmuş, lakin o, müxtəlif bəhanələrlə istifadə etdiyi elekrik enerjisinin haqqı olan 3052.15 manat borcu bu günə qədər ödəməyərək "xxxx" ASC-yə zərər vurmuşdur. Tələb olunan 3052.15 manatın 1556.65 manatı akta görə, 1495.5 manatı isə elektrik enerjisinin sərfiyyatına görə hesablanmış borc məbləğidir. "xxxx" ASC-nin əməkdaşları hər ay cavabdehin ünvanına gələrək, sayğacın göstəricisini götürməklə ona borcu haqqında bildiriş xəbərdarlıq təqdim etməsini tələbin irəli sürülməsi və cavabdeh tərəfindən isə vaxtaşırı müəyyən miqdarda ödənişlərin edilməsi onun öz öhdəliklərini etiraf etməsi kimi qiymətləndirilməlidir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumkat verməmişdir.
5. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
7. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, cavabdeh yaşadığı mənzilində elektrik enerjisindən qeyri-qanuni istifadə etmişdir. Hazırda onun iddiaçı təşkilata 3052,15 AZN borcu yaranmışdır. Həmin borcun 1556,65 AZN hissəsi aktlara görə, 1495,5 AZN hissəsi isə elektrik enerjisindən istifadəyə görə yaranmışdır. Cavabdehə edilmiş xəbərdarlığa baxmayaraq, borcu ödəməkdən boyun qaçırmışdır.
a) Mülki işin materialları:
8. Mülki işin materiallarında olan "xxxx" ASC-nin R 225008 nömrəli, xx.xx.2021-ci il tarixli akta əsasən abonent X2 məxsus Bakı şəhəri, ünvan 1 ünvan üzrə yerləşən mənzilə aid elektrik sayğaca baxış keçirilmiş, baxış zamanı sayğacın dövrədən kənarlaşdırılması və birbaşa elektrik enerjisindən istifadə edilməsi müəyyən edilmişdir.
9. Mülki işin materiallarında olan R 225008 nömrəli akta əsasən Aktlar üzrə Komissiyanın xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Zakir Xalıqova (abonent kodu 070007000X4019A) əlavə olaraq 8A*0.22*0.7*24s*60g=1774kvts*0.13q=230.62 AZN məbləğində ödəniş hesablanmışdır.
10. Mülki işin materiallarında olan Azərişıq» ASC-nin 095394 nömrəli, xx.xx.2018-ci il tarixli akta əsasən abonent X2 məxsus Bakı şəhəri, ünvan 1 ünvan üzrə yerləşən mənzilə aid elektrik sayğaca baxış keçirilmiş, məlum olmuşdur ki, E.H. sayğacı yerində yoxdur. Abonent şəbəkəyə birbaşa qoşulmuşdur.
11. Mülki işin materiallarında olan R 095394 nömrəli akta əsasən Aktlar üzrə Komissiyanın xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən X2 (abonent kodu 070007000X4019A) əlavə olaraq (847 kvt/s x 0.11 man = 93 manat) məbləğində ödəniş hesablanmışdır.
12. Mülki işin materiallarında olan "xxxx" ASC-nin 043234 nömrəli, xx.xx.2016-cı il tarixli akta əsasən abonent X2 məxsus Bakı şəhəri, ünvan 1 ünvan üzrə yerləşən mənzilə aid elektrik sayğaca baxış keçirilmiş, sayğacın çıxış nol və faza qrifi ərimişdir.
13. Mülki işin materiallarında olan 043234 nömrəli akta əsasən Aktlar üzrə Komissiyanın xx.xx.2016-cı il tarixli icra vərəqəsinə əsasən X2 (abonent kodu 070007000X4019A) əlavə olaraq (2785 kvt/s x 0.07 man = 195 manat) məbləğində ödəniş hesablanmışdır.
14. Mülki işin materiallarında olan 043234 nömrəli akta əsasən Aktlar üzrə Komissiyanın xx.xx.2016-cı il tarixli icra vərəqəsinə əsasən X2 (abonent kodu 070007000X4019A) əlavə olaraq (2785 kvt/s x 0.07 man = 195 manat) məbləğində ödəniş hesablanmışdır.
15. Mülki işin materiallarında olan Azərişıq» ASC-nin 293643 nömrəli, xx.xx.2023cü il tarixli akta əsasən abonent X2 məxsus Bakı şəhəri, ünvan 1 ünvan üzrə yerləşən mənzilə aid elektrik sayğaca baxış keçirilmiş, məlum olmuşdur ki, abonent tərəfindən sayğac zədələnərək mənzilə birbaşa sayğacdan kənar xətt aparılmışdır.
16. Mülki işin materiallarında olan Azərişıq» ASC-nin 293695 nömrəli, xx.xx.2023cü il tarixli akta əsasən abonent X2 məxsus Bakı şəhəri, ünvan 1 ünvan üzrə yerləşən mənzilə aid elektrik sayğaca baxış keçirilmiş, abonent sayğacdan kənar sip xəttindən mənzilə birbaşa xətt aparılmışdır.
17. Mülki işin materiallarında olan Azərişıq» ASC-nin 293790 nömrəli, xx.xx.2023cü il tarixli akta əsasən abonent X2 məxsus Bakı şəhəri, ünvan 1 ünvan üzrə yerləşən mənzilə aid elektrik sayğaca baxış keçirilmiş, məlum olmuşdur abonent sayğaca gələn sıp xəttlərini evin dam hissəsindən yaxın olan yerdən zədələyərək evə sayğacdan kənar xət çəkmişdir.
18. Mülki işin materiallarında olan "xxxx" Aşıq Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, abonent kodu 070007000X4019A olan Cavabdeh elektrik enerjisindən istifadə etməsi nəticəsində 2011-ci il tarixdən hazırki günədək 4277.42 AZN (dörd min iki yüz yetmiş yeddi manat, qırx iki qəpik) məbləğində "xxxx" Aşıq Səhmdar Cəmiyyəti qarşısında borcu yaranmışdır. 2015-ci ilə qədər olan borc 1235.27 AZN təşkil edir. 2015 – 807,74 AZN, 2016 – 194,95 AZN, 2017 – 214,49 AZN, 2018 – 242,09, 2019 – 567,35 AZN, 2020- 870,8 AZN, 2021 – 54,49 AZN, 2022 – 211,7, 2023 – 12,48 AZN. Cəmi 3042,15 AZN.
19. Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş abunə haqqında arayışdan görünür ki, X2 məxsus Bakı şəhəri, ünvan 1 ünvanına dair 4277,42 AZN borc hesablanmışdır.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
21. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
22. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
23. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar.
24. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında qərarın 9.1ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin “X1 Agentliyinin” nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır.
26. Həmin qərarın 9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir.
27. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, tələb olunan borcun bir hissəsi aktlara uyğun hesablanan məbləğ olsada, iddiaçı bunu (aktlar üzrə tələb edilən borcu) artıq məhkəmə predmetinə keçirdərək iddia ərizəsi formasında mübahisələndirmişdir. Bu isə onu deməyə əsas verir ki, iddiaçı tərəfindən cavabdehə yazılmış aktlar üzrə borc tam əsaslı hesab edilməlidir (cavabdeh isə bunun əksini sübut edən rəsmi sənədləri və mülahizələrini məhkəməyə ümumiyyətlə bildirməmiş, ona məhkəmə tərəfindən edilmiş rəsmi çağırışlara isə reaksiya verməmişdir).
28. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 070007000X4019A saylı Abonent kodu üzrə 3052.15 AZN məbləğində pul alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.
29. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
30. Belə olan halda iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 52.51 AZN (əlli iki manat, əlli bir qəpik) məhkəmə xərci cavabdehə aid edilməlidir.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
33. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
36. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
37. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh 070007000X4019A saylı Abonent kodu üzrə 3042.15 AZN (üç min qırx iki manat, on beş qəpik) məbləğində borc və 52,51 AZN (əlli iki manat, əlli bir qəpik) ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov