Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2952/2024 26.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, cavabdeh 2 saylı X2 nümayəndəsi X7, cavabdeh 2 saylı X2 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh 2 saylı X1rşı "işə bərpa" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh 2 saylı X1rşı "işə bərpa" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 30 mart 2024-cü il tarixli, 109-K saylı əmrinin ləğv edilməsi, öz vəzifəsinə bərpa olunmağı və vəzifəsinə uygun əmək haqqının hesablanıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin 30 mart 2024-cü il tarixli, 109-K saylı əmrilə əsassız və qanunsuz olaraq əmək müqaviləsində birtərəfli qaydada dəyişiklik edilməklə 2 nömrəli X4 1-ci Psixiatriya şöbəsinin böyük tibbi bacısı (qardaşı) vəzifəsindən həmin xəstəxananın qəbul şöbəsinin tibbi bacısı (qardaşı) vəzifəsinə keçirilmişdir. Əmr onunla əsaslandırılmışdır ki, guya Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən aparılan yoxlama nəticəsində dərman vasitələrinin qeydiyyatında pozuntular aşkar edilmişdir, dərman vasitələrinə nəzarətin olmaması ilə əlaqədar öz vəzifə öhdəliklərini icra etməmişəm. Qeyd edilən əmr əsassız və qanunsuzdur, ləğv edilməlidir. Bildirir ki, rəhbərliyin qanunsuz əməllərində iştirak etmədiyi və bu faktlarla bağlı müvafiq dövlət orqanlarına müraciətlər etməyi ona qarşı qərəzli davranılmasına və nəticədə qeyd edilən əmrin qəbuluna səbəb olmuşdur. Müraciətlər əsasında müvafiq dövlət və hüquq-mühafizə orqanları (AR Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində) tərəfindən hazırda araşdırma aparılmaqdadır. Bildirir ki, onun tərəfindən hər hansı pozuntuya yol verilməmişdir, o öz vəzifə borcunu layiqincə yerinə yetirmişdir. Ona qarşı aparılan ayrıseçkilik, əmək funksiyalarının həyata keçirilməsinin qanunsuz məhdudlaşdırılması və digər qanunsuzluqlara dair AR ƏƏSMN yanında X12 Xidmətinin qaynar xəttinə də müraciət etmişdir. Göründüyü kimi, qanunvericilik normalarının tələbləri kobud şəkildə pozulmaqla, cavabdeh tərəfindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr tərtib edilmişdir ki, həmin əmr qanuni deyildir və əsaslandırılmamışdır. Həm də əmrin forma və məzmununa dair qanunvericiliyin tələblərinə riayət edilməmişdir. Çünki qeyd edilən əmrdə onun uzun illər nümunəvi iş fəaliyyətinə, işgüzar nüfuzuna kölgə salan, etmədiyi və vəzifə funksiyalarına aid olmayan əməllərdə ittiham edilmə kimi ifadələr işlənmişdir ki, bununla cavabdeh onun öz vətəndaş və əmək hüquqlarını tələb etdiyi üçün ondan qisas almaq niyyəti güdmüşdür. Qeyd edir ki, ona əsassız və qanunsuz töhmətlər verərək, onu sıxışdırmaq niyyəti güdən cavabdeh tərəf buna nail olmadıqda, qanunsuz olaraq vəzifəsini dəyişdirmişdir. Daha sonra cavabdeh 2 saylı X6 məhkəməyə etiraz ərizəsi ünvanlayaraq, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırmışdır ki, İddiaçı dəfələrlə əmək icra intizamını pozduğuna görə ona xəbərdarlıq edilmiş və intizam tənbehləri verilmişdir. Xəstəxananın 14 dekabr 2023-cü il tarixli, 466-K nömrəli Əmri ilə ona Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Bütün bunlara baxmayaraq İddiaçı vəzifəsinin icrası zaman kobud pozuntular etməkdə davam etmişdir. Səhiyyə Nazirliyinin 20 fevral 2024-cü il tarixli 3-28/3-6/2024 nömrəli “Yoxlama komissiyasının yaradılması barədə” Sərəncamına əsasən 2024-cü il 20-24 fevral tarixlərində Xəstaxananın fəaliyyəti yerində araşdırılmış. İstər həmin yoxlama, istərsə də daha əvvəlki yoxlamalar zamanı iddiaçı tərəfindən işin icra intizamının dəfələrlə kobud surətdə pozulduğu öz əksini tapmışdır. Yuxarıda qeyd edilənlər, elektron məhkəmə portalı üzərindən əlavə edilmiş digər sənədlər bir daha sübut edir ki, dəfələrlə edilmiş xəbərdarlıqlardan və intizam tənbeh tədbirlərindən heç bir nəticə olmamışdır. İşəgötürən isə humanist davranaraq iddiaçının əmək müqaviləsinə xitam versə də onu başqa şöbəyə təyin etmişdir. Göründüyü kimi, iddiaçının hüququ nəyinki pozulmamışdır, hətta o, istər pasiyentlərin, istər iş yoldaşlarının hüquqlarını pozmuşdur. İddiaçı həmin şöbədə işləməsi yolverilməz bir hal almışdır. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh 2 saylı X2 nümayəndəsi X10 iddiaçı barədə 2023-cü ildə dərmanları üzgün rəsmiləşdirilməməsi səbəbindən töhmət tədbirlərinin görüldüyünü, hazırda korrupsiya İdarəsində araşdırma aparıldığını, baş həkim də daxil olmaqla işçilərin töhmət aldığını, yəni heç bir ayrı-seçkilin olunmadığını bildirərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh 2 saylı X2 nümayəndəsi və vəkili Vəkil1 iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: Mülki işin materiallarında (bundan sonra işin materiallarında) olan İddiaçı ilə 2 nömrəli X4 baş həkimi X11 arasında bağlanmış xx.xx.2016-cı il tarixli 368 nömrəli əmək müqaviləsindən görünür ki, iddiaçı 2 nömrəli X4 tibb bacısı vəzifəsinə işə götürülmüşdür. Bu əmək müqaviləsi xx.xx.2016-cı il tarixdən qüvvəyə minir və xx.xx.2017-ci il tarixə qədər qüvvədədir. İş materialında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X4 xx.xx.2023-cü il tarixli, 408-K nömrəli əmrinin surətindən görünür ki, şöbənin və tibb personalının iş fəaliyyətinin düzgün təşkil olunmamasına görə 2 nömrəli X4 1-ci Psixiatriya şöbəsinin Böyük tibb bacısı (qardaşı) HACİYEVA NƏZAKƏT QƏRİB qızı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin üçüncü hissəsinə uyğun olaraq xəbərdarlıq edilmişdir. İş materialında olan xx.xx.2023-cü il tarixli №2 saylı Protokol ilə 2 nömrəli X4 İ şöbənin müdiri Aynur Şəkiliyeva və böyük tibb bacısı İddiaçı üzürlü səbəbdən xəstəxanada olmadığı üçün, yaxın gələcəkdə Tibbi Şuranın növbəti iclasının keçirilməsi planlaşdırılmışdır. İş materialında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X4 xx.xx.2019-cu il tarixli № 300-K nömrəli əmri ilə Əmək funksiyasını qismən yetirmədiyinə görə 2 nömrəli X4 Böyük tibb bacısı (qardaşı) İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir. İş materialında olan 02 avqust 2022-ci il tarixli №5 saylı Protokol ilə böyük tibb bacısı İddiaçı rəhbərliyə məlumat vermədən XQEK tibb işcisi Sərxan Ağayevə növbə dəyişdiyi üçün xəbərdarlıq verilməsi qərara alınmışdır. İş materialında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X4 xx.xx.2023-cü il tarixli № 466-K nömrəli əmri ilə Əmək funksiyasını qismən yetirmədiyinə görə 2 nömrəli X4 Böyük tibb bacısı (qardaşı) İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. İş materialında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X4 xx.xx.2024-cü il tarixli № 31 nömrəli əmri ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X4 əmək nizam-iltizamının möhkəmləndirilməsi və qanunvericilikdə nəzərdə tutulmuş hüquqi əmək məsələlərinin dərhal həll edilməsi məqsədilə komissiyanın tərkibinin yenilənməsi əmr edilmişdir. İş materialında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X4 30 mart 2024-cü il tarixli №109-K nömrəli əmrinin surətindən görünür ki, 2 nömrəli X4 1-ci Psixiatriya şöbəsinin Böyük tibb bacısı (qardaşı) HACİYEVA NƏZAKƏT QƏRİB qızı əmək müqaviləsində müvafiq dəyişiklik edilməklə xx.xx.2024 tarixdən 2 nömrəli X4 Qəbul şöbəsinin Tibb bacısı (qardaşı) vəzifəsinə keçirilmişdir. İş materialında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 02 aprel 2024-cü il tarixli 3-28/3-1-110/2024 nömrəli “2 nömrəli X4 baş həkimi İ.R.Əfəndiyevə intizam tənbehinin verilməsi barədə” əmri ilə 2 nömrəli X4 fəaliyyətinin təşkilində yol verdiyi nöqsanlara görə baş həkim X8 Azərbaycan Respublikasının Əmək məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasə töhmət verilmişdir. İş materialında olan 12 oktyabr 2023-cü il tarixli №7 saylı Protokol ilə kişi şöbəsinin böyük tibb bacısı İddiaçı şöbəsinin və tibb personalının iş fəaliyyətinin düzgün təşkil olunmamasına görə xəbardarlıq verilməsi qərara alınmışdır. İş materialında olan 14 dekabr 2023-cü il tarixli №8 saylı Protokol ilə xəstəyə qarşı kobud rəftarına görə İ Psixatriya şöbəsinin böyek tibb bacısı İddiaçı sonuncu xəbardarlıqla şiddətli töhmət verilməsi qərara alınmışdır. İş materialında olan 2 nömrəli KPX X9 ilə Xəstəyə qarşı kobud rəftarına görə İ Psixiatriya şöbəsinin böyük tibb bacısı İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi, Şöbə müdiri və böyük tibb bacısına şöbənin işçilərinə mütəmadi təlimatlandırılma keçirilməsi tapşırılması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri 16 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş MŞB/16/2024-00623 saylı, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə 12:30-13:00 radələrində keçirilən ilkin mediasiya sessiyasında 2 saylı X2 nümayəndəsi iştirak etməmişdir. İlkin mediasiya xərci olan 50 manat məbləğ iddiaçı tərəfindən ödənilmişdir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı ilə 2 nömrəli X4 baş həkimi X11 arasında xx.xx.2016-cı il tarixli 368 nömrəli əmək müqaviləsi bağlanmışdır. İddiaçı cavabdehin 30 mart 2024-cü il tarixli, 109-K saylı əmri ilə əmək müqaviləsində birtərəfli qaydada dəyişiklik edilməklə 2 nömrəli X4 1-ci Psixiatriya şöbəsinin böyük tibbi bacısı (qardaşı) vəzifəsindən həmin xəstəxananın qəbul şöbəsinin tibbi bacısı (qardaşı) vəzifəsinə keçirilmişdir. Hazırda iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin 30 mart 2024-cü il tarixli, 109-K saylı əmrinin ləğv edilməsi, öz vəzifəsinə bərpa olunmağı və vəzifəsinə uygun əmək haqqının hesablanıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh isə iddiaçı barədə 2023-cü ildə dərmanları üzgün rəsmiləşdirilməməsi səbəbindən töhmət tədbirlərinin görüldüyünü, hazırda korrupsiya İdarəsində araşdırma aparıldığını, baş həkim də daxil olmaqla işçilərin töhmət aldığını, yəni heç bir ayrı-seçkilin olunmadığını bildirərək, iddianı qəbul etməmiş və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən zərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci hissəsinə müvafiq olaraq əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 9-cu hissəsinə əsasən əmək funksiyası — əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusudur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 46-cı maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. Həmin maddənin 5-ci hissəsinə əsasən Bu Məcəllənin 43-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş şərtlərdən hər hansı biri göstərilmədən bağlanmış əmək müqaviləsi tərəflərdən birinin təşəbbüsü ilə etibarsız hesab edilə və ya yenidən tərtib edilməsi tələbi qoyula bilər. Həmin şərtin (şərtlərin) əmək müqaviləsində göstərilmədiyi aşkar olunduğu andan onlar işəgötürən tərəfindən əmək müqaviləsinə daxil edilməlidir. Bu halda tərəflərin arasında başqa razılıq olmamışdırsa, əmək müqaviləsi həmin şərtin (şərtlərin) daxil edildiyi tarixdən asılı olmayaraq bağlandığı və ya yazılı formada tərtib edildiyi gündən etibarlı hesab olunur. Həmin Məcəllənin 46-cı maddəsinin 6 hissəsinə əsasən əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. Əmək Məcəlləsinin 186.1 və 186.2-ci maddələrinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Məhkəmə hesab edir ki, əmək müqaviləsinə dəyişiklik yalnız tərəflərin razılığı ilə edilir və bu yazılı qaydada bağlanaraq tərəflərin imzaladığı saziş formasında həyata keçirilir. Belə ki, əmək müqaviləsinə dəyişiklik o halda hüquqi qüvvəyə minir ki, tərəflər arasında yazılı qaydada tərtib edilərək təsdiqlənir və daha sonra işəgötürən tərəfindən elektron imza ilə elektron informasiya sisteminə daxil edilir. Lakin iş materiallarından görünür ki, İddiaçı heç bir xəbərdarlıq edilmədən, əmək müqaviləsində müvafiq dəyişiklik edilməklə o, xx.xx.2024 tarixdən 2 nömrəli X4 Qəbul şöbəsinin Tibb bacısı (qardaşı) vəzifəsinə keçirilmişdir. Bununla yanaşı, iddiaçının əvvəllər töhmət və şiddətli töhmət növündə intizam tənbehinə məruz qalmasının qanuniliyinin və əsaslılığının yoxlanılması hazırki iddianın və icraatın predmeti olmasa da, məhkəmə hesab edir ki, həmin hallar cavabdehin etirazını (İşəgötürən isə humanist davranaraq iddiaçının əmək müqaviləsinə xitam versə də onu başqa şöbəyə təyin etmişdir.) əsaslı etmir. Çünki, həmin intizam xətaları həqiqətən baş vermişdirsə və dəfələrlə edilmiş xəbərdarlıqların və intizam tənbeh tədbirlərinin heç bir nəticəsi olmamışdırsa, cavabdeh 2 saylı X6 iddiaçının əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv edə bilərdi. Lakin Xəstəxana iddiaçının müqaviləsini ləğv etməmiş, hər hansı xəbərdarlıq etmədən onun müqaviləsinə müvafiq dəyişiklik etmiş və beləliklə onu böyük tibbi bacısı (qardaşı) vəzifəsindən həmin xəstəxananın qəbul şöbəsinin tibbi bacısı (qardaşı) vəzifəsinə keçirmişdir. Beləliklə məhkəmə qeyd edir ki, cavabdehin hərəkətləri Əmək Məcəlləsinin tələblərinə tamamilə ziddir. Belə ki, Əmək Qanunverciliyinin tələblərinə əsasən, İddiaçı yeni vəzifəyə keçirilməsi ilə bağlı qarşılıqlı razılıq əsasında əmək müqaviləsində əlavə və ya dəyişiklik olunmalı, yaxud onunla yeni müqavilə bağlanmalı idi. Lakin göründüyü kimi işəgötürən kimi cavabdeh tərəf Əmək Məcəlləsinin tələblərini pozaraq, işçi ilə yeni əmək müqaviləsi bağlamadan, onun razılığı olmadan iddiaçının vəzifəsini dəyişdirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X4 30 mart 2024-cü il tarixli №109-K nömrəli əmri ləğv edilməli, İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X5 “qəbul şöbəsinin Tibb bacısı (qardaşı)” vəzifəsindən əvvəl işlədiyi “1-ci Psixiatriya şöbəsinin böyük Tibb bacısı (qardaşı)” ştatı üzrə vəzifəsinə bərpa olunmalı və əvvəlki vəzifəsinə (aradakı fərqi nəzərə almaqla) uygun əmək haqqı hesablanıb ona ödənilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X4 30 mart 2024-cü il tarixli №109-K nömrəli əmri ləğv edilsin. İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X5 “qəbul şöbəsinin Tibb bacısı (qardaşı)” vəzifəsindən əvvəl işlədiyi “1-ci Psixiatriya şöbəsinin böyük Tibb bacısı (qardaşı)” ştatı üzrə vəzifəsinə bərpa olunsub və əvvəlki vəzifəsinə (aradakı fərqi nəzərə almaqla) uygun əmək haqqı hesablanıb ona ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-2952/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2952/2024
26.08.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver